Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(107)-246/2021 21.05.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məlikov Vəzirxan İsgəndər oğlu (sədrlik edən və məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, Quluzadə Rahul Teyyuf oğlunun katibliyi, iddiaçı "xxxx" MMC-nin vəkili X4 və üçüncü şəxs "xxxx" MMC-nin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı "xxxx" MMC-nin cavabdeh Yevlax Bələdiyyəsinə qarşı "08.04.2011-ci il tarixli 06 nömrəli qərarın 20 hektar torpaq sahəsi ilə bağlı hissədə ləğv edilməsi" tələbinə dаir inzibаti iş üzrə Şəki İnzibati Məhkəməsinin 19 mart 2021-ci il tarixli, 2-1(116)-33/2021 nömrəli qərardadından üçüncü şəxs "xxxx" MMC-nin nümayəndəsi X3 tərəfindən verilmiş аpellyаsiyа şikаyətinə dair işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə İddiaçı "xxxx" MMC cavabdeh Yevlax Bələdiyyəsinə qarşı "08.04.2011-ci il tarixli 06 nömrəli qərarın 20 hektar torpaq sahəsi ilə bağlı hissədə ləğv edilməsi" barədə iddia tələbi ilə Şəki İnzibati Məhkəməsinə müraciət etmişdir (iş № 2-1(116)-33/2021, hakim Vidadi Qasımov). Bundan başqa, "xxxx" MMC cavabdeh Yevlax Şəhər İcra Hakimiyyətinə qarşı başqa bir iddia ərizəsi ilə Şəki İnzibati Məhkəməsinə müraciət etmişdir (iş № 2-1(116)-606/2021, hakim Vüqar Musayev). Həmin iddia tələbi "Elşən-96" kəndli (fermer) təsərrüfatının yaradılması barədə Yevlax Şəhər İcra Hakimiyyəti başçısının 15.04.1996-cı il tarixli 55 nömrəli sərəncamının, həmin sərəncam əsasında "Elşən-96" kəndli (fermer) təsərrüfatının adına Yevlax Şəhər İcra Hakimiyyəti başçısı tərəfindən verilən A-001332 nömrəli "Torpağa mülkiyyət, sahiblik və daimi istifadə hüququna dair dövlət aktı"nın, habelə "Amil-96" kəndli (fermer) təsərrüfatının yaradılması barədə Yevlax Şəhər İcra Hakimiyyəti başçısının 07.06.1996-cı il tarixli 84 nömrəli sərəncamının, həmin sərəncam əsasında "Amil-96" kəndli (fermer) təsərrüfatının adına Yevlax Şəhər İcra Hakimiyyəti başçısı tərəfindən verilən A-004865 nömrəli "Torpağa mülkiyyət, sahiblik və daimi istifadə hüququna dair dövlət aktı"nın etibarsız hesab edilməsinə (ləğv olunmasına) dair qərar qəbul edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasından ibarətdir. Üçüncü şəxs "xxxx" MMC məhkəməyə vəsatət göndərərək, iddiaçı "xxxx" MMC-nin cavabdeh Yevlax Şəhər İcra Hakimiyyətinə qarşı ""Elşən96" kəndli (fermer) təsərrüfatının yaradılması barədə Yevlax Şəhər İcra Hakimiyyəti başçısının 15.04.1996-cı il tarixli 55 nömrəli sərəncamının, həmin sərəncam əsasında "Elşən-96" kəndli (fermer) təsərrüfatının adına Yevlax Şəhər İcra Hakimiyyəti başçısı tərəfindən verilən A-001332 nömrəli "Torpağa mülkiyyət, sahiblik və daimi istifadə hüququna dair dövlət aktı"nın, habelə "Amil-96" kəndli (fermer) təsərrüfatının yaradılması barədə Yevlax Şəhər İcra Hakimiyyəti başçısının 07.06.1996-cı il tarixli 84 nömrəli sərəncamının, həmin sərəncam əsasında "Amil96" kəndli (fermer) təsərrüfatının adına Yevlax Şəhər İcra Hakimiyyəti başçısı tərəfindən verilən A- 004865 nömrəli "Torpağa mülkiyyət, sahiblik və daimi istifadə hüququna dair dövlət aktı"nın etibarsız hesab edilməsinə (ləğv olunmasına) dair qərar qəbul edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" barədə iddiasına dair işə baxılana və müvafiq qərar qəbul edilənədək hazırkı iş üzrə icraatın dayandırılmasını xahiş etmişdir. Şəki İnzibati Məhkəməsinin (hakim Vidadi Qasımov) 19 mart 2021-ci il tarixli, 2- 1(116)-33/2021 nömrəli qərardadı ilə Şəki İnzibati Məhkəməsinin icraatında olan 2-1(116)- 606/2021 nömrəli inzibati iş üzrə mübahisə həll edilənə kimi hazırkı iş üzrə icraatın dayandırılması barədə üçüncü şəxs "xxxx" MMC-nin vəsatətinin təmin edilməməsi qərara alınmışdır. Üçüncü şəxs "xxxx" MMC-nin nümayəndəsi X1 İnzibati Məhkəməsinin 19 mart 2021-ci il tarixli, 2-1(116)-33/2021 nömrəli qərardadından apellyasiya şikayəti verərək həmin qərardadın ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Üçüncü şəxs "xxxx" MMC-nin nümayəndəsi X3 apellyasiya şikayətində qeyd etmişdir ki, birinci instansiya məhkəməsi qeyd olunan işlərin bir-birinə aidiyyəti olduğunu səbəb və əsas kimi göstərməyə cəhd edib işlərin birləşdirilməli olduğunu vurğulayıb AR İPM-nin 56.1-ci maddəsinə şərh verərək tətbiq edib “xxxx” MMC-nin Yevlax Bələdiyyəsinə qarşı iddia tələbi üzrə 2-1(116)-33/2021 saylı işin dayandırılmasına dair vəsatəti mübahisəli qərardadla təmin etməmişdir. AR Konstitusiyasının 130-cu maddəsinin İV hissəsinə əsasən AR-nm Konstitusiyasının və qanunlarını şərh etmək konstitusiya Məhkəməsinin səlahiyyətlərinə aiddir. Məhkəmə qanunu şərh edə bilməz. Odur ki, məhkəmə səhfə yol verərək AR İPM-nin 56.1-ci maddəsinə şərh verməklə tətbiq edib onların 19.02.2021. tarixli 53 saylı vəsatətlərini təmin etməmişdir. Birinci instansiya məhkəməsinin qərardadın 3-cü səhifəsinin 4-cü abzasında AR İPM-nin müxtəlif maddələrində iddianın predmentinin və mübahisənin predmentinin müxtəlif anlayışlar kimi verildiyini qeyd edib. Ancaq hansı maddələrində belə qeyd edildiyini yazmayıb. Əgər AR İPM-nin 56.1 və 56.2-ci maddələrini deyirsə, nəyə görə 56.2-ci maddəsini yox, 56.1-ci maddəsini tətbiq edib? Müxtəlif iddiaçılar tərəfindən müxtəlif cavabdehlərə qarşı olan müxtəlif iddia tələbləri niyə birləşdirilməli olduğunu əsaslandırmayıb. Məhkəmə qanuna yox, öz qərardadından əsaslandığı dəlilinə izah verməli idi. 56.1-ci maddədə mübahisə peredmetləri eyni olan işlərin bir icraatda birləşdirməyə və ya onları ayıtmağa haqlı olduğu qeyd olunsa da 56.2-ci maddədə bir neçə tələb üzrə icraatı ayrı-ayrı müstəqil icraatlara ayırmağa və hər tələbə dair ayrıca qərar qəbul etməkdə haqlı olduğu qeyd edildiyi halda niyə 56.2-ci maddə tətbiq edilməməlidir. Axı müxtəlif iddiaçılar tərəfindən müxtəlif cavabdehlərə qarşı müxtəlif iddia tələbləri və müxtəlif mübahisə predmetləri ilə olan işlərə bir yerdə baxıla bilməz. Məhkəmə qərardadının 2-ci səhifəsinin 4-cü abzasında iddia tələbləri üzrə mübahisəli peredmetlərin eyni və peredmetlərin də “xxxx” MMC-yə ayrılmayan torpaq sahəsinin “xxxx” MMC-nin hərracdan satın aldığı torpaq sahəsi ilə üst-üstə düşməsi olduğunu vurğulayıb. Ancaq “xxxx” MMC-nin Yevlax Bələdiyyəsinə qarşı Bələdiyyəyə məxsus 80.0 ha torpaq sahəsinin hərraca çıxarılması barədə 08.04.2011. tarixli 06 saylı qərarın ləğvinə dair iddia tələbində mübahisə predmeti-torpaq sahəsidir. “xxxx” MMC-nin Yevlax ŞİH-nə qarşı sərəncam və dövlər aktlarının ləğvinə dair iddia tələbində mübahisə predmeti-sərəncamlar və dövlət aktlarıdır. Göründüyü kimi heç qeyd edilən işlər üzrə mübahisə predmetləri də eyni deyil. Odur ki, iddia tələbləri bir icraatda birləşdirə bilməzlər. Əğər “Elşən-96” və “Amil-96” təsərrüfatlarına dair sərəncam və dövlət aktları ayrılıqda mübahisələndirilsəydi, onda AR İPM-nin 56.1-ci maddəsini tətbiq edib bir icraatda birləşdirmək olardı. “xxxx” MMC iddia edir ki, Yevlax ŞİH başçısının 09.04.1996. tarixli 51 saylı sərəncamı ilə Yevlax texniki peşə məktəbinin istifadəsində olmuş 128.0 ha torpaq sahəsi peşə məktəbindən alınıb Yevlax Şəhər İcra Hakimiyyətinin ehtiyat torpaq fonduna daxil edilmiş və daxil ediləndən sonra həmin peşə məktəbindən alınan həmin 128.0 ah torpaq sahəsinin 20.0 ha “xxxx” MMC-nin həm mülkiyyətinə, həm sahibliyinə, həm də daimi istifadəsinə verilmişdir. Bundan sonra iddia edir ki, Yevlax peşə məktəbinin istifadəsində olmuş 128.0 ha torpaq sahəsi AR Nazirlər Kabinetinin 17.09.2010. tarixli 278s saylı sərancamı ilə Yevlax peşə məktəbinin istifadəsindən alınıb Yevlax Bələdiyyəsinin mülkiyyətinə verilmiş və Yevlax Bələdiyyəsi də Nazirlət Kabinetinin qeyd olunan sərəncamı ilə peşə məktəbinin istifadəsindən alınıb Bələdiyyənin mülkiyyətinə verilmiş həmin 128.0 ha torpaq sahəsinin 80.0 ha hərraca çıxarmamışdan öncə 80.0 ha 20.0 ha “xxxx” MMC-yə təklif etməli idi. Əvvəlcə qeyd edirik ki, əgər Nazirlər Kabinetinin qeyd olunan sərəncamı ilə 128.0 ha torpaq sahəsi peşə məktəbindən alınıb Yevlax Bələdiyyəsinin mülkiyyətinə veriləndən sonra həmin torpaq sahəsinin 20.0 Bələdiyyənin qərarı ilə “xxxx” MMC-nin istifadəsinə verilmiş olsa idi və “xxxx” MMC-nin istifadəsinə veriləndən sonra Bələdiyyə torpaq sahəsinin 80.0 ha hərraca çıxarmamışdan öncə “xxxx” MMC-yə təklif etməmiş olsa idi, bu halda “xxxx” MMC-nin Yevlax Bələdiyyəsinə qarşı bu iddiası mümkün sayılardı. Qalan bütün hallarda “xxxx” MMC-nin Yevlax Bələdiyyəsinə qarşı hazırki iş üzrə iddia tələbinə subyektiv hüququ yoxdur. Subyektiv hüququ yoxdursa iddia mümkünsüz iddia tələbidir. Sonra qeyd edirik ki, iş üzrə iddiaçı “xxxx” MM-nin Yevlax Bələdiyyəsinə qarşı bu iddia tələbi ilə Yevlax peşə məktəbinin istifadəsində olmuş 128.0 ha torpaq sahəsinin Nazirlət Kabinetinin 17.09.2010. tarixli 278s saylı sərəncamı ilə peşə məktəbinin istifadəsindən alınaraq Yevlax Bələdiyyəsinin mülkiyyətinə verilməsini tanıyıb və qəbul edib. Əğər Yevlax peşə məktəbinin istifadəsində olmuş 128.0 ha torpaq sahəsi AR Nazirlət Kabinetinin 17.09.2010. tarixli 278s saylı Sərəncamı ilə peşə məktəbinin istifadəsindən alınıb Yevlax Bələdiyyəsinin mülkiyyətinə verilibsə və bu DT və XK və Yerquruluşu Layihə İnstitutu tərəfindən tanınaraq Bələdiyyə mülkiyyəti barədə yerquruluşu sənədləri və Torpaq sahəsinin planı və ölçüsü sənədi verilərək torpaq kadastrı və reystrində Yevlax Bələdiyyəsinin mülkiyyəti kimi qeydiyyata alınıbsa, habelə ƏMDK yanında DƏDRX tərəfindən tanınaraq Hüquqların qeydiyatı haqqında DƏDR-də Yevlax Bələdiyyəsinin mülkiyyəti kimi qeydiyyata alınaraq DƏDR-dən Çıxarışda təmin olunubsa deməli Yevlax peşə məktəbinin istifadəsində olmuş 128.0 ha torpaq sahəsi Yevlax ŞİH başçısının 09.04.1996. tarixli 51 saylı sərəncamı ilə Yevlax peşə məktəbinin istifadəsində alınıb Yevlax şəhər İcra Hakimiyyətinin ehtiyat torpaq fonduna daxil edilməmiş, Yevlax peşə məktəbinin istifadəsində də qalmışdır. Bu halda da iddiaçı “xxxx” MMC-nin Yevlax Bələdiyyəsinə qarşı bu iddia tələbi üzrə iddia tələbinə subyektiv hüququnun olmadığı sübut olunur. Əgər iddiaçının idda tələbinə subyektiv hüququ yoxdursa onda tələbə baxılması mümkünsüz olacaqdır. Ali Məhkəmə Plenumumun 10.04.2015 tarixli 05 saylı Qərarının 10.1-ci maddəsinə əsasən iddia tələbləri birləşdirilsə bele yenə də öncə iddia tələbləri üzrə mümkünlük şərtləri yoxlanılmalı sonra tələblərdən birinin digərindən asılılığı müəyyənləşdirilməli və ilkin baxılmalı olan tələb üzrə işə baxılmalı və qalan tələblər mümkün sayılmamamlıdır. Odur ki, mübahisəli qərardad ləğv olunmalı və vəsatət təmin olunaraq bu iş üzrə icraat dayandırılmalıdır. Məhkəmə mübahisəli qərardadın 3-cü səhifəsinin 3-cü abzasında AR İPM-nin 7.1-ci maddəsinin sonuncu müddasına münasibət bildirərək qeyd edir ki, həmin normadan göründüyü kimi qeyd olunan hallarda iş üzrə icraatın dayandırılması məhkəmənin vəzifəsi kimi deyil, hüququ kimi nəzərdə tutulmuşdur və məhkəmə icraatın dayandırılması barədə vəsatəti həll edərkən, bir işin asılı olduğu digər işin nəticəsini gözləmək şərti ilə zəruri prosessual hərəkətlərin yerinə yetirilməsi imkanını itirməmək üçün icraatın davam etdirilməsinin mümkünlüyünü nəzərdən keçirilməlidir. Məhkəmə icraatın davam etdirilməsinin məqsədəuyğunluğu ilə bağlı halları aydın yazmalı, halların nədən ibarət olduğunu, icraatın davam etdirilməsinin hansı zərurətdən lazım olduğunu qərardadda qeyd edib izahat verməli və aydın göstərməli idi. Ancaq bunların heç biri qeyd edilməyib. İki ildən artıq bir müddətdir ki, iş icraadadır. İndiyədək məhkəmənin zəruri prosessual hərəkətləri ancaq və ancaq iddiaçıya subyektiv hüquq əldə etməyə cəhd etməsi olmuş və iddiaçının iddia tələbinə subyektib hüququnun olmadığını sübut edən ekspert və mütəxəssis rəylərini əldə etmişdir. Məhkəmə sadəcə prosesial hərəkət və icraata qənaət adı altında iddiaçıları, cavabdehləri və iddia tələbləri müxtəlif olan icraatları bir icraatda birləşdirib “xxxx” MMC-nin Yevlax ŞİH-nə qarşı iddia tələblərimiz üzrə icraatları boğmağa çalışır. Bu və qeyd olunanların hər biri prosessual hüququ normalarının pozuntularıdır. Odur ki, Şəki İnzibati Məhkəməsinin 19.03.2021 tarixli 2-1(116)-33/2021 saylı qərardadını ləğv edib işin icraatının dayandırılmasına dair “xxxx” MMC-nin 19.02.2021 tarixli 52 saylı vəsatətini təmin olunmasına dair yeni qərardad qəbul edilməsini xahiş edir. İşdə iştirak edən şəxslərin izahatları: Məhkəmə iclasında iştirak edən üçüncü şəxs "xxxx" MMC nümayəndəsi X3 apellyasiya şikayətinin təmin edilməsini və Şəki İnzibati Məhkəməsinin 19 mart 2021-ci il tarixli, 2-1(116)-33/2021 nömrəli qərardadının ləğv edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçı "xxxx" MMC-nin vəkili X4 apellyasiya şikayətinin təmin edilməməsini və Şəki İnzibati Məhkəməsinin 19 mart 2021-ci il tarixli, 2- 1(116)-33/2021 nömrəli qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq iddiaçı "xxxx" MMC-nin nümayəndəsi və cavabdeh Yevlax Bələdiyyəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin üzrlü səbəbdən olması barədə məlumat verilməmişdir. Cavabdeh Yevlax Bələdiyyəsi məhkəmə iclasına məktub göndərərək məhkəmə iclasına onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin 62.3-cü mаddəsi). Əsaslandırma hissəsi: Üçüncü şəxs "xxxx" MMC apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərardadının təqdim olunduğu gündən 10 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Apellyasiya şikayəti mümkündür. Məhkəmə kollegiyası apellyasiya şikayətini iş materialları ilə birlikdə araşdıraraq, hesab edir ki,apellyasiya şikayət əsaslıdır. Kollegiya ilk olaraq bildirir ki, inzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki hissəyə ayrılır: 1) mümkünlük; 2) əsaslılılq. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olub-olmamasının yoxlanılması çərçivəsində iddiaçının cavabdehə qarşı hər hansı bir maddi-hüquqi tələbinin olub-olmaması yoxlanılır. İddianın əsaslılığının araşdırılması üçün şərt iddianın mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlayır. Mübahisələndirmə haqqında iddianın mümkün sayılması üçün: 1. mübahisə inzibati məhkəmələrin səlahiyyətinə aid olmalı; 2. əlverişsiz inzibati akt olmalı; 3. iddia qanunla nəzərdə tutulmuş müddətdə verilməli;4. iddiaçının hüquqlarının pozulması əsaslandırılmalıdır (İPM-2.2.1, 32, 35.1). İddiaçı "xxxx" MMC cavabdeh Yevlax Bələdiyyəsinə qarşı iddiasını belə əsaslandırmışdır ki, Yevlax Bələdiyyəsinin 08.04.2011-ci il tarixli 06 nömrəli qərarı ilə "xxxx" MMC-yə satılan və 14.12.2011-ci il tarixli ******* nömrəli, ********** qeydiyyat nömrəli "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış"da əks olunan 80 ha torpaq sahəsinin 50 ha hissəsi Yevlax Şəhər İcra Hakimiyyəti başçısının 07.06.1996-cı il tarixli 84 nömrəli sərəncamı ilə "Amil-96" kəndli (fermer) tə sərrüfatına ayrılan və A004865 nömrəli "Torpağa mülkiyyət, sahiblik və daimi istifadə hüququna dair dövlət aktı"nda əks olunan torpaq sahəsi ilə üst-üstə düşür. İddiaçı "xxxx" MMC isə cavabdeh Yevlax Şəhər İcra Hakimiyyətinə qarşı iddiasında məhz yuxarıda qeyd olunan, 50 ha torpaq sahəsi üzərində "xxxx" MMC-nin hüquqlarının yaranmasına əsas verən Yevlax Şəhər İcra Hakimiyyəti başçısının 07.06.1996-cı il tarixli 84 nömrəli sərəncamını və A004865 nömrəli "Torpağa mülkiyyət, sahiblik və daimi istifadə hüququna dair dövlət aktı"nı mübahisələndirmişdir. Brinci instansiya məhkəməsi belə qeyd etmişdir ki, hər iki işdə iddia predmetləri müxtəlif olsa da və iddialar müxtəlif cavabdehlərə qarşı verilsə də, mübahisə predmetləri eynidir. Hər iki işdə mübahisənin predmetini "Amil-96" kəndli (fermer) təsərrüfatına və "xxxx" MMC-yə ayrılmış torpaq sahələrinin üst-üstə düşməsi ehtimal olunan hissəsidir. Məlum olduğu kimi, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin müxtəlif maddələrində iddianın predmeti və mübahisənin predmeti müxtəlif anlayışlar kimi verilmişdir. Həmin Məcəllənin 56.1-ci maddəsində işlər üzrə icraatın bir icraatda birləşdirilməsi üçün tələb olunan şərt iddia predmetlərinin deyil, məhz mübahisə predmetlərinin eyni olmasından ibarətdir. İddianın predmeti dedikdə, iddiaçının cavabdehə qarşı irəli sürdüyü maddi-hüquqi tələb, yəni onun iddia ərizəsində irəli sürdüyü konkret tələb başa düşüldüyü halda, mübahisə predmeti dedikdə, barəsində iddia tələbinin verildiyi mübahisəli hüquq münasibətinin obyekti başa düşülür. Bununla bağlı məhkəmə kollegiyası hesab edir ki, mübahisə predmeti eyni olması ilə bağlı razı olsa da tərəflərin iddia tələbləri müxtəlifdir, yəni "xxxx" MMC cavabdeh Yevlax Bələdiyyəsinə qarşı 08.04.2011-ci il tarixli 06 nömrəli qərarın 20 hektar torpaq sahəsi ilə bağlı hissədə ləğv edilməsi” tələbi, digər iddia tələbi isə "xxxx" MMC-nin cavabdeh Yevlax Şəhər İcra Hakimiyyətinə qarşı "Elşən96" kəndli (fermer) təsərrüfatının yaradılması barədə Yevlax Şəhər İcra Hakimiyyəti başçısının 15.04.1996-cı il tarixli 55 nömrəli sərəncamının, həmin sərəncam əsasında "Elşən-96" kəndli (fermer) təsərrüfatının adına Yevlax Şəhər İcra Hakimiyyəti başçısı tərəfindən verilən A-001332 nömrəli "Torpağa mülkiyyət, sahiblik və daimi istifadə hüququna dair dövlət aktı"nın, habelə "Amil-96" kəndli (fermer) təsərrüfatının yaradılması barədə Yevlax Şəhər İcra Hakimiyyəti başçısının 07.06.1996-cı il tarixli 84 nömrəli sərəncamının, həmin sərəncam əsasında "Amil96" kəndli (fermer) təsərrüfatının adına Yevlax Şəhər İcra Hakimiyyəti başçısı tərəfindən verilən A-004865 nömrəli "Torpağa mülkiyyət, sahiblik və daimi istifadə hüququna dair dövlət aktı"nın etibarsız hesab edilməsinə (ləğv olunmasına) dair qərar qəbul edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" tələbi olmuşdur. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmıyaraq qeyd edir ki, birinci instansiya məhkəməsi hər iddia predmetlərinin ayrı-ayrılıqda, iddia növlərinin, inzibati iş üzrə subyekt tərkibini, iddianın predmeti və mübahisənin predmetini, o cümlədən işə baxıb qərar qəbul edərkən hansı hüquqi nəticələri doğuracağını araşdırmayaraq həmin iddia tələblərini bir iraata birləşdiriərək baxılması ilə baglı düzgün nəticəyə gəlməmişdir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, üçüncü şəxs "xxxx" MMC-nin vəsatəti təmin edilməli və iş sonrakı hərəkətlər edilməsi üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 7.1-ci maddəsində deyilir ki, mübahisənin həllinin tamamilə və ya qismən həmin dövrdə baxılan digər inzibati mübahisənin predmetini təşkil edən və ya inzibati orqan tərəfindən baxılmalı olan hüquq münasibətinin mövcud olmasından və ya olmamasından asılı olduğu hallarda, məhkəmə iş üzrə icraatı həmin mübahisə həll edilənə kimi və ya inzibati orqan tərəfindən müvafiq qərar qəbul edilənə kimi dayandıra bilər. İş üzrə icraatın dayandırılması haqqında məsələni həll edərkən, məhkəmə onun davam etdirilməsinin məqsədəuyğunluğu ilə bağlı halları nəzərə almalıdır. Həmin normadan göründüyü kimi, qeyd olunan hallarda iş üzrə icraatın dayandırılması məhkəmənin vəzifəsi kimi deyil, hüququ kimi nəzərdə tutulmuşdur. Lakin birinci instansiya məhkəməsi icraatın dayandırılması barədə vəsatəti həll edərkən, hər iddia tələbi üzrə inzibati orqanların konkret olaraq hansı hərəkətlərinin (hərəkətsizliyinin), qərarlarının inzibati mübahisənin əsası ola biləcəyini müəyyənləşdirmə dən, işin asılı olduğu digər işin nəticəsini gözləmək şərtilə, zəruri prosessual hərəkətlərin yerinə yetirilməsi imkanını itirməmək üçün icraatın davam etdirilməsinin mümkünlüyünü nəzərdən keçirməlidir. Bununla yanaşı kollegiya qeyd edir ki, inzibati işlər üzrə icraatın bir icraatda birləşdirilməsi məsələsinə formal yanaşması inzibati mübahisəni formallaşdıraraq, real mahiyyətindən uzaqlaşdıra bilər. Belə ki, maddi yanaşma inzibati mübahisəni onun predmetindən və yaranma əsasından, yəni mübahisəli durumda olan maddi-hüquqi münasibətdən çıxış edərək müəyyənləşdirir.Bu yanaşmaya görə məhz tərəfləri əlaqələndirən maddi-hüquq münasibətləri mübahisənin məzmununu xarakterizə edir. Maddi yanaşma mövqeyinə əsasən, inzibati orqanların konkret olaraq hansı hərəkətlərinin (hərəkətsizliyinin), qərarlarının inzibati mübahisənin əsası ola biləcəyini müəyyənləşdirmək zərurəti meydana çıxır. Bu yanaşmanın əsasında inzibati mübahisənin maddi hüquq münasibətlərində hüquqların həyata keçirilməsinə maneə kimi qiymətləndirilməsi durur. Maddi-hüquq xüsusi hüquq münasibətləri kimi onun subyekt tərkibinin ya da predmetini təşkil edən maddi-hüquqi münasibətlərin xarakterindən çıxış edirlər. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli və iş sonrakı prosessual hərəkətlər edilməsi üçün Şəki İnzibati Məhkəməsinə qaytarılmalıdır. Nəticəvi hissə Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Üçüncü şəxs "xxxx" MMC-nin nümayəndəsi X3 tərəfindən verilmiş аpellyаsiyа şikаyəti təmin edilsin. Şəki İnzibati Məhkəməsinin 19 mart 2021-ci il tarixli, 2-1(116)-33/2021 nömrəli qərardadı ləğv edilsin. Şəki İnzibati Məhkəməsinin icraatında olan 2-1(116)-606/2021 nömrəli inzibati iş üzrə mübahisə həll edilənə kimi hazırkı iş üzrə icraatın dayandırılması barədə üçüncü şəxs "xxxx" MMC-nin vəsatəti təmin edilsin. İnzibati iş sonrakı hərəkətlər edilməsi üçün Şəki İnzibati Məhkəməsinə qaytarılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2-1(107)-246/2021
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(107)-246/2021
21.05.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver