Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-233/2023 18.05.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məlikov Vəzirxan İsgəndər oğlu (sədrlik edən və məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və Cavadova Günay İsmayıl qızından ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi, İddiaçı və cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi X1 iştirakı ilə, İddiaçı oğlunun cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X10 Şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialına qarşı “xx.xx.2021-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi və həmin tarixdən pensiyanın hesablanıb ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibаti iş üzrə Şəki İnzibati Məhkəməsinin 17 yanvar 2023-cü il tarixli, 2-1(116)-370/2023 nömrəli qərarından İddiaçıoğlu tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı cavabdehə qarşı “xx.xx.2021-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi və həmin tarixdən pensiyanın hesablanıb ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
2. İşin qısa mahiyyəti ondan ibarətdir ki,İddiaçı xx.xx.1955-ci il tarixdə Göyçay şəhərində doğulmuşdur.O, xx.xx.2021-ci il tarixdən 25 il iş stajına əsasən yaşa görə əmək pensiyasının təyin edilməsi üçün cavabdehə müraciət etmişdir.Cavabdeh xx.xx.2022-ci il tarixli imtina məktubunda iddiaçının əmək kitabçasında göstərilən müvafiq dövrlərin təsdiqini tapmadığı və tələb olunan 25 il sığorta stajının olmadığını bildirərək tələbin icrasından imtina etmişdir.
3. Cavabdeh xx.xx.2022-ci il tarixli etirazını belə əsaslandırmışdır ki, iddiaçının təqdim etdiyi əmək kitabçasının, hərbi biletinin və diplomunun surətlərinə əsasən İddiaçı sığorta stajı (xx.xx.1970-ci il tarixdən xx.xx.1974-cü il tarixinədək təhsil aldığı dövr xx.xx.1975-ci il tarixindən xx.xx.1977-ci il tarixinədək hərbi xidmətdə olduğu dövr də nəzərə alınmaqla) 22 il 2 ay təşkil edir. Həmçinin, iddiaçının təqdim etdiyi əmək kitabçasına əsasən mübahisə edilən dövrlərin cəmi 2 il 9 ay 27 gün (xx.xx.1992-ci il tarixindən xx.xx.1995-ci il tarixinədək və xx.xx.1995-ci il tarixindən xx.xx.1995-ci il tarixinədək) təşkil edir. xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixinədək iddiaçının fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmayıb. Eyni zamanda iddiaçının xx.xx.2006cı il tarixinədək fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı 21 il 4 ay sığorta stajına uyğun olaraq 16.257, 54 manat, xx.xx.2020-ci il tarixindən xx.xx.2021-ci il tarixinədək 237,70 manat olmaqla, ümumilikdə 16.495,24 manat təşkil edir ki, bu məbləğ müvafiq ilə münasibətdə qanunvericiliklə tələb olunan 28800 manat pensiya kapitalından azdır və əmək pensiyasının minimum məbləğindən (200 manat) az olmayan pensiya təminatına imkan vermir. Cavabdeh iddiaçının əmək kitabçasında qeyd olunmuş X3 işlədiyi xx.xx.1992-ci il tarixindən xx.xx.1995-ci il tarixinədək və xx.xx.1995-ci il tarixindən xx.xx.1995-ci il tarixinədək olan əmək fəaliyyəti dövrünün sığorta stajı kimi qəbul etmədiyini bildirmişdir.
4. Birinci instansiya məhkəməsinin iclasında iddiaçı iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir.
5. Birinci instansiya məhkəməsinin iclasında cavabdehin nümayəndəsi etiraz məktubuna uyğun izahat verərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
6. Şəki İnzibati Məhkəməsinin (hakim Fəxri Hacızadə) 17 yanvar 2023-cü il tarixli, 2- 1(116)-370/2023 nömrəli qərarı ilə iddia tələbi təmin edilməmişdir.
7. İddiaçı həmin qərardan apellyasiya şikayəti vermişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ
8. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə iddia tələbinin təmin edilməməsinin əsası kimi tələb olunan 25 il sığorta stajına malik olmamağını göstərmişdir. Halbuki, iş materiallarında olan sənədlərdən, eləcə də hazırda mübahisələndirilən qərardan görünür ki, Kənd Təsərrüfatı Nazirliyinin X8 mexanikləşdirmə və elektrikləşdirmə texnikumunun Ş seriyalı 668545 saylı Diplomunun təsdiqlənmiş surətindən görünür ki, o, 1970-1974-cü illərdə həmin texnikumda təhsil almış və təhsil müddəti xx.xx.1970-xx.xx.1974-cü illəri əhatə etməklə 3 il 9 ay 28 gün olmuşdur. xx.xx- 1974-xx.xx.1975-ci illər ərzində Bakqorstroy mexanizasiyanın 12 saylı trestində əmək fəaliyyəti dövrü 8 ay 3 gün, xx.xx.1975-ci il tarixdən xx.xx.1977-ci il tarixədək-02 il hərbi xidmət dövrü, xx.xx.1977-ci il tarixdən xx.xx.1977-ci il tarixədək olan 03 ay 14 gün müddətdə 12 saylı trest, xx.xx.1977-ci il tarixdən xx.xx.1978-ci il tarixədək olan 08 ay 25 gün müddətdə “Dobrolyubov” gəmisində matros, xx.xx.1978-ci il tarixdən xx.xx.1979-cu il tarixədək olan 06 ay 10 gün müddətdə Göyçay orta-texniki məktəbi, xx.xx.1979-cu il tarixdən xx.xx.1992-ci ilədək 12 il 10ay 17 gün müddətində Göyçay Rayon Səyyar Mexanikləşdirilmiş dəstədə müxtəlif vəzifələrdə işləmişdir. xx.xx.1992-xx.xx.1992-ci il tarixdən xx.xx.1992-ci il tarixədək 02 ay 10 gün Göyçay RTİİB-də işləmişdir. 15 iyun 1992ci ildən 09 sentyabr 1992-ci il tarixədək X4 Toxucu sexində, 10 sentyabr 1992-ci ildən 18 aprel 1995-ci il tarixədək həmin Kombinatın hazırlıq sexində və 20 may 1995-ci il tarixdən 08 avqust 1995-ci il tarixədək həmin sexdə olmaqla ümumilikdə həmin müəssisədə 3 il 21 gün müddətində işləmişdir. 9 saylı Ərazi Vergilər İdarəsində xx.xx.2020-ci il tarixdən ********** nömrəli VÖEN-lə mebellərin və ev üçün oxşar məmulatların təmiri fəaliyyət növü üzrə qeydiyyatdan keçərək cəmi 10 ay müddətində sosial sığorta və işsizlikdən sığorta haqlarına ödəniş etmişdir. Cavabdehin mübahisələndirdiyi onun X3 işlədiyi xx.xx.1992-ci il tarixindən xx.xx.1995-ci il tarixinədək və xx.xx.1995-ci il tarixindən xx.xx.1995-ci il tarixinədək olan əmək fəaliyyəti dövrü məhkəmə tərəfindən araşdırılmış, həmin müəssisəyə aid Əmrlər kitabları tələb olunaraq əldə olunmuşdur. Qeyd olunan kitablarda onun xx.xx.1995-ci il tarixli 54 nömrəli əmrlə işdən işdən azad olunduğu, yenidən 20.05 1995-ci il tarixli 67 nömrəli əmrlə işə bərpa olunduğu müəyyən edilərək həmin dövrdə onun əmək fəaliyyəti öz təsdiqini tapmışdır . Sadaladığı iş stajının cəmindən görünür ki, qeyd edilən idarə və təşkilatlarda 25 il 17 gün işləmişdir. Bu fakt təqdim etdiyi sənədlərlə təsdiq olunur. Göründüyü kimi məhkəmə işdə olan sübutları müfəssəl araşdırmamış, maddi hüquq normalarının tələblərini pozmuş, əsassız və qanunsuz olaraq yaşa görə pensiya almaq hüququndan məhrum etmişdir. Odur ki, apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 17 yanvar 2023-cü il tarixli, 2-1(116)-370/2023 nömrəli qərarının ləğv edilməsini, iddianın təmin edilməsinə dair yeni qərar çıxarılmasını xahiş etmişdir. TƏRƏFLƏRİN İZAHATLARİ
9. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, apellyasiya şikayətinin təmin olunmasını və Şəki İnzibati Məhkəməsinin 17 yanvar 2023-cü il tarixli, 2-1(116)-370/2023 nömrəli qərarının ləğv edilməsini xahiş etdi.
10. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun nünmayəndəsi X6 apellyasiya şikayətinin təmin olunmamasını və Şəki İnzibati Məhkəməsinin 17 yanvar 2023-cü il tarixli, 2-1(116)-370/2023 nömrəli dəyişdirilmədən saxlanılmasını xahiş etdi
11. İş materiallarında olan aşağıda sadalanan sənədlər məhkəmə kollegiyasının araşdırmasının predmetini təşkil etmişdir. Həmin sənədlərin məzmununa istinad olunur: - Azərbaycan SSR Kənd Təsərrüfatı Nazirliyinin X8 mexanikləşdirmə və elektrikləşdirmə texnikumunun Ş seriyalı 668545 saylı Diplomunun təsdiqlənmiş surətindən görünür ki, iddiaçı 1970-1974-cü illərdə həmin texnikumda təhsil almışdır. - “X9”un xx.xx.2022-ci il tarixli A-N116 nömrəli arayışından görünür ki, iddiaçı xx.xx.1992-cı il tarixli 173/k saylı əmrlə X5 6-cı dərəcəli usta köməkçisi vəzifəsinə qəbul edilmiş, xx.xx.1995-ci il tarixli 54/k saylı əmrlə (öz xahişi ilə) işdən azad edilmişdir. Təkrarən xx.xx.1995-ci il tarixli 67/k saylı əmrlə Kombinatın hazırlıq sexinə 6-cı dərəcəli usta köməkçisi vəzifəsinə qəbul edilmiş, xx.xx.1995-ci il tarixli 100/k saylı əmrlə (öz xahişi ilə) işdən azad edilmişdir. - İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 9 saylı Ərazi Vergilər İdarəsinin xx.xx.2021-ci il tarixli məktubundan görünür ki, iddiaçı xx.xx.2020-ci il tarixdən ********** nömrəli VÖEN-lə mebellərin və ev üçün oxşar məmulatların təmiri fəaliyyət növü üzrə qeydiyyatdan keçmiş və həmin tarixdən xx.xx.2021-ci il tarixədək olan dövrdə sosial sığorta və işsizlikdən sığorta haqları 255,0 (iki yüz əlli beş) manat ödəniş etmişdir. - İddiaçıya məxsus 19 dekabr 1974-cü il tarixli Əmək kitabçası məhkəməyə təqdim olunmuşdur.
TƏTBİQ EDİLƏN HÜQUQ
12. İnzibati Prosessual Məcəllə: Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.
13. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 87-ci maddəsində qeyd olunmuşdur ki, işçinin əmək fəaliyyəti haqqında sənədi əmək kitabçası hesab edilir.
14. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1992-ci il 25 noyabr tarixli 638 nömrəli qərar ilə təsdiq edilmiş «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi ilə əlaqədar «Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə» Əsasnaməyə əsasən əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır
15. “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydalarının təsdiq edilməsi” barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarının 1.1-ci hissəsinə əsasən əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəddir.
16. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunun: 1.0.2 sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur; 1.0.10. pensiya kapitalı - müvafiq olaraq fərdi hesabın sığorta hissəsində qeydə alınan və fərdi hesabın yığım hissəsində toplanan vəsaitlərin məbləğidir; 7-ci maddəsinə əsasən, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Maddənin qeydinə əsasən, bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1dək hər il 6 ay artırılır. 21.1-ci maddəsinə əsasən, qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyən hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir.
17. “İnzibati icraat haqqında” Qanun: Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Maddə 61.1. Yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. Maddə 61.2. Əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. Maddə 62.1. İnzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir.
APELLYASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ
18. İddiaçının apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Apellyasiya şikayəti mümkündür, lakin əsaslı deyil, ona görə də apellyasiya şikayəti uğurlu olmayacaqdır.
19. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir.
20. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır.
21. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı tərəf hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
22. Birinci instansiya məhkəməsi iddianı təmin etməmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
23. İddiaçının əmək kitabçasına və digər sənədlərə əsasən ümumi sığorta stajı aşağıdakı kimi hesablanmışdır: Kənd Təsərrüfatı Nazirliyinin X8 mexanikləşdirmə və elektrikləşdirmə texnikumunun Ş seriyalı 668545 saylı Diplomunun təsdiqlənmiş surətindən görünür ki, iddiaçı 1970-1974cü illərdə həmin texnikumda təhsil almışdır.İddiaçının təhsil müddəti xx.xx.1970xx.xx.1974-cü illəri əhatə etməklə 3 il 9 ay 28 gün olmuşdur. xx.xx.1974-xx.xx.1975-ci illər ərzində Bakqorstroymexanizasiyanın 12 saylı trestində əmək fəaliyyəti dövrü 8 ay 3 gün; xx.xx.1975-ci il tarixdən xx.xx.1977-ci il tarixədək – 02 il hərbi xidmət dövrü; xx.xx.1977-ci il tarixdən xx.xx.1977-ci il tarixədək olan 03 ay 14 gün müddətdə 12 saylı trest; xx.xx.1977-ci il tarixdən xx.xx.1978-ci il tarixədək olan 08 ay 25 gün müddətdə “Dobrolyubov” gəmisində matros; xx.xx.1978-ci il tarixdən xx.xx.1979-cu il tarixədək olan 06 ay 10 gün müddətdə Göyçay orta-texniki məktəbi; xx.xx.1979-cu il tarixdən xx.xx.1986-cı il tarixədək 06 il 9 ay,xx.xx.1987-ci ildən xx.xx.1992-ci ilədək 5 il 2 ay 4 gün müddətində Göyçay Rayon Səyyar Mexanikləşdirilmiş dəstədə müxtəlif vəzifələrdə işləmişdir. xx.xx.1992-ci il tarixdən xx.xx.1992-ci il tarixədək 02 ay 10 gün Göyçay RTİİB-də işləmişdir. İddiaçı 15 iyun 1992-ci ildən 09 sentyabr 1992-ci il tarixədək X2 Toxucu sexində, 10 sentyabr 1992-ci ildən 18 aprel 1995-ci il tarixədək həmin Kombinatın hazırlıq sexində və 20 may 1995-ci il tarixdən 08 avqust 1995-ci il tarixədək həmin sexdə olmaqla ümumilikdə həmin müəssisədə 3 il 21 gün müddətində işləmişdir. İddiaçı 9 saylı Ərazi Vergilər İdarəsində xx.xx.2020-ci il tarixdən ********** nömrəli VÖEN-lə mebellərin və ev üçün oxşar məmulatların təmiri fəaliyyət növü üzrə qeydiyyatdan keçərək cəmi 10 ay müddətində sosial sığorta və işsizlikdən sığorta haqlarına ödəniş etmişdir.
24. Cavabdehin mübahisələndirdiyi iddiaçının X3 işlədiyi xx.xx.1992-ci il tarixindən xx.xx.1995-ci il tarixinədək və xx.xx.1995-ci il tarixindən xx.xx.1995-ci il tarixinədək olan əmək fəaliyyəti dövrü birinci instansiya məhkəməsi tərəfindən araşdırılmış, həmin müəssisəyə aid Əmrlər kitabları tələb olunaraq əldə olunmuşdur. Qeyd olunan kitablarda iddiaçının xx.xx.1995-ci il tarixli 54 nömrəli əmrlə işdən işdən azad olunduğu, yenidən xx.xx.1995-ci il tarixli 67 nömrəli əmrlə işə bərpa olunduğu müəyyən edilərək həmin dövrdə iddiaçının əmək fəaliyyəti öz təsdiqini tapmışdır.
25. Yuxarıda qeyd olunana əsasən iddiaçının ümumi sığorta stajl cəmi (3 il 9 ay 28 gün+8 ay 3 gün+2 il+03 ay 14 gün+08 ay 25 gün+06 ay 10 gün+11 il 11 ay 4 gün+02 ay 10 gün+3 il 21 gün+10 ay ) 24 il 25 gün təşkil edir.
26. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçı cəmi 24 il 25 gün gün sosial sığorta stajına malik olmuşdur. İddiaçı tələb olunan 25 il sığorta stajına malik olmadığından ona yaşa görə əmək pensiyası təyin edilməli deyildir.
27. Həmçinin,məhkəmə kollegiyası qeyd edir ki, 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunanın əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilməsi üçün onun fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olmalıdır ki, iddiaçının da həmin tarixə pensiya kapitalı qeydə alınmamışdır.
28. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, cavabdehin iddiaçının müraciətinin təmin edilməsindən imtina etməsi qanunvericiliyin tələblərinə uyğun olmuşdur. Belə ki, iddiaçının apellyasiya şikayətinin dəlilləri, işin faktiki halları və iş materiallarına əlavə edilən sənədlərlə öz təsdiqini tapmır.
29. Beləliklə, məhkəmə kollegiyası göstərilənlərə əsasən hesab edir ki, cavabdeh inzibati orqan hazırkı inzibati iş üzrə qanunauyğun olaraq lazımi qaydada araşdırma aparmışdır. Ona görə də kollegiya hesab edir ki, tələbdə qeyd olunan müddət ərzində pensiyanın ödənilməsi qanuni olaraq dayandırılmışdır və cavabdehin həmin dövrdə ödənilmiş pensiyanın ödənilməsindən imtinası əsaslı olmuşdur.
30. Məhkəmə kollegiyası yuxarıda istinad olunan qanunvericilik normalarını və işin hallarını nəzərə alaraq belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X10 Şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialına qarşı “xx.xx.2021-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi və həmin tarixdən pensiyanın hesablanıb ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiasını təmin etməməkdə düzgün nəticəyə gəlmişdir. Ona görə də birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İddiaçının apellyasiya şikayətinin dəlilləri əsassız olduğu üçün təmin edilməməlidir.
31. Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 87, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən məhkəmə kollegiyası QƏRАRА АLDİ:
İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 17 yanvar 2023-cü il tarixli, 2-1(116)-370/2023 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarı ondan şikayət verilmədiyi halda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.