Məhkəmə qərarları › İş №2-1(107)-242/2020

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(107)-242/2020

20.07.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(107)-242/2020 20.07.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik еdən və məruzəçi), Məlikov Vəzirxan İsgəndər oğlu və Hüseynov Elçin Şirin oğlundan ibarət tərkibdə, Tağıyev Babək Vaqif oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı X11rşı “Torpaq sahəsinin planı və ölçüsü” sənədində göstərilən 0,05 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması öhdəliyinin cavabdehin həvalə olunması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin xx xxx 2020-ci il tarixli 2-1(84)-15/2017 qərardadından iş üzrə yeni açılmış hallarla bağlı icraatın təzələnməsi barədə ərizəçi X10 və nümayəndəsi Vəkil tərəfindən verilmiş аpelyаsiyа şikаyətinə аçıq məhkəmə iclаsındа baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı X11rşı "Torpaq sahəsinin planı və ölçüsü" sənədində göstərilən 0,05 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması öhdəliyinin cavabdehə həvalə olunması" barədə iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət etmişdir. Şəki İnzibati-İqtisadi Məhkəməsinin 2-1(84)-15/2017 nömrəli xx.xx.2017-ci il tarixli qərarı ilə iddia tələbi təmin edilmişdir. Üçüncü şəxs Qurbanov Gündüz Əlirza oğlu həmin qərardan apelyasiya şikayəti vermiş, lakin Şəki Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(107)- 271/2017 nömrəli xx.xx.2017-ci il tarixli qərarı ilə apelyasiya şikayəti təmin edilməmiş və Şəki İnzibati-İqtisadi Məhkəməsinin qərarı dəyişdirilmədən saxlanmışdır. Üçüncü şəxs Qurbanov Gündüz Əlirza oğlu həmin qərardan kassasiya şikayəti vermişdir. İş Azərbaycan Respublikası Ali Məhkəməsinin icraatında olduğu zaman X10 və vəkili X2 Məhkəməyə vəsatətlə müraciət edərək X5 iş üzrə üçüncü şəxs qismində tanınmasını xahiş etmişlər. Lakin Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2017-ci il tarixli qərardadı ilə vəsatətin təmin edilməməsi qərara alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(102)- 1946/2017 nömrəli xx.xx.2017-ci il tarixli qərarı ilə üçüncü şəxs Qurbanov Gündüz Əlirza oğlunun kassasiya şikayəti təmin edilməmiş və Şəki Apelyasiya Məhkəməsinin 2-1(107)- 271/2017 nömrəli xx.xx.2017-ci il tarixli qərarı dəyişdirilmədən saxlanmışdır. Bundan sonra X3 İnzibati Məhkəməsinə xx.xx.2020-ci il tarixli ərizə göndərərək, qeyd olunan inzibati iş üzrə icraatın yeni açılmış hallarla bağlı təzələnməsini xahiş etmişdir. O, ərizəni belə əsaslandırmışdır ki, Qutqaşen Rayon XDS İcraiyyə Komitəsinin xx.xx.1990-cı il tarixli d-22 nömrəli qərarı əsasında "Həyətyanı torpaq sahəsi ayrılması barədə" xx.xx.1991-ci il tarixli aktla Qutqaşen rayonunun torpaq fondundan 0,06 ha həyətyanı torpaq sahəsi ayrılaraq X6 verilmişdir. Bundan sonra, X10 uzun illər mülkiyyətinə ayrılmış torpaq sahəsinə nəzarət edə bilməmiş, eyni zamanda, rayonun adı dəyişdirildikdən sonra ərazidə olan ünvanlar yenidən qeydə alınarkən Qəbələ Rayon Dövlət X1 məxsus mübahisəli torpaq sahəsi və yarımtikili ilə bağlı sənədlər DƏDRX-nin 9 saylı Ərazi İdarəsi tərəfindən müvafiq qaydada dövlət qeydiyyatına alınmamışdır. Həmin ərazi digər şəxslər tərəfindən qanunsuz olaraq zəbt olunmuşdur. Şəki İnzibati Məhkəməsinin (hakim Vidadi Qasımov) xx xxx 2020-ci il tarixli 2-1(84)- 15/2017 nömrəli qərardadı ilə ərizə rədd edilmişdir. Yeni açılmış hallarla bağlı icraatın təzələnməsi barədə ərizəçi X10 və nümayəndəsi Vəkil həmin qərardaddan apelyasiya şikayəti vermişdir. Apelyasiya şikayətinin dəlilləri Apelyasiya şikayəti ərizənin dəlilləri ilə əsaslandırılmış və Şəki İnzibati Məhkəməsinin xx xxx 2020-ci il tarixli 2-1(84)-15/2017 nömrəli qərardadının ləğv edilməsini, ərizənin təmin edilməsini və yeni açılmış hallar üzrə icraatın təzələnməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən yeni açılmış hallarla bağlı icraatın təzələnməsi barədə ərizəçi X5 nümayəndəsi və vəkili Vəkil Şəki İnzibati Məhkəməsinin xx xxx 2020-ci il tarixli 2-1(84)-15/2017 nömrəli qərardadının ləğv edilməsini, ərizənin təmin edilməsini və yeni açılmış hallar üzrə icraatın təzələnməsi barədə qərardad qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasının keçirilməsi vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq yeni açılmış hallarla bağlı icraatın təzələnməsi barədə ərizəçi X10, İddiaçı, iddiaçının vəkili X7, Üçüncü şəxs Qurbanov Gündüz Əlirza oğlu və onun vəkili Məmmədov Fərhad Möhübbət oğlu iştirak etməmiş, Cavabdeh Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı X20 nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin (bundan sonra Azərbаycаn Respublikаsının İPM və ya İPM) 62.3-cü mаddəsi). Əsaslandırma hissəsi Azərbaycan Respublikası İPM-in 82-ci maddəsinə görə, аpelyаsiyа instаnsiyаsı məhkəməsi mübаhisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (fаktiki hаllаr) əsasında mаhiyyəti üzrə tаm həcmdə baxır. Apelyаsiyа instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci mаddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və fаktlаrı (fаktiki hаllаrı) dа nəzərə alır. Həmin Məcəllənin 87.6-cı maddəsinə görə, аpelyаsiyа instаnsiyаsı məhkəməsi birinci instаnsiyа məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instаnsiyа məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, Şəki İnzibati Məhkəməsinin xx xxx 2020-ci il tarixli 2-1(84)-15/2017 nömrəli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 100-cü maddəsinə görə, qanuni qüvvəyə minmiş məhkəmə qərarının qəbul edilməsi ilə başa çatmış inzibati məhkəmə icraatı, sonradan yeni sübutların və ya halların aşkar olunduğu və həmin sübutların və ya halların ərizəçidən asılı olmayan səbəblərdən ilkin icraat zamanı təqdim olunmadığı təqdirdə, proses iştirakçılarından birinin yeni açılmış hallarla bağlı ərizəsinə əsasən təzələnə bilər. - 27.0-cı maddəsində deyilir ki, aşağıdakılar inzibati məhkəmə icraatının iştirakçıları sayılırlar: - 27.0.1. iddiaçı (və ya bu Məcəllənin 132-ci maddəsinə uyğun olaraq ərizəçi); - 27.0.2. cavabdeh; - 27.0.3. inzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər. Həmin normaların birgə təhlilindən göründüyü kimi, qanuni qüvvəyə minmiş məhkəmə qərarının qəbul edilməsi ilə başa çatmış inzibati məhkəmə icraatının yeni açılmış hallarla bağlı təzələnməsi barədə ərizə vermək hüququ yalnız proses iştirakçılarına, yəni iddiaçıya, cavabdehə və inzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslərə məxsusdur. Göründüyü kimi, X10 isə hazırkı iş üzrə nə iddiaçı, nə cavabdeh, nə də üçüncü şəxs qismində iştirak etməmişdir. İşə əlavə edilmiş məhkəmə aktlarından müəyyən edilmişdir ki, hazırkı inzibatı iş Azərbaycan Respublikası Ali Məhkəməsinin icraatında olduğu zaman X4 Məhkəməyə vəsatətlə müraciət edərək iş üzrə üçüncü şəxs qismində tanınmasını xahiş etmiş, lakin Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2017-ci il tarixli qərardadı ilə vəsatət təmin edilməmişdir. Belə ki,qeyd olunan kollegiyanın həmin qərardadında deyilir ki, məhkəməyə təqdim edilmiş sənədlərlə Qəbələ Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 08 nömrəli qərarı ilə İddiaçı satılmış 0,05 ha həyətyanı torpaq sahəsinin şəhərin 29-cu məhəlləsində, Qəbələ rayon XDS İK-nin xx.xx.1990-cı il tarixli 22 nömrəli qərarı ilə X6 ayrılmış 0,06 ha torpaq sahəsinin isə şəhərin 34-cü məhəlləsində yerləşdiyi, həmin torpaq sahələrinin şəhərin ayrı-ayrı məhəllələrində yerləşməklə üst-üstə düşmədikləri müəyyən edildiyindən, məhkəmələr tərəfindən X6 şəhərin 34-cü məhəlləsində ayrılmış 0,06 ha torpaq sahəsi ilə bağlı hər hansı məsələ həll edilmədiyindən, qəbul edilmiş məhkəmə qərarları onun və hüququna toxunmur, buna görə də onun hazırkı iş üzrə üçüncü şəxs qismində cəlb edilməsi barədə vəsatəti təmin edilməməlidir. Bununla baglı birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki,hazırkı iş üzrə mübahisə predmetini təşkil edən torpaq sahəsinin X6 heç bir aidiyyətinin olmaması və iş üzrə çıxarılmış qərarın onun hüquqlarına və qanunla qorunan maraqlarına toxunmaması Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının qərardadı ilə müəyyən edilmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə, Şəki Apelyasiya Məhkəməsinin İnzibati- İqtisadi Kollegiyasının 03. Avqust 2017-ci il tarixli 2-1(107)-271/2017 nömrəli qərar X5 qanunla qorunan maraqlarına toxunmur və həmin iş üzrə icraatın yeni açılmış hallarla bağlı təzələnməsini tələb etmək hüququ yoxdur, bu səbəbdən də onun ərizəsi təmin oluna bilməz. Azərbаycаn Respublikаsının İPM-in 87.6-cı mаddəsinə görə, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərardadı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayətinin dəlilləri əsassız olduğuna görə təmin edilməməli, iş üzrə Şəki İnzibati Məhkəməsinin xx xxx 2020-ci il tarixli 2-1(84)-15/2017 nömrəli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və İPM-in 82, 87, 89, 90 və 94-cü mаddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Yeni açılmış hallarla bağlı icraatın təzələnməsi barədə ərizəçi X10 və nümayəndəsi Vəkil tərəfindən verilmiş аpelyаsiyа şikаyəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin xx xxx 2020-ci il tarixli 2-1(84)-15/2017 nömrəli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan onun təqdim edildiyi gündən 10 gün müddətində Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar