Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-237/2020 03.07.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən və məruzəçi), Məlikov Vəzirxan İsgəndər oğlu və Hüseynov Elçin Şirin oğlundan ibarət tərkibdə, Tağıyev Babək Vaqif oğlunun katibliyi ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdehnə qarşı "pensiyanın dayandırılmasına dair cavabdehin hərəkətlərinin qanunsuz hesab edilməsi, xx.xx.1985-ci il tarixdən xx.xx.2002-ci ilədək X5 Avtomobil dəstəsində işlədiyi müddətin sosial sığorta stajına daxil edilməsi və pensiyanın bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbi barədə inzibatiiş üzrə Şəki İnzibati Məhkəməsinin xx xxx 2020-ci il tarixli 2-1(116)-560/2020 nömrəli qərarından DSMF-in Oğuz rayon şöbəsi tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə İddiaçı xx.xx.1960-cı ildə ildə Oğuz rayonu Muxas kəndində anadan olmuşdur. 1977ci ildə orta məktəbi qurtarıb, 1977-ci ilin sentyabr ayından 1980-ci ilin aprel ayınadək Mingəçevir şəhər Politenik Texnikumunda avtomobil texniki ixtisası üzrə gündüz şöbəsində təhsil almışdır. xx.xx.1980-ci ildən xx.xx.1982-ci ilədək ordu sıralarında xidmət etmişdir. xx.xx.1982-ci ildən xx.xx.1982-ci ilədək Melorasiya Tikinti-Baş İdarəsinin Daşağıl sahəsində fəhlə işləmişdir. xx.xx.1983-cü ildən xx.xx.1984-cü ilədək 80 saylı Yol-Tikinti İdarəsində çilingər vəzifəsində işləmişdir. xx.xx.1984-cü ildən xx.xx.1985-ci ilədək Oğuz 5 saylı Tütünçülük Sovxozunda sürücü işləmişdir. xx.xx.1985-ci ildən xx.xx.2002-ci ilədək X1 Oğuz rayon avtomobil dəstəsində sürücü vəzifəsində işləmişdir. 2017-ci ildə Bakı şəhərində ağır cərrahiyyə əməliyyatı keçirmiş və həkim X3 qərarına əsasən ona İİ qrup əlillik kəsilmişdir. Pensiya təminatı almaq üçün DSMF-in Oğuz rayon şöbəsinə müraciət etmiş, lakin iddiaçıya xx.xx.2019-cu il tarixdə göndərilmiş **********4 saylı məktubda xx.xx.1985-ci il tarixdən xx.xx.1997-ci il tarixədək olan dövr üçün işlədiyi müddətdə aldığı əmək haqqına dair əmək haqqı arayışı təqdim edə bilmədiyinə görə həmin müddətin sosial sığorta stajına daxil edilmədiyini bildirmişlər. Yevlax Avtobazasının xx.xx.2017-ci il tarixli 26 saylı arayışında 1997-ci ildə Yevlax şəhərində təbii fəlakət nəticəsində Avtobazanı sel basdığından əmək haqqı kitablarının suda qalaraq tamamilə məhv olduğunu bildirmişlər. Arayışda həmçinin, onun xx.xx.1985-ci ildə 50 saylı əmrlə işə qəbul olunduğunu və xx.xx.2002-ci ildə 23 saylı əmrlə işdən azad olunduğu qeyd edilmişdir. DSMF-in Yevlax şəhər şöbəsinin xx.xx.2017-ci il tarixdə verdiyi 46/1752 saylı arayışda Yevlax Avtobazasının xx.xx.2002-ci il tarixədək DSMF-in Yevlax şəhər şöbəsi ilə hesablaşma aparıldığı bildirilir. DSMF-in Oğuz rayon şöbəsinin müraciətə verdiyi cavab iddiaçını qane etmədiyindən və qanunla qorunan mənafeyinə toxunduğundan hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı birinci instansiya məhkəməsinin xx.xx.2020-ci il tarixli iclasında iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, “pensiyanın dayandırılmasına dair cavabdehin hərəkətlərinin qanunsuz hesab edilməsi, xx.xx.1985-ci il tarixdən xx.xx.2002-ci ilədək X5 Avtomobil dəstəsində işlədiyi müddətin sosial sığorta stajına daxil edilməsi və pensiyanın bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin həmin tarixli iclasında ərizə icraata qəbul edilmişdir. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən cavabdehin nümayəndəsi İbrahimxəlilova Sevda Söhrab qızı iddianın təmin edilməməsini xahiş etmişdir. DSMF-in Oğuz rayon şöbəsi xx.xx.2020-ci il tarixli **********9 nömrəli məktubla iddia tələbinə etiraz edərək bildirmişdir ki, İddiaçı təqdim etdiyi əmək kitabçasındakı qeydlər nəzərə alınaraq xx.xx.2017-ci il tarixdən 17 il 04 ay iş stajına uyğun olaraq (tələb edilən norma 14 ildir) 131.49 manat məbləğində İİ qrup əlilliyə görə əmək pensiyası təyin edilmişdir. Lakin 2019-cu ilin dekabr ayında şöbədə aparılan araşdırma zamanı vətəndaşın xx.xx.1985-ci il tarixdən xx.xx.1997-ci il tarixədək X5 Rayon Avtonəqliyyat Müəssisəsində işlədiyi dövrə aid əmək haqqı arayışı təqdim edilmədiyinə görə həmin dövr, yəni 12 il 07 ay hesablamadan çıxarılmışdır. Nəticədə vətəndaşın staj hüququ yaranmadığına görə ona təyin edilən pensiyanın ödənişi xx.xx.2020-ci il tarixdən dayandırılmışdır. Bu barədə vətəndaşa şöbə tərəfindən xx.xx.2019-cu il tarixli **********4 nömrəli məktubu ilə rəsmi məlumat verilmişdir. İddiaçı xx.xx.2019-cu il tarixdə müraciət edərək xx.xx.1985-ci il tarixdən xx.xx.2002-ci il tarixədək X5 Avtomobil Dəstəsində işlədiyi dövrün iş stajının nəzarə alınmasını və pensiyasının yenidən hesablanmasını tələb etmişdir. Yevlax Avtobazası tərəfindən verilmiş xx.xx.2019cu il tarixli 26 nömrəli arayışda 1997-ci il tarixdə baş vermiş təbii fəlakət nəticəcində avtobazanı sel basdığı üçün həmin dövrə aid əmək haqqı və əmək haqqına dair əmək haqqı sənədlərinin məhv olduğu bildirilmişdir. Bu səbəbdən də həmin dövr iş stajı kimi nəzərə alınmamışdır. Şəki İnzibati Məhkəməsinin (hakim İlqar Cabbarov) xx xxx 2020-ci il tarixli 2-1(116)- 560/2020 nömrəli qərarı ilə iddia təmin edilərək, DSMF-in Oğuz rayon şöbəsinin üzərinə İddiaçı xx.xx.1985-ci il tarixdən xx.xx.2002-ci ilədək X5 Avtomobil dəstəsində işlədiyi müddətin sosial sığorta stajına daxil edilməsi və pensiyanın bərpa edilməsi öhdəliyininqoyulması qərara alınmışdır. DSMF-in Oğuz rayon şöbəsi həmin qərardan apelyasiya şikayəti vermişdir. Apelyasiya şikayətinin dəlilləri Cavabdehin apelyasiya şikayəti belə əsaslandırılmışdır ki, iddiaçıya təqdim etdiyi əmək kitabçasındakı qeydlər nəzərə alınaraq xx.xx.2017-ci il tarixdən 17,04 ay iş stajına uyğun olaraq (tələb edilən iş stajı 14 ildir) 131.49 manat məbləğində İİ qrup əlilliyə görə əmək pensiyası təyin edilmişdir. Lakin 2019-cu ilin dekabr ayında şöbədə aparılan araşdırma zamanı vətəndaşın xx.xx.1985-ci il tarixdən xx.xx.1997-ci il tarixədək X5 rayon Avtonəqliyyat müəssisəsində işlədiyi dövrə aid əmək haqqı arayışı təqdim edilmədiyinə görə həmin dövr üçün 12 il 07 ay hesablamadan çıxarılmışdır. Nəticədə vətəndaşın staj hüququ yaranmadığına görə ona təyin edilmiş pensiyanın ödənişi xx.xx.2020-ci il tarixdən dayandırılmamışdır. Bu barədə vətəndaşa xx.xx.2019-cu il tarixli **********4 nömrəli məktubla cavab verilmişdir. Yevlax Avtobazası tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli 26 nömrəli arayışda 1997-ci il tarixdə baş vermiş təbii fəlakət nəticəsində avtobazanı su basdığı üçün həmin dövrə aid əmək haqqı və əmk haqqına dair sənədləri məhv olmuşdur. Bundan başqa arayışda 1998-ci ildən 2002-ci ilədək maddi məsul şəxs kimi öhdəsində əmlak olduğu üçün adı əmrdə saxlanılmış, əmək haqqı almadığı göstərilmişdir. xx.xx.1985-ci il tarixdən xx.xx.1997-ci il tarixədək olan dövr üçün işlədiyi müddətdə isə aldığı əmək haqqına dair əmək haqqı arayışı təqdim edilmədiyi üçün iş stajı kimi nəzərə alınmamışdır. Ona görə də Şəki İnzibati Məhkəməsinin xx xxx 2020-ci il tarixli 2-1(116)- 560/2020 nömrəli qərarının ləğv edilməsini xahiş etmişdir. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 apelyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin xx xxx 2020-ci il tarixli 2-1(116)-560/2020 nömrəli qərarının ləğv edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apelyasiya şikayətinin təmin edilməməsini, Şəki İnzibati Məhkəməsinin xx xxx 2020-ci il tarixli 2-1(116)-560/2020 nömrəli qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. İş materiallarında olan aşağıda sadalanan sənədlər məhkəmə kollegiyasının araşdırmasının predmetini təşkil etmişdir. Həmin sənədlərin məzmununa istinad edilir. Onlara AZE seriyalı, 0******* nömrəli ş/v təsdiqlənmiş surəti, DSMF-in Oğuz rayon şöbəsinin xx.xx.2019-cu il tarixli, **********4 nömrəli imtina məktubu, xx.xx.2020-ci il tarixli **********9 nömrəli etirazı, DSMF-in xx.xx.2017-ci il tarixli 46/1752 nömrəli arayışı, Azərbaycan Respublikası Yevlax Avtobazasının xx.xx.2017-ci il tarixli 26 nömrəli arayışı, НЗ seriyalı ******* nömrəli hərbi biletin və ******* nömrəli əmək kitabçasının təsdiqlənmiş surəti aiddir. Əsaslandırma hissəsi Cavabdehin apelyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının İPM və ya İPM) 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Lakin şikayət əsaslı deyil və Şəki İnzibati Məhkəməsinin xx xxx 2020-ci il tarixli 2-1(116)-560/2020 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı tərəf hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır. Birinci instansiya məhkəməsi iddianı təmin edərək, DSMF-in Oğuz rayon şöbəsinin üzərinə İddiaçı xx.xx.1985-ci il tarixdən xx.xx.2002-ci ilədək X5 Avtomobil dəstəsində işlədiyi müddətin sosial sığorta stajına daxil edilməsi və pensiyanın bərpa edilməsi öhdəliyini qoymuşdur. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Məhkəmə kollegiyası tərəfindən iş materiallarının tədqiqi zamanı müəyyən edildi ki, DSMF-in Oğuz rayon şöbəsinin xx.xx.2020-ci il tarixli **********4 nömrəli məktubuna əsasən, təqdim etdiyi əmək kitabçasında iddiaçının xx.xx.1985-ci il tarixdən xx.xx.2002-ci il tarixədək X5 Avtomobil Dəstəsində sürücü işlədi qeyd edilmişdir. X6 tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli 26 saylı arayışda 1997-ci il tarixdə baş vermiş təbii fəlakət nəticəsində avtobazanı sel basdığı üçün həmin dövrə aid əmək haqqı və əmək haqqına dair əmək haqqı sənədləri məhv olmuşdur. Bundan başqa arayışda 1998-ci ildən 2002-ci ilədək maddi-məsul şəxs kimi öhdəsində əmlak olduğu üçün adı əmrdə saxlanılmış, əmək haqqı almadığı bildirilir. xx.xx.1985-ci il tarixdən xx.xx.1997-ci il tarixədək olan dövr üçün işlədiyi müddətdə isə aldığı əmək haqqına dair əmək haqqı arayışı təqdim edə bilmədiyinə görə həmin müddəti sosial sığorta stajı kimi qəbul edilə bilmir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən, hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. 149-cu maddəsinin Vİİ hissəsində qeyd edilir ki, fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. İPM-in 1.2-ci maddəsinə görə, bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. x xxxxxx 2006-ci il tarixindək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 69-cu maddəsinə görə iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin: - 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. - 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi Arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. Göründüyü kimi,əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. İş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi Arayışlar nəzərə alınır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Həmin Qanunun 24-cü maddəsinə əsasən, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. İnzibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdim olunmuş və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə və ya vəsatətləri işə aid olmaması və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz. 46.3-cü maddəsinə görə, maraqlı şəxsdən işdə olan sənədin məzmununun həqiqiliyi barədə sübut tələb olunması qadağandır. İstinad olunan qanunvericilik normalarının məzmunundan göründüyü kimi, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Şəxsdən işdə olan sənədin məzmununun həqiqiliyi barədə sübut tələb olunması yoverilməzdir. İş stajını təsdiq edən sənəd kimi Arayışlar nəzərə alınır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının xx xxxxxx 2017-ci il tarixli, 17 saylı qərarı ilə təsdiq edilmiş, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilmə yenidən hesablanması, bir növündə başqa növünə keçirilməsi ödənilməsi Qaydalarının 1.3-cü bəndində aşağıdakı kimi müəyyən edilmişdir: 2017-ci ilin iyulun 1-dək pensiya hüququ əldə etmiş, lakin pensiya təyinatı üçün 2017-ci ilin 1 iyulundan sonra müraciət etmiş şəxslərə pensiya Qanunun həmin tarixədək qüvvədə olmuş normaları əsasında təyin edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə xx xxxx 2017-ci il tarixli 543-VQD nömrəli qanunla 12.1-ci maddə yeni redaksiyada - “12.1. Əlilliyə görə əmək pensiyası İ qrup əlillərə ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. İİ və İİİ qrup əlillərə əlilliyə görə əmək pensiyası fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi şərtilə, bu maddədə göstərilən sığorta stajı olduqda təyin edilir.” Əvvəlki redaksiyada deyilirdi: 12.1. Əlilliyə görə əmək pensiyası əlil və ya sağlamlıq imkanları məhdud sığortaolunana ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. Belə ki, iddiaçının əlilliyə görə pensiya almaq hüququ xx xxxxx 2017-ci il tarixdə yarandığından (həmin tarixə tələb olunan stajı toplandığından) mübahisəyə xx.xx.2017-ci il tarixdə qüvvədə olan “Əmək pensiyaları haqqında2 Azərbaycan Respublikası Qanununun müddəaları tətbiq edilməlidir. “Əmək pensiyaları haqqında” Qanunun 11.1-ci maddəsinə əsasən, əlilliyə görə əmək pensiyası sığortaolunanın xəstəlik və ya xəsarət nəticəsində yaranan əqli və ya fiziki qüsurlara görə əmək qabiliyyətinin məhdudlaşması ilə əlaqədar təyin edilir. 12.1-ci maddəsinə əsasən əlilliyə görə əmək pensiyası əlil və ya sağlamlıq imkanları məhdud sığortaolunana ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. İddiaçının təqdim etdiyi əmək kitabçasındakı qeydlər nəzərə alınaraq xx.xx.2017-ci il tarixdən 17 il 04 ay iş stajına uyğun olaraq (tələb edilən norma 14 ildir) 131.49 manat məbləğində İİ qrup əlilliyə görə əmək pensiyası təyin edilmişdir. Lakin 2019-cu ilin dekabr ayında şöbədə aparılan araşdırma zamanı vətəndaşın xx.xx.1985-ci il tarixdən xx.xx.1997ci il tarixədək X5 Rayon Avtonəqliyyat Müəssisəsində işlədiyi dövrə aid əmək haqqı arayışı təqdim edilmədiyinə görə həmin dövr, yəni 12 il 07 ay hesablamadan çıxarılmış və vətəndaşın staj hüququ yaranmadığına görə ona təyin edilən pensiyanın ödənişi xx.xx.2020-ci il tarixdən dayandırılmışdır. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərinə münasibət bildirərək qeyd edir ki, cavabdehin mövqeyinə görə Yevlax Avtobazası tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli 26 nömrəli arayışda 1997-ci il tarixdə baş vermiş təbii fəlakət nəticəsində avtobazanı su basdığı üçün həmin dövrə aid əmək haqqı və əmk haqqına dair sənədləri məhv olmuşdur. Bundan başqa arayışda 1998-ci ildən 2002-ci ilədək maddi məsul şəxs kimi öhdəsində əmlak olduğu üçün adı əmrdə saxlanılmış, əmək haqqı almadığı göstərilmişdir. xx.xx.1985-ci il tarixdən xx.xx.1997-ci il tarixədək olan dövr üçün işlədiyi müddətdə isə aldığı əmək haqqına dair əmək haqqı arayışı təqdim edilmədiyi üçün iş stajı kimi nəzərə alınmamışdır. Göründüyü kimi, iddiaçı cavabdehin mübahisə açdığı dövrdə Yevlax Avtobazasının işçisi sayılmışdır. 2018-ci il aprelin 1-dən qüvvəyə minmiş “Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında” x xxxx 2018-ci il tarixli Qanunun 1-ci maddəsinə əsasən, sığortaedənlərin müvafiq icra hakimiyyəti orqanının uçot sistemində mövcud olan 2006-cı ilin 1 yanvar tarixinə yaranmış və 2018-ci ilin 1 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığorta haqları üzrə borcları tam məbləğdə silinir. Adı çəkilən Qanuna görə 2006-cı ilin 1 yanvar tarixinə yaranmış və 2018-ci ilin 1 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığorta haqları üzrə borcları tam məbləğdə silindiyindən, 2006-cı ilin yanvarın 1-dək iddiaçının əmək haqqı almadığına və əmək haqqından sosial sığorta tutulmadığına görə iddiaçının xx.xx.1985-ci il tarixdən xx.xx.2002-ci ilədək X5 Avtomobil dəstəsində işlədiyi müddətin sosial sığorta stajına daxil edilməməsi barədə cavabdehin dəlilləri əsaslı sayıla bilməz. Birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, iddiaçının xx.xx.2017-ci il tarixə tələb olunun 14 il sığorta stajına malik olması iş materiallarına əlavə olunmuş pensiya işi ilə, 2-ci qrup əlil olması isə TSEK-in əlilliyə dair arayışı ilə təsdiq olunur ki, cavabdeh tələb olunan əmək stajının öz təsdiqini tapmaması əsası ilə iddiaçıya əlilliyə görə təyin edilmiş pensiyanı dayandırmaqda haqlı olmamış, bununla da iddiaçının pensiya hüquqlarını məhdudlaşdırmışdır. İPM-in 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə düzgün nəticəyə gəlmişdir. Ona görə də birinci instansiya məhkəməsinin qərarı İPM-in 87.6-cı maddəsinə əsasən dəyişdirilmədən qüvvədə saxlanılmalı, cavabdehin apelyasiya şikayətinin dəlilləri əsassız olduğu üçün təmin edilməməlidir. Nəticəvi hissə Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68, 69, 87.6, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən, məhkəmə kollegiyası qərаrа аldı: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdeh apelyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin xx xxx 2020-ci il tarixli 2-1(116)-560/2020 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(107)-237/2020
Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-237/2020
03.07.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver