Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-249/2021 11.06.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məlikov Vəzirxan İsgəndər oğlu (sədrlik edən və məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və Hüseynov Elçin Şirin oğlundan ibarət tərkibdə, Quluzadə Rahul Teyyuf oğlunun katibliyi, İddiaçı və cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialına qarşı “1941-1945-ci illər müharibəsində Qələbənin ildönümü ilə əlaqədar X10 iştirakçısı olmuş mərhum X4 həyat yoldaşı olaraq maddi yardımların 2010-2020-ci illər üçün hesablanıb ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dаir inzibаti iş üzrə Şəki İnzibati Məhkəməsinin 16 mart 2021ci il tarixli, 2-1(116)-226/2021 nömrəli qərarından cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Yevlax rayon filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 1941-1945-ci illər müharibəsində Qələbənin ildönümü ilə əlaqədar X10 iştirakçısı olmuş mərhum X4 həyat yoldaşı olaraq maddi yardımların 20102020-ci illər üçün hesablanıb ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının mərhum həyat yoldaşı 1910-cu il təvəllüdlü X2 Vətən Müharibəsi iştirakçısı olmuş və 11 aprel 1986-cı il tarixdə Yevlax rayonu Qoyunbinəsi kəndində vəfat etmişdir. Hər il Qələbə günü münasibətilə müharibə veteranlarına birdəfəlik maddi yardımlar verilir. Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin "1941-1945-ci illər müharibəsi iştirakçılarına, həlak olmuş və ya sonradan vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə birdəfəlik maddi yardım edilməsi barədə" 2010-cu il 22 aprel tarixli sərəncamı ilə 1941-1945-ci illər müharibəsində Qələbənin 65-ci ildönümü ilə əlaqədar X10 iştirakçılarına 500 manat, müharibədə həlak olmuş və ya sonradan vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə, döyüşən cəbhələrin arxa hüdudları, döyüşən donanmaların əməliyyat zonaları daxilində ordunun və donanmanın mənafeyi üçün tapşırıqları yerinə yetirmiş xüsusi birləşmələrin işçilərinə, Leninqrad şəhərinin müdafiəsinə görə müvafiq medal və döş nişanı ilə təltif edilmiş şəxslərə, habelə Leninqrad mühasirəsinin iştirakçılarına 200 manat məbləğində birdəfəlik maddi yardım edilmişdir. Hər il Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin məlum sərəncamları ilə bu maddi yardım artırılaraq verilməkdədir. Lakin iddiaçı X10 iştirakçısı olmuş mərhum X4 həyat yoldaşı olaraq bu yardımları ala bilməmişdir. Bu barədə dəfələrlə şifahi müraciəti nəticəsiz qalmışdır. DSMF publik hüquqi şəxsinin Yevlax rayon filialına yazılı surətdə etdiyi son müraciətə müsbət cavab verilməmişdir. Ona görə də iddiaçı 19411945-ci illər müharibəsində Qələbənin ildönümü ilə əlaqədar X10 iştirakçısı olmuş mərhum X4 həyat yoldaşı olaraq maddi yardımların 2010- 2020- ci illər üçün hesablanıb verilməsi öhdəliyinin DSMF publik hüquqi şəxsinin Yevlax rayon filialının üzərinə qoyulmasına dair iddia ərizəsi ilə aidiyyəti üzrə Şəki İnzibati Məhkəməsinə müraciət etmək məcburiyyətində qalmışdır. DSMF Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialının məhkəməyə ünvanladığı 06.01.2021-ci il tarixli etiraz məktubunda qeyd edilir ki, İddiaçı özünün məhkəməyə təqdim etdiyi iddia ərizəsində bildirmişdir ki, mərhum həyat yoldaşı X6 “X10” iştirakçısı olmuşdur. Onun həyat yoldaşı olaraq indiyədək almadığı birdəfəlik maddi yardımları almaq istəyir. Lakin nəzərə almaq lazımdır ki, “1941-1945-ci illər müharibəsi iştirakçılarına, həlak olmuş və ya sonradan vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə birdəfəlik maddi yardım edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin Sərəncamı 22 aprel 2010-cu il tarixdə verilmişdir. Həmin vaxtdan isə 10 ildən artıq müddət keçmişdir. Azərbaycan Respublikası Prezidentinin 22 aprel 2010-cu il tarixli Sərəncamında isə həmin birdəfəlik maddi yardımın əvvəlki illər üzrə birdəfəlik qaydada ödənilməsi nəzərdə tutulmamışdır. Odur ki, iddiaçının tələbi üzrə hüquqi əsas mövcud deyildir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu sosial təminat hüququnun məzmununu dəfələrlə təhlil edərək qeyd etmişdir ki, Konstitusiyada təsbit olunmuş digər hüquqlarla (şəxsi, iqtisadi, siyasi və mədəni) bərabər, sosial hüquqların eyni qaydada qorunmasına və müdafiəsinə təminat verilməsinə baxmayaraq, həmin hüquqların təmin edilməsində və həyata keçirilməsində bir sıra səciyyəvi xüsusiyyətlər mövcuddur. Belə ki, şəxsi və siyasi hüquqlardan fərqli olaraq sosial hüquqların səmərəli həyata keçirilməsi dövlətin bu hüquqları təmin edə biləcək maliyyə imkanları ilə bağlıdır. (Konstitusiya Məhkəməsi Plenumunun “Əmək pensiyaları haqqında’’ Azərbaycan Respublikasının Qanununun 8.1-ci və 8.3-cü maddələrini Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair 1 dekabr 2010-cu il tarixli Qərarı). Lakin bütün hallarda pensiya, müavinət və digər ödənişlərin təyin edilməsi və ödənilməsinin qanunverici tərəfindən tənzimlənməsi bərabərlik hüququna əsaslanmalı, o cümlədən Konstitusiyada normativ hüquqi aktların hüquqa və haqq-ədalətə (bərabər mənafelərə bərabər münasibətə) əsaslanması və Konstitusiyaya zidd olmaması prinsiplərinə uyğun həyata keçirilməlidir. Birinci instansiya məhkəməsinin məhkəmə iclasında iddiaçı iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin 16.03.2021-ci il tarixli iclasında cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Yevlax rayon filialının əsl cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialı ilə əvəz olunması barədə protokol qərardadı qəbul edlmişdir. İş materiallarında olan Yevlax Rayon Qeydiyyat Şöbəsinin 14.07.2020-ci il tarixli, 1167/1 nömrəli akt qeydindən görünür ki, X6 ilə Bəşirova (Zeynalova) Səmayə Lətif qızı arasında 27.11.1946-cı il tarixdə nikah bağlanmışdır. İş materiallarında olan Yevlax Rayon Qeydiyyat Şöbəsinin 14.07.2020-ci il tarixli, 1167 nömrəli akt qeydindən görünür ki, X6 08.02.1986-cı il tarixdə vəfat etmişdir. İş materiallarında olan şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı 1912-ci ildə doğulmuşdur. İş materiallarında olan Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Yevlax rayon şöbəsinin 13.07.2020-ci il tarixli, 359 nömrəli arayışından görünür ki, X6 1910-cu ildə doğulmuşdur. İş materiallarında olan Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Yevlax rayon şöbəsinin 13.07.2020-ci il tarixli, 359 nömrəli arayışından görünür ki, iddiaçının mərhum həyat yoldaşı X1 Dünya Müharibəsi iştirakçısı olmuşdur. Şəki İnzibati Məhkəməsinin (hakim İlqar Cabbarov) 16 mart 2021-ci il tarixli, 2- 1(116)-226/2021 nömrəli qərarı ilə iddia tələbi təmin edilmiş, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialının üzərinə 1941-1945-ci illər müharibəsində Qələbənin ildönümü ilə əlaqədar X10 iştirakçısı olmuş mərhum X4 həyat yoldaşı olaraq maddi yardımların 2010-2020-ci illər üçün hesablanıb İddiaçı ödənilməsi öhdəliyin qoyulması qərara alınmışdır. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialı apellyasiya şikayəti verərək Şəki İnzibati Məhkəməsinin 16 mart 2021-ci il tarixli, 2-1(116)-226/2021 nömrəli qərarının ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətində qeyd etmişdir ki, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Yevlax Rayon Filialına qarşı “əvvəlki illər üzrə birdəfəlik maddi yardımın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət etmişdir. İddiaçı iddia ərizəsində göstərmişdir ki, mərhum həyat yoldaşı X6 “X10” iştirakçısı olmuşdur. Onun həyat yoldaşı olaraq indiyədək almadığı birdəfəlik maddi yardımları almaq istəyir. Şəki İnzibati Məhkəməsinin 16.03.2021-ci il tarixli, 2-1(116)-226/2021 nömrəli qərarı ilə iddianın təmin edilməsi, İddiaçı 2010-2020-ci illər üzrə maddi yardımların birdəfəlik ödənilməsi öhdəliyinin Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialına həvalə edilməsi qərara alınmışdır. Şəki İnzibati Məhkəməsinin 16.03.2021-ci il tarixli, 2-1(116)-226/2021 nömrəli qərarını qanunsuz və əsassız hesab edir. İddiaçının iddiası üzrə heç bir hüquqi əsas mövcud olmasa da, bu, məhkəmə tərəfindən nəzərə alınmamışdır. Belə ki, “1941-1945-ci illər müharibəsi iştirakçılarına, həlak olmuş və ya sonradan vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə birdəfəlik maddi yardım edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin Sərəncamı 22 aprel 2010-cu il tarixdə verilmişdir. Həmin vaxtdan isə 10 ildən artıq müddət keçmişdir. Göründüyü kimi, İddiaçı iddiasını təsdiq edəcək heç bir mötəbər sübut aşkar edilməmişdir. Ona gərə də Şəki İnzibati Məhkəməsinin 16 mart 2021-ci il tarixli, 2-1(116)-226/2021 nömrəli qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş edirik. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nümayəndəsi X5 apellyasiya şikayətinin təmin edilməsini və Şəki İnzibati Məhkəməsinin 16 mart 2021-ci il tarixli, 2-1(116)-226/2021 nömrəli iş üzrə qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin təmin edilməməsini Şəki İnzibati Məhkəməsinin 16 mart 2021-ci il tarixli, 2-1(116)-226/2021 nömrəli iş üzrə qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Əsaslandırma hissəsi Cavabdehin apellyasiya şikayəti qismən uğurlu sayılır. Belə ki, o, mahiyyət etibarı ilə qismən əsaslıdır. İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. İddia həmçinin qismən əsaslıdır. Beləliklə, hazırkı iş üzrə iddiaçının mərhum həyat yoldaşının X10 illərində hərbi xidmətdə olması, 11 aprel 1986-cı ildə vəfat etməsi işin mübahisəsiz hallarına aiddir. Hazırkı işin yeganə mübahisələndirilən halı müavinətin nə vaxtdan ödənilməli olması ilə bağlıdır. Belə ki, Azərbaycan Respublikası Prezidentinin “1941-1945-ci illər X8 iştirakçılarına, həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə birdəfəlik maddi yardım verilməsi haqqında” 22 aprel 2010-ci il tarixli sərəncamında birdəfəlik maddi yardım verilməli olan şəxslərə verilməli olan maddi yardımın verilməsi hər hansı bir müddətlə məhdudlaşdırılmamışdır. Həmin sərəncamda birdəfəlik maddi yardım verilməli olan subyektlərin dairəsi, birdəfəlik verilməli olan maddi yardımın məbləğləri və həmin sərəncamların icrası ilə bağlı məsələlər nəzərədə tutulmuşdur. İddiaçının müvafiq sənədləri gec əldə etməsi və həmin sənədləri 13.07.2020-ci il tarixdə cavabdehə təqdim etməsi onun bu statusu yeni qazanması kimi qiymətləndirilə bilməz. Belə ki, o bu statusu onun həyat yoldaşının vəfat etdiyi vaxtdan əldə etmişdir. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun: 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Azərbaycan Respublikası Konstitusiyasının: 12-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədidir. 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, 1941-1945-ci İkinci X10 iştirakçılarına, həlak olmuş və ya sonradan vəfat etmiş döyüşçülərin dul arvadlarına birdəfəlik maddi yardımın əvvəlki illər üzrə üzrə ödənlməsi qaydaları qanunla müəyyən edilməmişdir. Lakin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 11.1-ci maddəsinə əsasən mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası). Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Republikası Qanununun 31.1-ci maddəsinə əsasən, əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən heç bir müddət məhdudiyyəti olmadan istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinə görə əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasının “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin tətbiqinə dair 08 oktyabr 2020-ci il tarixli qərarında “pensiyanın yenidən hesablanması” tələbinə dair işlər üzrə hüququn tələbi üzrə məhkəmə təcrübəsinin vahidliyini təmin edilməsi məqsədlə qərara alınmışdır ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin 1-ci cümləsində nəzərdə tutulan “müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə” müddəası pensiya hüququ 2017-ci il 01 iyul tarixədək yaranmış, lakin əmək pensiyasının təyin edilməsi və ya yenidən hesablanması üçün inzibati orqana həmin tarixdən sonra müraciət etmiş şəxslərə münasibətdə də tətbiq edilməlidir. İddiaçı işdə olan ərizəsindən və cavabdeh orqanının 18 avqust 2020-ci il tarixli imtina məktubundan görünür ki, “1941-1945-ci illər müharibəsində Qələbənin il dönümü ilə əlaqədar X10 iştirakçısı olmuş mərhum X4 həyat yoldaşı olaraq o, maddi yardımların 2010-2020-ci illər üçün hesablanıb ödənilməsi üçün cavabdeh inzibati orqana 13 avqust 2020-ci ildə müraciət etmişdir. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə qismən razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi işin faktiki hallarını tam və hərtərəfli araşdırsa da, iddia tələbini tam təmin etməklə maddi və prossesual hüquq normalarının tətbiqində səhvə yol verərək inzibati iş üzrə düzgün nəticəyə gəlməmişdir. Ona görə də məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməli, cavabdehin üzərinə 1941-1945-ci illər müharibəsində Qələbənin ildönümü ilə əlaqədar X10 iştirakçısı olmuş mərhum X4 həyat yoldaşı olaraq maddi yardımların 13 avqust 2018-ci il tarixdən 13 avqust 2020-ci il tarixə kimi həmin illərdə müəyyən edilmiş məbləğə uyğun olaraq hesablanıb iddiaçıya ödənilməsi öhdəliyi qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının tələbi qanuni və əsaslıdır. Apellyasiya şikayətinin dəlilləri isə birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün yetərli deyildir, onа görə də, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya şikayəti təmin edilməməli və qərar dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Nəticəvi hissə Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68, 69, 87.6, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən, məhkəmə kollegiyası qərаrа аldı: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Şəki İnzibati Məhkəməsinin 16 mart 2021-ci il tarixli, 2-1(116)-226/2021 saylı qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddia tələbi qismən təmin edilsin. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialının üzərinə 1941-1945-ci illər müharibəsində Qələbənin il dönümü ilə əlaqədar X10 iştirakçısı olmuş mərhum X4 həyat yoldaşı olaraq maddi yardımların 13 avqust 2018-ci il tarixdən 13 avqust 2020-ci ilə kimi həmin illərdə müəyyən edilmiş məbləğə uyğun olaraq hesablanıb İddiaçı ödənilməsi öhdəliyi qoyulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarı ondan şikayət verilmədiyi halda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-1(107)-249/2021
Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-249/2021
11.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver