Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(107)-241/2022 11.08.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məlikov Vəzirxan İsgəndər oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Elçin Şirin oğlu və Şükürov İmanverdi Həşimxan oğlundan ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı “ünvanlı dövlət sosial yardımın təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 08 iyul 2022-ci il tarixli 2-1(116)-1200/2022 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş аpellyаsiyа şikаyətinə dair işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək sosial yardımın təyin edilməsindən imtina edilməsi barədə qanunsuz qərarın ləğv edilməsi və “Ünvanlı sosial yardım haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü, 4-cü, 5-cü, 6-cı, 7-ci və 8-ci maddələrinə əsasən ehtiyac meyarının məcmusu arasında yaranmış fərq məbləğinin, yəni 375 manat məbləğini hesablanıb **********309 nömrəli “Ərizəbəyannamə” ilə müraciət etdiyi xx.xx.2021-ci il tarixdən hər ay üçün 1 il müddətinə aztəminatlı ailənizə təyin edilməsi və verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsi tərəfindən iddiaçıya xx.xx.2022-ci il tarixdə hüquqi yardım məktubu ünvanlanaraq Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 13-cü maddəsinə əsasən nəzərinə çatdırılmışdır ki, məhkəmənin icraatında artıq eyni tələb üzrə iddia ərizəsi olduğundan və iddiaya mahiyyəti üzrə baxılaraq hüquqi qiymət verildiyindən hazırkı iddia tələbinin mümkünlüyü məsələsinin həll edilməsi zərurəti yaranmışdır. Yardım məktubunda iddiaçıya qeyd olunanlarla bağlı 5 gün müddətində yazılı şəkildə münasibət bildirmək təklif olunmuşdur. Yardım məktubu xx.xx.2022-ci il tarixdə alınmasına baxmayaraq məktubda qeyd olunanlarla bağlı münasibət bildirilməmişdir. Şəki İnzibаti Məhkəməsinin (hakim Fərid İsmayılzadə) 08 iyul 2022-ci il tarixli 2- 1(116)-1200/2022 nömrəli qərardadı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı “sosial yardımın təyin edilməsindən imtina edilməsi barədə qanunsuz qərarın ləğv edilməsi və “Ünvanlı sosial yardım haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü, 4-cü, 5-cü, 6-cı, 7-ci və 8-ci maddələrinə əsasən ehtiyac meyarının məcmusu arasında yaranmış fərq məbləğinin, yəni 375 manat məbləğini hesablanıb **********309 nömrəli “Ərizə-bəyannamə” ilə müraciət etdiyi xx.xx.2021-ci il tarixdən hər ay üçün 1 il müddətinə aztəminatlı ailənizə təyin edilməsi və verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi mümkün sayılmamışdır. İddiaçı аpеllyаsiyа şikаyəti verərək Şəki İnzibati Məhkəməsinin 08 iyul 2022-ci il tarixli 2-1(116)-1200/2022 nömrəli qərardadının ləğv edilməsini xahiş etmişlər. Apellyasiya şikayətinin dəlilləri: İddiaçı аpеllyаsiyа şikаyətində qeyd etmişdir ki, Nazirlər Kabinetinin 2016-cı il 5 fevral tarixli 37 nömrəli Qərarı ilə təsdiq etdiyi “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaların 1.3-cü bəndinə əsasən Sosial yardımın təyin olunması üçün müraciət etmiş şəxslər və onların ailə üzvləri haqqında tələb olunan arayış və məlumatların Nazirlik tərəfindən elektron formada əldə edilməsi məqsədi ilə bu Qaydaların 1.3-cü bəndində göstərilən dövlət orqanlarının və təşkilatların informasiya ehtiyatlarından və sistemlərindən istifadə olunur”. Bu Qaydaların 1.3-cü bəndində göstərilən dövlət orqanlarının və təşkilatların informasiya ehtiyatlarına və sistemlərinə sorğular göndərib ailə tərkibimdə və digər məlumatlarda heç bir uyğnsuzluq aşkarlamayan VEMTAS Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin (bundan sonra- Nazirlik) tərkibində yaradılmış DSMF-nun Mingəçevir şəhər Şöbəsinin sosial yardım təyin edən işçisinə “Ailəmin maddi-məişət şəraitinin müayinəsinin aparılması barədə Tapşırıq göndərdi. DSMF-nun Mingəçevir şəhər Şöbəsinə soxulmuş vəzifəli şəxslər sayılan X1, piylənmiş X2, Ziya Qurbanzadə və digərləri bır ünvanda yaşayan valideynlərin ailəsi əmək qabiliyyətli övladları olan mən Xəqanini, 3 körpə uşağımı və bir arvadımı saxlamağa, mən Xəqaninin ailəsi ilə məcburi qaydada bir təsərrüfat aparmağa, mənim ailəmin ehtiyaclarını qarşılamağa və öz büdcələrinin vəsaiti hesabına mənim 5 nəfərdən ibarət olan aztəminatlı ailəmə ünvanlı dövlət sosial yardım verməyə borcludurlar deyib "Ailə tərkibinin düzgün göstərilməməsi" bəhanəsi ilə sosial yardımın təyinatından imtina edilməsi barədə qanunsuz qərar qəbul etdilər. Odur ki, аpеllyаsiyа şikаyətinin təmin edilməsini və Şəki İnzibati Məhkəməsinin 08 iyul 2022-ci il tarixli 2-1(116)-1200/2022 nömrəli qərardadının ləğv edilməsini xahiş edir. İşdə iştirak edən şəxslərin izahatları: Məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq İddiaçı məhkəmə iclasına gəlməmişdir. İddiaçı məhkəməyə məktub göndərərək məhkəmə iclasına onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası iddiaçının tərəfin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin 62.3-cü mаddəsi). Əsaslandırma hissəsi: İlk olaraq, inzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki hissəyə ayrılır: 1) mümkünlük; 2) əsaslılıq. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olubolmamasının yoxlanılması çərçivəsində iddiaçının cavabdehə qarşı hər hansı bir maddihüquqi tələbinin olub-olmaması yoxlanılır. İddianın əsaslılığının araşdırılması üçün ilkin şərt iddianın mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “A.Kərimov və qeyrilərinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 9 iyul 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2020-ci il tarixli Qərarında ifadə edilmiş hüquqi mövqeyinə görə, qanuni qüvvəyə minmiş məhkəmə aktı özündə mübahisələndirilən maddi hüququn, yaxud belə hüquqa əsaslanan faktın mövcud olub-olmamasını qəti surətdə müəyyənləşdirir və səlahiyyətli şəxsin tələbi ilə hər hansı qeyd-şərt qoyulmadan onların həyata keçirilməsini ehtiva edir. Məhz bu baxımdan prosessual qanunvericilikdə nəzərdə tutulmuş bütün müdafiə vasitələri istifadə edildikdən sonra qanuni qüvvəyə minmiş məhkəmə aktı təkzibolunmazlıq, müstəsnalıq və məcburilik kimi hüquqi xüsusiyyətlərə malikdir. Məhkəmə qərarının preyudisiallığı prinsipi də qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə müəyyənləşdirilmiş faktların və hüquq münasibətlərinin işdə iştirak edən şəxslər tərəfindən yenidən mübahisələndirilməsinin, məhkəmə üçün isə onların başqa prosesdə araşdırılmasının və təkzib edilməsinin mümkünsüzlüyünü ehtiva edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.5-ci maddəsində deyilir ki, iddia ərizəsinin icraata qəbul edilməsi aşağıdakı hüquqi nəticələri doğurur: 45.5.1. iddia ilə bağlı işin məhkəmənin icraatında olduğu müddətdə tərəflərdən heç biri eyni iddia ilə başqa məhkəməyə müraciət edə bilməz. Birinci instansiya məhkəməsinin araşdırması zamanı müəyyən olunmuşdur ki, birinci instansiya məhkəməsinin icraatında iddiaçının artıq eyni tələbi üzrə iddia ərizəsi olduğundan və iddia tələbinə mahiyyəti üzrə baxılaraq hüquqi qiymət verildiyindən hazırkı iddia tələbi mümkün sayılmamalıdır. Belə ki, Şəki İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(116)-597/2022 nömrəli qərarı ilə (sədrlik edən V.Qasımov) iddia tələbi təmin olunmamışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qısa,) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Məhkəmə kollegiyası qeyd edilənlərə əsasən hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır, birinci instansiya məhkəməsi iş üzrə düzgün nəticəyə gəlmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Şəki İnzibati Məhkəməsinin 08 iyul 2022-ci il tarixli 2-1(116)-1200/2022 nömrəli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Nəticəvi hissə Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 87, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən məhkəmə kollegiyası qərara aldı: İddiaçı tərəfindən verilmiş аpellyаsiyа şikаyəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 08 iyul 2022-ci il tarixli 2-1(116)-1200/2022 nömrəli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan onun təqdim edildiyi gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Məhkəmə qərardadı ondan şikayətin verilmədiyi halda təqdim olunduğu gündən 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-1(107)-241/2022
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(107)-241/2022
11.08.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver