Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-249/2022 17.11.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məlikov Vəzirxan İsgəndər oğlu (sədrlik edən və məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və Cavadova Günay İsmayıl qızından ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi, İddiaçı və cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 9 saylı Qəbələ Ərazi İdarəsinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı “xx.xx.2020-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən mülkiyyətində olan İsmayıllı şəhəri H.Əliyev prospekti 81 ünvanında, 0,06 ha torpaq sahəsində yerləşən 54 kv.m talvar tikintisi hissəsinin qeyriyaşayış sahəsi kimi qeydiyyata alınaraq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibаti iş üzrə Şəki İnzibati Məhkəməsinin 24 may 2022-ci il tarixli, 2-1(116)-416/2022 nömrəli qərarından cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2020-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən mülkiyyətində olan İsmayıllı şəhəri H.Əliyev prospekti 81 ünvanında, 0,06 ha torpaq sahəsində yerləşən 54 kv.m talvar tikintisi hissəsinin qeyri-yaşayış sahəsi kimi qeydiyyata alınaraq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddia tələbinin əsaslarına görə, iddiaçı cavabdeh tərəfindən xx.xx.2020-ci il tarixdə reyestr nömrəsi **********70-10301 və ********** qeydiyyat nömrəli Çıxarış əsasında İsmayıllı şəhər H.Əliyev prospekti 81 ünvanda mülkiyyətdə olan 0,06 ha torpaq sahəsinin üzərində ümumi sahəsi 117 kv.m olan əmlaka dair fərdi yaşayış evi kimi çıxarış əldə etmişdir. Hal-hazırda həmin torpaq sahəsi üzərində olan 46,2 kv.m 2 (iki) otaqlı yaşayış evi, 30,0 kv.m bağlı eyvan, 10,5 kv.m, 34,5 kv.m dəhliz və 54 kv.m yardımçı sahədən ibarət tiklilər mövcuddur. İddiaçı mülkiyyətində olan 54 kv.m yardımçı talvar (mövcud təsərrüfat tikilisi) tikilisinin yenidən qurulacaq lahiyəyə uyğun diş texniki emalatxanası təyinatına uyğun istismar edilməsinə, yaşayış sahəsini qeyri-yaşayış sahəsinə keçirilməsinə, oranın sənədləşdirilməsinə icazə verilməsi üçün İsmayıllı Rayon İcra Hakimiyyəti aparatına ərizə ilə müraciət etmişdir. İsmayıllı Rayon İcra Hakimiyyəti aparatının Memarlıq və Tikinti şöbəsi ilə razılaşdırılmış qaydada İcra Hakimiyyəti başçısı tərəfindən 20 sentyabr 2021-ci il tarixli, 125 nömrəli Sərəncam verilmiş, yaşayış sahəsinin (həyətyanı sahədə inşa edilmiş talvar) qeyri-yaşayış sahəsinə (ümumi sahəsi 42,84 kv.m olan diş texniki emalatxanasının sənədləşdirilməsi üçün icazə verilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il tarixli, 200 nömrəli qərarı ilə təsdiq edilmiş formaya uyğun olaraq yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsi haqqında Bildiriş hazırlanmışdır. Bundan sonra İcra hakimiyyətində təşkil olunmuş komissiya tərəfindən iddiaçının mülkiyyətində olan yaşayış sahəsinin texniki pasportuna və çıxarışa baxış keçirilmişdir. Baxış zamanı həmin obyekt DƏDRX-də talvar tikintisi təyinatında qeydiyyata alınmasına baxmayaraq uzun illərdir diş texniki emalatxanası təyinatında istifadə edildiyini, həmin sahədə qeyri-yaşayış üçün lazım olan bütün şəraitin yaradıldığı adiyyəti dövlət orqanlarının birgə iştirakı ilə təsdiq edilmiş akt və müvafiq rəylər alındığı, yaşayış sahəsinin (həyətyanı sahədə yerləşən həmin talvar tikilisinin bir hissəsi) qeyri-yaşayış sahəsinə keçirilməsini məqsədəuyğun hesab edilməsi müəyyən olunmuşdur. İddiaçı cavabdehə ərizə ilə müraciət edərək qeyri-yaşayış sahəsinin (talvar tikilisi) daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmiş, lakin onun müraciəti təmin edilməmişdir. Cavabdeh xx.xx.2021-ci il tarixli **********01 nömrəli etiraz məktubunda qeyd etmişdir ki, iddiaçı Mikayılov X3 şəhərində yerləşən fərdi yaşayış evinin həyət tikilisi kimi qeydə alınmış 53 kv.m talvar tikinti hissəsini qeyri-yaşayış sahəsi kimi mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması ilə bağlı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı ərazi idarəsinə müraciət etmişdir. Təqdim edilmiş sənədlərdən aydın olur ki, 54 kv.m talvar tikintisi fərdi yaşayış evinin həyət tikilisi kimi Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınmışdır. Buna görə də həyət tikilisi (yardımçı tikili) kimi qeydiyyata alınmış talvarın ayrıca qeyri-yaşayış sahəsi kimi Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınması mümkün olmamışdır. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı ərazi idarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 23-cü maddəsinə əsasən İdarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. Cavabdeh etiraz məktubunda iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(116)-416/2022 nömrəli qərardadı ilə İsmayıllı Rayon İcra Hakimiyyəti məhkəmə icraatına üçüncü şəxs qismində adi qaydada cəlb olunmuşdur. Üçüncü şəxs İsmayıllı RİH xx.xx.2021-ci il tarixli 01/621 nömrəli məktubunda fərdi yaşayış evinin 54 kv.m talvar tikilisinin 42,84 kv.m hissəsinin qeyri-yaşayış sahəsi kimi qeydiyyata alınması barədə inzibati işi məhkəmənin mülahizəsinə buraxaraq qanunamüvafiq qərar çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraz məktubunun məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Şəki İnzibati Məhkəməsinin (hakim Fərid İsmayılzadə) 24 may 2022-ci il tarixli, 2- 1(116)-416/2022 nömrəli qərarı ilə iddia tələbi təmin edilərək, xx.xx.2020-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən İddiaçı mülkiyyətində olan İsmayıllı şəhəri H.Əliyev prospekti 81 ünvanında, 0,06 ha torpaq sahəsində yerləşən 54 kv.m talvar tikintisi hissəsinin qeyri-yaşayış sahəsi kimi qeydiyyata alınaraq çıxarışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 9 saylı Qəbələ ərazi idarəsinin üzərinə qoyulması qərara alınmışdır. Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 9 saylı Qəbələ Ərazi İdarəsi həmin qərardan apellyasiya şikayəti vermişdir. Apellyаsiyа şikаyətinin dəlilləri: Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 9 saylı Qəbələ Ərazi İdarəsi apellyasiya şikayətində qeyd etmişdir ki, birinci instansiya məhkəməsi nəticəyə gələrkən prosessual və maddi hüquq normalarının düzgün tətbiq etməyərək qərar qəbul etmişdir. Belə ki, İsmayıllı şəhəri H.Əliyev prospekti 81 ünvanında yerləşən İddiaçı məxsus 0,06 ha torpaq sahəsində yerləşən 54 kv.m talvar tikintisi hissəsinin qeyri-yaşayış sahəsi kimi tikinti obyektinin istismarına icazə verilmədiyi aşkar edilmişdir. Həmin tikinti Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti məcəlləsinin 101.1, 102.2 və 102.7-ci maddələrinin tələbləri ilə ziddiyyət təşkil edir. Ona görə də apellyasiya şikayətinin təmin edilməsini və Şəki İnzibati Məhkəməsinin 24 may 2022-ci il tarixli, 2-1(116)-416/2022 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin rədd edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. İşdə iştirak edən şəxslərin izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 9 saylı Qəbələ Ərazi İdarəsinin nümayəndəsi X2 apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 24 may 2022-ci il tarixli, 2-1(116)-416/2022 nömrəli qərarının ləğv edilərək iddia tələbinin təmin edilməməsini xahiş etdi Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin təmin edilməməsini, Şəki İnzibati Məhkəməsinin 24 may 2022-ci il tarixli, 2-1(116)-416/2022 nömrəli qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. Əsaslandırma hissəsi: Cavabdeh DƏDRX-nin 9 saylı Ərazi İdarəsinin apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Apellyasiya şikayəti mümkündür, əsaslıdır, ona görə də apellyasiya şikayəti uğurlu olacaqdır. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir. Hazırkı işdə iddianın mümkünlüyünə dair digər şərtlər də mövcuddur. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmazdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş, yazılı formada imtina cavabı aldıqdan sonra vaxtında məhkəməyə iddia vermişdir (İPM-in 38.2-ci maddəsi). Məhkəmə kollegiyası tərəfindən iş materiallarında olan sənədlərin tədqiqi zamanı müəyyən edilmişdir ki, xx.xx.2020-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışın surətindən görünür ki, İsmayıllı şəhəri Heydər Əliyev prospekti ev 81 ünvanında, 0,06 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 117 kv.m olan fərdi yaşayış evi İddiaçı xüsusi mülkiyyətindədir. 407-1/408 inventar nömrəli xx.xx.2020-ci il tarixdə tərtib edilmiş texniki pasportun surətindən görünür ki, İsmayıllı şəhəri Heydər Əliyev prospekti ev 81 ünvanında, sənəd üzrə 0,06 ha, faktiki 0,0815 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinin ümumi sahəsi 117 kv.m-dir. Texniki pasportda talvar tikilisinin ümumi sahəsinin 82 kv.m olduğu qeyd olunmuşdur. İsmayıllı RİH-nin xx.xx.2022-ci il tarixli 01/320 nömrəli məktubuna əlavə olunmuş “İsmayıllı şəhər sakini İddiaçı mülkiyyətində olan diş texniki emalatxanasının istismarına uyğun olmasına dair” arayışda qeyd olunur ki, İsmayıllı şəhəri H.Əliyev prospektində İddiaçı məxsus, uzun illərdir fəaliyyət göstərən diş texniki emalatxanasının sənədləşdirilməsi ilə bağlı mövcud qanunvericiliyə uyğun olaraq müvafiq dövlət qurumları ilə razılaşdırılmış layihə əsasında tərəfimizdən bir qisim hüquqi hərəkətlər həyata keçirilmiş, vətəndaşın istəyinə uyğun olaraq həmin tikilinin memarlıq planlaşdırma layihəsi təsdiq edilmiş, RİH başçısının 20 sentyabr 2021-ci il tarixli 125 nömrəli sərəncamı ilə həyətyanı sahədə talvar tikilisi kimi qeyd olunan həmin obyektin təqdim olunan layihə üzrə yenidən qurularaq qeyri-yaşayış sahəsi təyinatında istifadə olunmasına icazə verilmişdir. İsmayıllı RİH-nin xx.xx.2022-ci il tarixli 01/320 nömrəli məktubuna əlavə olunmuş xx.xx.2021-ci il tarixli Aktın təsdiq olunmuş surətindən görünür ki, İsmayıllı şəhəri H.Əliyev prospekti 81 ünvanında İddiaçı diş emalatxanasının yenidən qurulması üçün yararlı 0,06 ha torpaq sahəsi ayrılmışdır. Layihə üzrə tikintialtı sahə 54,00 kv.m-dir. Ayrılmış sahə yanğın və sanitar normalarına uyğun olmaqla təbiətə heç bir ziyan vurmur. İsmayıllı RİH-nin xx.xx.2022-ci il tarixli 01/320 nömrəli məktubuna əlavə olunmuş “Yaşayış sahəsinin (həyətyanı sahədə inşa edilmiş talvar) qeyri-yaşayış sahəsinə keçirilməsi haqqında” bildirişin təsdiq olunmuş surətində qeyd olunur: İsmayıllı şəhərinin H.Əliyev prospekti, ev 81 ünvanında yerləşən ümumi sahəsi 42,84 kv.m yaşayış sahəsinin (talvar tikilisinin bir hissəsi) qeyri-yaşayış məqsədi ilə qeyriyaşayış sahəsinə keçirilməsi barədə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 21.2-ci maddəsinə uyğun olaraq təqdim edilmiş sənədlərə baxaraq,
1. Sahənin: a) yaşayış sahəsindən (qeyri-yaşayış sahəsindən) qeyri-yaşayış sahəsinə (yaşayış sahəsinə) qabaqcadan heç bir şərt qoyulmadan keçirilməsi; b) yaşayış sahəsindən (qeyri-yaşayış sahəsindən) qeyri-yaşayış sahəsinə (yaşayış sahəsinə) aşağıdakı işlərin müəyyən edilmiş qaydada aparılması şərtilə keçirilməsi. Komissiya tərəfindən həmin ünvanda sahəyə baxış keçirilərkən məlum oldu ki, vətəndaşın mülkiyyətində olan həmin obyekt Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində talvar tikilisi təyinatınada qeydiyyata alınmasına baxmayaraq uzun illərdir diş texniki emalatxanası təyinatında istifadə edilir. Vətəndaş tərəfindən həmin sahədə qeyri-yaşayış üçün lazım olan bütün şəraitin yaradıldığını nəzərə alıb, sahənin bildirişin “b” bəndinə uyğun olaraq, aidiyyəti dövlət orqanlarının birgə iştirakı ilə təsdiq edilmiş akt və müvafiq rəyləri nəzərə alınaraq yaşayış sahəsinin (həyətyanı salıədə yerləşən həmin talvar tikilisinin bir hissəsinin) qeyri-yaşayış sahəsinə keçirilməsini məqsədəuyğun hesab edirik. Fəaliyyət göstəriləcək həmin tikilidə razılaşdırılmış memarlıq planşadırma layihəsinə uyğun olaraq yenidənqurma və yenidən planlaşdırma islərinin görülməsi zəruridir.
2. Sözügedən ünvanda yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsi ilə əlaqədar araşdırma aparılarkən hər hansı pozuntu qeydə alınmamışdır. İsmayıllı RİH-nin xx.xx.2022-ci il tarixli 01/320 nömrəli məktubuna əlavə olunmuş Şimal-Qərb regional X5 İdarəsinin xx.xx.2021-ci il tarixli 37/M-00851 nömrəli məktubunda qeyd olunmuşdur ki, İsmayıllı şəhəri H.Əliyev prospekti 81 saylı ünvanda bir mərtəbəli 54 kv.m yardımçı tikilinin qeyri-yaşayış sahəsinə keçirilməsinə etiraz edilmir. İsmayıllı RİH-nin xx.xx.2022-ci il tarixli 01/320 nömrəli məktubuna əlavə olunmuş 6 saylı regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2021-ci il tarixli 05 nömrəli rəyində qeyd olunur ki, İsmayıllı şəhəri H.Əliyev prospekti 81 ünvanında iddiaçıya məxsus 0,06 ha torpaq sahəsində diş texniki emalatxanasının yenidən qurulmasına rəy bildirilməsi barədə müraciət vardır. Sözgedən ərazidə yaşıllıq movcud deyil, ərazidə hər hansı hidrotexniki qurğular yoxdur. Qeyd edilənləri nəzərə alaraq İdarə rəydə göstərilən şərtlər daxilində talvar tikintisinin aparılmasına etirazının olmadığını bildirmişdir. İsmayıllı RİH-nin xx.xx.2022-ci il tarixli 01/320 nömrəli məktubuna əlavə olunmuş İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2021-ci il tarixli 125 nömrəli sərəncamında qeyd olunmuşdur ki, 1. İsmayıllı şəhər sakini İddiaçı İsmayıllı şəhərinin Heydər Əliyev prospekti 81 ünvanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin **********70-10301 nömrəli Çıxarışı ilə qeydiyyata alınmış həyətyanı torpaq sahəsində yerləşən talvar tikilisinin 54 kv.m hissəsinin qeyri-yaşayış sahəsinə (ümumi sahəsi 42,84 kv.m olan diş texniki emalatxanasının sənədləşdirilməsi üçün) keçirilməsinə icazə verilsin;
2. RİH başçısı aparatının Memarlıq və tikinti şöbəsinə tapşırılsın ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il tarixli, 200 nömrəli qərarı ilə təsdiq edilmiş formaya uyğun olaraq yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsi haqqında “Bildiriş” hazırlasın. Birinci instansiya məhkəməsi iddia tələbini təmin edərkən mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçının mülkiyyətində olan yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsi ilə bağlı qanunvericiliklə nəzərdə tutulmuş qaydada İsmayıllı Rayon İcra Hakimiyyəti tərəfindən sərəncam, tikinti obyektinin memarlıq planlaşdırma layihəsi, tikintisinə icazə verilmiş, iddiaçının yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsinə dair təqdim etdiyi sənədlər hüququn dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmuşdur. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq birinci instansiya məhkəməsinin yuxarıda qeyd edilən gəldiyi nəticə ilə razılaşmır və belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməli və birinci instansiya məhkəməsinin inzibati iş üzrə qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilərək iddia tələbi təmin edilməməldir. Cavabdeh orqanın verdiyi apellyasiya şikayətinin dəlili ondan ibarətdir ki, mənzilin istifadəsində olan, iddiaçı tərəfindən təqdim edilən sənədlərin ekspertizası zamanı məlum olmuşdur ki, təqdim etdilmiş sənədlər “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinin tələblərinə cavab vermir. Məhkəmə kollegiyasının 7 oktyabr 2022-ci il tarixdə İddiaçı dövlət reyestrində qeydə aldırmaq istədiyi obyektə baxış keçirilmiş və müəyyən edilmişdir ki, onun fərdi yaşayış evinin qarşısında olan talvarın 42,84 kv.m hissəsində tikinti aparılmış və qapı qoyulmuşdur. Tikili diş texniki emalatxanası olaraq inşa edilmişdir. İddiaçı bildirmişdir ki, həmin tikilinin istismarına icazə sənədi yoxdur. İddiaçının qeydiyyata aldırmaq istədiyi obyektin istismarına icazənin verilibverilməməsi barədə İsmayıllı RİH-ə sorğu edilmiş və təqdim edilmiş sənədlərdən müəyyən olunmuşdur ki, həmin tikilinin istismarına icazə verilməmişdir. Lakin müəyyən olunmuşdur ki, İsmayıllı şəhəri H.Əliyev prospekti 81 ünvanında yerləşən İddiaçı məxsus 0.06 ha torpaq sahəsində yerləşən 54 kv.m talvarın altında tikinti işi aparılmış, lakin tikinti hissəsinin qeyri-yaşayış sahəsi kimi tikinti obyektinin istismarına icazə verilmədiyi aşkar edilmişdir. İsmayıllı şəhəri H.Əliyev prospekti 81 ünvanında yerləşən İddiaçı məxsus 0.06 ha torpaq sahəsində yerləşən 54 kv.m talvar altındakı tikinti Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin aşağıdakı maddələrinin tələblərinə ziddiyət təşkil edir. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 101.1 -ci maddəsinin tələblərinə görə tikinti obyektinin istismarına icazə verilməsi tikintisi başa çatmış obyektin və ya onun bir hissəsinin şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğun tikildiyinin və ondan təyinatı üzrə istifadənin mümkünlüyünün təsdiq edilməsidir. Həmin Məcəllənin 102.2-ci maddəsinin tələblərinə görə obyekt şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğun tikildiyi halda müvafiq icra hakimiyyəti orqanı və ya miivafıq icra hakimiyyəti orqanının yaratdığı qurum (reklam qurğularına münasibətdə isə müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum) tərəfindən tikinti obyektinin istismarına icazə verilir. İstismara icazə tikinti obyekti müayinə edildikdən (tikinti obyektinə baxış keçirildikdən) və onun müəyyən edilmiş tələblərə uyğunluğu təsbit edildikdən sonra verilir. Həmin Məcəllənin 102.7- ci maddəsinin tələblərinə görə tikinti obyektlərinin istismarına icazə verildiyi gündən, habelə məlumatlandırma icraatının tətbiq olunduğu tikinti obyektlərinin tikintisinin başa çatması barədə sifarişçi tərəfindən məlumat verildikdən sonra, müvafiq icra hakimiyyəti orqanı və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum (reklam qurğularına münasibətdə isə müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum) 5 iş günü müddətində bu barədə vahid informasiya təminatı sisteminin tərkib hissəsi olan Tikintilərin Dövlət reyestrinə məlumat təqdim etməlidir. Həmin məlumatlar 3 iş günü müddətində Tikintilərin Dövlət reyestrinin internet səhifəsində yerləşdirilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.9.2-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın l-dək) inşa edilmiş qeyri-yaşayış binalarına münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı hüquqların qeydiyyata alınması üçün əsas kimi müəyyən edilmişdir. Həmin Qanunun 8.0.10.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən və tikintisinə icazə tələb olunan tikinti obyektləri tiçün -torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə hüquqların qeydiyyata alınması üçün əsas kimi müəyyən edilmişdir. Tikinti obyektinin istismarına icazədə nəzərdə tutulan məlumatlar Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 103-cü maddəsində öz əksini tapmışdır. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 101.1-ci maddəsinə əsasən tikinti obyektinin istismarına icazə verilməsi tikintisi başa çatmış obyektin və ya onun bir hissəsinin şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğun tikildiyini və ondan təyinatı üzrə istifadəsinin mümkünlüyünün təsdiq edilməsidir. Həmin Məcəllənin 101.4- cü maddəsinə əsasən tikinti obyektinin istismarına icazənin vahid forması Nazirlər Kabineti tərəfindən müəyyən edilir. Tikinti obyektinin istismarına icazənin vahid forması Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2014-cü il tarixli, 302 nömrəli qərarı ilə təsdiq edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 240.1 -ci maddəsində göstərilir ki, torpaq sahəsinin mülkiyyətçisi şəhərsalma və tikinti normalarını və qaydalarını, habelə torpaq sahəsinin təyinatı ilə bağlı tələbləri gözləmək şərti ilə sahədə binalar və qurğular ucalda bilər, onları yenidən qura və ya uçura bilər, öz sahəsində başqa şəxslərin tikinti aparmasına icazə verə bilər. Həmin məcəllənin 240.2-ci maddəsində göstərilir ki, torpaq sahəsinin mülkiyyətçisi özünə mənsub sahədə ucaldılmış və ya yaradılmış binaya, qurğuya və digər daşınmaz əmlaka mülkiyyət hüququ əldə edir. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, İsmayıllı şəhəri H.Əliyev prospekti 81 ünvanında yerləşən İddiaçı məxsus 0.06 ha torpaq sahəsində yerləşən 54 kv.m talvar altındakı tikinti hissəsi qeyri-yaşayış sahəsi kimi tikinti obyektinin istismarına icazə verilmədiyi aşkar edilmişdir. Tikinti obyekti istismara icazəyə dair müayinə edilməmiş (tikinti obyektinə baxış keçirilməmiş) və onun müəyyən edilmiş tələblərə uyğunluğu təsbit edilməmişdir. Məhkəmə kollegiyası hesab edirik ki, birinci instansiya məhkəməsi mövcud qanunvericilikdə nəzərdə tutlmuş halları nəzərə almamış və belə olan halda iddiaçının əsassız tələbini əsaslı hesab edərə qərar çıxarmışdır. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmır və hesab edir ki, birinci instansiya məhkəməsi işin faktiki hallarını tam və hərtərəfli araşdırmamış, iddia tələbini təmin etməklə maddi və prossesual hüquq normalarının tətbiqində səhvə yol verərək inzibati iş üzrə düzgün nəticəyə gəlməmişdir. Belə olan halda, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, apellyasiya şikayətinin dəlilləri isə əsaslı olduğundan təmin edilməlidir. İPM-in 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi baxılan mübahisə üzrə düzgün nəticəyə gəlməmişdir. Buna görə də apellyasiya şikayəti təmin edilərək birinci instansiya məhkəməsinin qərarı İPM-in 87.6-cı maddəsinə əsasən ləğv edilməli və iddia tələbi təmin edilməməlidir.
Nəticəvi hissə
Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 87, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən məhkəmə kollegiyası qərara aldı:
Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Şəki İnzibati Məhkəməsinin 24 may 2022-ci il tarixli, 2-1(116)-416/2022 nömrəli qərarı ləğv edilsin. İnzibati iş üzrə yeni qərar qəbul edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı “xx.xx.2020-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən mülkiyyətində olan İsmayıllı şəhəri H.Əliyev prospekti 81 ünvanında, 0,06 ha torpaq sahəsində yerləşən 54 kv.m talvar altındakı tikinti hissəsinin qeyri-yaşayış sahəsi kimi qeydiyyata alınaraq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilməsin. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.