Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-23/2021 01.03.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən və məruzəçi), Məlikov Vəzirxan İsgəndər oğlu və Şükürov İmanverdi Həşimxan oğlundan ibarət tərkibdə, Tağıyev Babək Vaqif oğlunun katibliyi ilə, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı5, İddiaçı3 və İddiaçı4 (üçüncü şəxslər: X4, X2, X6, X3 və X5) cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı "iş üzrə üçüncü şəxslər X4, X2, X6, X3 və X1 adına xx xxxx 2017-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi ilə, 113 nömrəli reyestr kitabının 87 nömrəli vərəqində aparılmış qeydiyyatın və həmin qeydiyyatın rəsmiləşdirilməsinə dair RX seriaylı ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın, Zaqatala Rayon Aqrar İslahat Komissiyasının qərarı ilə iddiaçılar İddiaçı2, İddiaçı5, İddiaçı3, İddiaçı4 və İddiaçı1 mülkiyyətinə verilmiş Zaqatala rayonu, Əliabad qəsəbəsində, Qonşriyan çölündə yerləşən 0,80 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ilə üst-üstə düşən hissədə ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması”tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2-1(116)-634/2020 nömrəli qərarından iş üzrə iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı5, İddiaçı3 və İddiaçı4tərəfindən verilmiş аpellyаsiyа şikаyətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə İddiaçıların ümumi birgə mülkiyyətinə Zaqatala Rayon Aqrar İslahat Komissiyasının xx xxxxxxxx 1996-cı tarixli, 17/19 nömrəli qərarına əsasən Zaqatala rayonu, Əliabad qəsəbəsində, Qonşriyan çölündə yerləşən 0,80 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. Zaqatala Rayon Aqrar İslahat Komissiyasının xx xxxxxxxx 2003-cü il tarixli, 110 saylı qərarına əsasən Zaqatala rayonu, Əliabad qəsəbəsində təkrar islahat aparılmış vənöbəti dəfə də qeyd olunan torpaq sahəsi 1012 təsərrüfat nömrəsi ilə iddiaçıların ümumi birgə mülkiyyətinə verilmişdir. Lakin daha sonradan məlum olmuşdur ki, Zaqatala Rayon Aqrar İslahat Komissiyasının qərarına əsasən iddiaçıların ümumi birgə mülkiyyətinə verilmiş Zaqatala rayonu, Əliabad qəsəbəsində, Qonşriyan çölündə yerləşən 0,80 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində qanunsuz və əsassız olaraq iş üzrə cavabdeh Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən üçüncü şəxslərin mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmışdır. Belə ki, həmin torpaq sahəsi üzərində üçüncü şəxslərin hüquqları xx xxxx 2017-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, RX seriyalı ******* nömrəli "Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış"la rəsmiləşdirilmişdir. Qeyd olunan əmlak üzərində üçüncü şəxslərin adına aparılmış qeydiyyatın ləğv edilməsi ilə bağlı iş üzrə cavabdeh Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinə müraciət olunmuş, lakin, cavabdeh xx xxxxxxx 2019-cu il tarixli, **********22 nömrəli məktubu ilə bundan imtina etmişdir. İddia ərizəsinə əlavə edilmiş Zaqatala rayonu, Əliabad bələdiyyəsinin xx xxxxx 2019cu il tarixli, 29 nömrəli məktubundan da göründüyü kimi, mübahisəli torpaq sahəsi Zaqatala Rayon Aqrar İslahat Komissiyasının xx xxxxxxxx 1996-cı tarixli, 17/19 saylı və xx xxxxxxxx 2003-cü il tarixli, 110 saylı qərarlarına əsasən 1012 təsərrüfat nömrəsi ilə iddiaçıların ümumi birgə mülkiyyətinə verilmiş və yalnız xx xxxxx 2018-ci il tarixdə qeyd olunan torpaq sahəsi heç bir hüquqi və qanuni əsas olmadan, o cümlədən, Zaqatala Rayon Aqrar İslahat Komissiyasının xx xxxxxxxx 1996-cı tarixli, 17/19 saylı və xx xxxxxxxx 2003-cü il tarixli, 110 saylı qərarları və həmin qərarlar əsasında tərtib olunmuş xəritələr qüvvədə ola-ola iş üzrə üçüncü şəxslərin torpaq sahəsi kimi elektron xəritələrdə işlənmişdir. Yenə də, iddia ərizəsinə əlavə edilmiş Zaqatala rayonu, Əliabad bələdiyyəsinin təsdiq etdiyi sxematik xəritədən çıxarışdan da göründüyü kimi, iddiaçıların 1012 təsərrüfat nömrəsi ilə ümumi birgə mülkiyyətlərinə verilmiş torpaq sahəsi iş üzrə üçüncü şəxslərə məxsus torpaq sahəsi kimi qeyd olunmuşdur. İş üzrə cavabdeh Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsi, Zaqatala Rayon Aqrar İslahat Komissiyasının xx xxxxxxxx 1996-cı tarixli, 17/19 saylı və xx xxxxxxxx 2003-cü il tarixli, 110 saylı qərarlarının və həmin qərarlar əsasında tərtib olunmuş xəritələrin qüvvədə olmasını bildiyi halda həmin torpaq sahəsi üzərində üçüncü şəxslərin adına apardığı qeydiyyat əsassız olduğu üçün etibarsızdır. Bundan başqa, Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinin iddia ərizəsinə əlavə edilmiş xx xxxxxx 2019-cu il tarixli, **********08 nömrəli məktubu və ona əlavə edilmiş sənədlərdən məlum olur ki, qeyd olunan torpaq sahəsi üzərində üçüncü şəxslərin hüquqlarının dövlət qeydiyyatı üçün əsas Zaqatala Rayon Aqrar İslahat Komissiyasının xx xxxxxxxx 1996-cı il tarixli, 17/19 nömrəli qərarı olmuşdur. Lakin, cavabdeh inzibati orqan məktubunun davamında qeyd edir ki, Zaqatala Rayon Aqrar İslahat Komissiyasının xx xxxxxxxx 1996cı tarixli, 17/19 nömrəli qərarı əsasında kimlərin mülkiyyətinə torpaq sahəsi verilməsi onlara məlum deyildir. Cavabdehin etirazının dəlilləri: İddiaçı1 islahat nəticəsində verilmiş Zaqatala rayonu, Əliabad qəsəbəsində yerləşən torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq reyestrdən çıxarışla rəsmiləşdirilməsi məqsədi ilə 18 saylı Zaqatala Ərazi İdarəsinə ərizə ilə müraciət etmişdir. Ərizənin icrası ilə bağlı təqdim edilmiş sənədlərin ekspertizası zamanı məlum olmuşdur ki, “Torpaq sahəsinə dair yerquruşu lahiyəsindən çıxarş"da qeyd olunan torpaq sahəsi üzərində hüquqlar iş üzrə 3-cü şəxslər X1 və digərlərinin adına xx xxxx 2017-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəli çıxarışla rəsimləşdirilmişdir. Bununla da islahat nəticəsində verilmiş torpaq sahəsinin yerini müəyyənləşdirməyə imkan verən sənədin (müvafiq sxem, plan və ya onlardan çıxarış) verilməsi məqsədi ilə aidiyyəti üzrə Zaqatala rayonu Əliabad bələdiyyəsinə müvafiq sorğu göndərilmişdir. Həmin sorğu Zaqatala rayonu Əliabad bələdiyyəsi tərəfindən xx xxxx 2018-ci il tarixli, 57 saylı məktubla cavablandırılmış və islahat nəticəsində İddiaçı1 pay torpaq sahəsinin verildiyi və iddia olunan torpaq sahəsinin İddiaçı1 aid olmaması bildirilmişdir. Qeyd olunanlara əsasən İddiaçı1 Zaqatala rayonu, Əliabad qəsəbəsində yerləşən torpaq sahəsi üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq reyestrdən çıxarışla rəsmiləşdirilməsi mümkün olmamış və bu barədə ərizəçiyə məktub ünvanlanmışdır. Bundan sonra, İddiaçı5 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinə (3-cü şəxs X5) qarşı “dövlət reyestrdən çıxarışın ləğv edilməsi və hüquqların dövlət qeydiyyatına alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi ilə Şəki İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişdir. Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli, 2-1(84)-1548/2018 saylı qərardadı ilə İddiaçı5 iddia tələbi mümkün sayılmamışdır. Daha sonra, iddiaçılar İddiaçı1, İddiaçı5 və digərləri cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinə, 3-cü şəxslər X5 və digərlərinə qarşı “3-cü şəxslərin adına ********** qeydiyyat nömrəli çıxarışın, iddiaçıların mülkiyyətinə verilmiş 0,80 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ilə üst-üstə düşən hissədə etibarsız sayılması” tələbi ilə Zaqatala Rayon Məhkəməsinə müraciət etmişdilər. Zaqatala Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(033)-970/2019 saylı qərardadı ilə iddiaçıların iddia tələbinə dair iş üzrə icraata xitam verilmişdir. Həmin qərardaddan iddiaçılar apellyasiya şikayəti vermişdilər. Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(107)-3078/2019 saylı qərardadı ilə iddiaçıların apellyasiya şikayəti təmin edilməmişdir. İddiaçılar İddiaçı1, İddiaçı5 və digərlərinə (6 nəfər payçı) Zaqatala Rayon İcra Hakimiyyəti başçısının xx xxxxx 2018-ci il tarixli, 62 saylı sərəncamı ilə təsdiq edilmiş “Zaqatala rayonu, Əliabad qəsəbəsi “Qələbə” və “Əliabad” kolxozunda AİK-nın qərarı ilə vətəndaşların xüsusi mülkiyyətinə verilən torpaq sahələrinə aid cədvəl”də 1097 təsərrüfat nömrəsi ilə və həmin cədvələ əlavə edilmiş “Dürüstləşmədən” sonra Zaqatala rayonu, Əliabad qəsəbəsi ərazisində aparılan torpaq islahatına dair 2018-ci ildə tərtib edilmiş uçot xəritələrinə əsasən həyətyanı və k/t təyinatlı torpaq sahələri verilmişdir. Eyni zamanda, iş üzrə 3-cü şəxslər X5 və digərlərinə (6 nəfər payçı) Zaqatala Rayon İcra Hakimiyyəti başçısının xx xxxxx 2018-ci il tarixli, 62 saylı sərəncamı ilə təsdiq edilmiş “Zaqatala rayonu, Əliabad qəsəbəsi “Qələbə” və “Əliabad” kolxozunda AİK-nın qərarı ilə vətəndaşların xüsusi mülkiyyətinə verilən torpaq sahələrinəaid cədvəl”də 1111 təsərrüfat nömrəsi ilə və həmin cədvələ əlavə edilmiş “Dürüstləşmədən” sonra Zaqatala rayonu, Əliabad qəsəbəsi ərazisində aparılan torpaq islahatına dair 2018-ci ildə tərtib edilmiş uçot xəritələrinə əsasən həyətyanı və k/t təyinatlı torpaq sahələri, o cümlədən mübahisəli, üzərində hüquqları qeydiyyata alınmış 0,93 ha (1111E1 - 0,96 ha) verilmişdir. Yuxarıda qeyd olunanlara əsasən, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 48.2-ci maddəsini rəhbər tutaraq, məhkəmədən qanuna müvafiq qərar qəbul edilməsini xahiş edirlər. Birinci instansiya məhkəməsinin iclasında iddiaçı və vəkili iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdilər. Birinci instansiya məhkəməsinin iclasında cavabdehin nümayəndəsi qanunamüvafiq qərar qəbul edilməsini xahiş etdi. Birinci instansiya məhkəməsinin iclasında üçüncü şəxs iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Şəki İnzibati Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2-1(116)-634/2020 nömrəli qərarı ilə iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı5, İddiaçı3 və İddiaçı4 (üçüncü şəxslər: X4, X2, X6, X3 və X5) cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanındaDaşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı "iş üzrə üçüncü şəxslər X4, X2, X6, X3 və X1 adına xx xxxx 2017-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi ilə, 113 nömrəli reyestr kitabının 87 nömrəli vərəqində aparılmış qeydiyyatın və həmin qeydiyyatın rəsmiləşdirilməsinə dair RX seriaylı ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın, Zaqatala Rayon Aqrar İslahat Komissiyasının qərarı iddiaçılar İddiaçı2, İddiaçı5, İddiaçı3, İddiaçı4 və İddiaçı1 mülkiyyətinə verilmiş Zaqatala rayonu, Əliabad qəsəbəsində, Qonşriyan çölündə yerləşən 0,80 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ilə üst-üstə düşən hissədə ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilməmişdir. Həmin qərardan iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı5, İddiaçı3 və İddiaçı4 həmin qərardan apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri İddiaçıların apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, onların ümumi birgə mülkiyyətinə Zaqatala Rayon Aqrar İslahat Komissiyasının 26 ıbr 1996-cı tarixli, 17/19 nömrəli qərarına əsasən Zaqatala rayonu, Əliabad qəsəbəsində, -ıvan çölündə yerləşən 0,80 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. Zaqatala ı Aqrar İslahat Komissiyasının xx xxxxxxxx 2003-cü il tarixli, 110 saylı qərarına əsasən Zaqatala u Əliabad qəsəbəsində təkrar islahat aparılmış və nöbəti dəfə də qeyd olunan torpaq sahəsi əsərrüfat nömrəsi ilə iddiaçıların ümumi birgə mülkiyyətinə verilmişdir. Lakin daha sonradan məlum olmuşdur ki, Zaqatala Rayon Aqrar İslahat Komissiyasının qərarına əsasən iddiaçıların ümumi birgə mülkiyyətinə verilmiş Zaqatala rayonu, Əliabad qəsəbəsində, Qonşriyan çölündə yerləşən 0,80 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində qanunsuz və əsassız olaraq iş üzrə cavabdeh DƏDRX-nin 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən üçüncü şəxslərin mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmışdır. Belə ki, həmin torpaq sahəsi üzərində üçüncü şəxslərin hüquqları xx xxxx 2017-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, RX seriyalı ******* nömrəli “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış”la rəsmiləşdirilmişdir. Qeyd olunan əmlak üzərində üçüncü şəxslərin adına aparılmış qeydiyyatın ləğv edilməsi ilə iş üzrə cavabdeh DƏDRX-nin 18 saylı Zaqatala Ərazi İdarəsinə müraciət olunmuş, lakin cavabdeh xx xxxxxxx 2019-cu il tarixli, **********22 nömrəli məktubu ilə bundan imtina etmişdir. Hesab edir ki, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsi və digər maraqlı qurumlar Zaqatala Rayon Aqrar İslahat Komissiyasının xx xxxxxxxx 1996-cı tarixli, 17/19 nömrəli qərarı əsasında tərtib edilmiş torpaq islahatına dair xəritəni qərəzli olaraq gizlədirlər. Çünki, həmin xəritə ortaya çıxsa Azərbaycan Respublikası İqtisadiyyat yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Zaqatala rayonu, Əliabad qəsəbəsində bu kimi hansı qanunsuzluqlara yol verdiyi ortaya çıxacaqdır.Bildirmişdir ki, birinci instansiya məhkəməsinin ənzəruri araşdırmalı olduğu məsələZaqatala Rayon Aqrar İslahat Komissiyasının xx xxxxxxxx 1996-cı il tarixli, 17/19 nömrəli qərarı əsasında tərtib edilmiş torpaqislahatına dair xəritədir. X11 Məhkəməsi yuxarıda qeyd olunan halların heç birini araşdırmamış, maddi və prosessual qanunvericiliyin tələblərinin pozmaqla qərar qəbul etmişdir. Bu səbəbdən Şəki İnzibati Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2-1(116)-634/2020 nömrəli qərarının ləğv edilməsini və iddianın təmin edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatları Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası işə onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin 62.3-cü mаddəsi). Əsaslandırma hissəsi Azərbаycаn Respublikаsının İnzibati Prosessual Məcəlləsinin 82-ci mаddəsinə əsаsən, аpelyаsiyа instаnsiyаsı məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə bаxır. Apelyаsiyа instаnsiyаsı məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Həmin Məcəllənin 80-ci mаddəsinə görə, barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İşə əlavə edilmiş və kollegiyanın iclasında tədqiq edilmiş: -RX seriyalı ******* nömrəli Çıxarışın təsdiqlənmiş surətindən görünür ki, Zaqatala rayonu Əliabad qəsəbəsində yerləşən 0.9328 ha torpaq sahəsi X1 və ailə üzvlərinin adına qeydiyyata alınmışdır. -xx.xx.2017-ci il tarixli A seriyalı 164627 nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədinin təsdiqlənmiş surətindən görünür ki, 1.89 ha torpaq sahəsi X1 adına qeydiyyata alınmışdır. -Əliabad Bələdiyyəsinin xx.xx.2019-cu il tarixli 23 nömrəli məktubundan görünür ki, mübahisəli torpaq sahəsi sonuncu islahat xəritəsində X1 adına işlənmişdir. -Əliabad Bələdiyyəsinin xx.xx.2019-cu il tarixli 29 nömrəli məktubundan görünür ki, 2003 -cü il Zaqatala Rayon torpaq islahatlarında qismən düzəlişlərin aparılması zamanı həmin torpaq sahəsi ərazinin natamam yerquruluşu xəritəsində İddiaçı1 1012 № li təsərrüfat olmaqla adına 0,80 ha Qonşriyan adlanan çöldə işlənmişdir. 2002-ci ildən həmin torpaq sahəsi X1 istifadəsindədir. Sonuncu Zaqatala Rayonunun Elektron Xəritəsinin işlənməsi zamanı həmin torpaq sahəsi X1 adına işlənmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır (maddə 139.1). Mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur (maddə 152.1). “Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında” Əsasnaməyə əsasən həmin Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq dövlət reyestrində hüquqların dövlət qeydiyyatının dəqiq və vaxtında aparılmasını, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasını təmin etmək (3.0.8-ci bənd), vətəndaşların qanuni istifadəsindəki yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqların onların mülkiyyətinə verilməsini yerquruluşu işləri aparılmaqla və normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada torpaq istifadəçiliyində mövcud olan uyğunsuzluqlar aradan qaldırılmaqla rəsmiləşdirmək xidmətin vəzifəsidir. Bu hallar qeydiyyat zamanı aşkar olunacağı təqdirdə isə xidmət vəzifələrini yerinə yetirməli və hüquqların dövlət qeydiyyatını torpaq sahəsinin faktiki yerləşmə koordinatlarına uyğun aparmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən qeydiyyat orqanı – daşınmaz əmlakın dövlət reyestrini tərtib edən və aparan müvafiq icra hakimiyyəti orqanıdır (maddə 1.0.4.). Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır (maddə 2.1). Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Hüquqların dövlət qeydiyyatından əsaslandırılmış imtina barədə ərizəçiyə 5 gün müddətində bildiriş göndərilir (maddə 15). “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0-cı maddəsi ilə daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslar müəyyən olunmuşdur ki, qeyd olunan qanunvericilik normasının tələbinə görə yalnız həmin maddədə sadalanan əsaslar mövcud olduğu halda, hüquqlar dövlət qeydiyyatına alınmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 11.1-ci maddəsinə əsasən, hüquqların mövcudluğunu, əldə edilməsini, başqasınakeçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Birinçi instansiya məhkəməsi qeyd etmişdir ki, hazırki halda, iddiaçıların Zaqatala rayon Aqrar İslahat Komissiyasının qərarına əsasən onların ümumi birgə mülkiyyətlərinə verilmiş Zaqatala rayon Əliabad qəsəbəsində yerləşən 0.80 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələrinə dair işin materiallarına hər hansı sənəd əlavə edilməmiş, həmçinin məhkəmə araşdırması zamanı da aşkar olunmamışdır, əksinə həmin torpaq sahəsinin 2002-ci il tarixindən 3-cü şəxslərin istifadəsində olması müəyyən olunmuşdur. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanunun: -23.1-ci maddəsinə əsasən, qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə vəvaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. -23.2-ci maddəsinə əsasən, daşınmaz əmlak barədə texniki məlumatın dəqiqliyinə və vaxtında təqdim edilməsinə həmin daşınmaz əmlakın dövlət uçotunu aparan müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri cavabdehdirlər. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə əsasən, fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Qanununun 19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Göründüyü kimi, cavabdehin iddiaçının tələbinin təmin olunmasından imtinası əsaslı olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi işin faktiki hallarını tam və hərtərəfli araşdırmış, iddia tələbini təmin etməməklə maddi və prossesual hüquq normalarının tətbiqində səhvə yol verməyərək inzibati iş üzrə düzgün nəticəyə gəlmişdir. İPM-in 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməkdə haqlıdır. Ona görə də Şəki İnzibati Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2-1(116)-634/2020 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalı, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı5, İddiaçı3 və İddiaçı4 tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri əsassız olduğu üçün təmin edilməməlidir. Nəticəvi hissə Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı5, İddiaçı3 və İddiaçı4 tərəfindən verilmiş аpellyаsiyа şikаyəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2-1(116)-634/2020 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan onun təqdim edildiyi gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(107)-23/2021
Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-23/2021
01.03.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver