Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-225/2022 05.10.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən və məruzəçi), Məlikov Vəzirxan İsgəndər oğlu və Cavadova Günay İsmayıl qızından ibarət tərkibdə, İslamova Türkay Abdurəhim qızının katibliyi ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdehnə qarşı "Cavabdeh başçısının xx.xx.2007-ci il tarixli 46 nömrəli sərəncamı əsasında "Vüqar" kəndli fermer təsərrüfatına 450 ha qış otlaq sahəsinin icarəyə verilməsinə dair icarə müqaviləsinə xitam verilməsi barədə Cavabdeh başçısının xx.xx.2018-ci il tarixli 98 nömrəli sərəncamının ləğv edilməsi, X7 2000 ha torpaq sahəsinin icarəyə verilməsi barədə Cavabdeh başçısının xx.xx.2021-ci il tarixli 03 nömrəli sərəncamının iddiaçının icarəsində olan torpaq sahəsi ilə üst-üstə düşən 214,8 ha hissədə və "xxxx" MMC-yə 2000 ha torpaq sahəsinin icarəyə verilməsi barədə Cavabdeh başçısının xx.xx.2021-ci il tarixli 17 nömrəli sərəncamının iddiaçının icarəsində olan torpaq sahəsi ilə üst-üstə düşən 198,2 ha hissədə ləğv edilməsi" tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 11 may 2022-ci il tarixli 2-1(116)-8/2022 nömrəli qərarından iş üzrə üçüncü şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat
1. "Vüqar" kəndli fermer təsərrüfatının rəhbəri də daxil olmaqla müvafiq komissiya təşkil olunaraq Ucar rayon ərazisində olan "Acı nohur" adlanan ərazidəki qış otlaq sahəsinin torpaqları yerləşən sahədən 450 ha torpaq sahəsi seçilmiş, bu barədə xx.xx.2007-ci il tarixli "Yerin seçilmə aktı" tərtib edilmişdir.
2. Cavabdeh başçısının xx.xx.2007-ci il tarixli 46 nömrəli sərəncamına əsasən, "Vüqar" kəndli fermer təsərrüfatının rəhbəri X4 Ucar rayonu ərazisində qış otlaq sahəsindən qoyunçuluğu inkişaf etdirmək üçün 15 il müddətinə icarəyə (istifadəyə) 450 ha torpaq sahəsinin ayrılması barədə təqdim olunan torpaqayırma sənədlərinin təsdiq edilməsi qərara alınmışdır.
3. Həmin sərəncama əsasən, Cavabdeh ilə "Vüqar" kəndli fermer təsərrüfatı arasında may 2007-ci ildə 450 ha torpaq sahəsi ilə bağlı 15 il müddətinə "Torpaq sahəsinin icarəyə verilməsi haqqında icarə müqaviləsi" bağlanmışdır.
4. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Ucar rayon şöbəsi tərəfindən "Azərbaycan Respublikası Kürdəmir rayonu "Vüqar" kəndli fermer təsərrüfatına Ucar rayonu ərazisindəki qış otlaq sahəsindən qoyunçuluğu inkişaf etdirmək məqsədi üçün icarəyə ayrılacaq torpaq sahəsinin sxematik yerquruluşu planı" tərtib edilmiş və Cavabdeh başçısı tərəfindən təsdiq edilmişdir.
5. Bundan sonra, Cavabdeh başçısının xx.xx.2017-ci il tarixli 89 nömrəli sərəncamına əsasən, X3 rayonun Təzə Şilyan kəndi ərazisindən təyinatı dəyişdirilərək əkin kateqoriyasına aid edilmiş və gələcəkdə aqropark yaradılması nəzərdə tutulan qış otlaq sahəsi ərazisindən 4000 ha torpaq sahəsinin 50 il müddətinə istifadəyə (icarəyə) verilməsi qərara alınmışdır.
6. Həmin 4000 ha torpaq sahəsindən 2801 ha torpaq sahəsinə X2 icarə hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2017-ci ildə ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmış və ona bu barədə RX seriyalı ******* nömrəli "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış" verilmişdir.
7. Bundan başqa, həmin 4000 ha torpaq sahəsindən 976 ha torpaq sahəsinə X2 icarə hüququ daşınmaz əmlakın dövlət reyestrində həmin tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmış və ona bu barədə RX seriyalı ******* nömrəli "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış" verilmişdir.
8. Bundan başqa, həmin 4000 ha torpaq sahəsindən 223 ha torpaq sahəsinə X2 icarə hüququ daşınmaz əmlakın dövlət reyestrində həmin tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmış və ona bu barədə RX seriyalı ******* nömrəli "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış" verilmişdir.
9. Cavabdeh başçısının xx.xx.2018-ci il tarixli 98 nömrəli sərəncamına əsasən, Cavabdeh başçısının xx.xx.2007-ci il tarixli 45 nömrəli sərəncamı ilə X1 icarəyə verilmiş 200 ha torpaq sahəsi üzərində icarə müqaviləsinə, eləcə də Cavabdeh başçısının xx.xx.2007-ci il tarixli 46 nömrəli sərəncamı ilə "Vüqar" kəndli fermer təsərrüfatının rəhbəri X8 icarəyə verilmiş 450 ha torpaq sahəsi üzərində icarə müqaviləsinə xitam verilmişdir.
10. Bundan sonra xx.xx.2019-cu ildə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin adı dəyişdirilərək İddiaçı adlandırılmışdır.
11. İddiaçı "xxxx" MMC Cavabdehnə qarşı "Cavabdeh başçısının xx.xx.2007-ci il tarixli 46 nömrəli sərəncamı əsasında “Vüqar” kəndli fermer təsərrüfatına 450 ha qış otlaq sahəsinin icarəyə verilməsinə dair icarə müqaviləsinə xitam verilməsi barədə Cavabdeh başçısının xx.xx.2018-ci il tarixli 98 nömrəli sərəncamının qanunsuz və əsassız olduğu üçün ləğv edilməsi və eyni zamanda qanuni istifadəsində olan 450 ha qış otlaq sahəsinin X3 qış otlaq sahəsi kimi verilməsi haqqında Cavabdeh başçısının sərəncamının ləğv edilməsi" barədə iddia ərizəsi ilə Şəki İnzibati Məhkəməsinə müraciət etmişdir.
12. O, tələbini belə əsaslandırmışdır ki, icarəsində olan 450 ha qış otlaq sahəsi təyinatı dəyişdirilmiş 4000 ha torpaq sahəsinin sərhə dləri qoyulan zaman onların iştirakı ilə olmuş, istifadələrində olan 450 ha sahə bu sərhədlərdən kənarda qış otlaq sahəsi kimi qalmışdır. Cavabdeh tərəfindən həmin torpaq sahəsi üzərində icarə hüquqlarına qanunsuz və əsassız olaraq xx.xx.2018-ci il tarixli 98 nömrəli sərəncamla xitam verilmiş və Cavabdeh ilə "Vüqar" kəndli fermer təsərrüfatı arasında bağlanmış müqavilə birtərəfli qaydada ləğv edilərək həmin torpaq sahəsi Cavabdeh xx.xx.2017-ci il tarixli 110 nömrəli sərəncamı əsasında qış otlaq sahəsi kimi X3 icarəyə verilmişdir.
13. Bundan sonra, Cavabdeh başçısının xx.xx.2020-ci il tarixli 32 nömrəli sərəncamına əsasən, X5 ilə bağlanmış xx.xx.2017-ci il tarixli 03 nömrəli "Torpaq sahəsinin icarəyə verilməsi haqqında icarəsi müqaviləsi" ləğv edilmişdir.
14. Cavabdeh iddiaya qarşı xx.xx.2020-ci il tarixli 511 nömrəli etirazında iddianı qəbul etməyərək onun təmin olunmamasını xahiş etmişdir.
15. Bundan sonra iddiaçı xx.xx.2020-ci ildə birinci instansiya məhkəməsinə iddianın dəyişdirilməsi barədə ərizə göndərərək Cavabdeh başçısının xx.xx.2018-ci il tarixli 98 nömrəli sərəncamının ləğv edilməsi, "Vüqar" kəndli fermer təsərrüfatına 450 ha qış otlaq sahəsinin icarəyə verilməsinə dair Cavabdeh başçısının xx.xx.2007-ci il tarixli 46 nömrəli sərəncamının və bu sərəncam əsasında bağlanmış icarə müqaviləsinin bərpa olunmasını xahiş etmişdir.
16. Daha sonra Cavabdeh başçısının xx.xx.2021-ci il tarixli 03 nömrəli sərəncamına əsasən, X7 rayonun inzibati ərazisində yerləşən dövlət mülkiyyətində olan təyinatı dəyişdirilərək əkin dövriyyəsinə keçirilmiş kənd təsərrüfatı torpaqlarından əkinçiliyin inkişafı məqsədilə 2000 ha torpaq sahəsinin icarəyə (istifadəyə) verilməsi qərara alınmışdır.
17. Həmin 2000 ha torpaq sahəsindən 801 ha torpaq sahəsinə X6 icarə hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2021-ci ildə ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmış və ona bu barədə "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış" verilmişdir.
18. Bundan başqa, həmin 2000 ha torpaq sahəsindən 976 ha torpaq sahəsinə X6 icarə hüququ daşınmaz əmlakın dövlət reyestrində həmin tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmış və ona bu barədə "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış" verilmişdir.
19. Eyni zamanda, Cavabdeh başçısının xx.xx.2021-ci il tarixli 17 nömrəli sərəncamına əsasən, "xxxx" MMC-yə rayonun inzibati ərazisində yerləşən dövlət mülkiyyətində olan təyinatı dəyişdirilərək əkin dövriyyəsinə keçirilmiş kənd təsərrüfatı torpaqlarından əkinçiliyin inkişafı məqsədilə 2000 ha torpaq sahəsinin icarəyə (istifadəyə) verilməsi qərara alınmışdır.
20. Həmin 2000 ha torpaq sahəsinə "xxxx" MMC-nin icarə hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2021-ci ildə ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmış və ona bu barədə "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış" verilmişdir.
21. Birinci instansiya məhkəməsinin xx.xx.2021-ci il tarixli qərardadı ilə X10 və "xxxx" MMC üçüncü şəxs qismində iş üzrə inzibati məhkəmə icraatına cəlb edilmişlər.
22. Bundan başqa, məhkəmənin xx.xx.2021-ci il tarixli qərardadı ilə iddianın dəyişdirilməsi qəbul edilmişdir.
23. Daha sonra iddiaçı "xxxx" MMC xx.xx.2022-ci ildə məhkəməyə iddianın dəyişdirilməsi barədə başqa ərizə göndərərək, Cavabdeh başçısının xx.xx.2007-ci il tarixli 46 nömrəli sərəncamı əsasında "Vüqar" kəndli fermer təsərrüfatına 450 ha qış otlaq sahəsinin icarəyə verilməsinə dair icarə müqaviləsinə xitam verilməsi barədə Cavabdeh başçısının xx.xx.2018-ci il tarixli 98 nömrəli sərəncamının qanunsuz olduğu üçün ləğv edilməsi, X7 2000 ha torpaq sahəsinin icarəyə verilməsi barədə Cavabdeh başçısının xx.xx.2021-ci il tarixli 03 nömrəli sərəncamının icarəsində olan torpaq sahəsi ilə üst-üstə düşən 214,8 ha hissədə və "xxxx" MMC-yə 2000 ha torpaq sahəsinin icarəyə verilməsi barədə Cavabdeh başçısının xx.xx.2021-ci il tarixli 17 nömrəli sərəncamının icarəsində olan torpaq sahəsi ilə üst-üstə düşən 198,2 ha hissədə ləğv edilməsi haqqında qərar çıxarılmasını xahiş etmişdir.
24. Birinci instansiya məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə iddianın dəyişdirilməsi qəbul edilmişdir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
25. Şəki İnzibati Məhkəməsinin (hakim Vidadi Qasımov) 11 may 2022-ci il tarixli 2- 1(116)-8/2022 nömrəli qərarı ilə iddia qismən təmin edilərək, Cavabdeh başçısının xx.xx.2018-ci il tarixli 98 nömrəli sərəncamı "Vüqar" kəndli fermer təsərrüfatına icarəyə verilmiş 450 ha torpaq sahəsi üzərində icarə müqaviləsinə xitam verilməsi hissəsində ləğv edilmiş, Cavabdeh başçısının xx.xx.2021-ci il tarixli 03 nömrəli sərəncamı Cavabdeh başçısının xx.xx.2018-ci il tarixli 98 nömrəli sərəncamı ilə "Vüqar" kəndli fermer təsərrüfatına icarəyə verilmiş 450 ha torpaq sahəsi ilə üst-üstə düşən 214,8 ha torpaq sahəsi ilə bağlı hissədə ləğv edilmiş, Cavabdeh başçısının xx.xx.2021-ci il tarixli 17 nömrəli sərəncamı Cavabdeh başçısının xx.xx.2018-ci il tarixli 98 nömrəli sərəncamı ilə "Vüqar" kəndli fermer təsərrüfatına icarəyə verilmiş 450 ha torpaq sahəsi ilə üst-üstə düşən 198,2 ha torpaq sahəsi ilə bağlı hissədə ləğv edil, iddia qalan hissədə təmin edilməmişdir.
26. Üçüncü şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti həmin qərardan apellyasiya şikayəti vermişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ
27. Üçüncü şəxs "xxxx" MMC-nin apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, iş materiallarında olan Cavabdeh ilə “Vüqar” kəndli fermer təsərüfatı arasında bağlanılmış 22 may 2007-ci il tarixli torpaq sahəsinin icarəyə verilməsinə dair icarə müqaviləsinin dövlət qeydiyyatına alınmasına dair heç bir sübut yoxdur. Belə olan halda öz-özlüyündə etibarsız olan müqavilə üzrə məhkəmə "xxxx" MMC ilə Cavabdeh arasında bağlanılmış və etibarlı olan müqavilə üzrə qərar qəbul etməklə, "xxxx" MMC-nin qanunla qorunan hüquqlarını pozmuşdur. Bundan başqa qeyd edilməlidir ki, artıq bu apellyasiya şikayəti verilən vaxt Cavabdeh ilə “Vüqar” kəndli fermer təsərrüfatı arasında bağlanılmış 22 may 2007-ci il tarixli torpaq sahəsinin icarəyə verilməsinə dair icarə müqaviləsinin müddəti, yəni 15 il müddət bitmişdir. Hesab etmişlər ki, 2018-ci il tarixdən bu inzibati aktdan İddiaçı MMC-nin məlumatı olmuş və bu inzibati aktı mübahisələndirmək üçün qanunla müəyyən olunmuş müddəti ötürmüşdür. Ona görə də Şəki İnzibati Məhkəməsinin 11 may 2022-ci il tarixli 2- 1(116)-8/2022 nömrəli qərarının "xxxx" MMC-yə aid hissədə ləğv edilməsini və iddia tələbinin həmin hissədə təmin edilməməsinə dair yeni qərar çıxarılmasını xahiş etmişdir.
TƏRƏFLƏRİN İZAHATLARİ
28. Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxs "xxxx" MMC-nin nümayəndəsi Vəkil apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 11 may 2022-ci il tarixli 2-1(116)-8/2022 nömrəli qərarının "xxxx" MMC-yə aid hissədə ləğv edilməsini və iddia tələbinin həmin hissədə təmin edilməməsinə dair yeni qərar çıxarılmasını xahiş etdi.
29. Məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq iddiaçı və cavabdeh nümayəndəsinin iştirakını təmin etməmiş, üçüncü şəxs X10 məhkəmə iclasına gəlməmişdir. Cavabdeh teleqram göndərərək işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir.
30. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin (bundan sonra Azərbаycаn Respublikаsının İPM və ya İPM) 62.3-cü mаddəsi).
31. İş materiallarında olan aşağıda sadalanan sənədlər məhkəmə kollegiyasının araşdırmasının predmetini təşkil etmişdir. Həmin sənədlərin məzmununa istinad edilir. - Cavabdeh başçısının xx.xx.2007-ci il tarixli 46 nömrəli sərəncamından görünür ki, "Vüqar" kəndli fermer təsərrüfatının rəhbəri X4 Ucar rayonu ərazisində qış otlaq sahəsindən qoyunçuluğu inkişaf etdirmək üçün 15 il müddətinə 450 ha torpaq sahəsi ayrılması barədə təqdim olunan torpaqayırma sənədlərinin təsdiq edilməsi qərara alınmışdır. - "Torpaq sahəsinin icarəyə verilməsi haqqında icarə müqaviləsi"ndən görünür ki, Cavabdeh ilə "Vüqar" kəndli fermer təsərrüfatının rəhbəri X11 arasında 450 ha torpaq sahəsi ilə bağlı 15 il müddətinə "Torpaq sahəsinin icarəyə verilməsi haqqında icarəsi müqaviləsi" bağlanmışdır. - xx.xx.2007-ci il tarixli "Yerin seçilmə aktı"ndan görünür ki, "Vüqar" kəndli fermer təsərrüfatının rəhbəri R.Kərimov da daxil olmaqla müvafiq komissiya təşkil olunaraq Ucar rayon ərazisində olan "Acı nohur" adlanan ərazidəki qış otlaq sahəsinin torpaqları yerləşən sahədən 450 ha torpaq sahəsi seçilmişdir. - Cavabdeh başçısının xx.xx.2017-ci il tarixli 89 nömrəli sərəncamından görünür ki, X3 rayonun Təzə Şilyan kəndi ərazisindən təyinatı dəyişdirilərək əkin kateqoriyasına aid edilmiş və gələcəkdə aqropark yaradılması nəzərdə tutulan qış otlaq sahəsi ərazisindən 4000 ha torpaq sahəsi 50 il müddətinə istifadəyə (icarəyə) verilməsi qərara alınmışdır. - RX seriyalı ******* nömrəli "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış"dan görünür ki, həmin 4000 ha torpaq sahəsindən 2801 ha torpaq sahəsinə X2 icarə hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2017-ci ildə ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. - RX seriyalı ******* nömrəli "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış"dan görünür ki, həmin 4000 ha torpaq sahəsindən 976 ha torpaq sahəsinə X2 icarə hüququ daşınmaz əmlakın dövlət reyestrində həmin tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. - RX seriyalı ******* nömrəli "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış"dan görünür ki, həmin 4000 ha torpaq sahəsindən 223 ha torpaq sahəsinə X2 icarə hüququ daşınmaz əmlakın dövlət reyestrində həmin tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. - Cavabdeh başçısının xx.xx.2018-ci il tarixli 98 nömrəli sərəncamından görünür ki, Cavabdeh başçısının xx.xx.2007-ci il tarixli 46 nömrəli sərəncamı ilə "Vüqar" kəndli fermer təsərrüfatının rəhbəri X8 icarəyə verilmiş 450 ha torpaq sahəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2017-ci il tarixli 173s nömrəli sərəncamı ilə aqropark yaradılması məqsədi ilə təyinatı dəyişdirilmiş 4000 ha torpaq sahəsinin tərkibinə daxil olduğuna görə Cavabdeh başçısının xx.xx.2007-ci il tarixli 46 nömrəli sərəncamı ilə "Vüqar" kəndli fermer təsərrüfatının rəhbəri X8 icarəyə verilmiş 450 ha torpaq sahəsi üzərində icarə müqaviləsinə xitam verilmişdir. - Cavabdeh başçısının xx.xx.2020-ci il tarixli 32 nömrəli sərəncamından görünür ki, X5 ilə bağlanmış xx.xx.2017-ci il tarixli 03 nömrəli "Torpaq sahəsinin icarəyə verilməsi haqqında icarəsi müqaviləsi" ləğv edilmişdir. - Cavabdeh başçısının xx.xx.2021-ci il tarixli 03 nömrəli sərəncamından görünür ki, X7 rayonun inzibati ərazisində yerləşən dövlət mülkiyyətində olan təyinatı dəyişdirilərək əkin dövriyyəsinə keçirilmiş kənd təsərrüfatı torpaqlarından əkinçiliyin inkişafı məqsədilə 2000 ha torpaq sahəsinin icarəyə (istifadəyə) verilməsi qərara alınmışdır. - Cavabdeh başçısının xx.xx.2021-ci il tarixli 17 nömrəli sərəncamından görünür ki, "xxxx" MMC-yə rayonun inzibati ərazisində yerləşən dövlət mülkiyyətində olan təyinatı dəyişdirilərək əkin dövriyyəsinə keçirilmiş kənd təsərrüfatı torpaqlarından əkinçiliyin inkişafı məqsədilə 2000 ha torpaq sahəsinin icarəyə (istifadəyə) verilməsi qərara alınmışdır.
TƏTBİQ EDİLƏN HÜQUQ
32. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 32.1. Mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.
33. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin: 73-cü maddəsinin 1-ci bəndində deyilir ki, torpaq sahəsi və ya onun bir hissəsi üzərində mülkiyyət, istifadə və ya icarə hüququna aşağıdakı hallarda xitam verilir: (abzas 1) torpaq sahəsindən könüllü imtina edildikdə və ya torpaq mülkiyyətçisi onu özgəninkiləşdirdikdə; (abzas 2) torpaq sahəsinin istifadəyə və ya icarəyə verildiyi müddət qurtardıqda; (abzas 3) hüquqi şəxslərin fəaliyyətinə xitam verildikdə; (abzas 4) torpaqdan məqsədli təyinatına görə istifadə edilmədikdə: (abzas 5) əmək münasibətləri əsasında müvəqqəti istifadə edilən torpaq sahələri ilə əlaqədar işçilərin fərdi əmək müqavilələrinə xitam verildikdə; (abzas 6) istifadə və ya icarə müqaviləsi şərtlərinə əməl edilmədikdə; (abzas 7) torpaq vergisi və icarə haqqı üzürlü səbəb olmadan 1 il ödənilmədikdə; (abzas 8) kənd təsərrüfatı istehsalı üçün verilmiş torpaq sahəsindən dalbadal 2 il ərzində və qeyrikənd təsərrüfatı ehtiyacları üçün verilmiş torpaq sahəsindən 1 il ərzində üzürlü səbəb olmadan istifadə edilmədikdə; (abzas 9) istifadə zamanı torpağın keyfiyyətinin pisləşməsinə və eroziyasına, kimyəvi və radioaktiv maddələrlə çirklənməsinə, bataqlaşmasına, təkrar şoranlaşmasına, torpaq sahəsində olan meliorasiya və irriqasiya sistemlərinin istismar qaydalarının pozulmasına, ətraf təbii mühitin çirklənməsinə yol verildikdə; (abzas 10) dövlət ehtiyacları üçün torpaqların alınması zəruriliyi yarandıqda; (abzas 11) torpaq sahəsinin mülkiyyətçisinə mənsub olan və həmin sahədə yerləşən tikili və qurğuya mülkiyyət hüququ keçdikdə; (abzas 12) torpaq mülkiyyətçisi, istifadəçisi (icarəçisi) öldükdə və vərəsələr olmadıqda;(abzas 13) torpaq sahəsinin girov qoyulması (ipotekası) zamanı girovla təmin edilmiş öhdəlik icra edilmədikdə. (abzas 14) 84-cü maddəsinin 1-ci bəndinə görə, torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. 3-cü bəndinə görə, torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin pozulmuş hüquqları qanunvericiliklə nəzərdə tutulmuş qaydada bərpa edilir və hüquqların pozulması nəticəsində onlara dəyən zərər tam həcmdə ödənilir. 6-cı bəndinə görə, torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları yalnız bu Məcəllədə və digər normativ-hüquqi aktlarda nəzərdə tutulmuş hallarda məhdudlaşdırıla bilər.
34. "Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında" Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsində deyilir ki, bu Qanuna əsasən torpağın alına biləcəyi dövlət ehtiyacları aşağıdakılardır: 3.1.1. dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin (magistral neft və qaz boru kəmərlərinin, kanalizasiya, yüksək gərginlikli elektrik xətlərinin, hidrotexniki qurğuların) çəkilməsi və quraşdırılması; 3.1.2. sərhədboyu zolaqda dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi; 3.1.3. müdafiə və təhlükəsizlik əhəmiyyətli obyektlərin tikilməsi; 3.1.4. dövlət əhəmiyyətli dağ-mədən sənayesi obyektlərinin tikilməsi; 3.1.5. dəniz limanının ərazisinin artırılması. 3.2-ci maddəsində deyilir ki, torpaqlar dövlət ehtiyacları üçün yalnız bu Qanunda nəzərdə tutulmuş hallarda alına bilər.
35. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu: 2.0.10-cu maddəsinə görə, əlverişli inzibati akt - maraqlı şəxsə hüquq verən və ya onun hüququnu təsdiq edən, yaxud onun üzərinə qoyulmuş vəzifəni (vəzifələri) götürən aktdır.
2.0.11-ci maddəsinə əsasən, əlverişsiz (yükləyici) inzibati akt - maraqlı şəxsi hüquqdan məhrum edən və ya onun hüququnu məhdudlaşdıran, yaxud onun üzərinə müəyyən vəzifə (vəzifələr) qoyan aktdır. 67.1-ci maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.2-ci maddəsinə əsasən, qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. 67.3-cü maddəsinə görə, qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. 67.8-ci maddəsində deyilir ki, başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vuran qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırmır.
APELLYASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ
36. Üçüncü şəxsin apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının İPM və ya İPM) 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Lakin şikayət əsaslı deyil və Şəki İnzibati Məhkəməsinin 11 may 2022-ci il tarixli 22-1(116)-8/2022 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.
37. İddiaçı tərəfindən qaldırılmış mübahisələndirmə haqqında iddia (İPM-in 32-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı ona münasibətdə əlverişsiz (yükləyici) inzibati aktın (“İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.2, 2.0.11 və 57-ci maddələri) ləğv olunmasını tələb edir, eləcə də hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu iddia edir (İPM-in 35-ci maddəsi).
38. Mübahisələndirmə haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımi qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İPM-in 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İPM-in 38.1-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbulu nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçının hüququnun həqiqətən pozulub-pozulmaması iddianın mümkünlüyü ilə deyil, əsaslılığı ilə bağlı məsələdir və ikinci mərhələdə (əsaslılıq mərhələsində) yoxlanılmalıdır.
39. Hazırkı işdə iddianın mümkünlüyünə dair digər şərtlər də mövcuddur. Belə ki, iddiaçı cavabdehin qərarını aldıqdan sonra vaxtında məhkəməyə iddia vermişdir (İPM-in 38.1-ci maddəsi).
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
40. Birinci instansiya məhkəməsi iddianı qismən təmin etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
41. Məhkəmə kollegiyası qeyd edir ki, üçüncü şəxs "xxxx" MMC apellyasiya şikayəti verərək, Şəki İnzibati Məhkəməsinin 11 may 2022-ci il tarixli 2-1(116)-8/2022 nömrəli qərarının "xxxx" MMC-yə aid hissədə ləğv edilməsini və iddia tələbinin həmin hissədə təmin edilməməsinə dair yeni qərar çıxarılmasını xahiş etmişdir. Göründüyü kimi, üçüncü şəxs "xxxx" MMC tərəfindən birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirilməmişdir. Ona görə də İPM-in 82-ci maddəsinə əsasən, hazırkı işə apellyasiya şikayəti həddində baxılacaqdır.
42. Məhkəmə kollegiyası tərəfindən iş materiallarının tədqiq zamanı müəyyən edildi ki, Cavabdeh başçısının xx.xx.2007-ci il tarixli 46 nömrəli sərəncamına əsasən, "Vüqar" kəndli fermer təsərrüfatına Ucar rayonu ərazisində qış otlaq sahəsindən 15 il müddətinə icarəyə (istifadəyə) 450 ha torpaq sahəsi ayrılmış, bundan sonra cavabdehin xx.xx.2017-ci il tarixli 89 nömrəli sərəncamı ilə X3 4000 ha torpaq sahəsi 50 il müddətinə istifadəyə (icarəyə) verilmişdir. Cavabdehin xx.xx.2018-ci il tarixli 98 nömrəli sərəncamına əsasən, "Vüqar" kəndli fermer təsərrüfatı ilə bağlanmış icarə müqaviləsinə xitam verilmiş, bundan sonra cavabdehin xx.xx.2020-ci il tarixli 32 nömrəli sərəncamı ilə X5 ilə bağlanmış icarə müqaviləsi ləğv edilmiş, daha sonra cavabdehin xx.xx.2021-ci il tarixli 03 nömrəli sərəncamı ilə X7 2000 ha torpaq sahəsi, xx.xx.2021-ci il tarixli 17 nömrəli sərəncamı ilə isə "xxxx" MMC-yə 2000 ha torpaq sahəsi icarəyə verilmişdir.
43. Göründüyü kimi, iddiaçı cavabdehin xx.xx.2018-ci il tarixli 98 nömrəli sərəncamının tam, xx.xx.2021-ci il tarixli 03 nömrəli sərəncamının 214,8 ha hissədə və xx.xx.2021-ci il tarixli 17 nömrəli sərəncamının 198,2 ha hissədə ləğv olunmasını tələb etmişdir.
44. Birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, "İnzibati icraat haqqında" Qanunun 67.3-cü maddəsinə uyğun olaraq, cavabdehin qanunsuz əlverişsiz inzibati aktının, yəni xx.xx.2018-ci il tarixli 98 nömrəli sərəncamının hissəvi ləğv olunması həmin sərəncamın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırdığına görə bu sərəncamda göstərilmiş 450 ha torpaq sahəsi üzərində iddiaçının pozulmuş icarə hüququ bərpa edilməlidir. Belə olan halda, iddianın qeyd olunan hissəsinin həlli üçün ilk növbədə mübahisələndirilmiş xx.xx.2021-ci il tarixli 03 nömrəli və xx.xx.2021-ci il tarixli 17 nömrəli sərəncamlarda üçüncü şəxslərə ayrılmış torpaq sahələrinin iddiaçıya ayrılmış torpaq sahəsi ilə üstüstə düşüb-düşməməsi müəyyən edilməlidir.
45. Birinci instansiya məhkəməsi tərəfindən cavabdehə sorğu edilərək Cavabdeh başçısının xx.xx.2007-ci il tarixli 46 nömrəli sərəncamı ilə "Vüqar" kəndli fermer təsərrüfatına icarəyə verilmiş 450 ha torpaq sahəsinin döngə nöqtələrinin koordinatları tələb olunmuş, cavabdeh isə xx.xx.2020-ci il tarixli 986 nömrəli cavab məktubunda bildirmişdir ki, həmin qış otlaq sahələri Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2006-cı il tarixli 60 nömrəli qərarınadək Qəbələ rayonunun istifadəsində olmaqla həmin torpaqların istifadə, icarə hüququ Qəbələ Rayon İcra Hakimiyyətinin səlahiyyətində olmuşdur. Həmin 450 ha qış otlaq sahəsinin 15 il müddətinə "xxxx" fermer təsərrüfatına icarəyə verilməsi haqqında Qəbələ Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2001-ci il tarixli 79 nömrəli sərəncamı verilmişdir. Həmin torpaq sahəsi üçün Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qəbələ rayon torpaq şöbəsi tərəfindən xx.xx.2003-cü ildə "Torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnamə" verilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2006-cı il tarixli 60 nömrəli qərarından sonra "xxxx" MMC-nin Cavabdehnə müraciəti əsasında Cavabdeh başçısının xx.xx.2007ci il tarixli 46 nömrəli sərəncamı ilə 450 ha qış otlaq sahəsi 15 il müddətinə icarəyə verilmişdir. Həmin torpaq sahəsi icarəyə verilərkən Qəbələ rayon torpaq şöbəsinin verdiyi "Torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnamə"də göstərilən torpaqların koordinatları əsas götürülmüşdür.
46. JN-3284 kod 90600001 nömrəli "Torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnamə"nin surəti məhkəməyə təqdim edilmişdir.
47. Bundan sonra məhkəmə tərəfindən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə sorğu edilərək, həmin "Torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnamə"də göstərilmiş 450 ha torpaq sahəsinin döngə nöqtələrinin koordinatları müəyyən edilmişdir.
48. Daha sonra birinci instansiya məhkəməsi tərəfindən DƏDRX-in 16 saylı Ucar Ərazi İdarəsinə sorğu edilərək həmin koordinatlarda yerləşən 450 ha torpaq sahəsinin X7, "xxxx" MMC-yə, yaxud digər şəxsə icarəyə verilmiş torpaq sahələri ilə üst-üstə düşübdüşməməsi, düşürsə hansı koordinatlarda düşməsi barədə məlumat tələb olunmuşdur. DƏDRX-in 16 saylı Ucar Ərazi İdarəsindən xx.xx.2022-ci ildə alınan sxemlə müəyyən edilmişdir ki, göstərilən 450 ha torpaq sahəsinin 214,8 ha hissəsi X7, 198,2 ha hissəsi isə "xxxx" MMC-yə icarəyə verilmiş torpaq sahələri ilə üst-üstə düşür.
49. Göründüyü kimi, Cavabdeh başçısının xx.xx.2021-ci il tarixli 03 nömrəli və xx.xx.2021-ci il tarixli 17 nömrəli sərəncamları üçüncü şəxslərə münasibətdə torpaq sahələrinin üst-üstə düşən hissəsində qanunsuz əlverişli inzibati aktlardır. Həmin sərəncamlar onlarda göstərilmiş torpaq sahələrinin iddiaçıya ayrılmış torpaq sahəsi ilə üstüstə düşən hissəsində iddiaçının hüquqlarını pozmaqla davam edir.
50. Yuxarıda qeyd olunan işin hallarını, üçüncü şəxs "xxxx" MMC-nin nümayəndəsinin məhkəmə kollegiyasının iclasında verdiyi izahatı nəzərə alan məhkəmə kollegiyasının qənaətinə görə, birinci instansiya məhkəməsi haqlı olaraq belə nəticəyə gəlmişdir ki, xx.xx.2021-ci il tarixli 03 nömrəli və xx.xx.2021-ci il tarixli 17 nömrəli sərəncamlar iddiaçıya ayrılmış torpaq sahəsi ilə üst-üstə düşən hissələrdə ləğv edilməlidir.
51. Apellyasiya şikayətinin inzibati aktı mübahisələndirmək üçün qanunla müəyyən olunmuş müddətin ötürülməsi ilə bağlı dəlilinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, Cavabdeh başçısının xx.xx.2018-ci il tarixli 98 nömrəli sərəncamına əsasən, Cavabdeh başçısının xx.xx.2007-ci il tarixli 46 nömrəli sərəncamı ilə "Vüqar" kəndli fermer təsərrüfatının rəhbəri X8 icarəyə verilmiş 450 ha torpaq sahəsi üzərində icarə müqaviləsinə xitam verilmişdir. Lakin işdən də göründüyü kimi, Cavabdeh tərəfindən iddiaçının onunla bağlanmış icarə müqaviləsinə xitam verilməsi ilə bağlı rəsmi olaraq məlumatlandırılması və həmçinin Cavabdeh başçısının xx.xx.2018-ci il tarixli 98 nömrəli sərəncamının ona təqdim edilməsi barədə hər hansı sübut məhkəməyə təqdim edilməmişdir.
52. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı qismən təmin etməklə düzgün nəticəyə gəlmişdir. Ona görə də birinci instansiya məhkəməsinin qərarı İPM-in 87.6-cı maddəsinə əsasən dəyişdirilmədən qüvvədə saxlanılmalı, üçüncü şəxs "xxxx" MMC-nin apellyasiya şikayətinin dəlilləri əsassız olduğu üçün təmin edilməməlidir.
53. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68, 69, 87.6, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən, məhkəmə kollegiyası
QƏRАRА АLDİ:
Üçüncü şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 11 may 2022-ci il tarixli 2-1(116)-8/2022 nömrəli qərarı üçüncü şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.