Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(107)-243/2020 20.07.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən və məruzəçi), Məlikov Vəzirxan İsgəndər oğlu və Hüseynov Elçin Şirin oğlundan ibarət tərkibdə, Tağıyev Babək Vaqif oğlunun katibliyi ilə, Şəki İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2-1(116)-476/2020 nömrəli qərardadından İddiaçı nümayəndəsi Nümayəndətərəfindən verilmiş аpelyаsiyа şikаyətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı X6rşı "A seriyalı 389718 nömrəli "Torpaq sahəsinin planı və ölçüsü"nün, RX seriyalı ******* nömrəli çıxarışın, texniki pasportun ləğv edilməsi və torpaq sahəsinə çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Şəki İnzibati Məhkəməsinin (hakim Vidadi Qasımov) xx xxxx 2020-ci il tarixli 2- 1(116)-476/2020 nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır. İddiaçı nümayəndəsi Nümayəndə həmin qərardaddan apelyasiya şikayəti vermişdir. Apelyasiya şikayətinin dəlilləri İddiaçı apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, İnzibati Prosessual Məcəllənin 13-cü maddəsinə əsasən, məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibətləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılara yardım etməyə borcludur. Məhkəmə qanunla onun üzərinə qoyulmuş bu vəzifəni yerinə yetirdimi? Birinci instansiya məhkəməsinin qərardadında göstərilmişdir ki, iddia öhdəliyin icrası haqqında iddiadır. İPM-in 34-cü maddəsinə əsasən, bu növ iddiaların xüsusi mümkünlük şərtlərindən biri budur ki, iddiaçı eyni tələblə əvvəlcədən inzibati orqana müraciət etməli olmalı inzibati orqan isə iddiaçının tələbini təmin etməkdən, yaxud ümumiyyətlə müraciətə cavab verməkdən imtina etməlidir. Məhkəmənin göstərdiyi bu əsaslar nə AR İPM-in 34.1-ci,nə də 35-ci maddəsində göstərilməmişdir. Birinci instansiya məhkəməsinin qərardadında göstərilmişdir ki, cavabdeh tərəfindən iddiaçıya ünvanlamış xx.xx.2019-cu il tarixli **********80 nömrəli daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina verilməsi haqqında bildirişdən görünür ki, iddiaçının cavabdehə müraciəti Oğuz şəhərində yerləşən fərdi yaşayış evinin qeydiyyata alınması barədə olmuşdur. Məhkəmə tərəfindən cavabdehə sorğu edilərək ərizənin surəti alınanda məlum olmuşdur ki, ərizədə ərizəçinin məqsədi bölməsində:Hüququqların dövlət qeydiyyatı haqqında ilkin qeydiyyat, daşınmaz əmlakın texniki pasportun verilməsi ilkin texniki pasport, daşınmaz əmlakın qiymətləndirilməsi göstərilmişdir. ƏMDK yanında DƏDRX-ninƏraziİdarəsi onaərizədə nə yazdırıb bilmir. Məqsədi tələbi iddia ərizəsindəki tələbi olmuşdur. Daha sonra göstərir ki, iddiaçı ancaq reyestrdən çıxarışın verilməsi ilə bağlı cavabdehə müraciət etmişdir,digər tələblərlə müraciət etməmişdir. İşə əlavə edilmiş Şəki Apelyasiya Məhkəməsinin Şəki İnzibati Məhkəməsinin müvafiq qərarın ləğv edilməsi, X1 iddiasının mümkünsüz sayılması qərarından görünür ki, mübahisə torpaq sahəsi ilə bağlıdır, ƏMDK yanında DƏDRX-nin 9 saylı Qəbələ Ərazi İdarəsiOğuz rayon DTXK-nin işçiləri ilə cinayət əlaqəsinə girərək torpaq mütəxəsislərin hazırladığı saxta sənədlər əsasında ona qanuna uyğun verilmiş şəhadətnaməni ləğv etdirərək saxta sənədlər əsasında X3 torpaq sahəsinə və evə DƏDRX-dən çıxarış verilmişdir. Ona görə də Şəki İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2-1(116)-476/2020 nömrəli qərardadının ləğv edilməsini və iddianın mümkün sayılması barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında çıxış edən iddiaçı İddiaçıŞəki İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2-1(116)-476/2020 nömrəli qərardadının ləğv edilməsini və iddianın mümkün sayılması barədə yeni qərar çıxarılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında çıxış edən iddiaçının nümayəndəsi Nümayəndə Şəki İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2-1(116)-476/2020 nömrəli qərardadının ləğv edilməsini və iddianın mümkün sayılması barədə yeni qərar çıxarılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında çıxış edən iddiaçının vəkili X7 bildirdi ki, apelyasiya şikayətinin dəlilləri əsaslıdır. Ona görə də Şəki İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2-1(116)-476/2020 nömrəli qərardadının ləğv edilməsini və iddianın mümkün sayılması barədə yeni qərar çıxarılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq cavabdeh və üçüncü şəxslər məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin 62.3-cü mаddəsi). Əsaslandırma hissəsi Məhkəmə kollegiyası ilk öncə qeyd edir ki, İddiaçı nümayəndəsi Nümayəndə apelyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərardadının təqdim olunduğu gündən 10 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Apelyasiya şikayəti mümkündür və əsaslıdır. Ona görə də apelyasiya şikayəti təmin ediləcəkdir. Birinci instansiya məhkəməsi iddianı əsassız olaraq mümkün hesab etməmişdir. Bu aşağıdakı mülahizələrdən irəli gəlir. Birinci instansiya məhkəməsi iddianı mümkün saymayaraq göstərmişdir ki,iddia ərizəsində ləğv olunması tələb edilən A seriyalı 389718 nömrəli "Torpaq sahəsinin planı və ölçüsü" və RX seriyalı ******* nömrəli çıxarış, həmçinin texniki pasport üçüncü şəxs X2 adınadır. İddiaçı hazırda həmin sənədlərin ləğv olunmasını və qeyd olunan sənədlərdə göstərilən torpaq sahəsinə öz adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilməsini tələb edir. İddia ərizəsinə əlavə edilmiş, cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2019-cu il tarixli **********80 nömrəli "Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina verilməsi barədə bildiriş"dən görünür ki, iddiaçının cavabdehə müraciəti Oğuz şəhərində yerləşən fərdi yaşayış evinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması barədə olmuşdur. Cavabdehə sorğu edilərək iddiaçının həmin xx.xx.2019-cu il tarixli "Daşınmaz əmlak üzərində hüquqlarının dövlət qeydiyyatı haqqında ərizə"sinin surəti alınıb işə əlavə olunmuşdur. Məlum olmuşdur ki, ərizədə "Ərizənin məqsədi" bölməsində "Hüquqların dövlət qeydiyyatı haqqında ilkin qeydiyyat, 2) Daşınmaz əmlakın texniki pasportunun verilməsi haqqında ilkin texniki pasport, 3) Daşınmaz əmlakın qiymətləndirilməsi göstərilmişdir. Göründüyü kimi, iddiaçı hazırkı iddia tələblərindən biri, yəni adına çıxarışın verilməsi ilə bağlı əvvəlcədən cavabdehə müraciət etsə də, digər iddia tələbləri, yəni X2 adına olan A seriyalı 389718 nömrəli "Torpaq sahəsinin planı və ölçüsü"nün, RX seriyalı ******* nömrəli çıxarışın və texniki pasportun ləğv edilməsi ilə bağlı müraciət etməmişdir. Deməli, iddiaçı "Torpaq sahəsinin planı və ölçüsü"nün, çıxarışın və texniki pasportun ləğv edilməsi tələbləri ilə bağlı iddianın mümkünlük şərtlərinə riayət etməmişdir. Belə olan halda, iddianın həmin hissəsi mümkün sayıla bilməz. İddiaçının öz adına çıxarışın verilməsi tələbi isə iddianın həmin hissələrinin həllindən asılı olduğuna görə bu tələb də mümkün sayıla bilməz. Kollegiya ilk olaraq bildirir ki, inzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki hissəyə ayrılır: 1) mümkünlük; 2) əsaslılılq. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olub-olmamasının yoxlanılması çərçivəsində iddiaçının cavabdehə qarşı hər hansı bir maddi-hüquqi tələbinin olub-olmaması yoxlanılır. İddianın əsaslılığının araşdırılması üçün şərt iddianın mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını tədqiq edərək hesab edir ki, iddiaçının tələbi mümkün sayılmadığı üçün birinci instansiya məhkəməsinin qərardadı ləğv edilərək, inzibati iş baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. Belə ki, işdən göründüyü kimi, iddia ərizəsində ləğv olunması tələb edilən A seriyalı 389718 nömrəli "Torpaq sahəsinin planı və ölçüsü" və RX seriyalı ******* nömrəli çıxarış, həmçinin texniki pasport üçüncü şəxs X2 adınadır. İddiaçı hazırda həmin sənədlərin ləğv olunmasını və qeyd olunan sənədlərdə göstərilən torpaq sahəsinə öz adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilməsini tələb edir. İddia ərizəsinə əlavə edilmiş, cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2019-cu il tarixli **********80 nömrəli "Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina verilməsi barədə bildiriş"dən görünür ki, iddiaçının cavabdehə müraciəti Oğuz şəhərində yerləşən fərdi yaşayış evinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması barədə olmuşdur. Lakin birinci instansiya məhkəməsi iddiaçının hazırkı iddia tələblərindən biri, yəni adına çıxarışın verilməsi ilə bağlı əvvəlcədən cavabdehə müraciət etsə də, digər iddia tələbləri, yəni X2 adına olan A seriyalı 389718 nömrəli "Torpaq sahəsinin planı və ölçüsü"nün, RX seriyalı ******* nömrəli çıxarışın və texniki pasportun ləğv edilməsi ilə bağlı müraciət etməməsi, iddiaçının "Torpaq sahəsinin planı və ölçüsü"nün, çıxarışın və texniki pasportun ləğv edilməsi tələbləri ilə bağlı iddianın mümkünlük şərtlərinə riayət etməməsi səbəbi ilə iddia tələbini mümkün saymamışdır. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi qeyd edilən əsasla iddia tələbini mümkün saymayaraq İnzibati Prosessual Məcəllənin 13-cü maddəsinin tələblərini pozmuşdur. Belə ki, İPM-in 13-cü maddəsinə əsasən, məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləş dirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətlən dirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Məhkəmə kollegiyası ilk öncə onu qeyd edir ki, birinci instansiya məhkəməsi iddiaçıya iddia ərizəsindəki formal xətaların aradan qaldırılması üçün yardım göstərməmiş, iddiaçının əslində arzusunun nə olduğunu, iddia tələbinin konkret nədən ibarət olmasını aydınlaşdırmamışdır. Bundan başqa iddiaçını məhkəmə iclasına dəvət etməyərək və onun əslində nəyi tələb etdiyini aydınlaşdırmadan iddia tələbini mümkün saymayaraq daha bir prosessual pozuntuya, tərəfin məhkəmədə dinlənilmə hüququnun pozulmasına yol vermişdir. Belə ki, işdən görünür ki, iddiaçının cavabdehə müraciəti Oğuz şəhərində yerləşən fərdi yaşayış evinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması barədə olmuşdur. İşə əlavə edilmiş X4 tərəfindən yazılmış vəsiyyətnamədən görünür ki, vəfat edəcəyi günə şəxsi mülkiyyət hüququ üzrə ona məxsus olan və Oğuz şəhəri Nərimanov küçəsində yerləşən yaşayış evini bərabər hissələrdə qızları X5 və İddiaçı vəsiyyət etmişdir. Kollegiya bununla bağlı qeyd etməyi zəruri hesab edir ki, birinci instansiya məhkəməsi iddiaçının mübahisə predmeti olan fərdi yaşayış evi ilə bağlı qanunla qorunan hüquqlarına və maraqlarına toxunmasını nəzərə almamış, tərəflərin dinlənilmə hüququnu təmin etməmiş və bununla da iddiaçının tələbinin nədən ibarət olmasını aydınlaşdırmayaraq qanunverciliyin tələblərini pozmuşdur. Belə ki, “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2015-ci il tarixli 5 nömrəli qərarıın: - 1.1-ci bəndində qeyd edilir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. - 1.2-ci bəndinə əsasən,iddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olubolmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. - 1.3-cü bəndinə əsasən, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. -1.4-cü bəndinə əsasən, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. - 2.1-ci bəndinə əsasən, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. - 2.3-cü bəndinə əsasən, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. - 3.4-cü maddəsinə əsasən, birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər. Mübahisələndirmə haqqında iddia qaldırmazdan əvvəl iddiaçı yuxarı inzibati orqana inzibati şikayət verdiyi halda şikayət instansiyasının inzibati aktın dəyişdirilmədən saxlanılması barədə qərarı mübahisələndirmə iddiasının predmeti ola bilməz və bu iddia mümkün sayılmamalıdır. - 6.1-ci maddəsinə əsasən, iddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olubolmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. - 10.1-ci maddəsinə əsasən, bir neçə tələbdən ibarət olan və bir neçə cavabdehə qarşı verilən iddianın mümkülük şərtləri hər bir tələbə və cavabdehə münasibətdə yoxlanılmalı, tələblərdən birinin digərindən asılılığı nəzərə alınmaqla ilkin baxılmalı olan tələb üzrə mümkünlük şərtlərinə riayət edildiyi müəyyən olunduqda, iddiaya həmin hissədə baxılmalı, digər hissədə (hissələrdə) iddia mümkün sayılmamalıdır. - 10.2-ci maddəsinə əsasən, tələblər arasında hər hansı asılılıq (əlaqə) olmadıqda, onlar ayrıca icraata ayrılmalıdırlar. Bundan əlavə məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, birinci instansiya məhkəməsi iddiaçının "Torpaq sahəsinin planı və ölçüsü"nün, çıxarışın və texniki pasportun ləğv edilməsi tələbləri ilə bağlı iddianın mümkünlük şərtlərinə riayət etməməsi səbəbi ilə iddia tələbini mümkün saymayaraq, hazırkı iddia tələbinin inzibati və ya mülki məhkəmə icraatı qaydasında baxılması məsələsinə də aydınlıq gətirməmişdir. Bundan başqa iş materiallarında olan Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2-1(84)-369/2015 nömrəli qərarına əsasən, iddiaçı X2 cavabdeh Əmlak Məsələləri Dövlət Komitəsinə qarşı “JN 1605A nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin ləğv edilməsi tələbinə dair iddiası təmin edilmiş, JN 1605A nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə ləğv edilmişdir. İddiaçı həmin qərardan apelyasiya şikayəti vermiş, Şəki Apelyasiya Məhkəməsinin İnzibati- İqtisadi Kollegiyasının xx.xx.2019-cu il tarixli 2-1(107)-226/2019 nömrəli qərardadı ilə apelyasiya şikayəti qismən təmin edilərək, iddiaçının məhkəmə iddia qaldırmamışdan əvvəl cavabdeh inzibati orqana müraciət etməməsi səbəbi ilə iddia tələbi mümkün sayılmamışdır. Bununla bağlı məhkəmə kollegiyası tərəfindən Şəki İnzibati Məhkəməsinə 2-1(84)- 369/2015 nömrəli inzibati işin məhkəmə kollegiyasına təqdim edilməsi barədə sorğu edilmişdir. Həmin iş materiallarında olan JN 1605A nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin surətindən görünür ki, Oğuz Rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 75 nömrəli qərarı ilə İddiaçı 0,06 ha torpaq sahəsi verilmişdir. Göründüyü kimi, birinci instansiya məhkəməsi iddiaçı X2 cavabdeh Əmlak Məsələləri Dövlət Komitəsinə qarşı “JN 1605A nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin ləğv edilməsi tələbinə dair iddiasının mümkün sayılmamasını və İddiaçı həmin iş üzrə hüquqi marağının olmasını da nəzərə almamışdır. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi həmçinin, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12.1-ci maddəsinin tələblərini pozmaqla qərardad qəbul etmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. -48.1.-ci maddəsinə əsasən, sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyri-müəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə,natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. Beləliklə, məhkəmə kollegiyаsı bu qənаətə gəldi ki, birinci instаnsiyа məhkəməsi yuxаrıdа sаdаlаnаn hаllаrı аrаşdırmаdаn iddiаnı mümkün saymamaqda hаqlı оlmаmışdır. Оnа görə də Аzərbаycаn Respublikаsı İnzibаti Prоsessuаl Məcəlləsinin 87.6-cı mаddəsinə əsаsən, şikаyət təmin edilməli və birinci instаnsiyа məhkəməsinin qərаrdаdı ləğv edilərək işin baxılması üçün Şəki İnzibаti Məhkəməsinə göndərilməsi bаrədə qərаrdаd qəbul edilməlidir. İPM-in 87.7-ci maddəsinə görə, inzibati və iqtisadi işlər mübahisələrə dair işlər üzrə məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə, apelyasiya instansiyası məhkəməsi barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi inzibati və iqtisadi işlər mübahisələrə dair işlər üzrə müvafiq məhkəməyə göndərə bilər. Həmin Məcəllənin 87.7.1-ci maddəsinə əsasən, inzibati-iqtisadi məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda apelyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibatiiqtisadi məhkəməyə göndərə bilər. Həmin Məcəllənin 87.9-cu maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı mümkün saymamaqda haqlı olmamışdır. Ona görə də birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli və iş Şəki İnzibati Məhkəməsinə qaytarılmalıdır. Apelyasiya şikayəti təmin edilməlidir. Nəticəvi hissə Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 87, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən məhkəmə kollegiyası qərara aldı: İddiaçı nümayəndəsi Nümayəndə tərəfindən verilmiş аpelyаsiyа şikаyəti təmin edilsin. Şəki İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2-1(116)-476/2020nömrəli qərardadı ləğv edilsin. İnzibati iş baxılması üçün Şəki İnzibati Məhkəməsinə qaytarılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2-1(107)-243/2020
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(107)-243/2020
20.07.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver