Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(107)-239/2020 29.06.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məlikov Vəzirxan İsgəndər oğlu (sədrlik edən və məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və Hüseynov Elçin Şirin oğlundan ibarət tərkibdə, Quluzadə Rahul Teyyuf oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı X7rşı "JN-1258A nömrəli şəhadətnamə üzrə 0,21 ha həyətyanı torpaq sahəsinin qeydiyyata alaraq çıxarışın verilməsi, şəhadətnamədə soyadlarda düzəlişlərin aparılması" tələbinə dair inzibatiiş üzrə Şəki İnzibati Məhkəməsinin xx xxx 2020-ci il tarixli 2-1(116)-281/2020nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinin mümkünlüyü məsələsinə аçıq məhkəmə iclаsındа bаxаrаq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı X7rşı "JN-1258A nömrəli şəhadətnamə üzrə 0,21 ha həyətyanı torpaq sahəsinin qeydiyyata alaraq çıxarışın verilməsi, şəhadətnamədə soyadlarda düzəlişlərin aparılması" barədə iddia ərizəsi ilə Şəki İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişdir. İddiaçı birinci instansiya məhkəməsində iddia ərizəsini belə əsaslandırmışdır ki, İsmayıllı Rayon Aqrar İslahat Komissiyasının xx.xx.2001-ci il tarixli 120 nömrəli qərarı ilə X2, İddiaçı və X3 mülkiyyətinə 0,21 ha həyətyanı torpaq sahəsi verilmiş və JN-1258A kod 40719028 nömrəli şəhadətnamə tərtib edilmişdir. Şəhadətnamədə anası X2 adı səhvən X1 yazılmışdır. Anası xx.xx.2007-ci ildə vəfat etmiş və o, xx.xx.2013-cü ildə ona 0,21 ha torpaq sahəsi ilə bağlı vərəsəlik şəhadətnaməsi verilmişdir. O, cavabdehə müraciət edərək həyətyanı torpaq sahəsinin qeydiyyata alınaraq onun adına çıxarış verilməsini xahiş etmiş, lakin cavabdehimtina edərək bildirmişdir ki, torpaq sahəsi sənəd üzrə 0,21 ha olsa da, faktiki 0,1460 ha təşkil edir. Cavabda həmçinin, bu da qeyd edilmişdir ki, mərhum anasına məxsus həyətyanı torpaq sahəsinin bir hissəsi satılmışdır. İşdən göründüyü kimi, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı X7rşı xx.xx.2013-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə və "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə"yə uyğun olaraq 0,21 ha həyətyanı torpaq sahəsi üzərində onun və Babayev (Məmmədov) Allahverdi Rasim oğlunun mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması, adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədəiddia ərizəsi ilə 2015-ci ildə Şəki İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişdir. Həmin məhkəmənin 2-1(84)-516/2015 nömrəli xx.xx.2015-ci il tarixli qərarı ilə iddia təmin edilərək, xx.xx.2013-cü il tarixli 2v-1/438 nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə və torpağın mülkiyyətə verilməsinə dair JN seriyalı 1258A nömrəli şəhadətnaməyə uyğun olaraq 0,21 ha həyətyanı torpaq sahəsi üzərində İddiaçı və Babayev (Məmmədov) Allahverdi Rasim oğlunun mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur. Cavabdeh həmin qərardan apelyasiya şikayəti vermişdir. Şəki Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2016-cı il tarixli 21(107)-15/2016 nömrəli qərarı ilə Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2015-ci il tarixli qərarının 0,21 ha hissəsi dəyişdirilərək 0,13 ha kimi müəyyən edilmişdir. İddiaçı həmin qərardan kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2016-cı il tarixli 2-1(102)-1214/2016 nömrəli qərarı ilə Şəki Apelyasiya Məhkəməsinin qərarı dəyişdirilmədən saxlanmışdır. Şəki İnzibаti Məhkəməsinin (hakim Vidadi Qasımov) xx xxx 2020-ci il tarixli 2-1(116)- 281/2020 nömrəli qərardadı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı X7rşı "JN-1258A nömrəli şəhadətnamə üzrə 0,21 ha həyətyanı torpaq sahəsinin qeydiyyata alaraq çıxarışın verilməsi, şəhadətnamədə soyadlarda düzəlişlərin aparılması" tələbinə dair iddiasını mümkün sayılmamasını qərara alınmışdır. İddiaçı аpelyаsiyа şikаyəti verərək Şəki İnzibati Məhkəməsinin xx xxx 2020-ci il tarixli 2-1(116)-281/2020 nömrəli qərardadının ləğv edilməsini xahiş etmişdir. Apelyasiya şikayətinin dəlilləri İddiaçı tərəf apelyasiya şikayətində qeyd etmişdir ki, Şəki İnzibati Məhkəməsinin 2- 1(116)-281/2020 saylıtarixli iş üzrə qərar çıxarılarkən səthiliyə və etinasızlığa yol verilmişdir. Belə ki, məhkəmə qərar çıxararkən işə etinasız yanaşmışdır. Göründüyü kimi məhkəmə yalnız cavabdeh tərəfin qərəzli çıxışına əsaslanmış və qanunla qorunan hüquqlarımı pozmuşdur. Qərarda yazılır ki, sözügedən həyətyanı torpaq sahəsinin bir hissəsi Şəki Apelyasiya Məhkəməsinin İnzibati -İqtisadi Məhkəməsinin 2016-cı il tarixli qərarına əsasən torpaq sahəsinin mərhum anası tərəfindən satılmışdır. Lakin məhkəmə işə köklü formada baxmamış və işi düzgün araşdırmamışdır. Qeyd edir ki, mərhum anası xx.xx.2007-ci il tarixdə vəfat etdiyi halda 2016-cı il tarixdə torpağı necə sata bilərdi. Eyni zamanda cavabdeh idarənin xx.xx.2013-cü il tarixdə vəfat etmiş olduğu 3685 saylı arayışına əsasən ona qanun üzrə vərəsəlik hüququ haqqında 0,21 ha birgə mülkiyyətdə olan həyətyanı sahəm üzrə Notariatda təsdiq olunmuş şəhadətnamə verilmişdir. Nəzərinizə çatdırır ki, göstərilən 0,21 ha həyətyanı torpaq sahəsindən heç vaxt, heç kimə satılmamışdır. Məhkəmə qərar verərkən əsaslı fakt üzrə çıxarmamış qanunsuz qərar qəbul etmişdir. Eyni zamanda həyətinin sənəddə 0,21 ha olduğu halda azlıq təşkil etməsinə səbəb mərhum anasının vəfatından sonra həmin həyətimdə, evində müvəqqəti olaraq yaşamamağımız olmuşdur. Bundan istifadə edən qonşular həyətinin bir hissəsini zəbt etmişlər ki, buna görə də məhkəmə çəkişmələri olmaqla özü yataq xəstəsidir. Məhkəmələrdə çıxış edə bilmiş və Ali məhkəmədə vəkil tutmuş. O da onu aldadaraq məhkəmə iclasına gəlməmiş bu səbəbdən faktları üzə çıxaran olmamışdır. Buna görə də Şəki Apelyasiya məhkəməsinin qanunsuz qərarı dəyişdirilmədən saxlanılmışdır. Ona görə də, Şəki İnzibati Məhkəmənin 2-1(116)-281/2020 saylı tarixli qərarını qanunsuz olduğu üçün ləğv edilərək sənəd üzrə 0,21 ha həyətyanı sahənin Dövlət Qeydiyyatına alınaraq adıma sənədləşdirilməsi öhdəliyini cavabdeh idarənin üzərinə qoyulması barədə yeni ədalətli qərar qəbul edilməsini xahiş etdi. İşdə iştirak edən şəxslərin izahatları Məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iddiaı İddiaçı və cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı X10 in nümayəndəsi məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, ərizəçinın iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Göründüyü kimi, iddiaçı hazırda qeydiyyata alınmasını tələb etdiyi torpaq sahəsi ilə bağlı əvvələr də məhkəmədə iddia qaldırmış və mübahisə məhkəmə tərəfindən artıq həll edilmişdir. İddiaçının həmin həlldən narazı qalması hazırda eyni məsələ ilə bağlı ona yenidən iddia vermək hüququ yaratmır. Ona görə də birinci instansiya məhkəməsi düzgün qənaətə gəlmişdir ki, hazırkı iddia mümkün sayıla bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2015-ci il tarixli, № 5 nömrəli qərarında göstərilir ki, İMP-in 78-ci maddəsinə əsasən mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. Qeyd olunan maddələrdə təsbit olunmuş halları müəyyən etdiktə məhkəmələr verilmiş iddianı mümkün saymamalıdırlar. Həmin Məcəllənin 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Bundan başqa, məhkəmə qeyd edir ki, hazırki iddiaya inzibati məhkəmə icraatı qaydasında İnzibati Məhkəmələr tərəfindən baxılmalı olmadığından iddiaçı tərəfin dinlənilməsinə zərurət müəyyən edilməmişdir. Belə ki, onun dinlənilməsinin təmin edilməsi iddianın mümkün sayılması ilə nəticələnməyəcək, əksinə vaxt itkisinə, əlavə yazışmalara səbəb olacaqdır. Bu səbəbdən də icraata qənaət prinsipi rəhbər tutularaq iddiaçının dinlənilmədən də qeyd olunan qərardadla hüquqlarının izah edilməsi (yardım olunması) məqsədəmüvafiq hesab edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 16.3-cü maddəsinə əsasən mübahisəni mahiyyəti üzrə həll etməyən məhkəmə qərardadları şifahi məhkəmə baxışı keçirilmədən də qəbul edilə bilər. 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məhkəmə kollegiyası qeyd edilənlərə əsasən hesab edir ki, apelyasiya şikayətinin dəlilləri əsassızdır, birinci instansiya məhkəməsi iddianı mümkün saymamaqla düzgün nəticəyə gəlmişdir. Ona görə də apelyasiya şikayəti təmin edilməməli, iş üzrə Şəki İnzibati Məhkəməsinin xx xxx 2020-ci il tarixli 2-1(116)-281/2020 nömrəli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Nəticəvi hissə Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin xx xxx 2020-ci il tarixli 2-1(116)-281/2020 saylı qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan onun təqdim edildiyi gündən 10 gün müddətində Şəki Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Məhkəmə qərardadı ondan şikayətin verilmədiyi halda təqdim olunduğu gündən 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-1(107)-239/2020
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(107)-239/2020
29.06.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver