Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-233/2022 04.10.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ucar Ərazi İdarəsinə qarşı (üçüncü şəxs: Zərdab rayonu Gödəkqobu bələdiyyəsi) “onun ********** qeydiyyat nömrəli ərizəsinin rədd edilməsinə dair cavabdehin qərarının ləğv edilməsi, Gödəkqobu bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 16 nömrəli qərarı və Gödəkqobu bələdiyyəsi ilə onun arasında bağlanmış eyni tarixli icarə müqaviləsi ilə 2,60 ha torpaq sahəsi üzərində icarə hüquqlarının dövlət reyestrində qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə (Açar sözlər: icarə hüquqlarının dövlət reyestrində qeydiyyata alınması) Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X5, İddiaçı, cavabdeh DƏDRX-in 16 saylı Ucar Əİ-in nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ucar Ərazi İdarəsinə qarşı (üçüncü şəxs: Zərdab rayonu Gödəkqobu bələdiyyəsi) “onun ********** qeydiyyat nömrəli ərizəsinin rədd edilməsinə dair cavabdehin qərarının ləğv edilməsi, Gödəkqobu bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 16 nömrəli qərarı və Gödəkqobu bələdiyyəsi ilə onun arasında bağlanmış eyni tarixli icarə müqaviləsi ilə 2,60 ha torpaq sahəsi üzərində icarə hüquqlarının dövlət reyestrində qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(116)-129/2021 saylı qərarından İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi : İşin halları.
1. Torpaq sahəsinin icarəyə verilməsi haqqında xx.xx.2006-cı il tarixdə bağlanmış 16 nömrəli müqavilədən görünür ki, Gödəkqobu bələdiyyəsi adından icarəyə verən bələdiyyənin sədri X11 ilə Gödəkqobu kənd sakini İddiaçı arasında müqavilə bağlanmış və müqaviləyə əsasən 2.60 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi 25 il müddətinə Gödəkqobu kənd sakini İddiaçı icarəyə verilmişdir.
2. Gödəkqobu bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 16 saylı iclas protokolunun qərarından çıxarışdan görünür ki, DT və XK-nin Zərdab rayon şöbəsinin sxem və rəyinə əsasən 2.60 ha torpaq sahəsi Gödəkqobu kənd sakini İddiaçı icarəyə verilməsi qərara alınmışdır.
3. DT və XK-nin Zərdab rayon şöbəsinin rəyindən görünür ki, Gödəkqobu kənd sakini İddiaçı 2.60 ha torpaq sahəsinin icarəyə verilməsi qanunvericiliyin tələblərinə uyğundur və şöbə qeyd olunan torpaq sahəsinin İddiaçı icarəyə verilməsini məqsədəuyğun hesab edir.
4. A seriyalı 378812 nömrəli “torpaq sahəsinin planı və ölçüsü” sənədindən görünür ki, Zərdab rayonu Gödəkqobu bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 16 saylı qərarı və xx.xx.2006cı il tarixli 16 saylı icarə müqaviləsi ilə 26000 kv.m kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Gödəkqobu kənd sakini İddiaçı icarəsinə verilmişdir. X14 Kadastr kitabında xx.xx.2011-ci il tarixdə 300- cü nömrə ilə qeydiyyata alınmışdır.
5. A seriyalı 378813 nömrəli “torpaq sahəsinin planı və ölçüsü” sənədinin təsdiq edilmiş surətindən görünür ki, Zərdab rayonu Gödəkqobu bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 16 saylı qərarı və xx.xx.2006-cı il tarixli 16 saylı icarə müqaviləsi ilə 38000 kv.m balıqçılıq təyinatlı torpaq sahəsi Gödəkqobu kənd sakini İddiaçı icarəsinə verilmişdir. X14 Kadastr kitabında xx.xx.2011- ci il tarixdə 301-ci nömrə ilə qeydiyyata alınmışdır.
6. Mütəxəssis rəyinin təsdiq edilmiş surətində qeyd edilir ki, İddiaçı naturada göstərdiyi torpaq sahəsi (S=2.83 ha) elektron baza məlumatlarına əsasən bələdiyyə mülkiyyətində olmaqla kənd təsərrüfatı təyinatlı şoran torpaqlara düşür (sxem əlavə olunur). İddiaçının adına hazırlanmış A378812 “Torpaq sahəsinin planı və ölçüsü” sənədində göstərilən koordinatlara əsasən torpaq sahəsi və faktiki naturada istifadə etdiyi torpaq sahəsi rəyə əlavə edilmiş sxemdə göstərilmişdir. Çöl ölçmə işlərinin nəticəsi olaraq sxem əlavə olunur.
7. Zərdab rayon Dövlət Arxivinin xx.xx.2020-ci il tarixli 24 nömrəli məktubundan görünür ki, Gödəkqobu bələdiyyəsinin arxivdə mühafizə olunan sənədləri 2000-2004-cü illəri əhatə edir. İş materiallarında olan Göyçay Regional Ədliyyə İdarəsinin xx.xx.2020-ci il tarixli 10-75 nömrəli məktubundan görünür ki, Zərdab rayon bələdiyyələri tərəfindən qəbul edilmiş aktlar inzibati nəzarət qaydasında idarəyə xx.xx.2011-ci il tarixindən təqdim edilir.
8. Cavabdeh orqanın məhkəməyə ünvanladığı xx.xx.2021-ci il tarixli məktubunda qeyd edilir ki, İddiaçı Zərdab rayonu, Gödəkqobu kəndində yerləşən 3.80 hektar və 2.60 hektar torpaq sahəsi üzərində icarə hüquqlarını qeydiyyata aldırmaq istədiyi torpaq sahəsi üzərində X2 və qeyrilərinin hər hansı bir hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamışdır. Məlumat üçün bildirilir ki, Zərdab rayonu, Gödəkqobu kəndində yerləşən torpaq sahələrinə baxış keçirilən zaman torpaq sahəsi üzərində Zərdab rayonu, Gödəkqobu kənd sakinləri tərəfindən kütləvi mübahisə olduğu aşkar edilmişdir. Həmçinin kənd sakinlərinin imzası ilə kütləvi şikayət ərizələri olmuşdur. Zərdab rayonu, Gödəkqobu kəndində yerləşən torpaq sahələri üzərində kənd sakinlərinin kütləvi şikayətinin olması ilə bağlı İddiaçı ərizəsinin icrasından imtina edilərək **********65, **********74 və **********32 nömrəli məktubla bildiriş göndərilmişdir. İddiaçı məxsus Zərdab rayonu, Gödəkqobu kəndində yerləşən 3.80 hektar və 2.60 hektar torpaq sahəsi üzərində Zərdab rayonu, Gödəkqobu kənd sakinləri tərəfindən kütləvi mübahisənin olub-olmaması ilə bağlı Zərdab Rayon İcra Hakimiyyətinə və Zərdab rayonu, Gödəkqobu bələdiyyəsinə müvafiq sorğu verilmişdir. Sorğuya cavab verildikdən sonra müraciətiniz Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ucar Ərazi İdarəsi tərəfindən təkrar cavablandırılacaqdır.
9. İkinci Apellyasiya məhkəməsinin icraatı zamanı məhkəmə kollegiyasına təqdim edilmiş Zərdab Rayon Gödəkqobu Bələdiyyəsinin 29 dekabr 2006-cı il tarixli 16 nömrəli iclas protokolundan çıxarışından görünür ki, Zərdab rayon X3 Şahin Əlsurad oğluna 2021-2031-ci il müddətinə 2.6 ha torpaq sahəsinin icarəyə verilməsi barədə qərar qəbul etmişdir (i/m. 2-ci cild. səh 12)
İş üzrə qəbul edilmiş məhkəmə aktları
a) Birinci instansiya məhkəməsində icraat
10. İddiaçı cavabdehə qarşı məhkəməyə müraciət edərək onun ********** qeydiyyat nömrəli ərizəsinin rədd edilməsinə dair cavabdehin qərarının ləğv edilməsi, üçüncü şəxsin xx.xx.2006-cı il tarixli 16 nömrəli qərarı və onunla bağlanmış eyni tarixli icarə müqaviləsi ilə 2,60 ha torpaq sahəsi üzərində icarə hüquqlarının dövlət reyestrində qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
11. İddiaçı tələbini belə əsaslandırmışdır ki, üçüncü şəxsin 29 dekabr 2006-cı il tarixli, 16 saylı qərarı və aralarında bağlanmış eyni tarixli icarə müqaviləsi ilə 2,60 ha torpaq sahəsi 25 il müddətinə iddiaçının icarəsinə verilmişdir. Müqaviləyə uyğun olaraq tərəflər üzərlərinə düşən öhdəliyi yerinə yetirmiş, üçüncü şəxs torpağın naturada ayrılıb iddiaçının istifadəsinə verilməsini təmin etmiş, keçmiş Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən torpaq sahəsinin planı və ölçüsü işlənib hazırlanmış, bu barədə X12 kitabında 07 dekabr 2011-ci il tarixdə, 300-cü nömrə ilə uçota alınmış, A№378812 saylı sənəd verilmişdir. Lakin iddiaçı cavabdehə həmin torpaq sahəsi üzərində icarə hüquqlarının dövlət reyesterində qeydiyyata alınması üçün müraciət etsə də, onun müraciətinin icrasından əsassız olaraq imtina edilmişdir.
12. Cavabdeh tərəfindən iddia tələbinə qarşı verilmiş etirazın dəlilləri imtina məktubunun dəlilləri ilə eynilik təşkil edir.
13. Məhkəmənin xx.xx.2021-ci il tarixli, 2-1(116)-129/2021 nömrəli qərardadı ilə Zərdab rayonu Gödəkqobu bələdiyyəsi üçüncü şəxs qismində icraata cəlb edilmişdir.
14. Şəki İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(116)-129/2021 saylı qərarı ilə (hakim İlqar Cabbarov) iddia təmin edilməmişdir.
15. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, məhkəmə araşdırması zamanı arxivə və inzibati nəzarət orqanına sorğular verilmiş, arxivdə və inzibati nəzarət orqanında üçüncü şəxsin xx.xx.2006-cı il tarixli, 16 saylı qərarının olmadığı aşkar olunmuşdur. Bundan başqa, üçüncü şəxsdən 2006-cı il üzrə bələdiyyə iclaslarının protokol kitabı və xx.xx.2006-cı il tarixli, 16 saylı qərar tələb olunsa da, məhkəməyə təqdim olunmamışdır. Həmçinin, iddiaçıya 2.60 ha torpaq sahəsinin icarəyə verilməsi barədə DT və XK-nin Zərdab rayon şöbəsinin rəyi şöbə müdiri A.Orucov tərəfindən imzalandığı halda, eyni tarixli qərar əsasında iddiaçıya 3.80 ha torpaq sahəsinin icarəyə verilməsi barədə rəyi (iş materiallarına əlavə edilmişdir) şöbə müdiri E.Məlikov imzalamışdır. 2011-ci il tarixində qeydə alınmış A seriyalı 378812 nömrəli “torpaq sahəsinin planı və ölçüsü” sənədində isə şöbə müdiri E.Məlikov qeyd olunmuşdur. Ümumiyyətlə iddiaçının təqdim etdiyi Gödəkqobu bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 16 saylı iclas protokolunun qərarından bələdiyyə sədri R.İmanov və hazırki bələdiyyə sədri K.İxtiyarov tərəfindən təsdiqlənmiş çıxarışlar birbirindən fərqlidir. Qeyd olunan hallar və bələdiyyə qərarının əslinin olmaması iddia tələbinin təmin olunmasını istisna edir.
Apellyasiya instansiyası məhkəməsində birinci icraat:
16. Həmin qərardan iddiaçı tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsi xahiş edilmişdir.
17. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2- 1(107)-81/2022 saylı qərarına əsasən (sədrlik edən Rövşən Rəfiyev, Məlikxan Vəzirov və Günay Cavadova) Şəki İnzibati Məhkəməsinin qeyd olunan qərarı ləğv edilərək iş üzrə yeni qərar qəbul edilmiş, iddia tələbi təmin edilməklə iddiaçının ********** qeydiyyat nömrəli ərizəsinin rədd edilməsinə dair cavabdehin 04 iyun 2020- ci il tarixli qərarı ləğv edilmiş, üçüncü şəxsin xx.xx.2006-cı il tarixli 16 nömrəli qərarı və eyni tarixli icarə
Kassasiya instansiyası məhkəməsində icraat 18.Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 24 may 2022-ci il tarixli, 2-1(102)-929/2022 nömrəli qərarı ilə cavabdehin kassasiya şikayətinin qismən təmin edilmiş, Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2002-ci il tarixli, 2- 1(107)-81/2022 nömrəli qərarının ləğv edilərək iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmiş, kassasiya şikayətinin qalan hissədə təmin edilməmişdir.
Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat
Apellyasiya şikayətinin dəlilləri
19. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən qəbul olunmuş qərar qanunsuz və əsassızdır. Belə ki, məhkəmə iclasında məhkəmə tərəfindən üçüncü şəxs kimi cəlb olunmuş Gödəkqobu bələdiyyəsinin sədri K.İxtiyarov çıxış etmiş, icarəsinə torpaq sahəsinin verildiyini, tərəflər arasında icarə müqaviləsi bağlandığını, icarə müqaviləsindən irəli gələn öhdəliklərin icrası ilə bağlı tərəfər arasında fikir ayrılığı olmadığını, icarəsində olan torpaq sahəsi üzərində hüquqlarının qeydiyyata alınmasına etiraz etmədiyini bildirmiş və məhkəməyə bunula əlaqədar məktub ünvanlamışdır. Digər tərəfdən icarəsinə verilmiş torpaq sahəsinin faktiki istifadəsində olduğu məhkəməyə təqdim edilmiş bütün sənədlərdən, o cümlədən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Azərbaycan Respublikasının Nazirlər Komitəsinə ünvanladığı xx.xx.2019-cıı il tarixli məktubundan da görünür. Bundan başqa bələdiyyə kitablarının məhkəməyə təqdim edilməməsi, arxiv və inzibati orqanda qərarların surətlərinin saxlanılmamasının cəza və günah hesab edilərək icarəçinin üzərinə qoyulması da əsaslı hesab oluna bilməz və bu qanunsuz bir haldır. O faktiki olaraq icarəsində olan torpaq sahəsinin icarəsinə verilməsi ilə bağlı özündə olan bütün sənədlərin əslini məhkəmənin tələbi ilə notarial qaydada təsdiq olunmaqla məhkəməyə təqdim etmişdir. Belə olan halda məhkəmə tərəfindən torpaq sahəsinin icarəyə verilməsi ilə bağlı müvafiq sənədlərin mövcud olmaması barədə hansı sübuta əsaslanaraq belə nəticəyə gəlməsi anlaşılmaz bir haldır. Görünən hal ondan ibarətdir ki, faktiki olaraq rəsmi sənədələrə əsasən 2006-cı ildən 25 il müddətinə icarəsinə verilmiş torpaq sahəsinin bir qrup kənd sakini tərəfindən əsassız hayküy yaratmaqla cavabdeh quruma hüquqlarımın qeydə alınmasına imkan verməyən həmin şəxslər, eyni əməllərini davam etdirməklə məhkəməyə də təsir etmişlər və nəticə olaraq məhkəmə tərəfindən torpaq üzərində qanunla qorunan hüquqlarının tapdanmasına gətirib çıxarmış və əsaslı sübutlara söykənməyən bir qərar qəbul olunmuşdur. Cavabdeh qurum tərəfindən ********** qeydiyyat nömrəli ərizə üzrə cavabdeh tərəfindən ona ünvanlanmış " Daşınmaz əmlakın üzərində mülkiyyət hüququnun dövlət reyesterində qeydiyyata alınmasından imtina edilməsinə dair" 04 iyun 2020-ci il tarixli, **********74 saylı bildirişdə Daşınmaz Əmlakın Dövləl Reyestri haqqında" Qanunun 11.1- ci və 11.5-ci maddələrində müəyyən edilən uyğunsuzluğun nədən ibarət olması, eləcə də "...torpaq sahəsinə baxış keçirilən zaman torpaq sahəsinin üzərində» aşkar edilmiş mübahisənin nədən ibarət olması qeyd edilməmişdir. Məhkəmə də bu xüsusatı da aydınlaşdırmamışdır. Yuxarıda qeyd olunanlara əsasən apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(116)- 129/2021 saylı qərarının ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
20. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları
21. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini müdafiə edərək, sonda Şəki İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(116)-129/2021 saylı qərarının ləğv edilməsini xahiş etmişdir.
22. Məhkəmə kollegiyasının iclasında iştirak edən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ucar Ərazi İdarəsinin nümayəndəsi X4 apellyasiya şikayətinə etiraz edərək şikayətin təmin edilməməsini xahiş etmişdir.
23. Üçüncü şəxsin nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişində tərəflər məhkəmə baxışı iclasına gəlmədiyi halda işə baxılması və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişlər. (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi)
Tətbiq edilən hüquq
24. Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında Qanun
Maddə 4. Torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin səlahiyyətləri 4.0. Torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin öz inzibati əraziləri daxilində səlahiyyətləri aşağıdakılardır: 4.0.1. qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və onlar barədə sərəncam vermək; 4.0.2. müəyyən edilmiş qaydada bələdiyyə torpaqlarını ümumi istifadəyə, bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə, fiziki və hüquqi şəxslərin icarəsinə və Azərbaycan Respublikasının vətəndaşlarının və hüquqi şəxslərinin mülkiyyətinə vermək; Maddə 6 . Torpaq sahələrinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsinin ümumi qaydaları 6.1. Bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir. 6.2. Bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur. 6.3. Bələdiyyələrin ehtiyat fondunun kənd təsərrüfatı təyinatlı torpaqları yalnız məqsədli təyinatı üzrə qanunvericilikdə nəzərdə tutulmuş qaydalara əməl edilməklə istifadəyə və icarəyə verilir. 6.5. Torpaq sahəsinin bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə və ya fərdi yaşayış evinin tikintisi üçün Azərbaycan Respublikası vətəndaşının mülkiyyətinə verilməsi barədə, habelə hüquqi və fiziki şəxslərin mülkiyyətinə (icarəsinə) verilməsi məqsədilə hərracın (müsabiqənin) keçirilməsi barədə bələdiyyənin qərarı sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra qəbul edilir. Torpaqayırma sənədlərinin hazırlanması və razılaşdırılması qaydaları Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təsdiq edilən əsasnamə ilə tənzimlənir. 30 dekabr 2004-cü il tarixli 819-İİQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 2, maddə 62) ilə 6.5-ci maddədə "razılığı" sözü "rəyi" sözü ilə əvəz edilmişdir. 28 oktyabr 2008-ci il tarixli 709-İİİQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti 12 dekabr 2008-ci il, № 277, Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2008-ci il, № 12, maddə 1048) ilə 6.5-ci maddənin birinci cümləsi yeni redaksiyada verilmişdir Əvvəlki redaksiyada deyilirdi: Torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilir.
25. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun
Maddə 1.0.4. qeydiyyat orqanı – daşınmaz əmlakın dövlət reyestrini tərtib edən və aparan müvafiq icra hakimiyyəti orqanıdır. Maddə 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Maddə 11.1 Hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Maddə 23.1 Qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Maddə 23.2 Daşınmaz əmlak barədə texniki məlumatın dəqiqliyinə və vaxtında təqdim edilməsinə həmin daşınmaz əmlakın dövlət uçotunu aparan müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri cavabdehdirlər
26. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu
Maddə 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır.
Apellyasiya baxışının hədləri
27. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 24 may 2022-ci il tarixli, 2-1(102)-929/2022 nömrəli qərarı ilə cavabdehin kasasiya şikayətini qismən təmin edib işi təkrar baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərərəkən işə yenidən baxan məhkəmə üçün göstərişlər müəyyən etmişdir.
28. İPM-in 96.11-ci maddəsinə əsasən, mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
29. Apellyasiya instansiyası məhkəməsi hazırkı iş üzrə həqiqətə nail olmaq üçün qanunvericiliyin ona verdiyi bütün mümkün vasitələrdən istifadə etmiş, işi hərtərəfli, tam, və obyektiv araşdırmağa çalışmışdır.
30. Bu halda xüsusilə qeyd edilməlidir ki, apellyasiya instansiya məhkəməsi tərəfindən hazırki vəziyyətdə işə baxarkən apellyasiya şikayətinin dəlilləri ilə yanaşı, yuxarı instansiya məhkəməsinin ləğv edib, yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilən hissəsində də araşdırma aparılmalı və həmin qərarda qeyd olunan tövsiyyə və göstərişlərə xüsusi diqqət yetirilməlidir.
31. İddiaçının apelyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının İPM və ya İPM) 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri).
32. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri).
33. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı tərəf hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır.
34. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq birinci instasiya məhkəməsinin yuxarıda qeyd edilən gəldiyi nəticə ilə razılaşmır. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisə predmeti olan torpaq sahəsinin qeydiyyata alınmaması mаddi və prosessuаl hüquq normаlаrının pozulmаsı və düzgün tətbiq edilməməsini, birinci instansiya məhkəməsinin qərarında göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsini nəzərə alaraq hesab edir ki, apellyasiya şikayətinin dəlillərini əsaslıdır.
35. Belə ki, Gödəkqobu bələdiyyəsinin 29 dekabr 2006-cı il tarixli, 16 saylı qərarı və Gödəkqobu bələdiyyəsi ilə aralarında bağlanmış eyni tarixli icarə müqaviləsi ilə 2,60 ha torpaq sahəsi 25 il müddətinə iddiaçının icarəsinə verilmişdir. Müqaviləyə uyğun olaraq tərəflər üzərlərinə düşən öhdəliyi yerinə yetirmiş, Gödəkqobu bələdiyyəsi torpağın naturada ayrılıb iddiaçının istifadəsinə verilməsini təmin etmiş, keçmiş Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən torpaq sahəsinin planı və ölçüsü işlənib hazırlanmış, bu barədə X12 kitabında 07 dekabr 2011-ci il tarixdə, 300- cü nömrə ilə uçota alınmış, A№378812 saylı sənəd verilmişdir.
36. Gödəkqobu bələdiyyəsinin 29 dekabr 2006-cı il tarixli, 16 saylı qərarı və Gödəkqobu bələdiyyəsi ilə aralarında bağlanmış eyni tarixli icarə müqaviləsi ilə 2,60 ha torpaq sahəsi üzərində icarə hüquqlarının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin dövlət reyesterində qeydiyyata alınması üçün iddiaçı cavabdeh orqana müraciət etmiş, lakin onun müraciəti təmin edilməmişdir.
37. Cavabdeh orqan xx.xx.2020-ci il tarixli imtina məktubunda qeyd etmişdir ki, iddiaçının ərizəsinin icrazı ilə bağlı Gödəkqobu kəndində yerləşən 2.60 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə baxış keçirilən zaman torpaq sahəsi üzərində mübahisə olduğu aşkar edilmişdir.
38. “Daşınmaz əmlakın dövlət reyestri haqqında’’ Azərbaycan Respublikasının Qanunun 7-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının qeydiyyatı üçün zəruri olan mərzçəkmə və inventarlaşdırma işlərinin aparılması habelə müvafiq texniki sənədlərin tərtibi qaydası qanunvericiliklə müəyyən edilir.
39. Cavabdeh orqan məhkəməyə ünvanladığı xx.xx.2020-ci il tarixli etiraz məktubunda qeyd etmişdir ki, İddiaçı Zərdab rayonu, Gödəkqobu kəndində yerləşən 2.60 ha torpaq sahəsi üzərində icarə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı ********** qeydiyyat nömrəli ərizə ilə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ucar Ərazi İdarəsinə müraciət etmişdir.
40. Ərizənin icrası ilə bağlı Gödəkqobu kəndində yerləşən 2.60 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə baxış keçirilən zaman torpaq sahəsi üzərində mübahisə olduğu aşkar edilmiş, bu səbəbdən də ərizənin icrası mümkün olmamışdır. Daşınmaz Əmlakın Dövlət Reyestıi Xidmətinin 16 saylı Ucar Ərazi İdarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 23-cü maddəsinə əsasən İdarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir.
41. Göründüyü kimi cavabdeh orqanın imtinası əsassız olmuşdur.
42. Belə ki, iş materiallarında olan “torpaq sahəsinin icarəyə verilməsi haqqında” xx.xx.2006-cı il tarixdə bağlanmış müqavilədə müəyyən edilmişdir ki, Gödəkqobu bələdiyyəsi adından icarəyə verən bələdiyyənin sədri X11 ilə Gödəkqobu kənd sakini İddiaçı arasında müqavilə bağlanmış və müqaviləyə əsasən 2.60 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi 25 il müddətinə Gödəkqobu kənd sakini İddiaçı icarəyə verilmişdir. Bundan başqa Gödəkqobu bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 16 saylı iclas protokolunun qərarından çıxarışdan görünür ki, DT və XK-nin Zərdab rayon şöbəsinin sxem və rəyinə əsasən 2.60 ha torpaq sahəsi Gödəkqobu kənd sakini İddiaçı icarəyə verilməsi qərara alınmışdır.
43. Apellyasiya şikayətinin dəlilləri üzrə arşdırmanı davam etdirən kollegiya əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri sayır.
44. Hazırkı mübahisə mahiyyət etibarı ilə təsərrüfat fəaliyyəti məqsədləri üçün Gödəkqobu bələdiyyəsinin 29 dekabr 2006-cı il tarixli, 16 saylı qərarı (protokol qərarı) əsasında və Gödəkqobu bələdiyyəsi ilə iddiaçı arasında bağlanmış eyni tarixli icarə müqaviləsi üzrə iddiaçıya ayrılmış torpaq sahəsi üzərində onun istifadə hüququnun dövlət qeydiyyatına alınması və bu barədə reyestrdən müvafiq çıxarışın verilməsi ilə bağlıdır. Başqa sözlə, iddiaçının hüquqi marağı torpaq sahəsi üzərində istifadə hüququnun dövlət tərəfindən tanınmasına nail olmaqdan ibarətdir
45. Bununla bağlı nəzərə almaq lazımdır ki, torpaq sahəsi üzərində istifadə hüququ həmin torpaq sahəsinin ayrılması (icarəyə, istifadəyə, mülkiyyətə) barədə hüquqmüəyyənedici sənəd əsasında yaranır. Hüquqmüəyyənedici sənəd qanunla müəyyən olunmuş qaydada ləğv edilənə, geri çağırılana, dəyişdirilənə və ya etibarsız sayılana qədər qüvvədə sayılır və etibarlı hesab olunur. Bu mənada hüquqmüəyyənedici sənədlərin qüvvədə olduğu müddətdə, qeyd edilən sənədlərin aid olduğu konkret şəxsin həmin sənədə əsaslanan hüququ onun müraciəti əsasında qeydiyyata alınmalıdır
46. Bu zaman inzibati orqanların funksional səlahiyyət bölgüsü, şəxsin ona münasibətdə inzibati orqan tərəfindən qəbul olunmuş əlverişli inzibati aktın, yəni hüquqmüəyyənedici sənədin məzmununa etimad hüququ nəzərə alınmalıdır. Şəxsin müraciəti əsasında əlverişli inzibati aktın qəbul edilməsi və həmin aktın qanunauyğunluğunun təmin edilməsi inzibati orqanın məsuliyyət sferasına aidddir. Qeydiyat aparan orqan həmin aktı məzmun baxımından təftiş etmək və onun qanunauyğunluğuna qiymət vermək səlahiyyəti ilə təchiz olunmamışdır. Qeyd olunmalıdır ki, həmin hüquqmüəyyənedici sənəd yalnız onu qəbul edən inzibati orqanın deyil, həm də suveren hakimiyyət daşıyıcısı olan digər inzibati orqanların da davranışını müəyyən edir. Başqa sözlə, inzibati orqanlar hüquqmüəyyənedici sənədin qüvvədə olduğu müddətdə onun məzmununa bağlıdırlar və ona uyğun davranmağa borcludurlar. Bu həmin orqanların səlahiyyət bölgüsündən irəli gəlir.
47. Yeni apellyasiya icraatı zamanı kollegiya Azərbaycan Respublikası Ali Məhkəməsinin yuxarıda qeyd olunan Qərarının göstərişi baxımından işin tam araşdırılması məqəsədilə Gödəkqobu bələdiyyəsinin 29 dekabr 2006-cı il tarixli, 16 saylı qərarının məhkəməyə təqdim olunmasının zəruri hesab etmişdir (i/m 2-ci cild səh. 12).
48. Çünki mövcud mübahisəyə dair işin apellyasiya məhkəməsi tərəfindən müəyyən olunmuş hallarından görünür ki, Gödəkqobu bələdiyyəsinin 29 dekabr 2006-cı il tarixli, 16 saylı qərarına (protokol qərarına) və Gödəkqobu bələdiyyəsi ilə iddiaçı arasında bağlanmış eyni tarixli icarə müqaviləsinə əsasən 2.60 ha torpaq sahəsi 25 il müddətinə iddiaçının icarəsinə verilmişdir (i/m 2-ci cild səh. 12)
49. İş üzrə materiallara əlavə olunmuş Azərbaycan Respublikası DT və XK-nin Zərdab rayon şöbəsinin rəyindən görünür ki, 2.60 ha torpaq sahəsinin Gödəkqobu kənd sakini İddiaçı icarəyə verilməsi qanunvericiliyin tələblərinə uyğun sayılmış və məqsədəuyğun hesab edilmişdir.
50. Nəzərə alınmalıdır ki, torpaq sahələrinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsinin ümumi əsasları və torpaq sahələri üzərində hüquqların dövlət qeydiyyatının məcburiliyi həmin dövrdə qüvvədə olmuş qanunvericiliklə, o cümlədən Torpaq Məcəlləsinin 56-cı və 67-ci maddələri ilə tənzimlənir. Həmin normalara görə, Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilməyən dövlət torpaqlarını müvafiq icra hakimiyyəti orqanı, bələdiyyə torpaqlarını isə bələdiyyələr müəyyən edir. Torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir
51. Mülki Məcəllənin 139.1-ci maddəsinə görə, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar həmin Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır.
52. Mülki Məcəllənin 139-1.1.1-ci maddəsinin müddəalarına görə, qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur
53. Kollegiyanın qənaətinə görə Gödəkqobu bələdiyyəsinin iddiaçıya mübahisəli torpaq sahəsinin ayrılması barədə iradəsini məhkəmə icraatında bir daha təsdiq etməsi nəzərə alınmalı, hazırkı mübahisəyə münasibətdə Gödəkqobu bələdiyyəsi tərəfindən qəbul olunmuş protokol qərarı (protokol qərarından çıxarış) hüquqmüəyyənedici sənəd qismində qəbul edilməlidir.
54. “İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsinə əsasən, inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. İnzibati orqanlar inzibati aktın qüvvədə olduğu müddətdə onun məzmununa bağlıdır və ona uyğun davranmağa borcludur.
55. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.1-ci maddəsinə görə, qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və onlara xitam verilməsinin dövlət qeydiyyatı üçün əsasdır
56. Yuxarıda göstərilən Qanunun 10.2.1-ci maddəsində vurğulanır ki, hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan birinin olması kifayətdir. Bu normanın mətninə və məzmununa görə, Qanunun 8-ci maddəsində təsbit olunmuş əsaslardan (sənədlərdən) hər hansı birinin təqdim olunması cavabdeh tərəfindən qeydiyyatın aparılması üçün yetərli sayılmalıdır.
57. Nəzərə almaq lazımdır ki, cavabdeh hüququn qeydiyyata alınması məsələsini həll edərkən, yuxarıda qeyd olunan normalar bir-birindən təcrid olunmuş şəkildə deyil, əlaqəli və kompleks şəkildə təfsir və tətbiq etməlidir. Həmçinin cavabdeh tərəfindən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsində nəzərdə tutulmuş əsasların mövcudluğu da həmin maddələrin tələbləri və məzmunu nəzərə alınmaqla müəyyənləşdirilməlidir
58. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, Gödəkqobu bələdiyyəsinin torpaq sahəsinin iddiaçıya icarəyə verilməsi haqqında qanuni qüvvədə olan qərarı əsasında həmin torpaq sahəsi üzərində iddiaçının istifadə hüququnun dövlət qeydiyyatına alınmasını istisna edən hallar müəyyən edilmədiyindən, həmin qərar Mülki Məcəllənin 139-1.1.1-ci, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.1 və 10.2.1-ci maddələrinə əsasən torpaq sahəsi üzərində iddiaçının istifadə hüququnun dövlət qeydiyyatına alınması üçün yetərli əsas sayılmalıdır.
59. Yuxarıda istinad olunan normalara görə və qeyd edilən səbəblərdən iddiaçının torpaq sahəsi üzərində icarə hüququnun dövlət qeydiyyatına alınmasından imtina etməkdə cavabdeh haqlı sayıla bilməz və hazırkı mübahisəyə münasibətdə onun imtinası yuxarıda istinad olunan normaların tələblərinin pozulması kimi qiymətləndirilməlidir.
60. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Şəki İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(116)- 129/2021 saylı qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməli, iddia təmin edilməli, İddiaçı ********** qeydiyyat nömrəli ərizəsinin rədd edilməsinə dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ucar Ərazi İdarəsinin qərarı ləğv edilməli, Gödəkqobu bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 16 nömrəli qərarı və Gödəkqobu bələdiyyəsi ilə onun arasında bağlanmış eyni tarixli icarə müqaviləsi ilə 2,60 ha torpaq sahəsi üzərində icarə hüquqlarının dövlət reyestrində qeydiyyata alınması öhdəliyi cavabdehin üzərinə qoyulmalı, mütəxəssis rəyinin verilməsinə çəkilən xərcə görə 121 manat 52 qəpik cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ucar Ərazi İdarəsindən tutularaq Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Kadastr və Yerquruluşu Layihə-X10 Məsuliyyətli Cəmiyyətinin hesabına (Kapital Bank ASC Xətai filialı, kod: 200071 VÖEN (bank) **********, Müxbir hesab AZ37NABZ********************, SWİFT: AİİBAZ2X, Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi MMC hesab AZ23AİİB******************** VÖEN: **********) köçürülməlidir.
Nəticəvi hissə
Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı:
İddiaçı tərəfindən verilmiş аpellyаsiyа şikаyəti təmin edilsin. Şəki İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(116)-129/2021 saylı qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddia təmin edilsin. İddiaçı ********** qeydiyyat nömrəli ərizəsinin rədd edilməsinə dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ucar Ərazi İdarəsinin 04 iyun 2020- ci il tarixli qərarı ləğv edilsin. Gödəkqobu bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 16 nömrəli qərarı və Gödəkqobu bələdiyyəsi ilə İddiaçı arasında bağlanmış eyni tarixli icarə müqaviləsi ilə 2,60 ha torpaq sahəsi üzərində icarə hüquqlarının dövlət reyestrində qeydiyyata alınması öhdəliyi cavabdehin üzərinə qoyulsun. Mütəxəssis rəyinin verilməsinə çəkilən xərcə görə 121 manat 52 qəpik cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ucar Ərazi İdarəsindən tutularaq Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Kadastr və Yerquruluşu Layihə-X10 Məsuliyyətli Cəmiyyətinin hesabına (Kapital Bank ASC Xətai filialı, kod: 200071 VÖEN (bank) **********, Müxbir hesab AZ37NABZ********************, SWİFT: AİİBAZ2X, Kadastr və Yerquruluşu Layihə- Tədqiqat Mərkəzi MMC hesab AZ23AİİB******************** VÖEN: **********) köçürülsün. Qərardan onun təqdim edildiyi gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarı ondan şikayət verilmədiyi halda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən Ayaz Mahmudov