Məhkəmə qərarları › İş №2-1(107)-250/2024

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-250/2024

27.06.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-250/2024 27.06.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən və məruzəçi), Cavadova Günay İsmayıl qızı və X1 ibarət tərkibdə, Atababayev Faiq Gülağa oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “İddiaçı 30 il 5 ay 17 gün təşkil edən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının xx.xx.2022-ci ildən təyin edilməsi vəzifəsinin qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 31 yanvar 2024-cü il tarixli 2-1(116)-682/2024 nömrəli qərarından iş üzrə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək “İddiaçı 30 il 5 ay 17 gün təşkil edən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının xx.xx.2022-ci ildən təyin edilməsi vəzifəsinin qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. İddia ərizəsinə əsasən iddiaçı xx.xx.1983-cü il tarixdən xx.xx.1997-ci ilədək "Qafqazenerji quraşdırma" Trestinin Mingəçevir quraşdırma idarəsində 5-ci dərəcəli quraşdırıcı-çilingər işləmişdir (güzəştli şərtlərlə iş stajı 13 il 5 ay 21 gün). xx.xx.1998xx.xx.2002-ci ilədək Abşeron Quraşdırma ldarəsində 5-ci dereceli quraşdırıcı-çilingər işləmişdir (güzəştli şərtlərlə iş stajı 3 il 9 ay 4 gün). xx.xx.2005-xx.xx.2006-cı ilədək "xxxx" MMC-nin ve "xxxx"xxxx"Bakı istilik Elektrik Müəssisəsi"-nin 2 saylı Mexaniki sahəsində çilingər işləmişdir (iş stajı 11 ay 24 gün). xx.xx.2009- xx.xx.2012-ci ilədək "xxxx" ASC-nin “STP Tikinti Layihəsi”-nin Quraşdırma sahəsində 6-cı dərəcəli quraşdırıcı çilingər işləmişdir (iş stajı 3 il 8 gün). xx.xx.2012-ci ildən xx.xx.2018-ci ilədək "xxxx" Ağır Maşınqayırma zavodunun 1 nömrəli sahəsinin quraşdırma bölməsində 6-cı dərəcəli quraşdırıcı-çilingər qəbul edilib, xx.xx.2015-ci ildə peşə dərəcəsi saxlanılmaqla Metal Konstruksiyalar zavoduna quraşdırma və hazırlanma sahəsinə keçirilib, xx.xx.2018-ci ildə qaynaq quraşdırma zavoduna qaynaq sexinin ağır konstruksiyaların hazırlanması sahəsinə 6-cı dərəcəli quraşdırıcı-çilingər peşəsində işləmişdir (güzəştli şərtlərlə 5 il 10 ay 22 gün). xx.xx.2018-ci ildən xx.xx.2020-ci ilədək "xxxx" QSC-də -6-cı dərəcəli quraşdırıcı-çilingər vəzifəsində işləmişdir (güzəştli şərtlərlə 2 il 7 ay 23 gün). xx.xx.2020-ci ildən xx.xx.2021-ci ilədək "xxxx" MMC-nin Turbin və köməkçi avadanlıqları üzrə təmir-quraşdırma və sazlanma idarəsinin Qərb sahəsində 6-cı dərəcəli çilingər işləmişdir (iş stajı 9 ay 5 gün). Beləliklə, ümumi iş stajı 30 il 5 ay 17 gün, güzəştli şərtlərlə iş stajı isə 30 il 5 ay 17 gün təşkil edir. İddiaçı güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi üçün cavabdeh orqana müraciət etmişdir. Cavabdeh orqan ona güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsindən imtina etmişidir.

3. Cavabdeh orqanın məhkəməyə təqdim olunmuş iddia tələbinə etirazı: İddiaçının təqdim etdiyi “Mingəçevir Enerji quraşdırma” ATSC-nin xx.xx.2022-ci il tarixli 15 nömrəli arayışında “Qafqazenerjiquraşdırma” trestinin Mingəçevir quraşdırma idarəsində xx.xx.1983-xx.xx.1997-ci il tarixləri arasındakı dövr ərzində quraşdırıcı çilingər vəzifəsində işlədiyi qeyd olunub. Göründüyü kimi, iddiaçının işlədiyi sözügedən arayışda istinad edilən yuxarıda qeyd olunan polad və dəmir-beton konstruksiyalarının quraşdırılması üzrə quraşdırıcı vəzifəsinə aid deyil. "xxxx" ASC-nin İddiaçı dair xx.xx.2022ci il tarixli 01VƏs24 nömrəli arayışında "xxxx" MMC-nın “Bakı İstilik Müəssisəsi”-nin 2 saylı mexaniki sahəsində xx.xx.2005-xx.xx.2006-ci il tarixləri arasındakı dövr ərzində çilingər, "xxxx"xxxx"xxxx" MMC-nin Tikinti Layihəsinin Quraşdırma sahəsində xx.xx.2009xx.xx.2012-ci il tarixləri arasındakı dövr ərzində çilingər vəzifələrində işlədiyi qeyd olunub. Göründüyü kimi, İddiaçı işlədiyi mexaniki sahə (buxar-qaz turbini) avadanlığının təmiri, yanacaqötürmə avadanlığına və onların işini təmin edən ölçü vasitələri və avtomatikasına xidmət sahəsinə, işlətdiyi quraşdırıcı çilingər vəzifəsi isə həmin xidmət üzrə çilingərlər vəzifələrinə aid deyil. Həmçinin bildiririk ki, "xxxx" MMC-nin iddiaçıya dair xx.xx.2022-ci il tarixli 34 nömrəli arayışında qeyd olunan xx.xx.2012-xx.xx.2018-ci il tarixləri arasındakı dövr ərzində "xxxx" MMC-nin QQZ-Qaynaq sexinin ağır konstruksiyaların hazırlanması sahəsində işlədiyi quraşdırıcı-çilingər vəzifəsi həmin arayışda istinad olunan sözügedən siyahının ümumi peşələr bölməsində nəzərdə tutulmayıb. Qeyd olunanları nəzərə alaraq, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina edilmişdir.

4. Birinci instansiya məhkəməsinin iclasında iddiaçının vəkili iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir.

5. Cavabdehin nümayəndəsi birinci instansiya məhkəməsinin iclasında iddia tələbinə etirazla eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etmişdir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

6. Şəki İnzibati Məhkəməsinin (hakim Fəxri Hacızadə) 31 yanvar 2024-cü il tarixli 2- 1(116)-682/2024 nömrəli qərarı ilə iddia təmin edilmişdir.

7. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı həmin qərardan apellyasiya şikayəti vermişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ

8. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iddiaçının cavabdehə təqdim etdiyi "Mingəçevir Enerjiquraşdırma” ATSC-nin iddiaçıya dair xx.xx.2022-ci il tarixli 15 nömrəli arayışında “Qafqazenerjiquraşdırma’’ trestinin Mingəçevir quraşdırma idarəsində xx.xx.1983-xx.xx.1997-ci il tarixləri arasındakı dövr ərzində quraşdırıcı-çilingər vəzifəsində işlədiyi qeyd olunub. Göründüyü kimi, iddiaçının işlədiyi vəzifə sözügedən arayışda istinad edilən yuxarıda qeyd olunan polad və dəmir-beton konstruksiyalarının quraşdırılması üzrə quraşdırıcılar vəzifəsinə aid deyil. "xxxx" ASC-nin İddiaçı dair xx.xx.2022-ci il tarixli 01- VƏ/524 nömrəli arayışında "xxxx" MMC-nin “Bakı İstilik Elektrik Müəssisəsinin 2 saylı mexaniki sahəsində xx.xx.2005-xx.xx.2006-cı il tarixləri arasındakı dövr ərzində çilingər, "xxxx" ASC-nin “STP" MMC-nin Tikinti Layihəsinin Quraşdırma sahəsində xx.xx.2009-xx.xx.2012-ci il tarixləri arasındakı dövr ərzində quraşdırıcı çilingər vəzifələrində işlədiyi qeyd olunub. Göründüyü kimi, İddiaçı işlədiyi mexaniki sahə müvafiq arayışda istinad olunan, sözügedən Siyahıda nəzərdə tutulan qazanxana, turbin (buxarqaz turbini) avadanlığının təmiri, yanacaqötürmə avadanlığına və onların işini təmin edən ölçü vasitələri və avtomatikasına xidmət sahəsinə, işlədiyi quraşdırıcı çilingər vəzifəsi isə həmin xidmət üzrə çilingərlər, elektrik montyorları, bütün adlardan olan elektrik çilingərləri vəzifələrinə aid deyil. Həmçinin, "xxxx" MMC-nin iddiaçıya dair xx.xx.2022-ci il tarixli 34 nömrəli arayışında qeyd olunan xx.xx.2012-xx.xx.2018-ci il tarixləri arasındakı dövr ərzində "xxxx" MMC-nin QQZ-Qaynaq sexinin ağır konstruksiyaların hazırlanması sahəsində işlədiyi quraşdırıcı-çilingər vəzifəsi həmin arayışda istinad olunan sözügedən Siyahının ümumi peşələr bölməsində nəzərdə tutulmamışdır Göründüyü kimi, iddiaçının güzəştli iş stajı yoxdur. Ona görə də Şəki İnzibati Məhkəməsinin 31 yanvar 2024-cü il tarixli 2-1(116)-682/2024 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir.

TƏRƏFLƏRİN İZAHATLARİ

9. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 31 yanvar 2024-cü il tarixli 2-1(116)-682/2024 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsinə dair yeni qərar qəbul edilməsini xahiş etdi.

10. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı, onun nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinin təmin edilməməsini, Şəki İnzibati Məhkəməsinin 31 yanvar 2024-cü il tarixli 2-1(116)-682/2024 nömrəli qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi.

11. İş materiallarında olan aşağıda sadalanan sənədlər məhkəmə kollegiyasının araşdırmasının predmetini təşkil etmişdir. Həmin sənədlərin məzmununa istinad edilir.

1. ИТ seriyalı ******* nömrəli Əmək kitabçasından görünür ki, iddiaçının ümumi iş stajı 25 ildən çoxdur. Onun 1983-cü ildən sonrakı dövrdə işlədiyi müəssisələr aşağıdakı kimidir: a) xx.xx.1983-cü il tarixdən xx.xx.1997-ci ilədək "Qafqazenerji quraşdırma" Trestinin Mingəçevir quraşdırma idarəsində 5-ci dərəcəli quraşdırıcı-çilingər; b) xx.xx.1998-xx.xx.2002-ci ilədək Abşeron Quraşdırma ldarəsində 5-ci dereceli quraşdırıcı-çilingər; c) xx.xx.2009-xx.xx.2012-ci ilədək "xxxx" ASC-nin “stp Tikinti Layihəsi”-nin Quraşdırma sahəsində 6-cı dərəcəli quraşdırıcı çilingər; d) xx.xx.2012-ci ildən xx.xx.2018-ci ilədək "xxxx" Ağır Maşınqayırma zavodunun 1 nömrəli sahəsinin quraşdırma bölməsində 6-cı dərəcəli quraşdırıcı-çilingər qəbul edilib, xx.xx.2015-ci ildə peşə dərəcəsi saxlanılmaqla Metal Konstruksiyalar zavoduna quraşdırma və hazırlanma sahəsinə keçirilib, xx.xx.2018-ci ildə qaynaq quraşdırma zavoduna qaynaq sexinin ağır konstruksiyaların hazırlanması sahəsinə 6-cı dərəcəli quraşdırıcı-çilingər; e) xx.xx.2018-ci ildən xx.xx.2020-ci ilədək "xxxx" QSC-də -6-cı dərəcəli quraşdırıcıçilingər; f) xx.xx.2020-ci ildən xx.xx.2021-ci ilədək "xxxx" MMC-nin Turbin və köməkçi avadanlıqları üzrə təmir-quraşdırma və sazlanma idarəsinin Qərb sahəsində 6-cı dərəcəli çilingər;

2. Cavabdehin xx.xx.2023-cü il tarixli məktubu;

3. "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli 34 nömrəli güzəştli arayışına əsasən, iddiaçı xx.xx.2012-ci il tarixdən xx.xx.2018-ci il tarixədək "xxxx" MMC-nin QQZ-Qaynaq sexinin Ağır konstruksiyaların hazırlanması sahəsində 6-cı dərəcəli quraşdırıcı-çilingər peşəsində çalışmışdır. Göstərilən peşə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2007ci il tarixli 12 nömrəli qəarrının 35-ci fəslinə əsasən bilavasitə iş hesab edilir. Güzəştli pensiya üçün staj 5 il 10 ay 8 gün təşkil edir.

4. “Mingəçevir Enerji quraşdırma” ATSC-nın xx.xx.2022-ci il tarixli 15 nömrəli güzəştli iş stajı haqqında arayışı.

5. "xxxx" ASC-nin İddiaçı dair xx.xx.2022-ci il tarixli 01-VƏ/524 nömrəli işin xarakteri haqqında güzəştli arxiv arayışına əsasən, iddiaçı həqiqətən xx.xx.2005-ci ildə (əmr № 217a-ş, xx.xx.2005-ci il) "xxxx"xxxx"Bakı İstilik Elektrik Müəssisəsi”nin 2 Saylı Mexaniki sahəsində çilingər peşəsinə işə qəbul edilib və xx.xx.2006-cı ildə (Əmr №226-kş, xx.xx.2006-cı il) Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin “a” bəndinə əsasən əmək müqaviləsinə xitam verilib. xx.xx.2009-cu ildə (əmr № 110/21-kş. xx.xx.2009-cu il) "xxxx"xxxx"xxxx" MMC-nin Tikinti Layihəsinin Quraşdırma sahəsinə 5-ci dərəcəli quraşdırıcı çilingər peşəsinə qəbul edilib. xx.xx.2012-ci ildə (Əmr №-741-kş, xx.xx.2012-ci il) Peşə və dərəcəsi saxlanılmaqla X3 1 №-li Quraşdırma sahəsinin Quraşdırma bölməsinə keçirilib və xx.xx.2012-ci ildə (Əmr№-48/6-kş, xx.xx.2012-ci il) Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin "b" bəndinə (əmək müqaviləsinin müddətinin qurtarması ilə) əmək müqaviləsinə xitam verilib. xx.xx.2005-xx.xx.2006-cı il və xx.xx.2009-xx.xx.2012-ci il tarixlərində işlədiyi peşələr Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 №-li Qərarının 24-cü “Elektrik stansiyaları, enerji qatarları, buxar və güc təsərrüfatı’' fəslinin “a” fəhlələr bəndinə əsasən Elektrik Stansiyaların qazanxana, turbin (buxar-qaz turbini) avadanlığının, yanacaqötürmə avadanlığına və onların işini təmin edən ölçü vasitələri və avtomatikasına xidmət üzrə çilingərlər, elektrik montyorları, bütün adlardan olan elektrik çilingərlərinin işi xüsusi zərərli əmək şəraitində işlərə aid olduğuna görə güzəştli şərtlərlə pensiya hüququna malikdirlər. Həmçinin, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 Saylı Qərarının 2 №-li Əlavəsinin "Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin" 2 №-li Siyahısının, Xİİİ Fəslinin "Elektrik stansiyaları, enerji qatarları, buxar güc təsərrüfatf’nm 2140000a-18455 saylı şifrəsinə əsasən xidmət üzrə çilingərlər və bütün adlardan olan elektrik çilingərləri kodlarına uyğundur və güzəştli şərtlərlə pensiya hüququna malikdirlər. Güzəştli pensiya üçün staj: 03 il, 11 ay, 02 gün təşkil edir. Dövlət Əmlaklarının idarə edilməsi üzrə Dövlət Komitəsinin xx.xx.2008-ci il 323 nömrəli sərəncamına əsasən "xxxx" ASC adlandırılmışdır.

6. "xxxx" ASC-nin xx.xx.2023-cü il tarixli işin xarakteri haqqında arayışı,

7. ИТ seriyalı ******* nömrəli Əmək kitabçası

8. "xxxx" ASC-nin xx.xx.2018-ci il tarixli arxiv arayışına əsasən, iddiaçı xx.xx.2005-ci ildən xx.xx.2006-cı ilədək "xxxx" MMC-nin və "xxxx" ASC-nin “Bakı İstilik Elektrik Müəssisəsi”nin 2 saylı mexaniki sahəsində çilingər işləmiş və Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən (öz xahişi ilə) əmək müqaviləsinə xitam verilmişdir. Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinin xx.xx.2008-ci il 323 nömrəli sərəncamına əsasən "xxxx" ASC adlandırılmışdır.

9. "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli 42 nömrəli şəxsin güzəştli şərtlərlə pensiya hüququ verən işdə çalışmasına dair arayışa əsasən, iddiaçı Azərbaycan Respublikasının əmək pensiyaları qanunvericiliyinə uyğun olaraq güzəştli yaşa görə pensiya hüququ verən 6-cı dərəcəli quraşdırıcı-çilingər vəzifəsində "xxxx" MMC-nin Qaynaq Quraşdırma zavodunun qaynaq sexinin ağır konstruksiyaların hazırlanması sahəsində əmr 01-kş və əmr 169 İRD/x, xx.xx.2012-ci il və xx.xx.2018-ci il tarixləri arasında dövr ərzində işləmişdir. İşlədiyi vəzifə üzrə sosial sığorta stajı 5 il 10 ay 8 gün təşkil edir. İşlədiyi vəzifənin güzəştli pensiya hüququna əsas olan xüsusiyyətləri: aşağı səviyyədə zərərli əmək şəraiti ibarət olmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli qərarı ilə təsdiq edilmiş Siyahının 35-ci bəndində müəyyən edilmiş sahənin və vəzifənin xüsusiyyətləri ilə eynidir.

TƏTBİQ EDİLƏN HÜQUQ

12. İnzibati Prosessual Məcəllə: Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.

13. “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7- ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. 7-ci maddəsinə əsasən 65 yaşına çatmış kişilərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” üzrə, həmin “Siyahı” təsdiq olunanadək isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə bu siyahılar qüvvədən düşmüşdür) əsasında müəyyən edilir.

14. Qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 23.2-ci maddəsinə əsasən 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı ümumi qaydada sığorta stajına daxil edilir. 21.2.11-ci maddəsinə əsasən Sığorta stajına daxil edilən müddətlərdən biri də hərbi xidmət müddətidir (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində hərbi xidmət dövrü daxil olmaqla). Həmin Qanunun 29-cu maddəsinə uyğun olaraq əmək pensiyasının sığorta hissəsi, bu Qanunun 20-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş əmək pensiyaçılarına münasibətdə, həmin əlavələrlə birlikdə müəyyən edilmiş məbləği və fərdi hesabın sığorta hissəsində qeydə alınan pensiya kapitalı ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əməkhaqqının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən indeksləşdirilir. 29.1-1. Sığortaolunanların fərdi şəxsi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı ildə bir dəfə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunan istehlak qiymətləri indeksinin illik səviyyəsinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən indeksləşdirilir.

15. “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir.

16. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Maddə 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. APELLYASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ

17. Cavabdehin apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının İPM və ya İPM) 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Lakin şikayət əsaslı deyil və Şəki İnzibati Məhkəməsinin 31 yanvar 2024-cü il tarixli 2-1(116)-682/2024 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.

18. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir.

19. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər.

20. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı tərəf hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır. APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

21. Birinci instansiya məhkəməsi iddianı təmin etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

22. Məhkəmə kollegiyasının iclasında iş materiallarının tədqiqi zamanı müəyyən edildi ki, iddianı qaldırmaqda iddiaçının hüquqi marağı xx.xx.2022-ci ildən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən ibarətdir.

23. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə uyğun olaraq iddiaçıya 2 saylı Siyahı üzrə güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün 3 element mövcud olmalıdır:

1. iddiaçı 60 yaşına çatmalıdır.

2. fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajına malik olmalıdır.

3. ən azı 12 il 6 ay güzəştli iş stajına malik olmalıdır.

24. İş materialları ilə müəyyən edilir ki, iddiaçının ümumilikdə iş stajı 25 ildən çoxdur. Cavabdeh tərəfindən bu hal mübahisələndilməmişdir.

25. Lakin, cavabdeh tərəfindən iddiaçının yuxarıda qeyd olunan əmək fəaliyyəti üzrə çalışdığı peşələrdən heç biri güzəştli iş stajına daxil edilməmişdir.

26. xx.xx.1983-cü il tarixdən xx.xx.1997-ci illərdə "Qafqazenerji quraşdırma" Trestinin Mingəçevir quraşdırma idarəsində 5-ci dərəcəli quraşdırıcı-çilingər vəzifəsində işləmişdir. (güzəştli şərtlərlə iş stajı 13 il 5 ay 21 gün).

27. İddiaçının işlədiyi quraşdırıcı-çilingər vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında” xx.xx.1993cü il tarixli, 320 nömrəli Qərarının 2 nömrəli siyahısının Qərarının 2 nömrəli siyahısının XXVİİ. Bina, qurğu və digər obyektlərin inşaası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri bölməsində (2290000a—14612) və Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında” xx.xx.2007-ci il tarixli, 12 nömrəli Qərarının 29. Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri bölməsinin polad və dəmir-beton konstruksiyaların quraşdırması üzrə quraşdırıcılar bölməsində əli ilə qazla kəsici quraşdırıcılar peşəsi bilavasitə nəzərdə tutulur və güzəştli şərtlərlə yaşa görə əmək pensiya hüququna təminat verir.

28. Məhkəmə kollegiyasının qənaətinə görə birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, yuxarıda qeyd olunan dövrlər üzrə iddiaçının güzəştli iş stajına daxil edilməli olan dövr 13 il 5 ay 21 gün olduğundan və bu müddət qanunvericilikdə tələb olunan 12 il 06 ay müddətdən artıq olduğundan digər dövrlərə münasibət bildirilməsinə zərurət qalmamışdır.

29. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək qeyd edir ki, iddiaçı tərəfindən məhkəmə kollegiyasına təqdim edilmiş "xxxx" ASCnin xx.xx.2018-ci il tarixli arxiv arayışına əsasən, iddiaçı xx.xx.2005-ci ildən xx.xx.2006-cı ilədək "xxxx" MMC-nin və "xxxx" ASC-nin “Bakı İstilik Elektrik Müəssisəsi”nin 2 saylı mexaniki sahəsində çilingər işləmiş və Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən (öz xahişi ilə) əmək müqaviləsinə xitam verilmişdir. Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinin xx.xx.2008-ci il 323 nömrəli sərəncamına əsasən "xxxx" ASC adlandırılmışdır. "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli 34 nömrəli güzəştli arayışına əsasən, iddiaçı xx.xx.2012-ci il tarixdən xx.xx.2018-ci il tarixədək "xxxx" MMCnin QQZ-Qaynaq sexinin Ağır konstruksiyaların hazırlanması sahəsində 6-cı dərəcəli quraşdırıcı-çilingər peşəsində çalışmışdır. Göstərilən peşə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli qəarrının 35-ci fəslinə əsasən bilavasitə iş hesab edilir. Güzəştli pensiya üçün staj 5 il 10 ay 8 gün təşkil edir. "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli 42 nömrəli şəxsin güzəştli şərtlərlə pensiya hüququ verən işdə çalışmasına dair arayışa əsasən, iddiaçı Azərbaycan Respublikasının əmək pensiyaları qanunvericiliyinə uyğun olaraq güzəştli yaşa görə pensiya hüququ verən 6-cı dərəcəli quraşdırıcı-çilingər vəzifəsində "xxxx" MMC-nin Qaynaq Quraşdırma zavodunun qaynaq sexinin ağır konstruksiyaların hazırlanması sahəsində əmr 01-kş və əmr 169 İRD/x, xx.xx.2012-ci il və xx.xx.2018-ci il tarixləri arasında dövr ərzində işləmişdir. İşlədiyi vəzifə üzrə sosial sığorta stajı 5 il 10 ay 8 gün təşkil edir. İşlədiyi vəzifənin güzəştli pensiya hüququna əsas olan xüsusiyyətləri: aşağı səviyyədə zərərli əmək şəraiti ibarət olmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli qərarı ilə təsdiq edilmiş Siyahının 35-ci bəndində müəyyən edilmiş sahənin və vəzifənin xüsusiyyətləri ilə eynidir. . "xxxx" ASC-nin İddiaçı dair xx.xx.2022-ci il tarixli 01-VƏ/524 nömrəli işin xarakteri haqqında güzəştli arxiv arayışına əsasən, iddiaçı həqiqətən xx.xx.2005-ci ildə (əmr № 217a-ş, xx.xx.2005-ci il) "xxxx"xxxx"Bakı İstilik Elektrik Müəssisəsi”nin 2 Saylı Mexaniki sahəsində çilingər peşəsinə işə qəbul edilib və xx.xx.2006-cı ildə (Əmr №226-kş, xx.xx.2006-cı il) Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin “a” bəndinə əsasən əmək müqaviləsinə xitam verilib. xx.xx.2009-cu ildə (əmr № 110/21-kş. xx.xx.2009-cu il) "xxxx"xxxx"xxxx" MMC-nin Tikinti Layihəsinin Quraşdırma sahəsinə 5-ci dərəcəli quraşdırıcı çilingər peşəsinə qəbul edilib. xx.xx.2012-ci ildə (Əmr №-741-kş, xx.xx.2012-ci il) Peşə və dərəcəsi saxlanılmaqla X3 1 №-li Quraşdırma sahəsinin Quraşdırma bölməsinə keçirilib və xx.xx.2012-ci ildə (Əmr№-48/6-kş, xx.xx.2012-ci il) Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin "b" bəndinə (əmək müqaviləsinin müddətinin qurtarması ilə) əmək müqaviləsinə xitam verilib. xx.xx.2005-xx.xx.2006-cı il və xx.xx.2009-xx.xx.2012-ci il tarixlərində işlədiyi peşələr Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 №-li Qərarının 24-cü “Elektrik stansiyaları, enerji qatarları, buxar və güc təsərrüfatı’' fəslinin “a” fəhlələr bəndinə əsasən Elektrik Stansiyaların qazanxana, turbin (buxar-qaz turbini) avadanlığının, yanacaqötürmə avadanlığına və onların işini təmin edən ölçü vasitələri və avtomatikasına xidmət üzrə çilingərlər, elektrik montyorları, bütün adlardan olan elektrik çilingərlərinin işi xüsusi zərərli əmək şəraitində işlərə aid olduğuna görə güzəştli şərtlərlə pensiya hüququna malikdirlər. Həmçinin, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 Saylı Qərarının 2 №-li Əlavəsinin "Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin" 2 №-li Siyahısının, Xİİİ Fəslinin "Elektrik stansiyaları, enerji qatarları, buxar güc təsərrüfatf’nm 2140000a-18455 saylı şifrəsinə əsasən xidmət üzrə çilingərlər və bütün adlardan olan elektrik çilingərləri kodlarına uyğundur və güzəştli şərtlərlə pensiya hüququna malikdirlər. Güzəştli pensiya üçün staj: 03 il, 11 ay, 02 gün təşkil edir. Dövlət Əmlaklarının idarə edilməsi üzrə Dövlət Komitəsinin xx.xx.2008-ci il 323 nömrəli sərəncamına əsasən "xxxx" ASC adlandırılmışdır.

30. Məhkəmə kollegiyasının qənaətinə görə iddiaçının 12 il 6 aydan artıq xüsusi iş stajına, 25 ildən artıq ümumi iş stajına malik olması, həmçinin, tələb olunan yaş həddinə çatması müəyyən edilir. Buna görə də birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, iddiaçının iddia etdiyi dövrdə (xx.xx.2022-ci ildən) “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə görə güzəştli şərtlərlə əmək pensiyası hüququ yaranmışdır (iddiaçı xx.xx.1962-ci ildə doğulub). Həmçinin, iddiaçı xx.xx.2022-ci il tarixindən güzəştli şərtlərlə pensiya yaşa görə əmək pensiyasının təyin olunmasını tələb etdiyindən həmin dövr üçün pensiya kapitalı tələbi yoxdur.

31. Belə ki, ilkin sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi iddiaçının ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir, bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu isə iş materialları ilə təsdiq olunmur (İPM-14.3), qanunla cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmur, cavabdehin imtinası qanuna zidd olmuş və iddiaçının hüquqlarını pozmuşdur (İPM-73.1), imtina mövcud inzibati praktikaya da zidd olmaqla, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır (“İnzibati icraat haqqında” AR Qanununun 13.2 və 17-ci maddələri).

32. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin iddiaçının müraciətinin təmin edilməsindən imtina etməsi qanunvericiliyin tələblərinə uyğun olmamışdır. Ona görə də cavabdehin apellyasiya şikayətinin dəlilləri, işin faktiki halları və iş materiallarına əlavə edilən sənədlərlə öz təsdiqini tapmır.

33. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının İddiaçı ümumi və xüsusi iş stajı nəzərə alınmaqla xx.xx.2022-ci il tarixindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən imtinası qanuni və əsaslı olmamışdır. Birinci instansiya məhkəməsi iddianı təmin etməklə düzgün nəticəyə gəlmişdir. Ona görə də birinci instansiya məhkəməsinin qərarı İPM-in 87.6-cı maddəsinə əsasən dəyişdirilmədən qüvvədə saxlanılmalı, cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassız olduğu üçün təmin edilməməlidir.

34. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68, 69, 81.2, 87.6, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən, məhkəmə kollegiyası QƏRАRА АLDİ:

Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 31 yanvar 2024-cü il tarixli 2-1(116)-682/2024 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. İnzibati məhkəmə icraatının iştirakçıları yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar