Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(107)-228/2025 05.03.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən, məruzəçi), X12 və Tahirov Zamin Cəbrayıl oğlundan ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Ağdaş rayon Ağdaş bələdiyyəsinə qarşı “cavabdehin ümumi iclasının xx.xx.2019-cu il tarixli 04 saylı qərarının ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 29 oktyabr 2024-cü il tarixli 2-1(116)-3245/2024 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş аpellyаsiyа şikаyətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı cavabdeh Ağdaş rayon Ağdaş bələdiyyəsinə qarşı birinci instansiya məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək “cavabdehin ümumi iclasının xx.xx.2019-cu il tarixli 04 saylı qərarının ləğv edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. İddia ərizəsinin əsaslarına görə, Ağdaş şəhəri, Heydər Əliyev prospekti 81-A ünvanda yerləşən 0.07 ha torpaq sahəsi iddiaçının mərhum əri X6 mülkiyyətinə verilmişdir. Bu barədə ona hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı, ******* nömrəli çıxarış verilmişdir.
3. Ağdaş Rayon Məhkəməsinin 26 iyul 2017-ci il tarixli, 2(014)-152/2017 nömrəli qətnaməsi ilə ilk iddia qismən təmin edilmiş, Ağdaş bələdiyyəsinin X3 olduğu 0,07 hektar torpaq sahəsinin Ağdaş bələdiyyəsi tərəfindən X5 icrayə verilmiş 174 kv.m torpaq sahəsi hissəsində Ağdaş bələdiyyəsinin ümumi iclasının 01 saylı 14 yanvar 2014-cü il tarixli qərarının, həmin qərar əsasında Ağdaş rayon Notariat Kontorunda 18 fevral 2014-cü il tarixdə reyestrdə 4Ə107 sayı ilə rəsmiləşdirilmiş seriya AN-İ ******* saylı daşınmaz əmlakın (torpağın) alqı-satqı müqaviləsinin 0,07 hektar torpaq sahəsinin 174 kv.m sahəsində yerləşən mağazaya aid hissədə və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin 17 saylı Ərazi İdarəsi tərəfindən 24 dekabr 2014-cü il tarixdə ********** qeydiyyat nömrəsi ilə üçüncü şəxsin adına verilmiş seriya RX ******* saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış 0,07 hektar torpaq sahəsinin 174 kv.m sahəsində yerləşən mağazaya aid hissədə ləğv edilməsi, ödənilmiş dövlət rüsumunun iddiaçının özünə aid edilməsi, ilk iddianın qalan hissədə rədd edilməsi, qarşılıqlı iddia tələbinin qismən təmin olunması, Ağdaş bələdiyyəsi ilə X7 arasında bağlanmış 06 yanvar 2016-cı il tarixli, 01 saylı müqavilənamənin ləğv edilməsi qət edilmişdir.
4. İddiaçının mərhum əri X9 16 iyun 2022-ci il tarixdə vəfat etmişdir.
5. Bundan sonra o, ərindən qalmış miras əmlakın qəbul olunması ilə bağlı notariat kontoruna müraciət etmişdir, ona qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Həmin şəhadətnamədə miras qalmış əmlakın ümumi sahəsinin 0.0526 ha torpaq sahəsi olduğu qeyd olunmuşdur.
6. Bu yaxınlarda məlum olmuşdur ki, mərhum əri Fizuli İsmayılova RX seriyalı, ******* nömrəli, xx.xx.2014-cü il qeydiyyat tarixli çıxarışla mülkiyyətinə verilmiş 0.07 ha torpaq sahəsinin daxilində yerləşən 174 kv.metr torpaq sahəsi Ağdaş bələdiyyəsinin 17 aprel 2019-cu il tarixli ümumi iclasının 04 saylı qərarına əsasən Ağdaş şəhər sakini X5 alqı-satqı olunaraq onun mülkiyyətinə verilmişdir. Bunun əsasında da, X4 mülkiyyət hüququ xx.xx.2021-ci il tarixdə ********** nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır.
7. Hesab edir ki, mübahisəli olan 174 kv.metr torpaq sahəsinin X5 verilməsi tam qanunsuz və əsassızdır. Belə ki, Ağdaş Rayon Məhkəməsinin 26 iyul 2017-ci il tarixli, 2(014)-152/2017 saylı qətnaməsinə əsasən Ağdaş bələdiyyəsi ilə X7 arasında bağlanmış 06 yanvar 2016-cı il tarixli, 01 saylı müqavilənamə ləğv edilmişdir. Qeyd olunan 174 kv.metr torpaq sahəsi mərhum əri Fizuli İsmayılova məxsus torpaq sahəsinin daxilində yerləşdiyinə görə qeyd olunan torpaq sahəsi ilkin olaraq onlara təklif olunmalı idi. Çünki qeyd olunan torpaq sahəsini əldə etməkdə üstünlük onlara məxsus olmuşdur. Lakin, buna baxmayaraq Ağdaş bələdiyyəsi 17 aprel 2019-cu il tarixli ümumi iclasının 04 saylı qərarına əsasən Ağdaş şəhəri, Heydər Əliyev prospekti 81-B ünvanda yerləşən 174 kv.metr torpaq sahəsini X5 alqı-satqı vasitəsi ilə onun mülkiyyətinə vermişdir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
8. Şəki İnzibati Məhkəməsinin (hakim Vüqar Musayev) 29 oktyabr 2024-cü il tarixli 2- 1(116)-3245/2024 nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır.
9. İddiaçı həmin qərardaddan apellyasiya şikayəti vermişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ
10. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, o, iddia ərizəsi ilə Ağdaş Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh ümumi iclasının 17 aprel 2019-cu il tarixli, 04 saylı qərarının ləğv edilməsi, həmin qərar əsasında Ağdaş rayon notariat kontorunda rəsmiləşdirilmiş alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, onun bütün hüquqi nəticələrinin ləğv edilməsini və alqı-satqı müqaviləsi nəticəsində X4 adına verilmiş xx.xx.2021-ci il tarixli, ********** reyestr nömrəli çıxarışın ləğv edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Ağdaş Rayon Məhkəməsi də qeyd olunan iddia ərizəsini icraata götürüb mahiyyəti üzrə işə baxmış, yalnız qətnamə və qərardad qəbul edən zaman ona inzibati məhkəməyə müraciət etmək hüququnun olmasını izah etmişdir. Belə olan halda o, hazırki iddia tələbi ilə məhkəməyə müraciət edərkən müddət ötürməmişdir. Çünki, o, Ağdaş Rayon Məhkəməsində iddia qaldıran zaman, Ağdaş Rayon Məhkəməsi iddia tələbinin Ağdaş bələdiyyəsinin xx.xx.2019-cu il tarixli, 4 saylı qərarının ləğv edilməsi ilə bağlı iddia ərizəsinin icraata qəbul olunmasından imtina edilməsi və ya iddia ərizəsinin geri qaytarılması barədə qərardad qəbul etsəydi, o da həmin vaxt İnzibati Məhkəməyə müraciət edərdi. Belə olan halda iddia qaldırmaq üçün heç bir müddət ötürməmişdir. Ona görə də apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 29 oktyabr 2024-cü il tarixli 2-1(116)-3245/2024 nömrəli qərardadının ləğv edilməsini və iddianın mümkün sayılaraq icraata qəbul edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
TƏRƏFLƏRİN İZAHATLARİ
11. Məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmişlər.
12. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin (bundan sonra Azərbаycаn Respublikаsının İPM və ya İPM) 62.3-cü mаddəsi).
TƏTBİQ EDİLƏN HÜQUQ
13. İnzibati Prosessual Məcəllə: Maddə 24.1. Bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. Maddə 24.2. Buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 38.1. Mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Maddə 80.1. Barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. Maddə 82. Apellyаsiyа instаnsiyаsı məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə bаxır. Apellyаsiyа instаnsiyаsı məhkəməsi həmçinin, bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.
14. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının: 2.3-cü bəndinə əsasən, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İnzibati Prosessual Məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 3.1-ci bəndinə əsasən inzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. 3.2-ci bəndinə əsasən İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. 3.3-cü bəndinə əsasən yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. 3.4-cü bəndinə əsasən birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər. 8.1-ci bəndinə əsasən iddia mümkün sayılmadıqda məhkəmə İPM-in 35.3-cü maddəsinə əsasən qərardad qəbul edir. 8.2-ci bəndinə əsasən bu qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir. 8.3-cü bəndinə əsasən buna görə də, iddianın mümkün sayılmamasına dair qərardad yenidən mümkünlük şərtlərinə əməl etməklə eyni predmet üzrə iddia qaldırmaq imkanını istisna etmir. 16.4. İPM-in 46.3-cü maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin 46.1-ci maddəsində nəzərdə tutulmuş tələblərə cavab vermədikdə hakim və ya məhkəmə tərkibinə sədrlik edən tərəfindən təyin olunmuş hakim (məruzəçi hakim) iddia ərizəsini həmin tələblərə uyğunlaşdırmaq üçün ağlabatan müddət təyin edir. 16.5. Nəzərə alınmalıdır ki, həmin normanın, həmçinin dinlənilmə hüququnun təmin edilməsi məqsədi ilə iddia ərizəsindəki çatışmazlıqlar, təyin edilmiş müddət və həmin müddət ərzində çatışmazlıqların aradan qaldırılmamasının hüquqi nəticələri barədə iddiaçı bilavasitə və ya məhkəmə bildirişi vasitəsi ilə məlumatlandırılmalıdır. Bu, həm də İPM-in 11.2 və 49.2-ci maddələrinin tələblərindən irəli gəlir. Belə ki, İPM-in 11.2-ci maddəsinə əsasən, məhkəmə inzibati prosesin gedişində proses iştirakçılarından hər birinə öz mövqeyini ifadə etmək, prosessual hüquqlarını və vəzifələrini həyata keçirmək üçün tam və bərabər imkanlar yaratmağa borcludur. İPM-in 49.2-ci maddəsinə əsasən, məhkəmənin bütün sərəncamları barədə proses iştirakçılarına vaxtında məlumat verilməlidir. 16.6. İddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər
APELLYASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ
15. Apellyasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
16. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
17. Kollegiya ilk olaraq bildirir ki, inzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki hissəyə ayrılır: 1) mümkünlük; 2) əsaslılılq. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olub-olmamasının yoxlanılması çərçivəsində iddiaçının cavabdehə qarşı hər hansı bir maddi-hüquqi tələbinin olub-olmaması yoxlanılır. İddianın əsaslılığının araşdırılması üçün şərt iddianın mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlayır.
18. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 10 aprel 2015-ci il tarixli “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” qərarına əsasən, hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar. İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. Bu zaman məhkəmələr müdafiə edilmək istənilən hüququn təbiətini, həmin subyektiv hüququn tanıdığı imkanları, qanunvericilikdə təsbit edilmiş onun qoruma sferası ilə bağlı hədləri nəzərə almalıdırlar. İddia qaldırmış şəxsin hüquqlarının qorunmasının bilavasitə qanundan irəli gəldiyi hallarda, bir qayda olaraq iddia mümkün sayılmalıdır. Bəzi hallarda qanunvericilik konkret məsələlər üzrə məhz hansı şəxslər dairəsinin müdafiə olunduğunu aydın təsbit edir. Belə tənzimləmənin olmadığı hallarda üçüncü şəxslərin hüquqlarının təminat altına alınıb-alınmadığının aydınlaşdırılması üçün hər bir konkret halın xüsusiyyətlərindən çıxış etməklə qanunvericinin güddüyü məqsəd, ictimai və fərdi maraqların ədalətli balanslaşdırılması və s. meyarlar nəzərə alına bilər. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin, başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər.
19. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək qeyd edir ki, birinci instansiya məhkəməsi iddia tələbini mümkün saymamaqda haqlı olmuşdur.
20. Belə ki, iddianın mümkünlüyü ilə bağlı normaların tələbinə görə, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia, yalnız onun mümkünlüyü haqqında şərtlər ödənildiyi təqdirdə yolveriləndir. Qanunvericilikdə iddia növlərindən asılı olaraq müxtəlif mümkünlük şərtləri, o cümlədən ümumi və xüsusi mümkünlük şərtləri müəyyən olunmuşdur.
21. Yuxarıda istinad olunan normaların məzmunundan da göründüyü kimi, inzibati icraat qaydasında baxılan iddia - inzibati icraat qaydalarına müvafiq olan iddia növünə uyğun olmalı, subyektiv hüququ olan şəxs tərəfindən, müvafiq cavabdehlik daşıyan və qanunla üzərinə məsuliyyət qoyulan inzibati orqana qarşı verilməli və iddiaçı iddia ərizəsində qanunla qorunan hüquq və azadlıqlarının pozulmasını əsaslandırmalı, müvafiq sübutlarını əlavə etməlidir ki, iddianın məhkəmə icraatı mümkün sayılsın.
22. İş materiallarından görünür ki, hazırkı tələblə məhkəməyə müraciət etməkdə iddiaçının hüquqi marağı Ağdaş şəhəri Heydər Əliyev prospekti, 81B ünvanında yerləşən 0,0174 ha torpaq sahəsi üzərində X4 tam xüsusi mülkiyyət hüququnun qeydə alınmasına əsas olmuş Ağdaş bələdiyyəsinin xx.xx.2019-cu il tarixli 04 saylı qərarının ləğv edilməsinə nail olmaqdır.
23. İrəli sürülmüş tələb üzrə iddia növü “mübahisələndirmə haqqında” iddia növünə aiddir. Mübahisələndirmə haqqında iddia ümumi mümkünlük şərtləri ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İnzibati Prosessual Məcəllənin 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsi) əməl olunmalıdır.
24. İşin hallarından görünür ki, iddiaçının mübahisələndirdiyi inzibati akt - xx.xx.2019cu il tarixdə qəbul edilmişdir. İş materiallarında olan, iddiaçının Ağdaş Rayon Məhkəməsində qaldırdığı iddia ərizəsinin məzmunundan görünür ki, iddiaçı hazırda mübahisələndirdiyi - Ağdaş bələdiyyəsinin xx.xx.2019-cu il tarixli 04 saylı qərarından xx.xx.2023-cü il tarixdə iddia ərizəsi ilə Ağdaş Rayon Məhkəməsinə müraciət edərkən məlumatlı olmuş, həmin iddia ərizəsində bələdiyyənin sözügedən qərarı əsasında 0,0174 ha torpaq sahəsinin X1 qanunsuz olduğunu qeyd etmişdir.
25. Eyni zamanda Ağdaş bələdiyyəsinin iddiaçının vəkilinə ünvanladığı xx.xx.2023cü il tarixli, 460 №-li məktubda bələdiyyənin xx.xx.2019-cu il tarixli 04 saylı qərarına əsasən Ağdaş şəhəri Heydər Əliyev prospekti, 81B ünvanında yerləşən 174 kv.m torpaq sahəsinin X2 barədə məlumat verilmiş və həmin məktub da, iddiaçı tərəfindən xx.xx.2023cü il tarixdə iddia ərizəsi ilə Ağdaş Rayon Məhkəməsinə müraciət edilərkən iddia ərizəsinə əlavə edilmişdir.
26. Odur ki, iddiaçının ən geci xx.xx.2023-cü il tarixdə Ağdaş bələdiyyəsinin xx.xx.2019-cu il tarixli 04 saylı qərarından məlumatlı olması işin mübahisəsiz halıdır.
27. Bununla belə hazırkı iddia ərizəsi iddiaçının inzibati aktdan məlumatlı olmasının müəyyən edildiyi tarixdən 8 aydan çox müddət keçdikdən sonra məhkəməyə təqdim edilmiş, nəticədə sözügedən inzibati aktın mübahisələndirilməsi üçün İPM-in 38.1-ci maddəsində müəyyən edilmiş 30 günlük iddia müddəti ötürülmüşdür. Bu isə iddianın mümkün sayılmaması üçün əsasdır.
28. Belə ki, məhkəməyə iddia ilə müraciət hüququ qanunvericiliklə nəzərdə tutulmuş həmin şərtlərə və məhdudiyyətlərə, o cümlədən müddətlə bağlı məhdudiyyətlərə tabedir. Bu baxımdan, həm də nəzərə alınmalıdır ki, iddianın məhkəmə tərəfindən mümkün sayılması üçün həmin iddia növü üzrə mümkünlüklə bağlı müəyyən olunmuş şərtlər habelə inzibati prosessual qanunvericiliklə nəzərdə tutulmuş digər şərtlər mütləq ödənilmiş olmalıdır.
29. İddianın mümkünlük şərtlərindən biri də iddianın qanunla müəyyən olunmuş müddətdə verilməsidir. Hazırkı halda iddiaçı tərəfindən iddia müddətinə dair normalara əməl olunmaqla iddianın qaldırılması şərtinə riayət edilməsi müəyyən olunmur.
30. Birinci instansiya məhkəməsi tərəfindən iddiaçının dinlənilmə hüququnun təmin edilməsi üçün xx.xx.2024-cü il tarixdə məhkəmə mümkünlük iclası təyin edilmişdir. Dinlənilmə hüququnun təmin edilməsi məhkəmənin vəzifəsi olduğu kimi, müvafiq hüququn reallaşdırılması üçün məhkəmə iclasında təyin edilmiş vaxtda iştirak etmək iddiaçının vəzifəsidir. Məhkəmə iclasında iştirak etməyə mane olan hallar olduğu halda iddiaçı ağlabatan müddətdə iştirakını mümkünsüz edən sübutları məhkəməyə təqdim etmək öhdəliyi daşıyır. Dinlənilmə hüququ yalnız şifahi olaraq yox, həm də yazılı qaydada həyata keçirilə bilər. Belə ki, həmin hüququn məqsədi iddia ərizəsindəki çatışmazlıqlar, təyin edilmiş müddət və həmin müddət ərzində çatışmazlıqların aradan qaldırılmamasının hüquqi nəticələri barədə iddiaçını məlumatlandırmaqdır. Məhkəmə məhz bilavasitə məlumatlandırma yolu ilə iddiaçının dinlənilmə hüququnun təmin edilməsi üçün məhkəmə iclasına dəvət etmişdir. Bununla belə iddiaçı heç bir üzürlü səbəb olmadan məhkəmə iclasında iştirak etməmiş, bununla bağlı məhkəməyə heç bir məlumat verməmişdir.
31. Beləliklə kollegiya hesab edir ki, hazırkı iddianın mümkünlüyü üçün qanunla müəyyən edilən zəruri şərtlərin mövcudluğu müəyyən olunmur.
32. Yuxarıda qeyd olunan inzibati işin hallarını, məhkəmə kollegiyası tərəfindən aparılan araşdırmanın nəticələrini nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi iddianı mümkün saymamaqla düzgün nəticəyə gəlmişdir. Ona görə də apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməlidir.
33. Məhkəmə kollegiyası qeyd edilənlərə əsasən hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Şəki İnzibati Məhkəməsinin 29 oktyabr 2024-cü il tarixli 2-1(116)- 3245/2024 nömrəli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.
34. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
QƏRARA ALDİ:
İddiaçı tərəfindən verilmiş аpellyаsiyа şikаyəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 29 oktyabr 2024-cü il tarixli 2-1(116)-3245/2024 nömrəli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan onun təqdim edildiyi gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.