Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-225/2021 09.09.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məlikov Vəzirxan İsgəndər oğlu (sədrlik edən və məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və Hüseynov Elçin Şirin oğlundan ibarət tərkibdə, Quluzadə Rahul Teyyuf oğlunun katibliyi, İddiaçı vəkili həmçinin, nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsə qarşı “onun əlil hesab edilməməsi barədə cavabdehin qərarının ləğv edilməsi və üçüncü qrup əlilliyin bərpa edilməsi” tələbinə dаir inzibаti iş üzrə Şəki İnzibati Məhkəməsinin 05 fevral 2021-ci il tarixli, 2-1(116)-72/2021 nömrəli qərarından İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun əlil hesab edilməməsi barədə cavabdehin qərarının ləğv edilməsi və üçüncü qrup əlilliyinin bərpa edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı 1992-ci ildə sağ qolundan xəsarət almış və bu xəsarətə görə ona 1996-cı ildə 2-ci qrup əlillik dərəcəsi verilmişdir. Sonradan 1998-ci ildə əlillik dərəcəsi 3-cü dərəcə ilə əvəz edilmiş və ömürlük təyin edilmişdir. DSMF publik hüquqi şəxsin İsmayıllı rayon filialı iddiaçını 2019-cu ildə Agentliyə ekspertizaya göndərmişdir. Sonuncu isə iddiaçının əlillik dərəcəsini ləğv etmişdir. Cavabdeh orqan iddiaçıya ünvanladığı 09.01.2020-ci il tarixli məktubda Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”ni əsas gətirərək iddiaçının əlil hesab edilməməsi barədə qərar qəbul etmişdir. Cavabdeh orqanın məhkəməyə ünvanladığı 13.07.2020-ci il tarixli **********0 nömrəli məktubda qeyd edilir ki, iddiaçı 07.11.2019-cu il tarixdə nəzarət qaydasında Agentlikdə müayinə olunmuş və Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə müvafiq olaraq əlilliyin təyininə əsas verən ağırlaşmalar aşkar edilmədiyindən iddiaçının əlil hesab edilməməsi barədə qərar qəbul edilmişdir. Həmçinin sorğu əsasında Agentliyin 10 saylı zona TSEK tərəfindən məhkəməyə ünvanlanan 08.10.2020-ci il tarixli məktubda qeyd edilir ki, iddiaçının ambulator tibbi kartası Komissiyada yoxdur və məhkəmədə söz verən şəxslər bugünədək ambulator tibbi kartanı Komissiyaya təqdim etməyiblər. TSEK X2 məlumatlara əsasən bildirir ki, iddiaçı 1992-ci ildə travma almış və SİM uşaq kimi ona müavinət təyin edilmişdir. İddiaçı 17 yaşına qədər SİM uşaq kimi müavinət aldıqdan sonra 1997-ci ildə ona 1 il müddətinə 3-cü dərəcə əlillik verilmişdir. İddiaçı 2002-ci ilə qədər hər il müayinə olunaraq 3-cü dərəcə əlil hesab edilmişdir. İddiaçı 2002-ci ildən 3-cü dərəcə müddətsiz əlil hesab edilmişdir. İddiaçı 2019-cu ildə əyani müayinə üçün Agentliyə çağırılmış və müayinə olunaraq tam reabilitasiya qərarı verilmişdir. Birinci instansiya məhkəməsinin məhkəmə iclasında iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir. İş materiallarında olan DSMF publik hüquqi şəxsin İsmayıllı rayon filialının 31.01.2020-ci il tarixli **********7 nömrəli və 24.06.2020-ci il tarixli **********1 nömrəli məktublarına əlavə edilmiş TSEK-nın müvafiq qərarları və iddiaçının 006037 nömrəli pensiya işinin təsdiq edilmiş surətlərindən müəyyən edilir ki, iddiaçı 1996-cı ildən 2002-ci ilədək müddətli, 2002-ci ildən sonra isə TSEK-nın qərarına əsasən ömürlük 3-cü dərəcə əlil hesab edilmişdir. 2019-cu ilin noyabr ayında iddiaçı Agentlikdə müayinədən keçdikdən sonra onun tam reabilitasiya olunması barədə Agentlik qərar qəbul etmişdir. Şəki İnzibаti Məhkəməsinin 05 fevral 2021-ci il tarixli, 2-1(116)-72/2021 nömrəli qərarı ilə (hakim İlqar Cabbarov) İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsə qarşı “onun əlil hesab edilməməsi barədə cavabdehin qərarının ləğv edilməsi və üçüncü qrup əlilliyin bərpa edilməsi” tələbinə dair iddiası təmin edilməmişdir. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qeyd edilən qərarın ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir. Apellyаsiyа şikаyətinin dəlilləri: İddiaçı apellyasiya şikayəti təmin edilməsini Şəki İnzibati Məhkəməsinin 05 fevral 2021-ci il tarixli, 2-1(116)-72/2021 saylı iş üzrə qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. İşdə iştirak edən şəxslərin izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı vəkili həmçinin, nümayəndəsi X5 apellyasiya şikayəti təmin edilməsini Şəki İnzibati Məhkəməsinin 05 fevral 2021-ci il tarixli, 2-1(116)-72/2021 saylı iş üzrə qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq İddiaçı və cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin nümayəndəsi məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin 62.3-cü mаddəsi). Əsaslandırma hissəsi: İddiaçı apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPMin 85.2 və 85.3-cü maddələri). Apellyasiya şikayəti mümkündür, əsaslıdır, ona görə də apellyasiya şikayəti uğurlu olacaqdır. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 64.1-ci maddəsinə görə inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. Həmin Qanunun 64.2-ci maddəsinə əsasən, inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Beləliklə, yuxarıda qeyd edilən müddəalardan göründüyü kimi, əlilliyin dərəcələri (qrupu), müddəti, səbəbi və əlilliyin baş vermə vaxtı TSEK tərəfindən müəyyən (təyin) edilir. Ona görə də, TSEK-in əlilliyin təyin edilməsi və ya təyin olunmasından imtina edilməsinə dair qərarları inzibati aktdırlar. Çünki onlar şəxslər üçün hüquqi nəticələr yaradan hakimiyyət tədbiri kimi çıxış edirlər. Belə olan halda, TSEK-in qərarından narazı qalan şəxslər onu mübahisələndirməlidirlər. İddia mübahisələndirmə haqqında iddia növünə aiddır. Mübahisələndirmə haqqında iddia onunla xarakterizə olunur ki, inzibati aktın ləğv edilməsi və ya dəyişdirilməsi məhkəmədən tələb olunur. Mübahisələndirmə haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İPM-in 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İPM-in 38.1-ci maddəsi) əməl olunmalıdır. İddiaçı cavabdeh inzibati orqanın bu qərarının İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada qızının hüquqlarını pozduğunu iddia edə bilər. İddiaçı hazırkı tələb üzrə subyektiv hüquqa malikdir. İddiaçı 1992 ildə sağ qolundan xəsarət almış və bu xəsarətə görə ona 1996 ildə 2-ci qrup əlillik dərəcəsi verilmişdir. Sonradan 1998 ildə əlillik dərəcəsi 3-cü dərəcə ilə əvəz edilmişdir və ömürlük təytin edilmişdir. DSMF publik hüquqi şəxsin İsmayıllı rayon filialı onu 2019 ildə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi ekspertizaya göndərmişdir. Sonuncu da onun əlillik dərəcəsi ləğv etmişdir. Cavabdeh orqan iddiaçıya ünvanladığı 09.01.2020 il tarixli məktubda A.R. nazirlər Kabinetinin 30.12.2015 il tarxli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunnun müəyyən edilməsi meyyarlarınına dair Əsasnamə”ni əsas gətirərək iddiaçının əlilil hesab edilməməsi barədə qərar qəbul etmişdir. Ona sağ orta mil və dirsək sinirlərinin posttravmatik neyropatiyası, sağ yuxarı ətrafın funksiya “pozqunluğu" diaqnozu qoyulmuşdur. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, belə bir diaqnozun müəyyən olunması, qüvvədən düşmüş A.R. Nazirlər Kabinetinin 29.08.1997 il tarixli 99 nömrəli qərar ilə təsdiq edimiş “ Əlilliyin müəyyən olunması meyarlarına dair Əsasnamə”yə, nə də güvvədə olan A.R. Nazirlər Kabinetinin 30.12.2015 il tarixli 413 nömrəli qərarı ilə təsdiq olunmuş “ Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə uyğun olaraq üçüncü dərəcə əlilliyin təyini üçün əsas deyil. Müəyyən olunur ki, “sağ yuxarı ətraf funksiya pozğunluğu” məhz parezin əlamətlərini özündə əks etdirir və parezin olmasını sübut edir. Yəni Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyin həkimləri onda olan xəstəliyin nəticəsində olan “parez” diaqnozunun əvəzinə ona “sağ yuxarı ətrafın funksiya pozqunluğu” diaqnozu qoymaqla, “parez“ sözünü başqa tibbi terminlərlə əvəz etmişlər və bu onun əlillik dərəcəsinin ləğvi üçün əsas hesab edilmişdir. Birinci instansiya məhkəməsi qəbul edilmiş qərarda A.R. Nazirlər Kabinetinin qüvvədə olan 30.12.2015 il tarixli 413 nömrəli ( bənd 2.3.3.) və qüvvədən düşmüş 99 nömrəli 29.08.1997 il tarixli ( bənd 2.3.17 ) Əsasnamələrə istinad etmiş və hər iki Əsasnamələrdə əlilliyin təyin olunması üçün əsas olan “nəzərəçarpan parez“ diaqnozunun olmasını göstərir. Lakin məhkəmə tərəfindən nəzərə alınmamışdır ki , 2019 ildə ona qoyulmuş diaqnoz faktiki olaraq “ nəzərəçarpan parez“ diaqnozudur və bu mənim əlillik dərəcəsinin ləğvi üçün əsas ola bilməz. Digər tərəfdən də etiraf olunur ki , ona “sağ orta mil və dirsək sinirlərinin posttravmatik neyropatiyası, sağ yuxarı ətrafın funksiya pozqunluğu" diaqnozu qoyulmuşdur. Birinci instansiya məhkəməsi tərəfindən nəzərə alınmamışdır ki, ona 1992 ildə həmin diaqnozla tibbi rəy verilmiş, daha sonra 1996 ildə faktiki olaraq məhz göstərilən diaqnoza əsasən 2-ci qrup əlillik verilmişdir. Belə olan halda 2019 ildə həmin diaqnozun qoyulması xəstəliyin olmasını sübut edir və xəstənin tam reabilitasiya olunmasını istisna edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli, 413 nömrəli qərarı ilə təsdiq edilmiş Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamənin 2.3-cü bəndinə əsasən üçüncü dərəcə əlillik aşağıdakı hallarda təyin edilir: 2.3.1. ətraflardan birinin yalançı oynağı (M84.0-M84.4, M96.0); 2.3.2. dirsək oynağının funksional yararsız vəziyyətdə (60 dərəcədən az və ya 150 dərəcədən çox) olması, yaxud saidin tam supinasiya və ya pronasiya halında qalması, ankilozu və ya kəskin kontrakturası (hərəkətin həcminin 10 dərəcədən artıq olmaması) (M21.2,M24.5-M24.6,M25.6,M67.1,M99.0); 2.3.3. əlin və ya pəncənin iflici, bir ətrafın nəzərəçarpan parezi (G83.0, G83.2); 2.5. Tibbi göstəriş olan aşağıdakı xüsusi hallarda üçüncü dərəcə əlillik müddətsiz təyin edilir: Qüvvədən düşmüş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29 avqust 1997-ci il tarixli, 99 nömrəli qərarı ilə təsdiq edilmiş Əlilliyin müəyyən olunması meyarlarına dair Əsasnamənin: 2.3-cü bəndinə əsasən üçüncü dərəcə əlillik travma, xəstəlik və ya anadangəlmə qüsurlar nəticəsində həyat fəaliyyətinin (sosial uyğunlaşma, ünsiyyət, hərəkət, əmək fəaliyyəti) məhdudlaşması hallarında təyin edilir. Əmək fəaliyyətinin məhdudlaşması məfhumunda görüləcək işin həcmi ilə bərabər, ixtisasın enməsi, anatomik qüsur nəticəsində professional əməyin çətinləşməsi də nəzərdə tutulur. Belə hallarda aşağıdakıları nümunə göstərmək olar: 2.3.1. Bazunun və ya hər iki said sümüklərinin yalançı oynaqları. 2.3.2. Dirsək oynağının funksional yararsız vəziyyətdə (60 dərəcədən az və ya 150 dərəcədən çox) olması, yaxud saidin tam supinasiya və ya pronasiya halında qalması, ankilozu və ya kəskin kontrakturası (hərəkətin həcminin 10 dərəcədən artıq olmaması). 2.3.17. Əlin və ya yuxarı ətrafın iflici, aşağı ətrafın iflici, yuxarı və aşağı ətrafın nəzərə çarpan parezi. İş üzrə təyin edilmiş 03 sentyabr 2021-ci il tarixli T-153/2021 saylı məhkəmə-tibbi ekspertizanın rəyi ilə müəyyən olunmuşdur ki, vətəndaş İddiaçı adına tərtib olunmuş 28.10.1992-ci il tarixli 50 saylı protokola əsasən “sağ bazunun arteriyasının, mil-dirsək-orta və bazunun orta dərin sinirlərinin travmatik zədələnməsi, sağ yuxarı ətraf funksiyasının tam pozulması” diaqnozu ilə ona 01.11.1994-cü il tarixdə Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin həkimləri tərəfindən İİ qrup əlillik təyin edilmiş, 25.04.1997-ci il tarixdə təkrari müayinədə həmin diaqnoz “orta, mil, dirsək sinirlərinin postravmatik neyropatiyası, sağ yuxarı ətraf funksiyasının pozğunluğu” diaqnozu ilə əvəz edilmiş və bunun əsasında İİ qrup əlillik İİİ qrupla əvəz edilərək 31.06.2002-ci il tarixə qədər uzadılmışdır. Həmin tarixdən İİİ qrup əlillik ömürlük təyin edilmişdir. Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin həkimləri tərəfindən qoyulmuş diaqnoz Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30.12.2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq olunmuş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə” də olan əsas diaqnozla eynilik təşkil edir. Göründüyü kimi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X1 Vasif Rahib oğlu barəsində əlilliyin ləğv edilməsi barədə qərar əsassız olmuşdur. Çünki onlar tərəfindən təyin olunmuş diaqnoz “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”-nin 2.3.17 bəndində olan əsas diaqnozla eynilik təşkil edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli, 413 nömrəli qərarı ilə təsdiq edilmiş Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamənin 1.5-ci bəndinə əsasən tibbi-sosial ekspert komissiyaları tərəfindən birinci, ikinci və üçüncü dərəcə əlillik və 18 yaşınadək uşaqlara münasibətdə sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunur. Əsasnamənin 2.3-cü bəndinə görə üçüncü dərəcə əlillik - xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (ünsiyyət, sosial uyğunlaşma, hərəkət, əmək fəaliyyəti) məhdudlaşması hallarında təyin edilir. Əmək fəaliyyətinin məhdudlaşması məfhumunda görüləcək işin həcmi ilə bərabər, ixtisasın enməsi, anatomik qüsur nəticəsində professional əməyin çətinləşməsi də nəzərdə tutulur. Bundan başqa Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli, 413 nömrəli qərarı ilə təsdiq edilmiş Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamənin 1.1 və 1.3-cü bəndlərinə əsasən məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, əlillərə münasibət sahəsində sosial siyasət həyatda və cəmiyyətin inkişafında onların fəal iştirak etməsi imkanlarının genişləndirilməsinə, sosial rifah halının, maddi vəziyyətlərinin yaxşılaşdırılmasına yönəldilmişdir. Tibbi-sosial ekspertiza müayinəsi tibbi etika və deontologiya prinsiplərinə əsaslanmaqla həyata keçirilir. Şəxsin digər şəxslərlə bərabər səviyyədə cəmiyyətdə tam və səmərəli iştirakına mane olan fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olmasını, sağlamlıq vəziyyətini və sosial uyğunlaşma dərəcəsini müəyyən etmək üçün funksional və laboratoriya müayinələrinin nəticələri anamnestik məlumatlar obyektiv qiymətləndirilir. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmır və hesab edir ki, birinci instansiya məhkəməsi işin faktiki hallarını tam və hərtərəfli araşdırmamış, iddia tələbini təmin etməməklə maddi və prossesual hüquq normalarının tətbiqində səhvə yol verərək inzibati iş üzrə düzgün nəticəyə gəlməmişdir. Belə olan halda, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, apellyasiya şikayətinin dəlilləri isə əsaslı olduğundan təmin edilməlidir. İPM-in 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi baxılan mübahisə üzrə düzgün nəticəyə gəlməmişdir. Buna görə də apellyasiya şikayəti təmin edilərək birinci instansiya məhkəməsinin qərarı İPM-in 87.6-cı maddəsinə əsasən ləğv edilməli və iddia tələbi təmin edilməməlidir. Nəticəvi hissə Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 87, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən məhkəmə kollegiyası qərara aldı: İddiaçı apellyasiya şikayəti təmin edilsin. Şəki İnzibati Məhkəməsinin 05 fevral 2021-ci il tarixli, 2-1(116)-72/2021 nömrəli qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddia tələbi təmin edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İddiaçı əlillik verilməsindən imtina edilməsi barədə 07 noyabr 2019-cu il tarixli qərarı ləğv edilsin və onun üçüncü qrup əlilliyi bərpa edilsin. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarı ondan şikayət verilmədiyi halda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-1(107)-225/2021
Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-225/2021
09.09.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver