Məhkəmə qərarları › İş №2-1(107)-247/2025

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-247/2025

13.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-247/2025 13.05.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ X2 (sədrlik edən, məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və Musayev Vüqar Ələkbər oğlundan ibarət tərkibdə, Əhmədov Fərid Vidadi oğlunun katibliyi ilə, İddiaçı cavabdehlər İsmayıllı Rayon İcra Hakimiyyəti və Azərbaycan Respublikası Cavabdeh1nə qarşı “Şamaxı-İsmayıllı-Ağsu rayonlarının ərazisində baş vermiş məlum zəlzələnin baş verdiyi xx.xx.2019-cu il tarixdən başlayaraq evinin tikilib ona təhvil veriləcəyi günədək hər ay ödənilən 300 manat kirayə haqqının hesablanaraq cavabdehlərin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(116)-1401/2024 nömrəli qərarından İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası aşağıdakı qərarı qəbul etdi. İşin halları Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı cavabdehlərə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Şamaxı- İsmayıllı-Ağsu rayonlarının ərazisində baş vermiş məlum zəlzələnin baş verdiyi xx.xx.2019-cu il tarixdən başlayaraq evinin tikilib ona təhvil veriləcəyi günədək hər ay ödənilən 300 manat kirayə haqqının hesablanaraq cavabdehlərin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(112)-16212/2023 nömrəli qərardadı ilə iş aidiyyəti üzrə baxılması üçün Şəki İnzibati Məhkəməsinə göndərilmiş və inzibati iş xx.xx.2024-cü il tarixində məhkəməyə daxil olmuşdur.

3. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, iddiaçının mülkiyyətində olan, İsmayıllı rayon Xəlilli kəndində yerləşən fərdi yaşayış evi 2019-cu ilin fevral ayında Şamaxı-İsmayıllı zonasında baş vermiş məlum zəlzələ zamanı yararsız hala düşmüşdür. Lakin bu təbii fəlakətlə bağlı müvafiq icra hakimiyyəti orqanlarına rəsmi məlumat versə də, evi zəlzələdən zərər görmüş evlər sırasına salınmamışdır. İddiaçı İsmayıllı rayon icra Hakimiyyəti və Azərbaycan Respublikası Cavabdeh1nə evinin zəlzələdən zərər çəkmiş evlər sırasına qeydə alınması üçün müraciət etmişdir. Həmin orqanlar bundan rəsmi olaraq imtina etmişlər. İddiaçı evinin zəlzələdən zərər çəkmiş evlər sırasına qeydə alınması öhdəliyinin cavabdeh inzibati orqanın üzərinə qoyulması tələbi ilə müvafiq məhkəməyə müraciət etmişdir. Bakı İnzibati Məhkəməsinin 21 sentyabr 2022-ci il tarixli 2- 1(112)-249/2022 saylı qərarı ilə iddiası təmin olunmuş və ona məxsus olmaqla İsmayıllı rayon Xəlilli kəndində yerləşən fərdi yaşayış evinin xx.xx.2019-cu ildə baş vermiş zəlzələ nəticəsində zəlzələdən zərər görmüş evlərin siyahısına daxil edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Cavabdeh1 üzərinə qoyulmuşdur. Qərar qanuni qüvvəyə minmiş və icraya yönəldilmişdir. Lakin iddiaçı və ailə üzvləri zəlzələnin baş verdiyi tarixdən ev təhlükəli vəziyyətdə olduğundan evdən çıxaraq kirayədə yaşayır. Həmin vaxtdan hər ay kirayə haqqı kimi 300 manat ödəyir. İddiaçı qeyd edilən kirayə haqqının cavabdeh təşkilatlar tərəfindən ödənilməsi üçün İsmayıllı rayon icra hakimiyyətinə və Azərbaycan Respublikası Cavabdeh1nə müraciət etmişdir. Lakin həmin təşkilatlar qeyd edilən tələbimdən rəsmən imtina etmişdir.

4. Cavabdeh Azərbaycan Respublikası Cavabdeh1 xx.xx.2024-cü il tarixli etiraz məktubunda qeyd olunur ki, 2022-ci ildə İddiaçı tərəfindən Cavabdeh1nə qarşı “zəlzələ nəticəsində evin zəlzələdən zərər görmüş evlərin sırasına daxil edilməsi” tələbi qaldırılmışdır. Bakı İnzibati Məhkəməsi tərəfindən İddiaçı məxsus İsmayıllı rayonu, Xəlilli kəndində yerləşən yaşayış evinin xx.xx.2019-cu ildə baş vermiş zəlzələ nəticəsində zəlzələdən zərər görmüş evlərin siyahısına daxil edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə 21 sentyabr 2022-ci il tarixli 2-1(112)-249/2022 nömrəli qərar qəbul etmişdir. Qərarın icrasını təmin etmək məqsədi ilə Cavabdeh1n Tikintidə X4 Agentliyinin “Azərdövlətsənayelayihə” DLİ-nin mütəxəssisləri İsmayıllı Rayon İcra Hakimiyyətinin nümayəndəsi ilə İddiaçı məxsus İsmayıllı rayonu, Xəlilli kəndində yerləşən yaşayış evinə 10 avqust 2023-cü il tarixində texniki baxış keçirilmişdir. Texniki baxışın nəticəsində fotoşəkillər əlavə edilməklə müvafiq Akt tərtib edərək ev təmirə ehtiyacı olan evlər siyahısına daxil edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 7 mart 2019-cu il tarixli 1021 nömrəli Sərəncamının 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan yaşayış evlərinin təmiri üçün Şamaxı, İsmayıllı və Ağsu rayon icra hakimiyyətlərinin hər birinə müvafiq məbləğdə vəsait ayrılmışdır. İsmayıllı Rayon İcra Hakimiyyəti 20 fevral 2024-cü il tarixli 5-54/2-134/2024 nömrəli məktubu ilə Agentliyə bildirmişdir ki, qeyd olunan sərəncamla ayrılmış vəsait hesabına müvafiq siyahı üzrə işlər tamamlanmışdır, habelə vətəndaşların fərdi yaşayış evlərinin təmir olunması və evlərdə mənzil şəraitinin yaxşılaşdırılması üçün Rayon icra Hakimiyyətinin 2024-cü il xərclər smetasında vəsait nəzərdə tutulmadığından İddiaçı məxsus evin təmir olunması imkan xaricindədir. Eyni zamanda məhkəmənin nəzərinə çatdırırıq ki, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-249/2022 nömrəli Qərarına əsasən İddiaçı iddia tələbi təmin olunmuş və Cavabdeh1 komissiya tərkibində evə baxış keçirərək onun təmirə ehtiyac olan evlər siyahısına daxil edilməsi üçün müvafiq tədbirlər görülmüşdür. Bakı İnzibati Məhkəməsinin 5 sentyabr 2024-cü il tarixli, 2-1(112)-249/2022 saylı qərardada əsasən İddiaçı inzibati orqanın cərimə olunması barədə ərizəsi rədd edilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, tərəfimizdən məhkəmə qərarının icrası təmin olunmuş və vətəndaşın evi zərər görmüş evlərin sırasına daxil edilmişdir.

5. Cavabdeh İsmayıllı Rayon İcra Hakimiyyətinin xx.xx.2024-cü il tarixli etiraz məktubunda qeyd olunur ki, İsmayıllı Rayon İcra Hakimiyəti üzərinə düşən vəzifəni yerinə yetirmiş, İsmayıllı rayonu ərazisində baş vermiş zəlzələ nəticəsində yaşayış evlərinə dəymiş ziyanın müəyyənləşdirilməsi ilə bağlı Rayon İcra Hakimiyyətinə daxil olmuş müraciətlər əsasında aidiyyəti dövlət qurumlarına müraciət etmişdir. Azərbaycan Respublikası Cavabdeh1 mütəxəssislərindən ibarət yaradılmış komissiya yaşayış evlərinə baxış keçirmişdir. 05 fevral 2019-cu ildə baş vermiş zəlzələ ilə bağlı yerli icra hakimiyyətlərinin üzərinə düşən vəzifə yaşayış evlərinə dəymiş ziyanla bağlı bir ay ərzində daxil olmuş müraciətləri siyahıya almaq və aidiyyəti üzrə Cavabdeh1nə təqdim etmək olmuşdur. İddiaçı komissiya rayon ərazisində fəaliyyətini başa vurduqdan sonra müraciət etdiyi üçün evinə baxış keçirilməsi və dəymiş ziyanın səbəblərinin müəyyənləşdirilməsi mümkün olmamışdır. İddiaçı “05 fevral 2019-cu il tarixdə baş vermiş məlum zəlzələ nəticəsində onun evinin zəlzələdən zərər görmüş evlər sırasına daxil edilməsi öhdəliyinin cavabdeh İsmayıllı Rayon İcra Hakimiyətinin və Azərbaycan Respublikası Cavabdeh1 üzərinə qoyulması” tələbinə dair iddia ərizəsinə Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli məhkəmə iclasında baxılmış, iddia ərizəsi cavabdeh ismayıllı Rayon İcra Hakimiyətinə aid hissədə mümkün sayılmamışdır, işə mahiyyəti üzrə baxan Bakı İnzibati Məhkəməsinin həmin tarixli 2-1(112)-249/2022 nömrəli qərarı ilə iddiaçıya məxsus İsmayıllı rayonunun Xəlilli kəndində yerləşən yaşayış evinin xx.xx.2019-cu il tarixdə baş vermiş zəlzələ nəticəsində zəlzələdən zərər görmüş evlərin siyahısına daxil edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Cavabdeh1 üzərinə qoyulmuşdur. - Zəlzələdən zərər görmüş evlərin müəyyən edilməsi və bununla bağlı müvafiq tədbirlərin görülməsi Azərbaycan Respublikası Cavabdeh1 vəzifələrinə daxildir. Prosedur qaydalara uyğun olaraq Azərbaycan Respublikası Cavabdeh1 mütəxəssisləri iddiaçıya məxsus yaşayış evinə baxış keçirdikdən sonra yaşayış evinin dayanıqlığı barədə rəy verir. FHN həmin rəylər əsasında yaşayış evinin qənaətbəxş, təmir, bərpa gücləndirmə və ya qəzalı olması barədə qərar verir. Evin qəzalı olması barədə qərar verildiyi halda yaşayış evi sökülərək yeni ev tikilir. Yeni ev tikilənədək vətəndaşların kirayə və digər kommunal xərclərinin qarşılanması qanunvericilikdə nəzərdə tutulmamışdır. İddiaçı xx.xx.2019-cu il tarixdən başlayaraq evinin tikilib ona təhvil veriləcəyi günədək hər ay ödənilən 300 manat kirayə haqqının hesablanaraq ona ödənilməsini tələb etməsinə baxmayaraq onun həmin tarixdən kirayədə yaşadığını təsdiq edən heç bir sənəd təqdim etməmişdir. Gəraybəyli kənd İƏD üzrə nümayəndəliyin RİH-nə təqdim etdiyi xx.xx.2023-cü il tarixli arayışında Xəlilli kənd sakini İddiaçı Xəlilli kəndində 204 saylı təsərrüfatda ailəsinə məxsus 1958-ci ildə inşa edilmiş evdə yaşadığı və hal-hazırda da yaşamaqda davam etdiyi göstərilir.

6. İddia tələbinə dair aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - İsmayıllı Rayon İcra Hakimiyyətinin xx.xx.2023-cü il tarixli məktubu. - xx.xx.2023-cü il tarixli Qərarın surəti. - Azərbaycan Respublikası Cavabdeh1 Tikintidə X4 Agentliyinin xx.xx.2023-cü il tarixli məktubu. - Azərbaycan Respublikasının xx.xx.2019-cu il tarixli 1021 nömrəli sərəncamının surəti. - xx.xx.2023-cü il tarixli X7 surəti. - İsmayıllı rayon İH Başçısının Gəraybəyli kənd İƏD üzrə nümayəndəsinin xx.xx.2023-cü il tarixli arayışı.

7. Şəki İnzibati Məhkəməsinin (hakim Fəxri Hacızadə) xx.xx.2024-cü il tarixli 2- 1(116)-1401/2024 nömrəli qərarı ilə İddiaçı cavabdehlər İsmayıllı Rayon İcra Hakimiyyəti və Azərbaycan Respublikası Cavabdeh1nə qarşı “Şamaxı-İsmayıllı-Ağsu rayonlarının ərazisində baş vermiş məlum zəlzələnin baş verdiyi xx.xx.2019-cu il tarixdən başlayaraq evinin tikilib ona təhvil veriləcəyi günədək hər ay ödənilən 300 manat kirayə haqqının hesablanaraq cavabdehlərin üzərinə qoyulması” tələbinə dair iddiasının təmin edilməməsi qərara alınmışdır.

8. Məhkəmə qeyd etmişdir ki, iddiaçıya məxsus fərdi yaşayış evi təbii fəlakət nəticəsində zərər görmüş evlərin siyahısına daxil edilmişdir. Lakin, iddiaçının hazırkı tələbi mənzil inşa olunanadək ona kirayə haqqının verilməsi ilə bağlıdır. Sərəncama əsasən hazırkı iş üzrə cavabdehlərə iddia tələbi istiqamətində hər hansı maliyyə vəsaiti ayrılmamış, eləcə də qanunvericilikdə hazırkı cavabdehlərin timsalında Azərbaycan Respublikasının belə bir öhdəliyi mövcud deyildir. Qeyd olunan Sərəncama əsasən təbii fəlakətdən zərər görmüş şəxslərin müvəqqəti yaşayış yerləri ilə təmin edilməsi həyata keçirilmişdir. Odur ki, məhkəmə hesab etmişdir ki, yuxarıda qeyd olunanlara baxmayaraq iddiaçıya məxsus mənzilin təmiri ilə bağlı dövlətin yardım etməyi digər öhdəliyin, o cümlədən kirayə pulunun verilməli olması kimi nəzərdə tutulmamışdır.

9. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək Şəki İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(116)-1401/2024 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir.

Apellyasiya şikayətinin dəlilləri

10. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikasının Şamaxı, İsmayıllı və Ağsu rayonlarında baş vermiş təbii fəlakətin nəticələrinin aradan qaldırılması işlərinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” xx.xx.2019-cu il tarixli Sərəncama əsasən iddiası təmin edilməli, zəlzələdən zərər görmüş şəxs kimi kirayə haqqı verilməlidir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

11. Cavabdeh İsmayıllı Rayon İcra Hakimiyyətinin apellyasiya şikayətinə qarşı etirazı onunla əsaslandırılmışdır ki, hal-hazırda Xəlilli kənd sakini İddiaçı Xəlilli kəndində 204 saylı təsərrüfatda ailəsinə məxsus 1958-ci ildə inşa edilmiş evdə yaşadığı və yaşamaqda davam etməsi barədə Gəraybəyli kənd İƏD üzrə nümayəndəliyin RİH-ə təqdim etdiyi xx.xx.2025-ci il tarixli 5-54-9/2-42/2025 saylı arayışı etiraza əlavə edilir. xx.xx.2019-cu il tarixdən başlayaraq evinin tikilib ona veriləcəyi günədək hər ay ödənilən 300 manat kirayə haqqının hesablanaraq ona ödənilməsini tələb etsə də, şikayətçi məhkəməyə kirayədə yaşadığını təsdiq edən heç bir sənəd təqdim edə bilməmişdir. 05 fevral 2019-cu ildə baş vermiş zəlzələ ilə bağlı yerli icra hakimiyyətlərinin üzərinə düşən vəzifə yaşayış evlərinə dəymiş ziyanla bağlı bir ay ərzində daxil olmuş müraciətləri siyahıya almaq və aidiyyəti üzrə Cavabdeh1nə təqdim etmək olmuşdur. İddiaçı komissiya rayon ərazisində fəaliyyətini başa vurduqdan sonra müraciət etdiyi üçün evinə baxış keçirilməsi və dəymiş ziyanın səbəblərinin müəyyənləşdirilməsi mümkün olmamışdır. - 05 fevral 2019-cu il tarixdə baş vermiş məlum zəlzələ nəticəsində evinin zəlzələdən zərər görmüş evlər sırasına daxil edilməsi öhdəliyinin cavabdeh İsmayıllı Rayon İcra Hakimiyətinin və Azərbaycan Respublikası Cavabdeh1 üzərinə qoyulması tələbinə dair İddiaçı iddia ərizəsinə Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli məhkəmə iclasında baxılmış, iddia ərizəsi cavabdeh İsmayıllı Rayon icra Hakimiyətinə aid hissədə mümkün sayılmamışdır. İşə mahiyyəti üzrə baxan Bakı İnzibati Məhkəməsinin həmin tarixli 2-1(112)-249/2022 nömrəli qərarı ilə iddiaçıya məxsus İsmayıllı rayonunun Xəlilli kəndində yerləşən yaşayış evinin xx.xx.2019-cu il tarixdə baş vermiş zəlzələ nəticəsində zəlzələdən zərər görmüş evlərin siyahısına daxil edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Cavabdeh1 üzərinə qoyulmuşdur. - Zəlzələdən zərər görmüş evlərin müəyyən edilməsi və bununla bağlı müvafiq tədbirlərin görülməsi Azərbaycan Respublikası Cavabdeh1 vəzifələrinə daxildir. Prosedur qaydalarına uyğun olaraq Azərbaycan Respublikası Cavabdeh1 mütəxəssisləri iddiaçıya məxsus yaşayış evinə baxış keçirdikdən sonra yaşayış evin dayanıqlığı barədə rəy verir. FHN həmin rəylər əsasında yaşayış evinin qənaətbəxş, təmir, bərpa gücləndirmə və ya qəzalı olması barədə qərar verir. Evin qəzalı olması barədə qərar verildiyi halda yaşayış evi sökülərək yeni ev tikilir. Yeni ev tikilənədək vətəndaşların kirayə və digər kommunal xərclərinin qarşılanması qanunvericilikdə nəzərdə tutulmamışdır. Birinci instansiya məhkəməsi işə mahiyyəti üzrə baxarkən düzgün nəticəyə gəlmiş, əsaslı və qanuni qərar çıxarmışdır. Yuxarıda göstərilənlərə əsasən Şəki İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(116)-1401/2024 nömrəli qərarından verilmiş apellyasiya şikayətinin təmin edilməməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.

Tərəflərin izahatları

12. Məhkəmə kollegiyasının hazırki iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq tərəflər iştirak etməmişlər. Nümayəndə məhkəmə iclasında gələrək iddiaçının nümayəndəsi olduğunu bildirsə də, qanunvericiliyin tələblərinə uyğun etibarnaməsi olmadığından dinlənilməmişdir. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin 62.3-cü mаddəsi).

Tətbiq edilən hüquq

13. İnzibati Prosessual Məcəllə: Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Maddə 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.

14. Azərbaycan Respublikası Mənzil Məcəlləsi: Maddə 13.2. Otaqlardan, habelə yaşama ilə əlaqədar məişət və digər ehtiyacların ödənilməsi üçün nəzərdə tutulmuş yardımçı sahələrdən ibarət fərdi müəyyən edilmiş ev yaşayış evi hesab edilir. Maddə 28. Qəza vəziyyətində olan mənzillərin (yaşayış binalarının) yenidən qurulması və (və ya) yenidən planlaşdırılması. 28.1. Mülkiyyətçi ona məxsus mənzilin (yaşayış binasının) qəza vəziyyətinə düşməməsi üçün onu vaxtlı-vaxtında əsaslı təmir etmək, mənzil (yaşayış binası) təbii fəlakət və ya mülkiyyətçidən asılı olmayan digər səbəblərdən qəza vəziyyətinə düşdükdə isə onu mümkün olan ən qısa müddət ərzində təmir və bərpa etmək vəzifəsini daşıyır.

15. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 11.1 İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 12.2. İnzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. Maddə 17. fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Maddə 19.1. inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Maddə 21.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. Maddə 21.2. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə borcludur. Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Maddə 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Maddə 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Maddə 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Maddə 46.3-cü maddəsinə əsasən maraqlı şəxsdən işdə olan sənədin məzmununun həqiqiliyi barədə sübut tələb olunması qadağandır.

16. “Yerli icra hakimiyyətləri haqqında” Əsasnamə: Bənd 1.5. Yerli icra hakimiyyətinin başçısı, müvafiq inzibati ərazi vahidində onun fəaliyyətini təmin etmək məqsədi ilə yaradılan aparat, inzibati ərazi dairələri üzrə nümayəndəliklər, sahə inzibati ərazi dairələri üzrə nümayəndəliklər, yerli icra hakimiyyəti başçısının yanında olan orqanlar (bundan sonra - yanında olan orqanlar), tabeliyində olan dövlətə məxsus hüquqi şəxslər (bundan sonra - tabeliyində olan hüquqi şəxslər) və mərkəzi icra hakimiyyəti orqanlarının ( Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Cavabdeh1, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti istisna olmaqla) və onların yanında dövlət xidmətlərinin və dövlət agentliklərinin şəhər, rayon və şəhər rayonu qurumları, habelə mərkəzi icra hakimiyyəti orqanlarının sisteminə daxil olan və fəaliyyəti yalnız müvafiq inzibati ərazi vahidinin hüdudları ilə məhdudlaşan qurumlar (bundan sonra - mərkəzi icra hakimiyyəti orqanlarının yerli qurumları) yerli icra hakimiyyəti sisteminə daxildir və müvafiq ərazidə dövlət idarəçiliyini həyata keçirirlər.

Apellyasiya şikayətinin mümkünlüyü

17. İddiaçının apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri).

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

18. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qərar qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

19. Bununla bağlı, məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə birinci instansiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, birinci instansiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

20. Birinci instansiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, birinci instansiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

21. Bununla belə, birinci instansiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşarkən, məhkəmə kollegiyası həmçinin aşağıdakıları nəzərə aldığını qeyd etməyi zəruri sayır.

22. Belə ki, iş materialları ilə müəyyən edilir ki, iddiaçının hazırkı tələbi onun zəlzələ nəticəsində zərər dəymiş evi inşa olunanadək ona kirayə haqqının verilməsi ilə bağlıdır.

23. İddiaçının apellyasiya şikayətinin dəlili isə Azərbaycan Respublikası Prezidentinin Azərbaycan Respublikasının Şamaxı, İsmayıllı və Ağsu rayonlarında baş vermiş təbii fəlakətin nəticələrinin aradan qaldırılması tədbirləri haqqında 7 fevral 2019-cu il tarixli Sərəncamına əsasən ona kirayə haqqının verilməsi ilə bağlıdır.

24. Məhkəmə kollegiyası ilk olaraq qeyd etməyi zəruri hesab edir ki, həmin Sərəncama əsasən baş vermiş zəlzələlər nəticəsində Şamaxı, İsmayıllı və Ağsu rayonlarında yaşayış evlərinə, sosial və infrastruktur obyektlərinə dəymiş ziyanın aradan qaldırılması üçün Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Cavabdeh1nə 2 milyon manat ayrılmışdır.

25. Həmçinin “Azərbaycan Respublikasının Şamaxı, İsmayıllı və Ağsu rayonlarında baş vermiş təbii fəlakətin nəticələrinin aradan qaldırılması işlərinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” xx.xx.2019-cu il tarixli Sərəncama əsasən baş vermiş zəlzələlər nəticəsində Şamaxı, İsmayıllı və Ağsu rayonlarında yaşayış evlərinə, sosial və infrastruktur obyektlərinə dəymiş ziyanın aradan qaldırılması işlərinin davam etdirilməsi üçün Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan cəmi 11 milyon manat, o cümlədən yaşayış evlərinin, sosial və infrastruktur obyektlərinin tikintisi və onlarda bərpagücləndirmə işlərinin davam etdirilməsi üçün Cavabdeh1nə 5 milyon manat, yaşayış evlərinin təmiri üçün Şamaxı, İsmayıllı və Ağsu rayon icra hakimiyyətlərinin hər birinə 2 milyon manat ayrılmışdır.

26. Göründüyü kimi hər iki sərəncamlara əsasən ayrılan maliyyə vəsaiti yaşayış evlərinə, sosial və infrastruktur obyektlərinə dəymiş ziyanın aradan qaldırılması, həmçinin yaşayış evlərinin, sosial və infrastruktur obyektlərinin tikintisi, onlarda bərpa-gücləndirmə işlərinin davam etdirilməsi və yaşayış evlərinin təmiri üçün nəzərdə tutulmuşdur. İddiaçının tələbi isə mənzili inşa olunanadək ona kirayə haqqının verilməsi ilə bağlıdır. Qeyd olunan Sərəncamlarda isə hazırkı iş üzrə cavabdehlərə iddia tələbi istiqamətində hər hansı maliyyə vəsaitinin ayrılması nəzərdə tutulmamışdır. Eləcə də qanunvericilikdə hazırkı cavabdehlərin timsalında Azərbaycan Respublikasının belə bir öhdəliyi mövcud deyildir.

27. Bundan başqa, apellyasiya şikayətinin digər dəlili ondan ibarətdir ki, iddiaçı, Şamaxı-İsmayıllı-Ağsu rayonlarının ərazisində baş vermiş məlum zəlzələnin baş verdiyi xx.xx.2019-cu il tarixdən başlayaraq evinin tikilib ona təhvil veriləcəyi günədək hər ay ödənilən 300 manat kirayə haqqının hesablanaraq ona ödənilməsini tələb edir.

28. Bununla bağlı Kollegiya yuxarıda qeyd olunanlardan əlavə olaraq qeyd edir ki, iş materiallarına əlavə edilmiş Gəraybəyli kənd İƏD üzrə nümayəndəliyin RİH-ə təqdim etdiyi xx.xx.2025-ci il tarixli 5-54-9/2-42/2025 saylı arayışından görünür ki, İsmayıllı rayonu Xəlilli kənd sakini Babayeva X1 204 saylı təsərrüfatda ailəsinə məxsus 1958-ci ildə inşa edilmiş evdə yaşamış və hal-hazırda yaşamaqda davam edir. Göründüyü kimi, iddiaçı zəlzələdən sonra da həmin evdə yaşamış, məhkəməyə kirayədə yaşadığını təsdiq edən heç bir sənəd təqdim edə bilməmişdir.

29. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, yuxarıda qeyd edilən normaların tələblərini hazırkı iddia tələbi üzrə işin hallarına tətbiq edərək apellyasiya şikayətinin dəlillərini birinci instansiya məhkəməsinin qərarının ləğvinin və iddianın təmin edilməsinin əsası kimi qəbul etmir və əsassız hesab edərək belə qənaətə gəlir ki, cavabdehlərin imtinasını əsaslı, iddianın təmin olunmasını isə istisna edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilir, cavabdehlərin imtinası qanunvericiliyə zidd olmamış və iddiaçının hüquqlarını pozmamış, imtina mövcud inzibati praktikaya uyğun, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur.

30. İşin faktiki hallarına qeyd olunan normaların tələblərinin tətbiqi baxımından hüquqi qiymət verən məhkəmə kollegiyasının qənaətinə görə birinci instansiya məhkəməsi işin faktiki hallarını tam araşdırmaqla iddianı təmin etməməkdə düzgün nəticəyə gəlmişdir. Ona görə də birinci instansiya məhkəməsinin qərarı İPM-in 87.6-cı maddəsinə əsasən dəyişdirilmədən qüvvədə saxlanılmalı, iddiaçının apellyasiya şikayətinin dəlilləri əsassız olduğu üçün təmin edilməməlidir.

31. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68, 69, 81.2, 87.6, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən, məhkəmə kollegiyası

Qərara aldı

İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(116)-1401/2024 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. İnzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarı ondan şikayətin verilmədiyi halda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar