Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-223/2021 03.05.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən və məruzəçi), Məlikov Vəzirxan İsgəndər oğlu və Şükürov İmanverdi Həşimxan oğlundan ibarət tərkibdə, Kərimli İsmayıl Aslan oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsinə qarşı “Şəki şəhəri, N.Nərimanov küçəsində yerləşən bufetçayxana binasına çıxarış verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 11.02.2021-ci il tarixli, 2-1(116)-50/2021 saylı qərarından iddiaçının nümayəndəsi X1 vermiş olduğu apellyasiya şikayətinə məhkəmənin binasında şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə İddiaçı direktoru X5 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçınə məxsus 100 kv.m torpaq sahəsi və həmin torpaq sahəsində tikintisi başa çatmış obyektin daşınmaz əmlakın dövlət reyestrində İddiaçı adına qeydiyyata alınıb çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, Müəssisə Şəki şəhər İH 30.06.1993-cü il tarixli 1/792 nömrəli sərəncamı ilə N.Nərimanov küçəsinin cənubunda yerləşən məişət xidməti istehsalat idarəsinə məxsus torpaq sahəsindən 100 kv.m torpaq sahəsi İddiaçınə məxsus bufet-çayxananın istifadəsinə verilmişdir. Müəssisə Ədliyyə Nazirliyində 26 avqust 1994-cü il tarixdə 15465 nömrəli şəhadətnamə ilə dövlət qeydiyyatına alınmışdır. 25.05.1996-cı il tarixli ******* saylı şəhadətnamə ilə Statistika Komitəsi tərəfindən dövlət reyestrinə daxil edilməklə Ədliyyə Nazirliyi tərəfindən dövlət qeydiyyatına götürülərək fəaliyyət göstərmişdir. 01.04.1994-cü il tarixdə X3 ilə İddiaçı anbardar-hesabdarı X5 arasında olan Akt əsasında X13 satılmışdır. İddiaçı sözügedən torpaq sahəsi və üzərində tikintisi başa çatmış obyektə dair onun mülkiyyət hüququnun tanınaraq reyestrdə qeydiyyata alınması və çıxarışın verilməsi üçün cavabdeh orqana müraciət etmiş, lakin cavabdeh orqan müraciətin təmin edilməsindən imtina etmişdir. İmtina məktubunda cavabdeh orqan qeyd etmişdir ki, müəssisəyə 100 kv.m torpaq sahəsinin ayrılması barədə müvafiq sərəncam və baş memar tərəfindən təsdiqlənmiş layihə smeta müraciət zamanı orqana təqdim edilsə də, hüquqi şəxsin qeydiyyatı haqqında şəhadətnamənin notarial təsdiq edilmiş surəti, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində tələb edilən sənədlər, yəni tikintisinə icazə tələb edilən obyektlər üçün müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı və istismara qəbul aktı təqdim edilmədiyindən iddiaçının müraciətinin təmin edilməsi mümkün olmamışdır. İddiaçı məhkəməyə 24.11.2020-ci il tarixli ərizə ünvanlayaraq iddia tələbində dəqiqləşdirmə aparmış və “Şəki şəhəri, N.Nərimanov küçəsində yerləşən bufet-çayxana binasına çıxarış verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında ərizə icraata qəbul edilmişdir. Cavabdeh orqan məhkəməyə ünvanladığı 16.01.2020-ci il tarixli etiraz məktubunda imtina məktubunda qeyd edilənlərlə yanaşı qeyd edir ki, iddiaçı müraciətinə sözügedən qeyri-yaşayış binasının alqı-satqısına dair akt əlavə etsə də, mövcud qanunvericiliyin tələblərinə əsasən daşınmaz əmlakın alqı-satqısı notarial qaydada aparılmalı olduğu üçün təqdim edilmiş sənəd əmlakın qeydiyyata alınması üçün əsas hesab edilə bilməz, həmçinin Müəssisəyə ayrılan 100 kv.m torpaq sahəsi Şəki Şəhər İH başçısının sərəncamı əsasında ayrıldığından həmin torpaq sahəsi Azərbaycan Respublikası Prezidentinin 11 iyun 2001-ci il tarixli, 498 saylı Fərmanının tələblərinə əsasən dövlət torpaq sahəsidir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi tələbin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şəki İnzibati Məhkəməsinin 2-1(116)-50/2021 saylı, 11.02.2021-ci il tarixli qərarı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsinə qarşı “Şəki şəhəri, N.Nərimanov küçəsində yerləşən bufetçayxana binasına çıxarış verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiasının təmin edilməməsi qərara alınmışdır. Mütəxəssis rəyinin verilməsinə çəkilən xərc iddiaçıya aid edilir. Mütəxəssis rəyinin verilməsinə çəkilən xərcə görə 106 manat 72 qəpik İddiaçındən tutularaq Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Kadastr və Yerquruluşu Layihə-X16 Məsuliyyətli Cəmiyyətinin hesabına (Kapital Bank ASC Xətai filialı, kod: 200071 VÖEN (bank) **********, Müxbir hesab AZ37NABZ**********0000001944, SWİFT: AİİBAZ2X, Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi MMC hesab AZ23AİİB38 03001944 ********** VÖEN: **********) köçürülməsi qərara alınmışdır. Həmin qərardan İddiaçı nümayəndəsi X5 apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri İddiaçı nümayəndəsi X5 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən qəbul olunmuş qərar qanunsuz və əsassızdır. Belə ki, məhkəmə hazırki mübahisəyə həmin vaxt qüvvədə olmayan maddi hüquq normasını tətbiq etmişdir. Halbuki mübahisəyə hüquq münasibətinin yarandığı vaxt qüvvədə olan maddi hüquq normaları tətbiq edilməlidir. Birinci instansiya məhkəməsi köhnə tikilmiş tikilinin qeydə alınması üçün tikintiyə icazə, istismara qəbul aktı tələb edir. Halbuki tikili köhnə dövrlərdə tikilib yekunlaşıb. Həmin proseslərə əməl olunmaması tikilinin qeydə alınmamasını özündə ehtiva etmir. Həmçinin, fiziki baxımından da sənədlərin köhnə tarixə tərtib edilməsi qeyri-mümkündür. Eyni zamanda, tikilinin mövcudluğu heç kimin hüquqlarını pozmur. Bununla da Mülki Məcəllənin vəzifəsi olan mülki dövriyyənin azadlığı təmin edilmir. Halbuki iqtisadı dəyərə malik olan hər bir əşya mülkiyyət xarakterini özündə daşıyır. Həmçinin bildirmişdir ki, birinci instansiya məhkəməsi məhkəmə tikinti-texniki ekspertizası təyin edərək ədaləti bərpa edə bilərdi. Ekspertizanın rəyi ilə tikilinin dayanıqlılığı, şəhərsalma qaydalarını pozmaması, habelə tikintinin saxlanmasının digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozmaması və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaratmaması müəyyən edilərsə, həmin tikili üzərində hüquqlar qeydiyyata alınmalıdır. Çünki istismara icazəninin mahiyyətidə elə bu halları özündə ehtiva etməsidir. Başqa sözlə, istismara qəbul aktı ilə tənzimlənən məsələlər ekspertiza rəyi ilə aradan qaldırıla bilər. Yuxarıda qeyd olunanlara əsasən Şəki İnzibati Məhkəməsi 2-1(116) 50/2021 saylı, 11.02.2021-ci il tarixli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı nümayəndəsi X5 apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 11.02.2021-ci il tarixli, 2-1(116)- 50/2021 saylı qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsinin nümayəndəsi X7 oğlu apellyasiya şikayətinin təmin edilməməsini, Şəki İnzibati Məhkəməsinin 11.02.2021-ci il tarixli, 2-1(116)-50/2021 saylı qərarının qüvvədə saxlanılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi X5 məhkəmə kollegiyasının iclasında ərizə təqdim edərək iddia tələbində dəqiqləşdirmə aparmış və “Şəki şəhəri, N.Nərimanov küçəsində yerləşən 96.3 kv.m qeyri-yaşayış sahəsinə çıxarış verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.Kollegiyanın iclasında ərizə icraata qəbul edilmişdir. Əsaslandırma hissəsi İddiaçı apellyasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində (İnzibati Prosessual Məcəllənin (bundan sonra İPM) 85.2- ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.3-cü maddəsi). Şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir. İddiaçı sahibliyində olan torpaq sahəsində inşa etdiyi tikiliyə daşınmaz əmlakın dövlət reyestrində hüququn qeydə alınmasını xahiş etmişdir. Hazırkı iddia növü öhdəliyin icrası haqqında iddiadır. İPM-in 2.2.3-cü maddəsinə görə inzibati oran tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddiaya) inzibati məhkəmə icraatı qaydasında baxılır. İddia mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Azərbаycаn Respublikаsının İnzibati Prosessual Məcəlləsinin 82-ci mаddəsinə əsаsən, аpelyаsiyа instаnsiyаsı məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə bаxır. Apelyаsiyа instаnsiyаsı məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Həmin Məcəllənin 80-ci mаddəsinə görə, barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, Şəki Şəhər İH başçısının 28.02.1992-ci il tarixli 97 nömrəli sərəncamından çıxarışın təsdiq edilmiş surətindən müəyyən edilir ki, Şəki şəhər əhaliyə məişət xidməti istehsalat idarəsinə N.Nərimanov küçəsinin cənubunda mövcud məişət xidməti sahəsində bufet-çayxana açılması üçün 60 kv.m torpaq sahəsi ayrılmışdır. Şəki Şəhər İH başçısının 30.06.1993-cü il tarixli 1/792 nömrəli sərəncamından çıxarışın təsdiq edilmiş surətindən müəyyən edilir ki, İddiaçı və Şəki şəhər əhaliyə məişət xidməti istehsalat idarəsinin məktubları nəzərə alınaraq N.Nərimanov küçəsinin cənubunda yerləşən məişət xidməti istehsalat idarəsinə məxsus torpaq sahəsindən 100 kv.m torpaq sahəsi İddiaçınə məxsus bufet-çayxananın istifadəsinə verilmişdir. Ədliyyə Nazirliyi Hüquqi X10 üzrə Zaqatala bölgə şöbəsinin X2 Reyestri tərəfindən verilmiş 23.05.2007-ci il tarixli çıxarışın təsdiq edilmiş surətindən görünür ki, İddiaçı 26 avqust 1994-cü il tarixli, 15465 qeydiyyat nömrəsi ilə qeydiyyata alınmış və hazırkı təsisçisi X4r. Şəki şəhəri, N.Nərimanov küçəsinin cənubunda mövcud məişət xidməti sahəsində tikiləcək bufet-çayxana üçün tərtib edilmiş lahiyə smeta sənədlərindən görünür ki, smetanın məbləği- 149354 manat olmaqla şəhərin baş memarı M.Həsənov tərəfindən təsdiq olunmuşdur. Şəki şəhərinin təsərrüfat hesablı ictimai iaşə birliyinin Şəki Şəhər İH başçısına ünvanladığı 30.03.1993-cü il tarixli 105 nömrəli məktubdan müəyyən edilir ki, Birliyin rəhbəri Şəki şəhəri, N.Nərimanov küçəsinin cənubunda X11 şəxsi vəsaiti hesabına tikilmiş, birliyin nəzdində fəaliyyət göstərən bufetçayxananın birliyin nəzdindən çıxarılmasına etiraz etməmişdir. - Şəki şəhər əhaliyə məişət xidməti istehsalat idarəsinin İddiaçı müdiri Nizami Məsimova ünvanladığı 07.06.1993-cü il tarixli 55 nömrəli məktubdan müəyyən edilir ki, bufetçayxananı X15 öz vəsaiti hesabına tikmişdir və İdarə ora heç bir vəsait xərcləməmişdir. - 01.04.1994-cü il tarixli Aktın surətindən müəyyən edilir ki, bufet-çayxananın sahibi V.Kərimov onu İddiaçı Kiçik Müəssiəsinə satmışdır. -Şəki Şəhər İH başçısının Müəssisənin direktoru F.Hümmətova ünvanladığı 17.04.1998ci il tarixli 1/260 nömrəli məktubdan müəyyən edilir ki, Müəssisənin nəzdində açılacaq maye-qaz balonlarının doldurulması məntəqəsinin Şəki şəhər yanğından mühafizə idarəsinin razılığını almaq şərti ilə müvafiq sərəncama əsasən müəssisə üçün ayrılmış torpaq sahəsində yerləşdirilməsinə İH etiraz etməmişdir. - “xxxx” ASC tərəfindən Şəki Apellyasiya Məhkəməsinə ünvanlanan 20 nömrəli məktubdan müəyyən edilir ki, bələdiyyə tərəfindən satılan mayeqaz YDM-in yerləşdiyi 100 kv.m və müəssisənin istifadəsində olan digər torpaq sahələrinin “xxxx” ASC-yə heç bir aidiyyəti yoxdur. - A seriyalı 393086 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin təsdiq edilmiş surətindən müəyyən edilir ki, Şəki Apellyasiya Məhkəməsinin 2- 1(107)-147 nömrəli, 12.03.2019-cu il tarixli qətnaməyə əsasən Şəki şəhəri, N.Nərimanov küçəsində yerləşən 0.01 ha torpaq sahəsi İddiaçı mülkiyyətinə verilmişdir. İşə əlavə edilmiş qeydiyyat nömrəsi ********** olan 13.06.2019-cu il tarixli çıxarışın təsdiq edilmiş surətinə əsasən Şəki şəhəri, N.Nərimanov küçəsində yerləşən 0.01 ha torpaq sahəsi İddiaçı mülkiyyətindədir. Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin 03.11.2020-ci il tarixli **********07 nömrəli məktubuna əlavə edilən mütəxəssis rəyinin təsdiq edilmiş surətində araşdırmanın nəticəsi olaraq qeyd edilir ki, iddiaçının istifadəsində olan torpaq sahəsi bələdiyyə mülkiyyətinə aid olub faktiki sahəsi 245 kv.m-dir, döngə nöqtələrinin koordinatları tərtib edilən SXEM-də göstərilmişdir. Həmin torpaq sahəsi X6 kateqoriyasına aid olub X5 tərəfindən istifadə edilir. 09 sentyabr 2019-cu il tarixli Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə(baxış) aktından görünür ki, Şəki İHB-nin 1993-cü il tarixli 1/792- saylı sərəncamı ilə İddiaçı istifadəsinə verilmiş 100 kv.m torpaq sahəsinin üzərində onuin mülkiyyətində olan əmlakın təyinat kateqoriyası qeyri-yaşayış (çayxana) binası və qeyriyaşayış(çayxana) binası kimi faktiki istifadədir. Həmin qeyri-yaşayış binasının 53,6 kv.m əsas sahədən, 42,7 kv.m köməkçi sahədən ibarət cəmi ümumi sahəsi 96,3 kv.m-dir. Həmin qeyri-yaşayış(çayxana) binası küçə və digər qeyri-yaşayış binaları ilə həmsərhəddir. Həmin qeyri-yaşayış(çayxana) binasının yerləşdiyi ərazi müayinə olunarkən digər kommunikasiya xətlərinin olması faktı müəyyən olunmadı. Cavabdeh 15 noyabr 2019-cü il tarixli imtina və həmçinin etiraz məktubunda məktubunda qeyd edir ki, İddiaçı 100 kv.m torpaq sahəsinin ayrılması barədə Şəki Şəhər İcra Hakimiyyəti başçısının 30 iyun 1993-cü il tarixli, 1/792 saylı sərəncamı və baş memar tərəfindən təsdiqlənmiş lahiyə smeta təqdim edilsə də, hüquqi şəxsin qeydiyyatı haqqında şəhadətnamənin notarial təsdiq edilmiş sürəti, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində göstərilən əsaslar- Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013cü il yanvarın 1-dək) inşa edilən tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün – müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı və istismara qəbul aktı təqdim edilmədiyindən, ərizənizin icrası mümkün olmamışdır. Eyni zamanda iddiaçı sözügedən qeyri-yaşayış binasının alqı-satqısına dair akt əlavə etsə də, mövcud qanunvericiliyin tələblərinə əsasən daşınmaz əmlakın alqı-satqısı notarial qaydada aparılmalı olduğu üçün təqdim edilmiş sənəd əmlakın qeydiyyata alınması üçün əsas hesab edilə bilməz,həmçinin Müəssisəyə ayrılan 100 kv.m torpaq sahəsi Şəki Şəhər İH başçısının sərəncamıəsasında ayrıldığından həmin torpaq sahəsi Azərbaycan Respublikası Prezidentinin 11 iyun 2001-ci il tarixli, 498 saylı Fərmanının tələblərinə əsasən dövlət torpaq sahəsidir. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin imtina məktubunda göstərilən dəlilləri əsassızdır. Belə ki,məhkəmə kollegiyasının iclasında müəyyən olundu ki, Şəki Şəhər İH başçısının 30.06.1993-cü il tarixli 1/792 nömrəli sərəncamı ilə İddiaçı və Şəki şəhər əhaliyə məişət xidməti istehsalat idarəsinin məktubları nəzərə alınaraq N.Nərimanov küçəsinin cənubunda yerləşən məişət xidməti istehsalat idarəsinə məxsus torpaq sahəsindən 100 kv.m torpaq sahəsi İddiaçınə bufet-çayxananın istifadəsinə verilmişdir. 01.04.1994-cü il tarixli bufet-çayxananın sahibi V.Kərimov onu İddiaçı Kiçik Müəssiəsinə satmışdır.İddiaçının istifadəsində olan torpaq sahəsi bələdiyyə mülkiyyətinə aid olub faktiki sahəsi 245 kv.m-dir,həmin torpaq sahəsi X6 kateqoriyasına aid olub X5 tərəfindən istifadə edilir.Qeyri-yaşayış binasının (çayxana) 53,6 kv.m əsas sahədən, 42,7 kv.m köməkçi sahədən ibarət cəmi ümumi sahəsi 96,3 kv.m olmaqla üç otaqdan ibarətdir. İddiaçının istifadəsində olan torpaq sahəsində inşa edilmiş bütün tikililnin layihəsi şəhərin baş memarı tərəfindən təsdiq edilmişdir. İddiaçı torpaq sahəsi üzərində yerləşən 96,3 kv.m qeyri-yaşayış binası üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmişdir. Daşınmaz əmlaka, o cümlədən torpağa mülkiyyət hüququ və onunla bağlı digər hüquqların dövlət qeydiyyatı, habelə Azərbaycan Respublikası ərazisi üzrə vahid olan daşınmaz əmlakın dövlət reyestrinin aparılması qaydaları “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunla müəyyən edilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 8.0.1-ci maddəsinə əsasən, qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsasdır. Qanunun 8-ci maddəsində daşınmaz əmlak üzərində hüquqların qeydə alınması üçün əsaslar sadalanmışdır. Cavabdehin mövqeyinə görə Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən sonra (01.01.2013-cü il tarixdən sonra) inşa edilən tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün nəzərdə tutulmuş tikintiyə icazə barədə qərar və tikinti obyektinin istismarına icazə təqdim edilmədiyindən iddiaçının tələbi əsaslı olmamışdır. Şəhərsalma və Tikinti Məcəlləsinin 79.1.1-ci maddəsinə əsasən, mülkiyyətdə, icarədə və ya istifadədə olan torpaq sahəsində hündürlüyü ən çoxu 5 metr, sahəsi 100 kv.m olan bir mərtəbəli yardımçı tikililərin, kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq fəaliyyəti ilə bağlı tikinti obyektlərinin tikintisinə icazə tələb olunmur. Bu Məcəllənin 79.1.1, 79.1.2 və 79.1.9-cu maddələrində nəzərdə tutulan ölçülərin hədlərini keçən obyektlərin tikintisinə məlumatlandırma icraatı şamil olunur (79.2-ci maddə). Mülkiyyətində, icarəsində və ya istifadəsində olan torpaq sahəsində təyinatı üzrə yerüstü mərtəbələrinin sayı 3-dən, hündürlüyü 12 metrdən (binanın hündürlüyü “0” səviyyəsindən, yəni birinci yerüstü mərtəbənin döşəməsinin üst hissəsindən sonuncu mərtəbənin örtüyünün alt hissəsinədək (çardaqaltı döşəmənin alt hissəsi) və aşırımlarının uzunluğu 6 metrdən çox olmayan fərdi yaşayış evlərinin tikintisi ilə bağlı məlumatlandırma icraatı həyata keçirilir və onların tikintisi üçün tikinti layihəsinin yalnız zirzəmilərin, mərtəbələrin, dam örtüklərinin planlarından, kəsiklərdən və fasadlardan ibarət memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrinin hazırlanması tələb olunur (80.1-ci maddə). İddiaçı istifadəsində olan torpaq sahəsində alqı satqı yolu ila aldığı tikililinin hündürlü 12 metrdən, mərtəbələrin sayı 3-dən çox olmayan tikilinin eskiz layihəsi hazırlanaraq Şəki şəhər İcra Hakimiyyəti başçısı Aparatı Memarlıq və Tikinti Şöbəsi ilə razılaşdırılmış, baş memar tərəfindən imza və möhürlə təsdiq edilmişdir. İddiaçı alqı satqı müqaviləsi əsasında aldığı tikilili Şəhərsalma və Tikinti Məcəlləsinin 79.1.1-ci maddəsinin tələb etdiyi həddən aşağı olmuşdur. Belə olan halda bu kimi tikililərə hətta həmin Məcəllənin 80-ci maddəsində nəzərdə tutulan məlumatlandırma icraatı belə tətbiq edilmir. Digər tikililər isə Məcəllənin 80-ci maddəsinin tələb etdiyi kimi, mərtəbələrinin sayı 3-dən, hündürlüyü 12 metrdən (binanın hündürlüyü “0” səviyyəsindən, yəni birinci yerüstü mərtəbənin döşəməsinin üst hissəsindən sonuncu mərtəbənin örtüyünün alt hissəsinədək (çardaqaltı döşəmənin alt hissəsi) və aşırımlarının uzunluğu 6 metrdən çox olmamışdır. İddiaçının mülkiyyətində inşa etdiyi tikililər Şəhərsalma və Tikinti Məcəlləsinin 79.1.1 və 80.1-ci maddələrinin tələbinə cavab verdiyindən həmin tikililərə icazə qərarının olması və istismara qəbul aktı tələb edilə bilməz. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.10.2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra müvafiq icra hakimiyyəti orqanına sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd tələb edilir. Göründüyü kimi, cavabdehin tələb etdiyi kimi iddiaçının inşa etdiyi tikililər tikintisinə icazə tələb olunan tikinti obyektləri olmadığı üçün tikintiyə icazə verilməsi barədə qərar və tikinti obyektinin istismarına icazə nəzərə tutulmamışdır. Belə olan halda apellyasiya şikayətinin dəliləri əsaslıdır. Bundan başqa apellyasiya şikayətində iddiaçının istifadəsinə verilmiş torpaq sahəsinin dövlət torpaq fonduna aidd olması ilə baglı dəlil ilə razılaşmayan kollegiya qeyd edir ki, Şəki Şəhər İH başçısının 30.06.1993-cü il tarixli 1/792 nömrəli sərəncamı ilə İddiaçınə verilmiş torpaq sahəshal hazırda bələdiyyə torpağıdır. Məhkəmə kollegiyası onu da vurğulayır ki, Ali Məhkəmənin İnzibati kollegiyası əvvəlki qərarlarında, o cümlədən 2-1(102)-551/2020 saylı 24 iyun 2020-ci il tarixli qərarında “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.10.2-ci maddəsinə istinad edərək inşa ediləm tikili tikintisinə icazə tələb olunan tikinti obyektləri olmadığı üçün tikintiyə icazə verilməsi barədə qərar və tikinti obyektinin istismarına icazənin alınmasının nəzərə tutulmadığı vurğulanmışdır. Azərbaycan Respublikası İPM-nin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. İPM-nin 48.1-ci maddəsinə əsasən sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyri-müəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmır və hesab edir ki, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə yalnış olduğundan birinci instansiya məhkəməsinin qərarı ləğv olunmalıdır. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları tam və hərtərəfli araşdırılmamış, məhkəməyə təqdim edilmiş sübutlar tam tədqiq edilməmişdir. İPM-in 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı rədd etməkdə haqlı olmamışdır. Ona görə də İddiaçı tərəfindən verilmiş аpellyаsiyа şikаyəti təmin edilərək Şəki İnzibati Məhkəməsinin 11.02.2021-ci il tarixli, 2-1(116)-50/2021 nömrəli qərarı ləğv edilməli, inzibati iş üzrə yeni qərar qəbul edilməli, idddia tələbi təmin edilməli və Şəki şəhəri,N.Nərimanov küçəsində yerləşən 96.3 kv.m qeyri-yaşayış sahəsi iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsinə həvalə olunmalıdır. Nəticəvi hissə Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş аpellyаsiyа şikаyəti təmin edilsin. Şəki İnzibati Məhkəməsinin 11.02.2021-ci il tarixli, 2-1(116)-50/2021 nömrəli qərarı ləğv edilsin.Yeni qərar qəbul edilsin.İddia tələbi təmin edilsin Şəki şəhəri, N.Nərimanov küçəsində yerləşən 96.3 kv.m qeyri-yaşayış sahəsi İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsinə həvalə olunsun. Qərardan onun təqdim edildiyi gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(107)-223/2021
Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-223/2021
03.05.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver