Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-246/2020 18.09.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məlikov Vəzirxan İsgəndər oğlu (sədrlik edən və məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, Quluzadə Rahul Teyyuf oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və X3 Nazirliyi yanında Cavabdehnə qarşı “1966-1992-ci illərdə olan iş stajının dövlət qulluğu stajına daxil edilərək, onun dövlət qulluqçusu kimi pensiyasının xx.xx.2019-cu il tarixindən bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibatiiş üzrə Şəki İnzibati Məhkəməsinin xx xxx 2020-ci il tarixli 2-1(116)-513/2020nömrəli qərarından İddiaçı apelyasiya şikayətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə İddiaçı xx.xx.1940-cı ildə anadan olmuşdur. xx.xx.1996-cı il tarixdən xidmət illərinə görə, xx.xx.2002-ci il tarixdən isə yaşa görə əmək pensiyası təyin olunmuşdur. Onun Şəki şəhər Statiska idarəsində olan 26 il iş stajı Dövlət Qulluğu stajı kimi nəzərə alinaraq xx.xx.2005-ci il tarixdən Dövlət Qulluqçusu kimi qulluq stajına görə əlavə hesablanmış və ödənilmişdir. İddiaçı xx.xx.1966-cı il tarixindən xx.xx.1992-ci il tarixinədək Nuxa-Şəki maşın hesablaşma stansiyasında, Dövlət Statistikası Şəki məlumat hesablama stansiyasında, Şəki rayon məlumat hesablama mərkəzində, Şəki şəhər Statistika idarəsində mexanik, büro müdiri, mühəndis-elektronik vəzifələrində işləmişdir. Bu illər dövlət qulluğu stajına daxil edilərək ona dövlət qulluqçusu kimi pensiya təyin olunmuşdur. 2019-cu ilin may ayında pensiya məbləği azaldığı üçün cavabdehə müraciət etmiş, ona 1966-1992-ci illərdə işlədiyi illərin dövlət qulluğu stajına daxil edilmədiyi bildirilmişdir. İddiaçı 1966-1992-ci illərdə olan iş stajının dövlət qulluğu stajına daxil edilərək, onun dövlət qulluqçusu kimi pensiyasının xx.xx.2019-cu il tarixindən bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. İddiaçı xx.xx.2020-ci il tarixində birinci instansiya məhkəməsinə daxil olmuş ərizəsi ilə tələbini dəqiqləşdirərək, “2019-cu ilin may ayından əmək pensiyasından tutmanın dayandırılması, 1966-1992-ci illərdə işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi, 2019-cu ilin may ayından hazırki vaxtadək əmək pensiyasından tutulmuş pulların geri qaytarılması və dövlət qulluqçusu əmək pensiyasının xx.xx.2019-cu il tarixdən bərpa edilib ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin xx.xx.2020-ci il tarixli iclasında protokol qaydasında ərizənin qəbulundan imtina olunması qərara alınmışdır. Cavabdehin iddia qarşı münasibətindən görünür ki, İddiaçı xx.xx.1996-cı il tarixdən xidmət illərinə görə, xx.xx.2002-ci il tarixdən isə yaşa görə əmək pensiyası təyin olunmuşdur. Vətəndaşın Şəki şəhər Statiska idarəsində olan 26 il iş stajı Dövlət Qulluğu stajı kimi nəzərə alinaraq xx.xx.2005-ci il tarixdən Dövlət Qulluqçusu kimi qulluq stajına görə əlavə hesablanmış və ödənilmişdir. 2019-cu ilin aprel ayında şöbədə aparılmış növbəti audit araşdırması zamanı vətəndaşın Şəki şəhər Statiska idarəsində işlədiyi vəzifələr dövlət büdcəsindən maliyyələşdirilmədiyi üçün Dövlət Qulluğuna daxil edilmədiyi aşkar olunmuşdur. Nəticədə əsassız olaraq qulluq stajına görə əlavə ödəniş həyata keçirilmişdir. Hal-hazırda vətəndaşa 35 il 6 ay sosial sığorta stajı nəzərə alınmaqla ümumi əsaslarla yaşa görə əmək pensiyası hesablanmışdır. Birinci instasniya məhkəməsinin məhkəmə iclasında cavabdehin nümayəndəsi iddianın rədd olunmasını xahiş etmişdir. İddiaçının tələbinə dair sənədlər məhkəməyə təqdim olunmuşdur. Onlara AZE seriyalı ******** nömrəli vətəndaşın Şəxsiyyət Vəsiqəsinin surəti, DSMF-nin xx.xx.2019cu il tarixli **********4 nömrəli imtina məktubu və xx.xx.2005-ci il tarixli xx/xx-3565 nömrəli, xx.xx.2020-ci il tarixli **********0 nömrəli məktubları, xx.xx.1960-ci il tarixli Əmək kitabçasının surəti, Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzinin xx.xx.2020-ci il tarixli 04/xx-xx/0823 nömrəli məktubu aiddir. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Şəki İnzibati Məhkəməsinin (hakim İlqar Cabbarov) xx xxx 2020-ci il tarixli 2-1(116)- 513/2020 nömrəli qərarı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və X3 Nazirliyi yanında Cavabdehnə qarşı “1966-1992-ci illərdəki iş stajının dövlət qulluğu stajına daxil edilərək dövlət qulluqçusu kimi pensiyasının xx.xx.2019-cu il tarixdən bərpa olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilməmişdir. İddiaçı həmin qərardan apelyasiya şikayəti vermişdir. Apelyasiya şikayətinin dəlilləri İddiaçı apelyasiya şikayətində qeyd etmişdir ki, o, xx.xx.2002-ci il taixdən yaşa görə əmək pensiyasına çıxmışdır. 2002 ci il tarixdən ona əmək pensiyası təyin edilən zaman dövlət qulluqçusu kimi əmək pensiyası təyin edilmiş və həmin vaxtdan dövlət qulluqçusu kimi əmək pensiyası almışdır. Lakin 2019-cu ilin may ayında əmək pensiyası kəsilərək ona dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası təyin edilmişdir. Bu səbəbdən DSMF-in Şəki şəhər şöbəsinə müraciət edərək , pensiyasının bərpa edilməsini xahiş etdi. Lakin oradan ona bildirildi ki, işlədiyi idarə həmin illərdə dövlət qulluğuna aid edilmədiyindən dövlət qulluqçusu kimi əmək pensiyası ala bilmir. İddia ərizəsi ilə Şəki İnzibati Məhkəməsinə müraciət edərək, 1966-1992-ci illərdə olan iş stajımın dövlət qulluğu stajıma daxil edilərək dövlət qulluqçusu kimi pensiyamın xx.xx.2019-cu il tarixdən bərpa olunması öhdəliyinin DSMF-in Şəki şəhər şöbəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etdim. Şəki İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(116)- 513/2020 saylı qərarı ilə iddia tələbim təmin edilmədi. Məhkəmə iş materillarına əlavə edilmiş Dövlət İmtahan Mərkəzinin xx.xx.2020- ci il tarixli, 04/xx-xx/0823 nömrəli məktubunu əsas götürərək, iddia tələbimi təmin etməkdə imtina etdi. Hesab edirəm birinci instansiya məhkəməsinin gəldiyi nəticə əsassızdır və bu səbəbdən Şəki İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(116)-513/2020 saylı qərarı ləğv edilməli və iddia tələbim təmin edilməlidir. Mübahisənin mahiyyətindən görünür ki, 26 il SSR X2 Dövlət Statistikasının Şəki məlumat hesablama stansiyasında işləmişəm. Keçmiş SSR-də həmin idarədə işləyən şəxslər dövlət qulluqçusu kimi əmək haqqı almışlar. Bundan əlavə olaraq bildirirəm ki, Dövlət Sosial Müdafiə Nazirliyi Azərbaycan Respublikasının ən mühüm orqanlarından biridir. Mənə pensiya təyin edən orqan Dövlət Sosial Müdafiə Nazirliyi olmuşdur. Belə olduğu halda sual yaranır ki, dövlətin ən mühüm orqanı olan Dövlət Sosial Müdafiə Nazirliyi mənə yaşa görə əmək pensiyası təyin edən zaman araşdırma aparmadı ki, işlədiyim dövlət müəssisəsi dövlət qulluğuna aiddir və ya yox. Mənə pensiya təyin edilən zaman təqdim etdiyim sənədlər əsasında mənə əmək pensiyası təyin edilmişdir. Həmin vaxt mən hardan bilərdim ki, 1991-ci il tarixdən SSR X2 Dövlət Statistikasının Şəki məlumat hesablama stansiyasında işləyən şəxslər dövlət hesab edilə bilməz. İşə baxan məhkəmə Dövlət İmtahan Mərkəzinin xx.xx.2020-ci il tarixli, 04/01- 08/0823 nömrəli məktubunu əsas gətirib iddianı rədd etməkdə haqsız olmuş və bu səbəbdən ədalətsiz qərar qəbul etmişdir. Ona görə də Şəki İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2- 1(116)-513/2020 saylı qərarının ləğv edilməsini və yeni qərar qəbul edilərək, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Tərəflərin izahatları Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, İddiaçı və cavabdeh Azərbaycan Respublikası Əmək və X3 Nazirliyi yanında Cavabdeh nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin 62.3-cü mаddəsi). Əsaslandırma hissəsi İddiaçının apelyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının İPM və ya İPM) 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Lakin şikayət əsaslı deyil və Şəki İnzibati Məhkəməsinin xx xxx 2020-ci il tarixli 2-1(116)-513/2020 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı tərəf hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır. Birinci instansiya məhkəməsi iddianı təmin etməmişdir. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Məhkəmə kollegiyası mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 68.1-ci maddəsi) sübutları qiymətləndirərək hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki, iddia mümkün iddia olsa da mahiyyət baxımından əsassızdır. İşdə olan xx.xx.2020-ci il tarixli 04/xx-xx/0823 nömrəli Dövlət İmtahan Mərkəzinin məktubundan görünür ki, iddiçının işlədiyi müddət dövlət qulluğunda qulluq stajına daxil edilmir. Kollegiyanın qənayətinə görə, təsərrüfat fəaliyyəti hesabına maliyyələşdirildiyi üçün İddiaçı 1966-1992-ci illərdə Nuxa-Şəki maşın hesablaşma stansiyasında, Dövlət Statistikası Şəki məlumat hesablama stansiyasında, Şəki rayon məlumat hesablama mərkəzində, Şəki şəhər Statistika idarəsində işlədiyi müddət dövlət qulluğu stajına daxil edilmir. İddiaçı 1966-1992-ci il tarixlərdə işlədiyi müddətlə bağlı bildiririk ki “Ölkədə statistika işlərinin əsaslı surətdə yaxşılaşdırılması tədbirləri haqqında” X1 Mərkəzi Komitəsi və Azərbaycan SSR Nazirlər Sovetinin xx xxxxxx 1987 ci il tarixli 294 nömrəli qərarı ilə bağlı Azərbaycan SSR Dövlət Statistika Komitəsinin xx xxxxxx 1987-ci il tarixli 3 nömrəli əmrinin 2-ci bəndinə əsasən, rayon məlumat hesablama mərkəzləri (stansiyaları) rayon statistika idarələrinə çevrilmişdir və statistika idarələrinin fəaliyyəti “Dövlət müəssisəsi (birliyi) haqqında” Qanuna uyğun olaraq təsərrüfat hesabı əsasında həyata keçirilmişdir. “X4 Partiyası Mərkəzi Komitəsi və SSRİ Nazirlər Sovetinin xx xxxx 1987-ci il tarixli 822 nömrəli “Ölkədə statistika işinin əsaslı surətdə yaxşılaşdırılması tədbirlər barədə” qərarı haqqında” Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsi və Azərbaycan SSR Nazirlər Sovetinin xx xxxxxx 1987-ci il tarixli 294 nömrəli qərarı “Azərbaycan Respublikas hökumətinin bəzi qərarlarının qüvvəsinin itirilmiş hesab edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 1994-cü il tarixli 414 nömrəli qərarına əsasən qüvvədən düşmüşdür. Qeyd edilənlərə əsasən 1966-1992-ci illərdə Nuxa-Şəki maşın hesablaşma stansiyası, Dövlət Statistikası Şəki məlumat hesablama stansiyası, Şəki rayon məlumat hesablama mərkəzi, Şəki şəhər Statistika idarəsi təsərrüfa hesabı əsasında fəaliyyət göstərdiyi üçün İddiaçı həmin illərdə işlədiyi müddət dövlətqulluğu stajına daxil edilmir. İddiaçı 1966-1992-ci il tarixlərdə işlədiyi müddətlə bağlı bildiririk ki, Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin xx xxxxxx 1995-ci il tarixli 234/T nömrə əmrinə əsasən, şəhər, rayon statistika idarələri və şöbələrinin saxlanması xərcləri respublika büdcəsində mərkəzi dövlət idarəetmə orqanlarının saxlanması üçün ayrılan vəsait hesabına ödənilmişdir. Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi Kollegiyasının xx xxxxxx 1996-cı tarixli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası rayon, şəhər statistika idarələri şöbələri haqqında Əsasnamə”nin 1-ci hissəsinə əsasən yerli statistika orqanları ərazidə statistika və uçot işinə rəhbərlik edən yerli iqtisadi dövlət idarəetmə orqanı olmuşdur və Dövlət Statistika Komitəsi sistəmində fəaliyyət göstərmiş, bilavasitə yuxarı dövlət statistika orqanına tabe olmuşdur. Həmin Əsasnamənin 7-ci hissəsində göstərilmişdir ki, yerli statistika orqanlarının və Dövlət Statistika Komitəsinin inkişafı üçün mərkəzləşdirilmiş qaydada nəzərdə tutulan respublika büdcə vəsaiti hesabına yaranmışdır. Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 1 sentyabr tarixli 290 saylı Fərman təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet, partiya orqanlarının aparatlarında çalışmış dövlət qulluqçularının vəzifələri “İnzibati və yardımçı vəzifələrinin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələr uyğunlaşdırılması Siyahısının 2-ci bəndində 1991-ci il oktyabrın 18-dən İnzibati və yardırçı vəzifələrin Təsnifat Toplusu qüvvəyə minənədək Azərbaycan Respublikası dövlət orqanlarında dövlət qulluğu vəzifələrinin “İnzibati və yardımçı vəzifələrinin Təsnifat Toplusunda göstəri dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması aparılmışdır. Həmin Siyahının 2.12-ci yarımbəndində Azərbaycan Respublikası mərkəzi icra hakimiyyəti orqanlarının tabeliyində olan regional orqanların, ikili tabelikdə olan yerli bölmələrin aparatında şöbə müdiri (rəisi) vəzifəsi “İnzibati və yardımçı vəzifələrinin Təsnifat Toplusunda göstərilən Azərbaycan Respublikası mərkəzi icra hakimiyyəti orqanlarının tabeliyində olan orqanların, yerli bölmələrin aparatında sektor müdiri vəzifəsinə uyğunlaşdırılmışdır. Müvafiq uyğunlaşdırma aparıldığı üçün iddiaçı Q.Ə.Salamovun 1995-1999-cu il tarixlər işlədiyi müddət dövlət qulluğu stajı hesablanarkən nəzərə alınır. “Əmək Pensiyaları haqqında” Qanunun 20.1.7-ci maddəsinə əsasən, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq inzibati və yardımçı vəzifələr tutan, habelə 1991-ci il oktyabrın 18-dən “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarında, həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi siyahı üzrə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarında xidmət etmiş Azərbaycan Respublikasının vətəndaşları (Azərbaycan Respublikasının vətəndaşlığına xitam verilməsi ilə bağlı dövlət qulluğuna xitam verilmiş dövlət qulluqçuları və dövlət qulluğunda olan şəxslər istisna olmaqla) qulluq stajına görə əmək pensiyasına əlavələr almaq hüququna malikdirlər. “Dövlət qulluğu haqqında” Qanunun 23.1, 23.2 və 23.4-cü maddələrində təsbit edilmişdir ki, dövlət qulluqçularının pensiya təminatı üçün əsas və onun qaydası bu maddənin müddəaları nəzərə alınmaqla Azərbaycan Respublikasının müvafiq qanunu ilə müəyyən edilir. Dövlət qulluqçusunun pensiyasının məbləği dövlət qulluğunda xidmət illərindən və dövlət məvacibinin məbləğindən asılıdır. Dövlət pensiyası verilməsi üçün lazım olan xidmət illərinin minimum həddi iddiaçıya pensiya təyin edilərkən 5 il olmuşdur. Dövlət qulluqçusunun pensiyasının və müavinətinin məbləği fəaliyyətdə olan dövlət qulluqçusunun dövlət məvacibinin məbləğində olan sonrakı artımlara uyğun olaraq, müvafiq icra hakimiyyət orqanı tərəfindən müəyyən edilən qaydada yenidən hesablanır. Azərbaycan Respublikası Prezidentinin xx xxxxxxxx 2005-ci il tarixli 290 nömrəli fərmanı ilə təsdiq edilmiş “Dövlət qulluqçularının pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununa əsasən, pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə xx.xx.1991-ci il tarixədək dövlət, sovet və partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin inzibati və yardımçı vəzifələr Təsnifatı Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması siyahısında qeyd olunan vəzifələrdə xidmət etmiş şəxslər dövlət qulluqçusu kimi pensiya təminatı hüquqlarına malikdirlər. Kollegiya cavabdehin apelyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq qeyd edir ki, “Əmək Pensiyaları haqqında” Qanunun 20.1.7-ci maddəsinə əsasən, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq inzibati və yardımçı vəzifələr tutan, habelə 1991-ci il oktyabrın 18-dən “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarında, həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi siyahı üzrə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarında xidmət etmiş Azərbaycan Respublikasının vətəndaşları (Azərbaycan Respublikasının vətəndaşlığına xitam verilməsi ilə bağlı dövlət qulluğuna xitam verilmiş dövlət qulluqçuları və dövlət qulluğunda olan şəxslər istisna olmaqla) qulluq stajına görə əmək pensiyasına əlavələr almaq hüququna malikdirlər. “Dövlət qulluğu haqqında” Qanunun 23.1, 23.2 və 23.4-cü maddələrində təsbit edilmişdir ki, dövlət qulluqçularının pensiya təminatı üçün əsas və onun qaydası bu maddənin müddəaları nəzərə alınmaqla Azərbaycan Respublikasının müvafiq qanunu ilə müəyyən edilir. Dövlət qulluqçusunun pensiyasının məbləği dövlət qulluğunda xidmət illərindən və dövlət məvacibinin məbləğindən asılıdır. Dövlət pensiyası verilməsi üçün lazım olan xidmət illərinin minimum həddi iddiaçıya pensiya təyin edilərkən 5 il olmuşdur. Dövlət qulluqçusunun pensiyasının və müavinətinin məbləği fəaliyyətdə olan dövlət qulluqçusunun dövlət məvacibinin məbləğində olan sonrakı artımlara uyğun olaraq, müvafiq icra hakimiyyət orqanı tərəfindən müəyyən edilən qaydada yenidən hesablanır. Azərbaycan Respublikası Prezidentinin xx xxxxxxxx 2005-ci il tarixli 290 nömrəli fərmanı ilə təsdiq edilmiş “Dövlət qulluqçularının pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununa əsasən, pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə xx.xx.1991-ci il tarixədək dövlət, sovet və partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin inzibati və yardımçı vəzifələr Təsnifatı Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması siyahısında qeyd olunan vəzifələrdə xidmət etmiş şəxslər dövlət qulluqçusu kimi pensiya təminatı hüquqlarına malikdirlər. Qanunvericiliyin istinad olunan müddəalarından göründüyü kimi şəxsin dövlət qulluqçusu kimi pensiya hüququnun olması üçün onun 5 il daimi dövlət qulluğunda xidmət etməsi kifayətdir. İddiaçı 1966-1992-ci illərdə Şəki şəhər Statistika İdarəsində işləsə də onun işlədiyi müddət qüvvədə olan qanunvericiliklə dövlət qulluqçusu stajına aid edilməmişdir. İPM-in 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməklə düzgün nəticəyə gəlmişdir. Ona görə də birinci instansiya məhkəməsinin qərarı İPM-in 87.6-cı maddəsinə əsasən dəyişdirilmədən qüvvədə saxlanılmalı, iddiaçının apelyasiya şikayətinin dəlilləri əsassız olduğu üçün təmin edilməməlidir. Nəticəvi hissə Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68, 69, 87.6, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən, məhkəmə kollegiyası qərаrа аldı: İddiaçı apelyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin xx xxx 2020-ci il tarixli 2-1(116)-513/2020 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(107)-246/2020
Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-246/2020
18.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver