Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-238/2022 21.09.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən, məruzəçi), Məlikov Vəzirxan İsgəndər oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, İslamova Türkay Abdurəhim qızının katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 12 saylı Şəki Ərazi İdarəsinə qarşı “RX seriyalı 000911 nömrəli daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışda torpaq sahəsinin təyinatının sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar qeyd edilməklə yeni çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 31 may 2022-ci il tarixli 2-1(116)-37/2022 nömrəli qərarından iş üzrə cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 12 saylı Şəki Ərazi İdarəsi tərəfindən verilmiş аpellyаsiyа şikаyətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsinə qarşı birinci instansiya məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək “mülkiyyətində olan Qax rayonu İlisu kəndində yerləşən 0,5 ha torpaq sahəsinə dair RX seriyalı 000911 nömrəli daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışın dəyişdirilməsi, “Təyinatı (kateqoriyası)” sətrində - “digər” qeyd edilməklə yeni Çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. Birinci instansiya məhkəməsinin xx.xx.2022-ci il tarixli iclas protokolunun qərardadı ilə cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsi – hüquq varisi: Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 12 saylı Şəki Ərazi İdarəsi ilə əvəz edilmişdir.
3. İddiaçı, tələbində qeyd etmişdir ki, mülkiyyətində olan torpaq sahəsinin kənd təsərrüfatı ehtiyacları üçün yararlı olmadığı, məqsədli təyinatı və hüquqi rejimi baxımından torpağın hansı kateqoriyaya aid olduğu bilinmədiyi və torpaq sahəsi faktiki olaraq kənd təsərrüfatı məhsulları istehsalı və emalı üçün yararlı olmadığı halda müvafiq hüquqmüəyyənedici sənədlərdə torpaq sahəsinin məqsədli təyinatı və hüquqi rejimi baxımından kateqoriyası “kənd təsərrüfatı təyinatlı” torpaqlar, uqodiyası isə əkin kimi göstərilmişdir.
4. İddiaçı tələbini dəqiqləşdirərək cavabdehin üzərinə RX seriyalı 000911 nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışda torpaq sahəsinin təyinatının sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar qeyd edilməklə yeni çıxarışın verilməsi öhdəliyinin qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
5. Birinci instansiya məhkəməsinin xx.xx.2022-ci il tarixli iclas protokolunun qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir.
6. Cavabdeh, iddia tələbinə münasibətində qeyd etmişdir ki, X5 DTXK-nın Qax rayon şöbəsi tərəfindən verilmiş kod 40308018, JN-753 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən Qax rayonu İlisu kəndində yerləşən 1.0 ha torpaq sahəsinin 0.50 ha hissəsini Qax DNK-nın 17 iyul 2008-ci il tarixli, 4Ə-395 saylı alqı-satqı müqaviləsi ilə İddiaçı satmış, sonuncunun adına 3 sentyabr 2008-ci il tarixdə ********* qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Torpağa mülkiyyət hüququna dair Dövlət aktına və Qax rayonu İlisu kəndinin kompleks yerquruluşu xəritəsinə əsasən 3 sentyabr 2008-ci il tarixli ********* qeydiyyat nömrəli çıxarış verilərkən torpaq sahəsinin kateqoriyası “kənd təsərrüfatı təyinatlı torpaqlar” olaraq göstərilmişdir.
7. Qax rayonu İlisu kəndinin kompleks yerquruluşu xəritəsində sözügedən torpaq sahəsinin kateqoriyası “yaşayış məntəqələri torpaqları” və “sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlara” aid olmadığından, həmçinin, Azərbaycan Respublikasında məqsədli təyinatına və hüquqi rejiminə uyğun olaraq ərizəçinin ərazi idarəsinə ünvanladığı müraciətdə göstərdiyi “digər” torpaq kateqoriyası mövcud olmadığından müraciətin təmin edilməsi mümkün olmamışdır.
8. Birinci instansiya məhkəməsinin iclasında cavabdehin nümayəndəsi iddia tələbinə etirazla eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etmişdir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
9. Şəki İnzibati Məhkəməsinin (hakim Vüqar Musayev) 31 may 2022-ci il tarixli 2- 1(116)-37/2022 nömrəli qərarı ilə iddia tələbi təmin edilərək, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 12 saylı Şəki Ərazi İdarəsinin üzərinə RX seriyalı 000911 nömrəli daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışda torpaq sahəsinin təyinatının sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar qeyd edilməklə, yeni çıxarışın İddiaçı verilməsi öhdəliyinin qoyulması qərara alınmışdır.
10. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 12 saylı Şəki Ərazi İdarəsi həmin qərardan apellyasiya şikayəti vermişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ
11. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, X4 DTXK-nın Qax rayon şöbəsi tərəfindən verilmiş kod 40308018, JN-753 nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən Qax rayonu İlisu kəndində yerləşən 1.0 ha torpaq sahəsinin 0.50 ha hissəsini Qax DNK-nın 17 iyul 2008-ci il tarixli 4Ə-395 nömrəli alqı-satqı müqaviləsi ilə İddiaçı satmış, sonuncunun adına 3 sentyabr 2008-ci il tarixdə ********* qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Torpağa mülkiyyət hüququna dair dövlət aktına və Qax rayonu İlisu kəndinin kompleks yerquruluşu xəritəsinə əsasən 3 sentyabr 2008-ci il tarixli ********* qeydiyyat nömrəli çıxarış verilərkən torpaq sahəsinin kateqoriyası “kənd təsərrüfatı təyinatlı torpaqlar” olaraq göstərilmişdir. Qax rayonu İlisu kəndinin kompleks yerquruluşu xəritəsində sözügedən torpaq sahəsinin kateqoriyası “yaşayış məntəqəsi torpaqları” və “sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlara” aid olmadığından, həmçinin, Azərbaycan Respublikasında məqsədli təyinatına və hüquqi rejiminə uyğun olaraq müraciətdə göstərilmiş “digər” torpaq kateqoriyası mövcud olmadığından müraciətinin icrası mümkün olmamışdır. Həmçinin, torpaq sahəsi Qax Rayonu İlisu Bələdiyyəsinin xx.xx.2003-cü il tarixli 5 saylı iclas protokolundan çıxarışda görünür ki, X2 “Qarabulaq” sahəsindən kənd təsərrüfatı məqsədi ilə 1.0 ha torpaq sahəsi satılmışdır. Torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsi müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti tərəfindən həyata keçirilir. Torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsi qaydaları Azərbaycan Respublikası Nazirlər Kabinetinin 20 yanvar 2017-ci il tarixli 10 nömrəli qərarı ilə təsdiq edilmişdir. Hazırkı iş üzrə torpaq sahəsi Qax Rayonu İlisu Bələdiyyəsinin xx.xx.2003-cü il tarixli 5 saylı iclas protokolundan çıxarışdan görünür ki, X2 “Qarabulaq” sahəsindən kənd təsərrüfatı məqsədi ilə 1.0 ha torpaq sahəsi satılmışdır. Həmin torpaq sahəsinin kateqoriyasının dəyişdirilməsi barədə qərar yoxdur. Ona görə də apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 31 may 2022-ci il tarixli 2-1(116)-37/2022 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin olunmamasına dair qərar qəbul edilməsini xahiş etmişdir.
TƏRƏFLƏRİN İZAHATLARİ
12. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X6 oğlu apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 31 may 2022-ci il tarixli 2-1(116)-37/2022 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin olunmamasına dair qərar qəbul edilməsini xahiş etdi.
13. Məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iddiaçı məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası iddiaçının iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.
14. İş materiallarında olan aşağıda sadalanan sənədlərin məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: - Seriya MH ******* №-li (300805401 qeydiyyat nömrəli) çıxarışdan görünür ki, Qax rayonu İlisu kəndində yerləşən 0.5 ha torpaq sahəsi İddiaçı mülkiyyətindədir. Torpaq sahəsinin təyinatı – “kənd təsərrüfatı təyinatlı torpaqlar”, məqsədli istifadə növü - “əkin” qeyd edilmişdir. - JN-0753 kod 40308018 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktından görünür ki, Qax rayonu İlisu kənd bələdiyyəsinin xx.xx.2003-cü il tarixli 04 saylı qərarı ilə X1 təsərrüfatı məqsədi ilə 1.00 hektar torpaq sahəsinin satıldığı qeyd edilmişdir. - Qax rayon İlisu bələdiyyəsinin xx.xx.2003-cü il tarixli 5 saylı iclas protokolundan çıxarışdan görünür ki, Bakı şəhər sakini X3 “Qarabulaq” sahəsindən k/t məqsədi ilə 1.0 ha torpaq sahəsi satılmışdır. - Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin xx.xx.2021-ci il tarixli məktubuna əlavə edilmiş mütəxəssis rəyində qeyd edilmişdir ki, İddiaçı naturada istifadə etdiyi torpaq sahəsi 0.48 hektardır Elektron məlumat bazasında həmin torpaq sahəsi Qax rayonu İlisu kəndinin kompleks yerquruluşu layihələrinə əsasən kənd təsərrüfatına yararsız daşlıq, qumluq ərazilər kimi işlənilmişdir Həmin torpaq sahəsi Hüquqların Dövlət qeydiyyatı haqqında DƏDRX tərəfindən verilmiş seriya MH ******* reyestr nömrəsi **********86 saylı Çıxarışa əsasən hüquq sahibi İddiaçıdur. - Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin xx.xx.2021-ci il tarixli məktubuna əlavə edilmiş mütəxəssis rəyində qeyd edilmişdir ki, İddiaçı naturada istifadə etdiyi torpaq sahəsi 0.48 hektardır. Elektron məlumat bazasında həmin torpaq sahəsi Qax rayonu İlisu kəndinin kompleks yerquruluşu layihələrinə əsasən kateqoriyası sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlara, uqodiyası sair sahələr (kənd təsərrüfatına yararsız, daşlıq, qumluq, şoranlıq) əraziyə aiddir. Hüquqların Dövlət qeydiyyatı haqqında DƏDRX tərəfindən verilmiş seriya MH-0009111, reyestr nömrəsi **********88 saylı Çıxarışa əsasən hüquq sahibi İddiaçıdur. - cavabdehin xx.xx.2022-ci il tarixli məktubunda qeyd edilmişdir ki, qeyd olunan torpaq sahəsi Qax rayonu İlisu kəndinin kompleks yerquruluşu xəritəsində (“dwg” xəritə materiallarında kodu 8011 olmaqla) kənd təsərrüfatında istifadə olunmayan torpaqlar, şoranlıqlar kimi qeyd olunmuşdur. - “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-nin xx.xx.2022-ci il tarixli məktubunda qeyd edilmişdir ki, Şəki İnzibati Məhkəməsinin icraatında olan 2- 1(116)37/2022 nömrəli mülki iş üzrə mübahisəli torpaq sahəsinin kateqoriyasının müəyyənləşdirilməsi ilə bağlı əvvəllər təqdim olunmuş məlumatların dürüstləşdirilməsi barədə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə ünvanladığınız məktuba aidiyyəti üzrə baxılmışdır. Bildiririk ki, Şəki İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli 21(116)-576/2021 nömrəli müraciəti əsasında Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi MMC-nin Şəki Layihə-Tədqiqat idarəsinin mütəxəssisləri tərəfindən əraziyə baxış keçirilərkən sözügedən torpaq sahəsinin yararsız olduğu, faktiki olaraq kənd təsərrüfatı məqsədləri üçün istifadə edilmədiyi və həmin torpaq sahəsinə qonşu və ona yaxın ərazilərdə yerləşən digər torpaq sahələrinin bir hissəsinin yaşayış məntəqələri torpaqları, bir hissəsinin isə sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar kimi qeydiyyata alındığı müəyyən edilmişdir. Bu səbəbdən ərazinin faktiki istifadə vəziyyəti və eləcə də baza məlumatlarında (kompleks yerquruluşu layihəsində) kənd təsərrüfatına yararsız daşlıq, qumluq ərazi kimi qeyd olunduğu nəzərə alınaraq sözügedən torpaq sahəsinin sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlara aid olması barədə rəy verilmişdir. - “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin tabeliyində olan Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi MMC-nin müvafiq layihə-tədqiqat idarələri, o cümlədən Şəki Layihə-Tədqiqat İdarəsi struktur islahatı ilə bağlı ləğv edildiyindən İddiaçı iddia etdiyi torpaq sahəsi ilə əlaqədar “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 12 saylı Şəki Ərazi İdarəsinin arxiv və elektron məlumat bazasında araşdırma aparılarkən tədqiq olunan ərazinin faktiki olaraq kənd təsərrüfatı məqsədləri üçün istifadə edilmədiyinə baxmayaraq mülkiyyətçiyə ilkin verilmiş JN 753 saylı (kod ********) “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı’nda torpağın məqsədli istifadə növü kənd təsərrüfatı kimi, həmçinin sözügedən 0,50 ha torpağa verilmiş ******* nömrəli çıxarışda həmin sahənin kateqoriyası kənd təsərrüfatı torpaqları kimi qeyd olunmuşdur. - cavabdehin xx.xx.2020-ci il tarixli imtina məktubundan görünür ki, iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməzdən əvvəl, anoloji tələblə cavabdeh orqana müraciət etmiş, lakin cavabdeh orqan müraciətin təmin edilməsindən imtina etmişdir.
TƏTBİQ EDİLƏN HÜQUQ
15. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 14.2. İnzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür.
16. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi: Maddə 9. Azərbaycan Respublikasının vahid torpaq fondu və onun tərkibi: Azərbaycan Respublikasının hüdudları daxilində yerləşən bütün torpaqlar onun vahid torpaq fondunu təşkil edir. Məqsədli təyinatına və hüquqi rejiminə uyğun olaraq Azərbaycan Respublikasının torpaqları aşağıdakı kateqoriyalara bölünür: kənd təsərrüfatı təyinatlı torpaqlar; yaşayış məntəqələrinin (şəhərlərin, qəsəbələrin və kənd yaşayış məntəqələrinin) torpaqları; sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar; xüsusi qorunan ərazilərin torpaqları; meşə fondu torpaqları; su fondu torpaqları; ehtiyat fondu torpaqları. Maddə 12. Kənd təsərrüfatı təyinatlı torpaqlar və onların tərkibi:
1. Torpaqların istifadəsinin ərazi planlaşdırılmasında kənd təsərrüfatı ehtiyacları üçün nəzərdə tutulmuş torpaq sahələri kənd təsərrüfatı təyinatlı torpaqlar sayılır.
2. Kənd təsərrüfatı təyinatlı torpaqların tərkibinə kənd təsərrüfatı yerləri (uqodiyaları), meşə zolaqlarının, təsərrüfatdaxili yolların, kommunikasiyaların, bataqlıqların, sututarların, kənd təsərrüfatının aparılması üçün vacib olan tikili və qurğuların altında olan torpaqlar daxildir.
3. Kənd təsərrüfatı yerlərinə (uqodiyalarına) əkin, çoxillik əkmələrin altında olan torpaqlar, dincə qoyulmuş torpaqlar, biçənəklər, örüşlər və otlaqlar aid edilir.
4. Kənd təsərrüfatı yerləri (uqodiyaları) xüsusi olaraq qorunur. Bu torpaqların qeyrikənd təsərrüfatı məqsədilə digər kateqoriyalara keçirilməsinə müstəsna hallarda bu Məcəllədə və digər qanunvericilik aktlarında müəyyən edilmiş qaydada, müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı ilə yol verilir.
5. Bələdiyyələr bələdiyyə mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaqların qeyri-kənd təsərrüfatı məqsədilə digər kateqoriyalara keçirilməsi üçün müvafiq icra hakimiyyəti orqanı qarşısında vəsatət qaldırırlar. Maddə 22.1 Sənaye, rabitə, nəqliyyat, ticarət, ictimai-iaşə və digər istehsal və xidmət obyektlərinin yerləşdirilməsi və fəaliyyəti üçün qanunvericiliklə müəyyən edilmiş qaydada, ayrılan və əldə edilən torpaq sahələri sənaye, nəqliyyat, rabitə və digər təyinatlı torpaqlar sayılır. Maddə 56.2 Bələdiyyələrin ehtiyat fondunun özəlləşdirilə bilən torpaqları xüsusi mülkiyyətə satıla bilər. Bələdiyyələrin ehtiyat fondunun yaşayış məntəqələrinin perspektiv inkişafı üçün cəlb olunan torpaq sahələri, habelə kənd təsərrüfatına azyararlı və yararsız torpaqları özəlləşdirilə bilər.
17. "Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında" Azərbaycan Respublikasının Qanunu: Maddə 6.2. Bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur. Maddə 7.1. Azərbaycan Respublikasının qanunvericiliyi ilə bələdiyyələrin ehtiyat fondunun aşağıdakı torpaqları xüsusi mülkiyyətə verilə bilər: 7.1.1. yaşayış məntəqələrinin perspektiv inkişafı üçün cəlb olunan torpaqlar; 7.1.2. kənd təsərrüfatına az yararlı və yararsız torpaqlar.
18. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 7.1. Müvafiq ərazi vahidi daxilində dövlət mülkiyyətində saxlanılan və xüsusi mülkiyyətə verilən torpaqlar çıxılmaqla qalan torpaqlar bələdiyyə mülkiyyətinə verilir.
19. “Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 6. Dövlət torpaq kadastrının məlumatları dövlət orqanlarının, bələdiyyələrin və məhkəmələrin qərar qəbul etməsi üçün əsasdır.
20. İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Maddə 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Maddə 58.1. İnzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir.
APELLYASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ
21. Cavabdehin apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Apellyasiya şikayəti mümkündür və qismən əsaslıdır.
22. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir.
23. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır.
24. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı tərəf hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
25. Birinci instansiya məhkəməsi iddianı təmin etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə qismən razılaşır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
26. Birinci instansiya məhkəməsi iddia tələbini təmin edərkən mövqeyini onunla əsaslandırmışdır ki, həm cavabdeh orqan, həm də Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti publik hüquqi şəxsi torpaq sahəsinin kateqoriyası ilə bağlı məlumat verərkən Qax rayonu İlisu kəndinin kompleks yerquruluşu layihələrinə və Elektron məlumat bazasına istinad etmişlər. Lakin, buna baxmayaraq torpaq sahəsinin kateqoriyası ilə bağlı müvafiq qurumlar fərqli məlumatlar təqdim etmişlər. Yaranmış ziddiyətə aydınlıq gətirilməsi üçün Azərbaycan Respublikası İqtisadiyat Nazirliyinə sorğu verilmiş, verilmiş sorğu aidiyyəti üzrə “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinə yönəldilmiş və sonuncu, mübahisələndirilən torpaq sahəsinin kateqoriyasının müəyyən edilməsi ilə bağlı cavab məktubunda sözügedən torpaq sahəsinin baza məlumatlarında (kompleks yerquruluşu layihəsində) kənd təsərrüfatına yararsız daşlıq, qumluq ərazi kimi qeyd olunduğu nəzərə alınaraq sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlara aid olması barədə Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi MMC-nin Şəki Layihə-Tədqiqat idarəsinin mütəxəssisləri tərəfindən rəy verildiyini bildirmişdir. Bununla da cavabdeh orqanın həmin torpaq sahəsinin “kənd təsərrüfatı təyinatlı” torpaq sahəsi olması ilə bağlı dəlilləri təkzib edilmişdir. 27 . Məhkəmə kollegiyası qeyd edir ki, işdə olan Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin xx.xx.2021-ci il tarixli mütəxəssis rəyində qeyd edilmişdir ki, İddiaçı naturada istifadə etdiyi torpaq sahəsi 0.48 hektardır Elektron məlumat bazasında həmin torpaq sahəsi Qax rayonu İlisu kəndinin kompleks yerquruluşu layihələrinə əsasən kənd təsərrüfatına yararsız daşlıq, qumluq ərazilər kimi işlənilmişdir Həmin torpaq sahəsi Hüquqların Dövlət qeydiyyatı haqqında DƏDRX tərəfindən verilmiş seriya MH ******* reyestr nömrəsi **********86 saylı Çıxarışa əsasən hüquq sahibi İddiaçıdur. Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin xx.xx.2021-ci il tarixli məktubuna əlavə edilmiş mütəxəssis rəyində isə qeyd edilmişdir ki, İddiaçı naturada istifadə etdiyi torpaq sahəsi 0.48 hektardır. Elektron məlumat bazasında həmin torpaq sahəsi Qax rayonu İlisu kəndinin kompleks yerquruluşu layihələrinə əsasən kateqoriyası sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlara, uqodiyası sair sahələr (kənd təsərrüfatına yararsız, daşlıq, qumluq, şoranlıq) əraziyə aiddir. Hüquqların Dövlət qeydiyyatı haqqında DƏDRX tərəfindən verilmiş seriya MH-0009111, reyestr nömrəsi **********88 saylı Çıxarışa əsasən hüquq sahibi İddiaçıdur.
28. Göründüyü kimi, mütəxəssis rəyində iddiaçının mülkiyyətində olan 0,5 ha torpaq sahəsinin 0.48 ha hissəsi kənd təsərrüfatına yararsız, daşlıq, qumluq ərazi kimi qeyd olunduğu nəzərə alınaraq sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlara aid olduğundan, məhkəmə kollegiyası belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi iddia tələbini tam təmin edərək maddi və prosessual hüquq normalarını pozmuşdur. Ona görə də birinci instansiya məhkəməsinin qərarı həmin hissədə dəyişdirilməlidir.
29. Bundan başqa cavabdeh inzibati orqan apellyasiya şikayətində göstərmişdir ki, torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsi müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti tərəfindən həyata keçirilir. Torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsi qaydaları Azərbaycan Respublikası Nazirlər Kabinetinin 20 yanvar 2017-ci il tarixli 10 nömrəli qərarı ilə təsdiq edilmişdir.
30. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin həmin dəlilinə münasibət bildirərək qeyd edir ki, Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin xx.xx.2021-ci il tarixli məktubuna əlavə edilmiş mütəxəssis rəyinə əsasən, İddiaçı naturada istifadə etdiyi 0.48 ha torpaq sahəsinin kateqoriyası sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlara aiddir. Belə olan halda birinci instansiya məhkəməsi qərar qəbul edərkən yuxarıda qeyd edilən məlumatlara əsasən yəni, mübahisələndirilən hal-hazırkı vəziyyətdə olan torpağın hüquqi statusunu, kəmiyyət və keyfiyyət göstəricilərini nəzərə almışdır. Belə ki, “Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında” Azərbaycan Respublikasının Qanununun 6-cı maddəsinə əsasən, dövlət torpaq kadastrının məlumatları dövlət orqanlarının, bələdiyyələrin və məhkəmələrin qərar qəbul etməsi üçün əsasdır. Göründüyü kimi, birinci instansiya məhkəməsinin gəldiyi nəticə mübahisələndirilən torpağın bir kateqoriyadan digərinə keçirilməsi ilə bağlı olmamışdır.
31. Yuxarıda qeyd olunan rəyi, işin hallarını və aparılan araşdırmanın nəticələrini nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı iddiaçının mülkiyyətində olan RX seriyalı 000911 nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışda 0.5 ha torpaq sahəsinin təyinatının sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar qeyd edilməklə, yeni çıxarışın İddiaçı verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması hissədə dəyişdirilərək, iddia qismən təmin edilməli, cavabdehin üzərinə RX seriyalı 000911 nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışda 0.5 ha torpaq sahəsinin 0.48 ha hissəsinin təyinatının sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar qeyd edilməklə, yeni çıxarışın İddiaçı verilməsi öhdəliyi qoyulmalıdır.
32. Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 87, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən məhkəmə kollegiyası QƏRАRА АLDİ:
Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 12 saylı Şəki Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. İddia tələbi qismən təmin edilsin. Şəki İnzibati Məhkəməsinin 31 may 2022-ci il tarixli 2-1(116)-37/2022 nömrəli qərarı RX seriyalı 000911 nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışda 0.5 ha torpaq sahəsinin təyinatının sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar qeyd edilməklə, yeni çıxarışın İddiaçı verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması hissədə dəyişdirilsin. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 12 saylı Şəki Ərazi İdarəsinin üzərinə RX seriyalı 000911 nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışda 0.5 ha torpaq sahəsinin 0.48 ha hissəsinin təyinatının sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar qeyd edilməklə, yeni çıxarışın İddiaçı verilməsi öhdəliyi qoyulsun. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.