Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-247/2021 17.05.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən və məruzəçi), Məlikov Vəzirxan İsgəndər oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, Tağıyev Babək Vaqif oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı “Oğuz şəhərində yerləşən 0.06 ha torpaq sahəsinə mülkiyyət hüququnun qeydiyyata alınaraq dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 18.02.2021-ci il tarixli, 2-1(116)- 314/2021 saylı qərarından cavabdeh DƏDRX-nin 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayətinə məhkəmənin binasında şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 09 saylı Qəbələ Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Oğuz şəhərində yerləşən 0.06 ha torpaq sahəsinə mülkiyyət hüququnun qeydiyyata alınaraq dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, Oğuz bələdiyyəsinin 30.11.2007-ci il tarixli 11 saylı qərarı ilə iddiaçıya fərdi yaşayış evinin tikintisi məqsədi ilə 600 kv.m həyətyanı torpaq sahəsi satılmışdır. Torpaq sahəsinin dəyəri iddiaçı tərəfindən bələdiyyənin bank hesabına ödənilmişdir. Bundan sonra tərəflər arasında alqı-satqı aktı tərtib edilmiş və iddiaçının adına Torpaq sahəsinin planı və ölçüsü sənədi hazırlanmışdır. Torpaq sahəsi iddiaçıya satıldığı 2007-ci il tarixdən onun istifadəsindədir. İddiaçı torpaq sahəsinə dair sənəd alması üçün dəfələrlə müraciət etmiş, lakin mülkiyyətə dair müvafiq sənədi ala bilməmişdir. İddiaçı 2010-cu ildən ailə vəziyyəti ilə əlaqədar Rusiya Federasiyasında yaşayır. İddiaçının nümayəndəsi cavabdeh orqana müraciət edərək, 600 kv.m torpaq sahəsinin dövlət qeydiyyatına alınmasını xahiş etmiş, lakin cavabdeh orqan müraciətin təmin edilməsindən imtina etmişdir. Cavabdeh orqan məhkəməyə ünvanladığı 06.11.2020-ci il **********62 nömrəli etiraz məktubunda qeyd etmişdir ki, Oğuz şəhərində yerləşən 0.06 hektar həyətyanı torpaq sahəsinin iddiaçının adına rəsmiləşdirilməsi ilə bağlı Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinə müraciət edilmişdir. Təqdim olunmuş sənədlər araşdırılan zaman məlum olmuşdur ki, İddiaçı xarici ölkə vətəndaşıdır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 3-cü maddəsinə əsasən əcnəbilər və vətəndaşlığı olmayan şəxsər, xarici hüquqi şəxslər, beynəlxalq birliklər və təşkilatlar, habelə xarici dövlətlər torpaq münasibətlərinin iştirakçıları kimi bu Məcəllənin 48-ci maddəsində nəzərdə tutulmuş məhdudiyyətlərlə çıxış edə bilər. 48.3-cü maddəyə əsasən əcnəbilər və vətəndaşlığı olmayan şəxsər, xarici hüquqi şəxsər, beynəlxalq birliklər və təşkilatlar, habelə xarici dövlətlər Azərbaycan Respublikasında torpaq sahələrini yalnız icarə hüququ əsasında əldə edə bilər. Məhkəmə iclasında iddiaçının vəkili iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şəki İnzibati Məhkəməsinin 18.02.2021-ci il tarixli, 2-1(116)-314/2021 saylı qərarı ilə, cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinin üzərinə Oğuz şəhərində yerləşən Oğuz bələdiyyəsinin 30.11.2007-ci il tarixli 11 saylı qərarı ilə satılmış 0.06 ha torpaq sahəsinə İddiaçı mülkiyyət hüququnun qeydiyyata alınaraq dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin qoyulması qərara alınmışdır. Həmin qərardan cavabdeh DƏDRX-nin 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən apellyasiya şikayəti verilmişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh DƏDRX-nin 9 saylı Qəbələ Ərazi İdarəsi apellyasiya şikayətini onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən qəbul olunmuş qərar qanunsuz və əsassızdır. Belə ki, İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 0.06 ha torpaq sahəsi o Azərbaycan Respublikasının vətəndaşı olduğu vaxt əldə edib. Bu səbdəndə həmin torpaq sahəsi onun mülkiyyətinə verilməlidir. İş materiallarından göründüyü kimi İddiaçı Rusiya Fedarasiyasının vətəndaşıdır.Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 3-cü maddəsinə əsasən əcnəbilər və vətəndaşlığı olmayan şəxsər, xarici hüquqi şəxsər, beynəlxalq birliklər və təşkilatlar, habelə xarici dövlətlər torpaq münasibətlərinin iştirakçıarı kimi bu Məcəllənin 48-ci maddəsində nəzərdə tutulmuş məhdudiyyətlərlə çıxış edə bilər. 48. 1. Hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları həmin hüquqların bu Məcəllə, Azərbaycan Respublikasının Mülki Məcəlləsi, digər normativ-hüquqi aktlar və torpaqla bağlı əqdlərə dair müqavilələr ilə müəyyən edilmiş həcminə görə fərqlənir. 48.2. Azərbaycan Respublikasının vətəndaşları və hüquqi şəxsləri torpaq sahələrim mülkiyyət, istifadə və icarə hüququnda əldə edə bilərlər. 48 3. Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər, xarici hüquqi şəxslər, beynəlxalq birliklər və təşkilatlar, habelə xarici dövlətlər Azərbaycan Respublikasında torpaq sahələrini yalnız icarə hüququ əsasında əldə edə bilərlər.49. 4. Xarici hüquqi və fiziki şəxslərə torpaq sahələrinin vərəsəlik, bağışlama və ipoteka əqdləri nəticəsində keçən mülkiyyət hüququ bir il müddətinə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun özgəninkiləşdirilir. Xarici hüquqi və fiziki şəxslər torpaq sahəsi üzərində olan mülkiyyət hüququnu qanunvericiliyə uyğun özgəninkiləşdirmədikdə, müvafiq icra hakimiyyəti orqanı və ya bələdiyyə torpaq sahəsini bu Məcəllədə nəzərdə tutulmuş qaydada məcburi satın alınır. Yuxarıda qeyd olunanlara əsasən Şəki İnzibati Məhkəməsinin 18.02.2021-ci il tarixli, 2-1(116)-314/2021 saylı qərarının ləğv edilərək, iddia tələbinin rədd edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatları Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə cavabdehin iştirakı olmadan işə baxaraq iş üzrə qərar qəbul etmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişində tərəflər məhkəmə baxışı iclasına gəlmədiyi halda işə baxılması və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişlər (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). Əsaslandırma hissəsi Azərbаycаn Respublikаsının İnzibati Prosessual Məcəlləsinin 82-ci mаddəsinə əsаsən, аpelyаsiyа instаnsiyаsı məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə bаxır. Apelyаsiyа instаnsiyаsı məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Həmin Məcəllənin 80-ci mаddəsinə görə, barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İşə əlavə edilmiş və kollegiyanın iclasında tədqiq edilmiş: Oğuz bələdiyyəsinin 30.11.2007-ci il tarixli, 11 saylı iclas protokolunun surətindən görünür ki, həmin qərarla Oğuz bələdiyyəsinin mülkiyyətində olan 600 kv.m torpaq sahəsi ev tikmək məqsədi ilə İddiaçı satılmışdır. 07.03.2008-ci il tarixli, 13 nömrəli qəbzdən görünür ki, iddiaçı torpaq sahəsi üçün 260 (iki yüz altmış) manat haqq ödəmişdir. 25.04.2008-ci il tarixdə tərtib edilmiş Torpaqların alqı satqısına dair Aktdan görünür ki, bələdiyyənin 30.11.2007-ci il tarixli, 11 saylı qərarına əsasən iddiaçıya 600 kv.m torpaq sahəsi satılmış və iddiaçı həmin torpaq sahəsinin dəyərini əvvəlcədən bələdiyyənin Beynəlxalq Bankdakı hesabına ödəmişdir. 679 nömrəli arayışın surətindən görünür ki, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi iddiaçıya həyətyanı məqsədilə satılacaq torpaq sahəsinin bələdiyyənin perspektiv inkişaf fonduna aid torpaq sahəsi olmasını və bələdiyyənin mülkiyyətində olmasını qeyd etmişdir. A seriyalı 044848 nömrəli plan və ölçü sənədindən görünür ki, Oğuz bələdiyyəsinin 30.11.2007-ci il tarixli, 11 saylı qərarı ilə fərdi yaşayış evi tikmək üçün satılmış 600 kv.m torpaq sahəsi iddiaçının mülkiyyətindədir. İşə əlavə edilmiş 04 sentyabr 2020-ci il tarixli, Tümen vilayəti, Xantı-Mansi muxtar dairəsi-Yuqranın Koqalım şəhəri notariat dairəsi tərəfindən verilmiş etibarnamədən görünür ki, 18 avqust 1983-cü il təvəllüdlü, Ermənistan SSR Vardenis rayonunun, N.Şorca kəndində doğulmuş İddiaçı 02 avqust 2019-cu il tarixdə Rusiya Federasiyasının vətəndaşlığını qəbul etmiş və ona Rusiya Federasiyasının vətəndaşının pasportu verilmişdir. Torpaq islahatı haqqında Qanunun 7.1-ci maddəsinə əsasən müvafiq ərazi vahidi daxilində dövlət mülkiyyətində saxlanılan və xüsusi mülkiyyətə verilən torpaqlar çıxılmaqla qalan torpaqlar bələdiyyə mülkiyyətinə verilir. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 6.2-ci maddəsinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin: 3-cü maddəsinə əsasən əcnəbilər və vətəndaşlığı olmayan şəxsər, xarici hüquqi şəxsər, beynəlxalq birliklər və təşkilatlar, habelə xarici dövlətlər torpaq münasibətlərinin iştirakçıarı kimi bu Məcəllənin 48-ci maddəsində nəzərdə tutulmuş məhdudiyyətlərlə çıxış edə bilər.
48. 1. Hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları həmin hüquqların bu Məcəllə, Azərbaycan Respublikasının Mülki Məcəlləsi, digər normativ-hüquqi aktlar və torpaqla bağlı əqdlərə dair müqavilələr ilə müəyyən edilmiş həcminə görə fərqlənir. 48.2. Azərbaycan Respublikasının vətəndaşları və hüquqi şəxsləri torpaq sahələrim mülkiyyət, istifadə və icarə hüququnda əldə edə bilərlər. 48 3. Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər, xarici hüquqi şəxslər, beynəlxalq birliklər və təşkilatlar, habelə xarici dövlətlər Azərbaycan Respublikasında torpaq sahələrini yalnız icarə hüququ əsasında əldə edə bilərlər. 49.4. Xarici hüquqi və fiziki şəxslərə torpaq sahələrinin vərəsəlik, bağışlama və ipoteka əqdləri nəticəsində keçən mülkiyyət hüququ bir il müddətinə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun özgəninkiləşdirilir. Xarici hüquqi və fiziki şəxslər torpaq sahəsi üzərində olan mülkiyyət hüququnu qanunvericiliyə uyğun özgəninkiləşdirmədikdə, müvafiq icra hakimiyyəti orqanı və ya bələdiyyə torpaq sahəsini bu Məcəllədə nəzərdə tutulmuş qaydada məcburi satın alınır Sаdаlаnаn normаlаrın təhlilindən göründüyü kimi,yalnız Azərbaycan Respublika sının vətəndaşi torpaq sahələrim mülkiyyətçisi ola bilər,əcnəbilər. torpaq sahələrini yalnız icarə hüququ əsasında əldə edə bilərlər. Xarici hüquqi və fiziki şəxslər torpaq sahəsi üzərində olan mülkiyyət hüququnu qanunvericiliyə uyğun özgəninkiləşdirmədik də, müvafiq icra hakimiyyəti orqanı və ya bələdiyyə torpaq sahəsini məcburi satın alınır Kollegiyanın iclasında müəyyən olundu ki, Oğuz bələdiyyəsinin 30 noyabr.2007-ci il tarixli, 11 saylı qərarı ilə mülkiyyətində olan 600 kv.m torpaq sahəsi ev tikmək məqsədi ilə həmin zaman Azərbaycan Respublikasının vətəndaşı olan İddiaçı satılmışdır Həmin torpaq sahəsinə iddiaçının mülkiyyət hüququnun qeydiyyata alınaraq dövlət reyestrindən çaxarıçın verilməsi ilə baglı inzibati orqan müraçiət etmiş lakin cavabdeh inzibati orqan qeydiyyatla baglı imtina edərək qeyd etmişdir ki, iddiaçı xariçi dövlətin vətəndaşının (əcnəbinin)Azərbaycan Respublikasının ərazisində yerləşən torpaq sahəsi üzərində mülkiyyət hüququn qeydiyyata alınması mümkün deyildir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Həmin Qanunun 4.1-ci maddəsinə əsasən qanun qüvvəyə mindiyi günədək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. Məhkəmə kollegiyası belə qənaətə gəlir ki, İddiaçı 0.06 ha torpaq sahəsini, o Azərbaycan Respublikasının vətəndaşı olduğu vaxt əldə etsədə, lakin İddiaçı 02 avqust 2019-cu ildən Rusiya Federasiyasının vətəndaşıdır yəni, o, Rusiya vətəndaşı olduqdan sonra 02 avqust 2019-cu il tarixdən bir il müddətində 02 avqust 2020-ci il tarixədək qanunvericiliyə uyğun özgəninkiləşdirilməli idi. Belə olan halda iddia tələbinin cavabdeh DƏDRX-nin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı yönəlməsi əsasızdır. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası qanununun 23-cü maddəsinə əsasən İdarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmır və hesab edir ki, birinci instansiya məhkəməsi işin faktiki hallarını tam və hərtərəfli araşdırmamış, iddia tələbini təmin etməklə maddi və prossesual hüquq normalarının tətbiqində səhvə yol verərək inzibati iş üzrə düzgün nəticəyə gəlmişdir. İPM-in 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməkdə haqlıdır. Ona görə də Şəki İnzibati Məhkəməsinin 18.02.2021-ci il tarixli, 2-1(116)-314/2021 nömrəli qərarı dəyişdirilməli, iş üzrə cavabdeh DƏDRX-nin 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri əsaslı olduğu üçün təmin edilməlidir. Nəticəvi hissə
Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qərara aldı:
Cavabdeh DƏDRX-nin 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən verilmiş аpellyаsiyа şikаyəti təmin edilsin. Şəki İnzibati Məhkəməsinin 18.02.2021-ci il tarixli, 2-1(116)-314/2021 nömrəli qərarı ləğv edilsin. Yeni qərar qəbul edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı “Oğuz şəhərində yerləşən 0.06 ha torpaq sahəsinə mülkiyyət hüququnun qeydiyyata alınaraq dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilməsin. Qərardan onun təqdim edildiyi gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.