Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-218/2022 28.09.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən və məruzəçi), Əsədli Mahir Abdulla oğlu və Məlikov Vəzirxan İsgəndər oğlundan ibarət tərkibdə, İslamova Türkay Abdurəhim qızının katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialına qarşı “sosial adaptasiya məqsədilə birdəfəlik pul müavinətinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 31 may 2022-ci il tarixli 2-1(116)-626/2022 nömrəli qərarından iş üzrə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin 13 saylı Regional Ərazi Filialına qarşı birinci instansiya məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək “sosial adaptasiya məqsədilə birdəfəlik pul müavinətinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. Birinci instansiya məhkəməsinin xx.xx.2022-ci il tarixli iclas protokolunun qərardadı ilə cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin 13 saylı Regional Ərazi Filialı hüquq varisi – Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialı ilə əvəz edilmişdir.
3. İşin qısa mahiyyəti ondan ibarətdir ki, iddiaçı, 28 dekabr 2017-ci ildə Mogilyov şəhəri Oktyabr Rayon Məhkəməsi tərəfindən azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəza müddətinin sonu ilə 1 mart 2021-ci il tarixdə azad edilmiş, lakin xx.xx.2021-ci il tarixədək Volkovısk RDİŞ MST-da saxlanılmışdır. xx.xx.2021-ci il tarixdə iddiaçı Belarusiya Respublikasından deportasiya edilmiş, Azərbaycan Respublikasına qayıtdıqdan sonra isə daimi yaşayış yeri üzrə 3 ay müddətində qeydiyyata alınmışdır. İddiaçı xx.xx.2021-ci il tarixdən sonra Belarusiya Respublikasında məcburi qaydada saxlanıldığını və Azərbaycan Respublikasına qayıtdıqdan sonra 3 ay ərzində daimi yaşayış yeri üzrə qeydiyyata alındığını əsas gətirərək cavabdeh orqana sosial adaptasiya məqsədilə birdəfəlik pul müavinətin ödənilməsi üçün müraciət etmiş, cavabdeh orqan iddiaçının cəza çəkməkdən xx.xx.2021-ci il tarixdə azad edilməsinə baxmayaraq 3 ay müddətində daimi yaşamaq üçün Azərbaycan Respublikasına qayıtmamasını bildirərək müraciətin təmin edilməsindən imtina etmişdir. Odur ki, hazırkı inzibati mübahisə yaranmışdır.
4. Cavabdehin nümayəndəsi birinci instansiya məhkəməsinin iclasında iddia tələbinə etirazla eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etmişdir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
5. Şəki İnzibati Məhkəməsinin (hakim Vüqar Musayev) 31 may 2022-ci il tarixli 2- 1(116)-626/2022 nömrəli qərarı ilə iddia təmin edilmişdir.
6. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialı həmin qərardan apellyasiya şikayəti vermişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ
7. Cavabdehin apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, iddiaçının təqdim etdiyi 29/4/1X-79 nömrəli arayışa əsasən, o, 1 sentyabr 2017-ci il tarixdən 1 mart 2021-ci il tarixədək Rusiya Federasiyasında cəza müddəti çəkmiş, xx.xx.2021-ci il tarixdə cəzadan azad edildikdən sonra xx.xx.2021-ci il tarixdə Ağdaş RPŞ-də qeydiyyata düşmüşdür. “Penitensiar müəssisələrdə cəza çəkmədən azad edilmiş şəxslərin sosial adaptasiya haqqında” Qanunun 3.1-ci maddəsində göstərilən kateqoriya şəxslər dairəsinə daxil olmadığı üçün iddiaçıya sosial adaptasiya məqsədilə birdəfəlik pul müavinətinin verilməsi məqsədəmüvafiq hesab edilmir. Belarusiya Respublikası Daxili İşlər Nazirliyi Qrodno Vilayətində Cəzaların İcrası Departamenti İslahedici müəssisə “11 saylı İslahedici Koloniya”sının xx.xx.2021-ci il tarixli 29/41X-79 nömrəli arayışına əsasən iddiaçı Mogilyov şəhəri Oktyabr Rayon Məhkəməsi tərəfindən xx.xx.2017-ci il tarixdən xx.xx.2021-ci il tarixədək azadlıqdan məhrum edilmişdir. Belarusiya Respublikası Qrodno vilayətinin Volkovısk Rayon Daxili İşlər İdarəsinin xx.xx.2021-ci il tarixli X-924 nömrəli arayışına əsasən iddiaçı xx.xx.2021-ci il tarixədək faktiki olaraq Belarusiya Respublikası Qrodno vilayətinin Volkovısk və Slonimski rayon daxili işlər şöbəsinin müvəqqəti saxlanılma yerlərində saxlanılmışdır. İddiaçı xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikasına deportasiya edilmişdir. Sözügedən şəxs xx.xx.2021-ci il tarixdə Fondun 13 saylı regional ərazi filialına müraciət etmişdir. Ona görə də qanunvericiliklə tələb olunan 3 ay müddətin ötürülməsinin üzrlü hal kimi nəzərə alınması üçün iddiaçı 10 gün müddətində müraciət etmədiyi üçün ona cəzaçəkməkdən azad edilməsi ilə əlaqədar birdəfəlik müavinətin təyin olunması mümklün hesab edilmir. Ona görə də Şəki İnzibati Məhkəməsinin 31 may 2022ci il tarixli 2-1(116)-626/2022 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsinə dair yeni qərar çıxarılmasını xahiş etmişdir.
TƏRƏFLƏRİN İZAHATLARİ
8. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialının nümayəndəsi X1 apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 31 may 2022-ci il tarixli 2-1(116)-626/2022 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsinə dair yeni qərar çıxarılmasını xahiş etdi.
9. Məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq iddiaçı məhkəmə iclasına gəlməmişdir.
10. Məhkəmə kollegiyası iddiaçının iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin (bundan sonra Azərbаycаn Respublikаsının İPM və ya İPM) 62.3-cü mаddəsi).
11. İş materiallarında olan aşağıda sadalanan sənədlər məhkəmə kollegiyasının araşdırmasının predmetini təşkil etmişdir. Həmin sənədlərin məzmununa istinad edilir. - cavabdehin xx.xx.2021-ci il tarixli imtina məktubundan görünür ki, iddiaçı analoji tələblə cavabdeh orqana müraciət etmiş, lakin cavabdeh orqan müraciətin təmin edilməsindən imtina etmişdir. - Belarus Respublikası DİN Qrodno vilayətində Cəzaların İcrası Departamenti İslahedici Müəssisə “11 saylı İslahedici Koloniya”-nın xx.xx.2021-ci il tarixli, 29/4/1X-79 №li “İddiaçı cəzasının bitməsi haqqında” arayışında aşağıdakı məlumatlar qeyd edilib: İddiaçı, xx xxxxxx 1966-cı il təvəllüdlü, Azərbaycan Respublikasının Ağdaş şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, məhkumluqdan əvvəl, Vitebsk vilayəti, Polotskiy rayonu, Panşeviçi kəndi, Zapadnaya küçəsi 7,. 28 dekabr 2017-ci ildə Mogilyov şəhəri Oktyabr Rayon Məhkəməsi tərəfindən məhkum edilib Belarus Respublikası Cinayət Məcəlləsinin 43-cü maddəsinin 1-ci hissəsinin 1.410-cu hissəsinin, 1, 75-ci hissəsinin, 1,73-cü hissəsinin, 6-cı hissələrinə əsasən 5 il müddətinə sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq hüququndan məhrum edilməklə, ciddi rejimli cəza çəkməklə 4 il 2 gün müddətinə azadlıqdan məhrum edilib. Mogilyov vilayətinin Məhkəməsi Rəyasət Heyətinin xx.xx.2020-ci il tarixli qərarı ilə Belarus Respublikası Cinayət Məcəlləsinin 43-cü maddəsinin 1-ci hissəsinin, 1.73-cü hissəsinin, 6-cı hissəsi istisna edilib. Belarus Respublikası Cinayət Məcəlləsinin 410-cu maddəsinin 1-ci hissəsinə əsasən, cəzanın müddəti 3 il 6 ay müddətinə azadlıqdan məhrum etmə ilə cəzanın gücləndirilmiş rejimdə çəkilməsidir. Cəza müddətinin başlanğıcı: 1 sentyabr 2017-ci il. Cəza müddətinin sonu: 1 mart 2021-ci il. 28 aprel 2018-ci il tarixində 4 saylı cəzaçəkmə müəssisəsindən 11 saylı İslahedici koloniyaya gəlib. Cəza çəkildikdən sonra xx.xx.2021 -ci il tarixində azad edilib. Gedib: Vətəndaşlıq və Miqrasiya Şöbəsi Volkovısk DİŞ (Belarus Respublikasından kənara deportasiya) - Volkovısk RDİŞ VMŞ-nın xx.xx.2021-ci il tarixli 241 №-li arayışında iddiaçının xx.xx.2021-xx.xx.2021, xx.xx.2021-xx.xx.2021, xx.xx.2021-xx.xx.2021, xx.xx.2021xx.xx.2021, xx.xx.2021-xx.xx.2021-ci il tarixlərdə Volkovısk RDİŞ MST-da saxlanması barədə məlumatlar öz əksini tapmışdır. - iddiaçının sənəd məlumatları barədə AZEMİS-dən çıxarışdan görünür ki, iddiaçıya xx.xx.2021-ci il tarixdə AA******* nömrəli şəxsiyyət vəsiqəsi verilmişdir. İddiaçının ünvanı ünvan 1osessual Məcəllə: Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.
13. “Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında” Azərbaycan Respublikasının Qanunun: - 3.1-ci maddəsinə əsasən, bu Qanun cəza çəkməkdən azad edilmiş və sosial adaptasiyaya ehtiyacı olan Azərbaycan Respublikasının vətəndaşlarına, Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə, habelə digər dövlətlərin penitensiar müəssisələrində cəza çəkməkdən azad edildikdən sonra üç ay müddətində Azərbaycan Respublikasına daimi yaşamaq üçün qayıtmış Azərbaycan Respublikasının vətəndaşlarına şamil olunur. - 6.1.7-ci maddəsinə əsasən, cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası məqsədilə həyata keçirilən tədbirlərdən biri olaraq cəza çəkməkdən azad edilmiş və sosial adaptasiyaya ehtiyacı olan şəxslərə birdəfəlik pul müavinətinin verilməsi qeyd edilmişdir. - 14.1-ci maddəsinə əsasən, cəza çəkməkdən azad edilmiş tibbi və sosial yardıma ehtiyacı olan şəxslərə minimum aylıq əməkhaqqının dörd misli məbləğində birdəfəlik pul müavinəti verilir. APELLYASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ
14. Cavabdehin apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının İPM və ya İPM) 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Lakin şikayət əsaslı deyil və Şəki İnzibati Məhkəməsinin 31 may 2022-ci il tarixli 2-1(116)-626/2022 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.
15. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir.
16. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər.
17. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı tərəf hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
18. Məhkəmə kollegiyasının iclasında iş materiallarının tədqiqi və tərəflərin məhkəmə iclasında verdikləri izahatlarla müəyyən edildi ki, hazırkı iddianı qaldırmaqda iddiaçının hüquqi marağı onun iddia tələbində qeyd etdiyi sosial adaptasiya məqsədilə birdəfəlik pul müavinətinin verilməsindən ibarətdir.
19. Məhkəmə kollegiyası tərəfindən aparılan araşdırma zamanı müəyyən edildi ki, iddiaçı 28 dekabr 2017-ci ildə Mogilyov şəhəri Oktyabr Rayon Məhkəməsi tərəfindən azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəza çəkildikdən sonra xx.xx.2021-ci il tarixdə azad edilmişdir. Bundan sonra iddiaçı Belarus Respublikasından kənara deportasiya edilməsi məqsədilə Volkovısk RDİŞ MST-da xx.xx.2021-ci il tarixədək saxlanılmışdır. Yəni, iddiaçı xx.xx.2021-ci il tarixdə cəza çəkildikdən sonra azad edilməsinə baxmayaraq, Belarus Respublikasında onun iradəsindən kənar olaraq qalmışdır. İddiaçı xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikası ərazisinə deportasiya edildikdən sonra yuxarıda istinad olunan Qanunun tələblərinə uyğun Azərbaycan Respublikasına daimi yaşamaq üçün qayıtmış və yaşayış yeri üzrə qeydiyyata düşmüşdür.
20. Belə ki, işdən görünür ki, iddiaçıya Ağdaş rayonu Orta Ləki kəndində qeydiyyata düşməsi ilə bağlı xx.xx.2021-ci il tarixdə şəxsiyyət vəsiqəsi verilmişdir. Hər bir halda iddiaçının Belarus Respublikasından kənara deportasiya edildikdən sonra Azərbaycan Respublikasına daimi yaşamaq üçün qayıtması işin mübahisəsiz halıdır.
21. Məhkəmə kollegiyasının qənaətinə görə birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, yuxarıda istinad olunan Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş, cəza çəkməkdən azad edildikdən sonrakı üç aylıq müddət iddiaçının cəzadan azad edildiyi xx.xx.2021-ci il tarixdən deyil, onun Volkovısk RDİŞ MST-da məcburi qaydada saxlanıldığı və xx.xx.2021-ci il tarixdə deportasiya edildiyi gündən hesablanmalıdır.
22. Yuxarıda qeyd olunan işin hallarını, cavabdehin nümayəndəsinin məhkəmə kollegiyasının iclasında verdiyi izahatı nəzərə alan məhkəmə kollegiyasının qənaətinə görə, cavabdeh inzibati orqan iddiaçının müraciətinin təmin edilməsindən imtina etməkdə haqlı olmamışdır. Belə ki, iddiaçı “Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş müddəti ötürmədiyindən məhkəmə kollegiyası iddiaçının sosial adaptasiya məqsədilə birdəfəlik pul müavinətinin verilməsi ilə bağlı tələbinin əsaslı olması qənaətinə gəlir.
23. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialı iddiaçının sosial adaptasiya məqsədilə birdəfəlik pul müavinətinin verilməsindən imtinası qanuni və əsaslı olmamışdır. Birinci instansiya məhkəməsi iddianı təmin etməklə düzgün nəticəyə gəlmişdir. Ona görə də birinci instansiya məhkəməsinin qərarı İPM-in 87.6-cı maddəsinə əsasən dəyişdirilmədən qüvvədə saxlanılmalı, cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassız olduğu üçün təmin edilməməlidir.
24. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68, 69, 87.6, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən, məhkəmə kollegiyası
QƏRАRА АLDİ:
Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialının apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 31 may 2022-ci il tarixli 2-1(116)-626/2022 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.