Məhkəmə qərarları › İş №2-1(107)-253/2020

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-253/2020

29.07.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-253/2020 29.07.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən, məruzəçi), Şükürov İmanverdi Həşimxan oğlu və Məlikov Vəzirxan İsgəndər oğlundan ibarət tərkibdə, Tağıyev Babək Vaqif oğlunun katibliyi ilə, İddiaçı X2 cavabdeh Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı X15rşı “0,57 ha həyətyanı torpaq sahəsinə mülkiyyət hüququnun dövlət qeydiyyatına alınaraq ailə üzvlərinin adına dövlət ryestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin xx xxx 2020-ci il tarixli, 2-1(116)-422/2020 nömrəli qərarından iş üzrə İddiaçı apelyasiya şikayətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə İddiaçı ünvan 1i ünvanda yerləşən 0.67 ha torpaq sahəsinə mülkiyyət hüququnu qeydiyyata alaraq öz adına Dövlət Reyestrindən Çıxarış verilməsini Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı X19 rayon şöbəsindən xahiş etmişdir. Lakin araşdırma nəticəsində aydın olmuşdur ki, islahat zamanı 0.67 ha torpaq sahəsi 145 nömrə ilə onun və ailə üzvlərinin adına yazılsa da, həmin torpaq sahəsinə şəhadətnamə hazırlanmamışdır. Ona görə də torpaq islahatı zamanı ünvan 1i üzrə torpaq payı alan subyektlərin siyahısının, Oğuz rayonu Baş Daşağıl Kooperativi Yerli X10 qərarının və həmin qərarın təsdiq olunması barədə Oğuz Rayon X10 qərarının təsdiq olunmuş surətləri özünə göndərilməsini Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətindən xahiş etmişdir. Xidmətdən ona göndərilən xx xxxxxx 2019-cu il tarixli **********20 nömrəli cavab məktubunda dörd nəfər ailə üvlərinin adına 0.04 ha qanuni istifadədə, 0.57 ha zəbt torpaq sahəsinin qeyd edildiyi bildirilmişdir. Əlavə olaraq həmin məktubda iddiaçıya 0.07 ha torpaq sahəsinə JN-145A saylı, 0.04 ha torpaq sahəsinə JN-145B saylı və 0.11 ha torpaq sahəsinə JN-145C saylı Şəhadətnamələrin də verildiyi qeyd edilir. Bundan sonra iddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı X18 müraciət edərək faktiki istifalərində olan 0.67 ha həyətyanı torpaq sahəsinə mülkiyyət hüquqlarının qeydiyyata alınaraq dövlət reyestrindən çıxarışın verilməsini xahiş etmişdir.İdarədən verilmiş cavab məktubunda onun müraciətinin icra olunmasından imtina edilmişdir. Cavabdeh iddia qarşı imtinasından bildirmişdir ki, “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinə uyğun olaraq torpaq islahatını rayon və X21ı komissiyaları aparmışdır. Elektron kadastr məlumat bazasında və arxivdə apardığımız araşdırma zamanı müəyyən olunmuşdur ki, X21ı komissiyası tərəfindən tərtib edilmiş və rayon aqrar islahatı komissiyası tərəfindən təsdiq olunmuş “Pay almaq hüququ olan subyektlərin Siyahısı”nda 15-ci sırada mərhum X4 və onun ailə üzvləri İddiaçı, X3, X6 (cəmi dörd nəfər) adları qeyd edilmişdir. Həmin tərtib edilmiş siyahıda qanuni istifadədə 0.04 ha, zəbt kimi isə 0,57 ha həyətyanı torpaq sahəsinin olduğu qeyd edilmişdir. Ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən həyətyanı torpaq sahəsi kimi 0,07 ha torpaq sahəsinə JN-145A saylı, 0,04 ha torpaq sahəsinə JN-145B saylı və 0,11 ha torpaq sahəsinə JN-145C saylı Şəhadətnamələr verilmişdir.Pay torpaq sahəsi kimi ayrılan 3,23 hektar torpaq sahəsinə isə JN-0015 (kod 40500018) saylı “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı” işlənilmişdir. Cavabdehin etirazının dəlilləri: Təqdim olunmuş sənədlərin ekspertizası zamanı məlum olmuşdur ki, torpaq sahəsinə dair qeydiyyat üçün əsas olan hər-hansı hüquq müəyyənedici sənəd təqdim etməmişdir. Qeyd edilən torpaq sahəsinin mülkiyyətçisi Oğuz rayonu Baş Daşağıl bələdiyyəsidir. Qeyd olunan səbəbə görə də müraciətinin icrası tərəfimizdən mümkün olmamışdır. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən iddiaçının nümayəndəsi iddianın təmin olunmasını xahiş etmişdir. Şəki İnzibatiMəhkəməsinin (hakim İlqar Cabbarov) xx xxx 2020-ci il tarixli, 2-1(116)- 422/2020 nömrəli qərarı ilə iddia tələbi təmin edilməmişdir. İddiaçı X1 İnzibati Məhkəməsinin xx xxx 2020-ci il tarixli, 2-1(116)-422/2020 nömrəli qərarından apelyasiya şikayəti vermişdir. Apelyasiya şikayətinin dəlilləri İddiaçı apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya Məhkəməsinin qeyd edilən qərarı maddi hüquq normalarını düzgün tətbiq etməməklə, prosessual-hüquq normalarının tələblərini pozmaqla həmçinin işin faktiki hallarına düzgün qiymət vermədən və məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar araşdırılmadan, birtərəfli araşdırma aparılmaqla qəbul edildiyindən həmin qərar qanunsuz və əsassızdır və ona görə də ləğv olunmalıdır. Şəki inzibati İqtisadi Məhkəməsi isə qeyd olunan maddələrin tələblərini pozmuş, iş üzrə mübahisəli hüquq münasibətlərini tənzimləyən hüquq normalarına dəqiq riayət etməmiş, tətbiq edilməli olan qanun və normativ aktları tətbiq etməmişdir. Hazırki işin materiallarından da aydın görünür ki, onun şikayətinin, iş üzrə verdiyi izahatların və irəli sürdüyü dəlillərin, o cümlədən şikayətinin müəyyən edilməsi ilə əlaqədar təqdim etdiyi əlavə sübutların əsasını qanuni mülkiyyətində və istifadəsində olan torpaq sahəsinə mülkiyyət sənədi almaq tələbi təşkil edir. Şəki İnzibati-İqtisadi Məhkəməsi nəinki mübahisələndirilən torpaq sahələrinin hüquqi statusunu müəyyənləşdirməmiş, əksinə qərarın qəbul olunması üçün əsas kimi qeyd edilmiş dəlilləri cavabdehin mənafeyinə uyğunlaşdırmağa çalışmış, onun məhkəməyə təqdim etdiyi sübutları nəzərə almamış, cavabdehin imtinasını və etirazını sübut kimi qiymətləndirərək, dəqiq araşdırma aparmadan, qanun və normativ aktları səhv təfsir edərək hazırda şikayət etdiyi qanunsuz və əsassız qərarı qəbul etmişdir. Hazırda şikayət etdiyi qərarın əsaslandırıcı hissəsində məhkəmə onun 0.67 ha torpağa dair sənəd almaq istəyi olduğunu yazaraq belə qənaətə gəlmişdir ki, guya o 0.57 ha torpaq sahəsinə hüququnun olmasına baxmayaraq 0.67 ha torpağa mülkiyyət sənədi almaq istəmişdir. Lakin o, cavabdehə ilkin müraciətindən fərqli olaraq aldığı cavablardan sonra iddia tələbində 0.57 ha torpaq sahəsinə mülkiyyət sənədi almaq istədiyini qeyd etmişdir. Bundan başqa məhkəmə onun ailə üzvlərilə birlikdə adlarına olan torpaq sənədlərinin sənədlərini sadalamaqla 0.57 ha torpağa mülkiyyət hüquqlarının olmadığı qənaətinə gəlir. Lakin məhkəmə islahat zamanı mövcud olmuş orta torpaq normasını nəzərə almadan səhv qənaətə gəlmişdir. Məhkəmə digər tərəfdən cavabdehin imtinasına və etirazına istinad edərək 1996-cı ildən də əvvəllərdən onların istifadəsində olan həmin torpaq sahəsinə hüquqlarınınn olmadığını qeyd edir və nəticədə onların mülkiyyət hüququ kobud şəkildə pozulur. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətindən verilmiş sənədlərə də məhkəmə hüquqi qiymət verməmiş və həmin sənədləri ümumiyyətlə nəzərə almamışdır. Məhkəmə iclaslarında dəfələrlə nümayəndəsinin (oğlumun) qeyd etməsinə baxmayaraq məhkəmə bütün bu dəlil və sübutları nəzərə almamışdır. Qərarın surətini biz poçt vasitəsilə rəsmi olaraq xx.xx.2020-ci il tarixdə almışlar. Qeyd edilənlərə əsasən Şəki İnzibati Məhkəməsinin xx xxx 2020-ci il tarixli 2-1(116)-422/2020 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən X2 nümayəndəsi MütübillayevAbdulla Yamən oğlu apelyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin xx xxx 2020-ci il tarixli, 2-1(116)-422/2020 nömrəli qərarının ləğv edilərək iddianın təmin edilməsi haqqında yeni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq X5 məhkəmə iclasına gəlməmiş, cavabdeh DƏDRXnin 9 saylı X20 nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin (bundan sonra Azərbаycаn Respublikаsının İPM və ya İPM) 62.3-cü mаddəsi). İş materiallarında olan aşağıda sadalanan sənədlərin məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişdir. Onlara iddiaçının AZE seriyalı 0******* nömrəli, AZE seriyalı 16028317 nömrəli şəxsiyyət vəsiqələrinin surətləri, ƏMDK-nin yanında DƏDRX-nin xx.xx.2019-cu il tarixli **********20 nömrəli imtina məktubu, JN0015 seriyalı 40500018 nömrəli Azərbaycan Respublikası torpağa mülkiyyət hüququna dair dövlət aktı, ƏMDK-nin yanında DƏDRX-nin 9 saylı X17 xx.xx.2020-ci il tarixli **********58 nömrəli etirazı, xx.xx.2019-cu il tarixli 4/15041 nömrəli, xx.xx.2020-ci il tarixli **********60 nömrəli məktubları, AR ƏMDK yanında DƏDRX-nin xx.xx.2020-ci il tarixli **********26 nömrəli məktubu, X10 xx.xx.1998-ci il tarixli çıxarışı, DƏDRX-nin hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli, RX seriyalı ******* nömrəli çıxarışları, JN-145A seriyalı 40500018 nömrəli və JN-145B seriyalı 40500018 nömrəli Azərbaycan Respublikası Torpağın Mülkiyyətə Verilməsinə dair şəhadətnamənin təsdiqlənmiş surətləri aiddir. Əsaslandırma hissəsi İddiaçının apelyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının İPM və ya İPM) 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Lakin şikayət əsaslı deyil və Şəki İnzibati Məhkəməsinin xx xxx 2020-ci il tarixli, 2-1(116)-422/2020 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir. Hazırkı işdə iddianın mümkünlüyünə dair digər şərtlər də mövcuddur. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmazdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş, yazılı formada imtina cavabı aldıqdan sonra vaxtında məhkəməyə iddia vermişdir (İPM-in 38.2ci maddəsi). Məhkəmə kollegiyasınını qənaətinə görə, birinci instansiya məhkəməsi iddianı haqlı olaraq təmin etməmişdir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. -152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun: -1.0.4-cü maddəsinə əsasən, qeydiyyat orqanı – daşınmaz əmlakın dövlət reyestrini tərtib edən və aparan müvafiq icra hakimiyyəti orqanıdır. -2.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. -8.0-cı maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün 8 əsas müəyyən olmunmuşdur ki, qeyd olunan qanunvericilik normasının tələbinə görə yalnız həmin maddədə sadalanan əsaslar mövcud olduğu halda, hüquqlar dövlət qeydiyyatına alınmalıdır. -10.2-ci madddəsinə əsasən, qeydiyyat orqanına verilən ərizəyə hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri, torpaq sahəsinin planı və ölçüsü, torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi, dövlət rüsumunun ödənilməsi barədə sənəd əlavə olunur. -15-ci maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Hüquqların dövlət qeydiyyatından əsaslandırılmış imtina barədə ərizəçiyə 5 gün müddətində bildiriş göndərilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin: - 1-ci maddəsinə əsasən, torpaq islahatının məqsədi iqtisadi azadlıq və sosial ədalət prinsipləri əsasında torpaq üzərində yeni mülkiyyət münasibətlərini yaratmaq, bazar iqtisadiyyatını və sahibkarlıq təşəbbüsünü inkişaf etdirmək, ölkənin iqtisadi müstəqilliyinə, o cümlədən ərzaq təminatına nail olmaq və nəticə etibarı ilə Azərbaycan xalqının maddi rifahını yüksəltməkdən, torpaq islahatının vəzifələri isə Azərbaycan Respublikası ərazisində dövlət torpaqlarının müəyyən edilməsini, torpaqların bələdiyyə və xüsusi mülkiyyətə verilməsini, mülkiyyətçilərin torpağa sahiblik, istifadə və sərəncam hüquqlarını təmin etməkdən ibarət olmuşdur. -14-cü maddəsinə əsasən, torpaq payı naturada pay almaq hüququ olan şəxslərin (ailənin) xüsusi mülkiyyətinə verilir. -20-ci maddəsində qeyd olunur ki, torpaq islahatını Azərbaycan Respublikası Dövlət X14, Naxçıvan Muxtar Respublikası X14, rayon və X21 komissiyaları aparır. -22-ci maddəsində deyilir ki, fiziki və hüquqi şəxslər torpaq islahatı barədə yerli X10 qərarı ilə razılaşmadıqda həmin qərarı aldıqdan sonra 10 gün müddətində rayon X11 şikayət edə bilərlər. Rayon aqrar islahat komissiyaları daxil olan şikayətə 30 gün müddətində baxaraq qərar qəbul edirlər. Fiziki və hüquqi şəxslər rayon aqrar islahat komissiyalarının qərarı ilə razılaşmadıqda 10 gün müddətində Azərbaycan Respublikası Dövlət X11 şikayət edə bilərlər. Azərbaycan Respublikası Dövlət X14 daxil olan şikayətə 30 gün müddətində baxaraq qərar qəbul edir. Azərbaycan Respublikası Dövlət X10 qərarından Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada məhkəməyə şikayət verilə bilər. Digər hallarda torpaq mübahisələri Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə nəzərdə tutulan qaydada həll edilir. -49-cu maddəsinin 2-ci bəndinə əsasən torpaq üzərində hüquqi və fiziki şəxslərin xüsusi mülkiyyət hüququ dövlət və bələdiyyə torpaqlarının özəlləşdirilməsi, alqı-satqısı, vərəsəliyə keçməsi, bağışlanması, dəyişdirilməsi və torpaqla bağlı digər əqdlərin, habelə hüquqi şəxslərin nizamnamə (pay) fonduna verilməsi əsasında yaranır. Məhkəmə kollegiyası tərəfindən iş materialları araşdırılan zaman müəyyən edilmişdir ki, Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestr Xidmətinin xx.xx.2019-cu il tarixli **********20 nömrəli məktubundan görünür ki,X21ı komissiyası tərəfindən tərtib edilmiş və rayon aqrar islahatı komissiyası tərəfindən təsdiq olunmuş “Pay almaq hüququ olan subyektlərin siyahısı”nda 15-ci sırada mərhum X4 və onun ailə üzvləri İddiaçı, X3, X6 (cəmi dörd nəfər) adları qeyd edilmişdir. Həmin tərtib edilmiş siyahıda qanuni istifadədə 0.04 ha, zəbt kimi isə 0,57 ha həyətyanı torpaq sahəsinin olduğu qeyd edilmişdir. Ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən həyətyanı torpaq sahəsi kimi 0,07 ha torpaq sahəsinə JN-145A saylı, 0,04 ha torpaq sahəsinə JN-145B saylı və 0.11 ha torpaq sahəsinə JN-145C saylı Şəhadətnamələr verilmişdir. Pay torpaq sahəsi kimi ayrılan 3,33 hektar torpaq sahəsinə isə JN-0015 (kod 40500018) saylı “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı” işlənilmişdir. Bundan əlavə iddiaçının 0,57 ha torpaq sahəsinin faktiki istifadəsində olmasına görə mübahisəli torpaq sahəsinə hüququnun yaranması ilə məhkəmə qeyd edir ki, həmin torpaq sahəsinin iddiaçının uzun illər istifadəsində olması o halda hüquqların dövlət qeydiyyatı üçün əsas ola bilər ki, həmin torpaq sahəsi qanuni əsaslarla iddiaçıya ayrılmış olsun. Belə halların mövcudluğu məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamış, əksinə müəyyən olunmuşdur ki, Ölkədə aparılan aqrar islahatı zamanı iddiaçıya ailə üzvləri ilə birlikdə həyətyanı və kənd təsərrüfatı məhsullarının istehsalı təyinatlı torpaq sahələri verilmiş və adlarına JN-0015 seriyalı torpaq sahəsinin planı və ölçüsünə əsasən ,07 ha torpaq sahəsinə JN-145A saylı, 0,04 ha torpaq sahəsinə JN-145B saylı və 0.11 ha torpaq sahəsinə JN-145C saylıŞəhadətnamələr verilmişdir. “Torpaq sahəsinin mülkiyyətə verilməsinə dair akt”a əsasən Oğuz rayonu Daşağıl kəndində 3.33 ha qanuni kənd məhsullarının istehsalı sahəsi verilmişdir. Qeyd olunan işin hallarını, aparılan araşdırmanın nəticələrini nəzərə alaraq məhkəmə qeyd edir ki, 0,57 ha torpaq sahəsi üzərində iddiaçının hüquqlarının dövlət qeydiyyatına alınmaması ilə bağlı cavabdehin hərəkətləri qanunauyğun olduğundan, Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestr Xidmətinin xx.xx.2019-cu il tarixli **********20 nömrəli məktubunda qeyd edildiyi kimi ... Həmin tərtib edilmiş siyahıda qanuni istifadədə 0.04 ha, zəbt kimi isə 0,57 ha həyətyanı torpaq sahəsinin olduğu qeyd edildiyindən və heç bir qanuni əsas olmadığından iddia tələbi rədd edilməlidir. Yuxarıda qeyd olunan işin hallarını, iddiaçının nümayəndəsinin məhkəmə iclasında verdiyi izahatı, məhkəmə kollegiyası tərəfindən aparılan araşdırmanın nəticələrini nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, aqrar islahatı zamanı iddiaçı və onun ailə üzvlərinə əkin və həyətyanı torpaq sahələri verilmiş və adlarına mülkiyyət sənədləri tərtib edilmişdir. 0,57 ha torpaq sahəsi üzərində iddiaçının hüquqlarının dövlət qeydiyyatına alınmaması ilə bağlı cavabdehin hərəkətləri qanunauyğun olduğundan, habelə həmin torpaq sahəsinin iddiaçının mülkiyyəti kimi dövlət qeydiyyatına alınması üçün "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8 və 10-cu maddələrində nəzərdə tutulmuş qanuni əsas olmadığından iddia tələbi rədd edilməlidir. Apelyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verən məhkəmə kollegiyası qeyd edir ki, 0,57 ha torpaq sahəsinə dair iddiaçının hər hansı bir hüquq müəyyənedici sənədi olmadığından, həmin sahə üzərində iddiaçının hüquqlarının dövlət qeydiyyatına alınmaması ilə bağlı cavabdehin hərəkətləri qanunauyğun olduğundan, Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestr Xidmətinin xx.xx.2019-cu il tarixli **********20 nömrəli məktubunda qeyd edildiyi kimi ... Həmin tərtib edilmiş siyahıda qanuni istifadədə 0.04 ha, zəbt kimi isə 0,57 ha həyətyanı torpaq sahəsinin olduğu qeyd edildiyindən və heç bir qanuni əsas olmadığından apelyasiya şikayətinin dəlilləri əsassız olduğu üçün təmin edilməməlidir. İPM-in 87.6-cı maddəsinə görə, аpelyаsiyа instаnsiyаsı məhkəməsi birinci instаnsiyа məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instаnsiyа məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi baxılan mübahisə üzrə düzgün nəticəyə gəlmişdir. Buna görə də birinci instansiya məhkəməsinin qərarı İPM-in 87.6-cı maddəsinə əsasən dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Apelyasiya şikayəti təmin edilməməlidir. Nəticəvi hissə Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 87, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən məhkəmə kollegiyası qərara aldı: İddiaçı X5 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin xx xxx 2020-ci il tarixli, 2-1(116)-422/2020 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarı ondan şikayət verilmədiyi halda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar