Məhkəmə qərarları › İş №2-1(107)-230/2021

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(107)-230/2021

21.05.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

I Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(107)-230/2021 21.05.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən və məruzəçi), Məlikov Vəzirxan İsgəndər oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, Tağıyev Babək Vaqif oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsinə qarşı “torpaq sahəsinin planı və ölçüsü sənədində göstərilən 0,05 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması öhdəliyinin cavabdehə həvalə olunması” tələbinə dair inzibati iş üzrə X5 “üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmə barədə” inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 12 mart 2021-ci il tarixli, 2-1(84)-15/2021 nömrəli qərardadından iş üzrə üçüncü şəxs X5 vəkili Nümayəndə tərəfindən verilmiş аpellyаsiyа şikаyətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsinə qarşı “torpaq sahəsinin planı və ölçüsü sənədində göstərilən 0,05 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması öhdəliyinin cavabdehə həvalə olunması” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Şəki İnzibati-İqtisadi Məhkəməsinin 2-1(84)-15/2017 nömrəli 09.06.2017-ci il tarixli qərarı ilə iddia tələbi təmin edilmiş, Şəki Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(107)- 271/2017 nömrəli 03.08.2017-ci il tarixli qərarı ilə üçüncü şəxs X6 apelyasiya şikayəti təmin edilməmiş, Şəki İnzibatiİqtisadi Məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır. Üçüncü şəxs X6 həmin qərardan verdiyi kassasiya şikayəti təmin edilməmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(102)1946/2017 nömrəli 20.12.2017-ci il tarixli qərarı ilə Şəki Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2- 1(107)-271/2017 nömrəli 03.08.2017-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. İş Azərbaycan Respublikası Ali Məhkəməsinin icraatında olduğu zaman X10 və vəkili X2 Məhkəməyə vəsatətlə müraciət edərək X5 üçüncü şəxs qismində tanınmasını xahiş etmişlər. Lakin, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 13.12.2017-ci il tarixli qərardadı ilə vəsatət təmin edilməmişdir. Bundan sonra X3 İnzibati Məhkəməsinə ərizə ilə müraciət edərək qeyd olunan inzibati iş üzrə icraatın yeni açılmış hallarla bağlı təzələnməsini xahiş etmişdir. X12 müvafiq xahişində Şəki İnzibatiİqtisadi Məhkəməsinin 2-1(84)-176/2019 nömrəli iş üzrə sorğusuna cavab olaraq ƏMDK yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin Şəki LTİ tərəfindən verilmiş 23.09.2019-cu il tarixli rəyinə istinad etmişdir. (Qeyd olunan iş üzrə iddiaçı X10 cavabdeh DƏDRX-in 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı “Qutqaşen rayon XDS İcariyyə Komitəsi iclasının həyətyanı torpaq sahəsi ayrılması barədə 21.11.1990-cı il tarixli 22 nömrəli qərarı ilə həmin vaxt Füzuli küçəsi (indiki Fazil Rəhimov küçəsi) 34 nömrəli yaşayış kvartalında, 1 nömrəli dalan 8A ünvanından fərdi yaşayış evi tikməkdən ötrü ayrılmış 0,06 ha həyətyanı torpaq sahəsinin Qəbələ Rayon İcra Hakimiyyətinin Memarlıq və Tikinti şöbəsi tərəfindən verilmiş şəhərin baş planından çıxarışda göstərilən ərazidə yerləşmə planı üzrə döngə nöqtələrinin koordinatlarının müəyyən I edilməsi və həmin torpaq sahəsinə dair mülkiyyət hüququnun hüquqların dövlət reyestri haqqında daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq çıxarış verilməsi öhdəliyinin cavabdehə həvalə olunması” tələbinə dair iddia qaldırmış, daha sonra məhkəmənin 2-1(84)-176/2019 nömrəli, 10.12.2019-cu il tarixli qərarı ilə iddiası geri götürülmüş sayılmış və 2-1(84)-176/2019 nömrəli işin icraatına xitam verilmişdir). Şəki İnzibati Məhkəməsinin 2-1(84)-15/2017 nömrəli 20.05.2020-ci il tarixli qərardadı ilə “inzibati iş üzrə icraatın yeni açılmış hallarla bağlı təzələnməsinə dair” ərizə təmin edilməmişdir. Ərizənin təmin olunmamasına əsas olaraq X5 hazırki iş üzrə məhkəmə icraatının iştirakçısı olmaması göstərilmişdir. X1 və nümayəndəsi Nümayəndə həmin qərardaddan apellyasiya şikayəti vermiş, Şəki Apelyasiya Məhkəməsinin 2-1(107)- 242/2020 nömrəli 20.07.2020-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, Şəki İnzibati Məhkəməsinin 2-1(84)-15/2017 nömrəli 20.05.2020-ci il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. X1 həmin qərardaddan kassasiya şikayəti vermiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-1916/20 nömrəli 23.09.2020-ci il tarixli qərarı kassasiya şikayəti təmin edilməmiş, Şəki Apelyasiya Məhkəməsinin 2-1(107)-242/2020 nömrəli 20.07.2020-ci il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Eyni zamanda müvafiq qərarda X1na istinad etdiyi sənədlə bağlı yenidən birinci instansiya məhkəməsinə İPM-nin 28-ci maddəsinə uyğun olaraq müraciət edə bilməsi izah edilmişdir. Bundan sonra X1 “üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmə barədə” vəsatətlə Şəki İnzibati Məhkəməsinə müraciət etmişdir. Ərizəçi vəsatətində ƏMDK yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin Şəki LTİ tərəfindən verilmiş 23.09.2019-cu il tarixli rəyə istinad edərək, X10 tərəfindən göstərilən torpaq sahəsinin yerləşmə sxemi və koordinatlarının sxemdə göstərilməsini, iddia etdiyi torpaq sahəsinin Qəbələ rayonu, Qəbələ şəhəri ərazisində, yaşayış məntəqəsi torpaqları daxilində bələdiyyə mülkiyyətində yerləşməsini və həmin torpaq sahəsinin DƏDRX tərəfindən **********68 nömrəli çıxarışla qeydiyyata alınmasını, əvvəllər İddiaçı məxsus olmuş (hazırda İddiaçı məxsus) ünvan 1 ünvanında yerləşən 0.078 ha torpaq sahəsinin əslində özünə, yəni X8 məxsus olmasını bildirmişdir. Göstərilənləri nəzərə alaraq İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsinə qarşı “torpaq sahəsinin planı və ölçüsü sənədində göstərilən 0,05 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması öhdəliyinin cavabdehə həvalə olunması” barədə iddiasına dair 2-1(84)15/2017 saylı iş üzrə X5 üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilməsini və Şəki İnzibati-İqtisadi Məhkəməsinin 2-1(84)- 15/2017 nömrəli 09.06.2017-ci il tarixli qərarının ləğv edilməklə işə yenidən baxılması barədə qərar çıxarılmasını xahiş etmişdir. Hazırki vəsatətə baxılarkən ƏMDK yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin Şəki LTİ tərəfindən verilmiş ŞM-331 nömrəli, 23.09.2019-cu il tarixli rəyin məzmununa istinad edilmiş, həmin rəy məhkəmə araşdırmasının predmetini təşkil etmişdir. Şəki İnzibati Məhkəməsinin 12.03.2021-ci il tarixli, 2-1(84)-15/2021 nömrəli qərardadı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsinə qarşı “torpaq sahəsinin planı və ölçüsü sənədində göstərilən 0,05 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması öhdəliyinin cavabdehə həvalə olunması” barədə iddiasına dair 2- 1(84)15/2017 saylı iş üzrə X5 “üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmə barədə” vəsatəti əsassız olduğundan təmin edilməməsi qərara alınmışdır. Həmin qərardaddan iş üzrə üçüncü şəxs X5 vəkili Nümayəndə apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri Üçüncü şəxs X5 vəkili Nümayəndə apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən qəbul olunmuş qərardad qanunsuz və əsassızdır. Belə ki, işə kassasiya qaydasında baxılan zaman X10 tərəfindən vəsatətlə məhkəməyə müraciət edilərək, mübahisə predmeti olan torpaq sahəsinin fərdi yaşayış evinin tikintisi məqsədi ilə 1990-cı ildə ayrıldığına görə inzibati iş üzrə məhkəmə qərarlarının onun maraqlarına toxunduğunu, ona görə də həmin iş üzrə 3-cü şəxs qismində cəlb edilməsini xahiş etmiş, Azərbaycan Respublikası Ali I Məhkəməsinin 2-1(102)-1946/2017 saylı 13.12.2017-ci il tarixli qərardadı ilə həmin torpaq sahələrinin üst-üstə düşmədiyi qeyd edilmiş və bunun əsasında vəsatət təmin edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(102)- 946/2017 saylı 20.12.201 7-ci il tarixli qərarında qeyd edilmişdir ki, mübahisə predmeti olan orpaq sahəsi iddiaçıya Qəbələ Bələdiyyəsinin müvafiq qərarı əsasında satılmış, Dövlət Torpaq v'ə Xəritəçəkmə Komitəsinin Qəbələ rayon şöbəsinin müvafiq rəyi əsasında torpaq sahəsinin ılğısatqı aktı tərtib edilmiş və sonuncu tərəfindən 09.12.2013-cü il tarixdə iddiaçının adına A jeriyalı 471038 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədi hazırlanmış və iddiaçıya atılmış torpaq sahəsinin koordinatları ilə üçüncü şəxsin mülkiyyətində olan torpaq sahələrinin koordinatları üstüstə düşmür. Məhz qeyd edilən bu sənədlərə əsasən İddiaçı iddiası təmin edilmişdir. Həmin qərar icra edilmişdir. Bundan sonra İddiaçı qanunsuz olaraq mülkiyyət hüququ əldə etmiş ünvan 2 ünvanında yerləşən 0.078 ha torpaq sahəsini 18.02.2019-cu il tarixli bağışlama müqaviləsinə əsasən, qardaşı oğlu X7 bağışlamışdır. Məhkəmənin diqqətinə çatdırmaq istərdik ki, X10 cavabdeh aşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 9 saylı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Şəki ızibati-İqtisadi Məhkəməsinə müraciət edərək, “Qutqaşen rayon XDS İcraiyyə Komitə tlasının həyətyanı torpaq sahəsinin ayrılması barədə 21.11.1990-cı il tarixli 22 nömrəli qərarı ə həmin vaxt Füzuli küçəsi ( indiki Fazil Rəhimov küçəsi) 34 nömrəli yaşayış kvartalında, 1 Dinrəli dalan 8A ünvanında fərdi yaşayış evi tikməkdən ötrü ayrılmış 0,06 ha həyətyanı torpaq ıhəsinin Qəbələ rayon İcra Hakimiyyətinin Memarlıq və Tikinti şöbəsi tərəfindən verilmiş »hərin baş planından çıxarışda göstərilən ərazidə yerləşmə planı üzrə döngə nöqtələrinin Dordinatlarının müəyyən edilməsi və həmin torpaq sahəsinə dair mülkiyyət hüququnun iiquqların dövlət reyestri haqqında daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq çıxarış mlməsi öhdəliyinin cavabdehə həvalə olunması” barədə qərar qəbul edilməsini məhkəmədən ahiş etmişdir. Həmin iddia ərizəsi üzrə inzibati iş 2-1(84)-176/2019 saylı nömrə ilə hakim Rüfət Məcidovun icraatında olmuşdur. Məhkəmənin 05.08.2019-cu il tarixli 2-1(84)-176/2019 saylı qərardadı ilə mütəxəssis rəyi alınması üçün icraat dayandırılmış və həmin tarixli məktubla mütəxəssis rəyi alınması üçün Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestr Xidmətinə göndərilərək aşağıda sualların cavablandırılması tələb olunmuşdur : 1) Qutqaşen rayon XDS İK-nın 21.11.1990-cı il tarixli 22 nömrəli qərarı ilə X8 0.06 ha həyətyanı torpaq sahəsinin ayrılması barədə 04.03.1991 -ci il tarixli akt və Qutqaşen rayon Baş Memarı tərəfindən təsdiq edilmiş Sxemə əsasən torpaq sahəsinin koordinatlarını müəyyən etmək mümkündürmü? 2) Torpaq sahəsinin koordinatlarını müəyyən etmək mümkündürsə (koordinatlar məhkəməyə təqdim olunsun) həmin torpaq sahəsi hansı ərazidə yerləşir, təyinatı nədir və elektron baza xəritələrinə əsasən hansı subyektin mülkiyyətindədir? Məhkəmənin 05.08.2019-cu il tarixli 2-1(84)-176/2019 saylı məktubuna cavab olaraq Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestr Xidmətinin Şəki LTİ tərəfindən verilmiş ŞM-331 nömrəli 23.09.2019-cu il tarixli rəydə məhkəmə tərəfindən qoyulmuş suallara cavab olaraq bildirilmişdir ki, 1) Qutqaşen rayon XDS İK-nın 21.11.1990-cı il tarixli 22 nömrəli qərarı ilə X11ma 0.06 ha həyətyanı torpaq sahəsinin ayrılması barədə 04.03.1991-ci il tarixli akt və Qutqaşen rayon Baş Memarı tərəfindən təsdiq edilmiş Sxemə əsasən torpaq sahəsinin koordinatlarını həmin sxemdə koordinatlar qeyd olunmadığı üçün müəyyən etməm mümkün olmamış, lakin X10 tərəfindən göstərilən torpaq sahəsinin yerləşmə sxemi və koordinatları sxemdə göstərilmişdir. 2) İddiaçı X10 tərəfindən göstərilən torpaq sahəsi Qəbələ rayonu, Qəbələ şəhəri ərazisində, yaşayış məntəqəsi torpaqları daxilində bələdiyyə mülkiyyətində yerləşir və həmin torpaq sahəsi DƏDRX ərəfindən **********68 nömrəli çıxarış ilə qeydiyyata alınmışdır. Həmin mütəxəssis rəyi 10.12.2019-cu il tarixli məhkəmə iclası zamanı X8 təqdim edilmiş və bundan sonra o ərizə ilə Şəki İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək iddia ərizəsinin geri qaytarılmasını xahiş etmiş və Şəki İnzibati qtisadi Məhkəməsinin 10.12.2019-cu il tarixli 2-1(84)- 176/2019 saylı qərardadı ilə işin icraatına xitam verilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsi yanında Daşınmaz hnlakın Kadastrı və Ünvan Reyestr Xidmətinin Şəki LTİ tərəfindən verilmiş ŞM-331 nömrəli 23.09.2019-cu il tarixli mütəxəssis rəyindən aydın olur ki, hazırda X7 məxsus ( əvvəllər İddiaçı məxsus olmuş) ünvan 2 ünvanında yerləşən 0.078 ha torpaq sahəsi əslində X8 məxsus olmuş, lakin İddiaçı qanunsuz olaraq həmin əmlakı öz mülkiyyətinə keçirərək sonradan qardaşı oğlu X7 bağışlamışdır. I Bundan sonra X1 ərizə ilə Şəki İnzibati Məhkəməsinə ıüraciət edərək, İddiaçı cavabdeh Azərbaycan Respublikası İmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 9 iyli Ərazi İdarəsinə qarşı iddia tələbi üzrə 2-1 (84)-15/2017 nömrəli işin icraatının yeni açılmış alla bağlı olaraq təzələnməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Şəki İnzibati Məhkəməsinin 2-1(84)-l5/2017 saylı 20.05.2020-ci il tarixli qərardadı ilə rizə təmin edilməmişdir. Şəki İnzibati Məhkəməsinin 2-1(84)-15/2017 saylı 20.05.2020-ci il tarixli qərardadında nun qəbul edilməsinin əsası kimi Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 7 və 100cü maddələrinə və Azərbaycan Respublikası Ali Məhkəməsinin 13.12.2017-ci il ırixli qərardadına istinad edilərək qeyd edilmişdir ki, X10 2-1(84)- 5/2017 saylı iş üzrə proses iştirakçısı olmadığından və mübahisəli torpaq sahəsi Ali Məhkəmənin qərardadına əsasən onun maraqlarına toxunmadığından onun ərizəsi təmin edilə ilməz. Şəki İnzibati Məhkəməsinin 2-1(84)-15/2017 saylı 20.05.2020-ci il tarixli qərardadından ərizəçi tərəfindən apelyasiya şikayəti verilmiş, Şəki Apelyasiya Məhkəməsinin İnzibati vollegiyasının 2- 1(107)-242/2020 saylı 20.07.2020-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, Şəki İnzibati Məhkəməsinin 2-1(84)-15/2017 saylı 20.05.2020-ci il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)-242/2020 saylı 20.07.2020-ci il tarixli qərardadından verilmiş kasasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsinin 23.09.2020-ci il tarixli 2-1(102)-1916/20 saylı qərarı ilə təmin edilməmişdir. Lakin Azərbaycan Respublikası Ali Məhkəməsinin 23.09.2020-ci il tarixli 2-1(102)- 1916/20 saylı qərarında qeyd edilmişdir ki, ərizəçi X4 istinad etdiyi sənədlə bağlı izah edilməlidir ki, O, bu əsasla birinci instansiya Məhkəməsinə İPM-nin 28-ci maddəsinə müvafiq olaraq yenidən müraciət edə bilər. Bununla bağlı qeyd etmək istərdim ki, X10 cavabdeh Daşınmaz [Əmlakın Dövlət Reyestr Xidmətinin 9 saylı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Şəki İnzibati- İqtisadi Məhkəməsinə müraciət edərək, “Qutqaşen rayon XDS İcraiyyə Komitə İclasının həyətyanı torpaq sahəsinin ayrılması barədə 21.11.1990-cı il tarixli 22 nömrəli qərarı ilə həmin vaxt Füzuli küçəsi ( indiki Fazil Rəhimov küçəsi) 34 nömrəli yaşayış kvartalında, 1 nömrəli dalan 8A ünvanında fərdi yaşayış evi tikməkdən ötrü ayrılmış 0,06 ha həyətyanı torpaq sahəsinin Qəbələ rayon İcra Hakimiyyətinin Memarlıq və Tikinti şöbəsi tərəfindən verilmiş şəhərin baş planından çıxarışda göstərilən ərazidə yerləşmə planı üzrə döngə nöqtələrinin Koordinatlarının müəyyən edilməsi və həmin torpaq sahəsinə dair mülkiyyət hüququnun hüquqların dövlət reyestri haqqında daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq çıxarış verilməsi öhdəliyinin cavabdehə həvalə olunması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Həmin iddia ərizəsi üzrə inzibati iş 2-1(84)- 176/2019 saylı nömrə ilə hakim Rüfət Məcidovun icraatında olmuşdur. Həmin inzibati iş üzrə cavabdeh AR ƏMDK yanında DƏDRX-nin 9 saylı ərazi idarəsi tərəfindən 09.10.2018-ci il tarixli **********36 nömrəli imtina məktubu verilmişdir. Həmin imtina məktubundada qeyd edilmişdir ki, tələb olunan torpaq sahəsinə mülkiyyət hüququna dair şəhadətnamə artıq İddiaçı verilmişdir. Bu fakt bir daha onu təsdiq edir ki, İddiaçı mülkiyyətinə verilmiş torpaq sahəsi məhz X5 mülkiyyətində olan torpaq sahəsidir. AR ƏMDK yanında DƏDRX-nin 9 saylı ərazi idarəsinin 09.10.2018-ci il tarixli **********6 nömrəli imtina məktubunun surəti əvvəlki məhkəmə iclaslarında məhkəmə arxivindən alınaraq iş materiallarına əlavə edilmişdir. Həmin məktubun əsli hakim Rüfət Məcidovun icraatında olmuş 2- 1(84)-176/2019 saylı inzibati iş materiallarındadır. Yəni göründüyü kimi, təkcə müvafiq rəy deyil, eyni zamanda AR ƏMDK yanında DƏDRX-nin 9 saylı ərazi idarəsinin 09.10.2018-ci il tarixli **********36 nömrəli imtina ıəktubu da vəsatətin əsaslı olduğunu sübut edir. Yuxarıda qeyd olunanlara əsasən Şəki İnzibati Məhkəməsinin 12.03.2021-ci il tarixli, 2-1(84)-15/2021 nömrəli qərardadının ləğv edilməsini və İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin 9 saylı Ərazi İdarəsinə qarşı iddia tələbi üzrə X5 üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilməsini xahiş etmişdir. Tərəflərin izahatları I Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxs X5 vəkili Nümayəndə apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 12 mart 2021-ci il tarixli, 2- 1(84)-15/2017 nömrəli qərardadının ləğv edilməsini və İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin 9 saylı Ərazi İdarəsinə qarşı iddia tələbi üzrə X5 üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilməsini xahiş etmişdir. Digər tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə cavabdehin iştirakı olmadan işə baxaraq iş üzrə qərar qəbul etmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişində tərəflər məhkəmə baxışı iclasına gəlmədiyi halda işə baxılması və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişlər (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). Əsaslandırma hissəsi Azərbаycаn Respublikаsının İnzibati Prosessual Məcəlləsinin 82-ci mаddəsinə əsаsən, аpelyаsiyа instаnsiyаsı məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə bаxır. Apelyаsiyа instаnsiyаsı məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Həmin Məcəllənin 80-ci mаddəsinə görə, barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, X1 hazırki vəsatətlə müraciət edərkən məzmununa istinad etdiyi ƏMDK yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin Şəki LTİ tərəfindən verilmiş 23.09.2019-cu il tarixli mütəxəssis rəyi, Şəki İnzibati-İqtisadi Məhkəməsinin 2-1(84)-176/2019 nömrəli iş üzrə 27.06.2019-cu il və 05.08.2019-cu il tarixli mütəxəssis rəyinin verilməsi barədə sorğusuna əsasən verilmişdir. Həmin iş üzrə məhkəmə tərəfindən ƏMDK yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinə mütəxəssis rəyinin verilməsi üçün sorğu ünvanlanarkən mütəxəssis qarşısında aşağıdakı suallar qoyulmuşdur:

1. Qutqaşen rayon XDS İK-nin 21.11.1990-cı il tarixli 22 nömrəli qərarı ilə X8 ayrılmış 0.06 ha torpaq sahəsinin həyətyanı torpaq sahəsinin ayrılması barədə 04.03.1991-ci il tarixli akt və Qutqaşen Baş Memarı tərəfindən təsdiq edilmiş Sxemə əsasən torpaq sahəsinin koordinatlarını müəyyən etmək mümkündürmü?

2. Torpaq sahəsinin koordinatlarını müəyyən etmək mümkündürsə (koordinatlar məhkəməyə təqdim olunsun) həmin torpaq sahəsi hansı ərazidə yerləşir, təyinatı nədir və elektron baza xəritələrinə əsasən hansı subyektin mülkiyyətindədir? ƏMDK yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin Şəki LTİ tərəfindən verilmiş 23.09.2019-cu il tarixli mütəxəssis rəyində isə məhkəmə tərəfindən qoyulmuş suallar aşağıdakı kimi cavablandırılmışdır:

1. Qutqaşen rayon XDS İK-nin 21.11.1990-cı il tarixli 22 nömrəli qərarı ilə X8 ayrılmış 0.06 ha torpaq sahəsinin həyətyanı torpaq sahəsinin ayrılması barədə 04.03.1991-ci il tarixli akt və Qutqaşen Baş Memarı tərəfindən təsdiq edilmiş Sxemə əsasən torpaq sahəsinin koordinatlarını həmin sxemdə koordinatlar qeyd olunmadığı üçün müəyyən etmək mümkün olmamışdır. Lakin, iddiaçı X10 tərəfindən göstərilən torpaq sahəsinin yerləşmə sxemi və koordinatları sxemdə göstərilmişdir.

2. İddiaçı X10 tərəfindən göstərilən torpaq sahəsi Qəbələ rayonu, Qəbələ şəhəri ərazisində, yaşayış məntəqəsi torpaqları daxilində bələdiyyə mülkiyyətində yerləşir və həmin torpaq sahəsi DƏDRX tərəfindən **********68 nömrəli çıxarışla qeydiyyata alınmışdır. Birinci instansiya məhkəməsi tərəfindən mütəxəssis qarşısında qoyulmuş sualların və sonuncu tərəfindən verilmiş cavabların müqayisəli təhlilindən görünür ki, əslində həmin rəydə faktiki olaraq 04.03.1991-ci il tarixli akt və Qutqaşen Baş Memarı tərəfindən təsdiq I edilmiş Sxemə əsasən torpaq sahəsinin koordinatlarını müəyyən etməyin mümkün olmadığı qeyd olunmuşdur. Rəyə əlavə edilmiş, Sxemdə əksini tapan torpaq sahəsinin yerləşmə sxemi və koordinatları isə iddiaçı X10 tərəfindən göstərilən torpaq sahəsinə münasibətdə müəyyən edilmişdir. Yəni, həmin torpaq sahəsini mütəxəssis 04.03.1991-ci il tarixli akt və Qutqaşen Baş Memarı tərəfindən təsdiq edilmiş Sxemə əsasən deyil, X5 göstərdiyi əraziyə uyğun qiymətləndirmişdir. Prinsip etibarilə X12 mütəxəssisə istənilən ərazini göstərə bilərdi. Mütəxəssis məhkəmə tərəfindən onun qarşısında qoyulan sualları cavablandırarkən ərizəçinin mülahizələrini deyil, iş üzrə onda olan müvafiq sənədləri rəhbər tutmalı idi. Daha sonra mütəxəssis ondan tələb olunmadığı halda X10 tərəfindən göstərilən torpaq sahəsi barədə məlumatlar qeyd etməklə, sanki ona verilmiş 2-ci sualı cavablandırmışdır. Halbuki, məhkəmə tərəfindən onun qarşısında qoyulmuş 2-ci sualda birmənalı olaraq torpaq sahəsinin koordinatlarını müəyyən etmək mümkün olduğu halda həmin torpaq sahəsi ilə bağlı məlumatların cavablandırılması tələb olunmuşdur. Müvafiq rəy Qutqaşen rayon XDS İK-nin 21.11.1990-cı il tarixli 22 nömrəli qərarına əsasən X1na ayrılmış 0.06 ha torpaq sahəsi ilə, İddiaçı Qəbələ Bələdiyyəsinin 27.08.2007ci il tarixli, 08 nömrəli qərarına əsasən satılmış 0.05 ha torpaq sahəsinin eyni ərazi olduğunu təsdiq etmədiyindən, məhkəmə hesab edir ki, Şəki İnzibati-İqtisadi Məhkəməsinin 2-1(84)- 15/2017 nömrəli iş üzrə qəbul edilmiş məhkəmə qərarları ərizəçinin qanunla qorunan maraqlarına və hüququna toxunmur. Buna görə də, Şəki İnzibati-İqtisadi Məhkəməsinin 2- 1(84)-15/2017 nömrəli iş üzrə X1nın üçüncü şəxs qismində cəlb edilməsini məhkəmə haqlı olaraq mümkün hesab etməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 28-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 aprel 2017-ci il tarixli qərarında qeyd edilmişdir: Lakin məhkəmə qanuni qüvvəyə minmiş qərarının ləğv edilməsi və işə mahiyyəti üzrə baxılmasının təzələnməsi barədə qərardad qəbul edərkən hüquqi müəyyənliyin mühüm tərkib hissəsi olan məhkəmə qərarlarının stabilliyi prinsipinin qorunması məqsədilə maraqlı şəxsin üçüncü şəxs qismində işə cəlb edilməsi üçün aşağıdakılara xüsusi diqqət yetirməlidir: - qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə inzibati məhkəmə icraatına cəlb olunmamış şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının əhəmiyyətli dərəcədə pozulubpozulmamasına; - inzibati məhkəmə icraatına cəlb olunmamış şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu vaxtın müəyyən edilməsinə. Beləliklə, həmin şəxs məhkəməyə müraciətində öz hüquqlarının və qanunla qorunan maraqlarının pozulmasını və bu pozuntunun ona hansı vaxtdan məlum olduğunu əsaslandırmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3-cü maddəsinə əsasən mübahisəni mahiyyəti üzrə həll etməyən məhkəmə qərardadları şifahi məhkəmə baxışı keçirilmədən də qəbul edilə bilər. Həmin Məcəllənin 28.1-ci maddəsinə əsasən iş üzrə məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər və ya iş yuxarı instansiya məhkəməsinin icraatında olduğu müddətdə, məhkəmə qərarının digər şəxslərin qanunla qorunan maraqlarına toxunacağı hallarda, məhkəmə xidməti vəzifəsinə uyğun olaraq öz təşəbbüsü ilə və ya həmin şəxslərin vəsatəti əsasında onları üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edə bilər. Məhkəmə qərarının qəbul edildiyi, lakin qanuni qüvvəyə minmədiyi dövrdə məhkəmə üçüncü şəxslərin icraata cəlb edilməli olduğu qənaətinə gəldikdə, həmin məhkəmə qərarının ləğv edilməsi və işə mahiyyəti üzrə baxılmasının təzələnməsi barədə qərardad qəbul edir. Həmin Məcəllənin 28.2-ci maddəsinə əsasən mübahisə edilən hüquq münasibətində üçüncü şəxsin iştirakının xarakteri inzibati məhkəmə icraatının tərəfləri və həmin üçüncü şəxs barəsində vahid qərarın qəbul olunmasını şərtləndirdiyi hallarda, həmin şəxs iştirakçı kimi inzibati məhkəmə icraatına mütləq cəlb edilməlidir (zəruri cəlbetmə). Həmin Məcəllənin 28.3-cü maddəsinə əsasən üçüncü şəxslərin inzibati məhkəmə icraatına cəlb edilməsi barədə məhkəmə qərardadı inzibati prosesin bütün iştirakçılarına təqdim olunmalıdır. Qərardadda məhkəmə tərəfindən baxılan işin halları və cəlbetmənin səbəbləri göstərilməlidir. I Göstərilənlərə əsasən, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi işin faktiki hallarını tam və hərtərəfli araşdırmış, vəsatəti təmin etməməklə prossesual hüquq normalarının tətbiqində səhvə yol verməyərək inzibati iş üzrə düzgün nəticəyə gəlmişdir. İPM-in 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi vəsatəti təmin etməməkdə haqlıdır. Ona görə də Şəki İnzibati Məhkəməsinin 12 mart 2021-ci il tarixli, 2-1(84)-15/2017 nömrəli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalı, iş üzrə üçüncü şəxin vəkili Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri əsassız olduğu üçün təmin edilməməlidir.

Nəticəvi hissə

Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qərara aldı:

Üçüncü şəxs X5 vəkili Nümayəndə tərəfindən verilmiş аpellyаsiyа şikаyəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 12 mart 2021-ci il tarixli, 2-1(84)-15/2021 nömrəli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan onun təqdim edildiyi gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. I I

Tərəflərin izahatları

Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxs X5 vəkili Nümayəndə apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 12 mart 2021-ci il tarixli, 2-1(84)-15/2017 nömrəli qərardadının ləğv edilməsini və İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin 9 saylı Ərazi İdarəsinə qarşı iddia tələbi üzrə X5 üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilməsini xahiş etmişdir. Digər tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə cavabdehin iştirakı olmadan işə baxaraq iş üzrə qərar qəbul etmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişində tərəflər məhkəmə baxışı iclasına gəlmədiyi halda işə baxılması və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişlər (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi).

Əsaslandırma hissəsi

Azərbаycаn Respublikаsının İnzibati Prosessual Məcəlləsinin 82-ci mаddəsinə əsаsən, аpelyаsiyа instаnsiyаsı məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə bаxır. Apelyаsiyа instаnsiyаsı məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Həmin Məcəllənin 80-ci mаddəsinə görə, barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, X1 hazırki vəsatətlə müraciət edərkən məzmununa istinad etdiyi ƏMDK yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin Şəki LTİ tərəfindən verilmiş 23.09.2019-cu il tarixli mütəxəssis rəyi, Şəki İnzibati-İqtisadi Məhkəməsinin 2- 1(84)-176/2019 nömrəli iş üzrə 27.06.2019-cu il və 05.08.2019-cu il tarixli mütəxəssis rəyinin verilməsi barədə sorğusuna əsasən verilmişdir. Həmin iş üzrə məhkəmə tərəfindən ƏMDK yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinə mütəxəssis rəyinin verilməsi üçün sorğu ünvanlanarkən mütəxəssis qarşısında aşağıdakı suallar qoyulmuşdur:

3. Qutqaşen rayon XDS İK-nin 21.11.1990-cı il tarixli 22 nömrəli qərarı ilə X8 ayrılmış 0.06 ha torpaq sahəsinin həyətyanı torpaq sahəsinin ayrılması barədə 04.03.1991ci il tarixli akt və Qutqaşen Baş Memarı tərəfindən təsdiq edilmiş Sxemə əsasən torpaq sahəsinin koordinatlarını müəyyən etmək mümkündürmü?

4. Torpaq sahəsinin koordinatlarını müəyyən etmək mümkündürsə (koordinatlar məhkəməyə təqdim olunsun) həmin torpaq sahəsi hansı ərazidə yerləşir, təyinatı nədir və elektron baza xəritələrinə əsasən hansı subyektin mülkiyyətindədir? ƏMDK yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin Şəki LTİ tərəfindən verilmiş 23.09.2019-cu il tarixli mütəxəssis rəyində isə məhkəmə tərəfindən qoyulmuş suallar aşağıdakı kimi cavablandırılmışdır:

3. Qutqaşen rayon XDS İK-nin 21.11.1990-cı il tarixli 22 nömrəli qərarı ilə X8 ayrılmış 0.06 ha torpaq sahəsinin həyətyanı torpaq sahəsinin ayrılması barədə 04.03.1991-ci il tarixli akt və Qutqaşen Baş Memarı tərəfindən təsdiq edilmiş Sxemə əsasən torpaq sahəsinin koordinatlarını həmin sxemdə koordinatlar qeyd olunmadığı üçün I müəyyən etmək mümkün olmamışdır. Lakin, iddiaçı X10 tərəfindən göstərilən torpaq sahəsinin yerləşmə sxemi və koordinatları sxemdə göstərilmişdir.

4. İddiaçı X10 tərəfindən göstərilən torpaq sahəsi Qəbələ rayonu, Qəbələ şəhəri ərazisində, yaşayış məntəqəsi torpaqları daxilində bələdiyyə mülkiyyətində yerləşir və həmin torpaq sahəsi DƏDRX tərəfindən **********68 nömrəli çıxarışla qeydiyyata alınmışdır. Birinci instansiya məhkəməsi tərəfindən mütəxəssis qarşısında qoyulmuş sualların və sonuncu tərəfindən verilmiş cavabların müqayisəli təhlilindən görünür ki, əslində həmin rəydə faktiki olaraq 04.03.1991-ci il tarixli akt və Qutqaşen Baş Memarı tərəfindən təsdiq edilmiş Sxemə əsasən torpaq sahəsinin koordinatlarını müəyyən etməyin mümkün olmadığı qeyd olunmuşdur. Rəyə əlavə edilmiş, Sxemdə əksini tapan torpaq sahəsinin yerləşmə sxemi və koordinatları isə iddiaçı X10 tərəfindən göstərilən torpaq sahəsinə münasibətdə müəyyən edilmişdir. Yəni, həmin torpaq sahəsini mütəxəssis 04.03.1991-ci il tarixli akt və Qutqaşen Baş Memarı tərəfindən təsdiq edilmiş Sxemə əsasən deyil, X5 göstərdiyi əraziyə uyğun qiymətləndirmişdir. Prinsip etibarilə X12 mütəxəssisə istənilən ərazini göstərə bilərdi. Mütəxəssis məhkəmə tərəfindən onun qarşısında qoyulan sualları cavablandırarkən ərizəçinin mülahizələrini deyil, iş üzrə onda olan müvafiq sənədləri rəhbər tutmalı idi. Daha sonra mütəxəssis ondan tələb olunmadığı halda X10 tərəfindən göstərilən torpaq sahəsi barədə məlumatlar qeyd etməklə, sanki ona verilmiş 2-ci sualı cavablandırmışdır. Halbuki, məhkəmə tərəfindən onun qarşısında qoyulmuş 2-ci sualda birmənalı olaraq torpaq sahəsinin koordinatlarını müəyyən etmək mümkün olduğu halda həmin torpaq sahəsi ilə bağlı məlumatların cavablandırılması tələb olunmuşdur. Müvafiq rəy Qutqaşen rayon XDS İK-nin 21.11.1990-cı il tarixli 22 nömrəli qərarına əsasən X1na ayrılmış 0.06 ha torpaq sahəsi ilə, İddiaçı Qəbələ Bələdiyyəsinin 27.08.2007-ci il tarixli, 08 nömrəli qərarına əsasən satılmış 0.05 ha torpaq sahəsinin eyni ərazi olduğunu təsdiq etmədiyindən, məhkəmə hesab edir ki, Şəki İnzibati-İqtisadi Məhkəməsinin 2-1(84)- 15/2017 nömrəli iş üzrə qəbul edilmiş məhkəmə qərarları ərizəçinin qanunla qorunan maraqlarına və hüququna toxunmur. Buna görə də, Şəki İnzibati-İqtisadi Məhkəməsinin 2- 1(84)-15/2017 nömrəli iş üzrə X1nın üçüncü şəxs qismində cəlb edilməsini məhkəmə mümkün hesab etmir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 28-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 aprel 2017-ci il tarixli qərarında qeyd edilmişdir: Lakin məhkəmə qanuni qüvvəyə minmiş qərarının ləğv edilməsi və işə mahiyyəti üzrə baxılmasının təzələnməsi barədə qərardad qəbul edərkən hüquqi müəyyənliyin mühüm tərkib hissəsi olan məhkəmə qərarlarının stabilliyi prinsipinin qorunması məqsədilə maraqlı şəxsin üçüncü şəxs qismində işə cəlb edilməsi üçün aşağıdakılara xüsusi diqqət yetirməlidir: - qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə inzibati məhkəmə icraatına cəlb olunmamış şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının əhəmiyyətli dərəcədə pozulubpozulmamasına; - inzibati məhkəmə icraatına cəlb olunmamış şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu vaxtın müəyyən edilməsinə. Beləliklə, həmin şəxs məhkəməyə müraciətində öz hüquqlarının və qanunla qorunan maraqlarının pozulmasını və bu pozuntunun ona hansı vaxtdan məlum olduğunu əsaslandırmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3-cü maddəsinə əsasən mübahisəni mahiyyəti üzrə həll etməyən məhkəmə qərardadları şifahi məhkəmə baxışı keçirilmədən də qəbul edilə bilər. Həmin Məcəllənin 28.1-ci maddəsinə əsasən iş üzrə məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər və ya iş yuxarı instansiya məhkəməsinin icraatında olduğu müddətdə, məhkəmə qərarının digər şəxslərin qanunla qorunan maraqlarına toxunacağı I hallarda, məhkəmə xidməti vəzifəsinə uyğun olaraq öz təşəbbüsü ilə və ya həmin şəxslərin vəsatəti əsasında onları üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edə bilər. Məhkəmə qərarının qəbul edildiyi, lakin qanuni qüvvəyə minmədiyi dövrdə məhkəmə üçüncü şəxslərin icraata cəlb edilməli olduğu qənaətinə gəldikdə, həmin məhkəmə qərarının ləğv edilməsi və işə mahiyyəti üzrə baxılmasının təzələnməsi barədə qərardad qəbul edir. Həmin Məcəllənin 28.2-ci maddəsinə əsasən mübahisə edilən hüquq münasibətində üçüncü şəxsin iştirakının xarakteri inzibati məhkəmə icraatının tərəfləri və həmin üçüncü şəxs barəsində vahid qərarın qəbul olunmasını şərtləndirdiyi hallarda, həmin şəxs iştirakçı kimi inzibati məhkəmə icraatına mütləq cəlb edilməlidir (zəruri cəlbetmə). Həmin Məcəllənin 28.3-cü maddəsinə əsasən üçüncü şəxslərin inzibati məhkəmə icraatına cəlb edilməsi barədə məhkəmə qərardadı inzibati prosesin bütün iştirakçılarına təqdim olunmalıdır. Qərardadda məhkəmə tərəfindən baxılan işin halları və cəlbetmənin səbəbləri göstərilməlidir. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi işin faktiki hallarını tam və hərtərəfli araşdırmış, vəsatəti təmin etməməklə prossesual hüquq normalarının tətbiqində səhvə yol verməyərək inzibati iş üzrə düzgün nəticəyə gəlmişdir. İPM-in 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi vəsatəti təmin etməməkdə haqlıdır. Ona görə də Şəki İnzibati Məhkəməsinin 12 mart 2021-ci il tarixli, 2-1(84)-15/2017 nömrəli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalı, iş üzrə üçüncü şəxin vəkili Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri əsassız olduğu üçün təmin edilməməlidir.

Nəticəvi hissə

Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qərara aldı:

Üçüncü şəxs X5 vəkili Nümayəndə tərəfindən verilmiş аpellyаsiyа şikаyəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 12 mart 2021-ci il tarixli, 2-1(84)-15/2021 nömrəli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan onun təqdim edildiyi gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar