Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-231/2022 14.12.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən və məruzəçi), Məlikov Vəzirxan İsgəndər oğlu və Cavadova Günay İsmayıl qızından ibarət tərkibdə, Atababayev Faiq Gülağa oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı “Mingəçevir şəhəri Babək küçəsi 12 ünvanında yerləşən 155 kv. metr fərdi yaşayış evi üzərində ümumi birgə mülkiyyət hüququnun mərhum X6, mərhum X8 ilə birlikdə məxsus olması barədə arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 28 aprel 2022-ci il tarixli 2-1(116)-627/2022 nömrəli qərarından iş üzrə üçüncü şəxs X15 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı cavabdeh DƏDRX-nin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı birinci instansiya məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək “Mingəçevir şəhəri Babək küçəsi 12 ünvanında yerləşən 155 kv.metr yaşayış sahəsinə mərhum X4 ümumibirgə mülkiyyət hüququnun qeydə alınması, adına daşınmaz əmlakın dövlət reyestrində çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. Birinci instansiya məhkəməsinin xx.xx.2022-ci il tarixli iclas protokolunun qərardadı ilə cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsi – hüquq varisi: Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsi ilə əvəz edilmişdir.
3. Birinci instansiya məhkəməsinin iclasında iddiaçı tələbini dəqiqləşdirərək “Mingəçevir şəhəri Babək küçəsi 12 ünvanında yerləşən 155 kv.metr fərdi yaşayış evi üzərində ümumi birgə mülkiyyət hüququnun mərhum X6, mərhum X8 ilə birlikdə məxsus olması barədə arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.
4. Birinci instansiya məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir.
5. Birinci instansiya məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(116)-627/2022 nömrəli qərardadı ilə X15 üçüncü şəxs qismində məhkəmə icraatına zəruri cəlb edilmişdir.
6. İşin qısa mahiyyəti ondan ibarətdir ki, Mingəçevir şəhər ZDS-nin xx.xx.1960-cı il tarixli 14№-li qərarı ilə X6 fərdi ev tikmək üçün şəhərin sağ sahil 156 №-li məhləsinin 14 №-li məntəqəsində 600 kv.m sahə ayrılmışdır. Mingəçevir şəhər XDS İK-nin xx.xx.1991-ci il tarixli 380 nömrəli “həyətyanı torpaq sahəsinin bölünməsi haqqında” qərarından görünür ki, B.Salahbanovanın ailə vəziyyəti nəzərə alınaraq ona məxsus olan 0.06 ha torpaq sahəsindən oğlu İddiaçı yeni fərdi yaşayış evinin tikintisi üçün 0.03 ha həyətyanı torpaq sahəsi ayrılmışdır.
7. X10 xx.xx.1947-ci ildə X9 ilə evlənmiş və xx.xx.1966-cı ildə Mingəçevir şəhərində vəfat etmişdir. Mingəçevir şəhər 2 №-li Dövlət notariat kontoru tərəfindən tərtib edilmiş xx.xx.1985-ci il tarixli əmlaka ümumi mülkiyyət hüququ haqqında şəhadətnamə əsasında fərdi yaşayış evinin ½ hissəsində mərhumun həyat yoldaşı X1 payı müəyyən edilmişdir. İddiaçı fərdi yaşayış evi üzərində mülkiyyət hüququnun mərhum atasına, anası ilə birgə məxsus olmasına dair müvafiq hüquqmüəyyənedici sənədlərin əldə edilməsi üçün cavabdeh orqana müraciət etmiş, cavabdeh orqan müraciətin təmin edilməsindən imtina etmişdir. Odur ki, hazırkı mübahisə yaranmışdır.
8. İddiaçı tələbində qeyd etmişdir ki, X25 13 noyabr 1966-cı ildə, X18 15 avqust 2001-ci ildə vəfat etmişdir. X21 Mingəçevir şəhəri, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evi miras qalmışdır. Onun ölümündən sonra Mingəçevir şəhər 2 saylı Notariat Kontorunda vərəsəlik işi açılmış və X18nın 4/6, onun və Kərəm Salahbanovun hər birinin 1/6 hissə olmaqla miras payı müəyyən olunmuşdur. Həmin şəhadətnamə əsasında X21 miras qalmış evə hər birinin payı göstərilməklə qeydiyyat vəsiqəsi verilmişdir. Mingəçevir Şəhər Məhkəməsinin 17 may 2002-ci il tarixli qətnaməsi ilə 16 dekabr 1985-ci il tarixdə Mingəçevir şəhər 2 saylı Notariat Kontorunda Mingəçevir şəhəri Babək küçəsi 12 saylı evə dair açılmış vərəsəliyə dair şəhadətnamə etibarsız sayılmışdır. Qətnamə ilə müəyyən edilmişdir ki, əmlakın ümumi mülkiyyət hüququ haqqında 16 dekabr 1985-ci il tarixli şəhadətnaməyə əsasən ½ hissəsi Bənövşə Salahbanovaya, ½ hissəsi isə Umud Salahbanova məxsusdur. 24 mart 1998-ci ildə anası X7 şəhəri Babək küçəsi 12 saylı evdə olan payını ona vəsiyyət etmişdir. Anası vəfat etdikdən sonra o, Notariat Kontoruna anasından qalan mirasın qəbulu ilə bağlı müraciətlər etmişdir. Ancaq vərəsələr arasında mübahisə olduğundan miras payına dair şəhadətnamə ala bilməmişdir. Miras əmlak bölgüsünə dair iddia qaldırsa da, fərdi yaşayış evinə mərhumların adlarına çıxarış olmadığından miras əmlak bölgüsü aparıla bilmir.
9. Cavabdeh iddia tələbinə etirazda qeyd etmişdir ki, Mingəçevir Şəhər Məhkəməsinin 2-159/2002 saylı, 17 may 2002-ci il tarixli məhkəmə qərarına əsasən Mingəçevir şəhəri, ünvan 3 ünvanda yerləşən fərdi yaşayış evindən miras əmlakının müəyyən edilməsi barədə Mingəçevir şəhər Notariat Kontorunun 16 dekabr 1985-ci il tarixli, 1/32 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə və həmin şəhadətnamə əsasında tərtib edilmiş qeydiyyat vəsiqəsi ləğv olunaraq etibarsız hesab edilmişdir. Yuxarıdakı qeyd olunan ünvanda yerləşən evə dair mübahisə olduğundan mərhum X4 adına dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi mümkün olmamışdır.
10. Üçüncü şəxs iddia tələbinə etirazında qeyd etmişdir ki, iddiaçı onun qardaşıdır. Ailəsi 1960-cı ildən Mingəçevir şəhəri, Babək küçəsindəki 12 saylı, hazırkı 14 saylı evdə yaşamağa başlamışdır. Qeyd olunan ev şəhər sovetliyinin 28 iyun 1960-cı il tarixli qərarı ilə X25un adına verilmişdir. Qeyd olunan ev 0.06 ha torpaq sahəsində inşa olunmuşdur. Eyni zamanda qeyd olunan ev 1963-cü ildə atasının adına sənədləşdirilmişdir. X25 1966-cı ildə rəhmətə getmişdir. X18 15 avqust 2001-ci ildə rəhmətə getmişdir. Atası rəhmətə gedəndən sonra vərəsəlik açılmasa da, sonradan yəni 16 dekabr 1985-ci ildə X18 notariusa ərizə yazaraq Bənövşə, Ayazı və özünü göstərərək qanun üzrə vərəsəlik açdırmış və qalan bacı və qardaşlarını pay hüququndan məhrum etmişdir. Qanun üzrə 1985-ci ildə vərəsəlik açıldıqdan sonra evə dair anası Bənövşənin payı 4/6 hissə, Ayaz və ona isə 1/6 hissə pay müəyyən olunmuşdur. Bu barədə qeydiyyat vəsiqəsi verilmiş və qeydiyyat vəsiqəsində anasının, özünün və qardaşının payları barədə müəyyən qeydiyyat aparılmışdır. Lakin, bundan sonra o, digər qardaşı Qürbət ilə birlikdə iddia ərizəsi ilə Mingəçevir Şəhər Məhkəməsinə müraciət etmişlər. Mingəçevir Şəhər Məhkəməsinin 17 may 2002-ci il tarixli, 2-159/2002 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin olunmuş və 16 dekabr 1985-ci il tarixdə Mingəçevir şəhər 2 saylı Dövlət Notariat Kontorunda Mingəçevir şəhər Babək küçəsi 12 saylı evə dair açılmış vərəsəliyə dair şəhadətnamə etibarsız hesab edilmişdir. Bundan sonra Mingəçevir şəhəri, ünvan 1-yə dair verilmiş qeydiyyat vəsiqəsi də etibarsız hesab edilmişdir. X18 rəhmətə gedəndən sonra iddiaçı onunla ev mübahisəsi yaratmağa başlamışdır. Halbuki, İddiaçı anası rəhmətə getməmişdən əvvəl və sonra miras qalmış əmlakda yaşamamışdır. Qeyd olunan evdə yalnız o, ailə üzvləri ilə yaşamış və hazırkı vaxta kimi də yaşayır. Hesab edir ki, iddiaçının hazırkı vəziyyətdə iddia tələbi irəli sürmək hüququ yoxdur. Çünki, İddiaçı 1980-ci ildə qeyd olunan evdən çıxmış və həmin ünvanda yaşamışdır. İddiaçı digər qardaşı Qüdrət Salahbanovun ona verdiyi evdə yaşamışdır. Eyni zamanda da iddiaçı miras qalmış əmlakda 1980-ci ildən hazırkı vaxtadək yaşamamış, mirası nə faktiki, nə də ki, notariusa qanunla müəyyən olunmuş müddət ərzində ərizə verməmişdir. Həmçinin, Mingəçevir şəhəri Babək küçəsi 12 saylı evə dair açılmış vərəsəliyə dair şəhadətnamə etibarsız hesab edildiyindən onun bütün hüquqi nəticələri də ləğv olunmuşdur. Belə olan halda iddiaçının tələbi tam qanunsuz və əsassızdır.
11. Birinci instansiya məhkəməsinin iclasında iddiaçı iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir.
12. Birinci instansiya məhkəməsinin iclasında cavabdehin nümayəndəsi iddia tələbinə etirazla eyni məzmunlu izahat verərək məhkəmədən qanunamüvafiq qaydada qərar qəbul edilməsini xahiş etmişdir.
13. Birinci instansiya məhkəməsinin iclasında üçüncü şəxsin nümayəndəsi iddia tələbinə etirazla eyni məzmunlu izahat verərək məhkəmədən iddianın rədd edilməsini xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, həmin fərdi yaşayış evinin sənədləşdirilməsində ona görə maraqlı deyil ki, müvafiq çıxarış alınacağı halda iddiaçı miras əmlakdan pay tələb edəcəkdir. Bununla bağlı Mingəçevir Şəhər Məhkəməsinə müvafiq iddia ilə müraciət olunmuş və hazırkı işə baxılıb yekunlaşanadək icraat dayandırılmışdır. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
14. Şəki İnzibati Məhkəməsinin (hakim Vüqar Musayev) 28 aprel 2022-ci il tarixli 2- 1(116)-627/2022 nömrəli qərarı ilə iddia tələbinin təmin edilməsi qərara alınmışdır.
15. Üçüncü şəxs X15 həmin qərardan apellyasiya şikayəti vermişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ
16. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı hazırkı vəziyyətdə iddia tələbi irəli sürmək üçün subyektiv hüququ yoxdur. Çünki, İddiaçı 1980-ci ildə qeyd olunan evdən çıxmış və həmin ünvanda yaşamışdır. İddiaçı digər qardaşı Qüdrət Salahbanovun ona verdiyi evdə yaşamışdır. Eyni zamanda da iddiaçı miras qalmış əmlakda 1980-ci ildən hazırkı vaxtadək yaşamamış, mirası nə faktiki, nə də ki notariusa qanunla müəyyən olunmuş müddət ərzində ərizə verməyərək mirası qəbul etməmişdir. Həmçinin, Mingəçevir şəhəri, Babək küçəsi 12 saylı evə dair açılmış vərəsəliyə dair şəhadətnamə etibarsız hesab edildiyindən onun bütün hüquqi nəticələri də ləğv olunmuşdur. Belə olan halda iddiaçının tələbi tam qanunsuz və əsassızdır. İddiaçı hazırkı iddianı qaldırmaq üçün subyektiv hüququ yaranmamışdır. Belə olan halda birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli və iddia tələbi mümkün sayılmamalıdır. Ona görə də apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 28 aprel 2022-ci il tarixli 2-1(116)-627/2022 nömrəli qərarının ləğv edilməsini, iddia tələbinin mümkün sayılmaması barədə yeni qərardad qəbul edilməsini xahiş etmişdir.
TƏRƏFLƏRİN İZAHATLARİ
17. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin təmin edilməməsini, Şəki İnzibati Məhkəməsinin 28 aprel 2022-ci il tarixli 2- 1(116)-627/2022 nömrəli qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi.
18. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən cavabdehin nümayəndəsi X12 apellyasiya şikayətinin təmin edilməməsini, Şəki İnzibati Məhkəməsinin 28 aprel 2022-ci il tarixli 2-1(116)-627/2022 nömrəli qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi.
19. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi X19 apellyasiya şikayətinin təmin edilməməsini, Şəki İnzibati Məhkəməsinin 28 aprel 2022-ci il tarixli 2-1(116)-627/2022 nömrəli qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi.
20. Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxsin nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 28 aprel 2022-ci il tarixli 2-1(116)-627/2022 nömrəli qərarının ləğv edilməsini, iddia tələbinin mümkün sayılmaması barədə yeni qərardad qəbul edilməsini xahiş etdi.
21. Məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq üçüncü şəxs X15 məhkəmə iclasına gəlməmişdir.
22. Məhkəmə kollegiyası üçüncü şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin (bundan sonra Azərbаycаn Respublikаsının İPM və ya İPM) 62.3-cü mаddəsi).
23. İş materiallarında olan aşağıda sadalanan sənədlərin məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: - Mingəçevir regional “ASAN Xidmət” Mərkəzində notariat ofisinin xx.xx.2021-ci il tarixdə cavabdehə ünvanladığı 2173 №-li məktubdan görünür ki, iddiaçıya xx.xx.1966-cı il tarixdə vəfat etmiş atası X2 miras qalmış qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi üçün Mingəçevir şəhərində yerləşən evə və torpaq sahəsinə dair daşınmaz əmlakın üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə reyestrdən çıxarışın verilməsi xahiş edilmişdir. - Mingəçevir Şəhər Məhkəməsinin 2-159 №-li, xx.xx.2002-ci il tarixli qətnaməsindən görünür ki, xx.xx.1985-ci il tarixdə Mingəçevir şəhər 2 saylı Dövlət notariat kontorunda Mingəçevir şəhər Babək küçəsi 12 saylı evə dair açılmış vərəsəliyə dair şəhadətnamə etibarsız hesab edilmişdir. - 546 inventar nömrəli texniki pasportdan görünür ki, Babək küçəsi 12 saylı fərdi yaşayış evi üzrə ev sahibi - X10 qeyd edilmişdir. - X14 filialının təqdim etdiyi Mingəçevir şəhər ZDS-nin xx.xx.1960-cı il tarixli 14№-li qərarından görünür ki, şəhərin sağ sahil 315 №-li ünvanda özbaşına tikintidə yaşayan X6 fərdi ev tikmək üçün şəhərin sağ sahil 156 №-li məhləsinin 14 №-li məntəqəsində 600 kv.m sahə ayrılmışdır. - Mingəçevir şəhər XDS İK-nin xx.xx.1991-ci il tarixli 380 nömrəli “həyətyanı torpaq sahəsinin bölünməsi haqqında” qərarından görünür ki, B.Salahbanovanın ailə vəziyyəti nəzərə alınaraq ona məxsus olan 0.06 ha torpaq sahəsindən oğlu İddiaçı yeni fərdi yaşayış evinin tikintisi üçün 0.03 ha həyətyanı torpaq sahəsinin ayrılmasına icazə verilmişdir. - Mingəçevir şəhər 2 №-li Dövlət notariat kontoru tərəfindən tərtib edilmiş xx.xx.1985-ci il tarixli əmlaka ümumi mülkiyyət hüququ haqqında şəhadətnamədə qeyd edilmişdir ki, X11 xx.xx.1947-ci ildə X9 ilə evlənmiş və xx.xx.1966-cı ildə Mingəçevir şəhərində vəfat etmişdir. Mərhum ölən günə kimi Sağ-sahil küçəsi 1-ci döngə 14 №-li evdə yaşamışdır. Yaşadıqları müddət ərzində, yəni 1960-cı ildə həmin ünvanda 4 otaqdan ibarət kubikdən tikilmiş 2 mərtəbəli şüşəbəndli, üstü şiferlə örtülmüş ev tikdirmişdir. Həmin evin inventar qiyməti 2162 manat olmaqla 600 kv.m torpaq sahəsində yerləşir. Azərb.SSR Nikah-Ailə Məcəlləsinin 23-cü maddəsinə əsasən ər-arvadın nikah dövründə qazandıqları əmlakın ½ hissəsi ər və ya arvadın xüsusi mülkiyyətinə keçir. Qalan ½ hissəsinə isə ümumi qaydada vərəsəlik hüququ haqqında şəhadətnamə verilir. Buna görə də miras qalmış evin ½ hissəsi mərhumun həyat yoldaşı X3 payına düşür. Odur ki, bu hissə onun adına yazılmalıdır. - JN-129F (kod ********) nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamədən görünür ki, Mingəçevir Şəhər İcra Hakimiyyətinin xx.xx.2004-cü il tarixli 293 №-li qərarına əsasən X13 (3 nəfər ailə üzvü ilə birlikdə) 0.03 ha torpaq sahəsi verilmişdir. - cavabdehin xx.xx.2021-ci il tarixli imtina məktubundan görünür ki, iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməzdən əvvəl, anoloji tələblə cavabdeh orqana müraciət etmiş, lakin cavabdeh orqan müraciətin təmin edilməsindən imtina etmişdir.
TƏTBİQ EDİLƏN HÜQUQ
24. İnzibati Prosessual Məcəllə: Maddə 14.2. İnzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Buna görə də məhkəmə tərəfindən inzibati orqanın hərəkətinin qanuniliyi araşdırılmışdır. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.
25. Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli 439 saylı Fərmanı ilə təsdiq edilmiş, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısında Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə qüvvədə olmuş qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair 1.4. rayon, şəhər, qəsəbə və kənd zəhmətkeş deputatları sovetləri və xalq deputatları sovetləri tərəfindən torpaq sahələrinin ayrılması barədə qəbul edilmiş qərarlar, həmçinin üzərində mülkiyyət hüquqları qeydiyyata alınmış yaşayış evinin torpaq sahəsinə münasibətdə texniki inventarlaşdırma orqanları tərəfindən 2001-ci il yanvarın 1-dək tərtib olunmuş texniki pasport (həyətyanı torpaq sahəsinin ölçüsü göstərildiyi halda) (2.4) zəruri sənədlər olaraq qeyd edilmişdir.
26. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 139.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 139.3-cü maddəsinə görə, daşinmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. 146.1-ci maddəsinə müvafiq olaraq, daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). 146.2-ci maddəsinə əsasən, daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir.
27. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun: 2.1-ci maddəsinin tələblərinə əsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin maddənin 2-ci bəndinin tələblərinə görə, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu Qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra – dövlət reyestri) aparılır. 11.1-ci maddəsinə görə, hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. 12.1-ci maddəsinə müvafiq olaraq, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir.
28. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19 may 2014-cü il tarixli qərarında qeyd edilmişdir: “1) Əmlak hüquqları ilə bağlı mübahisələrdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələri tərəfindən verilən Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə müvafiq olaraq daşınmaz əmlaka hüquqların təsdiq edilməsi barədə hüquqi akt hesab edildiyindən, həmin işlərə mülki məhkəmə icraatı qaydasında baxılır. 2) Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələri tərəfindən verilən Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış ilə bağlı inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən irəli gələn mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxılır. 22.2. Müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir.
29. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 1.2. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. İnzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan faktiki xarakterli digər fəaliyyətinin (hərəkətlərinin) mübahisələndirilməsinə dair işlərə isə öhdəliyin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia qaldırmaqla baxılmalıdır. Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Maddə 13.2. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. Maddə 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır.
APELLYASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ
30. Üçüncü şəxsin apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Apellyasiya şikayəti mümkündür, lakin əsaslı deyil, ona görə də apellyasiya şikayəti uğurlu olmayacaqdır.
31. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir.
32. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır.
33. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı tərəf hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
34. Birinci instansiya məhkəməsi iddianı təmin etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
35. Məhkəmə kollegiyası tərəfindən aparılan araşdırma zamanı müəyyən edildi ki, hazırkı məhkəmə araşdırmasının predmetini Mingəçevir şəhəri Babək küçəsi 12 ünvanında yerləşən 155 kv.metr fərdi yaşayış evi üzərində ümumi birgə mülkiyyət hüququnun mərhum X6, mərhum X8 ilə birlikdə məxsusluğu təşkil etdiyindən, mübahisəli fərdi yaşayış evi üzərində mülkiyyət hüququnun adları qeyd olunmuş şəxslərə məxsus olub-olmaması yoxlanılmışdır. İş materialları ilə müəyyən edilir ki, Mingəçevir şəhər ZDSnin xx.xx.1960-cı il tarixli 14№-li qərarı ilə X6 fərdi ev tikmək üçün şəhərin sağ sahil 156 №-li məhləsinin 14 №-li məntəqəsində 600 kv.m sahə ayrılmışdır. İşdə olan 546 inventar nömrəli texniki pasportda Babək küçəsi 12 saylı fərdi yaşayış evi üzrə hüquq subyekti olaraq X4 adı qeyd edilmişdir. İşin mübahisəsiz halıdır ki, Mingəçevir şəhəri Babək küçəsi 12 ünvanında yerləşən fərdi yaşayış evi 2001-ci ildən əvvəl, yəni 1960-1966-ci illərdə inşa edilmişdir.
36. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun giriş hissəsinin və 2.1-ci maddəsinin mənasına görə, qeydiyyat orqanı daşınmaz əmlaka hüquq vermə məsələsini həll etmir, hüququn yaranmasına əsas verən hüquqi faktlar Qanunun 8-ci maddəsində sadalanan sənədlərdə əksini tapmış məlumatlar əsasında şəxsin hüquqlarını qeydiyyata alır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair xx.xx.2014-cü il tarixli qərarında da göstərildiyi kimi, DƏDRX inzibati orqan hesab edilsə də, onun tərəfindən əmlaka mülkiyyət hüququnu tanıyan qeydiyyatın aparılması və müvafiq çıxarışın verilməsi “passiv legitimləşdirmə” fəaliyyətini nəzərdə tutur.
37. Məhkəmə kollegiyası üçüncü şəxsin apellyasiya şikayətinin dəlillərinə münasibət bildirərək qeyd edir ki, Mingəçevir şəhər ZDS-nin xx.xx.1960-cı il tarixli 14№-li qərarı ilə X6 fərdi ev tikmək üçün torpaq sahəsi ayrıldığından (546 inventar nömrəli texniki pasportda qeyd edilən Babək küçəsi 12 saylı fərdi yaşayış evi) və Mingəçevir şəhər 2 №-li Dövlət notariat kontoru tərəfindən tərtib edilmiş xx.xx.1985-ci il tarixli “əmlaka ümumi mülkiyyət hüququ haqqında” şəhadətnamə əsasında həmin fərdi yaşayış evinin ½ hissəsində mərhum X1 payının olması müəyyən edildiyindən, məhkəmə kollegiyası hesab edir ki, Mingəçevir şəhəri Babək küçəsi 12 ünvanında yerləşən 155 kv. metr fərdi yaşayış evi üzərində ümumi birgə mülkiyyət hüququ mərhum X10 və X5 məxsus olmuşdur.
38. Yuxarıda qeyd olunan işin hallarını, aparılan araşdırmanın nəticələrini nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, Mingəçevir şəhəri Babək küçəsi 12 ünvanında yerləşən 155 kv.metr fərdi yaşayış evi üzərində ümumi birgə mülkiyyət hüququnun mərhum X6, mərhum X8 ilə birlikdə məxsus olması barədə arayışın verilməməsinə dair cavabdehin hərəkətləri qanunauyğun olmadığından, birinci instansiya məhkəməsi gəldiyi nəticədə haqlı olmuşdur. Odur ki, üçüncü şəxsin apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan birinci instansiya məhkəməsinin qərarı İPM-in 87.6-cı maddəsinə əsasən dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayəti təmin edilməməlidir.
39. Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 87, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən məhkəmə kollegiyası QƏRАRА АLDİ:
Üçüncü şəxs X15 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 28 aprel 2022-ci il tarixli 2-1(116)-627/2022 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.