Məhkəmə qərarları › İş №2-1(107)-218/2023

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-218/2023

06.04.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-218/2023 06.04.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məlikov Vəzirxan İsgəndər oğlu (sədrlik edən və məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və Cavadova Günay İsmayıl qızından ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi, İddiaçı və cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin X3rşı “xx.xx.1978-xx.xx.1995-ci il tarixlərdə əmək fəaliyyəti müddətinin sosial sığorta stajına daxil edilərək hüququnun yarandığı vaxtdan yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibаti iş üzrə Şəki İnzibati Məhkəməsinin 23 dekabr 2022-ci il tarixli, 2-1(116)-1610/2022 nömrəli qərarından cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə iş üzrə Mərkəzi filialı tərəfindən verilmiş apellyasiya şikаyətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı ərizə ilə məhkəməyə müraciət edərək xx.xx.1978-xx.xx.1996-cı il tarixlərdəki stajının əmək kitabçasında qeyd edilmə faktının müəyyən edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Daha sonra birinci instansiya məhkəməsinin hüquqi yardımı əsasında iddiaçı tələbini dəqiqləşdirərək cavabdeh Dövlət Sosial Müdafiə X9 Şəxsin Sosial Ödənişlərin Təyinatı X6rşı “xx.xx.1978-xx.xx.1996-ci il tarixlərdə əmək fəaliyyəti müddətinin sosial sığorta stajına daxil edilərək hüququnun yarandığı vaxtdan yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şəki İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(116)-1610/2022 nömrəli qərardadı ilə iddia tələbinin dəqiqləşdirməsi barədə ərizə icraata qəbul edilmişdir. Birinci instansiya məhkəməsinin iclasında iddiaçı növbəti dəfə tələbini dəqiqləşdirərək əmək fəaliyyəti müddətini xx.xx.1978-xx.xx.1995-ci illər qeyd etmiş və həmin müddətin sosial sığorta stajına daxil edilərək hüququnun yarandığı vaxtdan yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şəki İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli iclas protokolunun qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir İşin qısa mahiyyəti ondan ibarətdir ki, iddiaçı, hərbi xidmət, attestat və əmək kitabçasını nəzərə almaqla, hüququnun yarandığı vaxtdan yaşa görə əmək pensiyasının təyin edilməsi üçün cavabdeh orqana müraciət etmiş, lakin cavabdeh orqan, iddiaçının müraciətinin təmin edilməsindən imtina etmişdir. Cavabdeh orqan iddia tələbinə etirazını “181 nömrəli X1 Dəstə”nin sənəd və materialları arxivə təhvil verilmədiyindən həmin müddətin araşdırılmasının mümkün olmaması, buna görə də qeyd olunan dövrün sosial sığorta stajına daxil edilməməsi ilə əsaslandırmışdır. Birinci instansiya məhkəməsinin iclasında iddiaçı, iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi, birinci instansiya məhkəməsinin iclasında iddia tələbinə etirazla eyni məzmunlu izahat verərək, məhkəmədən iddianın təmin edilməməsini xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, iddiaçının mübahisələndirilməyən sosial sığorta stajı 9 il 5 ay 17 gündür və xx.xx.2006-xx.xx.2018-ci il tarixlərdə iddiaçının fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. İddia tələbinə dair aşağıda qeyd edilmiş sənədlər birinci instansiya məhkəməsinə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunmuşdur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - cavabdehin xx.xx.2022-ci il tarixli imtina məktubundan görünür ki, iddiaçı anoloji tələblə cavabdeh orqana müraciət etmiş, lakin cavabdeh orqan müraciətin təmin edilməsindən imtina etmişdir. - 1719 nömrəli attestatdan görünür ki, iddiaçı xx.xx.1972-xx.xx.1974-cü illərdə (1 il 10 ay 19 gün) peşə təhsili almışdır. - Ağdaş rayon Dövlət Arxivinin xx.xx.2022-ci il tarixli 60 nömrəli məktubunda qeyd edilmişdir ki, “181 nömrəli X1 Dəstə”nin sənəd və materialları arxivə təhvil verilməmişdir. - Ağdaş rayon Statistika İdarəsinin xx.xx.2022-ci il tarixli 162 nömrəli məktubunda qeyd edilmişdir ki, 181 nömrəli X2 Səyyar Dəstə” (sonradan "xxxx" ASC-nin Ağdaş “Aqrartikinti” filialı) xx.xx.1996-cı il tarixindən xx.xx.2022-ci il tarixinədək Azərbaycan Respublikasının statistik vahidlərin Dövlət reyestrində Ağdaş rayonu üzrə qeydiyyatda olmuşdur. - sığortaolunanın hesabı üzrə **********2952 nömrəli hesab üzrə məlumatlardan görünür ki, ödəniş ili 2019-cu il olan 2017-ci ilin dekabr, 2018-ci ilin yanvar-dekabr, 2019cu ilin yanvar-dekabr, ödəniş ili 2020-ci il olan yanvar-dekabr, ödəniş ili 2021-ci il olan fevraldekabr və ödəniş ili 2022-ci il olan yanvar ayı olmaqla cəmi, 4 il 1 ay müddət ərzində iddiaçı məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə əmək müqaviləsi (kontraktı) əsasında işləmiş, həmçinin hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs olmuşdur. - xx.xx.1974-cü ildə tərtib edilmiş əmək kitabçasında iddiaçının əmək fəaliyyəti müddəti aşağıdakı kimi qeyd edilmişdir: xx.xx.1974 - xx.xx.1975 (5 ay 22 gün), xx.xx.1975 - xx.xx.1976 (1 il 1 ay 8 gün), xx.xx.1978 - xx.xx.1995 (17 il 3 ay 10 gün). - SHXÇÜDX-nin Ağdaş rayon şöbəsinin xx.xx.2022-ci il tarixli 138 nömrəli arayışından görünür ki, iddiaçı xx.xx.1976 – xx.xx.1978-ci illərdə (1 il 11 ay 24 gün) hərbi xidmətdə olmuşdur. - AZE 0******* nömrəli şəxsiyyət vəsiqəsindən görünür ki, iddiaçı xx.xx.1957-ci ildə doğulmuşdur. Şəki İnzibati Məhkəməsinin 23 dekabr 2022-ci il tarixli, 2-1(116)-1610/2022 nömrəli saylı qərarı ilə (hаkim Vüqar Musayev) iddia təmin edilmiş, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X9 Şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə İddiaçı xx.xx.1978 - xx.xx.1995-ci il tarixlərdə əmək fəaliyyəti müddətini sosial sığorta stajına daxil edərək ona xx.xx.2022-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinın qoyulması qərara alınmışdır. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə iş üzrə Mərkəzi filialı Şəki İnzibati Məhkəməsinin 23 dekabr 2022-ci il tarixli, 2-1(116)-1610/2022 saylı qərarından apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətində qeyd etmişdir ki, İddiaçı ona yaşa görə əmək pensiyanın təyin olunması üçün xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 2 saylı Mərkəzi Aran regional filialına müraciət etmişdir. Qeyd olunan ərizəyə Fondun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialı tərəfindən xx.xx.2022-ci il tarixli **********1 nömrəli imtina məktubu ilə bildirilmişdir ki, iddiaçının təqdim etdiyi xx.xx.1974-cü il tarixli əmək kitabçasının, təhsil haqqında attestatın və Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağdaş rayon İdarəsinin xx.xx.2020-ci il tarixli 138 nömrəli arayışına əsasən onun sığorta stajı (xx.xx.1972-ci il tarixdən xx.xx.1974-cü il tarixədək əyani təhsil və xx.xx.1976-cı il tarixdən xx.xx.1978-ci il tarixədək hərbi xidmət dövrləri nəzərə alınmaqla) 9 il 5 ay 17 gün təşkil edir. Eyni zamanda xx.xx.2006-cı il tarixdən fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı 5 il 5 ay 5 gün sığorta stajına uyğun olaraq 4399,03 manat, xx.xx.2019-cu il tarixdən xx.xx.2021-ci il tarixədək 1223,34 manat olmaqla, ümumilikdə 5622,37 manat təşkil edir ki, bu məbləğ iddiaçının pensiya yaşının tamam olduğu tarixdə qanunvericiliklə tələb olunan 34560 manat pensiya kapitalından azdır və əmək pensiyasının minimum məbləğindən (240 manat) az olmayan pensiya təminatına imkan vermir. Həmçinin bildirilmişdir ki, iddiaçının fərdi hesabının sığorta hissəsində xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək pensiya kapitalı qeydə alınmamışdır. İddiaçının əmək kitabçasında qeyd olunan xx.xx.1978-ci il tarixdən xx.xx.1996-cı il tarixədək olan dövrlərin araşdırılması zərurəti yaranmışdır. Ağdaş rayon Dövlət Arxivinə verilmiş sorğuya xx.xx.2022-ci il tarixli 15 nömrəli cavab məktubunda iddiaçının əmək kitabçasında qeyd edilmiş xx.xx.1978-ci il tarixdən xx.xx.1996-cı il tarixədək “181 nömrəli X1 Dəstə”nin arxiv sənədləri Ağdaş rayon Dövlət Arxivinə təhvil verilmədiyi məlum olmuşdur. Bu səbəbdən də İddiaçı həmin dövrdəki əmək fəaliyyətinin araşdırılması mümkün olmamış və həmin dövr sığorta stajına əlavə edilməmişdir. İddiaçının əmək kitabçasına, təhsil haqqında attestatına və Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağdaş rayon İdarəsinin xx.xx.2020-ci il tarixli 138 nömrəli arayışına əsasən (xx.xx.1972-ci il tarixdən xx.xx.1974-cü il tarixədək əyani təhsil və xx.xx.1976-cı il tarixdən xx.xx.1978-ci il tarixədək hərbi xidmət dövrü nəzərə alınmaqla) 9 il 5 ay 17 gün mübahisələndirilməyən sosial sığorta stajı mövcuddur. Həmçinin iddiaçının sözügedən mübahisəli dövrdə işdən çıxmasının qeyd olunduduğu əmək kitabçasından görünür ki, işdən azad olunması tarixi xx.xx.1996-cı il qeyd edilsə də, 1996-cı il rəqəmində sonuncu rəqəminə düzəliş edilmişdir. Bu hal 1-ci instansiya məhkəməsi tərəfindən aşkar olunsa da, məhkəmə edilmiş düzəlişin düzgünlüyünü yoxlamaq və kim tərəfindən edilməsini müəyyən etməyin mümkün olmadığı, lakin hər bir halda ilkin icra edilmiş rəqəmin “1995”-ci il olması qənaətinə gəlmişdir. iddiaçının ilkin iddiasından da göründüyü kimi o, əvvəldə xx.xx.1978-ci il tarixdən xx.xx.1996-cı il tarixədək “181 nömrəli X1 Dəstə”də işlədiyini iddia etmişdir. İddiaçının işlədiyini iddia etdiyi dövrlərə aid sənədlər arxivə təhvil verilməməsi səbəbindən İddiaçı həmin dövrdəki əmək fəaliyyətinin araşdırılması mümkün olmamış və həmin dövr sığorta stajına əlavə edilməmişdir. Həmçinin əmək kitabçasında işdən azadolma tarixində edilmiş düzəliş və onun müvafiq qaydada düzəliş olunmasının təsdiq olunmaması əmək kitabçasının mötəbərliyini şübhə altına almışdır. Eyni zamanda iddiaçının ilkin iddiasında xx.xx.1978-ci il tarixdən xx.xx.1996-cı il tarixədək işlədiyi qeyd etməsi araşdırma zamanı ortaya ziddiyyətli məqam çıxarmışdır ki, bu hal da məhkəmə tərəfindən tam və hərtərəfli şəkildə araşdırılmamış, iddiaçının sözügedən mübahisəli dövrdə işdən çıxması əmək kitabçasından başqa digər sübutlarla təsdiq edilməmişdir. Odur ki, yuxarıda qeyd olunanları nəzərə alaraq Şəki İnzibati Məhkəməsinin 23 dekabr 2022-ci il tarixli, 2-1(116)- 1610/2022 nömrəli qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş edirlər. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeleyində Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi X5 apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini və Şəki İnzibati Məhkəməsinin 23 dekabr 2022-ci il tarixli, 2-1(116)-1610/2022 saylı qərarının ləğv edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməməsini və Şəki İnzibati Məhkəməsinin 23 dekabr 2022-ci il tarixli, 2-1(116)-1610/2022 saylı qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. . Əsaslandırma hissəsi: Cavabdehin apellyasiya şikayəti uğurlu sayılmır. Belə ki, o, mahiyyət etibarı ilə əsaslı deyildir. Ona görə də, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İPM-in 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-nin 1.1, 2.1 və 2.2.3-cü maddələri) aiddir. Həmçinin iddia düzgün cavabdeh qarşı yönəlmiş və iddianın qaldırılması üçün iddiaçının subyektiv hüququ mövcud olmuşdur. Belə ki, iddiaçı cavabdeh inzibati orqanın bu hərəkətinin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırki tələblə əvvəlcədən cavabdeh orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarını iddiaçının mübahisələndirdiyi iddia predmeti, cavabdehin isə apellyasiya şikayətində irəli sürdüyü dəlillər həddində araşdırmalıdır. Məhkəmə kollegiyası aşağıdakı hallara görə iddianı əsaslı hesab edir. 1 yanvar 2006-cı ilədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 69-cu maddəsinə görə iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə üzvlərin üzvlük kitabçaları nəzərə alınır. xx.xx.2017-ci il tarixdən qüvvəyə minmiş Əmək Pensiyaları haqqında Qanunun 7-ci maddəsinə əsasən, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Maddənin qeydinə əsasən, bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Həmin Qanunun 21.1-ci maddəsinə əsasən, qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyən hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Həmin Qanunun 21.2.11-ci maddəsinə əsasən Sığorta stajına daxil edilən müddətlərdən biri də hərbi xidmət müddətidir (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində hərbi xidmət dövrü daxil olmaqla). “Əmək pensiyaları haqqında” Qanuna əsasən pensiyaların təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 3.2 və 3.2.1 bəndlərinə əsasən 2006-cı ilin 1 yanvar tarixinədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Əmək Məcəlləsinin 87-ci maddəsinin 1-ci hissəsinə əsasən işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında - işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü ayı və ili barədə qeydlər göstərilir. İş materiallarından göründüyü kimi hazırkı iddianı qaldırmaqda iddiaçının hüquqi marağı - ona yaşa görə əmək pensiyasının təyin edilməsindən ibarətdir. İddiaçının yaşa görə əmək pensiyası almaq hüququ “Əmək Pensiyaları haqqında” Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər yerinə yetiriləcəyi halda müvafiq olaraq 65 yaşda, yəni xx.xx.2022-ci il tarixdə yaranır (iddiaçı xx.xx.1957-ci ildə doğulub). İşdə olan 1719 nömrəli attestat, xx.xx.1974-cü ildə tərtib edilmiş əmək kitabçası və SHXÇÜDX-nin Ağdaş rayon şöbəsinin xx.xx.2022-ci il tarixli 138 nömrəli arayışı ilə müəyyən edilir ki, iddiaçının ümumi sosial sığorta stajı 22 il 8 ay 23 günə bərabərdir. Cavabdehin iddia tələbinə etirazının dəlili – “181 nömrəli X1 Dəstə”nin sənəd və materialları arxivə təhvil verilmədiyindən həmin müddətin araşdırılmasının mümkün olmaması, buna görə də qeyd olunan dövrün sosial sığorta stajına daxil edilməməsi ilə bağlıdır. xx.xx.1974-cü ildə tərtib edilmiş əmək kitabçasında iddiaçının xx.xx.1978 xx.xx.1995 “181 nömrəli X1 Dəstə” işləməsi barədə qeydlər icra olunmuşdur. Həmin müddətin araşdırılmasının mümkünsüzlüyünə münasibətdə məhkəmə qeyd edir ki, xx.xx.2002-ci ilədək olan dövrdə işçilər dövlət tərəfindən mütləq qaydada sosial sığorta ilə əhatə olunmalı olduqlarına görə mübahisəli dövr üzrə işçilərin əmək fəaliyyəti ümumi iş stajına daxil edilməlidir. Yəni, iddiaçının həmin dövrə münasibətdə işə qəbul edildikdən sonra əmək haqqı alıb-almaması və ondan müvafiq qaydada sosial sığorta haqlarının ödənilibödənilməməsinin müəyyən edilməsi zərurəti yoxdur. Məhkəmə kollegiyası hesab edir ki, “181 nömrəli X1 Dəstə” sənədlərinin arxivdə mövcud olmamasına münasibətdə birinci instansiya məhkəməsi düzgün qeyd etmişdir ki, göstərilən hal iddiaçıya məxsus əmək kitabçasının mötəbərliyini şübhə altına almır. Belə ki, müvafiq sənədlərin arxivə təhvil verilməsi iddiaçının vəzifəsi olmadığından, qeyd olunan hal onun ziyanına şərh edilə bilməz. Oxşar inzibati mübahisə üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2-1(102)-1737/2021 nömrəli qərarında əks olunan hüquqi mövqedə qeyd edilmişdir ki, “iddiaçının əmək stajı işdə olan əmək kitabçası ilə müəyyən edildiyindən və həmin əmək kitabçalarında icra edilmiş qeydlərin həqiqətə uyğun olmaması cavabdeh tərəfindən müəyyən edilmədiyindən müvafiq qeydlərin mötəbərliyini şübhə altına almaq üçün heç bir əsas yoxdur. Odur ki, iddiaçı barəsində tərtib edilmiş əmək kitabçasını məhkəmə iddiaçının əmək stajını təsdiq edən sübut kimi qəbul edir və hesab edir ki, həmin sənədlərin yenidən digər sənədlərlə sübut olunmasına ehtiyac yoxdur. Bundan başqa işdə olan Ağdaş rayon Statistika İdarəsinin məktubu ilə müəyyən olunur ki, “181 nömrəli X2 Səyyar Dəstə” (sonradan "xxxx" ASC-nin Ağdaş “Aqrartikinti” filialı) xx.xx.1996-cı il tarixindən xx.xx.2022ci il tarixinədək Azərbaycan Respublikasının statistik vahidlərin Dövlət reyestrində Ağdaş rayonu üzrə qeydiyyatda olmuşdur. Odur ki, əmək kitabçasında icra edilmiş qeydlərin mötəbərliyinə və iddiaçının işlədiyi müəssisənin mövcudluğuna hər hansı şübhə yoxdur. İddiaçının işdən azad olunması tarixi əmək kitabçasında xx.xx.1996-cı il qeyd edilsə də, 1996-cı il rəqəmində sonuncu “5” rəqəminə düzəliş edilərək “6” rəqəminin icra edilməsi aşkar görünür. Edilmiş düzəlişin düzgünlüyünü yoxlamaq və kim tərəfindən edilməsini müəyyən etmək mümkün olmasa da, hər bir halda ilkin icra edilmiş rəqəmin “1995”-ci il olması aşkar göründüyündən məhkəmə iddiaçının “181 nömrəli X2 Səyyar Dəstə”-də işdən azad olunması tarixini xx.xx.1995-ci il müəyyən edərək sosial sığorta stajını hesablamışdır. İddiaçının 2012-ci ilin dekabr ayından - 2022-ci ilin fevral ayınadək məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə əmək müqaviləsi (kontraktı) əsasında işlədiyi və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu cəmi, 4 il 1 ay müddət yuxarıda hesablanmış müddətlə toplandıqda 25 ildən artıq sosial sığorta stajı yaranır ki, bu da ona yaşa görə əmək pensiyasının təyin edilməsi üçün kifayət edir (ödənişlər 2019cu ildən həyata keçirildiyində görə ƏPHQ-nun 22-1-ci maddəsi tətbiq edilməmişdir). İddiaçının, məhkəmə araşdırması zamanı müəyyən edilən sosial sığorta stajı ona yaşa görə əmək pensiyasının təyin edilməsi üçün yetərli olduğundan, birinci instansiya məhkəməsi düzgün hesab etmişdir ki, cavabdeh inzibati orqan iddiaçının müraciətinin təmin edilməsindən imtina etməkdə haqlı olmamışdur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün yetərli deyildir, onа görə də, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya şikayəti təmin edilməməli və qərar dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68, 69, 87.6, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə iş üzrə Mərkəzi filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 23 dekabr 2022-ci il tarixli, 2-1(116)-1610/2022 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarı ondan şikayət verilmədiyi halda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar