Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-23/2024 27.03.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Eyvazov Akif Məhərləm oğlu (sədrlik edən və məruzəçi), Şükürov İmanverdi Həşimxan oğlu və Hüseynov Elçin Şirin oğlundan ibarət tərkibdə, İsrafilov Elçin Əvəz oğlunun katibliyi ilə, İddiaçılar İddiaçı1, Həsənova (Əliyeva) Vüsalə Məmməd qızı, Məmmədova (Əliyeva) Saray Məmməd qızı və Məmmədova (Əliyeva) Pərvanə Məmməd qızının cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı “Ağdaş rayon Aqrar İslahat Komissiyasının xx.xx.2004-cü il tarixli 01 saylı qərarı ilə kənd təsərrüfatı məhsulları istifadəsi üçün ailəsinə ayrılmış 1,70 ha pay torpaq sahəsinə verilən JN-0303 kod 90307018 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktının koordinatlarının mövcud vəziyyətinə uyğun TEKUİS bazasına işləməklə dövlət reyestrində qeydə alınması və reyestrdən çıxarış verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 25 avqust 2022-ci il tarixli 2-1(116)-960/2022 nömrəli qərarından iş üzrə iddiaçılar İddiaçı1, Həsənova (Əliyeva) Vüsalə Məmməd qızı, Məmmədova (Əliyeva) Saray Məmməd qızı və Məmmədova (Əliyeva) Pərvanə Məmməd qızı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a. Birinci instansiya məhkəməsində icraat
1. İddiaçılar cavabdehə qarşı iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək Ağdaş Rayon Aqrar İslahat Komissiyasının xx.xx.2004-cü il tarixli 01 saylı qərarı ilə kənd təsərrüfatı məhsulları istifadəsi üçün ailəsinə ayrılmış 1,70 ha pay torpaq sahəsinə verilən JN-0303 kod 90307018 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət aktının elektron adlı siyahıya, Dövlət Aktlarının qeydiyyat kitabına və elektron xəritə bazasına (DWJ) işlənilməklə dövlət reyestrində qeydiyyata alınması və iddiaçıların adına reyestrdən çıxarış verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişlər.
2. İddia ərizəsinin əsaslarına görə, torpaq islahatı zamanı iddiaçıların istifadəsinə (X11, İddiaçı1, X10, X12, X8) Ağdaş Rayon Aqrar İslahat Komissiyasının xx.xx.2004-ci il tarixli 01 saylı qərarı ilə kənd təsərrüfatı məhsulları istifadəsi üçün 1,70 ha pay torpaq sahəsi ayrılmış, həmin torpaq sahəsinə JN:303 KOD 90307018 saylı "Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktı verilmişdir. X11 ailə başçısı idi, o, xx.xx.2021-ci ildə vəfat etmiş, vərəsələri olaraq arvadı - İddiaçı1, qızları - X10, X12, X8 müəyyən olunmuşdur.
3. İddiaçılar illərdir ki, onlara verilən bu torpaq sahəsindən istifadə edir, Ağdaş rayon Qaradağlı kənd inzibati ərazi üzrə nümayəndəliyindən verilən xx.xx.2022-ci il tarixli 64 saylı arayışda göstərilmişdir ki, təsərrüfatbaşına uçot kitablarına əsasən İddiaçı1 mərhum əri X7 adına Qaradağlı kənd ərazisində 1,70 ha pay torpaq sahəsi, 0,10 ha həyətyanı torpaq sahəsi vardır. Ağdaş Rayon Qaradağlı Bələdiyyəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 3 saylı arayışda da eyni məlumatlar göstərilməklə iddiaçılar tərəfindən həmin torpaq sahəsinin verildiyi vaxtdan hazıradək istifadə edildiyi qeyd edilmişdir.
4. İddiaçı1 cavabdeh orqana müraciət edərək həmin torpaq sahəsinin dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmiş, lakin onun müraciəti təmin olunmamışdır.
5. Cavabdeh xx.xx.2021-ci il tarixli **********15 nömrəli imtina məktubunda qeyd etmişdir ki, müraciətlə əlaqədar Ərazi İdarəsinin arxiv məlumatlarına, elektron məlumat bazasına əsaslanaraq JN-303; KOD 90307018 nömrəli torpağa mülkiyyət hüququna dair Dövlət Aktı araşdırılmışdır. Məlum olmuşdur ki, Ağdaş rayonu Qaradağlı kəndinin ərazisi üzrə elektron xəritə bazasında (DWJ) JN-303 saylı torpaq sahəsi öz əksini tapmamışdır. Arxiv materiallarında şəhadətnamənin 2-ci nüsxəsi olmasına baxmayaraq, elektron adlı siyahıda və Dövlət Aktlarının qeydiyyat kitabında X7 adına JN-303 nömrəli Dövləl Aktı olması barədə məlumatlar qeyd olunmamışdır. Qeyd edilənləri nəzərə alaraq, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15.1.1-ci maddəsinə əsasən Ağdaş rayonu Qaradağlı kəndində yerləşən 1,70 ha torpaq (pay) sahəsi üzərində X7 və onun ailə üzvlərinin mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınması mümkünsüzdür və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15.1.1-ci maddəsinə əsasən ərizənin icrasından imtina olunmuşdur.
6. Cavabdeh xx.xx.2022-ci il tarixli **********00 nömrəli etiraz məktubunda qeyd etmişdir ki, ərazi idarəsinin arxiv məlumatlarına, elektron məlumat bazasına əsaslanaraq JN-303; KOD 90307018 nömrəli torpağa mülkiyyət hüququna dair Dövlət Aktı araşdırılmışdır. Məlum olmuşdur ki, Ağdaş rayonu Qaradağlı kəndinin ərazisi üzrə elektron xəritə bazasında (DWJ) JN-303 saylı torpaq sahəsi öz əksini tapmamışdır. Arxiv materiallarında dövlət aktının 2-ci nüsxəsi olmasına baxmayaraq, elektron adlı siyahıda və Dövlət Aktlarının qeydiyyat kitabında X7 adına JN-303 nömrəli Dövlət Aktı olması barədə məlumatlar qeyd olunmamışdır.
7. Ərazi İdarəsinin arxiv qovluğunda saxlanılan JN-303 saylı dövlət aktının ikinci nüsxəsində qeyd olunan döngə nöqtə koordinatlarını X6ı üzrə məlumat bazasına daxil etdikdə həmin sahənin bələdiyyə mülkiyyəti, islahat uqodiyası şoranlıq olmaqla kənd təsərrüfatı təyinatlı, əkinə yararsız kimi göstərildiyi məlum olur.
8. Cavabdeh etiraz məktubunda iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
9. Birinci instansiya məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(116)-960/2022 nömrəli qərardadı ilə Ağdaş Rayonu Qaradağlı Bələdiyyəsi hazırkı iş üzrə inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmuşdur.
10. İddiaçı1 xx.xx.2022-ci il tarixdə birinci instansiya məhkəməsinə teleqram ünvanlayaraq səhhəti ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilməyəcəyini və iştirakı olmadan işə baxılmasına etiraz etmədiyini bildirmişdir.
11. Cavabdeh etiraz məktubunda nümayəndənin iştirakı olmadan işə baxılmasını xahiş etmişdir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
12. Şəki İnzibati Məhkəməsinin (hakim Fərid İsmayılzadə) 25 avqust 2022-ci il tarixli 2-1(116)-960/2022 nömrəli qərarı ilə iddia tələbinin təmin edilməməsi qərara alınmışdır.
13. İddiaçılar İddiaçı1, Həsənova (Əliyeva) Vüsalə Məmməd qızı, Məmmədova (Əliyeva) Saray Məmməd qızı və Məmmədova (Əliyeva) Pərvanə Məmməd qızı həmin qərardan apellyasiya şikayəti vermişdir.
14. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 14 dekabr 2022-ci il tarixli 2-1(107)-354/2022 nörməli qərarı ilə iddiaçılar İddiaçı1, Həsənova (Əliyeva) Vüsalə Məmməd qızı, Məmmədova (Əliyeva) Saray Məmməd qızı və Məmmədova (Əliyeva) Pərvanə Məmməd qızı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Şəki İnzibati Məhkəməsinin 25 avqust 2022-ci il tarixli 2-1(116)-960/2022 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır.
15. Həmin qərardan iddiaçılar tərəfindən kassasiya şikayəti verilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin 5 iyul 2023-cü il tarixli qərarı ilə iddiaçıların kassasiya şikayəti qismən təmin edilmiş, Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 14 dekabr 2022-ci il tarixli 21(107)-354/2022 nömrəli qərarı ləğv edilmiş və iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmiş, kassasiya şikayəti qalan hissədə təmin edilməmişdir.
16. xx.xx.2024-cü il tarixdə məhkəmə kollegiyasına iddiaçılar İddiaçı1, Həsənova (Əliyeva) Vüsalə Məmməd qızı, Məmmədova (Əliyeva) Saray Məmməd qızı və Məmmədova (Əliyeva) Pərvanə Məmməd qızı tərəfindən iddia tələbinin dəyişdirilməsi barədə ərizə göndərilərək, Ağdaş rayon Aqrar İslahat Komissiyasının xx.xx.2004-cü il tarixli 01 saylı qərarı ilə kənd təsərrüfatı məhsulları istifadəsi üçün ailəsinə ayrılmış 1,70 ha pay torpaq sahəsinə verilən JN-0303 kod 90307018 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktının koordinatlarının mövcud vəziyyətinə uyğun TEKUİS bazasına işləməklə dövlət reyestrində qeydə alınması və reyestrdən çıxarış verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişlər.
17. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 26 fevral 2024-cü il tarixli qərardadı ilə iddiaçılar İddiaçı1, Həsənova (Əliyeva) Vüsalə Məmməd qızı, Məmmədova (Əliyeva) Saray Məmməd qızı və Məmmədova (Əliyeva) Pərvanə Məmməd qızı tərəfindən verilmiş iddia tələbinin dəyişdirilməsi barədə ərizəsi icraata qəbul edilmişdir. apellyasiya şikayətinin dəlilləri:
18. İddiaçılar apellyasiya şikayətini onunla əsaslandırmışlar ki, cavabdeh orqanın işə əlavə edilmiş xx.xx.2022-ci il tarixli **********66 saylı məktubu ilə təsdiqlənir ki, ünvan 1 ünvanladığı xx.xx.2004-cü il tarixli 12 nömrəli vəsatətində də qeyd edilir ki, texniki səhv nəticəsində ailəsindən torpaqdan pay almaq hüququ pozulmuşdur və bu barədə lazımi sənədləşmə işlərinin aparılması xahiş olunmuşdur. Lakin hər nə səbəbdənsə bu vəsatət görməzdən gəlinmiş, hər hansısa bir savadsız məmurun səhlənkarlığı ucbatından məlumatlar bazaya daxil edilməmişdir. Nəticədə ailəsinin torpaqdan pay almaq hüququ pozulmuş, Şəki İnzibati Məhkəməsi isə işin bu qədər çox icraatda olmasına baxmayaraq lazımi araşdırma aparmamış, qanunsuz qərar çıxarmışdır. Bundan başqa cavabdeh orqan tərəfindən hazırki iş üzrə müraciətlərinə verilən imtinada faktiki istifadə etdikləri torpaq sahəsinin dövlət aktındakı torpaq sahəsi ilə üst-üstə düşməməsi məlumatı yoxdur, yəni cavabdeh orqan imtina verərkən məhkəmənin də əsaslandığı elektron baza məlumatılarında torpaq sahəsinin üst-üstə düşməməsi kimi bir hal mövcud olmamışdır. Mütəxəssis rəyi və cavabdehin imtinası eyni idarələr olduğu halda fərqli rəylərin olmasını ortaya çıxarmışdır. Şəki İnziabti Məhkəməsi bunları da araşdırmamış, imtinada göstərilənlərdən kənara çıxmış, düzgün nəəticəyə gəlməmişdir. Mübahisə predmeti olan torpaq sahəsi bələdiyyə mülkiyyətinə aid edilməklə torpaq sahəsinin ölçülməsində sürüşmələrin olmasını və baza məlumatlarına torpaq barədə məlumatların işlənməməsindən irəli gəlir ki, bu da qanunsuzdur. Torpaq sahəsində sürüşmələr ancaq Ağdaş rayonunda mövcuddur, bu da ondan irəli gəlir ki, Ağdaş rayonunda mütəxəssislər torpaqları elektron bazaya MEKAS proqramı əsasında işləmiş, bu da öz növbəsində rayonda bir iki nəfərdə yox, ümumiyyətlə 80 faiz torpaqlarda sürüşmələrin olmasına gətirib çıxarmış, vətəndaşların məhkəmələrdə sürünməsinə, məhkəmələrin əlavə vaxt itkisinə, işlərin çoxluğuna, bu işlə bağlı sorğu verilən dövlət orqanlarının əlavə vaxt itirməsinə gətirib çıxarmışdır. Bu fakt bələdiyyə tərəfindən də təsdiqlənə bilər. İstifadələrində olan torpaq sahəsinə Dövlət Aktı olmasına baxmayaraq çıxarış verilməməsi absurddur. Necə olur təsərrüfatbaşına kitabda həmin torpağın qeydi olduğu halda və Reyestr İdarəsinin Arxiv materiallarında şəhadətnamənin 2-ci nüsxəsi olmasına baxmayaraq elektron xəritə bazasında (DWJ) JN:303 KOD 90307018 saylı torpaq öz əksini tapmır? Elektron adlı siyahıda və Dövlət Aktlarının qeydiyyat kitabında X7 adına JN:303 nömrəli Dövlət Aktı olması barədə məlumatlar qeyd olunmur? Yuxarıda qeyd edilənlərdən də belə bir nəticə çıxarır ki, Ağdaş Rayon Aqrar İslahat Komissiyasının xx.xx.2004-cü il tarixli 01 saylı qərarı ilə X7 və ailəsinin adına kənd təsərrüfatı məhsulları istifadəsi üçün ayrılmış 1,70 ha pay torpaq sahəsi və həmin torpaq sahəsinə verilmiş JN:303 KOD 90307018 saylı “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı” məsul şəxslər tərəfindən və onların səhvi ucbatından elektron adlı siyahıya, Dövlət Aktlarının qeydiyyat kitabına və Elektron xəritə bazasına (DWJ) işlənməmiş, nəticə olaraq da onların hüquqlarının reyestrdə qeydiyyatı mümkün olmamışdır. Ağdaş Rayon Qaradağlı kənd inzibati ərazi üzrə nümayəndəliyindən verilən xx.xx.2022-ci il tarixli 64 saylı arayışda və Ağdaş rayon Qaradağlı bələdiyyəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 3 saylı arayışda təsərrüfatbaşına uçot kitablarında ailəsinə 1,70 ha torpaq sahəsi verildiyi və hazırda da həmin torpaq sahəsindən istifadə edildi, qeyd edilən torpaq sahəsinin adlarına işlənməsinə etirazların olmadığı bildirilmişdir. Ona görə də apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 25 avqust 2022-ci il tarixli 2-1(116)-960/2022 nömrəli qərarının ləğv edilməsini, iddia tələbinin təmin olunması barədə yeni qərar çıxarılmasını xahiş etmişlər. tərəflərin izahatları:
19. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı1 apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 25 avqust 2022-ci il tarixli 2-1(116)-960/2022 nömrəli qərarının ləğv edilməsini, iddia tələbinin təmin olunması barədə yeni qərar çıxarılmasını xahiş etdi.
20. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən cavabdehin nümayəndəsi X14 apellyasiya şikayətinin təmin edilməməsini, Şəki İnzibati Məhkəməsinin 25 avqust 2022-ci il tarixli 2-1(116)-960/2022 nömrəli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
21. Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxs Ağdaş rayonu Qaradağlı bələdiyyəsinin sədri X16 apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 25 avqust 2022-ci il tarixli 2-1(116)-960/2022 nömrəli qərarının ləğv edilməsini xahiş etdi.
22. Məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq digər iddiaçılar məhkəmə iclasına gəlməmişlər.
23. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin (bundan sonra Azərbаycаn Respublikаsının İPM və ya İPM) 62.3-cü mаddəsi).
24. İş materiallarında olan aşağıda sadalanan sənədlərin məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: - Cavabdehin etirazına əlavə olunmuş JN-303 kod 90307018 nömrəli Dövlət aktının surətindən görünür ki, Ağdaş rayon AİK-nın xx.xx.2004-cü il tarixli 01 saylı qərarı ilə 1,70 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi X11, İddiaçı1, X10, X12 və X4 verilmişdir. - Cavabdehin etirazına əlavə olunmuş 170356 nömrəli “Ölüm haqqında” şəhadətnamənin surətindən görünür ki, X11 xx.xx.2021-ci ildə vəfat etmişdir. - Cavabdehin xx.xx.2022-ci il tarixli **********66 nömrəli məktubuna əlavə olunmuş xx.xx.2004-cü il tarixli 02 nömrəli protokolun surətindən görünür ki, Qaradağlı Bələdiyyəsinin həmin iclasında Qaradağlı kənd sakini X7 ərizəsi nəzərə alınmış, X9 5 nəfər ailə üzvü ilə birlikdə Qaradağlı Bələdiyyəsinin bölgüyə getmiş 87 nömrəli konturunun yanındakı boş qalmış sahədən pay norması daxilində pay torpağının ayrılması qərara alınmışdır. - Cavabdehin xx.xx.2022-ci il tarixli **********66 nömrəli məktubuna əlavə olunmuş ünvan 2 ünvanladığı xx.xx.2004-cü il tarixli 12 nömrəli vəsatətində qeyd olunur ki, Ağdaş rayon Qaradağlı kəndində yaşayan X1 torpaq islahatı aparılan zaman əsas siyahıda nümayəndəlik tərəfindən adı ailəsi ilə birlikdə qeyd olunmasına baxmayaraq texniki səhvdən irəli gələrək onun torpaqdan pay almaq hüququ pozulmuşdur. Odur ki, həmin ailənin ərizəsinin nəzərə alınmasını və hüququnun bərpa edilməsini, bu barədə lazımi sənədləşmə işinin aparılmasına köməklik göstərilməsi xahiş olunmuşdur. - Cavabdehin xx.xx.2022-ci il tarixli **********66 nömrəli məktubuna əlavə olunmuş Ağdaş rayon AİK-nın xx.xx.2004-cü il tarixli 1 nömrəli iclas protokolunun surətindən görünür ki, həmin iclasda Qaradağlı Bələdiyyəsinin xx.xx.2004-cü il tarixli 02 saylı protokolunun nəzərə alınması, Qaradağlı kənd sakini X22 (adı bu şəkildə yazılmışdır) oğlunun həyətyanı sahəsi nəzərə alınmaqla ona 5 nəfər ailə üzvü ilə birlikdə bələdiyyənin fonduna aid sahədən norma əsasında pay verilməsi qərara alınmışdır. - Cavabdehin xx.xx.2022-ci il tarixli **********20 nömrəli məktubuna əlavə olunmuş mütəxəssis rəyində qeyd olunur ki, İddiaçı1 naturada göstərdiyi və istifadə etdiyi 1,70 ha sahəsi elektron məlumat bazasında mövcud olan Ağdaş Rayonu Qaradağlı Bələdiyyəsinin xəritə materialları (DWJ- torpaq islahatının nəticələrini özündə əks etdirən kompleks yerquruluşu layihəsi) əsasında kənd təssərrüfatı təyinatlı torpaqlar olmaqla baş kollektor ərazisində yerləşir. - Məlumat üçün bildirilir ki, elektron məlumat bazasında mövcud xəritə materialları ilə natura arasındakı bu cür uyğunsuzluqların aradan qaldırılması məqsədilə Azərbaycan Respublikası Prezidentinin 07 mart 2016-cı il tarixli, 818 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında X6 uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması Qaydaları" əsasında hazırlanmış “X6 X18”ndə olan məlumatlara əsasən İddiaçı1 naturada göstərdiyi və istifadə etdiyi 1,70 ha torpaq sahəsi kənd təssərrüfatı təyinatlı torpaqlar olmaqla əkin uqodiyalı, bələdiyyə mülkiyyətinə verilmiş torpaq sahəsində yerləşir. İddiaçı1 naturada göstərdiyi və istifadə etdiyi 1,70 ha pay torpaq sahəsi verilən JN- 0303 (kod ********) saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktı elektron məlumat bazasında mövcud olan Ağdaş Rayonu Qaradağlı Bələdiyyəsinin xəritə materiallarında (DWJ- torpaq islahatının nəticələrini özündə əks etdirən kompleks yerquruluşu layihəsində) göstərilməmişdir. İddiaçı1 naturada göstərdiyi və istifadə etdiyi 1,70 ha torpaq sahəsi JN-0303 (kod ********) saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktında (sxemdə) göstərilmiş torpaq sahəsi ilə üst-üstə düşmür. Naturada aparılmış çöl-ölçmə işləri və kameral araşdırma nəticəsində tərtib olunmuş yerquruluşu planı əlavə olunmuşdur.
tətbiq edilən hüquq:
25. İnzibati Prosessual Məcəllə: Maddə 13. Məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.
26. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi: Maddə 68. Torpaq sahələri üzərində hüquqların yaranma vaxtı Torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Maddə 84. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqlarının müdafiəsi və təminatı
1. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. ...
27. “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2016-cı il tarixli, 818 nömrəli Fərmanı:
1. “Azərbaycan Respublikasında X6 uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması Qaydaları” təsdiq edilsin.
2. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə tapşırılsın ki: ... 2.3. X6 uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib edilməsi zamanı fiziki və hüquqi şəxslərin mülkiyyətindəki və qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqlarda və torpaq islahatı zamanı verilmiş pay torpaqlarında hüquqi və texniki sənədlərdəki məkan göstəriciləri ilə torpaqlardan faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında mövcud olan uyğunsuzluqların (sərhəd, yerləşmə və konfiqurasiya fərqlərinin) Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 43-cü maddəsinə uyğun olaraq yerquruluşu qaydasında aradan qaldırılmasını aşağıdakı tələblərə riayət etməklə həyata keçirsin: 2.3.1. torpaqlardan istifadədə mövcud uyğunsuzluqların şəhər, qəsəbə və kənd ərazi vahidləri üzrə torpaq sahələrinin dəqiqləşdirilməsi və qaydaya salınması layihələri (bundan sonra – ərazi vahidləri üzrə layihələr) əsasında aradan qaldırılması; 2.3.2. torpaqların istifadəsində mövcud uyğunsuzluqların aradan qaldırılmasının torpaq sahələri üzərində hüquqları təsdiq edən sənədlərdə göstərilən sahə ölçüsü saxlanılmaqla aparılması, torpaq sahəsinin faktiki ölçüləri hüquq müəyyənedici sənəddə göstərilən ölçülərdən az olduqda isə yeni hüquq müəyyənedici sənədlərdə torpaq sahəsinin faktiki ölçülərinin göstərilməsinə mülkiyyətçinin, istifadəçinin, icarəçinin yazılı razılığı əsasında yol verilməsi; 2.3.3. torpaq sahəsinin faktiki ölçüləri hüquq müəyyənedici sənəddə göstərilən ölçülərdən artıq olduqda, X6 uçotu informasiya sistemində zəbt olunmuş sahənin mülkiyyət növü və ölçüləri barədə məlumatın göstərilməsi; 2.3.4. ərazi vahidləri üzrə layihələrin həmin ərazidə hüquqlarına toxunulan torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri ilə razılaşdırılması; 2.3.5. ərazi vahidləri üzrə layihələrin, torpaqla bağlı normativ hüquqi aktların tələblərinə zidd olmadığı və digər şəxslərin hüquqlarının pozulmadığı hallarda, torpaqların faktiki istifadə vəziyyəti əsas götürülməklə tərtib edilməsi; 2.4. X6 uçotu informasiya sisteminə ərazi vahidləri üzrə layihələr əsasında torpaq sahələri barədə dürüstləşdirilmiş məlumatların daxil edilməsini təmin etsin;
27. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. ... Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: ... 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; ... Maddə 15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. 15.2. Hüquqların dövlət qeydiyyatından əsaslandırılmış imtina barədə ərizəçiyə 5 gün müddətində bildiriş göndərilir. Bildirişin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
28. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu:
Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Maddə 13.2. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. Maddə 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır.
apellyasiya şikayətinin mümkünlüyü:
29. İddiaçıların apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Apellyasiya şikayəti mümkündür, lakin əsaslı deyil, ona görə də apellyasiya şikayəti uğurlu olmayacaqdır.
30. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir.
31. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır.
32. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı tərəf hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır.
apellyasiya instansiyasi məhkəməsinin mövqeyi:
33. Birinci instansiya məhkəməsi iddianı təmin etməmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
34. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 14 dekabr 2022-ci il tarixli 2-1(107)-354/2022 nömrəli qərarını ləğv edərək yeni apellyasiya baxışına qaytaran Azərbaycan Respublikası Ali Məhkəməsinin 5 iyul 2023-cü il tarixli qərarında göstərilmişdir ki, hazırkı iş üzrə iddiaçıların tələbi Ağdaş rayon Aqrar İslahat Komissiyasının xx.xx.2004cü il tarixli 01 saylı qərarı ilə kənd təsərrüfatı məhsullarının istehsalı üçün onların ailəsinə ayrılmış 1.70 ha pay torpaq sahəsinə verilən JN-0303 kod 90307018 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktının elektron adlı siyahıya, Dövlət aktlarının qeydiyyat kitabına və elektron xəritə bazasına (DWJ) işlənilməklə dövlət reyestrində qeydiyyata alınmasından və iddiaçıların adına reyestrdən çıxarış verilməsindən ibarətdir. Göründüyü kimi, iş üzrə müəyyən edilən hallarla iddiaçıların irəli sürdükləri tələb arasında ziddiyyətlərin və uyğunsuzluqların olmasına baxmayaraq, apellyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borclu olduğu halda, bunları etməmiş, iddiaçıların tələbinin faktiki istifadə etdikləri torpaq sahəsinə, yoxsa JN-0303 kod 90307018 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktının sxemində qeyd olunan torpaq sahəsinə yönəldiyini müəyyənləşdirməmişdir.
35. İş materiallarına əlavə edilmiş sənədlərlə müəyyən edildi ki, Ağdaş rayon AİK-nın xx.xx.2004-cü il tarixli 01 saylı qərarı ilə 1,70 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi X11, İddiaçı1, X10, X12 və X4 verilmişdir. xx.xx.2004-cü il tarixli 02 nömrəli protokola əsasən, Qaradağlı bələdiyyəsinin həmin iclasında Qaradağlı kənd sakini X7 ərizəsi nəzərə alınmış, X9 5 nəfər ailə üzvü ilə birlikdə Qaradağlı bələdiyyəsinin bölgüyə getmiş 87 nömrəli konturunun yanındakı boş qalmış sahədən pay norması daxilində pay torpağının ayrılması qərara alınmışdır. Cavabdehin xx.xx.2022-ci il tarixli **********20 nömrəli məktubuna əlavə olunmuş mütəxəssis rəyində qeyd olunur ki, İddiaçı1 naturada göstərdiyi və istifadə etdiyi 1,70 ha sahəsi elektron məlumat bazasında mövcud olan Ağdaş rayonu Qaradağlı bələdiyyəsinin xəritə materialları (DWJ- torpaq islahatının nəticələrini özündə əks etdirən kompleks yerquruluşu layihəsi) əsasında kənd təssərrüfatı təyinatlı torpaqlar olmaqla baş kollektor ərazisində yerləşir. Elektron məlumat bazasında mövcud xəritə materialları ilə natura arasındakı bu cür uyğunsuzluqların aradan qaldırılması məqsədilə Azərbaycan Respublikası Prezidentinin 07 mart 2016-cı il tarixli, 818 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında X6 uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması Qaydaları" əsasında hazırlanmış “X6 X18”ndə olan məlumatlara əsasən İddiaçı1 naturada göstərdiyi və istifadə etdiyi 1,70 ha torpaq sahəsi kənd təssərrüfatı təyinatlı torpaqlar olmaqla əkin uqodiyalı, bələdiyyə mülkiyyətinə verilmiş torpaq sahəsində yerləşir. İddiaçı1 naturada göstərdiyi və istifadə etdiyi 1,70 ha pay torpaq sahəsi verilən JN-0303 (kod ********) saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktı elektron məlumat bazasında mövcud olan Ağdaş rayonu Qaradağlı Bələdiyyəsinin xəritə materiallarında (DWJ- torpaq islahatının nəticələrini özündə əks etdirən kompleks yerquruluşu layihəsində) göstərilməmişdir. İddiaçı1 naturada göstərdiyi və istifadə etdiyi 1,70 ha torpaq sahəsi JN-0303 (kod ********) saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktında (sxemdə) göstərilmiş torpaq sahəsi ilə üst-üstə düşmür. Naturada aparılmış çöl-ölçmə işləri və kameral araşdırma nəticəsində tərtib olunmuş yerquruluşu planı əlavə olunmuşdur.
36. Bundan başqa məhkəmə kollegiyası tərəfindən xx.xx.2023-cü il tarixdə tərəflərin iştirаkı ilə Ağdaş rayonu Qaradağlı kəndində yerləşən mübahisə predmeti olan 1.70 ha torpaq sahəsinə baxış keçirilərkən müəyyən edilmişdir ki, iddiaçıların faktiki istifadə etdiyi mübahisə predmeti olan torpaq sahəsi Ağdaş rayonu Qaradağlı bələdiyyəsinə məxsusdur. Həmin torpaq sahəsindən iddiaçılardan başqa heç kim istifadə etmir və heç kim həmin torpaq sahəsini iddia etmir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsi tərəfindən təqdim edilmiş mütəxəssis rəyinə əsasən JN-0303 kod 90307018 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət aktı əsasında verilmiş torpaq sahəsi həmin rəyə əlavə edilmiş yerquruluşu planına əsasən hazırda İddiaçı1 əri X7 qardaşı X13 icarəsindədir. Həmin icarə müqaviləsinin müddəti 2025-ci ilədəkdir.
37. xx.xx.2024-cü il tarixdə məhkəmə kollegiyasına iddiaçılar İddiaçı1, Həsənova (Əliyeva) Vüsalə Məmməd qızı, Məmmədova (Əliyeva) Saray Məmməd qızı və Məmmədova (Əliyeva) Pərvanə Məmməd qızı tərəfindən iddia tələbinin dəyişdirilməsi barədə ərizə göndərilərək, Ağdaş rayon Aqrar İslahat Komissiyasının xx.xx.2004-cü il tarixli 01 saylı qərarı ilə kənd təsərrüfatı məhsulları istifadəsi üçün ailəsinə ayrılmış 1,70 ha pay torpaq sahəsinə verilən JN-0303 kod 90307018 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktının koordinatlarının mövcud vəziyyətinə uyğun TEKUİS bazasına işləməklə dövlət reyestrində qeydə alınması və reyestrdən çıxarış verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişlər. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 26 fevral 2024-cü il tarixli qərardadı ilə iddiaçılar İddiaçı1, Həsənova (Əliyeva) Vüsalə Məmməd qızı, Məmmədova (Əliyeva) Saray Məmməd qızı və Məmmədova (Əliyeva) Pərvanə Məmməd qızı tərəfindən verilmiş iddia tələbinin dəyişdirilməsi barədə ərizəsi icraata qəbul edilmişdir.
38. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin, Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun, Torpaq Məcəlləsinin, “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun müddəalarını nəzərə alan məhkəmə kollegiyası qeyd edir ki, iddiaçıların faktiki istifadə etdikləri torpaq sahəsinə dair hüquqlarının dövlət reyestrində qeydiyyata alınması və reyestrdən çıxarış verilməsi tələbinə dair iddia qaldırılması üçün subyektiv hüquqa malik olmalarına baxmayaraq, naturada göstərilən və istifadə etdikləri 1,70 ha torpaq sahəsi JN0303 (kod ********) saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktında (sxemdə) göstərilmiş torpaq sahəsi ilə üst-üstə düşmür. Ona görə də cavabdehin iddiaçıların müraciətinin təmin edilməsindən imtina etməsi qanunvericiliyin tələblərinə uyğun olmuşdur. Belə ki, iddiaçıların öz tələbini əsaslandırmaq üçün gətirdiyi dəlillər, işin faktiki halları, məhkəmə kollegiyası tərəfindən aparılan araşdırma və iş materiallarına əlavə edilən sənədlərlə öz təsdiqini tapmır.
39. Azərbaycan Respublikası Ali Məhkəməsinin yuxarıda qeyd edilən qərarında göstərilənləri nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, iddiaçılar tərəfindən iddia tələbinin dəyişdirilməsi barədə ərizə təqdim edilməsinə və iddiaçının iddia tələbinin aydın olmasına baxmayaraq iddiaçının tələbinin təmin olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğu sübut olunmur, cavabdehin imtinasını əsaslı, iddianın təmin olunmasını isə istisna edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilir, cavabdehə səlahiyyət verən normaların dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunur, cavabdehin imtinası qanunvericiliyə zidd olmamış və iddiaçının hüquqlarını pozmamış, imtina mövcud inzibati praktikaya uyğun, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur.
40. Yuxarıda qeyd olunan işin hallarını, aparılan araşdırmanın nəticələrini nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, iddiaçının müraciətinin təmin edilməsindən imtina ilə bağlı cavabdehin hərəkətləri qanunauyğun olduğundan, birinci instansiya məhkəməsi gəldiyi nəticədə haqlı olmuşdur. Odur ki, iddiaçıların apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan birinci instansiya məhkəməsinin qərarı İPM-in 87.6-cı maddəsinə əsasən dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayəti təmin edilməməlidir.
41. Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.2, 87, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən məhkəmə kollegiyası qərаrа аldı:
İddiaçılar İddiaçı1, Həsənova (Əliyeva) Vüsalə Məmməd qızı, Məmmədova (Əliyeva) Saray Məmməd qızı və Məmmədova (Əliyeva) Pərvanə Məmməd qızı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 25 avqust 2022-ci il tarixli 2-1(116)-960/2022 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. İnzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.