Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(107)-226/2023 29.03.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən və məruzəçi), Məlikov Vəzirxan İsgəndər oğlu və Cavadova Günay İsmayıl qızından ibarət tərkibdə, Atababayev Faiq Gülağa oğlunun katibliyi ilə, İddiaçı-nin cavabdeh Qəbələ Rayon Soltannuxa Bələdiyyəsinə qarşı “Qəbələ rayonu “Durça” yaşayış massivində istirahət zonası tikmək məqsədi ilə 21.83 ha torpaq sahəsinin əvəzi ödənilməklə (alqı-satqı yolu ilə) sənədləşdirilərək, "xxxx" MMC-nin direktoru X2 mülkiyyətinə verilməsinə dair Soltannuxa Bələdiyyəsinin 29.*6.2**6-cı il tarixli *7 saylı torpağın mülkiyyətə verilməsinə dair qərarın və *7.*7.2**6-cı il tarixli 432 nömrə ilə qeydiyyata alınmış Soltannuxa Bələdiyyəsinin mülkiyyətində olan torpaqların alqısatqısına dair aktın qismən, İddiaçı-yə məxsus 7.* ha torpaq sahəsinin 21.83 ha torpaq sahəsinin daxilində əvəzi ödənilməklə (alqı-satqı yolu ilə) "xxxx" MMC-nin mülkiyyətinə verilməsi hissəsinin ləğv edilməsi barədə qərar qəbul edilməsi və Qəbələ rayonu “Durça” yaşayış massivində istirahət zonası tikmək məqsədi ilə 21.83 ha torpaq sahəsinin əvəzi ödənilməklə (alqı-satqı yolu ilə) sənədləşdirilərək, "xxxx" MMC-nin direktoru X2 mülkiyyətinə verilməsinə dair Soltannuxa Bələdiyyəsinin 29.*6.2**6-cı il tarixli *7 saylı torpağın mülkiyyətə verilməsinə dair qərarın və *7.*7.2**6-cı il tarixli 432 nömrə ilə qeydiyyata alınmış Soltannuxa Bələdiyyəsinin mülkiyyətində olan torpaqların alqısatqısına dair aktına əsasən, Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qəbələ rayon şöbəsi tərəfindən "xxxx" MMC-yə, şirkətə məxsus 7.* ha torpaq sahəsi də daxil edilməklə satılmış 21.83 ha torpaq sahəsinə 16.*2.2**7-ci il tarixli № 4*6*2*38 2 *****1 nömrəli torpaq sahəsinin kadastr planı, DƏDRX-in 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən 21.83 ha torpaq sahəsinə ayrı-ayrılıqda mülkiyyət hüququnun dövlət qeydiyyatına dair "xxxx" MMC-yə verilmiş, mülkiyyət çıxarışlarının qismən, "xxxx" Tikinti, Turizm və Ticarət KOLTD şirkəti MMC-yə məxsus 7.* ha torpaq sahəsinin 21.83 ha torpaq sahəsinin daxilində "xxxx" MMC-nin mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış hissəsinin etibarsız hesab edilməsi barədə qərar qəbul edilməsi və "xxxx" Tikinti, Turizm və Ticarət KOLTD şirkəti MMC-yə məxsus 7.* ha torpaq sahəsinin, şirkətin mülkiyyətinə verilməsinə dair hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 31 yanvar 2*23-cü il tarixli 2-1(116)-262/2*23 nömrəli qərardadından iş üzrə İddiaçı tərəfindən verilmiş аpellyаsiyа şikаyətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı cavabdeh Qəbələ Rayon Soltannuxa Bələdiyyəsinə qarşı iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək “Qəbələ rayonu “Durça” yaşayış massivində istirahət zonası tikmək məqsədi ilə 21.83 ha torpaq sahəsinin əvəzi ödənilməklə (alqı-satqı yolu ilə) sənədləşdirilərək, "xxxx" MMC-nin direktoru X2 mülkiyyətinə verilməsinə dair Soltannuxa Bələdiyyəsinin 29.*6.2**6-cı il tarixli *7 saylı torpağın mülkiyyətə verilməsinə dair qərarın və *7.*7.2**6-cı il tarixli 432 nömrə ilə qeydiyyata alınmış Soltannuxa Bələdiyyəsinin mülkiyyətində olan torpaqların alqı-satqısına dair aktın qismən, İddiaçı-yə məxsus 7.* ha torpaq sahəsinin 21.83 ha torpaq sahəsinin daxilində əvəzi ödənilməklə (alqı-satqı yolu ilə) "xxxx" MMC-nin mülkiyyətinə verilməsi hissəsinin ləğv edilməsi barədə qərar qəbul edilməsi və Qəbələ rayonu “Durça” yaşayış massivində istirahət zonası tikmək məqsədi ilə 21.83 ha torpaq sahəsinin əvəzi ödənilməklə (alqı-satqı yolu ilə) sənədləşdirilərək, "xxxx" MMC-nin direktoru X2 mülkiyyətinə verilməsinə dair Soltannuxa Bələdiyyəsinin 29.*6.2**6-cı il tarixli *7 saylı torpağın mülkiyyətə verilməsinə dair qərarın və *7.*7.2**6-cı il tarixli 432 nömrə ilə qeydiyyata alınmış Soltannuxa Bələdiyyəsinin mülkiyyətində olan torpaqların alqı-satqısına dair aktına əsasən, Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qəbələ rayon şöbəsi tərəfindən "xxxx" MMC-yə, şirkətə məxsus 7.* ha torpaq sahəsi də daxil edilməklə satılmış 21.83 ha torpaq sahəsinə 16.*2.2**7-ci il tarixli № 4*6*2*38 2 *****1 nömrəli torpaq sahəsinin kadastr planı, DƏDRX-in 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən 21.83 ha torpaq sahəsinə ayrı-ayrılıqda mülkiyyət hüququnun dövlət qeydiyyatına dair "xxxx" MMC-yə verilmiş, mülkiyyət çıxarışlarının qismən, "xxxx" Tikinti, Turizm və Ticarət KOLTD şirkəti MMC-yə məxsus 7.* ha torpaq sahəsinin 21.83 ha torpaq sahəsinin daxilində "xxxx" MMC-nin mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış hissəsinin etibarsız hesab edilməsi barədə qərar qəbul edilməsi və "xxxx" Tikinti, Turizm və Ticarət KOLTD şirkəti MMC-yə məxsus 7.* ha torpaq sahəsinin, şirkətin mülkiyyətinə verilməsinə dair hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
2. İddia ərizəsindən görünür ki, iddia tələbi aşağıdakı hissələrdən ibarətdir: - “Qəbələ rayonu “Durça” yaşayış massivində istirahət zonası tikmək məqsədi ilə 21.83 ha torpaq sahəsinin əvəzi ödənilməklə (alqı-satqı yolu ilə) sənədləşdirilərək, "xxxx" MMC-nin direktoru X2 mülkiyyətinə verilməsinə dair Soltannuxa Bələdiyyəsinin 29.*6.2**6cı il tarixli *7 saylı torpağın mülkiyyətə verilməsinə dair qərarın ləğv edilməsi; - *7.*7.2**6-cı il tarixli 432 nömrə ilə qeydiyyata alınmış Soltannuxa Bələdiyyəsinin mülkiyyətində olan torpaqların alqı-satqısına dair aktın qismən ləğv edilməsi; - İddiaçı-yə məxsus 7.* ha torpaq sahəsinin 21.83 ha torpaq sahəsinin daxilində əvəzi ödənilməklə (alqı-satqı yolu ilə) "xxxx" MMC-nin mülkiyyətinə verilməsi hissəsinin ləğv edilməsi barədə qərar qəbul edilməsi; - Qəbələ rayonu “Durça” yaşayış massivində istirahət zonası tikmək məqsədi ilə 21.83 ha torpaq sahəsinin əvəzi ödənilməklə (alqı-satqı yolu ilə) sənədləşdirilərək, "xxxx" MMC-nin direktoru X2 mülkiyyətinə verilməsinə dair Soltannuxa Bələdiyyəsinin 29.*6.2**6cı il tarixli *7 saylı torpağın mülkiyyətə verilməsinə dair qərarın və *7.*7.2**6-cı il tarixli 432 nömrə ilə qeydiyyata alınmış Soltannuxa Bələdiyyəsinin mülkiyyətində olan torpaqların alqı-satqısına dair aktına əsasən, Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qəbələ rayon şöbəsi tərəfindən "xxxx" MMC-yə, şirkətə məxsus 7.* ha torpaq sahəsi də daxil edilməklə satılmış 21.83 ha torpaq sahəsinə 16.*2.2**7-ci il tarixli № 4*6*2*38 2 *****1 nömrəli torpaq sahəsinin kadastr planı, DƏDRX-in 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən 21.83 ha torpaq sahəsinə ayrı-ayrılıqda mülkiyyət hüququnun dövlət qeydiyyatına dair "xxxx" MMC-yə verilmiş mülkiyyət çıxarışlarının qismən-"xxxx" Tikinti, Turizm və Ticarət KOLTD şirkəti MMC-yə məxsus 7.* ha torpaq sahəsinin 21.83 ha torpaq sahəsinin daxilində "xxxx" MMC-nin mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış hissəsinin etibarsız hesab edilməsi barədə qərar qəbul edilməsi; - "xxxx" Tikinti, Turizm və Ticarət KOLTD şirkəti MMC-yə məxsus 7.* ha torpaq sahəsinin, şirkətin mülkiyyətinə verilməsinə dair hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsi;
3. Birinci instansiya məhkəməsinin 31.*1.2*23-cü il tarixli iclasında iddiaçıya hüquqi yardım qaydasında izah olunmuşdur ki, bələdiyyə qərarının ləğv olunması və etibarsız hesab edilməsi barədə tələb Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.5-ci maddəsində nəzərdə tutulmuş inzibati aktın etibarsız sayılmasına dair iddialara (tanınma haqqında iddia), digər tələb isə həmin Məcəllənin 2.2.3-cü maddəsində nəzərdə tutulmuş inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) aiddir. Birinci tələb üzrə cavabdeh qismində inzibati aktı qəbul etmiş Qəbələ Rayon Soltannuxa Bələdiyyəsi çıxış etməli olduğu halda, digər tələbə cavab verməli orqan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsinin 9 saylı Qəbələ Ərazi İdarəsidir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
4. Şəki İnzibati Məhkəməsinin (hakim Fəxri Hacızadə) 31 yanvar 2*23-cü il tarixli 2- 1(116)-262/2*23 nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır.
5. İddiaçı həmin qərardaddan apellyasiya şikayəti vermişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ
6. İddiaçı apellyasiya şikayətini iddia ərizəsinin dəlillərinə uyğun əsaslandırmış və apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 31 yanvar 2*23-cü il tarixli 2-1(116)-262/2*23 qərardadının ləğv edilməsini, iddia müddətinin bərpa edilərək işi yenidən məhkəmə baxışına qaytarmaq barədə qərar qəbul edilməsini xahiş etmişdir.
TƏRƏFLƏRİN İZAHATLARİ
7. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi X3 apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 31 yanvar 2*23-cü il tarixli 2-1(116)-262/2*23 qərardadının ləğv edilməsini, iddia müddətinin bərpa edilərək işi yenidən məhkəmə baxışına qaytarmaq barədə qərar qəbul edilməsini xahiş etdi.
8. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X1 qanunamüvafiq qərar qəbul edilməsini xahiş etdi.
TƏTBİQ EDİLƏN HÜQUQ
9. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci bəndinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 1*. İnzibati Prosessual Məcəllə: Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 12.3. Məhkəmə prosesinin iştirakçıları mübahisə ilə bağlı faktiki halların araşdırılmasında və sübutların toplanılmasında məhkəməyə yardım etməyə borcludurlar. Maddə 12.4. Proses iştirakçıları tərəfindən hər hansı sübutun məhv edilməsi və ya gizlədilməsi yaxud hər hansı başqa üsulla həmin sübutun araşdırılmasına maneçilik törədilməsi qadağandır. Belə halların baş verdiyi təqdirdə, məhkəmə konkret işlə bağlı bütün xüsusiyyətləri nəzərə alaraq sübut etmə vəzifəsinin dönüşü haqqında qərardad qəbul edə bilər. Maddə 13. Məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Maddə 48.1. Sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyrimüəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. Maddə 8*.1. Barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. Maddə 82. Apellyаsiyа instаnsiyаsı məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə bаxır. Apellyаsiyа instаnsiyаsı məhkəməsi həmçinin, bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 3* gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 1* gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 3* gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər. 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda. Maddə 87.9. Apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir.
11. “İnzibati icraat haqqında” Qanunu: Maddə 65. İnzibati aktın etibarsız sayılması 65.1. Aşağıdakı inzibati aktlar etibarsız sayılır: 65.1.1. hansı inzibati orqan tərəfindən qəbul edildiyi məlum olmayan yazılı inzibati akt; 65.1.2. müvafiq səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt; 65.1.3. qanunvericiliyə əsasən yalnız müəyyən rəsmi sənəd (rəsmi sənədin təqdim edilməsi) formasında qəbul edilə bilən, lakin həmin tələbə cavab verməyən inzibati akt; 65.1.4. maraqlı şəxsdən inzibati və ya cinayət məsuliyyətinə səbəb ola bilən hərəkətlər etməyi tələb edən inzibati akt; 65.1.5. faktiki səbəblər üzündən icrası mümkün olmayan inzibati akt; 65.1.6. kimə ünvanlandığı aydın olmayan inzibati akt. 65.2. Etibarsız inzibati akt qəbul edildiyi andan yararsız (əhəmiyyətsiz) sayılır və heç bir hüquqi nəticə yaratmır. 65.3. İnzibati aktı qəbul etmiş inzibati orqan bu Qanunun 65.1-ci maddəsində nəzərdə tutulmuş hallarda öz təşəbbüsü və ya maraqlı şəxsin müraciəti əsasında həmin aktın etibarsız olduğunu təsdiq etməyə borcludur. Bu barədə maraqlı şəxslərə həmin Qanunun 62-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir.
12. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 1* aprel 2*15-ci il tarixli 5 nömrəli qərarının: - 1.1-ci bəndində qeyd edilir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. - 1.2-ci bəndinə əsasən, iddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olubolmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. - 1.3-cü bəndinə əsasən, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. - 1.4-cü bəndinə əsasən, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. - 2.1-ci bəndinə əsasən, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. - 2.3-cü bəndinə əsasən, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. - 3.1-ci bəndinə əsasən, inzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. - 3.2-ci bəndinə əsasən, İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. - 3.3-cü bəndinə əsasən, yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. - 3.4-cü bəndinə əsasən, birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər. - 8.1-ci bəndinə əsasən, iddia mümkün sayılmadıqda məhkəmə İPM-in 35.3-cü maddəsinə əsasən qərardad qəbul edir. - 8.2-ci bəndinə əsasən, bu qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir. - 8.3-cü bəndinə əsasən, buna görə də, iddianın mümkün sayılmamasına dair qərardad yenidən mümkünlük şərtlərinə əməl etməklə eyni predmet üzrə iddia qaldırmaq imkanını istisna etmir. - 8.5-ci bəndinə əsasən, iddianın mümkün sayılmaması və iddianın mahiyyəti üzrə həll edilməsi iddiaçı üçün fərqli hüquqi nəticələr yaratdığından, məhkəmələr mümkünlük şərtlərinə əməl edilməməsi əsaslarından çıxış edərək iddianı rədd etməkdə haqlı deyildirlər və bu cür hallarda iddia mümkün sayılmamalıdır. - 8.6-cı bəndinə əsasən, iddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar.
13. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 1*.*4.2*15-ci il tarixli 5 nömrəli Qərarının 6 və 7-ci bəndləri ilə məhkəmələrə izah olunmuşdur ki, iddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olubolmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edibetmədiyi yoxlanılmalıdır. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər. Həmin Qərarın 2.3, 4.2, 5.1, 6.1, 6.2 və 8.5-ci bəndləri ilə məhkəmələrin diqqətinə çatdırılmışdır ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar (2.3). Hüququn həqiqətən pozulubpozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar (4.2). İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır (5.1). İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır (6.1). İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun (6.2). İddianın mümkün sayılmaması və iddianın mahiyyəti üzrə həll edilməsi iddiaçı üçün fərqli hüquqi nəticələr yaratdığından, məhkəmələr mümkünlük şərtlərinə əməl edilməməsi əsaslarından çıxış edərək iddianı rədd etməkdə haqlı deyildirlər və bu cür hallarda iddia mümkün sayılmamalıdır (8.5).
APELLYASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ
14. Apellyasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir. APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
15. Məhkəmə kollegiyası ilk öncə qeyd edir ki, İddiaçı-nin apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərardadının təqdim olunduğu gündən 1* gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Apellyasiya şikayəti mümkündür və əsaslıdır. Ona görə də apellyasiya şikayəti təmin ediləcəkdir. Birinci instansiya məhkəməsi iddianı əsassız olaraq mümkün hesab etməmişdir. Bu aşağıdakı mülahizələrdən irəli gəlir.
16. Birinci instansiya məhkəməsi iddianı mümkün saymayaraq göstərmişdir ki, iddiaçı yuxarıda qeyd olunan tələblərlə bağlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, Şəki İnzibati-İqtisadi Məhkəməsinin 31.*1.2*18-ci il tarixli 21(84)-44/2*18 saylı qərardadına əsasən iddiaçının “şirkətə məxsus 7.* ha torpaq sahəsinin digər vətəndaşa satılması barədə Soltannuxa Bələdiyyəsinin 29.*6.2**6-cı il tarixli *7 nömrəli qərarının ləğv edilməsi” tələbinə dair iddiası mümkün sayılmamışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 38.1-ci maddəsində deyilir ki, mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 3* gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Həmin tələblər mübahisələndirmə iddia növündə olduğundan iddia müddəti ötürülmüşdür. İddia tələbinin Qəbələ 9 saylı Ərazi İdarəsi tərəfindən 21.83 ha torpaq sahəsinə ayrı-ayrılıqda mülkiyyət hüququnun dövlət qeydiyyatına dair "xxxx" MMC-yə verilmiş mülkiyyət çıxarışlarının qismən-"xxxx" Tikinti, Turizm və Ticarət KOLTD şirkəti MMC-yə məxsus 7.* ha torpaq sahəsinin 21.83 ha torpaq sahəsinin daxilində "xxxx" MMC-nin mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış hissəsinin etibarsız hesab edilməsi barədə qərar qəbul edilməsi və "xxxx" Tikinti, Turizm və Ticarət KOLTD şirkəti MMC-yə məxsus 7.* ha torpaq sahəsinin, şirkətin mülkiyyətinə verilməsinə dair hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsinə dair hissəsi ilə əlaqədar məhkəmə bildirir ki, iddiaçının hazırkı iddia ərizəsində DƏDRK PHŞ-nin Qəbələ 9 saylı Ərazi İdarəsi cavabdeh kimi göstərilməmiş, həmin orqana qarşı hər hansı iddia tələbi irəli sürülməmişdir.
17. Kollegiya ilk olaraq bildirir ki, inzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki hissəyə ayrılır: 1) mümkünlük; 2) əsaslılılq.
18. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olub-olmamasının yoxlanılması çərçivəsində iddiaçının cavabdehə qarşı hər hansı bir maddi-hüquqi tələbinin olub-olmaması yoxlanılır. İddianın əsaslılığının araşdırılması üçün şərt iddianın mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlayır.
19. Məhkəmə kollegiyası iş materiallarını tədqiq edərək hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilərək, inzibati iş baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. 2*. Belə ki, iş materiallarından görünür ki, X7 Məhkəməsinin 14.12.2*1*-cu il tarixli qətnaməsi ilə İddiaçı-nin cavabdeh Qəbələ Rayon Soltannuxa Bələdiyyəsinə qarşı 19.*8.2**4-cü il tarixli *9 saylı qərarın ləğv edilməsi və 6,93 ha torpaq sahəsinin alqı-satqı aktının qeydiyyata alınması tələbinə dair iddiası qismən təmin edilərək, Qəbələ Rayon Soltannuxa Bələdiyyəsinin 19.*8.2**4-cü il tarixli *9 saylı iclas qərarı “Arzu” firması ilə bağlı hissədə ləğv edilmiş, 27.*7.2**4-cü il tarixli alqı-satqı aktının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qəbələ Rayon Torpaq Şöbəsində qeyiyyata alınması barədə iddia tələbi rədd edilmişdir. Həmin qətnamədən İddiaçı tərəfindən apellyasiya şikayəti verilmiş, Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının *6.*3.2*12-ci il tarixli qətnaməsi ilə Qəbələ Rayon Soltannuxa Bələdiyyəsi tərəfindən 6,93 ha torpaq sahəsinin hüquqi varisi İddiaçı olan “Arzu” firmasına satılması barədə 27.*7.2**4-cü il tarixli alqı-satqı aktı Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qəbələ Rayon Şöbəsində qeydiyyata alınması qət edilmişdir. Həmin qətnamədən üçüncü şəxs Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qəbələ Rayon Şöbəsi tərəfindən kassasiya şikayəti verilməsi müddətinin bərpası barədə ərizə verilmiş, Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 19.*2.2*13cü il tarixli qərardadı ilə ərizə təmin edilməmişdir. Həmin qərardaddan üçüncü şəxs Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qəbələ Rayon Şöbəsi tərəfindən kassasiya şikayəti verilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 15.*5.2*13-cü il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilməmişdir. Göründüyü kimi, Qəbələ Rayon Soltannuxa Bələdiyyəsi tərəfindən 6,93 ha torpaq sahəsi İddiaçı-yə satılmış və həmin torpaq sahəsinə dair 27.*7.2**4-cü il tarixli alqı-satqı aktının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qəbələ Rayon Şöbəsində qeydiyyata alınması qərara alınmışdır. Bu da iddiaçının 6,93 ha torpaq sahəsinə dair mülkiyyət hüququnun tanınmasını sübut edir.
21. Bundan başqa məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı Qəbələ rayonu “Durça” yaşayış massivində istirahət zonası tikmək məqsədi ilə 21.83 ha torpaq sahəsinin əvəzi ödənilməklə (alqı-satqı yolu ilə) sənədləşdirilərək, "xxxx" MMC-nin direktoru X2 mülkiyyətinə verilməsinə dair Soltannuxa Bələdiyyəsinin 29.*6.2**6-cı il tarixli *7 saylı torpağın mülkiyyətə verilməsinə dair qərarın ləğv edilməsini xahiş etmiş, lakin birinci instansiya məhkəməsi Qəbələ Rayon Soltannuxa Bələdiyyəsi tərəfindən İddiaçı-yə satılmış 6,93 ha torpaq sahəsinin Soltannuxa Bələdiyyəsinin 29.*6.2**6-cı il tarixli *7 saylı qərarına əsasən "xxxx" MMC-nin direktoru X2 mülkiyyətinə verilmiş 21.83 ha torpaq sahəsi ilə üst-üstə düşüb-düşməməsini araşdırmamışdır. Bununla bağlı birinci instansiya məhkəməsi tərəfindən mütəxəssis rəyi və ya ekspertiza təyin edilməmiş və müvafiq rəy alınmamışdır.
22. Bununla yanaşı, iddiaçı “Qəbələ rayonu “Durça” yaşayış massivində istirahət zonası tikmək məqsədi ilə 21.83 ha torpaq sahəsinin əvəzi ödənilməklə (alqı-satqı yolu ilə) sənədləşdirilərək, "xxxx" MMC-nin direktoru X2 mülkiyyətinə verilməsinə dair Soltannuxa Bələdiyyəsinin 29.*6.2**6-cı il tarixli *7 saylı torpağın mülkiyyətə verilməsinə dair qərarın və *7.*7.2**6-cı il tarixli 432 nömrə ilə qeydiyyata alınmış Soltannuxa Bələdiyyəsinin mülkiyyətində olan torpaqların alqı-satqısına dair aktın qismən, İddiaçı-yə məxsus 7.* ha torpaq sahəsinin 21.83 ha torpaq sahəsinin daxilində əvəzi ödənilməklə (alqı-satqı yolu ilə) "xxxx" MMC-nin mülkiyyətinə verilməsi hissəsinin ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
23. Bununla bağlı məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən İnzibati Prosessual Məcəllənin 13-cü maddəsinə əsasən, iddiaçıya iddia tələbinin dəqiqləşdiriləşdirilməsi barədə yardım göstərilməmişdir. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən mütəxəssis və ya ekspert rəyi əldə olunduğu halda ona uyğun olaraq inzibati iş üzrə iddiaçıya iddia tələbinə uyğun iddianın növünün düzgün seçilməsində yardım edilməlidir.
24. Göründüyü kimi, Qəbələ Rayon Soltannuxa Bələdiyyəsi tərəfindən 6,93 ha torpaq sahəsi İddiaçı-yə satılmış və həmin torpaq sahəsinə dair 27.*7.2**4-cü il tarixli alqı-satqı aktının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qəbələ Rayon Şöbəsində qeydiyyata alınması qərara alınmışdır. Belə olan halda birinci instansiya məhkəməsi Qəbələ Rayon Soltannuxa Bələdiyyəsi tərəfindən İddiaçı-yə satılmış 6,93 ha torpaq sahəsinin Soltannuxa Bələdiyyəsinin 29.*6.2**6-cı il tarixli *7 saylı qərarına əsasən "xxxx" MMC-nin direktoru X2 mülkiyyətinə verilmiş 21.83 ha torpaq sahəsi ilə üst-üstə düşüb-düşməməsini araşdırmamışdır. Beləliklə, iddiaçıya bələdiyyə tərəfindən satılmış 6,93 ha torpaq sahəsi ilə "xxxx" MMC-nin direktoru X2 mülkiyyətinə verilmiş 21.83 ha torpaq sahəsinin eyni olubolmadığı müəyyən deyil. Birinci instansiya məhkəməsi tərəfindən qeyd olunan hallar araşdırılmalı idi.
25. Göründüyü kimi, İPM-in 12-ci və 48-ci maddələrinə əsasən, birinci instansiya məhkəməsi bu hala diqqət yetirmədən, inzibati iş üzrə kifayət qədər araşdırma aparmadan iddia tələbini mümkünsüz saymışdır.
26. Eyni zamanda məhkəmə kollegiyası onu da qeyd edir ki, birinci instansiya məhkəməsinin 29.*9.2*22-ci il tarixli məhkəmə iclasında iddiaçıya hüquqi yardım qaydasında iddia tələbinin dəqiqləşdirilməsi təklif edilmiş, iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək ilkin iddia tələbinin İddiaçı-yə məxsus 7.* ha torpaq sahəsinin, şirkətin mülkiyyətinə verilməsinə dair hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsi ilə bağlı hissəsini xaric etmişdir.
27. Həmin tarixli iclasda ərizə icraata qəbul edilmişdir.
28. İddiaçı 29.11.2*22-ci il tarixdə birinci instansiya məhkəməsinə ilkin iddia tələbi ilə eyni məzmunlu iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim etmişdir.
29. İddia tələbinin dəqiqləşdirilməsi barədə həmin ərizəyə birinci instansiya məhkəməsi tərəfindən hər hansı hüquqi münasibət bildirilməmişdir. 3*. Yuxarıda qeyd olunanlara əsasən, birinci instansiya məhkəməsi tərəfindən həmin qərardadın nəticə hissəsində, İddiaçı-nin cavabdeh Qəbələ Rayon Soltannuxa Bələdiyyəsinə qarşı “Qəbələ rayonu “Durça” yaşayış massivində istirahət zonası tikmək məqsədi ilə 21.83 ha torpaq sahəsinin əvəzi ödənilməklə (alqı-satqı yolu ilə) sənədləşdirilərək, "xxxx" MMC-nin direktoru X2 mülkiyyətinə verilməsinə dair Soltannuxa Bələdiyyəsinin 29.*6.2**6-cı il tarixli *7 saylı torpağın mülkiyyətə verilməsinə dair qərarın və *7.*7.2**6-cı il tarixli 432 nömrə ilə qeydiyyata alınmış Soltannuxa Bələdiyyəsinin mülkiyyətində olan torpaqların alqı-satqısına dair aktın qismən, İddiaçı-yə məxsus 7.* ha torpaq sahəsinin 21.83 ha torpaq sahəsinin daxilində əvəzi ödənilməklə (alqı-satqı yolu ilə) "xxxx" MMC-nin mülkiyyətinə verilməsi hissəsinin ləğv edilməsi barədə qərar qəbul edilməsi və Qəbələ rayonu “Durça” yaşayış massivində istirahət zonası tikmək məqsədi ilə 21.83 ha torpaq sahəsinin əvəzi ödənilməklə (alqı-satqı yolu ilə) sənədləşdirilərək, "xxxx" MMC-nin direktoru X2 mülkiyyətinə verilməsinə dair Soltannuxa Bələdiyyəsinin 29.*6.2**6cı il tarixli *7 saylı torpağın mülkiyyətə verilməsinə dair qərarın və *7.*7.2**6-cı il tarixli 432 nömrə ilə qeydiyyata alınmış Soltannuxa Bələdiyyəsinin mülkiyyətində olan torpaqların alqı-satqısına dair aktına əsasən, Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qəbələ rayon şöbəsi tərəfindən "xxxx" MMC-yə, şirkətə məxsus 7.* ha torpaq sahəsi də daxil edilməklə satılmış 21.83 ha torpaq sahəsinə 16.*2.2**7-ci il tarixli № 4*6*2*38 2 *****1 nömrəli torpaq sahəsinin kadastr planı, DƏDRX-nin 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən 21.83 ha torpaq sahəsinə ayrı-ayrılıqda mülkiyyət hüququnun dövlət qeydiyyatına dair "xxxx" MMC-yə verilmiş, mülkiyyət çıxarışlarının qismən, İddiaçı-yə məxsus 7.* ha torpaq sahəsinin 21.83 ha torpaq sahəsinin daxilində "xxxx" MMC-nin mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış hissəsinin etibarsız hesab edilməsi barədə qərar qəbul edilməsi və İddiaçı-yə məxsus 7.* ha torpaq sahəsinin, şirkətin mülkiyyətinə verilməsinə dair hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiasının mümkün sayılmaması qərara alınmışdır.
31. Beləliklə, məhkəmə kollegiyаsı bu qənаətə gəldi ki, birinci instansiya məhkəməsi İPM-in 12-ci və 48-ci maddələrinə əsasən, inzibati iş üzrə kifayət qədər araşdırma aparmadan iddiаnı mümkün saymamaqda düzgün nəticəyə gəlməmişdir. Оnа görə də Аzərbаycаn Respublikаsı İnzibаti Prоsessuаl Məcəlləsinin 87.6-cı mаddəsinə əsаsən, şikаyət qismən təmin edilməli və birinci instаnsiyа məhkəməsinin qərаrdаdı ləğv edilərək işin baxılması üçün Şəki İnzibаti Məhkəməsinə qaytarılması bаrədə qərаrdаd qəbul edilməlidir.
32. Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 87, 89, 9*.1 və 94.1-ci maddələrinə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ:
İddiaçı tərəfindən verilmiş аpellyаsiyа şikаyəti qismən təmin edilsin. Şəki İnzibati Məhkəməsinin 31 yanvar 2*23-cü il tarixli 2-1(116)-262/2*23 nömrəli qərardadı ləğv edilsin. İnzibati iş baxılması üçün Şəki İnzibati Məhkəməsinə qaytarılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz.