Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-237/2023 07.09.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məlikov Vəzirxan İsgəndər oğlu (sədrlik edən və məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və X1 ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, digər nümayəndəsi X6 və cavabdehin nümayəndəsi Hacı-X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 12 saylı Şəki ərazi idarəsinə qarşı “Qax rayonu, İlisu kəndində yerləşən İddiaçı MMC-yə məxsus 7000 kv.m torpaq sahəsi və üzərindəki tikilinin dövlət reyestrində qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibаti iş üzrə Şəki İnzibati Məhkəməsinin 24 yanvar 2023-cü il tarixli, 2-1(116)-20/2023 nömrəli qərarından İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Birinci instansiya məhkəməsində icraat
1. İddiaçının nümayəndəsi X11 cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin 16 iyun 2021-ci il tarixli, **********26 nömrəli məktubu ilə təqdim olunmuş hüquqların qeydiyyatından imtina qərarının ləğv olunması və Qax rayonu, İlisu kəndində yerləşən İddiaçı MMC-yə məxsus 7000 kv.m torpaq sahəsi və üzərindəki tikilinin dövlət reyestrində qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir.
2. İddia ərizəsinin əsaslarına görə, Qax rayon İlisu kənd “Kirov” adına kolxozun 5 iyun 1986-cı il tarixli 3 №-li qərarı ilə anbar binasının tikintisi üçün 0,7 ha torpaq sahəsi ayrılmışdır. Torpaq sahəsinin ayrılmasına dair qərar Qax rayon XDS İcraiyyə Komitəsinin 17 iyul 1986-cı il tarixli qərarı ilə təsdiq olunmuşdur. Ayrılması qərara alınmış torpaq sahəsi və anbar binası “Kirov” adına kolxozun 31 dekabr 1987-ci il tarixli 6 №-li qərarı ilə “Ulduz” zavoduna satılmış və satış barədə qərar da Qax rayon X24 şurasının 1988-ci il 2 №-li Protokolu ilə Şura iclasında təsdiq olunmuşdur. Respublika Veteran kooperativləri birliyi və Azərbaycan “Ulduz” İstehsalat Birliyinin birgə verdiyi xx.xx.1991-ci il tarixli əmrlə İddiaçı kiçik müəssisəsi təsis edilmişdir. Həmin əmrin 4-cü bəndi ilə torpaq sahəsi də İddiaçı kiçik müəssisəsinə ayrılmışdır. Qeyd olunan əmrə əlavə olaraq qəbul edilmiş “Azərbaycan Elmi- İstehsalat Birliyi”nin “Ulduz” zavodunun xx.xx.1993-cü il tarixli əmrinin 2-ci bəndində göstərilmişdir ki, “İmpuls” Qax müəssisəsinin İlisu kəndində yerləşən istehsal sexi və torpaq sahəsi qalıq balans dəyəri 45000 rubl ödənilməklə İddiaçı kiçik müəsisəsinə təhvil verilsin. “İmpuls” müəssisəsi “Ulduz” X12 rayon filialı idi. 26 may 1993-cü il tarixli Aktdan və xx.xx.1992-ci il tarixli Bank sənədindən aydın olur ki, torpaq sahəsi və binanın dəyəri (45000 rubl) İddiaçı kiçik müəssisəsi tərəfindən tam olaraq ödənilmiş, torpaq sahəsi və bina təhvil verilmişdir. Beləliklə təqdim olunan sənədlərdən aydın olur ki, qeydiyyat üçün müraciət olunmuş torpaq sahəsinin dəyəri tam şəkildə ödənilməklə “Ulduz” zavodu (X18) tərəfindən İddiaçı kiçik müəssisinə satılmışdır. 7000 kv.m torpaq sahəsinin sahibkarlıq məqsədləri üçün İddiaçı kiçik müəssisəsinə ayrılması barədə X14 xx.xx.2007-ci il tarixdə 130 nömrə ilə məlumatlar işlənilmiş və Torpaq sahəsinin planı və ölçüsü sənədi təqdim olunmuşdur. Məhkəməyə təqdim olunan İddiaçı MMC-nin 09 yanvar 2009-cu il tarixdə 13 saylı Ərazi Vergilər İdarəsi tərəfindən təsdiq olunmuş Nizamnaməsinin 1.4-cü maddəsindən aydın olur ki, İddiaçı MMC Qax rayon XDS-in İcraiyyə Komitəsinin 117 saylı Qərarı ilə xx.xx.1991-ci ildə dövlət qeydiyyatına alınmış İddiaçı kiçik müəssisəsinin hüquqi varisi olan və 0906-Q3-290 saylı şəhadətnamə ilə xx.xx.2006-cı ildə dövlət qeydiyyatına alınmış İddiaçı hüquqi varisidir.
3. İddiaçının nümayəndəsi hazırkı tələblə cavabdehə müraciət etmiş, lakin onun müraciəti təmin olunmamışdır. Cavabdeh xx.xx.2021-ci il tarixli, **********16 nömrəli imtina məktubunda qeyd etmişdir ki, kolxozda yem binası tikintisi üçün 7000 kv.m torpaq sahəsinin ayrılması barədə Qax rayon İlisu kənd “Kirov” adına kolxozun 05 iyun 1986-cı il tarixli, 3 saylı qərarı, kolxoza məxsus əmlakın Bakı “Ulduz” zavoduna satılması barədə Qax rayon İlisu kənd “Kirov” adına kolxozun 31 dekabr 1987-ci il tarixli, 3 saylı qərarı (təqdim edilməmişdir), Qax rayonu Aqrar X16 26 aprel 1988-ci il tarixli, 02 saylı qərarı və “İmpuls” Qax müəsisəsinin İlisu kəndində yerləşən istehsal sexinin İddiaçı KM-yə təhvil verilməsi barədə “Ulduz” Azərbaycan X18nin 25 may 1993-cü il tarixli əmri sözügedən əmlakın İddiaçı MMC-nin adına qeydiyyata alınması üçün əsas yaratmadığından, həmçinin təqdim olunan sənədlər Azərbaycan Respublikası Mülki Məcəlləsinin 144-cü maddəsinin tələblərinə cavab vermədiyindən ərizənin icrası mümkün olmamışdır.
4. Cavabdeh xx.xx.2021-ci il tarixli **********54 nömrəli “iddiaya qarşı rəsmi münasibət bildirilməsi barədə” məktubunda iddiaçının nümayəndəsinə ünvanladığı imtina məktubunda qeyd edilənləri əsas gətirərək ərizənin icrasının mümkün olmadığını bildirmişdir.
5. Birinci instansiya məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(116)-208/2022 nömrəli qərardadı ilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti iş üzrə inzibati məhkəmə icraatına üçüncü şəxs qismində zəruri cəlb edilmişdir.
6. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və iddianın təmin olunmasını xahiş etmişdir.
7. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən cavabdehin nümayəndəsi cavabdehin etiraz məktubunun məzmununa uyğun izahat verərək iddianın təmin olunmamasını xahiş etmişdir.
8. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən üçüncü şəxsin nümayəndəsi iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
9. Şəki İnzibati Məhkəməsinin (hakim Fərid İsmayılzadə) 24 yanvar 2023-cü il tarixli, 2-1(116)-20/2023 nömrəli qərarı ilə iddia tələbinin təmin edilməməsi qərara alınmışdır.
10. İddiaçı həmin qərardan apellyasiya şikayəti vermişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ
11. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırılmışdır ki, məhkəmə iş materiallarında mövcud olan sənədlər qüvvədə olan qanunvericiliyə əsasən İddiaçı MMCnin mülkiyyət hüququnun yaranması üçün kifayət etmədiyi qənaətinə gəlmişdir. İş materiallarından göründüyü kimi Qax rayon İlisu kənd Kirov adına Kolxozun 5 iyun 1986-cı il tarixli 3 №-li qərarı ilə anbar binasının tikintisi üçün 0.7 ha torpaq sahəsi ayrılmışdır. Torpaq sahəsinin ayrılmasına dair qərar Qax rayon XDS İcraiyyə Komitəsinin 17 iyul 1986cı il tarixli qərarı ilə təsdiq olunmuşdur. Ayrılması qərara alınmış torpaq sahəsi və anbar binası Kirov adına Kolxozun 31 dekabr 1987-ci il tarixli 6 №-li qərarı ilə “Ulduz” zavoduna satılmış və satış barədə qərar da Qax rayon X24 şurasının 1988-ci il 2 №-li Protokolu ilə Şura iclasında təsdiq olunmuşdur. Torpaq sahəsinin və binanın “Ulduz” zavoduna verilməsi iş materiallarından, o cümlədən məhkəməyə təqdim olunmuş Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinin Respublika X23 filialının xx.xx.2022-ci il tarixli 352 nömrəli məktubunda və Qax rayon Dövlət Arxivinin xx.xx.2022-ci il tarixli 39/14 nömrəli məktubunda birbaşa təsdiqini tapmaqla işin mübahisəsiz halıdır. Daha sonra, Respublika Veteran kooperativləri birliyi və Azərbaycan “Ulduz” İstehsalat Birliyi ilə birgə verdiyi xx.xx.1991-ci il tarixli əmrlə İddiaçı kiçik müəssisəsi təsis edilmişdir. Hazırkı İddiaçı MMC İddiaçı kiçik müəssisəsinin hüquqi vərəsəsidir və bu fakt da iş materialları ilə öz təsdiqini tapmaqla mübahisələndirilmir. İddiaçı kiçik müəssisəsinin təsis olunması barədə yuxanda qeyd olunmuş xx.xx.1991-ci il tarixli əmrin 4-cü bəndi ilə mübahisələndirilən torpaq sahəsi də İddiaçı kiçik müəssisəsinə ayrılmışdır. Qeyd olunan əmrə əlavə olaraq qəbul edilmiş “Azərbaycan Elmi-İstehsalat Birliyinin” Ulduz zavodunun xx.xx.1993-cü il tarixli əmrinin 2-ci bəndinə göstərilmişdir ki, “"İmpuls” Qax müəssisəsinin İlisu kəndində yerləşən istehsal sexi və torpaq sahəsi qalıq balans dəyəri 45 000 rubl ödənilməklə İddiaçı kiçik müəsisəsinə təhvil verilsin”. “İmpuls” müəssisəsi “Ulduz” X12 rayon filialı idi. 26 may 1993cü il tarixli Aktdan və xx.xx.1992-ci il tarixli Bank sənədindən aydın olur ki, torpaq sahəsi və binanın dəyəri (45 000 rubl) İddiaçı kiçik müəssisəsi tərəfindən tam olaraq ödənilmiş və torpaq sahəsi və bina təhvil verilmişdir. Göründüyü kimi torpaq sahəsi və bina ilk öncə “Ulduz” zavoduna ayrılmış və daha sonra zavod tərəfindən İddiaçı KM-nə satılmış, İddiaçı KM tərəfindən tam dəyəri ödənilmişdir. Məhkəmənin göstərdiyi kimi, İmpuls filial olaraq baş idarəsi “Ulduz” zavodunun tapşırığını icra etmişdir. İmpuls filialı ilə Ulduz zavodun arasında münasibətlərlə bağlı təsis sənədləri, balansa vermə və digər sənədlər mövcuddur və məhkəməyə təqdim olunmuşdur. Torpaq sahəsinin və binanın “Ulduz” zavoduna keçməsi ilə bağlı heç bir mübahisəli sənəd və hal mövcud deyildir. “Ulduz” İstehsalat Birliyi respublika səviyyəli qurum olmaqla “İmpuls” müəssisəsi onun Qax rayon filialıdır. Məhkəmə heç bir əsas olmadan iddianı rədd etmək üçün əsas olaraq göstərir ki, “tikilinin “İmpuls ” KM-nin mülkiyyətinə verilməsi və ya onun mülkiyyətində olmasına dair heç bir hüquqmüəyyənedici sənəd aşkar olunmamışdır” Tikili və torpaq sahəsi İmpuls müəssisənin yox “Ulduz” zavodunun qərarı ilə ayrılmışdır. İmpuls müəssisəsinin belə bir səlahiyyəti yox idi. “Ulduz” zavodunun əmlakın verilməsi ilə bağlı əmri onun əmlakın yerləşdiyi İlisu kəndində fəaliyyət göstərən filialı olan İmpuls KM tərəfindən icra olunması normal bir yanaşmadır. Odur ki, məhkəməyə təqdim olunmuş və arxiv arayışları ilə öz təsdiqini tapmış sənədlərin İddiaçı MMC-nin əmlakı əldə etməsi və mülkiyyət hüququnun yaranması ilə bağlı kifayət etdiyini hesab edirik. Bildirmək istəyirik ki, məhkəmənin hüquqi əsaslandırması qanunsuzdur. Məhkəmənin qərarında Mülki Məcəlləyə, Torpaq Məcəlləsinə, Şəhərsalma və Tikinti Məcəlləsinə və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanununa istinad edilməklə əsaslandırılır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli münasibətin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Mülki Məcəllə 2000-ci il, Torpaq Məcəlləsi 1999-cu il, Şəhərsalma və Tikinti Məcəlləsi 2013-cü il və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunu 2004-cü ildə qüvvəyə minmişdir. Bu səbəbdən 1986-1993-cü il arasında baş vermiş hadisələri illər sonra qüvvəyə minmiş qanunvericiliklə şərh edilməsi ciddi qanun pozuntusudur və həmin tələblər bu işin halları üzrə heç bir hüquqi qüvvəyə malik deyildir. Torpaq sahəsinin və binanın İddiaçı Kiçik Müəssisənin mülkiyyətinə verilməsi ilə bağlı münasibətlərə tətbiq olunmalı qanun həmin dövrdə qüvvədə olan (01 sentyabr 2000-ci ilədək qüvvədə olmuş) 11 sentyabr 1694-cü il tarixli Mülki Məcəllənin 91-ci maddəsinə əsasən, dövlət təşkilatlarının əsas vəsaitlərinə aid edilən dövlət müəssisələrinin, binaların, qurğuların, avadanlığın və sair əmlakın digər dövlət təşkilatlarına, habelə kolxozlara və sair kooperativ təşkilatlarına və ictimai təşkilatlara verilməsi qaydası SSR İttifaqının qanunvericiliyi və Azərbaycan SSR Nazirlər Sovetinin qərarları İlə müəyyən edilir. Məhkəmə qərarında bu qanunvericiliyin hansı tələbinin pozulduğu göstərilməyib. Əksinə, torpaq sahəsinin ayrılması ilə bağlı İş materiallarında bütün əmrlər, protokollar, qərarlar və digər sənədlər mövcuddur. Cavabdeh tərəf də məhkəmə ilə eyni kobud hüquqi səhvə yol verərək imtina üçün əsas kimi Mülki Məcəllənin 144-cü maddəsinə istinad etmişdir. İddiaçı KM-nə torpaq sahəsi və binanı əldə edərkən bu Məcəllə ümumiyyətlə mövcud deyildi və mövcud qanunvericilikdə belə bir tələb yox idi. Yuxanda göstərilən hüquqi əsaslardan və sənədlərdən aydın olur ki, torpaq sahəsinin “Ulduz” İstehsalat Birliyinin mülkiyyətinə verilməsi ilə bağlı heç bir qanun pozuntusu mövcud deyildir və məhkəmənin mövqeyi tam olaraq əsassızdır. Məhkəmə kifayət qədər sübut təşkil edən iş materiallarını sadaladıqdan sonra qeyd edir ki, torpaq sahəsinin “Ulduz” zavoduna və İddiaçı KM- ayrılması barədə sənədlər mövcud deyildir. Əmlakın dövlətə məxsus müəssisələr tərəfindən ötürülməsi ilə bağlı sovet ittifaqı dövründə baş vermiş münasibətləri bugünkü müasir mülki qanunvericiliyin alqı-satqı müqaviləsi ilə bağlı müddəaları ilə şərh etmək qanunvericiliyə ziddir və yolverilməzdir. DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsi qeyd olunan bütün bu halları nəzərə almadan birbaşa qeydiyyatdan imtina etmişdir. Tərəfimizdən daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün təqdim olunan sənədlər Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139 və 139-1-ci maddələri, həmçinin “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddələrinin tələblərinə cavab verir və hüquqların qeydiyyatı üçün əsas yaradan hüquqmüəyyənedici sənədlərdir. Bundan başqa, hazırkı iş üzrə İddiaçı olan İddiaçı MMC qeyd olunan torpaq sahəsinə 30 ildən çox müddətdə maneəsiz və etirazsız şəkildə faktiki sahiblik etmiş, torpaq sahəsindən istifadə etmiş və onun normal şəkildə saxlanılması ilə bağlı bütün xərcləri çəkmiş, o cümlədən vergiləri ödəmişdir. Mülki Məcəllənin İ78.6.-cı maddəsinə əsasən, əgər şəxs daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamış daşınmaz əmlaka faktik mülkiyyətçi hüququ ilə 30 il ərzində fasiləsiz və etirazsız sahiblik etmişsə, o, mülkiyyətçi kimi qeydə alınmasını tələb edə bilər. Əlavə olaraq bildiririk ki, hüquqların dövlət qeydiyyatında imtina halında inzibati orqan mütləq qaydada “Daşınmaz əmlakın dövlət reyestri” haqqında 15-ci maddəsində göstərilən hansı əsasla qeydiyyatdan imtina etdiyi göstərməlidir. Mübahisələndirilən imtina məktubunda isə imtina üçün heç bir qanuni əsas göstərilməmişdir. Ona görə də Şəki İnzibati Məhkəməsinin 24 yanvar 2023-cü il tarixli, 2-1(116)-20/2023 nömrəli qərarının ləğv edilməsi, iddia tələbinin təmin edilməsinə dair yeni qərar çıxarılmasını xahiş etmişdir.
TƏRƏFLƏRİN İZAHATLARİ
12. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil və digər nümayəndəsi X11 apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 24 yanvar 2023-cü il tarixli, 2-1(116)-20/2023 nömrəli qərarının ləğv edilməsi, iddia tələbinin təmin edilməsinə dair yeni qərar çıxarılmasını xahiş etdi.
13. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X5 oğlu apellyasiya şikayətinin təmin edilməməsini, Şəki İnzibati Məhkəməsinin 24 yanvar 2023-cü il tarixli, 2-1(116)-20/2023 nömrəli qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi.
14. İş materiallarında olan aşağıda sadalanan sənədlərin məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: - Qax rayon İlisu kənd “Kirov” adına kolxozun 05 iyun 1986-cı il tarixli 3 nömrəli ümumi yığıncaq protokolundan çıxarışa əsasən müəyyən olunur ki, həmin yığıncaqda İlisu kəndinin “Bəytabun” sahəsində yerləşmiş kanaldan qərbdə, mərkəzi kənd yolundan cənubda yerləşmiş, ölçüləri 100x70 metr olmaq etibarı ilə 0,7 ha torpaq sahəsi anbar binasının tikintisindən ötrü ayrılmışdır. - Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinin Respublika X23 filialının xx.xx.2022-ci il tarixli 310 nömrəli məktubu ilə məhkəməyə təqdim edilmiş 05 iyun 1986-cı il tarixli 3 nömrəli ümumi yığıncağın protokoluna əsasən müəyyən edilir ki, iclasın gündəliyində duran ikinci məsələ İlisu kəndində yeni anbar binasının tikilməsi haqqında olmuşdur. - Qax rayon XDS İcraiyyə Komitəsinin xx.xx.1986-cı il tarixli, 13 nömrəli iclas protokolundan çıxarışa əsasən müəyyən olunur ki, həmin iclasda İlisu kəndində anbar binasının tikintisinə 0,7 ha torpaq sahəsinin ayrılması haqqında “Kirov” adına kolxozun xx.xx.1986-cı il tarixli, 3 nömrəli ümumi yığıncağının qərarı təsdiq edilmişdir. - Qax rayon Dövlət Arxivinin xx.xx.2022-ci il tarixli 39/14 nömrəli məktubu ilə məhkəməyə təqdim edilmiş Azərbaycan SSR XDS İcraiyyə Komitəsinin xx.xx.1986-cı il tarixli, 13 nömrəli iclas protokoluna əsasən müəyyən edilir ki, iclasın gündəliyində duran 7ci məsələ İlisu kəndində anbar, Qorağan kəndində yeməkxana-pavilyon binasının tikintisinə torpaq sahəsinin ayrılması barədə Kirov adına, “Azərbaycan” kolxozlarının ümumi yığıncaq qərarlarının təsdiqi haqqında olmuşdur. - Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinin Respublika X23 filialının xx.xx.2022-ci il tarixli 352 nömrəli məktubu ilə məhkəməyə təqdim edilmiş Qax rayonu İlisu kənd Kirov adına kolxozun xx.xx.1987-ci il tarixli 6 nömrəli kolxozun müvəkkillər yığıncağının protokolunun surətinə əsasən iclasın gündəliyində duran 4-cü məsələ İlisu kəndində olan taxıl anbarı binasının Bakı “Ulduz” zavoduna satılması haqqında olmuşdur. Yğınıncaqda məsələnin müzakirəsi ilə əlaqədar olaraq “Kirov adına kolxoza məxsus İlisu kəndində tikilmiş və hal-hazırda istifadə olunmayan anbar binasının Bakı “Ulduz” zavoduna satılması, həmin qərarın təsdiqinin Qax rayon Aqrar-Sənaye Bilrliyi şurasından xahiş edilməsi” qərara alınmışdır. - Qax rayon Dövlət Arxivinin xx.xx.2022-ci il tarixli 39/14 nömrəli məktubunda bildirilmişdir ki, Qax rayon Aqrar-Sənaye Bilrliyi şurasının iclas protokolları (o cümlədən xx.xx.1988-ci il tarixli 02 saylı iclas protokolu) Qax rayon Dövlət arxivinə təhvil verilməyib. Eyni məktubla həmçinin bildirilmişdir ki, Azərbaycan Ulduz X10 rayon Dövlət arxivinə sənəd təhvil verməyib və müəssisənin Arxiv fondu yoxdur. - İddiaçı tərəfindən təqdim edilmiş Qax rayon X4 26 aprel 1988-ci il tarixli 2 nömrəli iclas protokolundan çıxarışa əsasən müəyyən olunur ki, həmin iclasda Şura “Kirov” adına kolxoza məxsus olan, İlisu kəndində tikilmiş və hal-hazırda istifadə olunmayan anbar binasının Bakı “Ulduz” zavoduna satılması haqqında kolxozçuların 31 dekabr 1987-ci il tarixli, 6 nömrəli yığıncaq qərarını təsdiq etmişdir. İclasda həmçinin, kolxozun idarə heyəti sədri Babayev yoldaşa qanuni sənədləşmə apararaq anbar binasının balans dəyərində satılmasının tapşırılması qərara alınmışdır. - Respublika Veteran Kooperativləri Birliyi, Azərbaycan “Ulduz” İstehsalat Birliyi və Qax “İmpuls” kiçik müəssisəsi üzrə birgə xx.xx.1991-ci il tarixli, 33 nömrəli əmrə əsasən müəyyən olunur ki, İddiaçı kiçik müəssisəsinin təsis edilməsi və gələcəkdə İddiaçı müəssisəsi kimi fəaliyyət göstərməsi, X3 müəssisənin direktoru təyin edilməsi, müəssisənin fəaliyyət sahəsinin təyin edilməsi, “İmpuls” müəssisəsinin İlisu kəndində yerləşən istehsal sexinin istifadəsiz sahəsinin İddiaçı kiçik müəssisəsinə ayrılması və müəssisənin ünvanının gələcək üçün Qax rayonunun İlisu kəndində qeydə alınması əmr olunmuşdur. - İddiaçı kiçik müəssisəsinin nizamnaməsindən görünür ki, müəssisə Qax rayonu İlisu kəndində yerləşir. - Azərbaycan “Ulduz” Elmi-İstehsalat Birliyinin xx.xx.1993-cü il tarixli əmrinə (xx.xx.1991-ci il tarixli, 33 nömrəli əmrə əlavə) əsasən müəyyən olunur ki, İddiaçı kiçik müəssisəsinin təsis edilməsi və gələcəkdə İddiaçı müəssisəsi kimi fəaliyyət göstərməsi, “İmpuls” Qax müəssisəsinin İlisu kəndində yerləşən istehsal sexinin qalıq balans dəyəri 45000 rubl ödənilməklə İddiaçı kiçik müəssisəsinə təhvil verilməsi əmr olunmuşdur. - İddiaçı tərəfindən təqdim edilmiş, xx.xx.1993-cü il tarixdə Qax rayonu İlisu kəndində tərtib edilmiş aktda qeyd olunmuşdur ki, göstərilən tarixdə “İmpuls” KM-nin balansında olan 610 kv.m istehsal sahəsi amartizasiya xərcləri hesablandıqdan sonra təyin olunmuş 45000 (qırx beş min) rubl qiymətində dəyəri ödənildikdən sonra İddiaçı KM-yə təhvil verildi. Akt Azərbaycan “Ulduz” EİB-nin Qax “İmpuls” KM-nin direktoru Əskər Əskərov, mühasibə Həşim Həsənov, iqtisadçı Svetlana Muradova, İddiaçı KM-nin direktoru Mikayıl Əskərov, təftiş Xalıq Murtuzayev tərəfindən tərtib edilmiş və imzalanmışdır. - Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş A seriyalı 015696 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədindən görünür ki, Qax rayon XDS İcraiyyə Komitəsinin xx.xx.1986-cı il tarixli, 13 nömrəli, Qax rayon X4 26 aprel 1988-ci il tarixli 2 nömrəli qərarları və “Ulduz” Elmi-İstehsalat Birliyinin xx.xx.1991-ci il tarixli, 33 nömrəli əmrinə əsasən 7000 kv.m torpaq sahəsi sahibkarlıq üçün İddiaçı kiçik müəssisəsinə ayrılmışdır. - Cavabdehin xx.xx.2021-ci il tarixli, **********54 nömrəli məktubuna əlavə olunmuş xx.xx.2021-ci il tarixli “daşınmaz əmlakıntexniki vəziyyətini əks etdirən müayinə (baxış) aktında qeyd olunmuşdur ki, torpaq sahəsi şimaldan kənd yolu, cənubdan X26, şərqdən su kanalı, qərbdən yaşayış məntəqəsi ilə əhatə olunmuşdur. İcazəsiz tikili yoxdur. Binanın kürsüsü çay daşından, divarları mişar daşından, üstü şiferlə örtülmüşdür. Bina hal-hazırda istismara yararsız vəziyyətdədir. Bina və 0,70 ha torpaq sahəsi İstehsal və Xidmət Müəssisələrinin İdarə Etmə Mərkəzinin (İXMİM) balansındadır. Kommunikasiya xəttlərinin mühafizə zolağında yerləşmir. - Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi məhkəmənin sorğusuna xx.xx.2022ci il tarixli 4/1062 nömrəli cavab məktubunda qeyd etmişdir ki, ləğv olunmuş Azərbaycan Ulduz X18nin arxiv sənədləri Dövlət Arxivinə və Dövlət Arxivinin Bakı filialına mühafizə üçün təhvil verilməmişdir. - Qax rayon İcra Hakimiyyətinin xx.xx.2022-ci il tarixli, 4/655 nömrəli məktubunda qeyd edilmişdir ki, Qax rayonunun İlisu kəndində yerləşən İddiaçı MMC-yə məxsus 7000 kv.m torpaq sahəsi hazırda Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin balansındadır. - Qax rayon İlisu bələdiyyəsinin xx.xx.2022-ci il tarixli, 22 nömrəli məktubunda qeyd edilmişdir ki, İlisu bələdiyyəsinin İlisu kəndi ərazisində İddiaçı MMC-yə məxsus 7000 kv.m torpaq sahəsində olan tikililər bələdiyyə balansında deyildir. Torpaq vergisi qanuni təmsilçi X8 tərəfindən ödənmiş, ərazidə yerləşən tikililərin sənədi olmadığından əmlak vergisinə cəlb olunmamışdır. Gələcəkdə tikililərin qeydiyyata alınmasından sonra əmlak vergisinə cəlb olunacaqdır. - İddiaçı tərəfindən təqdim edilmiş şəxsi hesabdan çıxarışdan görünür ki, İddiaçı KM tərəfindən 45000 rubl ödəniş edilmiş və çıxarışa bu barədə “оплачено” ştampı vurulmuşdur. - Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş torpaq sahəsinin planı və ölçüsü sənədindən görünür ki, Qax rayonu İlisu kəndində yerləşən 7000 kv.m torpaq sahəsi Qax rayon XDS İcraiyyə Komitəsinin xx.xx.1986-cı il tarixli 13 saylı Qax rayon X4 xx.xx.1988-ci il tarixli 02 saylı qərarı və Azərbaycan Ulduz Elmi-İstehsalat Birliyinin xx.xx.1991-ci il tarixli 33 nömrəli əmri ilə İddiaçı kiçik müəssisəsinə verilmişdir.
TƏTBİQ EDİLƏN HÜQUQ
15. İnzibati Prosessual Məcəllə: Maddə 12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. 12.3. Məhkəmə prosesinin iştirakçıları mübahisə ilə bağlı faktiki halların araşdırılmasında və sübutların toplanılmasında məhkəməyə yardım etməyə borcludurlar. 12.4. Proses iştirakçıları tərəfindən hər hansı sübutun məhv edilməsi və ya gizlədilməsi yaxud hər hansı başqa üsulla həmin sübutun araşdırılmasına maneçilik törədilməsi qadağandır. Belə halların baş verdiyi təqdirdə, məhkəmə konkret işlə bağlı bütün xüsusiyyətləri nəzərə alaraq sübut etmə vəzifəsinin dönüşü haqqında qərardad qəbul edə bilər. Maddə 14.2. İnzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 48. Məhkəmənin və proses iştirakçılarının işin hallarının obyektiv araşdırılması ilə bağlı vəzifələri 48.1. Sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyrimüəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. 48.2. İnzibati məhkəmə icraatının iştirakçıları yazılı vəsatətlərini, etirazlarını, izahatlarını və bunlarla əlaqədar sənədləri məhkəmə baxışı başlayana qədər təqdim etməyə borcludurlar. Sədrlik edən hakim bu məqsədlə müddət təyin edə bilər. Məhkəmə xidməti vəzifəsinə görə həmin sənədlərin surətlərini prosesin digər iştirakçılarına göndərir. 48.3. Yazılı vəsatətlərə, etirazlara, izahatlara onlarda istinad olunan sənədlərin əsli və ya surəti tam və ya çıxarışlar şəklində əlavə edilməlidir. Həmin sənədlər qarşı tərəfə məlum olduğu və ya həcmcə çox böyük olduğu hallarda, onların əlamətlərini dəqiq göstərməklə, qarşı tərəfin həmin sənədlərlə məhkəmədə tanış olmasının mümkünlüyünü qeyd etmək kifayətdir. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.
16. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (“MM”): 43.1-ci maddəsinə əsasən hüquqi şəxs qanunla müəyyənləşdirilən qaydada dövlət qeydiyyatından keçmiş, xüsusi yaradılmış elə bir qurumdur ki, mülkiyyətində ayrıca əmlakı vardır, öz öhdəlikləri üçün bu əmlakla cavabdehdir, öz adından əmlak və şəxsi qeyri-əmlak hüquqları əldə etmək və həyata keçirmək, vəzifələr daşımaq, məhkəmədə iddiaçı və ya cavabdeh olmaq hüququna malikdir. Hüquqi şəxsin müstəqil balansı olmalıdır. 43.2-ci maddəsinə görə hüquqi şəxslər bir fiziki və ya hüquqi şəxs tərəfindən, yaxud fiziki və hüquqi şəxslərin toplusu tərəfindən yaradıla bilər, üzvlüyə əsaslana bilər, üzvlərin olmasından asılı ola və ya asılı olmaya bilər, sahibkarlıq fəaliyyəti ilə məşğul ola və ya məşğul olmaya bilər. 44.1-ci maddəsinə əsasən hüquqi şəxs dövlət qeydiyyatına alındığı andan mülki hüquqlara malikdir və mülki vəzifələr daşıyır. Hüquqi şəxsin hüquq qabiliyyətinə onun ləğvinin başa çatdığı an xitam verilir. 45.1-ci maddəsinə görə hüquqi şəxs onun təsis edilməsi və nizamnaməsinin hazırlanması yolu ilə yaradılır. 55.1-ci maddəsinə əsasən hüquqi şəxsin yenidən təşkili (birləşmə, qoşulma, bölünmə, ayrılma, çevrilmə) onun təsisçilərinin (iştirakçılarının) və ya hüquqi şəxsin nizamnamə ilə vəkil edilmiş orqanının qərarı ilə həyata keçirilə bilər. Məcəllənin 56-cı maddəsi hüquqi şəxslərin yenidən təşkil edilərkən hüquq varisliyini aşağıdakı kimi müəyyən etməkdədir: 56.1. Hüquqi şəxslər birləşdikdə onlardan hər birinin hüquq və vəzifələri təhvil aktına uyğun olaraq yeni yaranmış hüquqi şəxsə keçir. 56.2. Hüquqi şəxs digər hüquqi şəxsə qoşulduqda qoşulan hüquqi şəxsin hüquq və vəzifələri təhvil aktına uyğun olaraq əvvəlki hüquqi şəxsə keçir. 56.3. Hüquqi şəxs bölündükdə onun hüquq və vəzifələri bölünmə balansına uyğun olaraq yeni yaranmış hüquqi şəxslərə keçir. 56.4. Hüquqi şəxsin tərkibindən bir və ya bir neçə hüquqi şəxs ayrıldıqda yenidən təşkil edilmiş hüquqi şəxsin hüquq və vəzifələri bölünmə balansına uyğun olaraq onların hər birinə keçir. 56.5. Bir növdən olan hüquqi şəxs digər növdən olan hüquqi şəxsə çevrildikdə (təşkilati-hüquqi formanın dəyişməsi) yenidən təşkil edilmiş hüquqi şəxsin hüquq və vəzifələri təhvil aktına uyğun olaraq yeni yaranmış hüquqi şəxsə keçir. MM-in 57-ci maddəsinə əsasən Təhvil aktında və bölünmə balansında yenidən təşkil edilmiş hüquqi şəxsin bütün kreditorları və borcluları barəsində öhdəliklərinin hamısı, o cümlədən tərəflərin mübahisə etdikləri öhdəliklər üzrə hüquqi varislik haqqında müddəalar olmalıdır. Təhvil aktı və bölünmə balansı hüquqi şəxsin yenidən təşkili haqqında qərar qəbul etmiş onun təsisçiləri (iştirakçıları) və ya hüquqi şəxsin nizamnamə ilə vəkil edilmiş orqanı tərəfindən təsdiq edilir və nizamnamələrlə birlikdə yeni yaranmış hüquqi şəxslərin dövlət qeydiyyatına alınması və ya mövcud hüquqi şəxslərin nizamnamələrində dəyişikliklər edilməsi üçün təqdim olunur. Nizamnamələrlə birlikdə təhvil aktının və bölünmə balansının təqdim edilməməsi, habelə onlarda yenidən təşkil edilmiş hüquqi şəxsin öhdəlikləri üzrə hüquq varisliyi haqqında müddəaların olmaması yeni yaranmış hüquqi şəxsləri dövlət qeydiyyatına almaqdan imtina edilməsinə səbəb olur. 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır; 139.3-cü maddəsinə görə daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir; 139-1.1.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur; 152.1-ci maddəsinə görə mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
17. 1991-ci il 9 noyabr tarixdə qəbul edilmiş "Azərbaycan Respublikasında mülkiyyət haqqında" Qanun (2002-ci il 23 aprel tarixli, 311-İİQD nömrəli Qanuna əsasən qüvvədən düşmüşdür) Maddə 3. (Mülkiyyət hüququnun obyektləri), torpaq, yerin təki, daxili sular və ərazi suları, qitə şelfi, hava hövzəsi, bitkilər və heyvanlar aləmi, müəssisələr, əmlak kompleksləri, binalar, qurğular, avadanlıq, xammal və materiallar, pullar, qiymətli kağızlar, istehsal təyinatlı, sosial, mədəni və başqa təyinatlı digər əmlak, intellektual və yaradıcı əməyin məhsulları mülkiyyətdə ola bilər. Maddə 4. Azərbaycan Respublikasında mülkiyyət hüququnun subyektləri Azərbaycan Respublikası, Naxçıvan Muxtar Respublikası, yerli xalq deputatları Sovetləri, kollektiv müəssisələr (kooperativlər, səhmdar cəmiyyətləri, təsərrüfat ortaqlıqları və təsərrüfat assosiasiyaları, icarə müəssisələri), ictimai birliklər və dini təşkilatlar, vətəndaşlardır. Maddə 12. Dövlət və bələdiyyə müəssisələri və idarələrinin əmlakı
1. Dövlət və ya bələdiyyə mülkiyyəti olan, dövlət və ya bələdiyyə müəssisəsinə təhkim edilmiş əmlak tam təsərrüfatçılıq səlahiyyəti ilə müəssisəyə məxsusdur.
2. Dövlət və ya bələdiyyə əmlakının idarə olunması üçün vəkil edilmiş orqan dövlət və ya bələdiyyə müəssisəsinin yenidən təşkil olunması, yaxud ləğv edilməsi haqqında qərar qəbul etdikdə, müəssisə iqtidarsız (müflis) hesab edildiyi hallar istisna olmaqla, əmək kollektivinin ixtiyarı vardır ki, müəssisəni ona icarəyə verməyi və ya onu kollektiv, yaxud xüsusi mülkiyyət hüququna əsaslanan başqa müəssisəyə çevirməyi tələb etsin.
3. Dövlət və ya bələdiyyə mülkiyyəti olan və mülkiyyətçi tərəfindən dövlət və ya bələdiyyə büdcəsindəki idarəyə təhkim edilmiş əmlak həmin idarənin operativ idarəsində olur. Maddə 13. Dövlət və bələdiyyə əmlakının dövlətsizləşdirilməsi və özləşdirilməsi Dövlət və ya bələdiyyə mülkiyyətində olan müəssisələr, əmlak kompleksləri, binalar, qurğular və başqa əmlak Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının qanunvericilik aktları ilə, xalq deputatları Sovetlərinin öz səlahiyyətləri daxilində qəbul etdikləri aktlarla qoyulmuş qaydada və şərtlərlə vətəndaşların və hüquqi şəxslərin xüsusi mülkiyyətinə çevrilə bilər.
18. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 1.0.4. qeydiyyat orqanı – daşınmaz əmlakın dövlət reyestrini tərtib edən və aparan müvafiq icra hakimiyyəti orqanıdır. Maddə 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 8.0.1-ci maddəsinə əsasən, qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; ... 8.0.3-cü maddəsinə görə, daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı ... 8.0.8-ci maddəsinə əsasən, bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər; 8.0.9-cu maddəsinə görə, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: 8.0.9.1. hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə: 8.0.9.1.1. icarədə və ya istifadədə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı; 8.0.9.1.2. məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd; 8.0.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; 8.0.10-cu maddəsinə əsasən, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; 8.0.10.2. məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd; 8.0.11-ci maddəsinə görə, Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi; 8.0.12-ci maddəsinə əsasən 2006-cı il iyulun 6-dan 2009-cu il iyunun 24-dək müvafiq icra hakimiyyəti orqanı tərəfindən daşınmaz əmlaka dair verilmiş şəhadətnamələr daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. 11.1-ci maddəsinə görə hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır; 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər; 23.2-ci maddəsinə görə isə daşınmaz əmlak barədə texniki məlumatın dəqiqliyinə və vaxtında təqdim edilməsinə həmin daşınmaz əmlakın dövlət uçotunu aparan müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri cavabdehdirlər.
19. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin: 66.1-ci maddəsinə əsasən, dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqda hüquqi və fiziki şəxslərə verilməsi müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Xüsusi mülkiyyətdə olan torpaqlar üzərində bütün hüquqların başqasına keçməsi isə tərəflər arasında bağlanmış və notarial qaydada təsdiq edilmiş müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, məhdudiyyətlər və servitutlar, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə digər şərtlər nəzərdə tutulur; 67.1-ci maddəsinə görə torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır; 111.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur; 111.2-ci maddəsinə görə özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır.
20. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Maddə 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Maddə 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur.
APELLYASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ
21. İddiaçının apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Apellyasiya şikayəti mümkündür və əsaslıdır, ona görə də apellyasiya şikayəti uğurlu olacaqdır.
22. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir.
23. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır.
24. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı tərəf hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
25. Birinci instansiya məhkəməsi iddianı təmin etməmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
26. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, cavabdehin iddiaçının müraciətinin təmin edilməsindən imtina etməsi qanunvericiliyin tələblərinə uyğun olmuşdur. Belə ki, iş materiallarına əlavə edilən sənədlərdən və iddia ərizəsindən də göründüyü kimi, iddiaçının hüquqi marağı qeyri-yaşayış sahəsi və 7000 kv.metr torpaq sahəsinin İddiaçı MMC-nin adında daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasından ibarətdir. Lakin məhkəmə araşdırması ilə iş materiallarına əlavə edilmiş sənədlərə əsasən mübahisəli 7000 kv.metr torpaq sahəsinin nə İddiaçı KM-yə, nə də İddiaçı MMC-yə ayrılmasına dair heç bir hüquqi əsas (inzibati akt, müqavilə və s.) müəyyən edilmişdir. Digər tərəfdən iddiaçı mübahisəli torpaq sahəsində yerləşən tikilinin Azərbaycan “Ulduz” Elmi-İstehsalat Birliyinin xx.xx.1993-cü il tarixli əmrinə əsasən “İmpuls” Qax müəssisəsinin İlisu kəndində yerləşən istehsal sexinin qalıq balans dəyəri 45000 rubl ödənilməklə İddiaçı kiçik müəssisəsinə təhvil verilməsinin əmr olunmasına, xx.xx.1993-cü il tarixdə Qax rayonu İlisu kəndində tərtib edilmiş aktla “İmpuls” KM-nin balansında olan 610 kv.m istehsal sahəsi amartizasiya xərcləri hesablandıqdan sonra təyin olunmuş 45000 (qırx beş min) rubl qiymətində dəyəri ödənildikdən sonra İddiaçı KM-yə təhvil verilməsinə istinad etsə də, tikilinin “İmpuls” KM-nin mülkiyyətinə verilməsi və ya onun mülkiyyətində olmasına dair heç bir hüquqmüəyyənedici sənəd aşkar olunmamışdır. Həmçinin məhkəmə tərəfindən iş materiallarına əlvə edilmiş sənədlərə əsasən Qax rayonu İlisu kənd Kirov adına kolxozun xx.xx.1987-ci il tarixli 6 nömrəli kolxozun müvəkkillər yığıncağının protokolunun qərarı ilə “Kirov” adına kolxoza məxsus İlisu kəndində tikilmiş və istifadə olunmayan anbar binasının Bakı “Ulduz” zavoduna satılması, həmin qərarın təsdiqinin Qax rayon Aqrar-Sənaye Bilrliyi şurasından xahiş edilməsinin qərara alınması, Qax rayon X4 26 aprel 1988-ci il tarixli 2 nömrəli iclas protokolundan çıxarış əsasında Şuranın anbar binasının Bakı “Ulduz” zavoduna satılması haqqında kolxozçuların 31 dekabr 1987-ci il tarixli, 6 nömrəli yığıncaq qərarını təsdiq etdiyi və kolxozun idarə heyəti sədri Babayev yoldaşa qanuni sənədləşmə apararaq anbar binasının balans dəyərində satılmasının tapşırıldığı müəyyən edilsə də, Ulduz zavodu ilə müvafiq sənədləşmənin aparılması və alğı-satqının baş tutmasına dair müqavilə, yaxud hüquqların rəsmiləşdirilməsini təsdiq edən hər-hansı hüquqmüəyyənedici sənəd aşkar edilməmişdir. Eyni zamanda torpaq sahəsinin iddiaçının hüquqi varisi olduğu İddiaçı KM-nin təsis edilməsində iştirak etmiş müəssisələrin mülkiyyətinə verilməsinə dair əsaslar işin halları ilə öz təsdiqini tapmamışdır.
27. Məhkəmə kollegiyası ilk olaraq qeyd etməyi zəruri hesab edir ki, İddiaçı MMC Qax rayonu XDS İcraiyyə Komitəsinin 117 saylı qərarı ilə xx.xx.1991-ci ildə dövlət qeydiyyatına alınmış İddiaçı kiçik müəssisəsinin hüquqi varisi olduğundan, hazırkı iddia ilə məhkəməyə müraciət etmək üçün subyektiv hüquqa malikdir.
28. Belə ki, 13 saylı Ərazi Vergilər İdarəsinin xx.xx.2011-ci il tarixli, **********108100 nömrəli məktubunda qeyd olunur ki, İdarəyə təhvil verilmiş İddiaçı MMC-nin (VÖEN **********) arxiv sənədlərinə baxış keçirilərkən həqiqətən cəmiyyətin Nizamnaməsinin 1.5-ci bəndində İddiaçı MMC-nin Qax rayonu XDS İcraiyyə Komitəsinin 117 saylı qərarı ilə xx.xx.1991-ci ildə dövlət qeydiyyatına alınmış İddiaçı kiçik müəssisəsinin hüquqi varisi olduğunun qeyd edildiyi müəyyən edilmişdir.
29. Hüquqi şəxsin dövlət qeydiyyatı haqqında şəhadətnamədən görünür ki, İddiaçı MMC xx.xx.2006-cı il tarixdə dövlət qeydiyyatına alınmış, qeydiyyat nömrəsi 0906-Q3-290 olmuşdur.
30. xx.xx.2009-cu il tarixli, **********399700 nömrəli “Kommersiya hüquqi şəxslərinin dövlət reyestrindən çıxarış”dan görünür ki, İddiaçı MMC xx.xx.2009-cu il tarixdə qeydiyyata alınmış, əvvəlki dövlət qeydiyyatı nömrəsi 0906-Q3-290 olmuş, VÖEN-i **********, hüquqi ünvanı Qax rayonu İlisu kəndi, qanuni təmsilçi X9r.
31. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmayaraq qeyd edir ki, cavabdeh orqan Qax rayonu, İlisu kəndində yerləşən İddiaçı MMC-yə məxsus 7000 kv.m torpaq sahəsi və üzərindəki tikilinin dövlət reyestrində qeydiyyata alınmasından imtina etməkdə haqlı olmamış, birinci instansiya məhkəməsi inzibati iş üzrə işin faktiki hallarını tam araşdırmadan, iş üzrə maddi hüquq normalarını düzgün tətbiq etmədən iddia tələbini təmin etməməklə düzgün nəticəyə gəlməmişdir.
32. Belə ki, məhkəmə kollegiyası tərəfindən aparılan araşdırma zamanı müəyyən edildi ki, Qax rayon İlisu kənd “Kirov” adına kolxozun 05 iyun 1986-cı il tarixli 3 nömrəli ümumi yığıncaq protokolundan çıxarışdan görünür ki, həmin yığıncaqda İlisu kəndinin “Bəytabun” sahəsində yerləşmiş kanaldan qərbdə, mərkəzi kənd yolundan cənubda yerləşmiş, ölçüləri 100x70 metr olmaq etibarı ilə 0,7 ha torpaq sahəsi anbar binasının tikintisindən ötrü ayrılmışdır. Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinin Respublika X23 filialının xx.xx.2022-ci il tarixli 310 nömrəli məktubu ilə məhkəməyə təqdim edilmiş 05 iyun 1986-cı il tarixli 3 nömrəli ümumi yığıncağın protokolundan görünür ki, iclasın gündəliyində duran ikinci məsələ İlisu kəndində yeni anbar binasının tikilməsi haqqında olmuşdur.
33. Həmçinin Qax rayon XDS İcraiyyə Komitəsinin xx.xx.1986-cı il tarixli, 13 nömrəli iclas protokolundan çıxarışdan görünür ki, həmin iclasda İlisu kəndində anbar binasının tikintisinə 0,7 ha torpaq sahəsinin ayrılması haqqında “Kirov” adına kolxozun xx.xx.1986-cı il tarixli, 3 nömrəli ümumi yığıncağının qərarı təsdiq edilmişdir. 34.Bundan başqa Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinin Respublika X23 filialının xx.xx.2022-ci il tarixli 352 nömrəli məktubu ilə məhkəməyə təqdim edilmiş Qax rayonu İlisu kənd Kirov adına kolxozun xx.xx.1987-ci il tarixli 6 nömrəli kolxozun müvəkkillər yığıncağının protokolunun surətindən görünür ki, iclasın gündəliyində duran 4cü məsələ İlisu kəndində olan taxıl anbarı binasının Bakı “Ulduz” zavoduna satılması haqqında olmuşdur. Yığınıncaqda məsələnin müzakirəsi ilə əlaqədar olaraq “Kirov adına kolxoza məxsus İlisu kəndində tikilmiş və hal-hazırda istifadə olunmayan anbar binasının Bakı “Ulduz” zavoduna satılması, həmin qərarın təsdiqinin Qax rayon Aqrar-Sənaye Bilrliyi şurasından xahiş edilməsi” qərara alınmışdır.
35. İddiaçı tərəfindən təqdim edilmiş Qax rayon X4 26 aprel 1988-ci il tarixli 2 nömrəli iclas protokolundan çıxarışdan görünür ki, həmin iclasda Şura “Kirov” adına kolxoza məxsus olan, İlisu kəndində tikilmiş və hal-hazırda istifadə olunmayan anbar binasının Bakı “Ulduz” zavoduna satılması haqqında kolxozçuların 31 dekabr 1987-ci il tarixli, 6 nömrəli yığıncaq qərarını təsdiq etmişdir. İclasda həmçinin, kolxozun idarə heyəti sədri Babayev yoldaşa qanuni sənədləşmə apararaq anbar binasının balans dəyərində satılmasının tapşırılması qərara alınmışdır.
36. Həmçinin Respublika Veteran Kooperativləri Birliyi, Azərbaycan “Ulduz” İstehsalat Birliyi və Qax “İmpuls” kiçik müəssisəsi üzrə birgə xx.xx.1991-ci il tarixli, 33 nömrəli əmrdən göünür ki, İddiaçı kiçik müəssisəsinin təsis edilməsi və gələcəkdə İddiaçı müəssisəsi kimi fəaliyyət göstərməsi, X3 müəssisənin direktoru təyin edilməsi, müəssisənin fəaliyyət sahəsinin təyin edilməsi, “İmpuls” müəssisəsinin İlisu kəndində yerləşən istehsal sexinin istifadəsiz sahəsinin İddiaçı kiçik müəssisəsinə ayrılması və müəssisənin ünvanının gələcək üçün Qax rayonunun İlisu kəndində qeydə alınması əmr olunmuşdur.
37. Həmçinin Azərbaycan “Ulduz” Elmi-İstehsalat Birliyinin xx.xx.1993-cü il tarixli əmrindən (xx.xx.1991-ci il tarixli, 33 nömrəli əmrə əlavə) görünür ki, İddiaçı kiçik müəssisəsinin təsis edilməsi və gələcəkdə İddiaçı müəssisəsi kimi fəaliyyət göstərməsi, “İmpuls” Qax müəssisəsinin İlisu kəndində yerləşən istehsal sexinin qalıq balans dəyəri 45000 rubl ödənilməklə İddiaçı kiçik müəssisəsinə təhvil verilməsi əmr olunmuşdur.
38. İddiaçı tərəfindən təqdim edilmiş, xx.xx.1993-cü il tarixdə Qax rayonu İlisu kəndində tərtib edilmiş aktda qeyd olunmuşdur ki, göstərilən tarixdə “İmpuls” KM-nin balansında olan 610 kv.m istehsal sahəsi amartizasiya xərcləri hesablandıqdan sonra təyin olunmuş 45000 (qırx beş min) rubl qiymətində dəyəri ödənildikdən sonra İddiaçı KM-yə təhvil verilmişdir. Akt Azərbaycan “Ulduz” EİB-nin Qax “İmpuls” KM-nin direktoru Əskər Əskərov, mühasib Həşim Həsənov, iqtisadçı Svetlana Muradova, İddiaçı KM-nin direktoru Mikayıl Əskərov, təftiş Xalıq Murtuzayev tərəfindən tərtib edilmiş və imzalanmışdır. İddiaçı tərəfindən təqdim edilmiş şəxsi hesabdan çıxarışdan görünür ki, İddiaçı KM tərəfindən 45000 rubl ödəniş edilmiş və çıxarışa bu barədə “оплачено” ştampı vurulmuşdur.
39. Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən tərtib edilmiş, Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2007-ci il tarixli 536 nömrəli Fərmanı ilə təsdiq edilmiş A seriyalı 015696 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədinə əsasən Qax rayonu İlisu kəndində yerləşən 7000 kv.m torpaq sahəsi İddiaçı kiçik müəssisəsinə verilmişdir. Həmin torpaq sahəsinin planı və ölçüsü sənədi X21 kitabında 30 avqust 2007-ci il tarixdə 130 nömrə ilə uçota alınmışdır.
40. Məhkəmə kollegiyası bununla bağlı qeyd edir ki, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur.
41. İşin faktiki hallarını və yuxarıda istinad olunan hüquq normalarının tələblərini nəzərə alan məhkəmə kollegiyası qeyd edir ki, göründüyü kimi mübahisə predmeti olan torpaq sahsəsi fakitiki olaraq İddiaçı mülkiyyətindədir. Odur ki, həmin torpaq sahəsi və üzərindəki tikili dövlət reyestrində iddiaçının adına qeydiyyata alınmalıdır.
42. Həmçinin iş materiallarında olan Qax rayon İcra Hakimiyyətinin xx.xx.2022-ci il tarixli, 4/655 nömrəli məktubunda qeyd edilmişdir ki, Qax rayonunun İlisu kəndində yerləşən İddiaçı MMC-yə məxsus 7000 kv.m torpaq sahəsi hazırda Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin balansındadır. Cavabdehin xx.xx.2021-ci il tarixli, **********54 nömrəli məktubuna əlavə olunmuş xx.xx.2021-ci il tarixli “daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktında isə qeyd olunmuşdur ki, bina və 0,70 ha torpaq sahəsi İstehsal və Xidmət Müəssisələrinin İdarə Etmə Mərkəzinin (İXMİM) balansındadır.
43. Məhkəmə kollegiyası Qax rayon İcra Hakimiyyətinin və cavabdeh orqanın məktublarına münasibətdə qeyd edir ki, işin faktiki hallarından müəyyən olunur ki, iddia predmeti olan torpaq sahəsi İddiaçınə hələ 1993-cü ildə satılmışdır. Həmin torpaq sahəsinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin və ya İstehsal və Xidmət Müəssisələrinin İdarə Etmə Mərkəzinin balansında olması barədə cavabdeh tərəfindən heç bir sübut təqdim olunmamışdır.
44. Məhkəmə kollegiyası yuxarıda qeyd edilən normaların tələblərini hazırkı iddia tələbi üzrə işin hallarına tətbiq edərək belə hesab edir ki, cavabdeh orqan tərəfindən iddiaçıya münasibətdə onun tələbini təmin etməkdən imtinası onun mülkiyyət hüququnun pozuntusudur. Ona görə iddiaçının müraciətinin təmin edilməsindən imtina edən inzibati orqanın hərəkətləri əsassız olmuş, işə baxan birinci instansiya məhkəməsi tam araşdırma aparmamış, maddi hüquq normalarının tətbiqində səhvə yol vermiş və bu səbəbdən də iddia tələbini təmin etməməklə düzgün nəticəyə gəlməmişdir.
45. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı İPM-in 87.6-cı maddəsinə əsasən ləğv edilməli, iddia təmin edilərək cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 12 saylı Şəki Ərazi İdarəsinin üzərinə Qax rayonu, İlisu kəndində yerləşən İddiaçı MMC-yə məxsus 7000 kv.m torpaq sahəsi və üzərindəki tikilinin dövlət reyestrində qeydiyyata alınması öhdəliyi qoyulmalı, apellyasiya şikayəti təmin edilməlidir.
46. Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 87, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən məhkəmə kollegiyası QƏRАRА АLDİ:
İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Şəki İnzibati Məhkəməsinin 24 yanvar 2023-cü il tarixli, 2-1(116)-20/2023 nömrəli qərarı ləğv edilsin. İnzibati iş üzrə yeni qərar çıxarılaraq iddia təmin edilsin. İddiaçı Qax rayonu, İlisu kəndində yerləşən İddiaçı MMC-yə məxsus 7000 kv.m torpaq sahəsi və üzərindəki tikilinin dövlət reyestrində qeydiyyata alınması öhdəliyi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 12 saylı Şəki Ərazi İdarəsinin üzərinə qoyulsun. İnzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.