Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-229/2021 08.07.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “ona vurulmuş maddi ziyan əvəzi olaraq 20000 manat, mənəvi ziyan olaraq 15000 manat pulun alınıb ona ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə (Açar sözlər: iddia- maddi ziyan, mənəvi ziyan, pulun alınıb ona ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması) Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi Mahmudov Ayaz Akif oğlu və Abbasov Gündüz Qasım oğlundan ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi, İddiaçı və vəkili Vəkil iştirakları ilə, Şəki İnzibati Məhkəməsinin 08 may 2020-ci il tarixli, 2-1(116)-392/2020 nömrəli qərarından iş üzrə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyаsiyа Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı 16 aprel 1995-ci ildə Ağcabədi rayonu Türk Çadır qəsəbəsində anadan olmuşdur. Ailəsi Ağdam rayonundan məcburi köçkündür. 23 aprel 2013-cü ildə hərbi xidmətə yararlı hesab edilərək Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağdam rayon şöbəsi tərəfindən hərbi xidmətə çağrılmışdır. 24 yanvar 2014-cü ildən 26 yanvar 2014-cü ilədək N saylı hərbi hissədə, N yanvar 2014-cü ildən 05 may 2014-cü ilədək N saylı hərbi hissədə stasionar müalicədə olmuşdur. «Hərbi Həkim Komissiyasının» rəyi əsasında 05 may 2014-cü il tarixdə şəhadətləndirilərək sağ ciyərin yuxarı payının infiltrativ vərəmi, sorulma və bərkimə mərhələsində KB mənfi diaqnozu ilə “xəstəlikdir, hərbi xidmət dövründə alınmışdır, sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlıdır” qərarı qəbul edilərək tərxis olunmuşdur. Hazırki müddətə qədər müalicələr alsa da səhhətini bərpa edə bilməmişdir. Ağır xəstəliyi ilə əlaqədar hazırki müddətə qədər müraciət edə bilməmişdir. Bu müddət ərzində Müdafiə Nazirliyindən bir kəs də olsun onunla maraqlanmamışdır. Sağlamlığını bərpa edə bilməsə də mütəmadi müalicələr almaq məcburiyyətindədir. Hərbi xidmətdə olarkən düzgün tibbi yardım almadığından xəstələnmişdir. Halbuki, sağlamlığının qorunmasına məsuliyyət daşıyan orqan Müdafiə Nazirliyi olmuşdur. Bu səbəbdən mənəvi əziyyət çəkmişdir. Vurulmuş ziyanın ödənilməsi barədə iddiaçı iddia tələbini təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehin etirazının dəlilləri: iddiaçının “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsini qəbul etmir, hesab edir ki, iddia ərizəsi əsassızdır və aşağıdakı səbəblərə görə təmin edilə bilməz. Belə ki, iddiaçı maddi və mənəvi zərərin vurulmasını sübut edə bilməmişdir. AR MM-nin 21.2.-ci maddəsinə əsasən: “Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.İddiaçı mənəvi zərərlə bağlı beş ildən sonra məhkəməyə müraciət etməsi artıq iddianın əsassız olduğunu sübut edir. Çünki “Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur.” (“AR MM-nin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31,05.2002-ci il tarixli qərarı). Şəki İnzibati Məhkəməsinin (hakim İlqar Cabbarov) 08 may 2020-ci il tarixli, 2- 1(116)-392/2020 nömrəli qərarı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “ona vurulmuş maddi ziyan əvəzi olaraq 20000 manat, mənəvi ziyan olaraq 15000 manat pulun alınıb ona ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə iddiasının təmin edilməməsi qərara alınmışdır. Həmin qərardan İddiaçı apellyasiya şikayəti vermişdir. Apellyasiya instansiya məhkəməsindəki birinci icraat Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 21 sentyabr 2020-ci il tarixli, 2-1(107)-262/2020 nömrəli qərarı ilə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Şəki İnzibati Məhkəməsinin 08 may 2020-ci il tarixli, 2-1(116)-392/2020 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır. İddiaçı həmin qərardan kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 10 fevral 2021-ci il tarixli, 2-1(102)-203/2021 nömrəli qərarı ilə iddiaçının kassasiya şikayəti qismən təmin olunmuş, Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 21 sentyabr 2020-ci il tarixli, 2-1(107)-262/2020 nömrəli qərarı ləğv edilmişdir. İddiaçı apellyasiya şikayətinə baxılması üçün iş yenidən apellyasiya baxışına qaytarılmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat Şəki İnzibati Məhkəməsinin (hakim İlqar Cabbarov) 08 may 2020-ci il tarixli, 2-1(116)- 392/2020 nömrəli qərarı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “ona vurulmuş maddi ziyan əvəzi olaraq 20000 manat, mənəvi ziyan olaraq 15000 manat pulun alınıb ona ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə iddiasının təmin edilməməsi qərara alınmışdır. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, iddiaçı 26.04.2013-cü ildən 21.05.2014-cü ilə qədər Azərbaycan Respublikası Silahlı Qüvvlərində həqiqi hərbi xidmətdə olmuşdur. 21.05.2014-cü ildə Xəstəliklər cədvəlinin İ qrafasının 2 “b” maddəsinə, NK-nın 29.02.2008-ci il tarixli 59 saylı qərarına əsasən MN-nin MHHK-nın 05.05.2014-cü il tarixli, 310 nömrəli xəstəlik haqqında şəhadətnaməsi ilə dinc dövrü hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı hesab edilmişdir. İddiaçı 05 may 2014-cü il tarixdə xəstəlik ilə əlaqədar hərbi xidmətdən tərxis olunmuşdur ki, bu da “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Qanununa əsasən sığorta hadisəsi sayılmır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni aşağıdakılarla əsaslandırmışdır; İddiaçı 24 yanvar 2014-cü ildən 26 yanvar 2014-cü ilədək N saylı hərbi hissədə, N yanvar 2014-cü ildən 05 may 2014- cü ilədək N saylı hərbi hissədə stasionar müalicədə olmuşdur və onun düzgün müalicə olunmamasına dair heç bir sübut məhkəməyə təqdim olunmamışdır. İddiaçı ümumiyyətlə, ona tələbində qeyd etdiyi 20000 manat maddi zərərin dəyməsinə dair heç bir sübut təqdim etməmişdir. İddiaçı ona dəymiş maddi və mənəvi ziyanın cavabdeh orqanın onun hərbi xidmətdə olarkən düzgün tibbi yardım almaması nəticəsində yarandığını iddia etdiyindən və bununla bağlı cavabdeh orqanın hərəkətlərinin qanunsuzluğu məhkəmə tərəfindən öz təsdiqini tapmadığından məhkəmə hesab edir ki, iddia rədd edilməlidir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni, həmçinin “İnzibati icraat haqqında” Qanunun 89.1-ci, 89.2-ci maddələri, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsi, 1096.1-ci, 1097.1-ci, 1100-cü maddələri, Azərbaycan Respublikası Konsitutsiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarı ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Apellyаsiyа şikаyəti onunla əsaslandırılmışdır ki, apelyator 16 aprel 1995-ci ildə Ağcabədi rayonu Türk Çadır qəsəbəsində anadan olmuşdur. Ailəsi Ağdam rayonundan məcburi köçkündür. 23 aprel 2013-cü ildə hərbi xidmətə yararlı hesab edilərək Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağdam rayon şöbəsi tərəfindən hərbi xidmətə çağrılmışdır. 24 yanvar 2014-cü ildən 26 yanvar 2014-cü ildək N saylı hərbi hissədə, N yanvar 2014-cü ildən 05 may 2015-ci ilədək N saylı hərbi hissədə stasionar müalicədə olmuşdur. «Hərbi Həkim Komissiyasının» rəyi əsasında 05 may 2014-cü il tarixdə şəhadətləndirilərək sağ ciyərin yuxarı payının infıltrativ vərəmi, sorulma və bərkimə mərhələsində KB mənfi diaqnozu ilə “xəstəlikdir, hərbi xidmət dövründə alınmışdır, sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlıdır” qərarı qəbu edilərək tərxis olunmuşdur. Hazırki müddətə qədər müalicələr alsa da, səhhətini bərpa edə bilməmişdir. Ağır xəstəliyi ilə əlaqədar hazırki müddətə qədər müraciət edə bilməmişdir. Bu müddət ərzində Müdafiə Nazirliyindən bir kəs onunla maraqlanmamışdır. Sağlamlığını bərpa edə bilməsə də mütəmadi müalicələr almaq məcburiyyətindədir. Hərbi xidmətdə olarkən düzgün tibbi yardım almadığından xəstələnmişdir. Halbuki, sağlamlığının qorunmasına məsuliyyət daşıyan orqan Müdafiə Nazirliyi olmuşdur. Bu səbəbdən mənəvi əziyyət çəkmişdir. İşə baxan məhkəmə hesab etmişdir ki, onun düzgün müalicə olunmadığına dair sübut təqdim edilməmişdir. Halbuki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1117-ci maddəsində hərbi qulluq vəzifələrinin icrası zamanı sağlamlığa vurulmuş zərərin ödənilməsi göstərilmişdir. Onun iddiasının maddi hüquqi əsasını Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1117, 1118 və 1119-cu maddələr təşkil etsə də, məhkəmə qərarında buna münasibət bildirilməmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1117-ci maddəsinə əsasən, müqavilə öhdəliklərinin icrası zamanı, habelə hərbi qulluq, polisdə qulluq vəzifələrinin və digər müvafiq vəzifələrin icrası zamanı fiziki şəxsin həyatına və ya sağlamlığına vurulmuş zərərin əvəzi, əgər qanunda və ya müqavilədə daha yüksək məsuliyyət ölçüsü nəzərdə tutulmayıbsa, bu Məcəllənin bu fəslində nəzərdə tutulmuş qaydalar üzrə ödənilir. Həmin Məcəllənin 1118.1-ci maddəsinə əsasən, fiziki şəxsə xəsarət yetirilərkən və ya onun sağlamlığı başqa şəkildə pozularkən zərərçəkənin malik olduğu, yaxud yəqin ki, malik ola biləcəyi və ya itirdiyi qazancın, habelə sağlamlığının pozulması ilə bağlı əlavə çəkdiyi xərclərin, o cümlədən müalicəyə, əlavə qidalanmaya, dava-dərman alınmasına, protezləşdirməyə, başqasının qulluğuna, sanatoriya-kurort müalicəsinə, xüsusi nəqliyyat vasitələri əldə edilməsinə, başqa peşəyə hazırlanmaya çəkdiyi xərclərin əvəzi ödənilir, bu şərtlə ki, həmin yardım və qulluq növlərinə möhtac olduğu və bunları pulsuz almaq hüququnun olmadığı müəyyənləşdirilsin. Həmin Məcəllənin 1118.2-ci maddəyə əsasən, itirilmiş qazanc müəyyənləşdirilərkən zərərçəkənə xəsarət yetirilməsi və ya sağlamlığının başqa şəkildə pozulması ilə əlaqədar təyin edilmiş əlilliyinə görə pensiya, eləcə də, həm sağlamlığına zərər vurulanadək, həm də zərər vurulduqdan sonra təyin edilmiş digər pensiyalar, müavinətlər və digər bu ödənişlər nəzərə alınmır. Həmin Məcəllənin 1119.1-ci maddəsinə əsasən, zərərçəkənin itirdiyi və əvəzi ödənilməli qazancın miqdarı onun xəsarətdən və ya sağlamlığının başqa şəkildə pozulmasından və ya əmək qabiliyyətini itirməsindən, əvvəlki orta aylıq qazancından faizlər şəklində müəyyənləşdirilir. Bu faizlər zərərçəkənin professional əmək qabiliyyətini itirilməsi dərəcəsinə, professional əmək qabiliyyəti olmadıqda isə ümumi əmək qabiliyyətinin itirməsi dərəcəsinə uyğun gəlməlidir. Məhz o da hərbi qulluq vəzifələrinin icrası zamanı xəstələnmişdir və Hərbi Həkim Komissiyasının» rəyi əsasında 05 may 2014-cü il tarixdə şəhadətləndirilərək sağ ciyərin yuxarı payının infıltrativ vərəmi, sorulma və bərkimə mərhələsində KB mənfi diaqnozu ilə “xəstəlikdir, hərbi xidmət dövründə alınmışdır, sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlıdır” qərarı qəbul edilərək tərxis olunmuşdur. Bildirir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 384.0.3-cü maddəsinə əsasən, fiziki şəxsin həyatına və ya sağlamlığına vurulmuş zərərin əvəzinin ödənilməsi haqqında tələblərə iddia müddəti şamil edilmir. Vurulmuş ziyanın ödənilməsi ilə əlaqədar Azərbaycan Respublikası Müdafiə Nazirliyinə müraciət etmişdir. Müdafiə Nazirliyi sığorta ödənişi ödənilməsi ilə əlaqədar Dövlət Sığorta Kommersiya Şirkətinə ödəniş edilməsi üçün onun ərizəsini göndərmişdir. Şirkət isə onun hərbi qulluqla əlaqədar xəstələnməyi ilə əlaqədar sığorta ödənişinin nəzərdə tutulmadığına dair məktub göndərmişdir. Hərbi xidmətə çağrılanadək o, heç bir yerdə işləmədiyindən itirdiyi qazanc respublika üzrə orta aylıq qazancla müəyyən olunmalıdır. Qeyd edilənlərə əsasən üzrə Şəki İnzibati Məhkəməsinin 08 may 2020-ci il tarixli, 2-1(116)-392/2020 nömrəli qərarının ləğv edilib iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Azərbaycan Respublikası Müdafiə Nazirliyinin nümayəndəsi apellyasiya şikayətinə qarşı etiraz təqdim edərək bildirmişdir ki, şikayətçi apellyasiya şikayətini əsaslandıra bilməmişdir, prosessual və maddi normaların pozulmasını sübut edə bilməmişdir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə əsasən: “Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir". İddiaçı isə bunu edə bilməmişdir. İddiaçı ehtiyata buraxıldıqdan 2019-cu ilə kimi hansı müalicələr, harada (hansı müalicə müəssisələrində və s. aparılmasını), hansı xəstəliklərlə bağlı olduğu barədə tibbi sənədlər təqdim etmədən, yalnız öz sözlərinə əsaslanan iddia irəli sürmüşdür ki, Şəki inzibati Məhkəməsinin 08.05.2020-ci il tarixli 2- 1(116)-392/2020 №-li qərarı qəbul olunanda onlar nəzərə alına bilməzdi. İddiaçı həkimlərin ona qarşı hüquqazidd hərəkətlər etməsini sübut edə bilməmişdir. Həmçinin, Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən iddiaçıya sığorta ödənişinin ödənilməsindən imtina olunduqda göstərmişdir ki, xəstəliyi sığorta hadisəsi sayılmadığından ona sığorta ödənişi verilə bilməz. İddiaçı həmin imtinanı mübahisələndirmədiyindən DSKŞ- nin imtinasında qeyd olunanlarla razılaşmış olur, bununla da (dolayısıyla da olsa) Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən ona zərərin vurulmaması faktını faktiki olaraq qəbul etmişdir. İddiaçı guya ki, 2014-cü ildə maddi və mənəvi zərərin vurulmasını 2019-cu ildə mübahisələndirilməklə artıq onu sübut edir ki, ona hər hansı maddi və mənəvi zərər dəyməmişdir. İddiaçı mənəvi zərərlə bağlı beş ildən sonra məhkəməyə müraciət etməsi artıq iddianın əsassız olduğunu sübut edir. Çünki “Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur.” (“AR MM-nin 21 və 23cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31,05.2002-ci il tarixli qərarı). “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03.11 2008-ci il tarixli 7 nömrəli Qərarın 8-ci bəndinə əsasən, mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. İddiaçı “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının Qanununun 13.7-ci maddəsinə istinad etsə də, elə özü tərəfindən təqdim olunmuş sənədlər onu sübut edir ki, iddiada göstərilənlər həmin maddənin təsiri altına düşmür. Belə ki, göstərilmiş maddəyə əsasən: “Hərbi xidmət vəzifələrinin icrası zamanı hərbi qulluqçuların səhhətinə zərər dəydikdə, onların Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulan qaydada və şərtlərlə zərərin ödənilməsi hüququ vardır.” İddiaçının sənədlərindən görmək olar ki, o, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli, 59 №-li qərarı ilə təsdiq edilmiş «Hərbi-həkim ekspertizası haqqında» Əsasnaməsinə (xəstəlik cədvəlinin 2 “b" İİ qrafası) əsasən şəhadətləndirilərək barəsində “xəstəlikdir, hərbi xidmət dövründə alınmışdır” qərar çıxarılmışdır. “Hərbi xidmət vəzifələrinin icrası zamanı” ilə “hərbi xidmət dövrü” ayrı-ayrı anlayışlardır. Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikasının Müdafiə Nazirliyi “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının Qanununun 13.1 -ci maddəsinə əsasən iddiaçını müayinə və müalicə etmişdir. İddiaçı onun müalicəsinin düzgün aparılmamasına dair hər hansı sübut təqdim etməmişdir. İddiaçı qeyd etmişdir ki, o, ehtiyata buraxılandan sonra hazırkı müddətə kimi Müdafiə Nazirliyi tərəfindən onunla heç kim maraqlanmamışdır. Bununla bağlı bildirmək lazımdır ki, o, ehtiyata buraxıldığından hər hansı sualı və s. olsa qeydiyyatda olduğu Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə müraciət etməlidir, çünki artıq hərbi qulluqçu statusu daşımır. Yuxarıda qeyd olunanlar sübut edir ki, Şəki İnzibati Məhkəməsinin 08.05.2020-ci il tarixli 2-1 (116)-392/2020 №-li №-li qərarı qanuni və əsaslı olmuşdur. Odur ki, İddiaçı Şəki inzibati Məhkəməsinin 08.05.2020-ci il tarixli 2-1 (116)-392/2020 №-li qərarından verdiyi apellyasiya şikayətini təmin edilməməsini, Şəki inzibati Məhkəməsinin 08.05.2020-ci il tarixli 2-1(116)-392/2020 №-li qərarını dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş edilir. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı və vəkili Vəkil apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 11 iyun 2020-ci il tarixli, 2- 1(116)-681/2020 nömrəli qərarının ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdirlər. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin nümayəndəsi heç bir üzürlü səbəblər göstərmədən məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəmə kollegiyasına bildirməmişdir. Məhkəmə kollegiyası cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin 62.3-cü mаddəsi). Tətbiq edilən hüquq “Hərbi qulluqçuların statusu haqqında” qanun: Maddə 13. Sağlamlığın mühafizəsi və sağlamlığa vurulmuş zərərin ödənilməsi hüququ
1. Hərbi qulluqçular sanitar-gigiyena, epidemiyaya qarşı, müalicə-profilaktik tədbirlər görülməsi, səhhətə daim nəzarət edilməsi, tibbi bölmələrdə, hissələrdə və idarələrdə hər növ tibbi yardım göstərilməsi hüququna malikdirlər.
7. Hərbi xidmət vəzifələrinin icrası zamanı hərbi qulluqçuların səhhətinə zərər dəydikdə onların Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulan qaydada və şərtlərlə zərərin ödənilməsi hüququ vardır.
Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 1117. “Müqavilə öhdəliklərinin və ya digər vəzifələrin icrası zamanı fiziki şəxsin həyatına və ya sağlamlığına vurulmuş zərərin əvəzinin ödənilməsi” adlanan həmin normada göstərilir ki, müqavilə öhdəliklərinin icrası zamanı, habelə hərbi qulluq, polisdə qulluq vəzifələrinin və digər müvafiq vəzifələrin icrası zamanı fiziki şəxsin həyatına və ya sağlamlığına vurulmuş zərərin əvəzi, əgər qanunda və ya müqavilədə daha yüksək məsuliyyət ölçüsü nəzərdə tutulmayıbsa, bu Məcəllənin bu fəslində nəzərdə tutulmuş qaydalar üzrə ödənilir. Maddə 1118.1. Fiziki şəxsə xəsarət yetirilərkən və ya onun sağlamlığı başqa şəkildə pozularkən zərərçəkənin malik olduğu, yaxud yəqin ki, malik ola biləcəyi və itirdiyi qazancın (gəlirin), habelə sağlamlığının pozulması ilə bağlı əlavə çəkdiyi xərclərin, o cümlədən müalicəyə, əlavə qidalanmaya, dava-dərman alınmasına, protezləşdirməyə, başqasının qulluğuna, sanatoriya-kurort müalicəsinə, xüsusi nəqliyyat vasitələri əldə edilməsinə, başqa peşəyə hazırlanmaya çəkdiyi xərclərinin əvəzi ödənilir, bu şərtlə ki, zərərçəkənin həmin yardım və qulluq növlərinə möhtac olduğu və bunları pulsuz almaq hüququnun olmadığı müəyyənləşdirilsin. Maddə 1118.2. İtirilmiş qazanc (gəlir) müəyyənləşdirilərkən zərərçəkənə xəsarət yetirilməsi və ya sağlamlığının başqa şəkildə pozulması ilə əlaqədar təyin edilmiş əlilliyə görə pensiya, eləcə də həm sağlamlığına zərər vurulanadək, həm də zərər vurulduqdan sonra təyin edilmiş digər pensiyalar, müavinətlər və digər bu cür ödənişlər nəzərə alınmır və zərərin əvəzinin ödənilməsi miqdarının azaldılmasına səbəb olmur (zərərin əvəzinin ödənilməsi hesabına daxil edilmir). Zərərçəkənin sağlamlığı pozulduqdan sonra əldə etdiyi qazanc (gəlir) da zərərin əvəzinin ödənilməsi hesabına daxil edilmir. Maddə 1118.3. Zərərçəkənə ödənilməli zərərin əvəzinin həcmi və miqdarı qanunla və ya müqavilə ilə artırıla bilər (Mülki Məcəllənin 1118.3-cü maddəsi). Maddə 1097. Mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər, zərərçəkənin mənəvi və fiziki sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi və fiziki sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirilməsini aydınlaşdırmağa borcludur.
“İnzibati icraat haqqında” Qanun:
Maddə 89.1. İnzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. Maddə 89.2. Maraqlı şəxs kompensasiyanın ödənilməsindən imtina olunması haqqında inzibati orqanın qərarından müvafiq məhkəməyə şikayət verə bilər.
Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi:
Maddə 1.2. Bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. 87.9. Apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir.
Apellyasiya baxışının hədləri Apellyasiya şikayətindən görünür ki, apelyator birinci instansiya məhkəməsinin qərarının əsaslığını tam həcmdə mübahisələndirir, Şəki İnzibati Məhkəməsinin 08 may 2020-ci il tarixli, 2-1(116)-392/2020 nömrəli qərarının ləğv edilib iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Tələb qərarın ləğvinə yönəldiyindən apellyasiya instansiyası məhkəməsi qərarın əsaslılığını tam yoxlayır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.11-ci maddəsinə əsasən mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 10 fevral 2021-ci il tarixli, 2-1(102)-203/2021 nömrəli qərarında qeyd edilmişdir ki, aşağı instansiya məhkəmələri mübahisəyə baxarkən maddi hüquq normalarını düzgün tətbiq etməmişdirlər. Belə ki, “Hərbi qulluqçuların statusu haqqında” Qanunun 13-cü maddəsini və həmin maddədəki “qanunvericiliyində nəzərdə tutulan qaydada və şərtlərlə zərərin ödənilməsi hüququ” ifadəsinə əsasən əlaqəli normaları, yəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1117, 1118 və 1119-cu maddələrini tətbiq etməli olsa da, tətbiq edilməmiş və aşağı instansiya məhkəmələrinin qərarlarında buna münasibət bildirilməmişdirlər. Məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının göstərişinə uyğun olaraq, hazırkı iddia tələbinə “Hərbi qulluqçuların statusu haqqında” Qanunun 13-cü maddəsinin və həmin maddədəki “qanunvericiliyində nəzərdə tutulan qaydada və şərtlərlə zərərin ödənilməsi hüququ” ifadəsinə əsasən əlaqəli normaların, yəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1117, 1118 və 1119-cu maddələrinin tələbləri baxımından qiymət verilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman maddi hüquq normaları düzgün tətbiq edilməmişdir. Birinci instansiya məhkəməsi iddianı təmin etməməklə düzgün nəticəyə gəlsə də, maddi hüquq normalarının tətbiqində səhvə yol vermişdir. Ona görə də şikayət qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, yeni qərar qəbul edilərək iddia təmin edilməməlidir. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır. Məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, iddiaçı 26.04.2013-cü ildən 21.05.2014-cü ilə qədər Azərbaycan Respblikası Silahlı Qüvvlərində həqiqi hərbi xidmətdə olmuşdur. 21.05.2014-cü ildə Xəstəliklər cədvəlinin İ qrafasının 2 “b” maddəsinə NK-nın 29.02.2008-ci il tarixli 59 saylı qərarına əsasən MN-nin MHHK-nın 05.05.2014-cü il tarixli 310 nömrəli xəstəlik haqqında şəhadətnaməsi ilə dinc dövrü hərbi xidmətə yararsız müharibə dövründə məhdud yararlı hesab edilmişdir. İddiaçı 05 may 2014-cü il tarixdə xəstəlik ilə əlaqədar hərbi xidmətdən tərxis olunmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, iddia tələbi əsassız, apellyasiya şikayəti isə qismən, maddi hüquq normalarının səhv tətbiq edilməsi hissəsində əsaslıdır. İddiaçı iki tələblə məhkəməyə müraciət etmişdir. 1.Ona vurulmuş maddi ziyan əvəzi olaraq 20000 manat. 2.Mənəvi ziyan olaraq 15000 manat pulun alınıb ona ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə. Məhkəmə kollegiyası ilk iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir; İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 16 aprel 1995-ci ildə Ağcabədi rayonu Türk Çadır qəsəbəsində anadan olmuşdur. Ailəsi Ağdam rayonundan məcburi köçkündür. 23 aprel 2013-cü ildə hərbi xidmətə yararlı hesab edilərək Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağdam rayon şöbəsi tərəfindən hərbi xidmətə çağrılmışdır. 24 yanvar 2014-cü ildən 26 yanvar 2014-cü ilədək N saylı hərbi hissədə, N yanvar 2014-cü ildən 05 may 2014-cü ilədək N saylı hərbi hissədə stasionar müalicədə olmuşdur. «Hərbi Həkim Komissiyasının» rəyi əsasında 05 may 2014-cü il tarixdə şəhadətləndirilərək sağ ciyərin yuxarı payının infiltrativ vərəmi, sorulma və bərkimə mərhələsində KB mənfi diaqnozu ilə xəstəlikdir, hərbi xidmət dövründə alınmışdır, sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlıdır qərarı qəbul edilərək tərxis olunmuşdur. Hazırki müddətə qədər müalicələr alsa da səhhətini bərpa edə bilməmişdir. Ağır xəstəliyi ilə, əlaqədar hazırki müddətə qədər müraciət edə bilməmişdir. Bu müddət ərzində Müdafiə Nazirliyindən bir kəs də olsun onunla maraqlanmamışdır. Sağlamlığını bərpa edə bilməsə də mütəmadi müalicələr məcburiyyətindədir. Hərbi xidmətdə olarkən düzgün tibbi yardım almadığından xəstələnmişdir. Halbuki, sağlamlığı qorunmasına məsuliyyət daşıyan orqan Müdafiə Nazirliyi olmuşdur. İş materialları ilə müəyyən edilir ki, iddiaçı 23 aprel 2013-cü ildə hərbi xidmətə yararlı hesab edilərək Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağdam rayon şöbəsi tərəfindən hərbi xidmətə çağrılmışdır. 24 yanvar 2014-cü ildən 26 yanvar 2014-cü ilədək N saylı hərbi hissədə, N yanvar 2014-cü ildən 05 may 2014-cü ilədək N saylı hərbi hissədə stasionar müalicədə olmuşdur. Göründüyü kimi idiaçı xəstələndiyi üçün Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində və N saylı hərbi hissəsində stasionar müalicədə olmuşdur. 2014-cü ildən sonra isə iddiaçı ehtiyata buraxıldıqdan 2019-cu ilə kimi hansı müalicələr alması, harada hansı müalicə müəssisələrində hansı xəstəliklərlə bağlı müalicə olduğu barədə tibbi sənədlər, malik ola biləcəyi və itirdiyi qazancın (gəlirin), habelə sağlamlığının pozulması ilə bağlı əlavə çəkdiyi xərclər, o cümlədən əlavə qidalanmaya, dava-dərman alınmasına, başqasının qulluğuna, sanatoriya-kurort müalicəsinə nə qədər vəsait xərclədiyinə dair hər hansı bir sübut növü təqdim etməmişdir. Ona görə də kollegiya hesab edir ki, apellyasiya şikayəti iddia tələbinin bu hissəsinə münasibətdə əsassızdır. Mənəvi ziyan olaraq 15000 manat pulun alınıb ona ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbi ilə bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd edir; “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında qeyd edilir ki, hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Zərər forma və məzmunundan asılı olaraq əmlak və qeyriəmlak xarakterli olur; mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olaraq iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid ( şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqları və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərər çəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və sair vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq, mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər, zərərçəkənin mənəvi və fiziki sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi və fiziki sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirilməsini aydınlaşdırmağa borcludur. "Qavazov Bolqarıstana qarşı iş üzrə" 06 mart 2008-ci il larixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi mövqeyini ifadə etmişdir ki, sübutları qiymətləndirərkən bir qayda olaraq "Əsaslı şübhədən kənar" sübut standartları tətbiq edilir. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidin ifadəsi ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Hazırkı iddia tələbi ilə bağlı olaraq həmçinin nəzərə alınmalıdır ki, qanunverici iş üzrə sübutetmə yükünü tərəflər arasında bölüşdürmüşdür. Belə ki, Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Beləliklə, baxılan mübahisə üzrə iddiaçının üzərinə düşən sübutetmə yükü cavabdehin iddiaçıya vurmuş olduğu maddi və mənəvi ziyanın sübut edilməsidir. İddiaçı tərəfindən belə bir sübut məhkəmələrə təqdim edilməmişdir. Apellyasiya şikayəti iddia tələbinin bu hissəsinə münasibətdə də əsassızdır, iddianın təmin edilməsi üçün əsaslar mövcud deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməklə düzgün nəticəyə gəlsə də, maddi hüquq normalarının tətbiqində səhvə yol vermişdir. Ona görə də şikayət qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, yeni qərar qəbul edilərək iddia təmin edilməməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68, 69, 87.6, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən, məhkəmə kollegiyası
qərаrа аldı:
İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. Şəki İnzibati Məhkəməsinin 08 may 2020-ci il tarixli, 2-1(116)-392/2020 saylı qərarı ləğv edilsin. Yeni qərar çıxarılsın. İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “ona vurulmuş maddi ziyan əvəzi olaraq 20000 manat, mənəvi ziyan olaraq 15000 manat pulun alınıb ona ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə iddiası təmin edilməsin. Qərardan rəsmi qaydada təqdim edildiyi gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsi (AZ-5500, Şəki Şəhəri, Salman Mümtaz küçəsi) vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə (AZ-1025, Bаkı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Mahir Əsədli Hakimlər: Gündüz Abbasov
Ayaz Mahmudov