Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-220/2021 18.05.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən və məruzəçi), Məlikov Vəzirxan İsgəndər oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, Tağıyev Babək Vaqif oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xİdmətinin 12 saylı Şəki Ərazi İdarəsinə qarşı “Şəki rayon AİK-nın 11.07.1998-ci il tarixli, 54 nömrəli qərarı ilə ona və ailə üzvlərinə verilmiş 15.0 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 02 mart 2021-ci il tarixli, 2-1(116)- 11/2021 nömrəli qərarından iş üzrə İddiaçı tərəfindən verilmiş аpellyаsiyа şikаyətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xİdmətinin 12 saylı Şəki Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Şəki rayon AİK-nın 11.07.1998-ci il tarixli, 54 nömrəli qərarı ilə ona və ailə üzvlərinə verilmiş 15.00 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, Şəki rayon AİK-nın 11.07.1998-ci il tarixli, 54 nömrəli qərarı ilə 5 nəfər ailə üzvünün hər birinə 3.0 ha olmaqla cəmi 15.0 ha kənd təsərrüfatı istehsalı məqsədli torpaq sahəsi verilmiş, torpaq sahəsinə dair sənəd iddiaçının anası ailə başçısı olmaqla cəmi 5 nəfər ailə üzvünün adına tərtib edilmişdir. İddiaçının anası 22.05.1997-ci il tarixdə vəfat etmişdir. Anasının vəfatından sonra iddiaçı 15.0 ha torpaq sahəsini digər ailə üzvlərinin razılığı ilə öz adına rəsmiləşdirmək istəmiş, lakin cavabdeh orqan onun müraciətini təmin etməmişdir. Cavabdeh orqan imtina məktubunda qeyd etmişdir ki, ərizənin icrası istiqamətində aparılan araşdırma zamanı kompleks yerquluşu xəritəsində dövlət aktının işlənilmiş konturu əksini tapmadığından X-713302, Y- 4521139 koordinatında yerləşən kod 40402017, JN-73 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktının mövcudluğu barədə məlumat verilməsi üçün Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin “xxxx” MMC-yə sorğu göndərilmiş və bu səbəbdən ərizənin icrası bir ay müddətinə dayandırılmışdır. “xxxx” MMC-nin 20 noyabr 2018-ci il tarixli cavab məktubunda mərkəzin elektron bazasında sözügedən dövlət aktının cizgisinə uyğun bölgü layihəsinin aşkarlanmadığı bildirildiyindən ərizənin icrası mümkün olmamışdır. Cavabdeh orqan iddia tələbinə rəsmi münasibət (etiraz) bildirməmişdir. Məhkəmə iclasında iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şəki İnzibati Məhkəməsi 02 mart 2021-ci il tarixli, 2-1(116)-11/2021 nömrəli qərarı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xİdmətinin 12 saylı Şəki Ərazi İdarəsinə qarşı “Şəki rayon AİK-nın 11.07.1998-ci il tarixli, 54 nömrəli qərarı ilə ona və ailə üzvlərinə verilmiş 15.0 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" tələbinə dair iddiasının təmin edilməməsi qərara alınmışdır. Həmin qərardan İddiaçı apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən qəbul olunmuş qərar qanunsuz və əsassızdır. Belə ki, Şəki rayon AİK-nın 11.07.1998-ci il tarixli, 54 nömrəli qərarı ilə 5 nəfər ailə üzvünün hər birinə 3.0 ha olmaqla cəmi 15.0 ha kənd təsərrüfatı istehsalı məqsədli torpaq sahəsi verilmiş, torpaq sahəsinə dair sənəd iddiaçının anası ailə başçısı olmaqla cəmi 5 nəfər ailə üzvünün adına tərtib edilmişdir. İddiaçının anası 22.05.1997-ci il tarixdə vəfat etmişdir. Anasının vəfatından sonra iddiaçı 15.0 ha torpaq sahəsini digər ailə üzvlərinin razılığı ilə öz adına rəsmiləşdirmək istəmiş, lakin cavabdeh orqan onun müraciətini təmin etməmişdir. Cavabdeh orqan imtina məktubunda qeyd etmişdir ki, ərizənin icrası istiqamətində aparılan araşdırma zamanı kompleks yerquluşu xəritəsində dövlət aktının işlənilmiş konturu əksini tapmadığından X-713302, Y-4521139 koordinatında yerləşən kod 40402017, JN-73 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktının mövcudluğu barədə məlumat verilməsi üçün Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin “xxxx” MMC-yə sorğu göndərilmiş və bu səbəbdən ərizənin icrası bir ay müddətinə dayandırılmışdır. “xxxx” MMC-nin 20 noyabr 2018-ci il tarixli cavab məktubunda mərkəzin elektron bazasında sözügedən dövlət aktının cizgisinə uyğun bölgü layihəsinin aşkarlanmadığı bildirildiyindən ərizənin icrası mümkün olmamışdır. İşə birinci instansiya məhkəməsində iş araşdırılarkən mütəxəssis rəyləri alınmış və iddiaçının hüququnu qeydə aldırmaq üçün istinad etdiyi aktın iş materiallarında olan çox saylı mütəxəssis rəylərinə əsasən döngə nöqtələrinin koordinatları Kadastr və Yerquruluşu Layihə Tədqiqat Mərkəzinin elektron məlumat bazasında öz əksini tapmamışdır. İddiaçının iddiasında göstərilən torpaq sahəsi hal-hazırda faktiki olaraq İddiaçı tərəfindən istifadə olunmadığından, həmin torpaq sahəsinin sahəsi, koordinatları göstərilməklə tələb olunan Sxemin tərtibi və sualın cavablandırılması mümkün olmamışdır. Həmçinin onun iddia etdiyi torpaq sahəsi dövlət mülkiyyətində olmaqla həmin torpaq sahəsi üzərində **********94 reyestr nömrəsi ilə “xxxx” MMC-nin icarə hüquqları dövlət qeydiyyatına alınmışdır. Ona görə də birinci instansiya məhkəməsi belə bir nəticəyə gəlmişdir ki, Yuxarıda qeyd edilənlərdən müəyyən edilir ki, iddiaçının tələbində qeyd etdiyi torpaq sahəsinə dair hüquqmüəyyənedici sənəd mövcud olsa da həmin sənəd əsasında torpaq sahəsinin yerini müəyyən etmək mümkün deyil. Lakin birinci instansiya məhkəməsinin gəldiyi bu nəticə ilə razılaşmaq olmaz. Belə ki, döngə nöqtələrinin koordinatları Kadastr və Yerquruluşu Layihə Tədqiqat Mərkəzinin elektron məlumat bazasında öz əksini tapmaması mənim təqsirim deyil və buna görə də mənim mülkiyyət hüquqlarımın pozulması qanunsuz və əsassızdır. Yuxarıda qeyd olunanlara əsasən Şəki İnzibati Məhkəməsinin 02 mart 2021-ci il tarixli, 2-1(116)-11/2021 nömrəli qərarının ləğv edilməsinin və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 02 mart 2021-ci il tarixli, 2-1(116)-11/2021 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə cavabdehin iştirakı olmadan işə baxaraq iş üzrə qərar qəbul etmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişində tərəflər məhkəmə baxışı iclasına gəlmədiyi halda işə baxılması və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişlər (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). Əsaslandırma hissəsi Azərbаycаn Respublikаsının İnzibati Prosessual Məcəlləsinin 82-ci mаddəsinə əsаsən, аpelyаsiyа instаnsiyаsı məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə bаxır. Apelyаsiyа instаnsiyаsı məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Həmin Məcəllənin 80-ci mаddəsinə görə, barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İşə əlavə edilmiş və kollegiyanın iclasında tədqiq edilmiş: 968567 nömrəli Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, iddiaçının anası X3 22.05.1997-ci il tarixdə vəfat etmişdir. JN-0073 nömrəli Dövlət Aktının təsdiq edilmiş surətindən görünür ki, Şəki rayon AİKnın 11.07.1998-ci il tarixli 54 saylı qərarı ilə 15.0 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi X3 və onun ailə üzvlərinin mülkiyyətinə verilmiş və qeydiyyat kitabında 8990a nömrə ilə qeyd edilmişdir. Ailə üzvləri sırasında İddiaçı adı qeyd edilmişdir. Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin 15.05.2019-cu il tarixli, **********98 nömrəli məktubuna əlavə edilən mütəxəssis rəyinin nəticə hissəsində qeyd edilir:
1. Şəki rayon AİK-nın 11.07.1998-ci il tarixli 54 qərarına əsasən X3, İddiaçı, X4, X5 və X1 adlarına hazırlanmış JN seriyalı 0073 nömrəli KOD 40402017 torpağa mülkiyyət hüququna dair Dövlət Aktı barədə məlumatlar Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin tabeliyində “xxxx” MMC-nın elektron baza məlumatlarında mövcud deyil.
2. Şəki rayon AİK-nın 11.07.1998-ci il tarixli 54 qərarına əsasən X3, İddiaçı, X4, X5 və X1 adlarına hazırlanmış JN seriyalı 0073 nömrəli KOD 40402017 torpağa mülkiyyət hüququna dair Dövlət Aktının 3-cü səhifəsində qeyd olunmuş mülkiyyətə verilmiş torpaq sahəsinin plan/cizgisinə əsasən 15.0 ha torpaq sahəsinin koordinatlarını müəyyən etmək mümkün olmamışdır.
3. İddiaçının iddia etdiyi torpaq sahəsi Şəki rayonu Qaratorpaq kəndi ərazisində yerləşməklə, təyinatı əkin, digər mülkiyyətçinin uzun müddətli icarəsində DƏDRX-nin 12 saylı Ərazi idarəsi tərəfindən qeydə alınmış çıxarışda göstərilən torpaq sahəsinin hüdüdları daxilindədir.
4. İddiaçının torpaq sahəsinin koordinatlarını müəyyən etmək mümkün olmadığından həmin torpaq sahəsi ilə iddiaçının faktiki istifadəsində olan torpaq sahəsinin koordinatları üst-üstə düşüb-düşmədiyini müəyyən etmək olmamışdır. İş materiallarında olan Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin 16.07.2019-cu il tarixli, **********40 nömrəli məktubuna əlavə edilən mütəxəssis rəyinin nəticə hissəsində qeyd edilir:
1. Şəki rayon AİK-nın 11.07.1998-ci il tarixli 54 qərarına əsasən X3, İddiaçı, X4, X5 və X1 adlarına hazırlanmış JN seriyalı 0073 nömrəli KOD 40402017 torpağa mülkiyyət hüququna dair Dövlət Aktı və qonşu sərhədləri barədə məlumatlar Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin tabeliyində “xxxx" MMC-nın elektron baza məlumatlarında mövcud deyil.
2. Şəki rayon AİK-nın 11 07.1998-ci il tarixli 54 qərarına əsasən X3, İddiaçı, X4, X5 və X1 adlarına hazırlanmış JN seriyalı 0073 nömrəli KOD 40402017 torpağa mülkiyyət huququna dair Dövlət Aktının 3-cü səhifəsində qeyd olunmuş mülkiyyətə verilmiş torpaq sahəsinin plan/cizgisinə əsasən 15.0 ha torpaq sahəsinin koordinatlarını müəyyən etmək mümkün olmamışdır.
3. İddiaçının torpaq sahəsinin koordinatlarını müəyyən etmək mümkün olmadığından həmin torpaq sahəsi ilə iddiaçının faktiki istifadəsində olan torpaq sahəsinin koordinatları üst-üstə düşüb-düşmədiyini müəyyən etmək mümkün olmamışdır. Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin 28.08.2019-cu il tarixli, **********23 nömrəli məktubuna əlavə edilən mütəxəssis rəyinin nəticə hissəsində qeyd edilir:
1. Sxemdə göstərilən koordinatlarda yerləşən torpaq sahəsinin mülkiyyətçisi Dövlətdir.
2. Sxemdə göstərilən koordinatlarda yerləşən torpaq sahəsi üzərində **********94 reyestr nömrəsi ilə xxxx” MMC-nin icarə hüquqları dövlət qeydiyyatına alınmışdır.
3. Sxemdə göstərilən koordinatlarda yerləşən torpaq sahəsinin qonşuluğunda yerləşən torpaq sahəsinin mülkiyyətçisi Dövlətdir və həmin torpaq sahəsi üzərində **********94 reyestr nömrəsi ilə xxxx” MMC-nin icarə hüquqları dövlət qeydiyyatına alınmışdır. 156087 nömrəli, 03.05.2017-ci il tarixli plan və ölçü sənədi, həmçinin RX seriyalı ******* nömrəli çıxarışın surətindən görünür ki, Qaratorpaq kəndi ərazisində yerləşən Şəki Şəhər İcra Hakimiyyətinin mülkiyyətində olan 2808.05 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi 49 il müddətinə xxxx” MMC-nin icarəsinə verilmişdir. Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin 29.11.2019-cu il tarixli, **********06 nömrəli məktubuna əlavə edilən arayışda qeyd edilir ki, İddiaçı məxsus JN-073 nömrəli KOD 40402017 nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktında göstərilən torpaq sahəsi təsərrüfatın xəritə materiallarında qeyd olunmadığından Kadastr və Yerquruluşu Layihə Tədqiqat Mərkəzinin Sənədlərlə iş və arxiv şöbəsinə müraciət olunmuşdur. Arxiv aparılmış araşdırma zamanıda vətəndaş İddiaçı JN-073 (kod ********) nömrəli Dövlət aktına dair məlumat aşkar edilməmişdir. Bu səbəbdən də təqdim olunan sənəd üzrə qeyd olunan sualların cavablandırılması mümkün olmamışdır. Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin 07.01.2020-ci il tarixli, **********01 nömrəli məktubuna əlavə edilən mütəxəssis rəyinin nəticə hissəsində qeyd edilir: Şəki rayon AİK-nın 11.07.1998-ci il tarixli 54 qərarına əsasən X3, İddiaçı, X4, X5 və X1 adlarına hazırlanmış JN seriyalı 0073 nömrəli KOD 40402017 torpağa mülkiyyət huququna dair Dövlət Aktının 3-cü səhifəsində qeyd olunmuş mülkiyyətə verilmiş torpaq sahəsinin planı/cizgisinə əsasən 15 ha torpaq sahəsini koordinatlarını müəyyən etmək mümkün olmamışdır. Çünki Kadastr və Yerquruluşu Layihə Tətqiqat Mərkəzinin elektron məlumat bazasında, arxivində və Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin arxivində JN seriyalı 0073 nömrəli torpaq mülkiyyətinə dair Dövlət Aktı və qonşuları JN seriyalı 70 və JN seriyalı 15 nömrəli mülkiyyət hüququna dair Dövlət Aktı mövcud deyildir. Şəki rayon AİK-nın 11.07.1998-ci il tarixli 54 qərarına əsasən X3, İddiaçı, X4, X5 və X1 adlarına hazırlanmış JN seriyalı 0073 nömrəli KOD 40402017 torpağa mülkiyyət hüququna dair Dövlət Aktının 3-cü səhifəsində qeyd olunmuş mülkiyyətə verilmiş torpaq sahəsinin plan/cizgisinə əsasən 15.0 ha torpaq sahəsinin koordinatlarını müəyyən etmək mümkün olmamışdır. Çünki Kadastr və Yerquruluşu Layihə Tədqiqat Mərkəzinin elektron məlumat bazasında, arxivində və Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin arxivində JN seriyalı 0073 nömrəli Dövlət Aktı mövcud deyildir. 3. Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin arxivində, Kadastr və Yerquruluşu Layihə Tətqiqat Mərkəzi MMC-nin elektron məlumat bazasında, arxivində olmadığından torpaq sahəsinin koordinatlarını müəyyən etmək mümkün olmamışdır. Qeyd: Şəki rayon AİK-nın 11.07.1998-ci il tarixli 54 qərarına əsasən X3, İddiaçı, X4, X5 və X2 torpaq mülkiyyət hüququna dair verilmiş JN seriyalı 0073 nömrəli, KOD 40402017 Dövlət Aktının 3-cü səhifəsində qeyd olunmuş torpaq sahəsinin plan/cizgisi və döngə nöqtələrinin koordinatları Kadastr və Yerquruluşu Layihə Tədqiqat Mərkəzinin elektron məlumat bazasında öz əksini tapmamışdır. Kadastr və Yerquruluşu Layihə Tədqiqat Mərkəzinin elektron məlumat bazasında öz əksini tapmış paylı mülkiyyətçilərə aid adlı siyahıda JN-0001 nömrəli Dövlət Aktı ilə mülkiyyətçidən JN0068 nömrəli Dövlət Aktı ilə mülkiyyətçi kimi olan subyektlərin adları göstərilmişdir. JN0073 nömrəli, Dövlət Aktı plan/cizgisində qonşuluq kimi göstərilmiş 15 nömrəli kontur təsərrüfatın kompleks yerquruluşu layihəsində mübahisələndirilən ərazidən fərqli ərazidə yerləşir. Bolludərə bələdiyyəsinin 19.02.2020-ci il tarixli, 05 nömrəli məktubunda qeyd edilir ki, İddiaçı ailə üzvləri ilə birlikdə 11.07.1998-ci il tarixdə X10 Komissiyasının 54 nömrəli qərarı ilə Şəki rayonu Qaratorpaq kəndi ərazisindən 15 (on beş ) ha pay torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsi 2017-ci il tarixə kimi öz istifadələrində olmuş, illik torpaq vergilərini bələdiyyənin hesabına ödəmişlər. 2017-ci il tarixdən İddiaçı ilə “xxxx” MMC arasında həmin pay torpaq sahəsində mübahisə yaranmışdır. Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin 07.12.2020-ci il tarixli, **********96 nömrəli məktubuna əlavə edilən mütəxəssis rəyinin nəticə hissəsində qeyd edilir:
1. İddiaçının iddiasında göstərilən torpaq sahəsi hal-hazırda faktiki olaraq İddiaçı tərəfindən istifadə olunmadığından, həmin torpaq sahəsinin sahəsi, koordinatları göstərilməklə tələb olunan Sxemin tərtibi və sualın cavablandırılması mümkün olmamışdır.
2. JN-0073 kod 40402017 nömrəli Dövlət Aktının 3-cü səhifəsində qeyd olunan torpaq sahəsinin plan/cizgisi və döngə nöqtələrinin koordinatları Kadastr və Yerquruluşu Layihə Tədqiqat Mərkəzinin elektron məlumat bazasında öz əksini tapmamışdır. Bu səbəbdən sualın cavablandırılması mümkün olmamışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır (maddə 139.1). “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən qeydiyyat orqanı – daşınmaz əmlakın dövlət reyestrini tərtib edən və aparan müvafiq icra hakimiyyəti orqanıdır (maddə 1.0.4.). Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır (maddə 2.1). Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Hüquqların dövlət qeydiyyatından əsaslandırılmış imtina barədə ərizəçiyə 5 gün müddətində bildiriş göndərilir (maddə 15). “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0-cı maddəsi ilə daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslar müəyyən olunmuşdur ki, qeyd olunan qanunvericilik normasının tələbinə görə yalnız həmin maddədə sadalanan əsaslar mövcud olduğu halda, hüquqlar dövlət qeydiyyatına alınmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 11.1-ci maddəsinə əsasən, hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 8.0.5-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri əsas hesab olunur. İddiaçının hüququnu qeydə aldırmaq üçün istinad etdiyi aktın iş materiallarında olan çox saylı mütəxəssis rəylərinə əsasən döngə nöqtələrinin koordinatları Kadastr və Yerquruluşu Layihə Tədqiqat Mərkəzinin elektron məlumat bazasında öz əksini tapmamışdır. İddiaçının iddiasında göstərilən torpaq sahəsi hal-hazırda faktiki olaraq İddiaçı tərəfindən istifadə olunmadığından, həmin torpaq sahəsinin sahəsi, koordinatları göstərilməklə tələb olunan Sxemin tərtibi və sualın cavablandırılması mümkün olmamışdır. Həmçinin onun iddia etdiyi torpaq sahəsi dövlət mülkiyyətində olmaqla həmin torpaq sahəsi üzərində **********94 reyestr nömrəsi ilə “xxxx” MMC-nin icarə hüquqları dövlət qeydiyyatına alınmışdır. Yuxarıda qeyd edilənlərdən müəyyən edilir ki, iddiaçının tələbində qeyd etdiyi torpaq sahəsinə dair hüquqmüəyyənedici sənəd mövcud olsa da həmin sənəd əsasında torpaq sahəsinin yerini müəyyən etmək mümkün deyil. Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında” Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinə əsasən dövlət torpaq kadastrının məlumatları dövlət orqanlarının, bələdiyyələrin və məhkəmələrin qərar qəbul etməsi üçün əsasdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15.1.1-ci maddəsinə əsasən, dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilə bilər. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15.1.5-ci maddəsinə əsasən, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilə bilər. Torpaq Məcəlləsinin 5.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaq sahəsi üzərində dövlət, bələdiyyə və xüsusi mülkiyyət növləri mövcuddur. Bütün mülkiyyət növləri bərabərhüquqludur və dövlət tərəfindən qorunur. 5.2-ci maddəsinə əsasən mülkiyyət hüququnun subyektləri-dövlət mülkiyyətində olan torpaq sahələri üzərindəAzərbaycan dövləti, bələdiyyə mülkiyyətində olan torpaq sahələri üzərindəbələdiyyələr, xüsusi mülkiyyətdə olan torpaq sahələri üzərində-Azərbaycan Respublikasının vətəndaşları və hüquqi şəxsləridir. 46.3-cü maddəsinə əsasən dövlət mülkiyyətində olan torpaqların bələdiyyə və xüsusi mülkiyyətə verilməsi qanunla müəyyən edilir. 46.4-cü maddəsinə əsasən dövlət mülkiyyətində olan torpaqların istifadəsi və mühafizəsi sahəsində dövlət idarəetməsini öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları həyata keçirirlər. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi haqqında Əsasnamənin 1.1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi dövlət əmlakının idarə edilməsi, onun özəlləşdirilməsi, bu sahəyə investisiyaların cəlb olunması, daşınmaz əmlakın dövlət reyestrinin aparılması, daşınmaz əmlakın vahid dövlət kadastrının aparılması, ünvan reyestrinin aparılması, dövlət torpaq kadastrı, yerquruluşu, torpaqların dövlət idarəetməsinin təşkili, torpaqlardan istifadəyə və onların mühafizəsinə nəzarət, torpaq bazarının təşkili sahəsində dövlət siyasətini və tənzimlənməsini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır. Sadalanan maddi hüquq normalarının tələbindən göründüyü kimi, dövlət mülkiyyətində olan torpaq sahələrinin bələdiyyə və ya xüsusi mülkiyyətə verilməsi qanunla müəyyən edilir və bu sahədə dövlət idarəetməsini öz səlahiyyətləri daxilində Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi həyata keçirir. İddiaçının hüquqlarının dövlət qeydiyyatına alınmaması ilə bağlı cavabdehin hərəkətləri qanunauyğun olduğundan, habelə həmin torpaq sahəsinin iddiaçının mülkiyyəti kimi dövlət qeydiyyatına alınması üçün "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8 və 10-cu maddələrində nəzərdə tutulmuş qanuni əsas olmadığından iddia tələbi rədd edilməlidir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanunun: 23.1-ci maddəsinə əsasən, qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə vəvaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. 23.2-ci maddəsinə əsasən, daşınmaz əmlak barədə texniki məlumatın dəqiqliyinə və vaxtında təqdim edilməsinə həmin daşınmaz əmlakın dövlət uçotunu aparan müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri cavabdehdirlər. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə əsasən, fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Qanununun 19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Göründüyü kimi, cavabdehin iddiaçının tələbinin təmin olunmasından imtinası əsaslı olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi işin faktiki hallarını tam və hərtərəfli araşdırmış, iddia tələbini təmin etməməklə maddi və prossesual hüquq normalarının tətbiqində səhvə yol verməyərək inzibati iş üzrə düzgün nəticəyə gəlmişdir. İPM-in 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməkdə haqlıdır. Ona görə də Şəki İnzibati Məhkəməsinin 02 mart 2021-ci il tarixli, 2-1(116)-11/2021 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalı, iş üzrə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri əsassız olduğu üçün təmin edilməməlidir.
Nəticəvi hissə
Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qərara aldı:
İddiaçı tərəfindən verilmiş аpellyаsiyа şikаyəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 02 mart 2021-ci il tarixli, 2-1(116)-11/2021 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan onun təqdim edildiyi gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.