Məhkəmə qərarları › İş №2-1(107)-232/2022

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(107)-232/2022

05.08.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(107)-232/2022 05.08.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin inventarlaşdırılmasının aparılması və texniki sənədlərin (texniki pasportun) tərtib edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" tələbinə dair inzibati iş üzrə (Açar sözlər: texniki sənədlərin tərtib edilməsi, cavabdehin üzərinə öhdəlik qoyulması) Hakimlər Məcidov Ələddin Tofiq oğlu (sədrlik edən və məruzəçi), Şükürov İmanverdi Həşimxan oğlu və Eyvazov Akif Məhərrəm oğlundan ibarət tərkibdə, X2 qızının katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin inventarlaşdırılmasının aparılması və texniki sənədlərin (texniki pasportun) tərtib edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 01 oktyabr 2021-ci il tarixli, 2- 1(116)-219/2020 nömrəli qərardadından iddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin inventarlaşdırılmasının aparılması və texniki sənədlərin (texniki pasportun) tərtib edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. Şəki İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(116)-219/2020 nömrəli qərarı ilə iddia tələbi təmin edilmiş, İddiaçı mülkiyyətində olan Zaqatala şəhəri Kiçikxanlı küçəsi 35 ünvanında yerləşən fərdi yaşayış evinin inventarlaşdırılmasının aparılması və texniki sənədlərin (texniki pasportun) tərtib edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur. Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsi Şəki İnzibati Məhkəməsinin həmin qərarından apellyasiya şikayəti vermişdir. Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2-1(107)- 383/2020 nömrəli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Şəki İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2-1(116)-219/2020 nömrəli qərarı qüvvədə saxlanılmışdır. Şəki İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2- 1(116)-219/2020 nömrəli qərarından çıxarış icra edilməsi üçün Şəki İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli məktubu ilə cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinə göndərilmişdir. Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsi məhkəməyə göndərdiyi xx.xx.2021-ci il tarixli **********74 nömrəli məktubunda Şəki İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2-1(116)-219/2020 nömrəli qərarının icra olunduğunu bildirmişdir. İddiaçı Şəki İnzibati Məhkəməsinə xx.xx.2021-ci il tarixli ərizə ilə müraciət edərək məhkəmənin qərarına əsasən, tərtib edilmiş texniki pasportda torpaq sahəsinin ölçülərinin yalnız faktiki vəziyyətə uyğun qeyd edildiyini, hüquq müəyyənedici sənədə müvafiq olaraq ölçülərin və vəziyyətin göstərilmədiyini, eyni zamanda, qərarın tam icra olunmadığını bildirmiş və qərarın icrasının təmin olunmasını xahiş etmişdir. Şəki İnzibati Məhkəməsinin 2-1(116)-219/2020 nömrəli, xx.xx.2021-ci il tarixli qərardadı ilə Şəki İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2-1(116)-219/2020 nömrəli qərarının icrası icra sənədi verilməklə Zaqatala Rayon İcra və Probasiya Şöbəsinə tapşırılmışdır. Həmin qərardaddan cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən apellyasiya şikayəti verilmişdir. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 1 dekabr 2021-ci il tarixli, 2- 1(107)-450/2021 nömrəli (hakimlər R.R.Rəfiyev-sədrlik edən və məruzəçi, A.A.Mahmudov və V.İ.Məlikov) qərardadı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Şəki İnzibati Məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv edilməsini və iddiaçının ərizəsinin təmin olunmamasını xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 18 may 2022-ci il tarixli, 2-1(102)-406/2022 nömrəli qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 1 dekabr 2021-ci il tarixli, 2-1(107)- 450/2021 nömrəli qərardadı ləğv edilmiş, iş yenidən baxılması üçün Şəki Apelyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının araşdırmaları zamanı, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 18 may 2022-ci il tarixli, 2-1(102)-406/2022 nömrəli qərarı ilə müəyyən edilmişdir ki, İnzibati Prosessual Məcəllənin 121.1-ci maddəsinin mənasına görə, barəsində icranın həyata keçirildiyi şəxs, mübahisə ilə bağlı iş üzrə məhkəmə qərarı qanuni qüvvəyə mindikdən sonra da icra ilə əlaqədar ona qarşı məcburi icra tədbirlərinin müəyyən olunması haqqında məhkəmə qərardadını mübahisələndirilə bilər. “İnzibati mübahisələrə dair işlər üzrə məhkəmə qərarlarının icrasının təmin edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 19 noyabr 2021-ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqeyə görə, İPM-in 121.1-ci maddəsinə əsasən barəsində icranın həyata keçirildiyi şəxs, mübahisə ilə bağlı iş üzrə məhkəmə qərarı qanuni qüvvəyə mindikdən sonra da icra ilə əlaqədar ona qarşı məcburi icra tədbirlərinin müəyyən olunması haqqında məhkəmə qərardadını mübahisələndirə bilər. Bu normada nəzərdə tutulan barəsində icranın həyata keçirildiyi şəxs dedikdə, qərarı bilavasitə icra etməli olan şəxs və ya orqan nəzərdə tutulur. Həmin şəxslər məhkəmə tərəfindən qəbul edilmiş icra ilə bağlı istənilən qərardaddan deyil, yalnız onlara qarşı məcburi icra tədbirlərinin müəyyən olunması haqqında məhkəmə qərardadından şikayət verə bilərlər. İPM-in 119.1-ci maddəsində nəzərdə tutulmuş qaydada qəbul edilən qərardaddan şikayət verilə bilməz. Çünki həmin qərardad şəxsin barəsində konkret məcburi icra tədbirlərinin tətbiqi haqqında məsələni həll etmir. Sözügedən qərardad məhkəmənin qanundan irəli gələn vəzifələrinin həyata keçirilməsini təmin etməyə, könüllü icra üçün müəyyən olunmuş müddətdə icra təmin edilmədikdə, sonrakı icra hərəkətlərinin yerinə yetirilməsi üçün müvafiq icra sənədi verilməsi məsələsini həll etməyə yönəlmişdir. Nəzərə almaq lazımdır ki, Apelyasiya məhkəməsinin mübahisələndirilən qərardadı ilə qüvvədə saxlanılmış birinci instansiya məhkəməsinin qərardadı Şəki İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(116)-219/2020 nömrəli qərarının icrası üzrə icra sənədinin verilməsi ilə bağlıdır. Həmçinin nəzərə alınmalıdır ki, həmin qərardadda cavabdehə münasibətdə hər hansı məcburi icra tədbiri müəyyən olunmamış, sadəcə sonrakı icra hərəkətlərinin yerinə yetirilməsi üçün müvafiq icra sənədinin verilməsi məsələsi həll edilmişdir. Qeyd olunmalıdır ki, hazırkı mübahisəyə münasibətdə məhkəmə qərarının icrası ilə bağlı sonrakı icra hərəkətlərinin həyata keçirilməsi üçün müvafiq icra sənədinin verilməsi cavabdeh barəsində məcburi icra tədbirinin müəyyən olunması kimi şərh oluna və qiymətləndirilə bilməz. Məhkəmə kоllegiyаsı Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 18 may 2022-ci il tarixli, 2-1(102)-406/2022 nömrəli qərarındakı göstərişlərini nəzərə alıb bu nəticəyə gəldi ki, hazırki iş üzrə Şəki İnzibati Məhkəməsinin 01 oktyabr 2021-ci il tarixli, 2-1(116)-219/2020 nömrəli qərardadından iddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən verilmiş şikayət üzrə apellyasiya baxışı qeyri-mümkün hesab edilməlidir. -87.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi apellyasiyanın mümkünlüyü əsaslarını yoxlayır. -87.3-cü maddəsinə əsasən, apellyasiya mümkün sayılmadıqda apellyasiya instansiyası məhkəməsi şikayəti qəbul etməkdən imtina edir. -87.4-cü maddəsinə görə, apellyasiyanın mümkünlüyü ilə bağlı məhkəmə qərardad çıxarır. Apellyasiyanın mümkün sayılmaması barədə qərardad qəbul edilməmişdən əvvəl proses iştirakçılarının dinlənilmə hüququ təmin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 85 - 94.-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərаrааldı: Şəki İnzibati Məhkəməsinin 01 oktyabr 2021-ci il tarixli, 2-1(116)-219/2020 nömrəli qərardadından Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti mümkün sayılmasın və şikayətin icraata qəbulundan imtina edilsin. Qərаrdаddаn rəsmi qаydаdа verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyаsına kassasiya şikayəti verə bilər. Sədrlik edən: Ələddin Məcidov Hаkimlər: İmanverdi Şükürov Akif Eyvazov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar