Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-24/2025 07.01.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ X2 (sədrlik edən və məruzəçi), Hüseynov Elçin Şirin oğlu və X4 ibarət tərkibdə, Əhmədov Fərid Vidadi oğlunun katibliyi, İddiaçının vəkili (nümayəndəsi) Vəkil1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi qarşı “Müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(116)- 1716/2023 nömrəli qərarından iş üzrə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası aşağıdakı qərarı qəbul etdi. İşin halları Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi qarşı “Müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, iddiaçı 1992-ci ilin mart ayının 5-də o vaxtkı Ağdaş rayon Hərbi komissarlığı tərəfindən həqiqi hərbi xidmətə çağırılaraq Daxili Qoşunların Sumqayıt şəhərində yerləşən 5478 nömrəli Hərbi hissəsinə göndərilmişdir. Bundan sonra isə həmin ilin may ayında Ağdam rayonu ərazisinə döyüş bölgəsinə ezam edilərək, Daxili Qoşunların tərkibində 1992-ci ilin oktyabr ayının sonunadək Ağdam rayonunun Çıldıran, Çəmənli kəndləri istiqamətində gedən döyüşlərdə, ondan sonra Milli ordunun N nömrəli hərbi hissəsində, Gəncə Batalyonunda, ondan sonra Beyləqan rayonunda Harami deyilən düzdə N nömrəli hərbi hissədə tağım komandiri kimi, ondan sonra N nömrəli hərbi hissədə Milli Qəhrəman Əliyar Əliyevin batalyonunda və nəhayət N nömrəli hərbi hissənin tərkibində torpaqların erməni işğalından azad edilməsi uğrunda gedən 1-ci Qarabağ müharibəsində döyüş bölgəsində döyüş əməliyyatlarında iştirak etmişdir. 1993-cü ilin avqust ayının 13-də iddiaçı Səfərov Saddam adlı döyüş yoldaşını xilas edərkən döyüşdə yaralanaraq Gəncə Hərbi Hospitalda 14 gün müalicə olunaraq yenidən döyüşən ordu sıralarına qoşularaq erməni işğalçıları ilə vuruşmağa davam etmişdir. Hətta 1994-cü ilin may ayında atəşkəs rejimi elan edildikdən sonra da iddiaçı hərbi xidmətini davam etdirmiş və yalnız 1996-cı ilin noyabr ayının N-da Müdafiə nazirinin 194 nömrəli əmrinə əsasən N nömrəli hərbi hissədən hərbi xidmətdən ehtiyata buraxılmışdır.
3. Cavabdeh orqanın xx.xx.2023-cü il tarixli, 3-25-11/2-2281/2023 nömrəli etiraz məktubunda qeyd edilmişdir ki, iddia tələbinin təmin edilməsini istisna edən hüquqi əsasına gəldikdə qeyd etmək zəruridir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli 216 nömrəli Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin 1-ci bəndinə əsasən: 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində - Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara - müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X1 Xidməti, Azərbaycan Respublikasının Strateji X3 Agentliyi və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında “Müharibə veteranı” adı verilir. - Göründüyü kimi inzibati orqan və vətəndaş arasında yaranan və məcburetmə iddiası ilə nəticələnən inzibati hüquq münasibətin əsasını bilavasitə tənzim edən qüvvədə olan veteranlar haqqında qanunvericiliyin fakültativ deyil, imperativ göstərişi şəxsin hərbi xidmət keçməsi və bunun qeyd olunan normanın dispozisiyasında əks edilmiş sənədlərdə əks edilməsidir. Hərbi xidmət keçmə dedikdə isə şəxsin hərbi hissəyə daxil olması və hərbi hissədən qanuni əsaslarla ehiyata buraxılmasıdır. Normanı ümumiləşdirərək qeyd edilir ki, şəxsə Müharibə veteranı adı və vəsiqəsinin verilməsi üçün normanın dispozisiyasında göstərilən iki zəruri şərtin gözlənilməsi inzibati orqan və nəticədə yaranan inzibati mübahisəyə baxan məhkəmə üçün imperativdir: 1. Şəxsin xidmət keçməsi: Hərbi xidmət keçmə məfhumu altında hərbi qulluqçunun hərbi hissə komandirinin müvafiq əmri ilə hərbi hissənin siyahısına daxil olması, hərbi xidmət müddətinin sona çatması ilə hərbi hissədən qanuni əsaslarla müvafiq əmrlə ehtiyata buraxılması. 2. Bunun müvafiq sənədlərdə əks edilməsi: Bu zaman zəruri sənədlər məfhumuna Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 28 sentyabr tarixli Qərarı ilə qeyd olunan normaya edilmiş dəyişiklikdən sonra hərbi biletlə yanaşı hərbi hissənin nizami hissə üzrə əmrləri və ya arxiv arayışı da daxil edilmişdir. - Qeyd olunan şərtlərin birinin və ya hər ikisinin mövcud olmaması şəxsə “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsindən imtina edilməsi üçün əsasdır. İddia tələbinin təmin edilməsini istisna edən faktiki əsasına gəldikdə qeyd etmək zəruridir ki, müdafiə nazirinin Katibliyi Mərkəzi Arxivin xx.xx.2023-cü il tarixli 4/2-2410 nömrəli arxiv məktubundan da göründüyü kimi iddiaçı hərbi hissəni özbaşına tərk etdiyi üçün ştatdan kənar edilərək bütün müavinətlərdən çıxarılmış və ilkin istintaq materialları hazırlanaraq hüquq mühafizə orqanlarına göndərilmişdir. Bu kimi halları nəzərə alaraq, Müdafiə Nazirliyinin Aparatı nəzdində fəaliyyət göstərən “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya” tərəfindən iddiaçının müraciətinə haqlı olaraq müsbət qərar qəbul edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati- İqtisadi Kollegiyasının 20 iyun 2017-ci il tarixli 2- 1(102)-1161/2017 nömrəli iş üzrə qərarında göstərilmişdir ki, “Hərbi qulluqçunun vəzifəyə təyin edilməsinə dair məlumat yeganə sübut olmaqla həmin əmrin iddiaçının Azərbaycan Respublikası ərazi bütövlüyü uğrunda döyüş əməliyatlarında iştirak etməsi üçün yetərli sayıla bilməz”. Cavabdeh etiraz məktubunda iddianın təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.
4. İddia tələbinə dair aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - ******* nömrəli təkrar verilmiş hərbi biletin notariat qaydada təsdiq olunmuş surətindən görünür ki, iddiaçı xx.xx.1992-ci ildə həqiqi hərbi xidmətə çağırılmış, xx.xx.1992-ci ildən N nömrəli hərbi hissədə xidmətə başlamış və xx.xx.1996-cı ildə Müdafiə nazirinin xx.xx.1996-cı il tarixli 194 nömrəli əmri ilə ordudan tərxis olunmuşdur. Hərbi biletin 7-ci səhifəsində qeyd olunur ki, xx.xx.1992-ci ildən xx.xx.1994-cü ilədək Ağdam istiqamətində gedən döyüşlərdə iştirak etmişdir. Hərbi biletin 8-ci səhifəsində qeyd olunmuşdur ki, iddiaçı xx.xx.1996-cı ildə N nömrəli hərbi hissədə hərbi and içmişdir. Hərbi biletin 23-cü səhifəsində qeyd olunur ki, hərbi bilet itmiş ******* nömrəli hərbi biletin əvəzinə doldurulmuşdur. Notariat qaydada təsdiq edilmiş surətinə əsasən müəyyən edilir ki, hərbi biletin iddiaçının fotoşəkili əks olunan üz qabığının iç tərəfində “dublikat” qeydi yazılmışdır. - Cavabdehin etiraz məktubuna əlavə olunmuş Müdafiə nazirinin Katibliyi Mərkəzi Arxivinin xx.xx.2023-cü il tarixli, 4/2-2410 nömrəli məktubunda qeyd olunmuşdur ki, Ağdaş RHK-dan hərbi xidmətə çağırılmış X5 N nömrəli hərbi hissə komandirinin xx.xx.1994-cü il tarixli 347 nömrəli əmrilə (əsas: §-7. səh-12 sıra-21, əmrdə adı “Füzuli” yazılmış, vəzifəsi yazılmamışdır) xx.xx.1994-cü il tarixdən 1-ci taborun şəxsi heyətin siyahısına salınaraq bütün müavinatlarla təmin olunmuş və xidməti vəzifəsinin icrasına başlamışdır. Ağdaş RHK-nın çağırışçısı, 1-ci taborun hərbi qulluqçusu İddiaçı hərbi hissəni özbaşına tərk etdiyi üçün N №-li hərbi hissə komandirinin xx.xx.1994-cü il tarixli 387 nömrəli əmrilə (əsas: §-9, səh-17. sıra-177, əmrdə adının qarşısında “05.04.94” yazılmışdır) ştatdan kənar edilərək bütün müavinətlərdən çıxarılmış və ilkin istintaq materialları hazırlanaraq hüquq mühafizə orqanlarına göndərilmişdir. Qeyd edilir ki, N (, 850, 851) №-li hərbi hissə komandirinin mart-dekabr 1992-ci il, yanvar dekabr 1993-cü il, yanvar-fevral, may-dekabr 1994-cü il, N nömrəli hərbi hissə komandirinin mart-dekabr 1992-ci il, yanvar-dekabr 1993-cü il, yanvar-dekabr 1994-cü il tarixli nizami hissə üzrə əmrlərində, hərbi hissənin şəxsi heyətinin əlifba qeydiyyatı kitablarında, N () №-li hərbi hissə komandirinin aprel-dekabr 1993-cü il, yanvar-dekabr 1994-cü il tarixli nizami hissə üzrə əmrlərində və hərbi hissənin şəxsi heyətinin əlifba qeydiyyatı kitablarında İddiaçı barəsində məlumat aşkar olunmamışdır. N №-li hərbi hissə komandirinin nizami hissə üzrə əmrləri və N () №-li hərbi hissə komandirinin mart-dekabr 1992-ci il, yanvar-mart 1993-cü il tarixli nizami hissə üzrə əmrləri Müdafiə nazirinin Katibliyi Mərkəzi Arxivə daxil olmamışdır.
5. Şəki İnzibati Məhkəməsinin (hakim Fərid İsmayılzadə) N iyul 2023-cü il tarixli 2- 1(116)-1716/2023 nömrəli qərarı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilməmişdir.
6. Məhkəmə qeyd etmişdir ki, iddiaçı “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə” ilə müharibə veteranı adının verilməsi üçün müvafiq səlahiyyətli dövlət orqanları tərəfindən verilmiş orden və medallarla təltif olunmaq haqqında vəsiqəyə, şəxsi işə, həmçinin hərbi döyüşlərdə, ümumiyyətlə döyüş əməliyyatlarında iştirakını sübut edən başqa sənədlərə malik deyildir. Həmçinin cavabdehin etiraz məktubuna əlavə olunmuş arxiv arayışında iddiaçının hərbi hissəni özbaşına tərk etməsi, hərbi hissə komandirinin müvafiq əmri ilə ştatdan kənar edilərək, bütün növ təminatlardan çıxarılması və ilkin istintaq materiallarının hazırlanaraq hüquq mühafizə orqanlarına göndərilməsinə dair qeydlər mövcuddur. İddiaçı tələbin faktiki əsası kimi formal olaraq iş materiallarına istinad etmiş, lakin iş materialları və arxiv arayışı ilə onun xidmət yerini özbaşına tərk etdiyi aşkarlanmışdır. İddiaçıya məxsus hərbi bilet isə dublikat olmaqda təkrar verilmiş və sonradan doldurulmuşdur.
7. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək Şəki İnzibati Məhkəməsinin N iyul 2023-cü il tarixli 2-1(116)-1716/2023 nömrəli qərarının ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
8. Apellyasiya instansiya məhkəməsindəki birinci icraat Şəki Apellyasiya Məhkəməsinin 07 dekabr 2023-cü il tarixli, 2-1(107)-536/2023 nömrəli qərarı ilə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Şəki İnzibati Məhkəməsinin N iyul 2023-cü il tarixli, 2-1(116)-1716/2023 nömrəli qərarı ləğv edilmiş, inzibati iş üzrə yeni qərar çıxarılaraq iddia təmin edilmiş, İddiaçı “müharibə veteranı” adı və vəsiqəsinin verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulmuşdur.
9. Cavabdeh və vəkili Vəkil2 həmin qərardan kassasiya şikayəti vermişdir.
10. Kassasiya instansiya məhkəməsindəki icraat Azərbaycan Respublikası Ali Məhkəməsinin 30 may 2024-cü il tarixli, 2-1(102)- 949/2024 nömrəli qərarı ilə iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilmiş, Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 07 dekabr 2023-cü il tarixli, 2-1(107)-536/2023 nömrəli qərarı ləğv edilmiş, işin təkrar baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması qərara alınmışdır.
Apellyasiya şikayətinin dəlilləri
11. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, cavabdehin etiraz məktubuna əlavə olunmuş arxiv arayışında “N №-li hərbi hissə komandirinin xx.xx.1994cü il tarixli 387 nömrəli əmri ilə iddiaçının hərbi hissəni özbaşına tərk etməsi, hərbi hissə komandirinin müvafiq əmri ilə ştatdan kənar edilərək, bütün növ təminatlardan çıxarılması və ilkin istintaq materiallarının hazırlanaraq hüquq mühafizə orqanlarına göndərilməsinə dair qeydlər mövcuddur” göstərilməsinə baxmayaraq Hüquq mühafizə orqanlarında iddiaçının barəsində ümumiyyətlə heç bir təqsirləndirici material və cinayət işi olmamışdır. Bu fakt iddia ərizəsinə əlavə edilmiş və məhkəmənin sərəncamında olan Müdafiə Nazirliyinin aparatı nəzdində veteran adlarının və müvafiq vəsiqələrin verilməsi üzrə komissiya tərəfindən ona veteran adının verilməsindən imtina üçün əsasın iddiaçının hərbi hissəni özbaşına tərk etməsi deyil, hərbi xidmətinin tam təsdiqlənmədiyi barədə iddiaçıya ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubu və onun barəsində təqsirləndirici material və cinayət işinin olmaması barədə Azərbaycan Respublikası Prokurorluğunun Fizuli Hərbi Prokurorluğu tərəfindən iddiaçıya və məhkəməyə verilmiş arayışlarla təsdiq olunur. Ona görə də apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin N iyul 2023-cü il tarixli, 2-1(116)-1716/2023 nömrəli qərarının ləğv edilməsi, iddia tələbinin təmin edilməsinə dair yeni qərar çıxarılmasını xahiş etmişdir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
12. Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.
Tərəflərin izahatları
13. Məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçının vəkili (nümayəndəsi) Vəkil1 apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin N iyul 2023-cü il tarixli 2-1(116)-1716/2023 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin olunmasına dair qərar qəbul edilməsini xahiş etdi.
14. Məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə kollegiyası onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin 62.3-cü mаddəsi). Tətbiq edilən hüquq
15. İnzibati Prosessual Məcəllə: Maddə 8.1.3. İnzibati orqanla hakim, dövlət qulluqçusu və ya hərbi qulluqçu arasında mövcud olan və ya əvvəllər mövcud olmuş xidməti hüquq münasibətləri ilə bağlı həmin orqana qarşı iddialara, habelə belə hüquq münasibətlərinin yaranması ilə əlaqədar mübahisələrə iddiaçının xidməti yaşayış sahəsinin olduğu yerin, belə yaşayış sahəsinin olmadığı hallarda yaşayış yerinin, bu halların heç birinin olmadığı təqdirdə isə ilkin inzibati aktı qəbul etmiş inzibati orqanın (cavabdehin) yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Maddə 14.3 İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Maddə 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.
16. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanunu Maddə 3. Müharibə veteranları Aşağıdakılar müharibə veteranları sayılırlar: Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər; Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı ərazilərin və dövrlərin siyahısı, habelə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının iştirakçılarına aid edilən şəxslərin kateqoriyalarının siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Qeyd: Bu maddənin birinci hissəsinin üçüncü abzası Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil edilmir. Maddə 7. Veteran adlarının və vəsiqələrinin verilməsi Müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Veteranların hər bir kateqoriyası üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən vahid nümunədə vəsiqə təsdiq edilir. Veteranlar üçün nəzərdə tutulmuş güzəştlər veteran vəsiqəsi təqdim edildikdə həyata keçirilir. Veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilir.
17. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanunu 3-cü maddəsinə əsasən, vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırıldıqları, könüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışlara çağırıldıqları, hərbi təhsil müəssisələrinə daxil olduqları gündən hərbi qulluqçu statusu əldə edir və Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətdən buraxıldıqları, qoşun hissəsinin siyahılarından çıxarıldıqları, hərbi təhsil müəssisələrindən çıxarıldıqları və ya kənar edildikləri, toplanışı başa çatdırdıqları gündən bu statusu itirirlər. (7 oktyabr 1997-ci il tarixli 378-İQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə bu maddədə “qoşun hissəsinin siyahılarından” sözləri “hərbi hissənin siyahılarından” sözləri ilə əvəz edilmişdir).
18. “Hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanunu Maddə 37. Həqiqi hərbi xidmətin başlanğıcı və sonu 37.2. Hərbi qulluqçunun həqiqi hərbi xidmətdən buraxılması ilə əlaqədar hərbi hissə komandirinin əmri ilə şəxsi heyətin siyahısından çıxarıldığı gün onun həqiqi hərbi xidmətinin sonu sayılır.
19. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli, 216 nömrəli qərarı ilə təsdiq edilmiş «Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında» Əsasnamə: Müharibə veteranları Müharibə veteranı adı aşağıdakı qaydada verilir: Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində - Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara - müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X1 Xidməti, Azərbaycan Respublikasının Strateji X3 Agentliyi və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında; Qeyd. 1. Bu qayda Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil olunmur.
2. Bu Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin səkkizinci, doqquzuncu və onuncu yarımbəndlərində göstərilən şəxslərə (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış, əmək müqaviləsinə xitam verilmiş şəxslərin sonuncu xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), hərbi hissələrə (bölmələrə) və ya orqanlara ezam olunmuş mülki şəxslərin isə ezam olunduqları yerdən asılı olaraq, aidiyyəti üzrə Cavabdeh, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X1 Xidməti və Azərbaycan Respublikasının Strateji X3 Agentliyi tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir, o cümlədən: Respublikanın hərbi məhkəmələrində və hərbi prokurorluq orqanları sistemində xidmət edən hərbi qulluqçulara Azərbaycan Respublikası Ali Məhkəməsində və Respublika Prokurorluğunda yaradılan komissiyaların rəyinə əsasən Müdafiə Nazirliyi tərəfindən verilir.
20. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 sentyabr 2018-ci il tarixli 422 nömrəli Qərarı: “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamənin və müvafiq vəsiqələrin nümunəsinin, eskizinin və təsvirinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli 216 nömrəli qərarında dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 28 sentyabr tarixli Qərarı ilə “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə”nin 1-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndinə “hərbi biletlər” sözlərindən sonra “(hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda)” sözləri və “yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar” sözlərindən sonra “(döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda)” sözləri əlavə edilmişdir.
21. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2021-ci il tarixli 420 nömrəli Qərarı: “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə”nin “1. Müharibə veteranları” hissəsinin on dördüncü abzasda “səkkizinci yarımbəndində” sözləri “səkkizinci, doqquzuncu və onuncu yarımbəndlərində” sözləri ilə....əvəz edilmişdir. Qeyd: Bu qayda Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş, “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin birinci hissəsinin üçüncü abzasında göstərilmiş şəxslərə şamil olunmur. Qeyd: Bu Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin doqquzuncu və onuncu yarımbəndlərində nəzərdə tutulan şəxslərə müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi həmin ad və vəsiqəni vermək səlahiyyəti olan dövlət orqanlarının göstərilən şəxslərə münasibətdə müəyyən etdikləri siyahılar Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə razılaşdırıldıqdan sonra verilir.
Apellyasiya şikayətinin mümkünlüyü
22. İddiaçının apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri).
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
23. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qərar qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
24. Bununla bağlı, məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə birinci instansiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, birinci instansiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
25. Birinci instansiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, birinci instansiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır. N. Bununla belə, birinci instansiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşarkən, məhkəmə kollegiyası həmçinin aşağıdakıları nəzərə aldığını qeyd etməyi zəruri sayır.
27. Belə ki, iş materiallarından görünür ki, iş üzrə iddiaçının hüquqi marağı və məqsədi müharibə veteranı adının və vəsiqəsinin verilməsinə nail olmaqdan ibarətdir.
28. İddiaçı eyni tələblə cavabdehə müraciət etmiş, cavabdeh isə imtina məktubunda qeyd etmişdir ki, iddiaçıya “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi ilə əlaqədar göndərilən sənədlərə Müdafiə Nazirliyinin aparatı nəzdində “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya”nın xx.xx.2019-cu il tarixli iclasında baxılmış və barəsində müsbət qərar qəbul edilməmişdir. Azərbaycan Respublikası Müdafiə nazirinin Katibliyinin Mərkəzi Arxivinin xx.xx.2017-ci il tarixli 9/2-9154 nömrəli arayışına əsasən iddiaçının hərbi xidməti tam təsdiqlənmədiyindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli 422 nömrəli qərarını əsas tutaraq ona “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsindən imtina olunmuşdur.
29. Cavabdehin imtinası ilə razılaşmayan iddiaçının qaldırdığı hazırkı iddianı birinci instansiya məhkəməsi təmin etməmiş və mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə” ilə müharibə veteranı adının verilməsi üçün müvafiq səlahiyyətli dövlət orqanları tərəfindən verilmiş orden və medallarla təltif olunmaq haqqında vəsiqəyə, şəxsi işə, həmçinin hərbi döyüşlərdə, ümumiyyətlə döyüş əməliyyatlarında iştirakını sübut edən başqa sənədlərə malik deyildir. Həmçinin cavabdehin etiraz məktubuna əlavə olunmuş arxiv arayışında iddiaçının hərbi hissəni özbaşına tərk etməsi, hərbi hissə komandirinin müvafiq əmri ilə ştatdan kənar edilərək, bütün növ təminatlardan çıxarılması və ilkin istintaq materiallarının hazırlanaraq hüquq mühafizə orqanlarına göndərilməsinə dair qeydlər mövcuddur. İddiaçı tələbin faktiki əsası kimi formal olaraq iş materiallarına istinad etmiş, lakin iş materialları və arxiv arayışı ilə onun xidmət yerini özbaşına tərk etdiyi aşkarlanmışdır. İddiaçıya məxsus hərbi bilet isə dublikat olmaqda təkrar verilmiş və sonradan doldurulmuşdur.
30. Həmçinin, iş materiallarına əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin 30 may 2024-cü il tarixli, 2-1(102)-949/2024 nömrəli qərarı ilə cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilmiş, Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 07 dekabr 2023-cü il tarixli, 2-1(107)-536/2023 nömrəli qərarı ləğv edilmiş, işin təkrar baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması qərara alınmışdır.
31. İnzibati-Prosessual Məcəlləsinin 96.11-ci maddəsinə əsasən, mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir.
32. Ali Məhkəmə hazırki iş üzrə 30 may 2024-cü il tarixli, 2-1(102)-949/2024 nömrəli qərarda qeyd etmişdir ki, hazırkı mübahisəni mahiyyəti üzrə düzgün həll etmək üçün araşdırılmalı olan vacib məsələ iddiaçının qanuni əsaslarla xidmətdən təxris olunubolunmamasının müəyyən edilməsidir. Məhz, bu araşdırmanın nəticəsi olaraq iddianın mahiyyətcə əsaslı olub-olmamasına hüquqi qiymət vermək mümkündür. - Qeyd edilməlidir ki, iddiaçının məhkumluğunun olmaması, eyni zamanda Tərtər Hərbi prokurorluğu və Füzuli Hərbi prokurorluğunda onun barəsində heç bir təqsirləndirici material və cinayət işinin olmaması, onun hərbi xidmət yerini özbaşına tərk etməsi faktının mövcud olmaması barədə nəticəyə gəlmək üçün yetərli əsas sayıla bilməz. Yəni, qeyd edilən halların mövcudluğu o demək deyildir ki, iddiaçının hərbi xidmət yerini özbaşına tərk etməsi halı birmənalı olaraq istisna edilir. - İddiaçının tələbin əsası kimi istinad etdiyi hərbi biletin 23-cü səhifəsindən görünür ki, onun hərbi bileti, itmiş ******* nömrəli hərbi biletin əvəzinə doldurulmuşdur. Başqa sözlə, hərbi bilet dublikat olmaqla, təkrar verilmiş və sonradan doldurulmuşdur. - İddiaçıya məxsus hərbi biletdə onun xx.xx.1996-cı il tarixli 194 nömrəli əmrlə ordudan tərxis olunması qeyd olunsa da, iş materiallarında olan arxiv arayışından görünür ki, iddiaçı hərbi hissəni özbaşına tərk etdiyi üçün N nömrəli hərbi hissə komandirinin xx.xx.1994-cü il tarixli 387 nömrəli əmrilə ştatdan kənar edilərək, bütün müavinətlərdən çıxarılmış və ilkin istintaq materialları hazırlanaraq hüquq mühafizə orqanlarına göndərilmişdir. - Belə olan halda, işi araşdıran apellyasiya instansiyası məhkəməsi müvafiq sorğular göndərməklə, arxiv arayışında istinad edilən, iddiaçının hərbi xidməti barədə nizami hissə üzrə əmrləri, o cümlədən hərbi hissəni özbaşına tərk etdiyi barədə N nömrəli hərbi hissə komandirinin xx.xx.1994-cü il tarixli 387 nömrəli əmrini tələb edərək qeyd olunan ziddiyyətli məqamlara aydınlıq gətirməli idi. Lakin, apellyasiya instansiyası məhkəməsi qeyd olunan ziddiyyətli məqamları araşdırmadan, bu hallara aydınlıq gətirmədən, yalnız məktublara istinad etməklə, iddiaçının xidmət yerini özbaşına tərk etməsi faktının olmaması, qanuni əsaslarla ehtiyata buraxılması qənaətinə gəlmişdir. - Odur ki, işə təkrar baxan apellyasiya instansiyası məhkəməsi iddiaçının hərbi biletində və cavabdeh inzibati orqanın arxiv arayışında qeyd edilən iddiaçının hərbi xidməti barədə nizami hissə üzrə əmrləri, o cümlədən hərbi hissəni özbaşına tərk etdiyi barədə N nömrəli hərbi hissə komandirinin xx.xx.1994-cü il tarixli 387 nömrəli əmrini tələb edib tədqiq etməli, hərbi biletdə, yaxud arxiv arayışında qeyd olunan əmrlərin mötəbərliyinin müəyyən edilməsi üçün tam və hərtərəfli araşdırma aparmalı, bundan sonra mübahisəyə mahiyyəti üzrə baxıb düzgün nəticəyə gəlməlidir.
33. Ali Məhkəmənin hüquqi mövqeyinə əsasən məhkəmə kollegiyası tərəfindən ilkin olaraq cavabdeh orqana müvafiq sorğular göndərilərək cavablar alınmışdır.
34. Cavabdeh orqan tərəfindən məhkəmə kollegiyasına göndərilmiş 09 sentyabr 2024-cü il tarixli 2567 nömrəli məktubundan görünür ki, N nömrəli hərbi hissə komandirinin may-dekabr 1994-cü il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı barəsində əlavə məlumat aşkar olunmamışdır. Eyni zamanda, İddiaçı barəsində N nömrəli hərbi hissə komandirinin xx.xx.1994-cü il tarixli 347 nömrəli və xx.xx.1994-cü il tarixli 387 nömrəli nizami hissə üzrə əmrlərindən arxiv çıxarışları məhkəməyə göndərilmişdir. - İddiaçı barəsində N nömrəli hərbi hissə komandirinin xx.xx.1994-cü il tarixli 347 nömrəli əmrindən arxiv çıxarışında göstərilmişdir ki, İddiaçı xx.xx.1994-cü ildən etibarən N nömrəli hərbi hissənin ayrı-ayrı taburlarının əsgəri vəzifəsinə təyin edilsin. Şəxsi heyətin siyahısına salınıb, bütün müavinatlarla təmin olunmaqla xidməti vəzifələrinin icrasına başlasın. - İddiaçı barəsində N nömrəli hərbi hissə komandirinin xx.xx.1994-cü il tarixli 387 nömrəli əmrindən arxiv çıxarışında göstərilmişdir ki, İddiaçı hərbi hissəni özbaşına tərk etdiyi üçün ştatdan kənar edilsin və bütün müavinatlardan çıxarılıb ilkin istintaq materialları hazırlanıb hüquq mühafizə orqanlarına göndərilsin.
35. Cavabdeh orqan tərəfindən məhkəmə kollegiyasına göndərilmiş 27 sentyabr 2024-cü il tarixli 2759 nömrəli məktubundan görünür ki, N nömrəli hərbi hissə komandirinin may-dekabr 1994-cü il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı barəsində əlavə məlumat aşkar olunmamışdır. Eyni zamanda, İddiaçı barəsində N nömrəli hərbi hissə komandirinin xx.xx.1994-cü il tarixli 347 nömrəli və xx.xx.1994-cü il tarixli 387 nömrəli nizami hissə üzrə əmrlərindən arxiv çıxarışları məhkəməyə göndərilmişdir. - Həmçinin, N nömrəli hərbi hissə komandirinin sentyabr-dekabr 1996-cı il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı Azərbaycan Respublikası Müdafiə nazirinin xx.xx.1996-cı il tarixli 194 nömrəli əmrinə əsasən ehtiyata tərxis olunması barədə məlumat aşkar olunmamışdır.
36. Azərbaycan Respublikası Prokurorluğu Füzuli Hərbi Prokurorluğunun xx.xx.2024-cü il tarixli 3-3-150/2-21-5342/2024 nömrəli məktubundan görünür ki, İddiaçı barəsində cinayət işi və ya təqsirləndirici material olmamışdır.
37. Cavabdeh orqan tərəfindən məhkəmə kollegiyasına göndərilmiş 31 oktyabr 2024-cü il tarixli 3107 nömrəli məktubundan görünür ki, N nömrəli hərbi hissə komandirinin may-dekabr 1994-cü il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı barəsində əlavə məlumat aşkar olunmamışdır. Eyni zamanda, İddiaçı barəsində N nömrəli hərbi hissə komandirinin xx.xx.1994-cü il tarixli 347 nömrəli və xx.xx.1994-cü il tarixli 387 nömrəli nizami hissə üzrə əmrlərindən arxiv çıxarışları məhkəməyə göndərilmişdir. Həmçinin, N nömrəli hərbi hissə komandirinin sentyabr-dekabr 1996-cı il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı Azərbaycan Respublikası Müdafiə nazirinin xx.xx.1996-cı il tarixli 194 nömrəli əmrinə əsasən ehtiyata tərxis olunması barədə məlumat aşkar olunmamışdır.
38. Göründüyü kimi, yuxarıda istinad edilən normaların müddəalarına görə, müharibə veteranı adı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş, o cümlədən döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə müvafiq aidiyyəti orqanlar tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir.
39. Bu qərarın 17-ci bəndində istinad edilən normaya görə, vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırıldıqları, könüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışlara çağırıldıqları, hərbi təhsil müəssisələrinə daxil olduqları gündən hərbi qulluqçu statusu əldə edir və Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətdən buraxıldıqları, hərbi hissənin siyahılarından çıxarıldıqları, hərbi təhsil müəssisələrindən çıxarıldıqları və ya kənar edildikləri, toplanışı başa çatdırdıqları gündən bu statusu itirirlər.
40. Başqa sözlə, şəxsin hərbi hissədə hərbi xidmətdə olması və ya hərbi xidmət keçməsi faktı onun qanunla müəyyən edilmiş qaydada həm hərbi xidmətə qəbul edilməsini, həm də qanunla müəyyən edilmiş qaydada hərbi xidmətdən tərxis olunmasını ehtiva edir. Eyni zamanda, yuxarıda istinad edilən normaların müddəalarına görə, “Müharibə veteranı” adı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə müvafiq orqanlar tərəfindən verilmiş arayış, hərbi bilet (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda) və ya əmrlərdən çıxarışlar əsasında verilir.
41. Mübahisəyə dair işin birinci instansiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarına görə, iddiaçı “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə” ilə müharibə veteranı adının verilməsi üçün müvafiq səlahiyyətli dövlət orqanları tərəfindən verilmiş orden və medallarla təltif olunmaq haqqında vəsiqəyə, şəxsi işə, həmçinin hərbi döyüşlərdə, ümumiyyətlə döyüş əməliyyatlarında iştirakını sübut edən başqa sənədlərə malik deyildir. Həmçinin cavabdehin etiraz məktubuna əlavə olunmuş arxiv arayışında iddiaçının hərbi hissəni özbaşına tərk etməsi, hərbi hissə komandirinin müvafiq əmri ilə ştatdan kənar edilərək, bütün növ təminatlardan çıxarılması və ilkin istintaq materiallarının hazırlanaraq hüquq mühafizə orqanlarına göndərilməsinə dair qeydlər mövcuddur. İddiaçı tələbin faktiki əsası kimi formal olaraq iş materiallarına istinad etmiş, lakin iş materialları və arxiv arayışı ilə onun xidmət yerini özbaşına tərk etdiyi aşkarlanmışdır. İddiaçıya məxsus hərbi bilet isə dublikat olmaqda təkrar verilmiş və sonradan doldurulmuşdur.
42. Mübahisəyə dair işin məhkəmə kollegiyası tərəfindən müəyyən edilmiş hallarına görə, arxivdə saxlanılan müvafiq əmrlərdə iddiaçının hərbi xidməti barədə müəyyən məlumatlar vardır. Lakin buna baxmayaraq, onun hərbi hissənin siyahısından çıxarılması, hərbi xidmətdən qanuni əsaslarla ehtiyata buraxılması və tərxis olunması iş üzrə materiallarla təsdiq edilmir. Bu barədə hər hansı əmr və ya sənəd, eləcə də hər hansı məlumat aşkar edilməmiş, buna dair iddiaçı tərəfindən də məhkəməyə heç bir sübut təqdim olunmamışdır. Əksinə, işdə olan N nömrəli hərbi hissə komandirinin xx.xx.1994-cü il tarixli 387 nömrəli əmrindən arxiv çıxarışından görünür ki, İddiaçı hərbi hissəni özbaşına tərk etdiyi üçün ştatdan kənar edilmişdir.
43. Belə ki, nəzərə almaq lazımdır ki, iddiaçının hərbi xidmətdə olması və döyüş əməliyyatlarında iştirakı faktına istinad etməsi yuxarıda qeyd olunan normaların müddəaları baxımından ona “Müharibə veteranı” adının verilməsi üçün yetərli sayıla bilməz. Bu zaman həm də iddiaçının xidmət etdiyi və ya ezam olunduğu hərbi hissənin, eləcə də həmin hərbi hissənin tərkibində onun döyüş əməliyyatlarında iştirakı, eləcə də qanunla müəyyən olunmuş qaydada ehtiyata buraxıldığı və cavabdehin ona münasibətdə iddia olunan məzmunda öhdəlik daşıdığı da sübut edilməli və bununla bağlı müvafiq sənədlər təqdim olunmalıdır. Bu mənada hazırkı mübahisəyə münasibətdə “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi üçün yuxarıda istinad olunan normalarla müəyyən edilmiş dispozisiya şərtlərinin iddiaçı tərəfindən ödənildiyi iş üzrə materiallarla təsdiq olunmur. Bu baxımdan iddiaçıya “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsindən cavabdehin imtinası qanunvericiliyin tələblərinə uyğun sayılmalıdır.
44. Bundan əlavə məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, “hərbi qulluqçuların ehtiyata buraxılması prosesi Azərbaycan Respublikası Prezidentinin “Səfərbərlik üzrə çağırılmış hərbi qulluqçuların qismən ehtiyata buraxılması haqqında” 23 yanvar 1996-cı il tarixli, 433 nömrəli Fərmandan sonra başlamışdır. Yəni, şəxsin hərbi hissəyə daxil olması kifayət etmir, hərbi xidmətdən qanuni əsaslarla ehtiyata buraxılması (tərxis olunması) da baş verməlidir”.
45. Məhkəmə kollegiyası birinci instansiyası məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, "Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi üçün zəruri şərtlərdən biri şəxsin döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçməsi, bunun müvafiq sənədlərdə əks edilməsi və hərbi xidmətdən ehtiyata buraxılması ilə əlaqədar hərbi hissə komandirinin əmri ilə şəxsi heyət siyahısından çıxarılmasıdır.
46. Apellyasiya araşdrıması zamanı o da müəyyən edildi ki, İddiaçı xx.xx.1994-cü ildən etibarən N nömrəli hərbi hissənin əsgəri vəzifəsinə təyin edilmiş, şəxsi heyətin siyahısına salınıb, bütün müavinatlarla təmin olunmaqla xidməti vəzifələrinin icrasına başlamışdır. Daha sonra o, hərbi hissəni özbaşına tərk etdiyi üçün ştatdan kənar edilmiş və bütün müavinatlardan çıxarılıb ilkin istintaq materialları hazırlanıb hüquq mühafizə orqanlarına göndərilmişdir. Eyni zamanda, N nömrəli hərbi hissə komandirinin sentyabrdekabr 1996-cı il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı Azərbaycan Respublikası Müdafiə nazirinin xx.xx.1996-cı il tarixli 194 nömrəli əmrinə əsasən ehtiyata tərxis olunması barədə məlumat aşkar olunmamışdır.
47. Göründüyü kimi, iddiaçıya məxsus hərbi biletdə onun xx.xx.1996-cı il tarixli 194 nömrəli əmrlə ordudan tərxis olunması qeyd olunsa da, həmin tarixə aid nizami hissə üzrə əmrlərində İddiaçı Azərbaycan Respublikası Müdafiə nazirinin xx.xx.1996-cı il tarixli 194 nömrəli əmrinə əsasən ehtiyata tərxis olunması barədə məlumat aşkar olunmamış, iş materiallarında olan əmrlərdən arxiv çıxarışlarından da görünür ki, iddiaçı hərbi hissəni özbaşına tərk etdiyi üçün N nömrəli hərbi hissə komandirinin xx.xx.1994-cü il tarixli 387 nömrəli əmrilə ştatdan kənar edilərək, bütün müavinətlərdən çıxarılmış və ilkin istintaq materialları hazırlanaraq hüquq mühafizə orqanlarına göndərilmişdir.
48. Həmçinin iddiaçının məhkumluğunun olmaması, eyni zamanda Tərtər Hərbi prokurorluğu və Füzuli Hərbi prokurorluğunda onun barəsində heç bir təqsirləndirici material və cinayət işinin olmaması, onun hərbi xidmət yerini özbaşına tərk etməsi faktının mövcud olmaması barədə nəticəyə gəlmək üçün yetərli əsas sayıla bilməz. Yəni, qeyd edilən halların mövcudluğu o demək deyildir ki, iddiaçının hərbi xidmət yerini özbaşına tərk etməsi halı birmənalı olaraq istisna edilir.
49. Məhkəmə kollegiyasının qənaətinə görə, İddiaçı xx.xx.1994-cü ildən etibarən N nömrəli hərbi hissənin əsgəri vəzifəsinə təyin edilmiş, lakin o, hərbi hissəni özbaşına tərk etdiyi üçün ştatdan kənar edilmişdir. Həmçinin, iddiaçı, Azərbaycan Respublikası Prezidentinin "Səfərbərlik üzrə çağırılmış hərbi qulluqçuların qismən ehtiyata buraxılması haqqında” xx.xx.1996-cı il tarixli, 433 nömrəli Fərmanına əsasən tərxis olunmamışdır, onun bu Fərmandan əvvəl hərbi xidmətini başa vurmasının qanuniliyi isə iş materialları ilə öz təsdiqini tapmır.
50. Daha sonra, iddiaçının istinad etdiyi hallara münasibətdə nəzərə alınmalıdır ki, onun qeyd etdiyi hallar iddiaçıya "Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi üçün əsas ola bilməz. Belə ki, qanunvericiliyə əsasən, "Müharibə veteranı” adı döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə verilir. Belə ki, qanunvericiliyə əsasən, "Müharibə veteranı” adı döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə verilir. Bu mənada, iddiaçının qanunla müəyyən edilmiş qaydada hərbi hissədən tərxis olunmaması onun "döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxs” statusunu əldə etməsini istisna edir.
51. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, iddiaçıya "Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi üçün Əsasnamədə qeyd edilən əsaslar, yəni iddiaçının qanuni əsaslarla ehtiyata buraxılmasına dair hərbi hissənin nizami hissə üzrə əmri və ya arxiv arayışı olmadığından, istinad olunan Əsasnamənin tələblərinə uyğun olaraq iddiaçının Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında bilavasitə iştirak etməsi, qanuni əsaslarla hərbi hissənin şəxsi heyətinin siyahısından çıxarılması sübuta yetirilmədiyindən ona “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi üzrə cavabdeh orqan iddiaçının müraciətinin təmin edilməsindən imtina etməkdə haqlı olmuşdur.
52. Məhkəmə kollegiyası "Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununu, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il, 22 sentyabr tarixli 216 nömrəli qərarı ilə təsdiq edilmiş "Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnaməni təhlil edərək qeyd edir ki, iddiaçının xidməti barədə məlumatlar mötəbər sübutlarla təsdiq edilməlidir.
53. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «X2 şikayətinə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının xx.xx.2006-cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» xx.xx.2007-ci il tarixli Qərarında göstərilmişdir. Həmin qərarda qeyd edilmişdir ki, müharibə veteranı adının verilməsi ilə bağlı mübahisələr məhkəmələrdə həll olunarkən hər bir halda şəxsin döyüş zonasında hansısa obyektiv və ya subyektiv səbəbdən olması və bu halda hansı şəxs qismində çıxış etməsi ilə yanaşı, onun Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirakının sübuta yetirilməsi vacibdir. Məhkəmə baxışı zamanı hər hansı bir şəxsin məhz döyüş əməliyyatlarının hərbi terminologiyada qəbul olunmuş anlayışına və məzmununa aid edilə biləcək əməllərdə iştirakı tədqiq olunmalıdır.
54. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası bu qənaətə gəlir ki, inzibati orqan iddiaçının müraciətinin təmin edilməsindən imtina edərkən səhvə yol verməmiş, işin faktiki hallarını tam şəkildə araşdıraraq doğru nəticəyə gəlmiş, bunun da nəticəsi olaraq birinci instansiya məhkəməsi tərəfindən iddiaçının tələbi düzgün olaraq təmin edilməmişdir.
55. Öhdəliyin icrası haqqında iddialar üzrə öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırkı işdə iddiaçı “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsini zəruri edən şərtləri sübut edə bilməsə də, cavabdeh orqan iddiaçıya “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsindən imtinanı zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilmişdir.
56. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək belə qənaətə gəlir ki, iddaçının apellyasiya şikayətində iş üzrə göstərilən dəlilləri əsassız olduğundan birinci instansiya məhkəməsi gəldiyi nəticədə haqlı olmuşdur. Ona görə də, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalı, iddiaçının apellyasiya şikayəti təmin edilməməlidir.
57. Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.2, 87, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən məhkəmə kollegiyası
Qərara aldı
İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin N iyul 2023-cü il tarixli 2-1(116)-1716/2023 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. İnzibati məhkəmə icraatının iştirakçıları yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarı ondan şikayətin verilmədiyi halda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.