Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-236/2021 16.09.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məlikov Vəzirxan İsgəndər oğlu (sədrlik edən və məruzəçi), Eyvazov Akif Məhərləm oğlunun və Şükürov İmanverdi Həşimxan oğlundan ibarət tərkibdə, X4 iclas katibliyi, iddiaçı Mingəçevir Şəhər İcra Hakimiyyəti Mənzil Kommunal X2 Mənzil Təsərrüfatı və Abadlaşdırma İdarəsinin nümayəndələri X7 və X1 və cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi 11 saylı Ərazi Vergilər Departamentinin nümayəndəsi X3 iştirakı ilə İddiaçı Mingəçevir Şəhər İcra Hakimiyyəti Mənzil Kommunal X2 Mənzil Təsərrüfatı və Abadlaşdırma İdarəsinin cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi 11 saylı Ərazi Vergilər Departamentinə qarşı “tutulma müddəti bitmiş 171.346,72 manat məbləğində vergi borclarının ümidsiz borc hesab edilərək silinməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbi barədə inzibati iş üzrə Şəki İnzibati-İqtisadi Məhkəməsinin 17 iyul 2018-ci il tarixli 2-1(84)-154/2018 nömrəli qərarından cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi 11 saylı Ərazi Vergilər Departamenti tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq kollegiya Müəyyən etdi: Mingəçevir Şəhər İcra Hakimiyyəti Mənzil Kommunal X2 Mənzil Təsərrüfatı və Abadlaşdırma İdarəsinin şəxsi hesab vərəqəsinə əsasən müəssisənin 20.11.2012-ci il tarixə 171.346,72 manat qalıq borcu vardır. Mingəçevir Şəhər İcra Hakimiyyəti Mənzil Kommunal X2 Mənzil Təsərrüfatı və Abadlaşdırma İdarəsi barəsində 2013-2014-cü illər və 2015-ci il üzrə dövlət büdcəsinə müvafiq olaraq 328.388,35 və 136.167,46 manat məbləğində vergi borcunun dövlət büdcəsinə ödənilməkdən yayındırılması faktı üzrə Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamenti tərəfindən cinayət işi başlanmışdır. Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinin İstintaq İdarəsinin 31.07.2015-ci il tarixli və 11.05.2017-ci il tarixli qərarları ilə Mənzil Kommunal X2 Mənzil Təsərrüfatı və Abadlışdırma İdarəsində külli miqdarda vergilərin dövlət büdcəsinə ödənilməkdən yayındırılması faktı üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213.2.2-ci maddəsi ilə başlanmış ********* və 16280325 nömrəli cinayət işləri üzrə icraata xitam verilmişdir. “Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Qanununun icrası məqsədilə İdarənin 01 yanvar 2017-ci il tarixinə mövcud olan faizlər üzrə 380.749,09 manat, əmlaka yönəldilən məbləğ üzrə 239.515,28 manat borcu qeyd-şərtsiz silinmişdir. İdarə tərəfindən vergilər üzrə ödənilmiş məbləğlər vergi orqanı tərəfindən Vergi Vəcəlləsinin 88-ci maddəsinə əsasən yaranma tarixi ardıcıllığı ilə iddiaçının daha əvvəlki vergi öhdəliklərinə aid edilmişdir. İddiaçı idarə ümidsiz borcun silinməsi üçün 11 saylı ƏVD-ə müraciət etmiş, lakin sonuncu 07.12.2017-ci il tarixli məktubla bildirmişdir ki, idarənin 17.12.2017-ci il tarixə 229143,15 manat borcu olub, həmin borcun tələb etmə müddəti bitməmişdir. Belə ki, Vergi Məcəlləsinin 88-ci maddəsinə əsasən, vergi ödəyicisi tərəfindən 30.11,2012-ci ildən 30.11.2017-ci ilədək olan dövr ərzində dövlət büdcəsinə edilmiş ödənişlər yaranma ardıcıllığı gözlənilməklə 30.11.2017-ci il tarixədək yaranmış borcların bağlanılmasına aid edildiyindən müəssisədə hazırda ödəmə müddəti bitmiş borclar müəyyən olunmamışdır. Bundan sonra iddiaçı hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Mənzil Təsərrüfatı və Abadlaşdırma idarəsinin Nizamnaməsi 27.03.2002-ci il tarixdə 1002-A1-21 nömrəli şəhadətnamə əsasında Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Hüquqi şəxslərin dövlət qeydiyyatı üzrə Bərdə bölgə şöbəsində qeydiyyata alınmış və 25.01.2006-cı il tarixdə qeydiyyatda dəyişiklik edilərək Mənzil Təsərrüfatı və Abadlaşdırma İdarəsi adlandırılmışdır. Nizamnamənin 1.1-ci və 1.2-ci bəndlərinə əsasən, Mənzil Təsərrüfatı və Abadlaşdırma idarəsi Mingəçevir Şəhər Mənzil-Kommunal X2nin 21.10.2000-ci : tarixli 55 nömrəli əmri əsasında Mənzil Təsərrüfatı İdarəsinin adının dəyişdirilməsi ilə onun hüquqi varisi kimi fəaliyyət göstərir. Həmin idarə bundan əvvəl Mingəçevir Şəhər XDS İK-nin nəzdində sərbəst balanslı idarə kimi Respublika Kommunal Təsərrüfatı Nazirinin 19.08.1968-ci il tarixli 314 nömrəli əmri ilə təsis edilmiş və 28.11.1988-ci il tarixli 518 nömrəli əmri ilə Mingəçevir Şəhər Mənzil-Kommunal X2nin tabeliyinə verilmişdir. İdarə Mingəçevir Şəhər Mənzil-Kommunal X2nin tabeliyində olmaqla yanaşı, Mingəçevir Şəhər İcra Hakimiyyətinə operativ tabedir. İdarənin əsas fəaliyyət növləri "Dövlət mənzil fondunun istismarı, saxlanılması və yaxşılaşdırılması, xidmət etdiyi ərazidə fasiləsiz olaraq sakinlərin, habelə sosial, məişət, tikinti və digər obyektlərin içməli su və isti su ilə təchizatını təmin etmək, onlara kanalizasiya xidmətləri göstərmək, habelə Nizamnamə ilə yol verilən və mövcud qanunvericiliklə qadağan olunmayan digər fəaliyyət növləri" göstərməkdən ibarətdir. İdarə vergi orqanından aldığı ********** saylı vergi ödəyicilərinin eyniləşdirilmə nömrəsi əsasında fəaliyyət göstərir, -əaliyyət göstərdiyi dövrlər üzrə idarənin fəaliyyəti vergi orqanı tərəfindən müntəzəm olaraq yoxlanılmış və nəticəsi üzrə aktlar tərtib edilmişdir. Fəaliyyət göstərdiyi dövrlərin bəyannamə məlumatları əsasında şəxsi hesab vərəqəsində hesablanmış vergilər üzrə darənin 30 noyabr 2012-ci il tarixə 265306,27 manat məbləğində borcu olmuş və həmin borc məbləğindən 24 noyabr 2017-ci il tarixə qalıq qrafasında 196696,40 manat vergilərin tutulması mümkün olmamış və həmin məbləğ qalıq kimi qalmışdır. Dövlət büdcəsinə 30 noyabr 2012-ci il tarixə olan 265306,27 manat məbləğində borc 09 avqust 2017-ci il tarixinə darənin şəxsi hesab vərəqəsi üzrə 171346,72 manat təşkil etmişdir. Tutulma müddəti oıtmiş 171346,72 manat məbləğində vergilərin ümidsiz borc kimi silinməsi ilə əlaqədar c!araq 30 noyabr 2017-ci il tarixdə 184 nömrəli məktubla rəsmi qaydada 11 saylı Ərazi Vergilər Departamentinə müraciət edilsə də, cavabdeh əsassız olaraq müraciətin təmin edilməsindən imtina etmişdir. Şəki İnzibati-iqtisadi Məhkəməsinin 17 iyul 2018-ci il tarixli, 2-1 (84)-154/2018 nömrəli qərarı ilə (hakim Vidadi Qasımov) ərizə təmin edilmiş, Mingəçevir Şəhər İcra Hakimiyyəti Mənzil Kommunal X2 Mənzil Təsərrüfatı və Abadlaşdırma İdarəsinin 30.11.2012-ci il tarixədək yaranmış 171346,72 manat məbləğində əsas vergi borcunun ümidsiz borc hesab edilməsi və həmin məbləğin iddiaçının şəxsi hesab vərəqəsindən silinməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi 11 saylı Ərazi Vergilər Departamentinin üzərinə qoyulması və iş üzrə təyin edilmiş məhkəmə ekspertizası üzrə 145 manat ekspertiza xərcinin iddiaçı Mingəçevir Şəhər İcra Hakimiyyəti Mənzil Kommunal X2 Mənzil Təsərrüfatı və Abadlaşdırma İdarəsindən tutulub dövlət büdcəsinə ödənilməsi öhdəliyinin qoyulması qərara alınmışdır. Cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi 11 saylı Ərazi Vergilər Departamenti apellyasiya şikayəti verərək Şəki İnzibati-İqtisadi Məhkəməsinin 17 iyul 2018-ci il tarixli 2-1(84)-154/2018 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsinə dair qərar çıxarılmasını xahiş etmişdir. Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 18 oktyabr 2018-ci tarixli, 2- 1(107)-523/2018 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Şəki İnzibati-İqtisadi Məhkəməsinin 17 iyul 2018-ci il tarixli, 2-1(84)-154/2018 nömrəli qərarının dəyişdirilmədən qüvvədə saxlanılması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati-İqtisadi Kollegiyasının 29 may 2019cu il tarixli, 2-1(102)-1040/2019 nömrəli qərarı ilə Şəki Apelyasiya Məhkəməsinin İnzibati- İqtisadi Kollegiyasının 18 oktyabr 2018-ci tarixli, 2- 1(107)-523/2018 nömrəli qərarı ləğv edilib, iş yenidən baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 23 sentyabr 2020-ci tarixli, 2- 1(107)-13/2020 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Şəki İnzibati- İqtisadi Məhkəməsinin 17 iyul 2018-ci il tarixli, 2-1(84)-154/2018 nömrəli qərarının dəyişdirilmədən qüvvədə saxlanılması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati Kollegiyasının 16 fevral 2021-ci il tarixli, 2-1(102)-140/2021 nömrəli qərarı ilə Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 23 sentyabr 2020-ci tarixli, 2- 1(107)-13/2020 nömrəli qərarı ləğv edilib, iş yenidən baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyinin 11 saylı Ərazi Vergi Departamenti apellyasiya şikayətini belə əsaslandırmışdır ki, Mənzil Təsərrüfat və Abadlaşdırma İdarəsinin şəxsi hesab vərəqəsi üzrə 09.08.2017-ci il tarixə dövlət büdcəsinə ödənməmiş ümumilikdə 193453.10 manat borcu mövcud olmuşdur. Həmin borcun 171306.72 manatı əsas borcdan, 22106.38 manatı faiz borcundan və 40 manatı isə maliyyə sanksiyası üzrə borcdan ibarət olmuşdur. İşə baxan Şəki İnzibati-İqtisadi Məhkəməsi qərarını Vergi Məcəlləsinin 85.4-cü maddəsinin müddəasıyla əsaslandıraraq, 171346.72 manat borcun tutulma müddətinin bitdiyini və bu səbəbdən də Vergi Məcəlləsinin 93.1.1-ci maddəsinə əsasən ümidsiz borc kimi silinməli olduğu qənaətinə gəlmişdir. Lakin məhkəmə bu qərarı qəbul edərkən Vergi Məcəlləsinin 88-ci maddəsinin müddəalarını nəzərə almamış və vergi orqanı tərəfindən vergi borcunun ödənilməsini təmin etmək məqsədi ilə müəssisənin əmlakının siyahıya alınmasına dair qərar qəbul edilməsi və öhdəliyin icrasının təmin olunması üçün siyahıya alınmış əmlakın zəruri və kifayət olan həcmdə ixtisaslaşdırılmış açıq hərracda satılması məqsədi ilə məhkəməyə müraciət etmək kimi səlahiyyətlərindən istifadə etmədiyini qeyd etmişdir. Ancaq Vergi Məcəlləsinin 88-ci maddəsinə əsasən “Vergilər üzrə yaranmış borc aşağıdakı sıra qaydası ilə ödənilir: 1. yaranma tarixi ardıcıllığı ilə hesablanmış verginin məbləği; 2. hesablanmış faizlərin məbləği; 3. tətbiq edilmiş maliyyə sanksiyalarının məbləği”. Yəni məhkəmənin qeyd etdiyi səlahiyyətlərlə yanaşı vergi orqanının vergi ödəyicisi tərəfindən vergi borcları üzrə dövlət büdcəsinə daxil edilən ödəmələri yaranma tarixi ardıcıllığı ilə köhnə borcların ödənilməsinə yönəltmək hüququ vardır. Mingəçevir Şəhər Mənzil Kommunal Təsərrüfat İstehsalat Birliyi Mənzil Təsərrüfatı və Abadlaşdırma İdarəsinə münasibətdə isə vergi orqanı bu səlahiyyətindən istifadə etmiş və vergi borcunun ödənilməsini təmin etmək məqsədi ilə Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada vergi ödəyicisinə müvafiq borc bildirişləri göndərmiş və vergi ödəyicisinin bank hesablarına sərəncamlar qoymuşdur. Lakin vergi orqanının siyahıya alınmış əmlakın zəruri və kifayət olan həcmdə ixtisaslaşdırılmış açıq hərracda satılması məqsədi ilə məhkəməyə müraciət etmək kimi səlahiyyətlərindən vergi ödəyicisinin siyahıya alınmalı əmlakları olmaması səbəbindən istifadə etməməsi qeyd olunan borcun ümidsiz borc olmasını deməyə əsas vermir. Bu isə o deməkdir ki, Şəki İnzibati-İqtisadi Məhkəməsinin ümidsiz borc hesab edərək silinməsini qərara aldığı 171346.72 manat borc məbləği vergi ödəyicisinin şəxsi hesab vərəqəsindən də, göründüyü kimi 09.08.2017-ci il tarixə olan yeni yaranmış və dövlət büdcəsinə ödənilməmiş borc məbləğləridir. Həmçinin onuda qeyd etmək lazımdır ki, analoji bir iddia ilə bağlı Şəki İnzibati- İqtisad Məhkəməsinin icraatında olmuş 18.09.2016-ci il tarixli 2-1(84)1157/2018 nömrəli iş üzrə Ali Məhkəmənin qəbul etdiyi 2-1(102)-868/2018 nömrəli Qərarı bu yöndədir ki, borcun ümidsiz borc kimi silinməsi üçün vergi ödəyicisi tərəfindən iddia olunan müddət ərzində dövlət büdcəsinə hər hansı ödəniş edilməmiş olsun. 09.08.2017- Lakin vergi ödəyicisi olan Mingəçevir Şəhər Mənzil Kommunal Təsərrüfat İstehsalat Birliyi Mənzil Təsərrüfatı və Abadlaşdırma İdarəsi tərəfindən 09.08.2012-ci il tarixdən 09.08.2017-ci il tarixədək dövlət büdcəsinə mütəmadi olaraq ödənişlər edilmiş və həmin ödənişlərin ümumi məbləği 1019867.66 manat təşkil etmişdir. Vergi orqanı isə öz növbəsində həmin ardıcıl ödənişlər hesabına vergi ödəyicisinin dövlət büdcəsinə borcu yarandıqca Vergi Məcəlləsinin 88-ci maddəsinin tələbinə uyğun olaraq borc məbləğlərinin ödənilməsi ilə bağlı vəzifələrini yerinə yetirmiş və həmin məbləğlərin mütəmadi olaraq ödənilməsinə nail olmuşdur. 21.05.2018- Həmçinin, Şəki İnzibati-İqtisadi Məhkəməsi 17.07.2018-ci il tarixli 2-1 (84)- 154/2018 saylı qərarında Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 21.05.2018- ci il tarixli 6901 nömrəli ekspert rəyini mötəbər sübut kimi qəbul edərək, ona istinad etmişdir. Lakin həmin ekspert rəyinin mötəbər sübut kimi qəbul edilməsinə yol verməyən kifayət qədər əsaslar vardır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosesual Məcəlləsinin 101.2-ci maddəsinə əsasən ekspert rəyində aparılmış tədqiqatların müfəssəl təsviri, onlara əsasən çıxarılmış nəticələr və məhkəmə tərəfindən qoyulmuş suallara əsaslandırılmış cavablar verilməlidir. Ancaq sözü gedən rəyin tədqiqat hissəsində ekspert vergi ödəyicisinin bank hesabından tutulan məbləğləri, vergi orqanı tərəfindən silinən borclarını sadalamaqla kifayətlənmiş, 171346.72 manat məbləğində vergi borcunun nə vaxt yaranmasını, hansı növ vergilərdən ibarət olmasını və həmin borcun nə üçün ümidsiz borc olmasını izah etmədən birbaşa həmin borcun ümidsiz borc olması nəticəsinə gəlmişdir. Həmçinin, ekspert bu nəticəyə gələrkən vergi ödəyicisi tərəfindən 09.08.2012-ci il tarixdən etibarən 5 il ərzində dövlət büdcəsinə vergilər üzrə 1019867.66 manat məbləğində ödənişlər edildiyini nəzərə almamışdır. Bununla yanaşı 21.05.2018-ci il tarixli ekspert rəyinin qüvvədə olan Vergi Məcəlləsinin müddəalarından kənar çıxaraq, 88-ci maddədə göstərilən vergi borclarının yaranma tarixi ardıcıllığına görə ödənildiyini nəzərə almadan 171346,72 manat borcun birbaşa ümidsiz borc hesab edilməsi birdaha həmin rəyin əsassız olduğunu göstərir. Eyni zamanda məhkəmənin iş üzrə düzgün araşdırma aparmaması, 171346,72 manat borcun birbaşa 30.11.2012-ci il tarixədək yaranmış borc olmasını deməsi və vergi orqanı tərəfindən təqdim edilmiş sübutların qiymətləndirilməməsi həmin məbləğin tərkibində olan 19.04.2017-ci il tarixdə tətbiq edilmiş 40 manat maliyyə sanksiyasının nəzərə alınmamasıdır. Buda onu göstərir ki, ekspert və məhkəmə tərəfindən cavabdeh vergi orqanı tərəfindən təqdim edilmiş sənədlərə əhəmiyyət verilmədən nəticəyə hesablanmış məqsədə nail olunmasına çalışılmışdır.Şəxsi hesab vərəqəsindən göründüyü kimi, 09.08.2017-ci il tarixə olan borcun manatı əsas vergi borcundan 40 manatı isə maliyyə sanksiyasından ibarətdir. 171306.72 manat vergi borcun hansı borclardan və nə vaxt hesablanmasını təsdiq edən sənəd məhkəməyə təqdim edilməsinə baxmayaraq məhkəmə həmin sübutların nə üçün qəbul edilməməsini, ödənilmiş vergilərin nə üçün Vergi Məcəlləsinin 88-ci maddəsinə əsasən daha əvvəl yaranmış borclara aid edilməməsini qərarında əsaslandırmamış və işin hallarını qərarında qeyd etməklə qeyd olunan məbləğin ümidsiz borc olması qənaətinə gəlmişdir. Yuxarıda göstərilmiş əsaslara görə, cavabdeh Şəki İnzibati-İqtisadi Məhkəməsinin 17 iyul 2018-ci il tarixli, 2-1 (84)-154/2018 nömrəli qərarının ləğv edilməsi və iddia tələbinin rədd idilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatları Məhkəmə kollegiyası iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyinin 11 saylı Ərazi Vergi Departamentinin nümayəndəsi X6 apelyasiya şikayətini müdafiə edərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək, iddianın təmin olunmamasını məhkəmə kollegiyasından xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı Mingəçevir Şəhər İcra Hakimiyyəti Mənzil Kommunal X2 Mənzil Təsərrüfatı və Abadlaşdırma İdarəsinin nümayəndələri X7 və X1 apellyasiya şikayətinə təmin olunmamasını birinci instansiya məhkəməsinin qərarını dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etmişdir. Hüquqi məsələlər: Cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi 11 saylı Ərazi Vergilər Departamenti apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPMin 85.2 və 85.3-cü maddələri). Apellyasiya şikayəti mümkündür. Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati Kollegiyası 16 fevral 2021-ci il tarixli, 2-1(102)-140/2021 nömrəli qərarında qeyd etmişdir ki, apellyasiya instansiyası məhkəməsi cavabdeh tərəfindən Vergi Məcəlləsinin 88-ci maddəsinin iddiaçının vergi öhdəliklərinə münasibətdə tətbiqinin Vergi Məcəlləsində vergi orqanının hüquqlarına dair 23.1.6, 23.1.8, 85.4-cü maddələri, vergi orqanının hüquqlarının həyata keçirilmə üsullarını müəyyən edən 65, 89 və 90-cı maddələri ilə ziddiyyət təşkil etdiyinə dair gəldiyi nəticəni əsaslandırmamış, həmin ziddiyyətlərin məhz nədə ifadə olunduğunu göstərməmişdir. Digər tərəfdən, apellyasiya instansiyası məhkəməsi həmin qənaəti ilə, həmçinin təsdiq edir ki, cavabdeh vergi orqanı vergi ödəyicisi tərəfindən 2012-2017-ci illərdə ödənilmiş vergi məbləğlərini vergi ödəyicisinin borclarının ödənilməsinə, həm də Vergi Məcəlləsinin 88-ci maddəsinə uyğun olaraq yönəltmişdir. Cavabdehin də əsas dəlili ondan ibarətdir ki, o, iddiaçının vergi öhdəlikləri ilə bağlı məhz Vergi Məcəlləsinin 88-ci maddəsinin tələbinə uyğun davranmış, bu səbəbdən də iddiaçının vaxtı ötmüş borcu qalmamışdır. Apellyasiya instansiyası məhkəməsi sübutlarla bağlı qənaətini əsaslandırarkən qeyd etmişdir ki, (1) “...ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir.”; (2) “...cavabdeh tərəf istər birinci instansiya məhkəməsində, istərsə də apelyasiya məhkəməsində iddia tələbinə, eləcə də ekspert rəylərinə etiraz etsə də, bununla bağlı məhkəməyə hər hansı mötəbər sübut təqdim etməmişdir. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin həmin qənaətini işin faktiki hallarına və İPM-in 12.1, 57.8 və 82-ci maddələrinin tələblərinə uyğun hesab etmir. Belə ki, məhkəmə qərardadı ilə ekspert qarşısında qoyulmuş 3-cü sual “İddiaçı müəssisənin 30.11.2012-ci il tarixədək yaranmış borc məbləğinin tərkibi vergi dövrləri, məbləğləri göstərilməklə yaranma tarixi ardıcıllığı ilə hansı vergi növlərindən ibarətdir?” məzmunda olmuş, həmin suala verilmiş cavabda ekspert göstərmişdir ki, iddiaçı müəssisənin 30.11.2012-ci il tarixədək yaranmış borc məbləğinin tərkibi vergi dövrləri, məbləğləri göstərilməklə yaranma tarixi ardıcıllığı ilə hansı vergi növlərindən ibarət olması sualının cavablandırılması mümkün deyildir. Halbuki, hər hansı borc məbləğinin, o cümlədən iddiaçının ümidsiz borc olduğunu iddia etdiyi, şəxsi hesab vərəqəsində 30.11.2012-ci il tarixə olan qalıq 171.346,72 manat borc məbləğinin hansı vergi növlərindən ibarət olması və hansı dövrdə yaranmasının müəyyən edilməsi onun 5 illik tələbetmə müddətinin keçməsi qənaətinə gəlinməsi üçün zəruridir. Cavabdeh haqlı olaraq qeyd edir ki, qalıq borc məbləğinin hansı vergi növlərindən ibarət olması və hansı dövrdə yaranmasını ekspert müəyyən edə bilməsə də, bu barədə iş materiallarında cavabdeh tərəfindən təqdim edilmiş sübutlar (cədvəllər) mövcuddur. Hazırki məhkəmə kollegiyası Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati Kollegiyasının müvafiq qeydlərini və iş üzrə cavabdeh orqan tərəfindən təqdim edilmiş sübutlara qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir ki, Mənzil Təsərrüfat və Abadlaşdırma İdarəsinin şəxsi hesab vərəqəsi üzrə 09.08.2017-ci il tarixə dövlət büdcəsinə ödənməmiş ümumilikdə 193.453,10 manat borcu mövcud olmuşdur. Həmin borcun tərkibi aşağıdakı kimi olmuşdur: • 171.306,72 manat əsas vergi borcu; • 22.106,38 manat faiz. • 40,00 manat maliyyə sanksiyası. Qeyd olunan 171.306,72 manat əsas vergi borcunun tərkibi aşağıdakı vergi növlərindən və hesabat dövrlərindən ibarət olmuşdur (09.08.2017-ci il tarixə olan əsas vergi borcunun tərkibi barədə məlumat iş materiallarına əlavə olunmuşdur); • 126.243,20 manat ƏDV (avqust 2016 - iyun 2017); • 5.977,95 manat əmlak vergisi (2016 - 2017); • 97,70 manat torpaq vergisi (2017); • 4.879,25 manat MÖMV (avqust 2016 - iyun 2017). • 34.108,62 manat mənfəət vergisi (2015- iyun 2016). Göründüyü kimi, mübahisələndirilən borcun tələbetmə müddəti ötməmişdir. Digər tərəfdən, iddia olunan tarixdən (09.08.2017) 5 il əvvəlki tarixə, yəni 2012-ci ilin avqust ayının 9-na müəssisənin borcu 414.228,80 manat olmuş və bu borcun tərkibi aşağıdakı kimi olmuşdur: 186.890,54 manat əsas vergi borcu; 45.353,70 manat maliyyə sanksiyası; 181.984,56 manat faiz borcu; Qeyd olunan tarixdən, yəni 2012-ci ilin avqust ayından 09.08.2017-ci il tarixə qədər iddiaçı dövlət büdcəsinə 1.019.687,66 manat ödəniş etməklə yuxarıda göstərilən bütün borc məbləğini ödəmişdir. Bununla yanaşı, eyni dövrdə vergi orqanı kameral vergi yoxlamasının nəticəsini ləğv etməklə yuxarıda göstərilən borc məbləğinin 70.227,12 manat hissəsini azaltmışdır. Nəhayət, 5 illik dövrdə vergi orqanı müəssisənin 594.454,32 manat (446.509,5 manat faiz və 77.717,7 manat maliyyə sanksiyası və 70.227,12 manat) borcunu silmiş və azaltmışdır. Vergi Məcəlləsinin 88-ci maddəsi ilə vergilər üzrə borcların ödəniməsi qaydası müəyyən edilmişdir. Belə ki, vergi ödəyicinin əvvəlki illərdən borcu vardırsa onun cari il üçün nəzərdə tutaraq ödədiyi vergi məbləği Vergi Məcəlləsinin 88.0.1-ci maddəsində nəzərdə tutulduğu kimi əvvəlki ildən və ya illərdən qalan vergi borcuna aid edilir. Vergi Məcəlləsinin tələbindən də, göründüyü kimi vergi ödəyicisinin 09.08.2012-ci il tarixdən sonra (iddia həcminin artırılması barədə ərizədən əvvəlki 5 illik müddət ərzində) dövlət büdcəsinə 1.019.687,66 manat məbləğində vəsait ödənmişdir ki, bu da nəinki həmin tarixə olan əsas vergi borcunun ödənməsi, həmçinin ödəniş həcmində həmin tarixdən sonra yaranmış digər borclarının da ödənməsi deməkdir. Cavabdeh vergi orqanı tərəfindən iş materiallarına əlavə edilmiş sənədlərdən (cədvəllərdən) göründüyü kimi iddiaçının silinməsini iddia etdiyi dövlət büdcəsinə ödənməmiş qalan borcunun hansı tarixdə və hansı tədiyyələr üzrə borclardan ibarət olması göstərilmişdir. Hazırkı iş üzrə iddiaçının dövlət büdcəsinə olan borcun tərkibində ən əvvəlki dövrə aid borc 2015-ci il üçün hesablanmış mənfəət vergisidir ki, onun da tələbetmə müddəti 2021 -ci ilin mart ayının 31-i (vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan 5 il sonra) başa çatır. İddiaçının məhkəmədə iddia qaldırmaqla mübahisə edilən məbləği ödəmədiyini bildirərək həmin borcun ümidsiz borclardan ibarət olmasını iddia etməsi Vergi Məcəlləsinin 88-ci maddəsinin təsiri altına düşərək ödədiyi ödənişlərlə təkzib olunur. Onu da qeyd etmək lazımdır ki, qanunvericilikdə 88-ci maddə ilə borcların ödənməsinin qaydasının müəyyən edilməsi heç də təsadüfi deyildir. Həmin maddə ilə borcların ödənməsinin qaydasını müəyyən edilməsi zərurətdən yaranmış və vergi ödəyicisi vergi öhdəlikləri üzrə məbləğləri mütəmadi olaraq dövlətin xeyrinə keçirməyə borcludur, əks təqdirdə dövlətin, həmçinin digər şəxslərin hüquqları və qanunla qorunan maraqlan pozulmuş olur. Əgər iddiaçının tələbindəki kimi Vergi Məcəlləsinin 88-ci maddəsini nəzərə almasaq onda hər bir vergi ödəyicisi yeni yaranmış borclarını ödəyər və ya yeni yaranmış öhdəliklərini yerinə yetirər qanunvericiliklə müəyyən edilmiş müddət keçdikdən sonra həmin tələb etmə müddəti keçmiş borclarının silinməsini tələb edərdi. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 78.3, 85.4, 90.3 və 93.1.1 -ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarında qeyd edilir ki, Konstitusiyanın 73-cü maddəsində təsbit olunmuş vergi ödəmək vəzifəsi dövlətin şərtsiz tələbi kimi bütün vergi ödəyicilərinə şamil olunur. Vergi ödəyicisi qanunla nəzərdə tutulmuş qaydada müəyyən pul məbləği şəklində dövlətin xəzinəsinə ödənilməli olan əmlakının müəyyən hissəsinə dair öz mülahizəsinə uyğun sərəncam verə bilməz və bu məbləği mütəmadi olaraq dövlətin xeyrinə keçirməyə borcludur, əks təqdirdə dövlətin, həmçinin digər şəxslərin hüquqları və qanunla qorunan maraqları pozulmuş olur. Həmçinin həmin qərarda göstərilir ki, hesablanmış vergilərin, faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının tutulmasının Azərbaycan Respublikası Vergi Məcəlləsinin 85.4-cü maddəsi ilə müəyyən olunmuş müddətinin bitməsi həmin Məcəllənin 93.1.1-ci maddəsinə uyğun olaraq vergi öhdəliyinin yerinə yetirilməsi müddətinin bitməsi kimi qəbul olunaraq, tutulma müddəti bitmiş vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borclar ümidsiz borc kimi silinir. İstər Konstitusiya Məhkəməsinin qeyd edilən qərarından, istərsə də Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 93.1.1-ci maddəsinin tələbindən də görünür ki, vergi öhdəliyinin yerinə yetirilmə müddəti qurtardıqda ümidsiz borclar silinir. Birinci instansiya məhkəməsinin qərarının əsaslandırması isə bundan ibarət olmuşdur ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 85.4-cü maddəsi ilə müəyyən olunmuş müddətin bitməsi həmin Məcəllənin 93.1.1-ci maddəsinə uyğun olaraq vergi öhdəliyinin yerinə yetirilməsi müddətinin bitməsi kimi qəbul olunaraq, tutulma müddəti bitmiş vergilər faizlər və maliyyə sanksiyaları üzrə borclar ümidsiz borc kimi silinməlidir. Həmçinin birinci instansiya məhkəməsi göstərmişdir ki, ümidsiz borcların silinməsi vergi orqanının vəzifəsi olduğundan, buna baxmayaraq vergi orqanı həmin borcu silməyərək vergi ödəyicisi tərəfindən ödənilmiş vergiləri VM-nin 88-ci maddəsinə istinad edərək əvvəlki borcun ödənilməsinə yönəltmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, məhkəməyə təqdim olunmuş sübutlarla müəyyən olunur ki, iddiaçının iddia ilə məhkəməyə müraciət etdiyi tarixdən 5 il əvvəlki tarixə ödənilməmiş, tələbetmə müddəti keçmiş hər hansı borc məbləği mövcud olmamışdır. Həmçinin iddiaçının şəxsi hesab vərəqəsi ilə, ödənişlər barədə məlumatlarla da müəyyən olunur ki, iddiaçı ödənişləri illər üzrə ardıcıl olaraq həyata keçirmişdir. Vergi ödəyicisinin dövlət büdcəsinə borcu yarandıqca vergi orqanı borc məbləğlərinin ödənilməsi ilə bağlı öz vəzifələrini yerinə yetirərək, həmin məbləğlərinin mütəmadi olaraq ödənilməsinə nail olmuşdur. Yəni o halda məhkəmə qərarı haqlı hesab edə bilərdi ki, iddiaçının 2012-ci ilədək şəxsi hesab vərəqəsi üzrə borcu mövcud olsun, o, 2017-ci ilədək heç bir ödəniş həyata keçirilməsin, vergi orqanı 2012-ci ildən əvvəlki borc məbləğini silməsin və iddiaçı tərəfindən 2017-ci ildən sonra ödənilmiş ödənişlər isə 2012-ci ildən əvvəlki borclara aid edilmiş olsun. Göründüyü kimi, məhkəmə tərəfindən iş üzrə təqdim olunmuş sübutlar düzgün araşdırılmamış, həmin sübutlara düzgün hüquqi qiymət verilməmiş, vergi orqanı tərəfindən təqdim olunmuş sübutlara nəyə görə istinad edilmədiyi, həmin sübutların nə ilə təkzib olunduğu göstərilməmişdir. Vergi ödəyicisi olan Mingəçevir Şəhər Mənzil Kommunal Təsərrüfat İstehsalat Birliyi Mənzil Təsərrüfatı və Abadlaşdırma İdarəsi tərəfindən 09.08.2012-ci il tarixdən 09.08.2017-ci il tarixədək dövlət büdcəsinə mütəmadi olaraq ödənişlər edilmiş və həmin ödənişlərin ümumi məbləği 1.019.687,66 manat təşkil etmişdir. Vergi orqanı isə öz növbəsində həmin ardıcıl ödənişlər hesabına vergi ödəyicisinin dövlət büdcəsinə borcu yarandıqca Vergi Məcəlləsinin 88- ci maddəsinin tələbinə uyğun olaraq borc məbləğlərinin ödənilməsi ilə bağlı vəzifələrini yerinə yetirmiş və həmin məbləğlərin mütəmadi olaraq ödənilməsinə nail olmuşdur. Təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizası üzrə alınmış 30.12.2019-cu il tarixli və 07.08.2020-ci il tarixli ekspert rəylərinin nəticə hissələrini qərarın əsaslandırıcı hissəsinə köçürdüyü halda bu rəylərdən hansını mötəbər sübut kimi qəbul edib ona əsas qərar qəbul etdiyini qərarında qeyd etməməsidir. Bu ondan irəli gəlir ki, hətta məhkəmə kollegiyası belə verilmiş ekspert rəylərinin tədqiqat və nəticə hissələrinin işin faktiki halları ilə açıq-aşkar ziddiyyət təşkil etdiyini anlamış və məhz bu səbəbdən konkret hansı tarixli ekspert rəyini sübut qismində qəbul etdiyini qeyd etməkdən yayınmışdır. Bildiririk ki, qeyd olunan ekspert rəylərinin mötəbər sübut kimi qəbul edilməsinə yol verməyən kifayət qədər əsaslar vardır. Həmin əsaslar cavabdeh tərəfindən hazırlanmış yazılı sənədlə məhkəmə kollegiyasına təqdim olunmasına baxmayaraq bu əsaslara məhkəmə tərəfindən heç bir münasibət bildirilməmişdir. Məhkəmə kollegiyası iş üzə alınmış 07.08.2020-ci il tarixli 9/352 nömrəli ekspert rəyinə münasibətdə onu bildirir ki, 2012-ci ilin noyabr ayından 2017-ci ilin noyabr ayınadək olan dövrdə müəssisə tərəfindən ödənilmiş məbləğlərə nəzər saldıqda görünür ki, ekspert tərəfindən hesablanmış məbləğlərlə vergi ödəyicisinin şəxsi hesab vərəqəsinə əsasən ödənilmiş məbləğlər arasında ümumilikdə 557,96 manat fərq mövcuddur. Belə ki, vergi ödəyicisinin şəxsi hesab vərəqəsinə əsasən 30.11.2012 - 30.11.2017-ci il tarix aralığında 1.010.953,59 manat ödəniş edildiyi halda ekspert rəyində bu məbləğ 1.010.395,63 manat göstərmişdir. Eyni zamanda qeyd etmək lazımdır ki, eyni ekspert tərəfindən verilmiş əvvəlki 30.12.2019-cu il tarixli 23834 nömrəli rəydə 30.11.2012-30.11.2017-ci il tarix aralığında dövlət büdcəsinə edilmiş ödənişlərin məbləğini 836.695,70 manat göstərilmişdir. Ekspert rəyində ekspertizanın tədqiqat hissəsində müəyyən olunan faktlarla ekspertin gəldiyi nəticələr arasında tam ziddiyyət mövcuddur, yəni ki, ekspert tədqiqatla müəyyən etdiklərinin əksinə nəticəyə gəlmişdir. Ekspert birinci sual üzrə nəticəyə gəlmişdir ki, iddiaçı müəssisənin iş materiallarında olan sənədlərə və şəxsi hesab vərəqəsinə əsasən 30.11.2012-ci il tarixə 265.306,27 manat borcun olması təsdiq olunur. Ekspert ikinci sual üzrə cavab verərkən birinci abzasda müəssisə tərəfindən 30.11.2012- ci il tarixdən - 30.11.2017-ci il tarixədək büdcəyə 1,010.395,63 manat ödəniş edildiyini göstərir. Lakin ardınca 30.11.2012-ci il tarixdən - 30.11.2017-ci il tarixədək 70.209,87 manat məbləğində ödəniş edildiyini bildirmiş və 195.196,40 manat məbləğin tutulmasının mümkün olmadığı qeyd edilmişdir. Ekspertin rəyində göstərdiyi 70.209,87 manat məbləğində ödəniş edilməsini qeyd etdiyi rəqəmin haradan alındığı məlum olmadığı kimi gəldiyi nəticə üzrə 195.196,40 manat məbləğində heç bir səbəb göstərilmədən 171.346,72 manata endirilməsi aydın olmayan məqamlardandır. Məhkəmə kollegiyası bildirir ki, ekspert rəyində də göstərilir ki, müəssisənin 30.11.2012-ci il tarixinə hesablanmış faiz nəzərə alınmadan borcu 265.306,27 manat olmuşdur. Bu isə o deməkdir ki, ekspertin birinci sual üzrə gəldiyi nəticənin əsaslı olması üçün həmin 265.306,27 manat borc məbləğinin 30.11.2017-ci il tarixə 171.346,72 manat hissəsinin ödənilməmiş qalması tələb olunur. Bundan ötrü isə, 30.11.2012-ci il tarixdən 30.11.2017-ci il tarixədək iddaçı tərəfindən ödənilmiş borc məbləği 93.959,55 manat olmalıdır. Lakin, ekspert rəyində həmin müddətdə vergi ödəyicisi tərəfindən ödənilmiş borc məbləğinin 1.010.395,63 manat olduğu göstərilmişdir ki, bu da öz növbəsində 30.11.2012ci il tarixə mövcud olan 265.306,27 manat borc məbləğinin 30.11.2017-ci il tarixə ödənilməmiş qalmasını istisna edir. Yəni ekspert rəyin nəticə hissəsində tədqiqatla müəyyən etdiyindən fərqli nəticəyə gəlmişdir ki, bu ekspert tərəfindən qanunvericiliyin, daha dəqiq desək Vergi Məcəlləsinin 88-ci maddəsinin tələblərini nəzərə almaması səbəbindən olmuşdur. Çünki, Vergi Məcəlləsinin 01.01.2020-ci il tarixədək qüvvədə olan redaksiyasının 88-ci maddəsinə görə vergilər aşağıdakı qaydada ödənilir: 88.0. Vergilər üzrə yaranmış borc aşağıdakı sıra qaydası ilə ödənilir: 88.0. 1. yaranma tarixi ardıcıllığı ilə hesablanmış verginin məbləği; 88.0. 2. hesablanmış faizlərin məbləği; 88.0. 3. tətbiq edilmiş maliyyə sanksiyalarının məbləği. Ekspertin 3-cü sual üzrə gəldiyi nəticə isə xüsusilə diqqətəlayiqdir və ekspertin iş üzrə rəy vermək imkanının olmamasını sübut edir. Belə ki, ekspert qarşısında aşağıdakı sual qoyulmuşdur: İddiaçı müəssisənin 30.11.2012-ci il tarixədək yaranmış borc məbləğinin tərkibi vergi dövrləri, məbləğləri göstərilməklə yaranma tarixi ardıcıllığı ilə hansı vergi növlərindən ibarətdir? Həmin suala verilmiş cavabda ekspert göstərmişdir ki, iddiaçı müəssisənin 30.11.2012-ci il tarixədək yaranmış borc məbləğinin tərkibi vergi dövrləri, məbləğləri göstərilməklə yaranma tarixi ardıcıllığı ilə hansı vergi növlərindən ibarət olması sualının cavablandırılması mümkün deyildir. Yəni ekspert öz rəyində göstərir ki, onun hər hansı bir tarixə olan vergi borcunun yaranma tarixi və hansı vergi növlərindən ibarət olması barədə rəy vermək imkanı yoxdur. Halbuki, hər hansı borc məbləğinin, o cümlədən iddiaçının ümidsiz borc olduğunu iddia etdiyi, şəxsi hesab vərəqəsində 30.11.2012-ci il tarixə olan qalıq 171.346,72 manat borc məbləğinin hansı vergi növlərindən ibarət olması və hansı dövrdə yaranmasının müəyyən edilməsi onun 5 illik tələbetmə müddətinin keçməsi qənaətinə gəlinməsi üçün zəruridir. Qalıq borc məbləğinin hansı vergi növlərindən ibarət olması və hansı dövrdə yaranmasını ekspert müəyyən edə bilməsə də bu barədə iş materiallarında cavabdeh tərəfindən təqdim edilmiş sübutlar (cədvəllər) mövcuddur. Göründüyü kimi, ekspert rəyinin özündə həmin rəyin sübut kimi qəbul edilməsini istisna edən kifayət qədər əsaslı faktlar olsa da məhkəmə bu faktları nəzərdən qaçırmış, ekspert vergi ödəyicisinin qalıq borc məbləğinin tərkibinin hansı vergi növlərindən ibarət olması və hansı dövrləri əhatə etməsi barədə rəy vermək imkanının olmamasını bildirdiyi halda məhkəmə vergi ödəyicisinin 30.11.2017-ci il tarixə olan qalıq 171.346,72 manat borc məbləğinin 5 illik tələbetmə müddətinin keçməsini ekspertin hansı riyazi hesablamalara əsasən hesabladığını aydınlaşdırmağı lazım bilməmişdir. Ekspert 171.346,72 manat məbləğində vergi borcunun nə vaxt yaranmasını, hansı növ vergilərdən İbarət olmasını və həmin borcun nə üçün ümidsiz borc olmasını izah etmədən birbaşa həmin borcun ümidsiz borc olması nəticəsinə gəlmişdir. Cavabdeh iddia tələbinə və ekspert rəylərinə etiraz etsə də bununla bağlı məhkəməyə hər hansı mötəbər sübut təqdim etməmişdir Məhkəmə kollegiyası bildirir ki, iş materiallarında cavabdeh tərəfindən təqdim edilmiş, vergi ödəyicisinin şəxsi hesab vərəqəsi məlumatlarına əsasən 30.11.2017-ci il tarixə olan qalıq borcun tərkibindəki 171.346,72 manat borc məbləğinin tərkibinin aşağıdakı kimi olması barədə sübut (cədvəl) mövcuddur: 126.243,20 manat ƏDV (avqust 2016 - iyun 2017); • 5.977,95 manat əmlak vergisi (2016 - 2017); • 97,70 manat torpaq vergisi (2017); • 4.879,25 manat MÖMV (avqust 2016 - iyun 2017). • 34.108,62 manat mənfəət vergisi (2015- iyun 2016) Göründüyü kimi özü özünü təkzib edən ekspert rəyinə əsaslanan məhkəmə ekspertin ekspert rəyində göstərdiklərini təkzib edən və cavabdeh tərəfindən təqdim edilmiş sübutlara heç bir hüquqi qiymət verməməklə Azərbaycan Respublikası İPM-in 58.7-ci maddəsinin tələblərini kobud şəkildə pozmuşdur. Qeyd olunanlardan göründüyü kimi, məhkəmə prosessual hüquq normaları ilə yanaşı maddi hüquq normasının da tələbini pozmuşdur. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəllənin 12-ci maddəsinə əsasən məhkəmə mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Mülkİ Prosessual Məcəllənin 14-cü maddəsinə görə işin hərtərəfli, tam və obyektiv tədqiqi məhkəmə baxışının əsas prinsipləridir. Həmin Məcəllənin 418.1 -ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsasdır. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmır və hesab edir ki, birinci instansiya məhkəməsi işin faktiki hallarını tam və hərtərəfli araşdırmamış, iddia tələbini təmin etməməklə maddi və prossesual hüquq normalarının tətbiqində səhvə yol verərək inzibati iş üzrə düzgün nəticəyə gəlməmişdir. Belə olan halda, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, apellyasiya şikayətinin dəlilləri isə əsaslı olduğundan təmin edilməlidir. İPM-in 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi baxılan mübahisə üzrə düzgün nəticəyə gəlməmişdir. Buna görə də apellyasiya şikayəti təmin edilərək birinci instansiya məhkəməsinin qərarı İPM-in 87.6-cı maddəsinə əsasən ləğv edilməli və iddia tələbi təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 94, 115.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi 11 saylı Ərazi Vergilər Departamenti tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Şəki İnzibati-İqtisadi Məhkəməsinin 17 iyul 2018-ci il tarixli 2-1(84)-154/2018 nömrəli qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İş üzrə iddia tələbi təmin edilməsin. İddiaçı Mingəçevir Şəhər İcra Hakimiyyəti Mənzil Kommunal X2 Mənzil Təsərrüfatı və Abadlaşdırma İdarəsinin cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi 11 saylı Ərazi Vergilər Departamentinə qarşı “tutulma müddəti bitmiş 171.346.72 manat məbləğində vergi borclarının ümidsiz borc hesab edilərək silinməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası rədd edilsin. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarı ondan şikayət verilmədiyi halda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-1(107)-236/2021
Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-236/2021
16.09.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver