Məhkəmə qərarları › İş №2-1(107)-227/2021

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-227/2021

21.05.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-227/2021 21.05.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məlikov Vəzirxan İsgəndər oğlu (sədrlik edən və məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və Şükürov İmanverdi Həşimxan oğlundan ibarət tərkibdə, Quluzadə Rahul Teyyuf oğlunun katibliyi, üçüncü şəxs “xxxx” MMC-nin nümayəndəsi X3 iştiraklı ilə, İddiaçı cavabdeh Yevlax bələdiyyəsinə qarşı (üçüncü şəxs: “xxxx” MMC) “Yevlax bələdiyyəsinin “xxxx” Tekstil MMC-yə şəhərin ünvan 1 ünvandakı ərazidə ticarət obyektinin tikintisi üçün 270 kv.m torpaq sahəsinin ayrılması barədə 23 fevral 2007-ci il tarixli, 28 nömrəli qərarının Cavabdeh2 başçısının 27 mart 2000-ci il tarixli, 58 saylı sərəncamına əsasən həmin yerdə mağaza tikintisi üçün ona ayrılaraq alqı-satqı yolu ilə satılmış 15 kv.m torpaq sahəsi hissəsində ləğv edilməsi” tələbinə dаir inzibаti iş üzrə Şəki İnzibati Məhkəməsinin 19 fevral 2021-ci il tarixli, 2-1(116)-15/2021 nömrəli qərarından İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə İddiaçı cavabdeh Yevlax bələdiyyəsinə qarşı (üçüncü şəxs: Cavabdeh2) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Yevlax şəhəri, Füzuli küçəsində kommunal təsərrüfat birliyinin cənub hissəsində mağaza tikilməsi üçün alqı-satqı yolu ilə alınmış 15 kv.m torpaq sahəsinin əvvəlki vəziyyətinə gətirilməklə, qanuni torpaq sahəsinin ona qaytarılması və mağazasının qanunsuz sökülməsi nəticəsində dəymiş 15000 manat zərərin ödənilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi birinci instansiya məhkəməsinə 24.04.2019-cu il tarixdə daxil olmuş və həmin tarixdən məhkəmənin icraatına qəbul edilmişdir. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, Cavabdeh2 başçısının 27.03.2000-ci il tarixli, 58 saylı sərəncamı ilə Yevlax şəhərinin Füzuli küçəsində kommunal təsərrüfat birliyinin cənub hissəsində mağaza tikintisi üçün iddiaçıya 15 kv.m torpaq sahəsi ayrılmışdır. İddiaçı torpaq sahəsinin dəyərini, yəni 87000 manat vəsaiti Beynəlxalq bankın hesabına ödəmiş və tərəflər arasında 12.12.2000-ci il tarixdə akt tərtib edilmişdir. İddiaçı həmin yerdə mağaza tikmiş və uzun müddət istifadə etmişdir. Sonradan tikdirdiyi mağaza üçüncü şəxs tərəfindən dağıdılmışdır. Bu səbəblə iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmişdir. İddiaçı birinci instansiya məhkəməsinin dəftərxanasına 07.09.2020-ci il tarixdə daxil olan ərizəsində iddia tələbində dəqiqləşmə aparmış və “Yevlax bələdiyyəsinin “xxxx” MMCyə şəhərin ünvan 1 ünvandakı ərazidə ticarət obyektinin tikintisi üçün 270.00 kv.m torpaq sahəsinin ayrılması barədə 23 fevral 2007-ci il tarixli, 28 nömrəli qərarının Cavabdeh2 başçısının 27 mart 2000-ci il tarixli, 58 saylı sərəncamına əsasən həmin yerdə mağaza tikintisi üçün ona ayrılaraq alqı-satqı yolu ilə satılmış 15 kv.m torpaq sahəsi hissəsində ləğv edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Həmin tarixli qərardadla ərizə məhkəmənin icraatına qəbul edilmişdir. İş üzrə cavabdehlər 06.08.2019-cu il tarixdə məhkəmənin dəftərxanasına daxil olan eyni məzmunlu etirazlarında qeyd etmişlər ki, “Satın aldığım mənə məxsus torpaq üzərində mağaza binası tikmişdim. Mağazanı işləmə vəziyyətinə gətirmişdim. Mağazanın tikintisinə 87000 manat, indiki pulla 15000 manat pul sərf etmişdim. Qanunsuz olaraq mağaza binası Cavabdeh2 tərəfindən sökülüb”. O, torpaq sahəsinin əvvəlki vəziyyətinə gətirilərək ona qaytarılmasını və ona dəymiş 15000 manat zərərin ödənilməsini xahiş etmişdir. Hesab edirik ki, iddiaçının tələbi tamamilə əsassızdır və təmin oluna bilməz. Mülahizəmizi bununla əsaslandırırıq ki, İddiaçı hüquqi şəxs deyil. Onun hüquqi şəxs və sahibkar olması barədə vöen və digər sənədlər iddia ərizəsinə əlavə olunmamışdır. İddia ərizəsində adını Uraman göstərmiş, torpaq ayırma sənədlərində isə adı Roman yazılmışdır. Eyni zamanda onun adına Yevlax Bələdiyyəsində və Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrində torpaq sahəsi qeydiyyata alınmamışdır. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 67-ci maddəsinə əsasən “Dövlət və Bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir”. Torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir. Torpaq sahələri üzərində hüquqlar onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. İddiaçı iddia müddətini də keçirmişdir. Əgər doğrudan da ona qarşı hər hansı qanunsuz hərəkət edilmişdirsə nə üçün o, vaxtında məhkəməyə və digər orqanlara müraciət etməyib. Sənədlərdən və iddiaçının yazmasından aydın olur ki, mübahisəli torpaq sahəsində tikilmiş mağaza binasının sökülməsindən 10 (on) ilə yaxın müddət keçib. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373.2-ci maddəsinə əsasən “Daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti altı ildir. Azərbaycan Respublikasının MM-nin 375.2ci maddəsinə əsasən iddia müddətinin keçməsi məhkəməyə iddianı təqdim etmək mümkünlüyünün qarşısını alır və məhkəmə tərəfindən iddiadan imtina edilməsinə əsas kimi götürülür. Göründüyü kimi İddiaçı iddia müddətini ötürmüşdür. Birinci instansiya məhkəməsinin məhkəmə iclasında iddiaçının vəkili iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin məhkəmə iclasında üçüncü şəxsin nümayəndəsi iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İş materiallarında olan 06.01.2000-ci il tarixli aktdan görünür ki, X2 Şəhər İH başçısına müraciət edərək, ona mağaza tikintisi üçün 15 kv.m torpaq sahəsinin ayrılmasını xahiş etmişdir. İH başçısının 27.03.2000-ci il tarixli 58 nömrəli sərəncamı ilə X7 mağaza tikintisi üçün 15 kv.m torpaq sahəsi ayrılmışdır. İş materiallarında olan 12.12.2000-ci il tarixli alqı-satqı aktından görünür ki, X10 ona ayrılan torpaq sahəsinin dəyərini, yəni 87000 manat məbləği “Beynəlxalq” bankın hesabına ödəmişdir. İş materiallarında olan Yevlax bələdiyyəsinin 23.02.2007-ci il tarixli, 28 saylı qərarı ilə Yevlax bələdiyyəsinin torpaqların aid olan ərazidən sahibkarlıq məqsədilə 270 kv.m torpaq sahəsi “xxxx” Tekstil MMC-nin mülkiyyətinə verilmişdir. Həmçinin Yevlax ŞİH Memarlıq və Tikinti şöbəsinin 23.02.2007-ci il tarixli, 26 nömrəli rəyi alınmış və Şöbə həmin ərazidə sahibkarlıq obyektinin tikintisinin məqsədəmüvafiq olduğunu qeyd etmişdir. Bundan sonra tərəflər arasında 27.02.2007-ci il tarixli alqı-satqı aktı tərtib edilmiş və torpaq sahəsinin dəyəri “xxxx” Tekstil MMC tərəfindən bələdiyyənin bank hesabına ödənilmişdir. İş materiallarında olan torpaq sahəsinin kadastrı planından görünür ki, Yevlax bələdiyyəsinin 23.02.2007-ci il tarixli 28 nömrəli qərarı ilə 270 kv.m torpaq sahəsi sahibkarlıq məqsədilə “xxxx” MMC-nin mülkiyyətinə verilmişdir. İş materiallarında olan Yevlax bələdiyyəsinin 14.11.2011-ci il tarixli, 81 saylı qərarında görünür ki, X4 bələdiyyəyə müraciət edərək, ona fərdi yaşayış evinin tikintisi üçün həyətyanı torpaq sahəsinin ayrılmasını xahiş etmiş, bələdiyyənin qeyd edilən qərarı ilə Yevlax ŞİH Memarlıq və Tikinti şöbəsi və DTXK-nın müvafiq rəyləri alındıqdan sonra V.Gülüstaniyə 450 kv.m həyətyanı torpaq sahəsi fərdi yaşayış evinin tikintisi məqsədilə satılmışdır. İş materiallarında olan Yevlax bələdiyyəsinin 12.04.2007-ci il tarixli, 56 saylı qərarından görünür ki, bələdiyyə torpaqlarına aid şəhərin K.Sabitov küçəsində yerləşən ərazidən 60.0 kv.m torpaq sahəsi sahibkarlıq fəaliyyəti ilə əlaqədar X1 mülkiyyətinə verilmiş və bununla əlaqədar müvafiq rəylər alınmış, alqı-satqı müqaviləsi bağlanmış və Z.Gülüstaninin adına A seriyalı 245605 nömrəli plan və ölçü sənədi, MA seriyalı, ******* nömrəli, 22.04.2010-cu il tarixli çıxarış tərtib edilmişdir. İş materiallarında olan Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin 19.10.2020-ci il tarixli,**********06 nömrəli məktubuna əlavə edilmiş mütəxəssis rəyinin təsdiq edilmiş surətində qeyd edilir ki, iddiaçıya Cavabdeh2 başçısının 27.03.2000-ci il tarixli, 58 saylı sərəncamına əsasən mağaza tikintisi üçün ona ayrılaraq alqı-satqı yolu ilə satılmış 15 kv.m sahəsinin koordinatlarını əks etdirən (torpaq sahəsinin planı və ölçüsü və ya şəhadətnamə) sənədləri olmadığından mütəxəssis qarşısında qoyulan sualın cavablandırılması mümkün olmamışdır. Şəki İnzibati Məhkəməsinin (hakim İlqar Cabbarov) 19 fevral 2021-ci il tarixli, 2- 1(116)-15/2021 nömrəli qərarı ilə İddiaçı cavabdeh Yevlax bələdiyyəsinə qarşı (üçüncü şəxs: “xxxx” MMC) “Yevlax bələdiyyəsinin “xxxx” Tekstil MMC-yə şəhərin ünvan 1 ünvandakı ərazidə ticarət obyektinin tikintisi üçün 270 kv.m torpaq sahəsinin ayrılması barədə 23 fevral 2007-ci il tarixli, 28 nömrəli qərarının Cavabdeh2 başçısının 27 mart 2000-ci il tarixli, 58 saylı sərəncamına əsasən həmin yerdə mağaza tikintisi üçün ona ayrılaraq alqı-satqı yolu ilə satılmış 15 kv.m torpaq sahəsi hissəsində ləğv edilməsi” tələbinə dair iddiasının təmin edilməməsi qərara alınmışdır. İddiaçı apellyasiya şikayəti verərək Şəki İnzibati Məhkəməsinin 19 fevral 2021-ci il tarixli, 2-1(116)-15/2021 nömrəli qərarının ləğv edilməsini xahiş etmişdir Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətində qeyd etmişdir ki, Şəki İnzibati Məhkəməsinin 19 fevral 2021-ci il tarixli, İş № 2-1(116)-15/2021 saylı qərarını 16.03.2021-ci il tarixidə poçt vasitəsi ilə almış. Həmin qərarı qanunsuz və əsassız hesab edir. Çıxarılmış qərar qanunun tələblərini pozmaqla çıxarıldığından əsaslı hesab edilə bilməz. O, cavabdeh Yevlax bələdiyyəsinə qarşı üçüncü şəxs Yevlax şəhəri İcra Hakimiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Yevlax şəhəri, Füzuli küçəsində Kommunal Təsərrüfat Birliyinin cənub hissəsində mağaza tikilməsi üçün alqı-satqı yolu ilə alınmış 15 kv.m torpaq sahəsinin əvvəlki vəziyyətinə gətirilməklə, qanuni torpaq sahəsinin ona qaytarılması və mağazanın qanunsuz sökülməsi nəticəsində dəymiş 15000 manat zərərin ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan məhkəmə prosesində tələbində dəqiqləşmə aparılaraq, Yevlax Bələdiyyəsinin “xxxx” Tekstil MMC-yə şəhərin ünvan 1 ünvandakı ərazidə ticarət obyektinin tikintisi üçün 270 kv.m torpaq sahəsinin ayrılması barədə 23 fevral 2007-ci il tarixli, 28 nömrəli qərarının, Cavabdeh2 başçısının 27 mart 2000-ci il tarixli, 58 saylı sərəncamına əsasən həmin yerdə mağaza tikintisi üçün ona ayrılaraq alqı-satqı yolu ilə satılmış 15 kv.m torpaq sahəsi hissəsində ləğv edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. X6 Məhkəməsində baxılmışdır. Şəki İnzibati Məhkəməsinin 19 fevral 2021-ci il tarixli, 2-1(116)-15/2021 saylı qərarı ilə iddia təmin edilməmiş, o, cavabdeh Yevlax bələdiyyəsinə qarşı (üçüncü şəxs: “xxxx” MMC) “Yevlax Bələdiyyəsinin “xxxx” Tekstil MMC-yə şəhərin ünvan 1 ünvandakı ərazidə ticarət obyektinin tikintisi üçün 270 kv.m torpaq sahəsinin ayrılması barədə 23 fevral 2007-ci il tarixli, 28 nömrəli qərarının Cavabdeh2 başçısının 27 mart 2000-ci il tarixli, 58 saylı sərəncamına əsasən həmin ərazi mağaza tikintisi üçün ona ayrılaraq alqı-satqı yolu ilə satılmış 15 kv.m torpaq sahəsi hissəsində ləğv edilməsi” tələbinə dair iddiası təmin edilməməşdir. Məhkəmə həmin qərarı qəbul edərkən bildirir ki, onun ləğvini tələb etdiyi bələdiyyə qərarını qanunvericiliyin normalarına riayət edilməklə qəbul edilmiş, qeyd olunan torpaq sahəsi bələdiyyənin mülkiyyətində olmuşdur. Bələdiyyənin qərarı əsasında 3-cü şəxsə verdiyi torpaq sahəsinin iddiaçının mülkiyyətində olmasına dair heç bir sübut mövcud deyil və məhkəmə araşdırması zamanı da aşkar edilmədiyi, ona Yevlax şəhəri İcra Hakimiyyəti başçısının 27.03.2000-ci il tarixli, 58 saylı sərəncamına əsasən mağaza tikintisi üçün ona ayrılaraq alqı-satqı yolu ilə satılmış 15 kv.m sahəsinin kordinatlarını əks etdirən (torpaq sahəsinin plan və ölçüsü və ya şəhadətnamə) sənədləri olmadığından 3-cü şəxsə ayrılan torpaq sahəsi ilə üst-üstə düşməsini müəyyən etmək mümkün deyil. Qeyd olunanlara əsasən məhkəmənin nəticəsi iddianın təmin edilməməsi olmuşdur. O, 06.01.2000-ci il tarixində Cavabdeh2 Başçısına müraciət edərək mağaza tikintisi üçün 15 kv.m torpaq sahəsinin ayrılmasını xahiş etmişdir. Cavabdeh2 Başçısının 27.03.2000-ci il tarixli 58 saylı sərəncamı ilə o, mağaza tikintisi üçün 15 kv.m torpaq sahəsi ayrılmışdır. O, 12.12.2000-ci il tarixində həmin torpaq sahəsini alqı-satqı edərək, yəni torpağın dəyəri kimi 87.000 manat məbləği Beynəlxalq banka köçürmüşdür. Məhkəmə onun mülkiyyət hüquqlarını qorumadan əleyhinə qərar qəbul etmişdir. Halbu ki, bütün sənədlərlə torpaq sahəsini alqısatqı etdiyini dövlət orqanın sərəncamı ilə mövcud torpaq sahəsinə hüquq əldə etdiyini, burada yüksək səviyyədə tikinti işləri apararaq əmlakını müasir formaya saldığını heç bir şəxs inkar edə bilməz. Vəziyyətin reallığı odur ki, Cavabdeh2 Başçısı Elmar Vəliyev tərəfindən onun əmlakı dağıdılmış, mülkiyyəti tarimar edilərək onun əmlakı olan “xxxx” MMC-nin mülkiyyətinə keçirilmiş, nəticədə bir vəzifəli şəxs səlahiyətlərindən istifadə edərək tam mənada mülkiyyətini ələ keçirmişdir. Məhkəmə isə tələbinə bu müstəvidə baxmamışdır. Bələdiyyə orqanının ona kəsb etməyən fikirləri zəminində əsassız qərar qəbul edilmişdir. Bu səbəbdəndə Yevlax Bələdiyyəsi ona aid olmayan torpaq sahəsini 23.02.2007-ci il tarixində 28 nömrəli qərarı ilə “xxxx” MMC-yə vermişdir. “xxxx” MMC-də Cavabdeh2 Başçısı olmuş Elmar Vəliyevindir. Onun dövlətin ali məmurları tərəfindən mülkiyyəti əlindən alınmaqla haqqı və hüququ açıq şəkildə tapalanmışdır. Bu səbəbdəndə o, iddia qeyd etdiyi tələbi mübahisələndirmişdir. Odur ki, Şəki İnzibati Məhkəməsinin 19 fevral 2021-ci il tarixli, 2-1(116)-15/2021 saylı qərarı ləğv edilməsini, iddianın təmin edilməsinə dair yeni məhkəmə qərar qəbul edilməsini xahiş edir. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxs “xxxx” MMC-nin nümayəndəsi X5 apellyasiya şikayətinin təmin edilməməsini və Şəki İnzibati Məhkəməsinin 19 fevral 2021-ci il tarixli, 2-1(116)-15/2021 nömrəli iş üzrə qərarını dəyişdirilmədən saxlanılmasını xahiş etdi. İşə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq İddiaçı və cavabdeh Yevlax bələdiyyəsinin nümayəndəsi məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma hissəsi İddia mübahisələndirmə haqqında iddia növünə aiddır. Mübahisələndirmə haqqında iddia onunla xarakterizə olunur ki, inzibati aktın ləğv edilməsi və ya dəyişdirilməsi məhkəmədən tələb olunur. Mübahisələndirmə haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İPM-in 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İPM-in 38.1-ci maddəsi) əməl olunmalıdır. İş materiallarından görünür ki, iddiaçı mübahisələndirilən bələdiyyə qərarı haqqında məhkəmədə mübahisə qaldırılan zaman məlumatlı olmuşdur. Ona görə də hazırkı iddianın qaldırılması üçün Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 38.1-ci maddəsində nəzərdə tutulan 30 günlük müddət ötürülməmişdir. İPM-in 35.1-ci maddəsinə əsasən iddiaçının subyektiv hüququ o vaxt yaranır ki, o, inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırsın. Bununla bağlı olaraq “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarının 4.1, 4.2, 5.1, 5.2 və 5.3-cü bəndlərində göstərilmişdir ki, İPM-in 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır. Hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar. İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. Bu zaman məhkəmələr müdafiə edilmək istənilən hüququn təbiətini, həmin subyektv hüququn tanıdığı imkanları, qanunvericilikdə təsbit edilmiş onun qoruma sferası ilə bağlı hədləri nəzərə almalıdırlar. İddia qaldırmış şəxsin hüquqlarının qorunmasının bilavasitə qanundan irəli gəldiyi hallarda, bir qayda olaraq iddia mümkün sayılmalıdır. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı hazırkı iddianı qaldırmağa dair subyektiv hüquqa malik olmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, iddian mümkün olsa da, əsassızdır. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən torpaq islahatının obyekti Azərbaycan Respublikasının vahid torpaq fondudur. Torpaq islahatı zamanı vahid torpaq fondunda: dövlət mülkiyyətində saxlanılan torpaqlar (dövlət torpaqları); bələdiyyə mülkiyyətinə verilən torpaqlar (bələdiyyə torpaqları); xüsusi mülkiyyətə verilən torpaqlar müəyyən edilir (maddə 3). Torpaq xüsusi mülkiyyətə Azərbaycan Respublikasının vətəndaşlarına və hüquqi şəxslərinə verilir. Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər, xarici hüquqi şəxslər, beynəlxalq birliklər və təşkilatlar, habelə xarici dövlətlər Azərbaycan Respublikasında torpaq sahələrini yalnız icarə hüququ əsasında əldə edə bilərlər (maddə 4). Vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir (maddə 9). Həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Kollektiv bağlar özəlləşdirilərkən torpaq sahəsi bağçılığın hər bir üzvünün mülkiyyətinə verilir. Dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların torpaqları hər bir icarəçinin, kooperativ bağların torpaqları hər bir kooperativ üzvünün mülkiyyətinə verilir. Bağ sahələrinin torpaqları özəlləşdirilərkən onların üzərindəki tikililər, ağaclar və digər obyektlər də əvəzsiz olaraq bağ sahiblərinin xüsusi mülkiyyətinə keçir (maddə 10). Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əsasən bütün növlərdən olan daşınar və daşınmaz əmlaka mülkiyyət hüququnun subyektləri hüquqi və fiziki şəxslər, bələdiyyələr və Azərbaycan Respublikası ola bilər. Əmlakın fiziki və ya hüquqi şəxsin mülkiyyətində, Azərbaycan Respublikasının və ya bələdiyyələrin mülkiyyətində olmasından asılı olaraq əmlaka mülkiyyət hüququnun, əmlaka sahiblik, ondan istifadə və ona dair sərəncam hüququnun əldə edilməsi və ona xitam verilməsi xüsusiyyətləri yalnız qanunla müəyyənləşdirilə bilər. Bütün mülkiyyətçilərin hüquqları eyni bərabərdə müdafiə edilir (maddə 153). Azərbaycan Respublikasının Torpaq Məcəlləsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır (maddə 68). “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun (həmin tarixə olan redaksiyada) 2.1-ci və 2.2-ci maddələrinə əsasən müvafiq inzibati ərazi daxilində qanunvericiliklə müəyyən olunmuş qaydada dövlət mülkiyyətində saxlanılmış və xüsusi mülkiyyətə verilmiş torpaqlar çıxılmaqla qalan torpaqlar bələdiyyə torpaqlarıdır. İstifadə xüsusiyyətlərinə görə bələdiyyə torpaqları Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş ümumi istifadədə olan torpaqlara, hüquqi və fiziki şəxslərin qanuni istifadəsində və icarəsində olan torpaqlara, habelə ehtiyat fondu torpaqlarına bölünür. Həmin Qanunun 3-cü maddəsinə əsasən bələdiyyə torpaqlarının idarə edilməsi torpaqların məqsədli təyinatı üzrə istifadə edilməsi və dövriyyədən əsassız çıxarılmasına yol verilməməsi; torpaqların münbit qatının bərpası, artırılması, mühafizəsi, təbii və antropogen təsirlərdən qorunması; torpaqların xüsusi mülkiyyətə, istifadəyə və icarəyə verilməsində qanunvericiliyə və sosial ədalət prinsiplərinə əməl edilməsi; torpaqdan haqqı ödənilməklə istifadə edilməsi; müxtəlif məqsədlər üçün mülki dövriyyəyə cəlb edilən torpaqlar barədə əhalinin məlumatlandırılması prinsiplərinə əsaslanır. Həmin Qanunun 4-cü maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və onlar barədə sərəncam vermək; müəyyən edilmiş qaydada bələdiyyə torpaqlarını ümumi istifadəyə, hüquqi və fiziki şəxslərin istifadəsinə, icarəsinə və Azərbaycan Respublikasının vətəndaşlarının və hüquqi şəxslərinin mülkiyyətinə vermək; yaşayış məntəqəsinin baş planının, planlaşdırma və tikinti layihələrinin, yerquruluşu və təsərrüfat planlarının hazırlanmasını və həyata keçirilməsini öz səlahiyyətləri daxilində təşkil etmək; bələdiyyə torpaqlarının istifadəçilərindən torpaq vergisini və icarə haqqını almaq; ictimai ehtiyaclar tələb etdikdə bələdiyyə tərəfindən hüquqi və fiziki şəxslərə əvəzsiz istifadəyə verilmiş torpaq sahələrinin məcburi geri alınması barədə məhkəmədə iddia qaldırmaq; bələdiyyə torpaqlarının mühafizəsinə və yaxşılaşdırılmasına dair proqramlar hazırlamaq, təsdiq etmək və onları həyata keçirmək; hüquqi və fiziki şəxslərin mülkiyyətinə, istifadəsinə və icarəsinə verilən torpaq sahələrinin minimum həddini müəyyən etmək; bələdiyyə mülkiyyətinə torpaq alınması zəruriyyəti yarandığı hallarda torpaq hərraclarından və xüsusi mülkiyyətçilərdən torpaq sahələri almaq, habelə dövlət mülkiyyətindən torpaq alınması barədə müvafiq icra hakimiyyəti orqanları qarşısında vəsatət qaldırmaq; bələdiyyə torpaqlarından səmərəli istifadə olunmasına və onların mühafizəsinə nəzarət etmək; bələdiyyə torpaqlarına dair məhkəmədən kənar qaydada həll olunmalı mübahisələri həll etmək; öz səlahiyyətləri daxilində torpaq istifadəçilərinin və icarəçilərinin hüquqlarını müdafiə etmək; Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş digər səlahiyyətləri həyata keçirmək torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin öz inzibati əraziləri daxilində səlahiyyətləri kimi müəyyən edilmişdir. Həmin Qanunun 6.1-ci maddəsinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, “Bələdiyyə əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ-hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir. “Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında” Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinə əsasən dövlət torpaq kadastrının məlumatları dövlət orqanlarının, bələdiyyələrin və məhkəmələrin qərar qəbul etməsi üçün əsasdır. Torpaq Məcəlləsinin 56-cı maddəsinin 1-ci hissəsində deyilir ki, Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilməyən dövlət torpaqlarını müvafiq icra hakimiyyəti orqanı, bələdiyyə torpaqlarını isə bələdiyyələr müəyyən edir. Həmin Məcəllənin 67-ci maddəsində deyilir ki, torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. (1-ci hissə) Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. (3-cü hissə) Torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir. (4-cü hissə) İddiaçının ləğvini tələb etdiyi bələdiyyə qərarı yuxarıda qeyd olunan qanunvericilik normalarına riayət edilməklə qəbul edilmiş, qeyd olunan torpaq sahəsi bələdiyyənin mülkiyyətində olmuşdur. Bələdiyyənin qərar əsasında 3-cü şəxsə verdiyi torpaq sahəsinin iddiaçının mülkiyyətində olmasına dair heç bir sübut mövcud deyil və məhkəmə araşdırması zamanı da aşkar edilməmişdir. iddiaçıya Cavabdeh2 başçısının 27.03.2000-ci il tarixli, 58 saylı sərəncamına əsasən mağaza tikintisi üçün iddiaçıya ayrılaraq alqı-satqı yolu ilə satılmış 15 kv.m sahəsinin koordinatlarını əks etdirən (torpaq sahəsinin planı və ölçüsü və ya şəhadətnamə) sənədləri olmadığından 3-cü şəxsə ayrılan torpaq sahəsi ilə üst-üstə düşməsini müəyyən etmək mümkün deyil. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, iddia təmin edilməməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qisa,) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının tələbi qanunsuz və əsassızdır. Apellyasiya şikayətinin dəlilləri isə birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün yetərli deyildir, onа görə də, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya şikayəti təmin edilməməli və qərar dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Nəticəvi hissə Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68, 69, 87.6, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən, məhkəmə kollegiyası qərаrа аldı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 19 fevral 2021-ci il tarixli, 2-1(116)-15/2021 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarı ondan şikayət verilmədiyi halda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar