Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-241/2021 16.09.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məlikov Vəzirxan İsgəndər oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, Quluzadə Rahul Teyyuf oğlunun katibliyi, İddiaçı və cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Şəki Ərazi İdarəsinin nümayəndəsi X6 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Şəki Ərazi İdarəsinə qarşı "Zaqatala rayon Ağrar İslahat Komissiyasının qərarına əsasən mülkiyyətinə verilmiş, Zaqatala rayonu Çökəkoba kəndində yerləşən 0,3227 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ilə bağlı daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatda düzəliş edilərək, X2 adının həmin torpaq sahəsinin mülkiyyətçiləri sırasından çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Şəki İnzibati-İqtisadi Məhkəməsinin 05 fevral 2019-cu il tarixli 2-1(84)-19/2019 nömrəli qərarından iş üzrə üçüncü şəxs X5 və vəkili Vəkil tərəfindən verilmiş apelyasiya şikayətinə baxaraq, İşin halları: İddiaçı və X5 26.10.1996-cı ildə nikah bağlamış, sonuncuya Məmmədova soyadı verilmişdir. Zaqatala Rayon Məhkəməsinin 29.11.2017-ci il tarixli qətnaməsi ilə həmin nikah pozulmuşdur. Zaqatala rayonu Göyəm kəndi "Bakı fəhləsi" kolxozundan torpaq payı alacaq vətəndaşların siyahısında İddiaçı cəmi 0,23 ha pay torpaq sahəsi verildiyi qeyd olunmuşdur. Zaqatala Rayon Aqrar İslahat Komissiyasının 27.12.1999-cu il tarixli 81 №-li qərarı ilə İddiaçı kənd təsərrüfatı məhsullarının istehsalı məqsədilə 2301,85 kv.m torpaq sahəsi verilmiş və bununla bağlı A seriyalı 406895 nömrəli torpaq sahəsinin planı və ölçüsü tərtib edilmişdir. Zaqatala Rayon Aqrar İslahat Komissiyasının 27.12.1999-cu il tarixli 81 №-li qərarı ilə İddiaçı kənd təsərrüfatı məhsullarının istehsalı məqsədilə 1381,06 kv.m torpaq sahəsi verilmiş və bununla bağlı A seriyalı 406896 nömrəli torpaq sahəsinin planı və ölçüsü tərtib edilmişdir. DTXK-nin Zaqatala rayon şöbəsi tərəfindən təsdiq edilmiş İddiaçı məxsus olan 0,2301 ha və faktiki 0,0926 ha pay torpaq sahələrinin mövcud vəziyyətinin planında 0,2301 ha və 0,1381 ha pay torpaq sahələrinin sənədi üzrə planı və 0,2301 ha və faktiki 0,0926 ha pay torpaq sahələrinin faktiki vəziyyətinin planı əks olunmuşdur. RX seriyalı ******* nömrəli 01.11.2013-cü il tarixli "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış"a əsasən, Zaqatala rayonu Çökəkoba kəndində yerləşən 0,3227 ha kənd təsərrüfatı təyinatlı torpaqlar ümumi birgə mülkiyyət hüququ əsasında İddiaçı və X1 adına daşınmaz əmlakın dövlət reyestrində 43 nömrəli reyestr kitabının 47 nömrəli vərəqində qeydiyyata alınmışdır. İddiaçı Zaqatala Rayon Aqrar İslahat Komissiyasının qərarına əsasən mülkiyyətinə verilmiş, Zaqatala rayon Çökəkoba kəndində yerləşən 0,3227 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ilə bağlı daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatda düzəliş edilərək, X1 adının həmin torpaq sahəsinin mülkiyyətçiləri sırasından çıxarılması üçün cavabdehə müraciət etmiş, lakin sonuncu 16.02.2018-ci il tarixli **********63 nömrəli məktubla bildirmişdir ki, hazırkı məsələnin həlli idarənin səlahiyyətləri daxilində deyil. İddiaçı cavabdehin imtinası ilə razılaşmayaraq hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. O, iddianı belə əsaslandırmışdır ki, Zaqatala Rayon Aqrar İslahat Komissiyasının qərarına əsasən, bir-birinə bitişik ümumi sahəsi 0,3227 ha olan 2 ədəd (0,2301 ha və 0,1381 ha) kənd təsərrüfatı təyinatlı torpaq sahəsi mülkiyyətinə verilmişdir. Həmin torpaq sahəsi üzərində hüquqları 01.11.2013-cü ildə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq RX seriyalı ******* nömrəli "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış"la rəsmiləşdirilmişdir. Lakin qeyd olunan torpaq sahəsi Zaqatala Rayon Aqrar İslahat Komissiyasının qərarına əsasən onun mülkiyyətinə verildiyi halda, texniki səhv nəticəsində həmin torpaq sahəsi üzərində keçmiş arvadı X4 da mülkiyyətçi kimi qeyd edilmişdir. Halbuki, Zaqatala Rayon Aqrar İslahat Komissiyasının təsdiq etdiyi və keçmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən təqdim edilmiş Zaqatala rayonu Çökəkoba kəndində aparılan torpaq islahatı ilə bağlı torpaq payı alacaq subyektlər siyahısından göründüyü kimi, həmin torpaq sahəsi yalnız onun mülkiyyətinə verilmiş və orada arvadının adı qeyd edilməmişdir. X1 qeydiyyatda olduğu ərazidə ona Aqrar İslahat Komissiyasının qərarı ilə torpaq sahəsi verilmişdir. O, həmin səhvin aradan qaldırılması məqsədi ilə cavabdeh DƏDRX-nin 18 saylı Zaqatala Ərazi İdarəsinə müraciət etmiş, lakin sonuncu 16.02.2018-ci il tarixli **********63 nömrəli məktubla bundan imtina etmişdir. Cavabdeh etirazında bildirmişdir ki, Aqrar İslahat Komissiyasının qərarının ləğv edilməsi və ya dəyişiklik edilməsi, o cümlədən subyektlər siyahısında düzəlişlər edilməsi DƏDRX-in 18 saylı Ərazi İdarəsinin səlahiyyətləri daxilində olmaması səbəbindən "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 2.3cü və 2.4-cü maddələrinə, həmçinin Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 36.2-ci maddəsinə əsasən, iddiaçılara aidiyyatı üzrə məhkəməyə müraciət etmələri tövsiyə olunmuşdur. Belə ki, İddiaçı Zaqatala Rayon Aqrar İslahat Komissiyasının 27.12.1999-cu il tarixli 81 nömrəli qərarı ilə Zaqatala rayonu Çökəkoba kəndindən 0,3682 ha torpaq sahəsi verilmişdir. Lakin faktiki yerində 0,3227 ha torpaq sahəsi olduğu üçün həmin torpaq sahələrinə ləğv edilmiş DTXK tərəfindən AN seriyalı 406896 nömrəli və AN seriyalı 406895 nömrəli "Torpaq sahəsinin planı və ölçüsü" sənədləri tərtib edilmişdir. AN seriyalı 406896 nömrəli və AN seriyalı 406895 nömrəli "Torpaq sahəsinin planı və ölçüsü" sənədlərində qeyd olunan 0,1381 ha və 0,2301 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələri üzərində İddiaçı və iş üzrə Gülüşən Məmmədovanın ümumi birgə mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Üçüncü şəxsin nümayəndəsi və vəkili Vəkil iddia tələbinə etirazını belə əsaslandırmışdır ki, iddiaçının texniki səhv adlandırdığı qeydlər əslində üçüncü şəxsin mülkiyyət hüquqlarının yaranmasına əsas olmuş inzibati aktdır. Bu inzibati akt başqa hüquq müəyyənedici sənədlər əsasında aparılmışdır. Həmçinin iddiaçı həmin inzibati aktın mübahisələndirilməsi üçün 30 günlük iddia müddətini ötürmüşdür. Eyni zamanda, özəlləşdirilmiş torpaq sahəsində üçüncü şəxsin də payı mövcuddur. Bundan başqa, Zaqatala rayonu Göyəm kəndi "Bakı fəhləsi" kolxozundan torpaq payı alacaq vətəndaşların siyahısı iddiaya heç bir aidiyyəti olmayan 0,06 ha torpaq sahəsi ilə bağlı tərtib edilmişdir. Bundan əlavə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140-cı maddəsinə əsasən, reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Bundan başqa, iş üçün əhəmiyyət kəsb edən Aqrar İslahat Komissiyasının 27.12.2017-ci il tarixli qərarı və subyektlərin siyahısı arxivdə aşkar edilməmişdir. İş materiallarında olan aşağıda sadalanan sənədlərin məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: Zaqatala rayonu Göyəm kəndi "Bakı fəhləsi" kolxozundan torpaq payı alacaq vətəndaşların siyahısı; A seriyalı 406895 nömrəli torpaq sahəsinin planı və ölçüsü; A seriyalı 406896 nömrəli torpaq sahəsinin planı və ölçüsü; DTXK-nin Zaqatala rayon şöbəsi və Göyəm Bələdiyyəsi tərəfindən təsdiq edilmiş İddiaçı məxsus olan 0,2301 ha və faktiki 0,0926 ha pay torpaq sahələrinin mövcud vəziyyətinin planı; RX seriyalı ******* nömrəli 01.11.2013-cü il tarixli "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış"; Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin 12.07.2018-ci il tarixli **********13 nömrəli məktubu və mütəxəssis rəyi; Zaqatala rayon qeydiyyat şöbəsinin 14.08.2018-ci il tarixli 1278 və 1279 nömrəli nikahın bağlanması və pozulması haqqında məlumat; Zaqatala Rayon Məhkəməsinin 29.11.2017-ci il tarixli 2(033)-1840/2017 nömrəli qətnaməsi; DƏDRX-nin 18 saylı Ərazi İdarəsinin 16.02.2018-ci il tarixli **********63 nömrəli məktubu və 15.08.2018-ci il tarixli **********74 nömrəli etirazı. Zaqatala Rayon İcra Hakimiyyəti Zaqatala Rayon Dövlət Arxivininin 10 may 2020-ci il tarixli, 21 nömrəli məktubu; DƏDRX-nin 18 saylı Ərazi İdarəsinin 28 oktyabr 2020-ci il tarixli, **********13 nömrəli məktubu və ona əlavə edilmiş arxiv sənədləri; Zaqatala rayon Göyəm bələdiyyəsinin 23 oktyabr 2020-ci il tarixli 61 nömrəli arayışı; Daşınmaz Əmlakın kadastr və ünvan reyestr xidmətinin 26 noyabr 2020-ci il tarixli **********98 nömrəli məktubu və ona əlavə edilmiş arxiv sənədləri İş üzrə yuxarıda qeyd edilən məhkəmə aktı qəbul edilmişdir. Şəki İnzibati-İqtisadi Məhkəməsinin (hakim Vidadi Qasımov) 05 fevral 2019-cu il tarixli 2-1(84)-19/2019 nömrəli qərarı ilə iddia təmin edilərək, Zaqatala Rayon Aqrar İslahat Komissiyasının qərarına əsasən İddiaçı mülkiyyətinə verilmiş, Zaqatala rayon Çökəkoba kəndində yerləşən 0,3227 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ilə bağlı daşınmaz əmlakın dövlət reyestrində 01.11.2013-cü ildə ********** nömrəsi ilə aparılmış qeydiyyatda düzəliş edilərək, X1 adının həmin torpaq sahəsinin mülkiyyətçiləri sırasından çıxarılması öhdəliyininDƏDRX-in 18 saylı Ərazi İdarəsinin üzərinə qoyulması qərara alınmışdır. İşə əlavə edilmiş və kollegiyanın iclasında tədqiq edilmiş: Zaqatala rayon qeydiyyat şöbəsinin 14.08.2018-ci il tarixli 1278 və 1279 nömrəli nikahın bağlanması və pozulması haqqında məlumatdan və Zaqatala Rayon Məhkəməsinin 29.11.2017-ci il tarixli 2(033)-1840/2017 nömrəli qətnaməsindən görünür ki, İddiaçı ilə Gülüşən Hudulovanın nikahı haqqında 26.10.1996-cı ildə 69 №-li, nikahın pozulması haqqında isə 30.01.2018-ci ildə 11 №-li akt qeydi tərtib edilmişdir. Zaqatala rayonu Göyəm kəndi "Bakı fəhləsi" kolxozundan torpaq payı alacaq vətəndaşların siyahısından görünür ki, İddiaçı cəmi 0,23 ha pay torpaq sahəsi verildiyi qeyd olunmuşdur. Zaqatala rayonu Göyəm kəndi "Bakı fəhləsi" kolxozundan torpaq payı alacaq vətəndaşların siyahısından görünür ki, İddiaçı cəmi 0,23 ha pay torpaq sahəsi verilmişdir. A seriyalı 406895 nömrəli torpaq sahəsinin planı və ölçüsündən görünür ki, Zaqatala Rayon Aqrar İslahat Komissiyasının 27.12.1999-cu il tarixli 81 №-li qərarı ilə İddiaçı kənd təsərrüfatı məhsullarının istehsalı məqsədilə 2301,85 kv.m torpaq sahəsi verilmişdir. A seriyalı 406896 nömrəli torpaq sahəsinin planı və ölçüsündən görünür ki, Zaqatala Rayon Aqrar İslahat Komissiyasının 27.12.1999-cu il tarixli 81 №-li qərarı ilə İddiaçı kənd təsərrüfatı məhsullarının istehsalı məqsədilə 1381,06 kv.m torpaq sahəsi verilmişdir. DTXK-nin Zaqatala rayon şöbəsi və Göyəm Bələdiyyəsi tərəfindən təsdiq edilmiş İddiaçı məxsus olan 0,2301 ha və faktiki 0,0926 ha pay torpaq sahələrinin mövcud vəziyyətinin planından görünür ki, həmin planda 0,2301 ha və 0,1381 ha pay torpaq sahələrinin sənədi üzrə planı və 0,2301 ha və faktiki 0,0926 ha pay torpaq sahələrinin faktiki vəziyyətinin planı əks olunmuşdur. RX seriyalı ******* nömrəli 01.11.2013-cü il tarixli "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış"dan görünür ki, Zaqatala rayonu Çökəkoba kəndində yerləşən 0,3227 ha kənd təsərrüfatı təyinatlı torpaqları ümumi birgə mülkiyyət hüququ əsasında İddiaçı və Gülüşən Məmmədovanın adına daşınmaz əmlakın dövlət reyestrində 43 nömrəli reyestr kitabının 47 nömrəli vərəqində qeydiyyata alınmışdır. Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin 12.07.2018-ci il tarixli **********13 nömrəli məktubu ilə təqdim edilmiş mütəxəssis rəyindən görünür ki, Kadastr və Yerquruluşu Layihə Tədqiqat Mərkəzinin bazasında Gülüşən Məmmədovaya torpaq sahəsi verilməsi barədə məlumat yoxdur. "Bakı fəhləsi" kolxozunun torpaq payı almaq hüququ olan vətəndaşların siyahısında yalnız İddiaçı adı vardır. İşdə olan sənədlərdən göründüyü kimi Zaqatala rayonu Göyəm kəndi "Bakı fəhləsi" kolxozundan torpaq payı alacaq vətəndaşların siyahısında İddiaçı adı qeyd olunmuş, Zaqatala Rayon Aqrar İslahat Komissiyasının 27.12.1999-cu il tarixli 81 №-li qərarı ilə ona 2301,85 kv.m və 1381,06 kv.m torpaq sahəsi verilmiş və bununla bağlı müvafiq olaraq A seriyalı 406895 və 406896 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədləri tərtib edilmişdir. Lakin sözügedən torpaq sahəsi ilə bağlı RX seriyalı ******* nömrəli 01.11.2013cü il tarixli "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış" hazırlanarkən İddiaçı ilə yanaşı Gülüşən Məmmədovanın adı da qeyd olunmuşdur. Halbuki, Gülüşən Məmmədovanın adı sovxoz və kolxozların özəlləşdirilən torpaqlarından pay almaq hüququ olan subyektlər siyahısında olmamışdır. Şəki İnzibati-İqtisadi Məhkəməsinin 05 fevral 2019-cu il tarixli 2-1(84)-19/2019 nömrəli qərarından iş üzrə üçüncü şəxs X5 və vəkili Vəkil tərəfindən apellyasiya şikayəti vermişdir. Şəki Apellyаsiyа Məhkəməsinin İnzibаti-İqtisаdi Kollegiyаsının 05 may 2019-cu il tarixli, 2-1(107)-216/2019 saylı qərarı ilə üçüncü şəxs X5 və vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Şəki İnzibati-İqtisadi Məhkəməsinin 05 fevral 2019cu il tarixli 2-1(84)-19/2019 nömrəli dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 06 noyabr 2019-cu il tarixli, 2-1(102)-2321/19 saylı qərarı ilə üçüncü şəxs X5 tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilmiş Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 02 may 2019-cu il tarixli, 2-1(107)-216/2019 saylı qərarı ləğv edilmiş, işin təkrar baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Şəki Apellyаsiyа Məhkəməsinin İnzibаti Kollegiyаsının 02 dekabr 2020-ci il tarixli, 2- 1(107)-128/2020 saylı qərarı ilə üçüncü şəxs X5 və vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Şəki İnzibati-İqtisadi Məhkəməsinin 05 fevral 2019cu il tarixli 2-1(84)-19/2019 nömrəli dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasının 17 mart 2021-ci il tarixli, 2-1(102)-443/21 saylı qərarı ilə üçüncü şəxs X5 tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilmiş Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 02 dekabr 2020-ci il tarixli, 2-1(107)-128/2020 saylı qərarı ləğv edilmiş, işin təkrar baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Apellyasiya şikayətlərinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı tələbində göstərmişdir ki, qeyd olunan torpaq sahəsi Aqrar İslahat Komissiyasının qərarı ilə təkcə onun mülkiyyətinə verildiyi halda, texniki səhv nəticəsində həmin torpaq sahəsi üzərində iddiaçı ilə yanaşı keçmiş arvadı X4 da mülkiyyətçi kimi qeyd edilmişdir. Halbuki, həmin torpaq sahəsi yalnız iddiaçının mülkiyyətinə verilmişdir. X1 qeydiyyatda olduğu ərazidə Aqrar İslahat Komissiyasının qərarına əsasən torpaq sahəsi verilmişdir.Həmin səhvin aradan qaldırılması barədə iddiaçının müraciətinə cavabdeh təşkilatın 16.02.2018-ci il tarixli **********63 nömrəli məktubu ilə imtina cavabı verilmişdir. Hesab etmişlər ki, birinci instansiya məhkəməsinin həmin qərarı tamamilə qanunsuzdur. Belə ki, məhkəmə üçüncü şəxsin nümayəndəsinin yazılı etirazında göstərilən dəlillərə düzgün hüquqi qiymət verməmiş, maddi və prosessual hüquq normalarını səhv tətbiq etdiyi üçün iş üzrə yalnış nəticəyə gəlmişdir. İddiaçı ilə üçüncü şəxs Gülüşən Hudulova 26 oktyabr 1996-cı ildə rəsmi nikaha daxil olduqdan sonra Zaqatala rayon Çökəkoba kəndində birlikdə tikdikləri fərdi yaşayış evində yaşamışlar. Mübahisə predmeti olan torpaq sahəsi sovxoz və kolxozların torpaqlarının özəlləşdirilməsi yolu ilə “Torpaq islahatı haqqında” Qanuna müvafiq olaraq Zaqatala rayon Aqrar İslahat Komissiyasının 27 dekabr 1999-cu il tarixli 81 saylı qərarı əsasında tərəflərin mülkiyyətinə verilmişdir. Lakin bu qərarın əsli və ya surəti saxlanmamışdır. İkincisi, yenə də hazırda mövcud olmayan Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Zaqatala rayon şöbəsi tərəfindən verilmiş 18.10.2013-ci il tarixi 688 və 689 nömrəli arayışlardır. Arayışlar verilib Zaqatala rayonu Çökəkoba kənd sakini İddiaçı ondan ötrü ki, A406895 №-li və A406896 №-li “Torpaq sahəsinin Planı və Ölçüsü”ndə qeyd olunan 0.2301 ha və 0.1381 ha kənd təsərrüfatı məhsullarının istehsalı üçün verilən torpaq sahəsi Zaqatala R.İ.H.B-nın Göyəm inzibati ərazi nümayəndəliyinin 14.08.2013-cü il tarixli 1291 saylı arayışına əsasən onun və ailə üzvü X1 ümumi birgə mülkiyyətinə verilmişdir. Zaqatala Rayon Aqrar İslahat Komissiyasının 27 dekabr 1999-cu il tarixli 81 saylı qərarı ilə ayrılmış torpaq sahələrinin ümumi ölçüsünün 0,3682 ha (0.2301+0.1381=0,3682) olmasına baxmayaraq, Dövlət Torpaq və Xəritəməkmə Komitəsinin Zaqatala rayon şöbəsinin mütəxəssisi, Göyəm bələdiyyəsinin sədri və iddiaçı tərəfindən 18.10.2013-cü il tarixdə tərtib olunmuş torpaq sahəsinin mövcud vəziyyətinin planında torpaq sahələrinin faktiki vəziyyətinin 0,3227 ha (0,2301+0,0926) olduğu müəyyən edilmişdir. Bütün araşdırmaların nəticəsində 01.11.2013-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində Zaqatala rayonu Çökəkoba kəndində reyestr nömrəsi **********48 olan 0,3227 ha kənd təsərrüfatı təyinatlı əkinə yararlı, torpaq sahəsinə tərəflərin ümumi birgə mülkiyyət hüququ qeydiyyata alınmış və iddiaçıya DƏDRX tərəfindən RX seriyalı ******* №-li çıxarış verilmişdir. İddiaçı həmin çıxarışı aldıqdan sonra 4 il 6 ay ərzində heç bir etiraz və şikayət bildirməmiş, hər hansı bir iddia qaldırmamışdır. Mübahisə predmetinin mahiyyəti daşınmaz əmlakın dövlət reyestrində yol verilmiş texniki səhvlərin düzəldilməsindən deyil, üçüncü şəxsin mülkiyyət hüququna xitam verilməsindən ibarətdir. Belə ki, Gülüşən Hudulovanın ümumi birgə mülkiyyətçi qisimində adı reyestrə texniki səhv nəticəsində deyil, inzibati icraat qaydasında əldə edilmiş rəsmi sənədlərə və məlumatlara əsasən məqsədli şəkildə qeyd olunmuşdur.Lakin iddiada aparılması tələb olunan düzəliş Gülüşən Hudulovanın torpaq sahəsi üzərində mülkiyyət hüququnun xitamına səbəb olan hərəkətdir. Qeyd olunanlardan göründüyü kimi, edilməsi tələb olunan düzəliş texniki səhv nəticəsində yazılmadığı və onun icrası Gülüşən Hudulovanın mülkiyyət hüququnun xitam verilməsinə səbəb olduğu üçün iddia ümumiyyətlə inzibati icraat qaydasında baxıla bilməz.Mübahisəyə inzibati icraatın öhdəliyin icraatı haqqında iddia qaydasında baxıla bilməz. Cavabdeh 04 iyul 2018-ci il tarixli etirazında hesab etmişdir ki, İPM-nin 36.2-ci maddəsi ilə müəyyən edilmiş əsaslara baxılmalıdır. Həmin maddədə qeyd olunub ki, müəyyən etmə və ya tanınma haqqında iddia vasitəsi ilə iddiaçı artıq icra olunmuş inzibati aktın qanunsuz sayılmasını məhkəmədən tələb edə bilər. Bununla, cavabdeh öz hərəkətlərini deyil, bu hərəkətlərin aparılması üçün əsas olmuş Aqrar İslahat Komissiyasının 27.12.1999-cu il tarixli qərarının etibarsız sayılması barədə iddia qaldırılmasını iddiaçıya tövsiyə etmişdir. Lakin birinci instansiya məhkəməsi cavabdehin və üçüncü şəxsin dəlilləri ilə razılaşmamış, bunu belə əsaslandırmışdır ki, tələbin mahiyyətindən öhdəliyin icrası haqqında iddiaya aid olduğu müəyyən edilir, çünki iddiaçı cavabdeh inzibati orqantərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsini tələb edir. Qeyd olunanlardan göründüyü kimi, daşınmaz əmlakın dövlət reyestrində mübahisəli torpaq sahəsinə Gülüşən Hudulovanın ümumi birgə mülkiyyət hüququnun qeydiyyata alınması onun üçün əlverişli olan inzibati aktın qəbul edilməsi sayılır. Həmin qeydiyyatın ləğvi (onun adının mülkiyyətçilər sırasından çıxarılması) isə onun üçün əlverişsiz, iddiaçı üçün isə əlverişli inzibati aktın qəbul edilməsi sayılır.Hazırkı iddia ilə iddiaçı Gülüşən Hudulova üçün əlverişli olan inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılmasını tələb etmişdir. Ona görə də bu iddia İPM-nin 32.1-ci maddəsinə görə inzibati aktın mübahisələndirilməsi sayılır. İş üçün mühim əhəmiyyət kəsb edən Aqrar İslahat Komissiyasının 27 dekabr 2017-ci il tarixli qərarı və həmin torpaq sahəsinə pay hüququ olan subyektlərin siyahısı isə arxivdə aşkar edilməmişdir.Qeyd edilmişdir ki, bu hal qanunvericiliklə mübahisəyə iddia müddətinin tətbiq olunmasının vacibliyini bir daha ifadə edir. Çünki məhz sübutların uzun müddət saxlanılmasının mümkünsüzlüyü nəzərə alınaraq, qanunvericilkdə iddia müddəti müddəaları müəyyən edilmişdir. Yuxarıda qeyd olunan sübutların tam, məcmu şəkildə və xronoloji ardıcıllıqla tədqiqi nəticəsində müəyyən olunur ki, Gülüşən Hudulovanın kolxozların torpaqlarının özəlləşdirilməsi ərəfəsində yaşayış yerini dəyişdiyi üçün adı payçıların ilkin siyahısına düşməyə bilərdi. Lakin 1999-cu il dekabr ayının 27 də Aqrar İslahat Komissiyasının müvafiq qərarı qəbul ediləndə onun da pay almaq hüququ nəzərə alınmışdır. Ona görə də ilkin siyahıda nəzərdə tutulandan iki dəfə çox əkin sahəsi iddiaçı ilə bərabər Gülüşən Hudulovanın ümumi birgə mülkiyyətinə verilmişdir.Onların həmin torpaq sahəsi üzərində ümumi birgə mülkiyyət hüquqları sonuncu dəfə daşınmaz əmlakın dövlət reyestrində 01.11.2013-cü il tarixdə qeydiyyata alınmışdır və iddiaçıya müvafiq çıxarış verilmişdir. Bu iddia tamamilə əsassızdır. Ona görə də təmin olunmamalıdır. Tərəflərin izahatları: Məhkəmə kolegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinə etiraz edərək, şikayətin təmin edilməməsini və Şəki İnzibati-İqtisadi Məhkəməsinin 05 fevral 2019-cu il tarixli 2-1(84)-19/2019 saylı qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh DƏDRX-in 18 saylı Ərazi İdarəsinin nümayəndəsi X8 qanunamüvafiq qərar çıxarılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq üçüncü şəxs Hudulova (Məmmədova) Gülüşən Məhəmməd qızı və onun vəkili Vəkil məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma hissəsi: Üçüncü şəxs X5 və vəkili Vəkil apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Apellyasiya şikayəti mümkündür. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir. Hazırkı işdə iddianın mümkünlüyünə dair digər şərtlər də mövcuddur. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmazdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş, yazılı formada imtina cavabı aldıqdan sonra vaxtında məhkəməyə iddia vermişdir (İPM-in 38.2ci maddəsi). Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır (maddə 139.1). “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – Qanun) : 16.3-ci maddəsinə əsasən, əgər dövlət reyestrinin məzmunu torpaq sahəsi üzərində hüquqa və ya həmin hüququn məhdudlaşdırılmasına dair həqiqi hüquqi vəziyyətə uyğun deyildirsə, hüququ qeydə alınmamış və ya hüququ düzgün qeydə alınmamış şəxs, yaxud mövcud olmayan yüklənmə haqqında qeydin daxil edilməsi ilə hüququ pozulmuş şəxs dövlət reyestrində qeyddə düzəlişin aparılması üçün belə düzəlişlə hüququna toxunulan şəxsdən razılıq verməsini tələb edə bilər; 16.4-cü maddəsinə əsasən, bu Qanunun 16.3-cü maddəsində nəzərdə tutulmuş hallarda dövlət reyestrinin mötəbərliyinə qarşı etiraz edilə bilər; 16.5-ci maddəsinə əsasən, dövlət reyestrinə etirazla bağlı qeydin daxil edilməsi məhkəmənin qərarı və ya reyestrdə düzəlişin aparılması ilə hüququ toxunulan şəxsin razılığı ilə həyata keçirilir. Maddələrin tələbləri belə izah olunur ki, dövlət reyestrində hüququ düzgün qeydə alınmamış şəxs qeyddə düzəlişin aparılmasını tələb edə bilər. Belə düzəlişin aparılması düzəlişlə hüququna toxunulan şəxsin razılığı əsasında, razılıq olmadığı halda məhkəmə qərarı əsasında aparıla bilər. İddiaçı dövlət reyestrində aparılmış qeydin həqiqi hüquqi vəziyyətə uyğun olmadığı əsası ilə düzəlişin edilməsini xahiş etmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun: 8.0-ci maddəsinə əsasən, daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar. Maddənin tələbindən göründüyü kimi, qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti orqanı tərəfindən daşınmaz əmlakın özgəninkiləşdirilməsinə dair qəbul edilmiş akt daşınmaz əmlak üzərində hüququn qeydə alınması üçün əsasdır. İşin hallarından göründüyü kimi, reyestrdə 0,3227 ha torpaq sahəsi üzərində iddiaçının və üçüncü şəxsin ümumi birgə mülkiyyəti Zaqatala rayon Aqrar İslahat Komissiyasının 27 dekabr 1999-cu il tarixli, 81 saylı qərarı əsasında qeydə alınmışdır. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanunun: 12-ci maddəsinin 1-ci bəndinə əsasən, sovxoz və kolxozların özəlləşdirilən torpaqlarından pay almaq hüququ olan subyektlər aşağıdakılardır: 1) sovxoz və kolxozlarda daimi işləyən şəxslər;2) bu Qanun qüvvəyə mindiyi günədək daimi yaşayış yeri sovxozun və kolxozun ərazisində olan şəxslər. 12-ci maddəsinin 2-ci bəndinə əsasən, torpaq payı almaq hüququ olanların siyahısı təsdiq edilənədək özbaşına zəbt etdikləri torpaqları geri qaytarmayan şəxslər həmin siyahıya daxil edilmirlər. Zəbt edilmiş torpaqlar qanunvericiliklə müəyyən edilən qaydada geri qaytarılır; 14-cü maddəsinə əsasən, hər bir subyekt yalnız bir dəfə torpaq payı ala bilər. Torpaq payları Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə əvəzsiz verilir. Azərbaycan Respublikasının vətəndaşları olmayan şəxslərə torpaq payları istifadəyə verilir. Sovxoz və kolxozların torpaqlarının özəlləşdirilməsi Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanlarının təsdiq etdiyi əsasnaməyə uyğun həyata keçir. Bu maddələrin tələblərinə əsasən isə, kolxozların özəlləşdirilən torpaqlarından pay almaq hüququ istinad edilən Qanun qüvvəyə mindiyi günədək həmin kolxozun ərazisində daimi yaşayan şəxslərə məxsusdur və hər bir şəxs yalnız bir dəfə torpaq payı almaq hüququna malikdir. Torpaq payı almaq hüququ olanların siyahısı yerli aqrar islahatı komissiyası tərəfindən müəyyən edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasının 17 mart 2021-ci il tarixli, 2-1(102)-443/21 saylı qərarında qeyd edilir ki, kasasiya məhkəməsi 6 noyabr 2019cu il tarixli qərarında bildirmişdir ki, iddianın qanuni əsasını mülkiyyət hüququnun həqiqi hüquqi vəziyyətə uyğun aparılıb-aparılmaması təşkil etdiyindən, qiymətləndirmə qüvvədə olan Zaqatala rayon Aqrar İslahat Komissiyasının 27 dekabr 1999-cu il tarixli, 81 saylı qərarına uyğun olaraq mülkiyyət hüququnun ümumi birgə mülkiyyət kimi qeydə alınması üçün əsas təşkil edilib-edilməsinə qiymət verilməli idi. Bunun üçün isə ilk olaraq həmin qərar və onunla təsdiq edilmiş torpaq sahələrinin ayrılmasına dair siyahının mövcudluğu müəyyən edilməli idi. İşin hallarından göründüyü kimi, iddiaçıya və ya üçüncü şəxsə Zaqatala rayon Aqrar İslahat Komissiyasının 27 dekabr 1999-cu il tarixli, 81 saylı qərarı ilə ayrılmış torpaq sahələrinə dair həm istinad olunan qərar, həm də ona əlavə edilmiş siyahı müəyyən edilməmiş, məhkəmənin istinad edilən siyahıların mənbəyi isə qeyri-müəyyən olmaqla, iddiaçının adı müxtəlif sıra nömrələri ilə qeyd olunmuşdur ki, bu halda torpaq qanunvericiliyin tələblərinə əsasən ilkin sənədlərin hansı sənədlər təşkil etdiyi aydın deyildir. Eyni zamanda, ilkin sənədlərin mövcudluğu ilə bağlı məhkəmələr tərəfindən yalnız cavabdehə sorğular verilmiş, lakin həmin qərarın və ona əlavə edilmiş siyahı ilə bağlı Zaqatala rayon İcra hakimiyyətinə və ya Zaqatala rayon Dövlət Arxivinə sorğular verilməmişdir. Apellyasiya instansiyası məhkəməsi kasasiya məhkəməsinin göstərişlərinə əməl edərək bir sıra sənədlər əldə etmiş, lakin həmin sənədlərlə bağlı araşdırma aparmamışdır. Qeyd edilməlidir ki, apellyasiya məhkəməsinin əldə etdiyi rayon aqrar islahat komissiyasının 27 dekabr 1999-cu il tarixli qərarından görünür ki, bu qərarla Zaqatala rayonunun Göyəm kəndi keçmiş “Bakı fəhləsi” kolxozunun aqrar islahatı proqramı və kompleks yer quruluşu layihəsi təsdiq edilmiş və həmin məsələ ilə bağlı RAİK-in 09.06.1995-ci il tarixli qərarı qüvvədən düşmüş, təsərrüfatın spesifik xüsusiyyətləri nəzərə alınmaqla subyektlər arasında torpaqların keyfiyyət qruplarına mütənasib naturada bölgüsünə dair Göyəm kəndi YAİK-ın qərarı nəzərə alınmışdır. Apellyasiya məhkəməsi yerli aqrar islahat komissiyasının qərarının mövcudluğu, həmin qərarda mübahisə olunan torpaq sahəsi ilə bağlı iddiaçı və üçüncü şəxsin adlarının olması barədə araşdırma aparmamışdır. Apellyasiya məhkəməsinin istinad etdiyi işin 2-ci cild 118, 120 və 147-ci səhifələrində olan yekun cədvəllərdən görünür ki, 118-ci səhifədə olan siyahıda iddiaçıya aid yalnız 0,06 ha həyətyanı torpaq sahəsinin olduğu, 120 və 147-ci səhifələrdə olan cədvəllərdə isə iddiaçıya aid 0,06 ha həyətyanı torpaq sahəsinin olması ilə yanaşı 0,23 ha otlaq torpaq sahəsi olduğu qeyd edilmiş, sonrakı siyahılar rayon torpaq şöbəsinin müdiri tərəfindən imza və möhürlə təsdiq edilməmiş, digər iki təşkilat nümayəndəsinin imzası olsa da, həmin təşkilatların möhürü vurulmamış, yalnız islahata aidiyyəti olmayan orqan olan bələdiyyə sədri tərəfindən imzalanmış və möhürlənmiş, apelyasiya məhkəməsi sənədlərdə olan bu çatışmazlıqlar barədə araşdırma aparmamışdır. İddiaçı ilə üçüncü şəxsin nikahı 1996-cı ilin oktyabr ayında bağlanmışdır. Lakin apelyasiya məhkəməsi üçüncü şəxsin hansı vaxtdan Şəki rayonu Göyəm kəndində yaşamasını müəyyən etməmiş, torpaq sahəsi alan subyektlərin siyahısı tərtib edilərkən üçüncü şəxsin islahat gedən ərazidə yaşayıb-yaşamamasını araşdırmamışdır. Məhkəmə kollegiyası onu da bildirir ki, “Torpaq islahatı haqqında” Qanun 30 sentyabr 1997-ci ildə dərc edilmişdir və Qanunun 26-cı maddəsinə görə bu Qanun dərc edildiyi vaxtdan qüvvəyə minir. “Torpaq islahatı haqqında” Qanun dərc edilən vaxt üçüncü şəxsin iddiaçı ilə nikahı vardı və məhkəmə tərəfindən Qanunun 12-ci maddəsinin tələblərinin mövcudluğu, yəni sovxoz və kolxozlarda daimi işləyən şəxs olması və ya bu Qanun qüvvəyə mindiyi günədək daimi yaşayış yeri sovxozun və kolxozun ərazisində olan şəxs olması üçüncü şəxsə münasibətdə yoxlanılmamışdır. Cavabdehin təqdim etdiyi mübahisə olunan çıxarışın verilməsinə əsas olmuş sənədlərdən görünür ki, DT və XK-nın Zaqatala rayon şöbəsinin 18 oktyabr 2013-cü il tarixli 688 və 689 saylı arayışlarında “Torpaq sahəsinin planı və ölçüsü”ndə göstərilən kənd təsərrüfatı məhsulları üçün verilən 0,1381 ha və 0,2301 ha torpaq sahələrinin iddiaçı ilə üçüncü şəxsin ümumi birgə mülkiyyətinə verildiyi qeyd edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasının 17 mart 2021-ci il tarixli, 2-1(102)-443/21 saylı qərarında verilmiş göstərişlərə əsasən Zaqatala rayon İcra Hakimiyyətinin, X11, habelə Zaqatala rayon İHB-nın Göyəm kənd İƏD üzrə nümayəndəliyi, Zaqatala rayon Muxax kənd bələdiyyəsinə sorğular edilmiş və nəticədə müəyyən olunmuşdur ki, Muxax kənd İnzibati Dairəsi üzrə nümayəndəliyinin 1991-1995-ci illərin 12 №-li təsərrüfatbaşına kitabında 4 №-li səhifəsində, şəxsin hesabı № 1001-də X3 Zaqatala şəhərinə köçməsi qeyd edilmişdir. 1996-cı ildə keçmiş “Bakı fəhləsi” kolxozunda aparılan aqrar islahatları zamanı pay torpaq sahəsini alacaq subyektlərin siyahısında Hudulova (Məmmədova) Gülüşən Məhəmməd qızının adı olmamış və ona pay torpaq sahəsi verilməmişdir. Eyni zamanda müəyyən edilmişdir ki, Zaqatala rayonu Çökəkoba kəndində torpaq islahatı aparılarkən vətəndaşlara (subyektlərə) torpaq sahəsinin ayrılmasına dair ilkin siyahı Zaqatala rayon Dövlət Arxivinə təhvil verilməmişdir. Məhkəmə kollegiyası birinci və apellyasiya instansiya məhkəməsinə təqdim edilmiş sübutlara qiymət verərək belə bir nəticəyə gəlir ki, üçüncü şəxs Hudulova (Məmmədova) Gülüşən Məhəmməd qızı əvvəl yaşadığı Zaqatala rayon Muxax kəndində pay torpaq sahəsi almamış, 1996-cı ildə İddiaçı ilə rəsmi nikaha girmiş və onun yaşadığı Çökəkoba kəndinə köçmüş və orada qeyydiyyata düşmüşdür. Onun yaşadığı Çökəkoba kəndi “Bakı fəhləsi” kolxozunun ərazisində yerləşən kənd olmuşdur. Həmin dövürdə o, İddiaçı ilə birgə yaşadığı üçün həmin kənddə müəyyən olunmuş torpaq payı normasına uyğun torpaq sahəsi almışdır. Əgər Hudulova (Məmmədova) Gülüşən Məhəmməd qızı həmin ünvanda İddiaçıla birgə yaşamasa idi İddiaçı normaya müvafiq bir torpaq payı verilməli idi. Onlara verilmiş torpaq payları üzərinə mülkiyyət hüququnu təsdiq edən hüquqların Dövlət qeydiyyatı haqqında Əmlakların Dövlət Reyestrinin çıxarışı verilmişdir. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, üçüncü şəxs Hudulova (Məmmədova) Gülüşən Məhəmməd qızının adına istər əvvəlki yaşayış yeri olan Muxax kəndi, istərsə də sonradan köçüb yaşadığı Çökəkoba kəndində pay torpaq sahələr alacaq şəxslərin (subyektlərin) siyahısında adının hansı səbəbdən olmaması heç də onun digər subyektlər kimi torpaq payı almaq hüququ məhdudlaşdıra bilməz. Çünki həmin subyekt siyahısına adının qeyd edilməməsi onun səhfi hesab edilə bilməz Bundan başqa, Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli, 534 nömrəli Fərmanı ilətəsdiq edilmiş “Torpağa mülkiyyət və istifadə hüququna dairsənədlərin hazırlanması, qeydiyyatı və verilməsi haqqında” Əsasnamənin 5-ci bəndində müəyyən edilmişdir ki, torpağa mülkiyyət hüququna dair dövlət aktı ailə tərkibi üzrə hər bir şəxsin adı, soyadı və ona düşən torpaq payı göstərilməklə ailə başçısının adına verilir. Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə ailə tərkibi üzrə hər bir şəxsin adı və soyadı göstərilməklə ailə başçısının adına verilir. Odur ki, iddia tələbinin təmin edilməsi üçüncü şəxs X3 mülkiyyət hüququnu pozmuş olar. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmır və hesab edir ki, birinci instansiya məhkəməsi işin faktiki hallarını tam və hərtərəfli araşdırmamış, iddia tələbini təmin etməməklə maddi və prossesual hüquq normalarının tətbiqində səhvə yol verərək inzibati iş üzrə düzgün nəticəyə gəlməmişdir. Belə olan halda, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, apellyasiya şikayətinin dəlilləri isə əsaslı olduğundan təmin edilməlidir. İPM-in 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi baxılan mübahisə üzrə düzgün nəticəyə gəlməmişdir. Buna görə də apellyasiya şikayəti təmin edilərək birinci instansiya məhkəməsinin qərarı İPM-in 87.6-cı maddəsinə əsasən ləğv edilməli və iddia tələbi təmin edilməməlidir. Nəticəvi hissə Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 87, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən məhkəmə kollegiyası qərara aldı: Üçüncü şəxs X5 və vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Şəki İnzibati-İqtisadi Məhkəməsinin 05 fevral 2019-cu il tarixli 2-1(84)-19/2019 nömrəli qərarı ləğv edilsin. İş üzrə iddia tələbi təmin edilməsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Şəki Ərazi İdarəsinə qarşı "Zaqatala rayon Ağrar İslahat Komissiyasının qərarına əsasən mülkiyyətinə verilmiş, Zaqatala rayonu Çökəkoba kəndində yerləşən 0,3227 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ilə bağlı daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatda düzəliş edilərək, X2 adının həmin torpaq sahəsinin mülkiyyətçiləri sırasından çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilməsin. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarı ondan şikayət verilmədiyi halda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-1(107)-241/2021
Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-241/2021
16.09.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver