Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-251/2022 15.09.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məlikov Vəzirxan İsgəndər oğlu (sədrlik edən və məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, İsayev Mikay Qərib oğlunun katibliyi, İddiaçı və üçüncü şəxs X2 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “Ağdaş şəhəri Su 18 qəsəbəsində yerləşən, hazırkı ünvan 1 ünvanına pasport qeydiyyatına alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibаti iş üzrə Şəki İnzibati Məhkəməsinin 06 may 2022-ci il tarixli, 2-1(116)- 23/2022 nömrəli qərarından üçüncü şəxslər X21 və X5 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə İddiaçı cavabdehlər Cavabdehnə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “Ağdaş Rayon Məhkəməsinin 2(014)910/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə onun X21 ilə birgə nikahından anadan olmuş uşaqları xx.xx.2011-ci il təvəllüdlü X14 və xx.xx.2017-ci il təvəllüdlü X18 ilə birlikdə mənzilin yaşayış sahəsindən və kommunal sahələrindən istifadə hüququ tanınmış və onlarla birlikdə faktiki yaşadığı üçüncü şəxslər X21, X22, X8 yaşadıqları, orderlə üçüncü şəxs X19 məxsus olub, Ağdaş şəhəri, SU-18 qəsəbəsində yerləşən mənzilə qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini təqiqləşdirərək “Ağdaş şəhəri SU-18 qəsəbəsində yerləşən, hazırkı ünvan 1 ünvanına pasport qeydiyyatına alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmiş, məhkəmənin xx.xx.2022-ci il tarixli iclas protokolunun qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir. Şəki İnzibati Məhkəməsinin 06 may 2022-ci il tarixli, 2-1(116)-23/2022 nömrəli qərardadı ilə X6 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına zəruri cəlb edilmiş, X21 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına adi cəlb edilmiş, X22 və X8 (X9 xx.xx.1963) üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməsindən imtina edilmişdir. İddiaçı tələb hüququnu Ağdaş rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(014)910/2020 nömrəli qətnaməsi ilə sözügedən yaşayış sahəsindən istifadə hüququnun tanınması və özünün faktiki olaraq həmin ünvanda yaşaması ilə əsaslandırmışdır. İddiaçı birinci instansiya məhkəməsinin məhkəmə iclasında iddia tələbi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh orqan iddia tələbinə münasibətdə qeyd etmişdir ki, ünvan 2 ünvanda qeydiyyatda olan İddiaçı və onun iki azyaşlı övladlarının Ağdaş şəhəri SU-18 qəsəbəsinə X19 məxsus olan evinə qeydiyyata alınması - daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış və ev sahibinin razılıq ərizəsi olduqdan sonra mümkündür. Üçüncü şəxs X21 iddia tələbinə etirazında qeyd etmişdir ki, Ağdaş rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(014)-910/2020 nömrəli qətnaməsi ilə iddiaçıya övladları ilə birlikdə mərhum atası X19 məxsus ünvan 3 ünvanında yaşamaq hüququ verilmişdir. İddiaçı illərdir ki, orada yaşayır və onun yaşamasına heç kim maneçilik törətmir. İddiaçının əsl niyyəti həmin əmlakı ələ keçirməkdir. Qeyd olunan daşınmaz əmlak hazırda dayısı X3 mülkiyyətindədir. Buna görə də o, iddiaçının həmin ünvana qeydiyyata alınmasına razı deyil. Həmçinin hesab etmişdir ki, iddiaçının ümumiyyətlə hazırkı iddianı qaldırmağa subyektiv hüququ yoxdur. Birinci instansiya məhkəməsinin məhkəmə iclasında üçüncü şəxs X21 iddia tələbinə etirazla eyni məzmunlu izahat verərək məhkəmədən iddianın mümkün sayılmaması barədə qərardad qəbul edilməsi xahiş etmişdir. Üçüncü şəxs X6 iddia tələbinə etirazında qeyd etmişdir ki, mərhum X15 vəfatından sonra sözügedən daşınmaz əmlaka vərəsəlik işi açılmış, vərəsəlik əsasında mərhuma məxsus daşınmaz əmlak, qızı X7 adına rəsmiləşdirilmişdir. Bundan sonra Gülnar İbrahimova tərəfindən ona bağışlanmışdır. Hazırda həmin daşınmaz əmlak onun mülkiyyətindədir. Şəxsi mülkiyyət toxunulmazdır və iddiaçının hər hansı şəkildə şəxsi mülkiyyətinə qeydiyyata düşməsinə razı deyil. Birinci instansiya məhkəməsinin məhkəmə iclasında üçüncü şəxs X6 iddia tələbinə etirazla eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etmişdir. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: ********** qeydiyyat nömrəli, xx.xx.2020-ci il tarixli DƏDR-dən çıxarışdan görünür ki, ünvan 3 ünvanında yerləşən yaşayış sahəsi X15 tam xüsusi mülkiyyətində olmuşdur. Ağdaş rayon Mənzil Təsərrüfatı İstehsal İstismar Təmir Müəssisəsinin xx.xx.2021ci il tarixli 12 №-li məktubunda qeyd edilmişdir ki, X15 müraciəti əsasında sənədləşmə aparılmış, keçmiş SU-18 qəsəbəsində yerləşən kommunal mənzilin yeni ünvanı Ağdaş şəhəri H.Əliyev prospekti 9-cu dalan, ev 51, mənzil 11-dir. Cavabdehin xx.xx.2020-ci il tarixli imtina məktubundan görünür ki, iddiaçının ilkin müraciətinin təmin olunmasından imtina edilmişdir. Ağdaş rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(014)-910/2020 nömrəli qətnaməsindən görünür ki, İddiaçı cavabdeh X21 ilə birgə nikahlarından anadan olmuş uşaqları xx.xx.2011-ci il təvəllüdlü X14 və xx.xx.2017-ci il təvəllüdlü X18 ilə birlikdə cavabdehlərin yaşadıqları, cavabdeh X19 məxsus olub, Ağdaş şəhəri SU-18 qəsəbəsində yerləşən mənzilin yaşayış sahəsindən və kommunal sahələrindən istifadə hüququ tanınmışdır. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2(107)- 292/2021 nömrəli qətnaməsindən çıxarışdan və Şəki Apellyasiya Məhkəməsinin aparatının xx.xx.2021-ci il tarixli 21/1065 №-li məktubundan görünür ki, X21 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Ağdaş rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(014)-910/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. xx.xx.2021-ci il tarixli, 2(107)-292/2021 nömrəli qətnamə xx.xx.2021-ci il tarixdə qanuni qüvvəsini almış və həmin qətnamədən kassasiya şikayəti verilməmişdir. Ağdaş rayon Qeydiyyat şöbəsinin xx.xx.2021-ci il tarixli məktubundan görünür ki, X15 ölümü (xx.xx.2021) Göyçay rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2021-ci il tarixli 269 №-li aktla qeydə alınmışdır. Ağdaş rayon Notariat Ofisinin xx.xx.2021-ci il tarixli 634 №-li məktubunda qeyd edilmişdir ki, xx.xx.2021-ci il tarixdə ünvan 5 ünvanında yaşayan X7 ərizəsi əsasında Ağdaş rayon notariat ofisində xx.xx.2021-ci il tarixdə vəfat etmiş X15 adına vərəsəlik işi açılmaqla miras əmlakı üzrə tam hissədə qızı X10 vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. “AZEMİS” Elektron Məhkəmə informasiya portalından çıxarışdan görünür ki, xx.xx.1963-cü il təvəllüdlü X9 xx.xx.2011-ci il tarixdə vəfat etmişdir. “AZEMİS” Elektron Məhkəmə informasiya portalından çıxarışdan görünür ki, ünvan 3 ünvanında yerləşən yaşayış sahəsi X3 mülkiyyətindədir. Şəki İnzibati Məhkəməsinin (hakim Vüqar Musayev) 06 may 2022-ci il tarixli, 2- 1(116)-23/2022 nömrəli qərarı ilə iddia tələbi təmin edilmiş, Cavabdeh üzərinə İddiaçı ünvan 1 ünvanına yaşayış yeri üzrə qeydiyyata alınması öhdəliyinin qoyulması qərara alınmışdır. Üçüncü şəxslər X21 və X5 apellyasiya şikayəti verərək Şəki İnzibati Məhkəməsinin 06 may 2022-ci il tarixli, 2-1(116)-23/2022 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Üçüncü şəxslər X21 və X5 apellyasiya şikayətinin təmin edilməsini Şəki İnzibati Məhkəməsinin 06 may 2022-ci il tarixli, 2-1(116)-23/2022 saylı qərarının ləğv edilməsi və yeni qərar qəbul edilərək iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Tərəflərin izahatları Məhkəmə kollegiyasının 25 avqust 2022-ci il tarixli məhkəmə iclasında iştirak edən üçüncü şəxs X21 izahat verərək bildirmişlər ki, Şəki İnzibati Məhkəməsinin 06 may 2022ci il tarixli, 2-1(116)-23/2022 saylı qərarına əsasən iddiaçı X11 iddiası təmin edilmiş, Cavabdeh üzərinə İddiaçı ünvan 1 yaşayış yeri üzrə qeydiyyatda alınması öhdəliyi qoyulmuşdur. İddiaçı ünvan 7 ünvanda qeydiyyatda olub, başqa yerdə faktiki olaraq yaşaması qanunun yuxarıda göstərilən məqsədlərinin həyata keçirilməsini təmin etmir. Ağdaş Rayon Məhkəməsinin 4 avqust 2020-ci il tarixli qətnaməsi ilə Çinarə X1 qarşı onun mülkiyyətində olan Ağdaş şəhəri SU-18 qəsəbəsində yerləşən mənzilin yaşayış sahəsindən və kommunal sahələrindən istifadə hüququ əsasız yerə tanınmışdır. Məhkəmə kollegiyasının hazırki iclasında iştirak edən üçüncü şəxs X5 apellyasiya şikayətini müdafiə edərək apellyasiya şikayətinin təmin edilməsini və Şəki İnzibati Məhkəməsinin 06 may 2022-ci il tarixli, 2-1(116)-23/2022 nömrəli iş üzrə qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının hazırki iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin təmin edilməməsini və Şəki İnzibati Məhkəməsinin 06 may 2022-ci il tarixli, 2-1(116)- 23/2022 nömrəli qərarın dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq Cavabdeh nümayəndəsi və üçüncü şəxs X21 məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Cavabdeh nümayəndəsi və üçüncü şəxs X16 iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin (bundan sonra Azərbаycаn Respublikаsının İPM və ya İPM) 62.3-cü mаddəsi). Əsaslandırma hissəsi Üçüncü şəxsin apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Lakin şikayət əsaslı deyil və Şəki İnzibati Məhkəməsinin 06 may 2022-ci il tarixli, 2-1(116)-23/2022 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Belə ki, iddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Cavabdehin imtina dəlili - daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın və ev sahibinin razılıq ərizəsinin olmaması ilə bağlı olmuşdur. Belə ki, iş materialları ilə müəyyən olunur ki, ünvan 3 ünvanında yerləşən yaşayış sahəsi əvvəllər X15 mülkiyyətində olmuş, onun vəfatından sonra isə qızı X10 vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Gülnar İbrahimova tərəfindən həmin mənzil özgəninkiləşdirilmiş və hazırda mübahisəli mənzilin mülkiyyətçisi X4r. Həmçinin müəyyən olunur ki, Ağdaş rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(014)-910/2020 nömrəli qətnaməsi ilə iddiaçının sözügedən mənzildən istifadə hüququ tanınmışdır ki, mənzilin mülkiyyətçisinin dəyişməsi həmin hüququnun itirilməsinə səbəb olmur. Belə ki, Mülki Məcəllənin 158.2-ci maddəsinə əsasən əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. Həmin Məcəllənin 158.3-cü maddəsinə əsasən əmlaka mülkiyyət hüququnun başqa şəxsə keçməsi həmin əmlaka olan digər əmlak hüquqlarının xitamına səbəb olmur, bu şərtlə ki, əldə edən şəxs əmlakın yüklülüyünün olmamasına münasibətdə vicdanlı olsun. Həmin Məcəllənin 158.4-cü maddəsinə əsasən mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Bu isə o deməkdir ki, iddiaçının həmin mənzilə münasibətdə əmlak hüquqları mövcudur və mənzilin digər şəxsin mülkiyyətinə keçməsi iddiaçının əmlak hüquqlarının xitamı kimi qiymətləndirilə bilməz. Digər tərəfdən iddiaçı həmin mənzildə faktiki olaraq yaşayır və bunu məhkəmə iclasında iştirak edən üçüncü şəxslər də təsdiq edirlər. Qanunvericiliyin tələbinə görə yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanuna əsasən iddiaçıların tələbdə qeyd olunan ünvanda qeydiyyatı üçün zəruri olan şərtlər: daimi və ya daha çox yaşaması şərti mövcuddur. Buna baxmayaraq iddiaçı ünvan 8 ünvanda qeydiyyatda olub başqa yerdə faktiki olaraq yaşaması, qanunun yuxarıda göstərilən məqsədlərinin həyata keçirilməsini təmin etmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «“Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair» xx.xx.2020-ci il tarixli Qərarında qərara almışdır ki: 1. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir. 2. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir. 3. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Göründüyü kimi Konstitusiya Məhkəməsinin Plenumu yuxarıda istinad olunan qərarında yaşayış sahəsində faktiki yaşama və ya istifadə hüququ olmanı zəruri şərtlər olaraq müəyyən etmişdir ki, hazırkı tələbə münasibətdə hər iki şərt yerinə yetirilir. Buna görə də digər üçüncü şəxslərin, iddiaçının həmin mənzilə qeydiyyata alınmasına razılıq verib-verməməsinin və iddiaçıın adına DƏDR-dən çıxarışın olubolmamasının heç bir əhəmiyyəti qalmır. “Yaşayış yeri və olduğu yer haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 1. Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Maddə 2. Yaşayış yeri və olduğu yer anlayışları Şəxsin yaşayış yeri — tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Şəxsin olduğu yer — onun yaşayış yeri sayılmayan, müvəqqəti yaşadığı mehmanxana, sanatoriya, istirahət evi, pansionat, kempinq, turist bazası, xəstəxana və digər belə ictimai yerlər, habelə yaşayış binası (özünün, qohumunun, tanışının və b.) başa düşülür. Maddə 5. Yaşayış yeri üzrə qeydiyyatda olmayan vətəndaşa ilk dəfə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilərkən o, yaşayış yeri üzrə qeydiyyata alınır. Bu halda vətəndaş yalnız “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə”də nəzərdə tutulmuş şəxsiyyət vəsiqəsinin verilməsi haqqında ərizə-anketi doldurmalı və vəsiqənin verilməsi üçün tələb olunan sənədlərdən əlavə bu Qanunun 5-ci maddəsinin ikinci hissəsinin 2-ci bəndində göstərilən, yaşayış sahəsinə köçmək üçün əsas verən sənədi də təqdim etməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının tələbi qanuni və əsaslıdır. Apellyasiya şikayətinin dəlilləri isə birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün yetərli deyildir, onа görə də, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya şikayəti təmin edilməməli və qərar dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Nəticəvi hissə Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68, 69, 87.6, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən, məhkəmə kollegiyası qərara aldı: Üçüncü şəxslər X21 və X5 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 06 may 2022-ci il tarixli, 2-1(116)-23/2022 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarı ondan şikayət verilmədiyi halda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-1(107)-251/2022
Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-251/2022
15.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver