Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-223/2022 14.12.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən, məruzəçi), Məlikov Vəzirxan İsgəndər oğlu və Cavadova Günay İsmayıl qızından ibarət tərkibdə, Atababayev Faiq Gülağa oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı “özünə məxsus 0.05 ha torpaq sahəsinin üzərində olan qeyri-yaşayış binası üzərində (“Nigar” şadlıq evi) vahid daşınmaz əmlak obyekti kimi mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınması və çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 5 may 2022-ci il tarixli 2-1(116)-609/2022 nömrəli qərarından iş üzrə cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən verilmiş аpellyаsiyа şikаyətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı birinci instansiya məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək “iddiaçıya məxsus qeyri-yaşayış binasının (“Nigar” şadlıq evi) yerləşdiyi torpaq sahəsi ilə birgə, vahid daşınmaz əmlak obyekti kimi üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. Birinci instansiya məhkəməsinin xx.xx.2022-ci il tarixli iclas protokolunun qərardadı ilə cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsi – hüquq varisi: Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 9 saylı Qəbələ Ərazi İdarəsi ilə əvəz edilmişdir.
3. İddiaçı birinci instansiya məhkəməsinin iclasında tələbini dəqiqləşdirərək, “özünə məxsus 0.05 ha torpaq sahəsinin üzərində olan qeyri-yaşayış binası üzərində (“Nigar” şadlıq evi) vahid daşınmaz əmlak obyekti kimi mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınması və çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.
4. Birinci instansiya məhkəməsinin xx.xx.2022-ci il tarixli iclas protokolunun qərardadı ilə ərizə icraata qəbul edilmişdir.
5. İşin qısa mahiyyəti ondan ibarətdir ki, Qəbələ Bələdiyyəsinin xx.xx.2005-ci il tarixli 07 saylı qərarı ilə iddiaçıya 0.05 ha torpaq sahəsi satılmışdır. Qəbələ RİH başçısının xx.xx.2005-ci il tarixli 165 №-li sərəncamı ilə iddiaçıya həmin torpaq sahəsi üzərində ticarət və iaşə xidməti obyektinin tikintisinə başlamağa icazə verilmiş, tikinti 2006-2012-ci illərdə həyata keçirilmiş, Qəbələ RİH tərəfindən xx.xx.2019-cu il tarixdə tikilinin şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə və tikinti layihəsinə uyğun inşa edildiyi qeyd edilərək istismara qəbul edilmişdir. Bundan sonra iddiaçı mülkiyyətində olan həmin torpaq sahəsində yerləşən qeyri-yaşayış obyektinin vahid daşınmaz əmlak obyekti kimi dövlət qeydiyyatına alınması üçün cavabdeh orqana müraciət etmiş, lakin cavabdeh orqan müraciətin təmin edilməsindən imtina etmişdir. Odur ki, hazırkı inzibati mübahisə yaranmışdır.
6. İddiaçı tələb hüququnu mülkiyyətində olan torpaq sahəsinin ona Qəbələ Bələdiyyəsinin qərarı əsasında satılması, 2012-ci ildə başa çatdırdığı tikilinin inşasına Qəbələ RİH tərəfindən icazə verilməsi, tikinti işləri başa çatdıqdan sonra isə istismara hazırlıq aktının alınması və istismara qəbul edilməsi ilə əsaslandırmışdır.
7. Cavabdeh orqan iddia tələbinə etirazını qeyri-yaşayış binasının 8.4 kv.m hissəsinin iddiaçının mülkiyyətində olan 500 kv.m torpaq sahəsinin hüdudlarından kənarda yerləşməsi və qeyri-yaşayış binasının faktiki vəziyyətinin təqdim edilmiş layihədən fərqli olması ilə əsaslandırmış, məhkəmədən iddianın təmin edilməməsini xahiş etmişdir.
8. Birinci instansiya məhkəməsinin iclasında iddiaçı və onun vəkili iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etmişlər. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
9. Şəki İnzibati Məhkəməsinin (hakim Vüqar Musayev) 5 may 2022-ci il tarixli 2- 1(116)-609/2022 nömrəli qərarı ilə iddia tələbi təmin edilmişdir.
10. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 9 saylı Qəbələ Ərazi İdarəsi Şəki İnzibati Məhkəməsinin 5 may 2022-ci il tarixli 2-1(116)- 609/2022 nömrəli qərarından apellyasiya şikayəti vermişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ
11. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iddiaçı tərəfindən təqdim edilən sənədlərin ekspertizası zamanı məlum olmuşdur ki, təqdim edilmiş sənədlər “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinin tələblərinə cavab vermir. Belə ki, qeyri-yaşayış binasının 8.4 kv.m hissəsi mülkiyyətində olan 500 kv.m torpaq sahəsinin hüdudlarından kənarda yerləşir. Eyni zamanda müəyyən olunmuşdur ki, qeyri-yaşayış binasının faktiki vəziyyəti təqdim edilmiş layihədən fərqlidir. İddiaçı inşa edilmiş qeyri-yaşayış binasının yerləşdiyi torpaq sahəsinin 8.4 kv.m hissəsi üzərində mülkiyyət hüququna malik deyildir və təqdim olunan layihə tikintinin faktiki vəziyyətini əks etdirmir. Ona görə də Şəki İnzibati Məhkəməsinin 5 may 2022-ci il tarixli 2-1(116)-609/2022 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin rədd edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir.
TƏRƏFLƏRİN İZAHATLARİ
12. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin təmin edilməməsini, Şəki İnzibati Məhkəməsinin 5 may 2022-ci il tarixli 2-1(116)-609/2022 nömrəli qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi.
13. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X1 apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 5 may 2022-ci il tarixli 2-1(116)-609/2022 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin rədd edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etdi.
14. İş materiallarında olan aşağıda sadalanan sənədlərin məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: - Qəbələ Bələdiyyəsinin xx.xx.2005-ci il tarixli 07 saylı iclas protokolundan çıxarışdan görünür ki, iddiaçıya ticarət obyekti tikmək üçün 0.05 ha torpaq sahəsi satılmışdır. - Qəbələ RİH başçısının xx.xx.2005-ci il tarixli 165 №-li sərəncamından çıxarışdan görünür ki, Qəbələ şəhər sakini İddiaçı Qəbələ Bələdiyyəsindən alqı-satqı yolu ilə aldığı 310 kv.m torpaq sahəsində ticarət və iaşə xidməti obyektinin tikintisinə başlamağa icazə verilmişdir. Əsas: Qəbələ Bələdiyyəsinin xx.xx.2005-ci il tarixli 07 saylı qərarı, xx.xx.2005ci il tarixdə qeydə alınmış 274 saylı torpaqların alqı-satqısına dair akt, xx.xx.2005-ci il tarixli 31 saylı ödəniş qəbzi. - Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Tikintilərin Dövlət Reyestri, Tikinti obyektlərinə verilən koda dair şəhadətnamədən görünür ki, ünvan 1 ünvanında yerləşən “Ticarət və ictimai iaşə obyekti” 001890 nömrə ilə, xx.xx.2019-cu il tarixdə tikintilərin dövlət reyestrində qeydə alınmış və informativ və statistik xarakterli kod - 40601014-3-2501-001890/0419 – verilmişdir. - ünvan 1 ünvanında yerləşən “Ticarət və ictimai iaşə obyekti”-nin eskiz layihəsindən görünür ki, müvafiq layihə şəhərin baş memarı ilə razılaşdırılmışdır. - ********** qeydiyyat nömrəli, xx.xx.2012-ci il tarixli Seriya MA ******* №-li çıxarışdan görünür ki, Qəbələ şəhərində yerləşən 0.05 ha torpaq sahəsi iddiaçının tam xüsusi mülkiyyətindədir. - 002886 №-li, xx.xx.2019-cu il tarixli istismara hazırlıq aktından görünür ki, obyektin əsas göstəriciləri olaraq 2 mərtəbəli binanın ümumi sahəsi 907.5 kv.m, tikintialtı sahəsi 446 kv.m, həcmi 5730.0 kub.m, tikintinin başlanma tarixi xx.xx.2006, qurtarma tarixi xx.xx.2012-ci il qeyd edilmişdir. - xx.xx.2019-cu il tarixli Ö/İİ-03/2019 №-li Tikinti obyektinin istismarına icazə sənədindən görünür ki, tikintialtı sahəsi 446 kv.m olan tikintisi başa çatmış obyektin və ya onun bir hissəsinin şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə və tikinti layihəsinə uyğun inşa edildiyini və ondan təyinatı üzrə istifadənin mümkünlüyünü nəzərə alınaraq xx.xx.2019-cu il tarixdən “ünvan 2 ünvanında 2 mərtəbəli ticarət və iaşə xidməti” tikinti obyektinin istismarına icazə verilmişdir. - Cavabdehin xx.xx.2021-ci il tarixli imtina məktubundan görünür ki, iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməzdən əvvəl, analoji tələblə cavabdeh orqana müraciət etmiş, lakin cavabdeh orqan müraciətin təmin edilməsindən imtina etmişdir. - Məhkəmə kollegiyasına təqdim edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 9 saylı Qəbələ Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli məktubuna əlavə edilmiş mütəxəssis rəyindən görünür ki, tələbdə qeyd edilən qeyriyaşayış binasının (“Nigar” şadlıq evinin) 8.4 kv.m hissəsinin yerləşdiyi torpaq sahəsi bələdiyyə mülkiyyətinə aiddir.
TƏTBİQ EDİLƏN HÜQUQ
15. İnzibati Prosessual Məcəllə: Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 14.2. İnzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Maddə 12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. 12.3. Məhkəmə prosesinin iştirakçıları mübahisə ilə bağlı faktiki halların araşdırılmasında və sübutların toplanılmasında məhkəməyə yardım etməyə borcludurlar. 12.4. Proses iştirakçıları tərəfindən hər hansı sübutun məhv edilməsi və ya gizlədilməsi yaxud hər hansı başqa üsulla həmin sübutun araşdırılmasına maneçilik törədilməsi qadağandır. Belə halların baş verdiyi təqdirdə, məhkəmə konkret işlə bağlı bütün xüsusiyyətləri nəzərə alaraq sübut etmə vəzifəsinin dönüşü haqqında qərardad qəbul edə bilər. Maddə 48. Məhkəmənin və proses iştirakçılarının işin hallarının obyektiv araşdırılması ilə bağlı vəzifələri 48.1. Sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyrimüəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. 48.2. İnzibati məhkəmə icraatının iştirakçıları yazılı vəsatətlərini, etirazlarını, izahatlarını və bunlarla əlaqədar sənədləri məhkəmə baxışı başlayana qədər təqdim etməyə borcludurlar. Sədrlik edən hakim bu məqsədlə müddət təyin edə bilər. Məhkəmə xidməti vəzifəsinə görə həmin sənədlərin surətlərini prosesin digər iştirakçılarına göndərir. 48.3. Yazılı vəsatətlərə, etirazlara, izahatlara onlarda istinad olunan sənədlərin əsli və ya surəti tam və ya çıxarışlar şəklində əlavə edilməlidir. Həmin sənədlər qarşı tərəfə məlum olduğu və ya həcmcə çox böyük olduğu hallarda, onların əlamətlərini dəqiq göstərməklə, qarşı tərəfin həmin sənədlərlə məhkəmədə tanış olmasının mümkünlüyünü qeyd etmək kifayətdir.
16. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır; 139.3-cü maddəsinə görə daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir; 139-1.1.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. 152.1-ci maddəsinə görə mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
17. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının 29 iyun 2004-cü il tarixli 713-İİQ nömrəli Qanununa əsasən, qeydiyyat orqanı – daşınmaz əmlakın dövlət reyestrini tərtib edən və aparan müvafiq icra hakimiyyəti orqanıdır (1.0.4.). Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır (2.1). Maddə 12.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir.
18. Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin xx.xx.1999-cu il tarixli 7 nömrəli qərarı ilə təsdiq edilmiş və xx.xx.2000-ci ildən qüvvəyə minmiş Azərbaycan Respublikasının Dövlət Tikinti Normalarının (AzDTN) 1.6-1-in 6.9-cu bəndinə əsasən, sifarişçi dövlət qəbul və qəbul komissiyalarına aşağıdakıları təqdim edir: a) qəbul olunan obyektin tikintisi üzrə təsdiq olunmuş layihə sənədlərini; b) tikintidə işlədilmiş material, məmulat və konstruksiyaların keyfiyyətini təsdiq edən sertifikatları və yaxud digər sənədləri; v) tikinti-quraşdırma işlərinin ümumi jurnalını, müəllif nəzarəti və xüsusi işlər üzrə jurnalları (mövcüd olduğu halda); q) sonradan üstü örtülən işlərin və məsul konstruksiyaların qəbul aktlarını; ğ) avadanlıq, texnoloji boru kəmərləri, daxili və xarici su, istilik, qaz təchizatı və kanalizasiya sistemləri, drenaj qurğuları, elektrik, radio, telefon və televiziya qurğu və xətləri, partlayış, yanğın və ildırımdan mühafizə vasitələrinin sınaq aktlarını; d) obyektin sərhədlərindən xaricdəki su, kanalizasiya, istilik, qaz, enerji və rabitə kommunikasiyalarının istismara qəbul edilməsi haqda müvafiq istismar təşkilatlarının arayışlarını; e) yükdaşıyan daş hörgüsünün ilişmə möhkəmliyinin sınaq aktlarını; ə) hissələrlə (tikinti növbələri kimi) istismara qəbul edilən obyektlər üçün, bütövlüklə qəbula qədər istismara verilmiş hissələrin qəbul aktlarını. 6.10-cu bəndinə əsasən, dövlət qəbul və qəbul komissiyaları bu Qaydaların 6.9. bəndində göstərilən sənədlər əsasında obyekti istismara qəbul etmək üzrə işini sərbəst təşkil edir. Bu işin gedişində dövlət qəbul və qəbul komissiyaları: a) obyektin təyinatı üzrə inşa edilməsini, tikinti-quraşdırma işlərinin, partlayış və yanğın təhlükəsizliyi, əməyin mühafizəsi (istehsalat, sosial-məişət və iaşə təyinatlı obyektlər üzrə), ətraf mühitin qorunması, təbii təsirlərdən (zəlzələ, dəniz və çay sularının səviyyəsinin qalxması, torpaq sürüşmələri, sel, ildırım və s.) mühafizə üzrə tədbirlərin layihə sənədlərinə və qüvvədə olan tikinti norma və standartlarına uyğun yerinə yetirilməsini yoxlayır; b) 6.9. bəndinin «q», «ğ», «d», «e», «ə» yarımbəndlərində göstərilən aktları və arayışları nəzərə alır; Dövlət qəbul və qəbul komissiyaları, lazım gələrsə, bu Qaydaların 4.8. bəndində sadalanan aktlarla qəbul edilmiş işlərin təkrar yoxlanılmasını və həmçinin, quraşdırılmış avadanlıq, qurğu, sistem və xətlərin təkrar sınağını apara bilərlər. 6.11-ci bəndinə əsasən, işçi komissiyasının tərkibi, iş qaydası və müddəti podratçı ilə razılaşdırılaraq sifarişçi tərəfindən müəyyən edilir və işin yekunu üzrə işçi komissiyasının qərarı 2 nüsxədən ibarət bu Qaydaların əlavə 4-də verilmiş akt formasında rəsmiləşdirilir. Aktın bir nüsxəsi podratçıda, o biri nüsxəsi isə sifarişçidə qalır. 6.12-ci bəndinə əsasən, dövlət qəbul və qəbul komissiyaları görülən işlərin nəticəsində obyektin istismara qəbul edilməsi və ya edilməməsi haqda qərar qəbul edirlər. Dövlət qəbul və qəbul komissiyalarının qərarları akt kimi, bu Qaydaların əlavə 5 və 6-da verilmiş formada, 4 nüsxədən ibarət tərtib və təsdiq edilir. Qəbul aktı dövlət qəbul və qəbul komissiyalarını təyin edən qurum tərəfindən təsdiq edilir. 6.13-cü bəndinə əsasən, obyekt istismara qəbul edilərsə, təsdiq edilmiş aktın bir nüsxəsi yerli icra hakimiyyətinə və ya bələdiyyəyə, sifarişçiyə, istismarçıya və podratçıya verilir.
19. “İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanunu: 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. 15.1. Qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. 15.2. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz.
17. fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır.
APELLYASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ
20. Cavabdehin apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Apellyasiya şikayəti mümkündür, əsaslıdır, ona görə də apellyasiya şikayəti uğurlu olacaqdır.
21. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir.
22. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər.
23. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı tərəf hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
24. Birinci instansiya məhkəməsi iddia tələbini təmin edərək mövqeyini onunla əsaslandırmışdır ki, tikilinin layihəsinin təsdiq edilməsi və onun istismara qəbuluna razılıq verilməsi Qəbələ Rayon İcra Hakimiyyətinin səlahiyyətində olmuş və sonuncu xx.xx.2019cu il tarixli Ö/İİ-03/2019 №-li Tikinti obyektinin istismarına icazə sənədində tikintialtı sahəsi 446 kv.m olan tikintisi başa çatmış obyektin və ya onun bir hissəsinin şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə və tikinti layihəsinə uyğun inşa edildiyini qeyd edərək onun istismarına icazə vermişdir. Beləliklə, həmin məlumatların doğruluğuna və qanunvericiliyin tələblərinə uyğun olub-olmamasına hüquqi qiymət vermək Qəbələ Rayon İcra Hakimiyyətinin vəzifəsi olmuş, yuxarıda istinad olunan sənədlərin məzmunundan göründüyü kimi Qəbələ Rayon İcra Hakimiyyəti sözügedən obyektin tikinti layihəsinə uyğun inşa edildiyini müəyyən etmiş və ötən müddət ərzində müvafiq sərəncam və digər sənədlər mübahisələndirilməmişdir. Hazırkı işdə iddiaçı mülkiyyətində olan torpaq sahəsi üzərində yerləşən qeyri-yaşayış sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasını zəruri edən şərtləri sübuta yetirsə də, cavabdeh müvafiq qeydiyyatın aparılmasından imtinanı zəruri edən faktiki şərtlərin mövcudluğunu sübuta yetirə bilməmişdir.
25. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmır və qeyd edir ki, Azərbaycan Respublikası İPM-in 12 və 48-ci maddələrində müəyyən edilmiş “İşin hallarının araşdırılması prinsipi”, “Məhkəmənin və proses iştirakçılarının işin hallarının obyektiv araşdırılması ilə bağlı vəzifələri”nin tələbləri pozulmuşdur.
26. Belə ki, cavabdeh inzibati orqan apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qeyri-yaşayış binasının 8.4 kv.m hissəsi mülkiyyətində olan 500 kv.m torpaq sahəsinin hüdudlarından kənarda yerləşir. Eyni zamanda müəyyən olunmuşdur ki, qeyri-yaşayış binasının faktiki vəziyyəti təqdim edilmiş layihədən fərqlidir. İddiaçı inşa edilmiş qeyriyaşayış binasının yerləşdiyi torpaq sahəsinin 8.4 kv.m hissəsi üzərində mülkiyyət hüququna malik deyildir və təqdim olunan layihə tikintinin faktiki vəziyyətini əks etdirmir.
27. Bununla bağlı birinci instansiya məhkəməsi tərəfindən tələbdə qeyd olunan qeyriyaşayış binasının 8.4 kv.m hissəsinin hansı subyektin mülkiyyətində olması barədə mütəxəssis rəyinin alınması ilə bağlı sorğu verilsə də, iddiaçı tərəfindən iddia tələbi dəyişdirildiyindən artıq həmin torpaq sahəsinin hansı subyektin mülkiyyətində olmasının araşdırılması zərurəti aradan qalxdığı əsas gətirilərək cavabdeh inzibati orqan tərəfindən rəyin verilməsini gözləmədən yekun məhkəmə aktı qəbul edilmişdir.
28. Cavabdeh inzibati orqanın apellyasiya şikayətinin dəlillərini əsaslı hesab edərək məhkəmə kollegiyası qeyd edir ki, işin araşdırılması zamanı birinci instansiya məhkəməsinin sorğusuna əsasən kollegiyanın iclasında təqdim edilən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 9 saylı Qəbələ Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli məktubuna əlavə edilmiş mütəxəssis rəyi ilə müəyyən edildi ki, tələbdə qeyd edilən qeyri-yaşayış binasının 8.4 kv.m hissəsinin yerləşdiyi torpaq sahəsi bələdiyyə mülkiyyətinə aiddir.
29. İşdə olan 002886 №-li, xx.xx.2019-cu il tarixli istismara hazırlıq aktından görünür ki, tikintinin başlanma tarixi xx.xx.2006, qurtarma tarixi xx.xx.2012-ci il qeyd edilmişdir. Bununla bağlı, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü ilin yanvarın 1-dək) inşa edilən tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün müvafiq icra hakimiyyəti orqanının istismara qəbul aktı iş materiallarında aşkar edilməmişdir.
30. Belə ki, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin xx.xx.1999-cu il tarixli 7 nömrəli qərarı ilə təsdiq edilmiş və xx.xx.2000-ci ildən qüvvəyə minmiş Azərbaycan Respublikasının Dövlət Tikinti Normalarının (AzDTN) 1.6-1-in tələblərinə əsasən, dövlət qəbul və qəbul komissiyaları görülən işlərin nəticəsində obyektin istismara qəbul edilməsi və ya edilməməsi haqda qərar qəbul edirlər.
31. Göründüyü kimi, iddiaçının tələb etdiyi qeyri-yaşayış binasının 8.4 kv.m hissəsinin yerləşdiyi torpaq sahəsi bələdiyyə mülkiyyətinə aiddir. Həmçinin, iş materiallarına istismara hazırlıq aktı və tikinti obyektinin istismarına icazə sənədi əlavə edilməsinə baxmayaraq, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin AzDTN 1.6-1-in tələblərinə əsasən, müvafiq icra hakimiyyət orqanı tərəfindən verilən qeyri-yaşayış binasının istismara qəbul aktı mövcud olmadığından iddia tələbi əsassızdır. Bundan başqa qeyri-yaşayış binasının faktiki vəziyyəti təqdim edilmiş layihədən fərqli tikilmişdir və inşa edilmiş qeyri-yaşayış binasının yerləşdiyi torpaq sahəsinin 8.4 kv.m hissəsi üzərində mülkiyyət hüququna malik deyildir və təqdim olunan layihə tikintinin faktiki vəziyyətini əks etdirmir.
32. Məhkəmə kollegiyasının qənaətinə görə iddiaçının tələbinin təmin olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğu sübut olunmur, cavabdehin imtinasını əsaslı, iddianın təmin olunmasını isə istisna edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilir, cavabdehə səlahiyyət verən normaların dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunur, cavabdehin imtinası qanunvericiliyə zidd olmamış və iddiaçının hüquqlarını pozmamış, imtina mövcud inzibati praktikaya uyğun, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur.
33. İş materiallarını, apellyasiya şikayətinin dəlillərini, mütəxəssis rəyini və tərəflərin məhkəmə kollegiyasının iclasında verdikləri izahatları nəzərə alan kollegiya hesab edir ki, göründüyü kimi, iddiaçının özünə məxsus 0.05 ha torpaq sahəsinin üzərində olan qeyriyaşayış binası üzərində vahid daşınmaz əmlak obyekti kimi mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınması və çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair iddia tələbi əsassızdır, cavabdehin apellyasiya şikayətinin dəlilləri isə əsaslıdır. Birinci instansiya məhkəməsi inzibati işin faktiki hallarını tam araşdırmadan, sübutların maddi və prossesual normalara uyğun qiymətləndirilməməsi nəticəsində iddia tələbini təmin etməklə inzibati iş üzrə səhv nəticəyə gəlmişdir.
34. Beləliklə, birinci instansiya məhkəməsinin qərarı İPM-in 87.6-cı maddəsinə əsasən ləğv edilməli, iddia tələbi təmin edilməməli, apellyasiya şikayəti təmin edilməlidir.
35. Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 87, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən məhkəmə kollegiyası QƏRАRА АLDİ:
Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Şəki İnzibati Məhkəməsinin 5 may 2022-ci il tarixli 2-1(116)-609/2022 nömrəli qərarı ləğv edilsin. İnzibati iş üzrə yeni qərar çıxarılsın. İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı “özünə məxsus 0.05 ha torpaq sahəsinin üzərində olan qeyri-yaşayış binası üzərində (“Nigar” şadlıq evi) vahid daşınmaz əmlak obyekti kimi mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınması və çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilməsin. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.