Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(107)-227/2022 04.08.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Şəki bələdiyyəsinin cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X6 12 saylı Şəki Ərazi İdarəsinə qarşı “Şirinova (Hüseynova, Səmədova) Mahizər Soltan qızının adına işlənmiş 19 may 2017-ci il tarixdə ********** nömrə ilə qeydiyyata alınmış hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə (Açar sözlər: çıxarışın ləğv edilməsi) Hakimlər Məcidov Ələddin Tofiq oğlu (sədrlik edən və məruzəçi), Məlikov Vəzirxan İsgəndər oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, X8 qızının katibliyi, iddiaçı Şəki Bələdiyyəsinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Şəki Bələdiyyəsinin cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X6 12 saylı Şəki Ərazi İdarəsinə qarşı “Şirinova (Hüseynova, Səmədova) Mahizər Soltan qızının adına işlənmiş 19 may 2017-ci il tarixdə ********** nömrə ilə qeydiyyata alınmış hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 16 iyun 2022-ci il tarixli, 2-1(116)-883/2022 nömrəli qərardadından iddiaçı Şəki Bələdiyyəsi tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Şəki bələdiyyəsi cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X6 12 saylı Şəki Ərazi İdarəsinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “Şirinova (Hüseynova, Səmədova) Mahizər Soltan qızının adına işlənmiş 19 may 2017-ci il tarixdə ********** nömrə ilə qeydiyyata alınmış hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli, 2-1(116)-883/2022 nömrəli qərardadı ilə X2 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına adi cəlb edilmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli, 2-1(116)-883/2022 nömrəli qərardadı ilə X2 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına xitam verilmişdir. Şəki İnzibati Məhkəməsinin 16 iyun 2022-ci il tarixli, 2-1(116)-883/2022 nömrəli qərardadı ilə iddiaçı Şəki bələdiyyəsinin cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X6 12 saylı Şəki Ərazi İdarəsinə qarşı “Şirinova (Hüseynova, Səmədova) Mahizər Soltan qızının adına işlənmiş 19 may 2017-ci il tarixdə ********** nömrə ilə qeydiyyata alınmış hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi” tələbinə dair iddiası mümkün sayılmamışdır. İddiaçı Şəki Bələdiyyəsi həmin qərardaddan şikayət vermişdir. İddiaçı Şəki Bələdiyyəsinin nümayəndəsi X4 verdiyi şikayətə uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdırıb hesab edir ki, şikayət təmin edilməməli, Şəki İnzibati Məhkəməsinin 16 iyun 2022-ci il tarixli, 2-1(116)- 883/2022 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Cavabdeh orqanın təqdim etdiyi mütəxəssis rəyi əsasında X3 adına tərtib edilən **********94-10301 reyestr nömrəli, 7099 inventar nömrəli, xx.xx.2017-ci il tarixdə tərtib edilmiş texniki pasportda göstərilən torpaq sahəsi ilə 1979-cu ilin mart ayında Şirinova (Hüseynova, Səmədova) Mahizər Soltan (Dursun) qızının adına tərtib edilmiş texniki pasportda göstərilən torpaq sahəsinin üst-üstə düşməsi və qeyd olunan torpaq sahəsi ilk dəfə dövlət qeydiyyatına alınanadək Nuxa rayon Qışlaq kənd Kirov adına kolxozun 1 mart 1963-cü il tarixli 4№-li qərarına əsasən 0.07 ha torpaq sahəsi Şirinova (Hüseynova, Səmədova) Mahizər Soltan (Dursun) qızının istifadəsində olması müəyyən edilmişdir. Yəni, iddiaçının özünün mülkiyyəti olaraq hesab etdiyi torpaq sahəsi ümumiyyətlə heç vaxt onun mülkiyyətində olmamışdır. İnzibati mübahisə üzrə iddia onun mümkünlüyü ilə bağlı şərt yerinə yetirildiyi halda mümkün sayıla bilər. İddianın mümkünlük şərtlərindən biri iddiaçının subyektiv hüquqa malik olmasıdır. İddianın mümkünlüyü haqqında müddəaların tələblərinə görə iddiaçı hüquqları pozulduğu halda məhkəməyə şikayət edə bilər. İddia yalnız o zaman mümkün sayılır ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi ilə hüquq və qanunla qorunan maraqlarının pozulduğunu bildirsin. İddiaçı yalnız öz (subyektiv) hüquqlarının pozulduğunu bildirməlidir. Subyektiv hüquq hər hansı bir şəxsin qanun, müqavilə və ya inzibati aktla tanınan və digər şəxslərdən müəyyən hərəkətləri etməyi, bu cür hərəkətlərə dözməyi və ya hərəkətsizlik nümayiş etdirməyi tələb etmək imkanıdır. İddiaçı iddia ərizəsində belə tələb hüququna istinad etməlidir. Subyektiv hüquqlara xüsusilə Konstitusiyada təsbit olunmuş əsas hüquqlar, eləcə də qanunlardan irəli gələn subyektiv hüquqlar aiddir İddia tələbini irəli sürmüş şəxsin müvafiq subyektiv hüquqlara malik olmaması, onun başqa şəxslərdən tələb etmək və müdafiə olunmaq hüququnu istisna edir. İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirməhaqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun“İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli 5 nömrəli qərarının müvafiq olaraq 1.1, 1.4 və 2.3-cü bəndlərində qeyd edilir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını yoxlamalıdır. Məhkəmə kollegiyası hesab edir ki, Şəki İnzibati Məhkəməsinin 16 iyun 2022-ci il tarixli, 2-1(116)-883/2022 nömrəli qərardadı ilə mübahisənin prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Qərardadın ləğv edilməsinə hüquqi əsaslar yoxdur. Ona görə də, şikayət təmin edilməməli və iş üzrə Şəki İnzibati Məhkəməsinin 16 iyun 2022-ci il tarixli, 2-1(116)-883/2022 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qısa,) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Həmin məcəllənin 90.2-ci maddəsində qeyd edilir ki, apellyasiya instansiya məhkəməsində mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatının iştirakçıları yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. Qeyd оlunаnlаrа əsаsən, məhkəmə kоllegiyаsı qərаrааldı: İddiaçı Şəki Bələdiyyəsi tərəfindən verilmiş аpellyаsiyа şikаyəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 16 iyun 2022-ci il tarixli, 2-1(116)-883/2022 nömrəli qərаrdаdı dəyişdirilmədən saxlanılsın. Qərardaddan onun təqdim edildiyi gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Məhkəmə qərardadı ondan şikayətin verilmədiyi halda təqdim olunduğu gündən 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Ələddin Məcidov Hаkimlər: Vəzirxan Məlikov Ayaz Mahmudov
Məhkəmə qərarları › İş №2-1(107)-227/2022
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(107)-227/2022
04.08.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver