Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-247/2022 25.08.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məlikov Vəzirxan İsgəndər oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi, İddiaçı və onun vəkili Vəkil1 və cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 17 saylı Yevlax ərazi idarəsinin nümayəndəsi X6 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 17 saylı Yevlax ərazi idarəsinə qarşı “X5, X19, X11, X12, X10 adına Yevlax rayonu Xanabad kəndində yerləşən fərdi yaşayış evinin ümumi birgə mülkiyyət hüququ ilə 07 yanvar 2019-cu il tarixdə ********** qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq verilmiş çıxarışın fərdi yaşayış evinə münasibətdə X19, X11, X12 və X10 ümumi birgə mülkiyyət hüququna münasibətdə ləğv edilməsi” tələbinə dair inzibаti iş üzrə Şəki İnzibati Məhkəməsinin 25 may 2022-ci il tarixli, 2-1(116)-123/2022 nömrəli qərarından İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçının etibarnamə üzrə səlahiyyətli nümayəndəsi və vəkili Vəkil1 cavabdehə qarşı iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək, X5, X19, X11, X12, X10 adına Yevlax rayonu Xanabad kəndində yerləşən fərdi yaşayış evinin ümumi birgə mülkiyyət hüququ ilə 07 yanvar 2019-cu il tarixdə ********** qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq verilmiş çıxarışı fərdi yaşayış evinə münasibətdə X19, X11, X12 və X10 ümumi birgə mülkiyyət hüququnun ləğv edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddia ərizəsinin əsaslarına görə, iddiaçının nənəsi X5 xx.xx.2007-ci ildə Yevlax rayonu Xanabad kəndində yerləşən həyətyanı torpaq sahəsini, çay daşından tikilmiş ikiotaqlı fərdi yaşayış evini, mal tövləsini və həyətdəki iki tonluq su çənini iddiaçıya vəsiyyət etmişdir. C.Allahverdiyeva xx.xx.2007-ci ildə vəfat etmişdir. O vəfat etməzdən əvvəl iddiaçı ailə qurmuş və Türkiyə Respublikasına köçmüşdür. Bu səbəblə nənəsinin ölümündən xəbəri olmamış və xx.xx.2021-ci ildə Xanabad kənd İcra nümayəndəliyindən vəsiyyətnamənin surətini götürdükdən sonra bundan məlumatlı olmuşdur. İddiaçı nənəsindən qalmış miras əmlakı sənədləşdirmək üçün cavabdehə müraciət etmiş, lakin ona məlum olmuşdur ki, JN-203F nömrəli şəhadətnaməyə əsasən 0,06 ha həyətyanı torpaq sahəsi üzərində X5, X19, X11, X12, X10 mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Bu səbəblə iddiaçı həmin şəxslərin adına çıxarışın onlara aid hissədə ləğv olunması üçün cavabdehə müraciət etmiş, lakin onun müraciəti təmin olunmamışdır. Cavabdeh iddia tələbinə dair rəsmi münasibət (etiraz) bildirməmişdir. İş üzrə üçüncü şəxslər İldırım Məmmədov, Fəridə Məmmədova və Rəhimə Məmmədova xx.xx.2021-ci il tarixdə birinci instansiya məhkəməsinə ərizə təqdim edərək bildirmişlər ki, X23 onlara məxsus daşınmaz əmlakın çıxarışının ləğvi barədə məhkəməyə iddia tələbi sürmüşdür. İddiaçı öz ərizəsində üçüncü şəxslərə məxsus evin, həyətyanı sahənin və digər ev əşyalarının üçüncü şəxslər tərəfindən qanunsuz mənimsənildiyini iddia edir. Əlində mötəbərliyi sübut olmayan X2 iddiaçının adına verilmiş vəsiyyətnamənin surətinə istinad edərək, ********** qeydiyyat nömrəli 07 yanvar 2019-cu il tarixli üçüncü şəxslərin adına olan mülkiyyətin ləğvi tələbi irəli sürmüşdür. Üçüncü şəxslər məlumat üçün bildirirlər ki, ailə üzvləri ilə birlikdə daimi yuxarıda göstərilən ünvanda yaşamışlar. Amma nənəsi Cəmilə vəfat edəndən bir müddət sonra Dəmirbay Leyla tərəfindən göndərilmiş müxtəlif adamlar onları narahat etməyə başlamışlar. Sonra C.Allahverdiyevanın guya iddiaçıya verdiyi vəsiyyətnaməyə arxalanaraq onları evdən çıxmağa məcbur etmək istədilər. Nənəsi evdə xəstə yatanda və vəfat edəndə harada olduğu məlum olmayan Leyla, indi haradansa vəsiyyətnamə surəti əldə edərək məhkəməyə çıxarışın ləğvi tələbini irəli sürüb. Onun əlində olan vəsiyyətnamənin mötəbərliyinə üçüncü şəxslərin şübhəsi var. Birinci instansiya məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(116)-123/2022 nömrəli qərardadı ilə X19, X11, X12 və X18 iş üzrə məhkəmə icaatına üçüncü şəxs qismində zəruri cəlb olunmuşlar. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iddiaçı, iddiaçının nümayəndəsi və vəkili və cavabdeh orqanın nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və iştirak etməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - “İPM”) 62.3-cü maddəsinə əsasən hazırkı işə iddiaçı, iddiaçının nümayəndəsi və vəkilinin və cavabdeh orqanın nümayəndəsinin iştirakı olmadan, tam, obyektiv və hərtərəfli baxılmasını mümkün hesab etmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişlərində tərəflər məhkəmə baxışı iclasına gəlmədikləri halda da onların iştirakı olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişlər. Birinci instansiya məhkəməsinin məhkəmə iclasında iştirak edən üçüncü şəxslərin vəkili iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. İş materiallarında olan: Yevlax ŞİH xx.xx.2022-ci il tarixli 508 nömrəli məktubuna əlavə olunmuş xx.xx.2007ci il tarixli vəsiyyətnamənin təsdiq olunmuş surətindən görünür ki, X1 rayonu Xanabad kəndində yerləşən həyətyanı torpaq sahəsini, çay daşından tikilmiş ikiotaqlı fərdi yaşayış evini, mal tövləsini və həyətdəki iki tonluq su çənini iddiaçıya vəsiyyət etmişdir. Vəsiyyətnamə Yevlax ŞİH başçısının Ərəbbəsrə kənd İƏD üzrə nümayəndəsi Hacıyev Ş.H. tərəfindən təsdiq olunmuş və reyestrdə 26 nömrə ilə qeyd edilmişdir. 905550 nömrəli “Ölüm haqqında şəhadətnamə”nin təsdiq olunmuş surətindən görünür ki, X5 xx.xx.2018-ci il tarixdə vəfat etmişdir. 571495 nömrəli “Nikah haqqında şəhadətnamə”nin təsdiq olunmuş surətindən görünür ki, X20 ilə X21 arasında nikah xx.xx.2010-cu ildə bağlanmışdır. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 17 saylı Yevlax ərazi idarəsinin xx.xx.2021-ci il tarixli **********05 nömrəli məktubuna əlavə olunmuş JN-203F kod 90102068 nömrəli şəhadətnamnin təsdiq olunmuş surətindən görünür ki, Yevlax rayon AİK-nın xx.xx.1997-ci il tarixli 26 saylı qərarı ilə 0,06 ha həyətyanı torpaq sahəsi X5, X19, X11, X12, X13 verilmişdir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 17 saylı Yevlax ərazi idarəsinin xx.xx.2021-ci il tarixli **********05 nömrəli məktubuna əlavə olunmuş RX seriyalı ******* nömrəli xx.xx.2019-cu il tarixli çıxarışın təsdiq olunmuş surətindən görünür ki, Yevlax rayonu Xanabad kəndində yerləşən 0,06 ha torpaq sahəsi X5, X19, X11, X12, X10 ümumi birgə mülkiyyətindədir. Torpaq və fərdi yaşayış evi üzərində ümumi birgə mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəli ilə xx.xx.2019-cu il tarixdə qeydə alınmışdır. X28 filialının xx.xx.2022-ci il tarixli 21/10 nömrəli məktubunda qeyd olunur ki, Yevlax rayon Bucaq kənd İƏV nümayəndəliyin (Xanabad kəndi üzrə) 19911995-ci illərə dair 15 saylı təsərrüfatbaşına kitabının 21-ci səhifəsinin 1094 saylı qeydinə əsasən 1954-cü il təvəllüdlü X14 təsərrüfat başçısı yazılmışdır. Təsərrüfatda olan ailə üzvülərinin siyahısı aşağıdakı kimi qeyd olunmuşdur. X14 - təsərrüfat başçısı, təvəllüd tarixi 1954-cü il, 1993cü ildə vəfat edib; X3 – anası, təvəllüd tarixi 1920-ci il; X24 - həyat yoldaşı, təvəllüd tarixi xx.xx.1969-cu il; X11 – oğlu, təvəllüd tarixi xx.xx.1986-cı il; X12 – qızı, təvəllüd tarixi xx.xx.1987-ci il; X18 – oğlu, təvəllüd tarixi xx.xx.1991-ci il. Yevlax rayon Bucaq kənd İƏV nümayəndəliyin (Xanabad kəndi üzrə) 1991-1995-ci illərə dair təsərrüfat kitabında X16 və övladlarının ərazidə yaşamadıqları qeyd olunmuşdur. Sənəddə həmin təsərrüfatın şəxsi istifadəsində olan torpağın miqdarı 0,06 (altı sot) ha yazılmışdır. 2006-2010-cu ilin təsərrüfat kitabında təsərrüfatın xüsusi mülkiyyətində olan torpağın ümumi sahəsi 0,32 ha, bundan 0,06 hektarı həyatyanı torpaq sahəsi 0,28 hektarı çöl torpağı kimi yazılmışdır, yaşayış evinin ümumi sahəsi 64 kv.m, yaşayış sahəsi 48 kv.m, evin tikildiyi tarix 1974-cü il yazılmışdır. Yevlax ŞİH başçısının Ərəbbəsrə kənd İƏD üzrə nümayəndəsinin xx.xx.2022-ci il tarixli 05 nömrəli məktubunda qeyd olunur ki, Yevlax Şəhər İcra Hakimiyyəti Başçısının Ərəbbəsrə kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi vəzifəsində işləyən X22 2014-cü il dekabr ayının 15-dən işdən azad olunmuşdur. Hal-hazırda da Yevlax rayonu Ərəbbəsrə kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyində işləmir. Şəki İnzibati Məhkəməsinin (hakim Fərid İsmayılzadə) 25 may 2022-ci il tarixli, 2- 1(116)-123/2022 nömrəli qərarı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 17 saylı Yevlax ərazi idarəsinə qarşı “X5, X19, X11, X12, X10 adına Yevlax rayonu Xanabad kəndində yerləşən fərdi yaşayış evinin ümumi birgə mülkiyyət hüququ ilə 07 yanvar 2019-cu il tarixdə ********** qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq verilmiş çıxarışın fərdi yaşayış evinə münasibətdə X19, X11, X12 və X10 ümumi birgə mülkiyyət hüququna münasibərdə ləğv edilməsi” tələbinə dair iddiasının təmin edilməməsi qərara alınmışdır. İddiaçı apellyasiya şikayəti verərək Şəki İnzibati Məhkəməsinin 25 may 2022-ci il tarixli, 2- 1(116)-123/2022 nömrəli qərarının ləğv edilərək iddia tələbinin təmin edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: İddiaçı apellyasiya şikayətinin təmin edilməsini Şəki İnzibati Məhkəməsinin 25 may 2022-ci il tarixli, 2-1(116)-123/2022 nömrəli qərarının ləğv edilərək iddia tələbinin təmin edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. Proses iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı və onun vəkili Vəkil1 apellyasiya şikayətinin təmin edilməsini və Şəki İnzibati Məhkəməsinin 25 may 2022-ci il tarixli, 2-1(116)-123/2022 nömrəli iş üzrə qərarının ləğv edilərək iddia tələbinin təmin edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 17 saylı Yevlax ərazi idarəsinin nümayəndəsi X15 apellyasiya şikayətinin təmin edilməməsini və Şəki İnzibati Məhkəməsinin 25 may 2022-ci il tarixli, 2-1(116)-123/2022 nömrəli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. İşə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq 3- cü şəxslər X19, X11, X12 və X18 məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma hissəsi: İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır; 139.3-cü maddəsinə görə daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir; 139-1.1.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının 29 iyun 2004-cü il tarixli 713-İİQ nömrəli Qanununa əsasən, qeydiyyat orqanı – daşınmaz əmlakın dövlət reyestrini tərtib edən və aparan müvafiq icra hakimiyyəti orqanıdır (1.0.4.). Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır (2.1). Qanunun 8.0-ci maddəsində daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunnan halları müəyyən edilmiş, 15-ci maddəsində isə hüquqların qeydə alınmasından imtina oluna bilən hallar öz təsbitini tapmışdır. Belə ki, Qanununun 8.0.1-ci maddəsinə əsasən, qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.3-cü maddəsinə görə, daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı; 8.0.10.2-ci maddəsinə əsasən, məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Qanunun 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Həmin Qanunun 11.1-ci maddəsinə görə hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır; 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər; 3.2-ci maddəsinə görə isə daşınmaz əmlak barədə texniki məlumatın dəqiqliyinə və vaxtında təqdim edilməsinə həmin daşınmaz əmlakın dövlət uçotunu aparan müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri cavabdehdirlər. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin: 66.1-ci maddəsinə əsasən, dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqda hüquqi və fiziki şəxslərə verilməsi müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Xüsusi mülkiyyətdə olan torpaqlar üzərində bütün hüquqların başqasına keçməsi isə tərəflər arasında bağlanmış və notarial qaydada təsdiq edilmiş müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, məhdudiyyətlər və servitutlar, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə digər şərtlər nəzərdə tutulur; 67.1-ci maddəsinə görə torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır; 111.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 140-cı maddəsinə görə reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Birinci instansiya məhkəməsinin araşdırma zamanı müəyyən edilmişdir ki, cavabdeh torpaqğın mülkiyyətə verilməsinə dair JN-203F nömrəli şəhadətnamə əsasında üçüncü şəxslərin və iddiaçının mərhum nənəsinin ümumi birgə mülkiyyətində olan torpaq sahəsinə onun üzərində yerləşən fərdi yaşayış evi ilə birlikdə daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyat aparmış, üçüncü şəxslərin daşınmaz əmlak üzərində mülkiyyət hüququnu X3 ilə birlikdə qeydə almışdır. Bununla yanaşı məhkəmə araşdırması nəticəsində X28 filialının xx.xx.2022-ci il tarixli 21/10 nömrəli məktubunda qeyd olunanlara əsasən müəyyən edilmişdir ki, Yevlax rayon Bucaq kənd İƏV nümayəndəliyinin (Xanabad kəndi üzrə) 1991-1995-ci illərə dair 15 saylı təsərrüfatbaşına kitabında 1954-cü il təvəllüdlü X14 təsərrüfat başçısı kimi yazılmış, o 1993-cü ildə vəfat etmişdir. Onun vəfatından sonra anası X4 ilə yanaşı, hazırkı iş üzrə üçüncü şəxs olan həyat yoldaşı və övladlarının adları təsərrüfatbaşına kitablarda qeyd olunmaqda davam etmişdir. Beləliklə cavabdeh mübahisəli çıxarışın verilməsi ilə bağlı qanunvericiliyin tələblərini pozmamış, inzibati orqanın daşınmaz əmlakın qeydiyyatı ilə bağlı üzərinə düşən vəzifələri icra etmişdir. Digər tərəfdən iddiaçının istinad etdiyi vəsiyyətnamə iddiaçıya hazırkı iddia ilə məhkəməyə müraciət etmək üçün ona subyektiv mənada hüquq tanısa da, çıxarışı mübahisələndirdiyi fərdi yaşayış evinə münasibətdə evin məhz X2 adına tam pay hüququ əsasında məxsus olması faktı iş materialları ilə öz təsdiqini tapmamışdır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının tələbinin təmin olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğu sübut olunmur, cavabdehin imtinasını əsaslı, iddianın təmin olunmasını isə istisna edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilir, cavabdehə səlahiyyət verən normaların dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunur, cavabdehin imtinası qanunvericiliyə zidd olmamış və iddiaçının hüquqlarını pozmamış, imtina mövcud inzibati praktikaya uyğun, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur (“İnzibati icraat haqqında” AR Qanununun 13.2 və 17-ci maddələri). Məhkəmə kollegiyası inzibati mübahisə üzrə birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır. Habelə iddiaçı apellyasiya məhkəməsinin iclasında apellyasiya şikayətində irəli sürdüyü dəlillərini təsdiq edəcək heç bir sübut təqdim edə bilmədi. İPM-in 87.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı qanuni və əsaslıdır. Apellyasiya şikayətinin dəlilləri isə birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün yetərli deyildir, onа görə də, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya şikayəti təmin edilməməli və qərar dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Nəticəvi hissə Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68, 69, 87.6, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən, məhkəmə kollegiyası qərara aldı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 25 may 2022-ci il tarixli, 2-1(116)-123/2022 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarı ondan şikayət verilmədiyi halda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-1(107)-247/2022
Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-247/2022
25.08.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver