Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-253/2021 22.07.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən və məruzəçi), Məlikov Vəzirxan İsgəndər oğlu və Hüseynov Elçin Şirin oğlundan ibarət tərkibdə, Əliyeva Tahirə Nazim qızının katibliyi ilə, İddiaçı1 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinə (üçüncü şəxs İddiaçı2) qarşı "A seriyalı 389718 nömrəli "Torpaq sahəsinin planı və ölçüsü"nün, RX seriyalı ******* nömrəli çıxarışın, texniki pasportun ləğv edilməsi və torpaq sahəsinə çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması", İddiaçı2 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinə (üçüncü şəxs İddiaçı1) qarşı "üçüncü şəxs X4 verilmiş JN-1605A kod 40501004 nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə"nin ləğv edilməsi" tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 03 mart 2021-ci il tarixli, 2-1(116)- 53/2021 nömrəli qərarından iş üzrə İddiaçı2 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi ilə bağlı 1962-ci ilin dekabr ayında X6 adına 205 nömrəli "Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid pasport" tərtib edilmişdir. Həmin sənədə əsasən, ev 1950-ci ildə tikilmiş, torpağın sahəsi cəmi 1056 kv.m olmuşdur. Vartaşen (indiki Oğuz) rayon şəhər sovetinin 1969-1971-ci il tarixli 11 nömrəli təsərrüfatbaşına uçot kitabında X7 təsərrüfatının xüsusi istifadəsində olan 0,75 ha həyətyanı torpaq sahəsinin olması qeyd edilmişdir. ünvan 2 ünvanında yerləşən 2 fərdi yaşayış evi ilə bağlı 1977-ci ilin yanvar ayında X6 adına (həmin ad mötərizəyə alınaraq İddiaçı2 yazılmışdır) 205 nömrəli "Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid pasport" tərtib edilmişdir. Həmin sənədə əsasən, evin biri 1950-ci ildə, digəri 1974-cü ildə tikilmiş, torpağın sahəsi cəmi 1030 kv.m olmuşdur. Oğuz şəhəri N.Nərimanov küçəsi dalan 2 ev 1 ünvanında yerləşən fərdi yaşayış evi ilə bağlı 1982-ci ilin dekabr ayında X6 adına (həmin ad mötərizəyə alınaraq X10 yazılmışdır) 205 nömrəli "Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid pasport" tərtib edilmişdir. Həmin sənədə əsasən, ev 1974-cü ildə tikilmiş, torpağın sahəsi cəmi 984 kv.m olmuşdur. X12 notariat qaydasında təsdiq edilmiş 06.10.1982-ci il tarixli müqavilə ilə özünə məxsus olan Oğuz şəhəri N.Nərimanov küçəsi 1-də 600 kv.m torpaq sahəsində yerləşən 1950-ci ildə tikilmiş, 31,7 kv.m yaşayış və 28,6 kv.m qeyriyaşayış sahəsi olan 2 otaqlı evi oğlu İddiaçı2 bağışlamışdır. ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi ilə bağlı 1982-ci ilin dekabr ayında İddiaçı2 adına 1839 nömrəli "Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid pasport" tərtib edilmişdir. Həmin sənədə əsasən, ev 1950-ci ildə tikilmiş, torpağın sahəsi göstərilməmişdir. X13 13.05.1986-cı ildə vəfat etmişdir. ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evi ilə bağlı 03.10.1986-cı ildə X6 adına 21 nömrəli "Qeydəalma vəsiqəsi" verilmişdir. X1 məxsus olan ünvan 3 ünvanında 600 kv.m torpaq sahəsində yerləşən 1 otaqlı yaşayış evinə 13.10.1986-cı ildə arvadı X5 adına "Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə" verilmişdir. Oğuz Şəhəri "28 may" X3 Aqrar İslahat Komissiyasının 29.10.1998-ci il tarixli 6 nömrəli qərarı ilə kooperativin ərazisində torpaq payı alacaq 541 nəfər, 1471 ailənin siyahısının təsdiq edilməsi və s. qərara alınmışdır. Oğuz Rayon Aqrar İslahat Komissiyasının 05.11.1998-ci il tarixli 75 nömrəli qərarı ilə Oğuz Şəhəri "28 may" X3 Aqrar İslahat Komissiyasının 29.10.1998-ci il tarixli 6 nömrəli qərarı təsdiq edilmişdir. Oğuz Rayon İcra Hakimiyyəti başçısının Oğuz şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 08.09.2020-ci il tarixli 10-0/93 nömrəli arayışı ilə müəyyən edildi ki, nümayəndəlikdə ev təsərrüfatlarının uçotu kitabı ilk dəfə 2013-cü ildə tərtib olunmuş, 2013-cü ilədək isə Oğuz şəhər əhalisinin uçotu kitabları mövcud olmuşdur. Həmin 2001- 2013-cü illər üzrə uçot kitabına görə, həm İddiaçı1, həm də İddiaçı2 və ailəsinin yaşayış yerinin ünvanı ünvan 4 sədri tərəfindən 25.07.2001-ci ildə təsdiq edilmiş "Oğuz şəhərində vətəndaşların xüsusi mülkiyyətinə verilən həyətyanı torpaq sahələrinə aid cədvəl"də İddiaçı1 0,06 ha torpaq sahəsinin verilməsi nəzərdə tutulmuşdur. Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin 12.11.2020-ci il tarixli **********18 nömrəli arayışı ilə müəyyən edilir ki, mülkiyyətinə həyətyanı torpaq sahələri verilən subyektlərin siyahısında İddiaçı2 adı aşkar edilməmişdir. Oğuz Rayon Aqrar İslahat Komissiyasının 05.11.1998-ci il tarixli 75 nömrəli qərarına əsasən, 0,06 ha həyətyanı torpaq sahəsi ilə bağlı İddiaçı1 adına 23.03.2006-cı ildə JN- 1605A kod 40501004 nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə" verilmişdir. Azərbaycan Respublikası DTXK tərəfindən Oğuz Rayon Aqrar İslahat Komissiyasının 05.11.1998-ci il tarixli 75 nömrəli qərarına əsasən, İddiaçı2 adına 799,27 kv.m həyətyanı torpaq sahəsi ilə bağlı A-389718 nömrəli "Torpaq sahəsinin planı və ölçüsü" verilmiş, həmin sənəd X18 kitabında 21.04.2012-ci ildə 9625 nömrəsi ilə uçota alınmışdır. Azərbaycan Respublikası DTXK-nın Oğuz rayon şöbəsi İddiaçı2 ərizəsinə 28.06.2013-cü il tarixli 184 nömrəli cavab məktubunda bildirmişdir ki, Oğuz şəhəri "28 may" təsərrüfatı ərazisində torpaq islahatı aparılan zaman Dövlət Yerquruluşu Layihə İnstitutunun mütəxəssisləri tərəfindən vətəndaşların istifadəsində olan həyətyanı və bağ sahələri ölçülmüş, sxematik planı çəkilmiş, siyahı tərtib olunmuşdur. Həmin vaxt İddiaçı2 məxsus yaşayış evi və evə aid torpaq sahəsi məlum olmayan səbəbdən İddiaçı1 adına göstərilmiş və onun adına JN-1605A kod 40501004 nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə" hazırlanmışdır. Bu uyğunsuzluğun aradan qaldırılması üçün həmin şəhadətnamə şöbə tərəfindən DTXK-nə təqdim edilmiş, ilkin sənədlər əsasında İddiaçı2 məxsus ev və evə aid olan torpaq sahəsinə "Torpaq sahəsinin planı və ölçüsü" hazırlanaraq ona təqdim edilmişdir. Oğuz RİH-in Memarlıq və tikinti şöbəsi 03.02.2015-ci il tarixli 09 nömrəli arayış verərək bildirmişdir ki, ünvan 7-də yerləşən ona məxsus olan 0,08 ha torpaq sahəsində 1950-ci ildə tikilmiş 3 otaqlı fərdi yaşayış evi vardır. Oğuz Rayon İcra Hakimiyyəti başçısının Oğuz şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 16.03.2020-ci il tarixli 10-0/34 nömrəli arayışı ilə müəyyən edildi ki, ünvan 5 ünvanında 1995-2000-ci illərdən halhazıradək İddiaçı1 qeydiyyatdadır və yaşayır. Həmin evin həyətyanı sahəsi tikilialtı ilə birlikdə 0,03 ha təşkil edir. Oğuz şəhəri N.Nərimanov küçəsi ev 13 ünvanında 1995-2000-ci illərdə İddiaçı2 qeydiyyatda olmuşlar. İddiaçı2 ünvan 6 ünvan əvvəllər ev 11 olmuşdur, həyətyanı torpaq sahəsi 0,11 ha təşkil edir. İddiaçı2 cavabdeh Əmlak Məsələləri Dövlət Komitəsinə qarşı iddia ilə Şəki İnzibati- İqtisadi Məhkəməsinə müraciət edərək, İddiaçı1 adına olan JN-1605A kod 40501004 nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə"nin ləğv olunmasını xahiş etmiş və həmin məhkəmənin 17.09.2015-ci il tarixli 2-1(84)-369/2015 nömrəli qərarı ilə iddia təmin edilmişdir. Bundan sonra ünvan 7 ünvanında yerləşən fərdi yaşayış evi ilə bağlı 04.02.2016-cı ildə DƏDRX-in 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən İddiaçı2 adına texniki pasport tərtib edilmiş, sənəddə həyətyanı torpağın sahəsi sənəd üzrə 0,08 ha, zəbt olunmuş 0,053982 ha, cəmi 0,133982 ha göstərilmişdir. ünvan 7 ünvanında yerləşən 0,08 ha torpaq sahəsinə və fərdi yaşayış evinə İddiaçı2 mülkiyyət hüququ 05.02.2016-cı ildə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış və onu bu barədə RX seriyalı ******* nömrəli "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış" verilmişdir. Daha sonra İddiaçı1 Şəki İnzibati-İqtisadi Məhkəməsinin yuxarıda göstərilən 17.09.2015-ci il tarixli 2-1(84)-369/2015 nömrəli qərarından apellyasiya şikayəti vermiş və Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 24.04.2019-cu il tarixli 2- 1(107)-226/2019 nömrəli qərardadı ilə Şəki İnzibati-İqtisadi Məhkəməsinin 17.09.2015-ci il tarixli 2-1(84)-369/2015 nömrəli qərarı ləğv edilmiş və iddia mümkün sayılmamışdır. İddiaçı1 Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinə ərizə ilə müraciət edərək, Oğuz şəhərində yerləşən fərdi yaşayış evinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmişdir. 9 saylı Qəbələ Ərazi İdarəsi 23.10.2019-cu il tarixli bildirişdə göstərmişdir ki, əvvəla JN-1605A kod 40501004 nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə" təqdim edilməmişdir, digər tərəfdən isə inventarlaşdırma işləri aparılan zaman torpaq sahəsi üzərində mübahisə olması məlum olmuşdur. Bundan sonra 9 saylı Qəbələ Ərazi İdarəsi 22.11.2019-cu il tarixli bildirişdə eyni səbəblərə istinad edərək daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina etmişdir. İddiaçı1 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı "A seriyalı 389718 nömrəli "Torpaq sahəsinin planı və ölçüsü"nün, RX seriyalı ******* nömrəli çıxarışın, texniki pasportun ləğv edilməsi və torpaq sahəsinə çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" barədə iddia ilə Şəki İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişdir. O, tələbini belə əsaslandırmışdır ki, "Torpaq sahəsinin planı və ölçüsü", çıxarış və texniki pasport heç bir hüquq müəyyənedici sənəd olmadığı halda əsassız tərtib edilmişdir. Cavabdeh iddiaya qarşı 12.02.2020-ci il tarixli etirazında imtina məktubunun dəlillərinə istinad etmişdir. Şəki İnzibati Məhkəməsinin 04.06.2020-ci il tarixli qərardadı ilə həmin iddia mümkün sayılmamışdır. Qərardad belə əsaslandırılmışdır ki, iddiaçı hazırkı iddia tələblərindən biri, yəni adına çıxarışın verilməsi ilə bağlı əvvəlcədən cavabdehə müraciət etsə də, digər iddia tələbləri, yəni İddiaçı2 adına olan A seriyalı 389718 nömrəli "Torpaq sahəsinin planı və ölçüsü"nün, RX seriyalı ******* nömrəli çıxarışın və texniki pasportun ləğv edilməsi ilə bağlı müraciət etməmişdir, belə olan halda iddianın həmin hissəsi mümkün sayıla bilməz, iddiaçının öz adına çıxarışın verilməsi tələbi isə iddianın həmin hissələrinin həllindən asılı olduğuna görə bu tələb də mümkün sayıla bilməz. İddiaçı1 məhkəmənin qərardadından apellyasiya şikayəti vermiş, Şəki Apellyasiya Məhkəməsinin 20.07.2020-ci il tarixli qərardadı ilə Şəki İnzibati Məhkəməsinin 04.06.2020ci il tarixli qərardadı ləğv edilmiş və iş baxılması üçün Şəki İnzibati Məhkəməsinə qaytarılmışdır. Bununla yanaşı, İddiaçı2 Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinə ərizə ilə müraciət edərək, X4 verilmiş JN-1605A kod 40501004 nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə"nin ləğv olunmasını xahiş etmiş, lakin sonuncu 13.03.2020-ci il tarixli məktubla bundan imtina edərək bildirmişdir ki, həmin məsələ İdarənin səlahiyyətləri daxilində deyildir. Bundan sonra İddiaçı2 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı "üçüncü şəxs X4 verilmiş JN-1605A kod 40501004 nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə"nin ləğv edilməsi" barədə iddia ərizəsi ilə Şəki İnzibati Məhkəməsinə müraciət etmişdir. O, tələbini belə əsaslandırmışdır ki, sözügedən şəhadətnamə onun mülkiyyət hüququna toxunduğundan həmin şəhadətnamə ləğv edilməlidir. Cavabdeh iddia ilə bağlı 09.06.2020-ci il tarixli etirazında imtina məktubunun dəlillərinə istinad etmiş və bildirmişdir ki, JN-1605A kod 40501004 nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə"də torpaq sahəsinin sənəd üzrə ölçüsü 0,08 ha, faktiki ölçüsü 0,133982 hektardır. Həmin torpaq sahəsində 1950-ci ildə inşa edilmiş fərdi yaşayış evi və həyət tikililəri mövcuddur. İddiaçı1 İddiaçı2 iddiasına qarşı etirazında bildirmişdir ki, Oğuz Rayon AİK-in 75 nömrəli qərarı ilə İddiaçı2 0,5 ha torpaq sahəsi verilməsi qərara alınsa da, həmin torpaq sahəsi ona naturada verilməmiş və buna görə də ona "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə" verilməmişdir. Bundan başqa, İddiaçı2 799 kv.m, yaxud 0,8 ha torpaq sahəsinin verilməsi barədə Oğuz Rayon AİK-in heç bir qərarı yoxdur. Sadəcə torpaq sahəsinin verilməsini X24 Komissiyası təsdiq etmişdir. Hər iki iddiada ləğv edilməsi, eləcə də verilməsi tələb edilən sənədlər eyni torpaq sahəsinə aid olduğuna, hər iki işdə mübahisə predmetləri eyni olduğuna görə və həmin işlərə birgə baxılaraq vahid qərar qəbul edilməsi daha məqsədə müvafiq olduğuna görə Şəki İnzibati Məhkəməsinin 07.10.2020-ci il tarixli qərardadı ilə göstərilən inzibati işlər üzrə icraat bir icraatda birləşdirilmişdir. Şəki İnzibati Məhkəməsinin 03.03.2021-ci il tarixli, 2-1(116)-53/2021 saylı qərarı ilə İddiaçı1 iddiası qismən təmin edilmiş, İddiaçı2 adına olan A seriyalı 389718 nömrəli "Torpaq sahəsinin planı və ölçüsü"nün, RX seriyalı ******* nömrəli 05.02.2016-cı il tarixli "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış"ın, 04.02.2016-cı il tarixli texniki pasportun İddiaçı1 adına olan JN1605A kod 40501004 nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə"də göstərilmiş 600 kv.m torpaq sahəsi ilə üst-üstə düşdüyü 590 kv.m hissədə ləğv edilməsi, JN-1605A kod 40501004 nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə"də göstərilmiş 600 kv.m torpaq sahəsinə İddiaçı1 mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq ona reyestrdən çıxarış verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinin üzərinə qoyulması qərar alınmışdır. İddiaçı2 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı "üçüncü şəxs X4 verilmiş JN-1605A kod 40501004 nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə"nin ləğv edilməsi" barədə iddiası təmin edilməmişdir. Həmin qərardan İddiaçı2 apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri İddiaçı X11 apellyasiya şikayətini onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən qəbul olunmuş qərar qanunsuz və əsassızdır. Belə ki, iş materiallarından göründüyü kimi atası mərhum X12 hələ sağlığında istifadəsində olan həyətyanı sahəsində 1950-ci ildə bir ev, 1974-cü ildə isə eyni həyətdə bir yaşayış evi inşa etmiş, lakin 1950-1951-ci illərə dair Vartaşen (indiki Oğuz) ZDS İcraiyyə Komitəsi tərəfindən sənədlər arxivə təhvil verilmədiyindən 1950-ci ildə inşa edilən yaşayış evinə torpaq sahəsi ayrılmasına dair qərarın arxiv bazasından əldə edilməsi mümkün olmamışdır. İşdə olan atası Canan Yusifovun adına 1962, 1977, 1982-ci illərdə tərtib olunmuş Texniki Pasportlarla 1950-ci ildə tikilmiş evin həyətyanı sahəsinin faktiki ölçülərinin göstərilən illər üzrə müxtəlif ölçülərdə (1056 kv. m, 1030 kv.m və 984 kv. m) olduğu qeyd edilmiş, lakin həmin pasportlarda torpaq sahəsinin ayrılmasını təsdiq edən qərara istinad edilmədiyindən bu pasportlar həyətyanı torpaq sahəsinə münasibətdə hüquqmüəyyənedici sənəd hesab edilmir. Oğuz rayon Dövlət Arxivinin iş materiallarında olan 02 dekabr 2019-cu il tarixli 106 saylı arxiv çıxarışı ilə müəyyən olunur ki, Vartaşen (Oğuz) rayon şəhər Sovetinin 1969-1971-ci il tarixli 11 nömrəli təsərrüfatbaşına uçot kitabında atası X7 adına təsərrüfatın xüsusi istifadəsində olan 0,75 ha həyətyanı torpaq sahəsinin olduğu qeyd edilmişdir. Hesab edir ki, qeyd edilən ölçüdə atası C.Yusifova həyətyanı sahə istifadəsinə verilməsi və eləcə də, evin ona bağışlanmasına dair 06.10.1982-ci il tarixli müqavilədə bağışlanan evin həyətyanı sahəsinin 600 kv. m göstərilməsi o dövrdə fərdi mənzil tikintisi üçün nəzərdə tutulan normalara uyğun olduğundan məhkəmə tərəfindən ağlabatan və mötəbər bir fakt kimi qiymətləndirilməlidir. C.Yusifovun təsərrüfatının xüsusi istifadəsində olmuş həyətyanı sahə 0,06-0,08 ha arası ölçüdə olmuş, 1950-1974-cü illərdə inşa edilmiş evlər və digər tikililər həyətin ümumi faktiki sahəsinin (0,133982) zəbt olunmuş hissəsində (0,053982 ha) deyil, atasının təsərrüfatının xüsusi istifadəsində olan (0,08 ha) hissədə tikilmişdir. Şəxsi mülkiyyət hüququ ilə atasına məxsus 600 kv. m torpaq sahəsində yerləşən 1950-ci ildə inşa olunmuş yaşayış evi ona bağışlanmışdır. Eləcə də, atasının vəfatından sonra “Qanun üzrə vərəsəlik hüquq haqqında” Şəhadətnaməyə əsasən eyni adlı 600 kv. m torpaq sahəsində yerləşən 1974-cü ildə inşa edilmiş ev vərəsəlik qaydasında anasına keçmişdir. Anası 24.11.1987-ci il tarixli vəsiyyətnamə ilə bu evi 2 bərabər hissədə bacısı Rüxsarə Yusifovaya və Şükufə Yusifovaya vəsiyyət etmişdir. Beləliklə, 1984-cü ildə tikilmiş ev və vəsiyyət əsasında R.Yusifovaya keçmiş ev ona bağışlanmış evə aid həyətyanı sahədə yerləşir. Odur ki, Şəki İnzibati Məhkəməsinin 03.03.2021-ci il tarixli 2-1(116)-53/2021 saylı Qərarını ləğv edərək iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı2 apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 03 mart 2021-ci il tarixli, 2-1(116)-53/2021 saylı qərarının ləğv edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə cavabdehin iştirakı olmadan işə baxaraq iş üzrə qərar qəbul etmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişində tərəflər məhkəmə baxışı iclasına gəlmədiyi halda işə baxılması və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişlər (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxs İddiaçı1 və onun vəkili Vəkil hər biri ayrı-ayrılıqda apellyasiya şikayətinin təmin edilməməsini, Şəki İnzibati Məhkəməsinin 03.03.2021-ci il tarixli, 2-1(116)-53/2021 nömrəli qərarının qüvvədə saxlanılmasını xahiş etmişlər. Əsaslandırma hissəsi Azərbаycаn Respublikаsının İnzibati Prosessual Məcəlləsinin 82-ci mаddəsinə əsаsən, аpelyаsiyа instаnsiyаsı məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə bаxır. Apelyаsiyа instаnsiyаsı məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Həmin Məcəllənin 80-ci mаddəsinə görə, barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İş materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş: - 1962-ci ilin dekabr ayında X6 adına tərtib edilmiş 205 nömrəli "Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid pasport"dan görünür ki, həmin sənəd ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi ilə bağlı tərtib edilmişdir. Sənədə əsasən, ev 1950-ci ildə tikilmiş, torpağın sahəsi cəmi 1056 kv.m olmuşdur. - 1977-ci ilin yanvar ayında X6 adına (həmin ad mötərizəyə alınaraq İddiaçı2 yazılmışdır) tərtib edilmiş 205 nömrəli "Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid pasport"dan görünür ki, həmin sənəd ünvan 2 ünvanında yerləşən 2 fərdi yaşayış evi ilə bağlı tərtib edilmişdir. Sənədə əsasən, evin biri 1950-ci ildə, digəri 1974-cü ildə tikilmiş, torpağın sahəsi cəmi 1030 kv.m olmuşdur. - 1982-ci ilin dekabr ayında X6 adına (həmin ad mötərizəyə alınaraq X10 yazılmışdır) tərtib edilmiş 205 nömrəli "Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid pasport"dan görünür ki, həmin sənəd Oğuz şəhəri N.Nərimanov küçəsi dalan 2 ev 1 ünvanında yerləşən fərdi yaşayış evi ilə bağlı tərtib edilmişdir. Həmin sənədə əsasən, ev 1974-cü ildə tikilmiş, torpağın sahəsi cəmi 984 kv.m olmuşdur. - notariat qaydasında təsdiq edilmiş 06.10.1982-ci il tarixli müqavilədən görünür ki, X12 özünə məxsus olan Oğuz şəhəri N.Nərimanov küçəsi 1-də 600 kv.m torpaq sahəsində yerləşən 1950-ci ildə tikilmiş, 31,7 kv.m yaşayış və 28,6 kv.m qeyri-yaşayış sahəsi olan 2 otaqlı evi oğlu İddiaçı2 bağışlamışdır. - 1982-ci ilin dekabr ayında İddiaçı2 adına tərtib edilmiş 1839 nömrəli "Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid pasport"dan görünür ki, həmin sənəd ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi ilə bağlı tərtib edilmişdir. Sənədə əsasən, ev 1950-ci ildə tikilmiş, torpağın sahəsi göstərilməmişdir. - 03.10.1986-cı il tarixli 21 nömrəli "Qeydəalma vəsiqəsi"ndən görünür ki, həmin sənəd X6 adına verilmişdir. - 13.10.1986-cı il tarixli "Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə"dən görünür ki, həmin sənəd X1 məxsus olan ünvan 3 ünvanında 600 kv.m torpaq sahəsində yerləşən 1 otaqlı yaşayış evi ilə bağlı arvadı X5 adına verilmişdir. - Oğuz Şəhəri "28 may" X3 Aqrar İslahat Komissiyasının 29.10.1998-ci il tarixli 6 nömrəli qərarından görünür ki, kooperativin ərazisində torpaq payı alacaq 541 nəfər, 1471 ailənin siyahısının təsdiq edilməsi və s. qərara alınmışdır. - Oğuz Rayon Aqrar İslahat Komissiyasının 05.11.1998-ci il tarixli 75 nömrəli qərarından görünür ki, Oğuz Şəhəri "28 may" X3 Aqrar İslahat Komissiyasının 29.10.1998ci il tarixli 6 nömrəli qərarı təsdiq edilmişdir. - Oğuz Rayon İcra Hakimiyyəti başçısının Oğuz şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 08.09.2020-ci il tarixli 10-0/93 nömrəli arayışından görünür ki, nümayəndəlikdə ev təsərrüfatlarının uçotu kitabı ilk dəfə 2013-cü ildə tərtib olunmuş, 2013-cü ilədək isə Oğuz şəhər əhalisinin uçotu kitabları mövcud olmuşdur. Həmin 2001- 2013-cü illər üzrə uçot kitabına görə, həm İddiaçı1, həm də İddiaçı2 və ailəsinin yaşayış yerinin ünvanı ünvan 8n sədri tərəfindən 25.07.2001- ci ildə təsdiq edilmiş "Oğuz şəhərində vətəndaşların xüsusi mülkiyyətinə verilən həyətyanı torpaq sahələrinə aid cədvəl"dən görünür ki, həmin sənəddə İddiaçı1 0,06 ha torpaq sahəsinin verilməsi nəzərdə tutulmuşdur. - Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin 12.11.2020-ci il tarixli **********18 nömrəli arayışından görünür ki, mülkiyyətinə həyətyanı torpaq sahələri verilən subyektlərin siyahısında İddiaçı2 adı aşkar edilməmişdir. - 23.03.2006-cı il tarixli JN-1605A kod 40501004 nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə"dən görünür ki, Oğuz Rayon Aqrar İslahat Komissiyasının 05.11.1998-ci il tarixli 75 nömrəli qərarına əsasən, 0,06 ha həyətyanı torpaq sahəsi İddiaçı1 mülkiyyətinə verilmişdir. - İddiaçı2 adına 799,27 kv.m həyətyanı torpaq sahəsi ilə bağlı verilmiş A-389718 nömrəli "Torpaq sahəsinin planı və ölçüsü" Azərbaycan Respublikası DTXK tərəfindən Oğuz Rayon Aqrar İslahat Komissiyasının 05.11.1998-ci il tarixli 75 nömrəli qərarına əsasən verilmiş və X18 kitabında 21.04.2012-ci ildə 9625 nömrəsi ilə uçota alınmışdır. - Azərbaycan Respublikası DTXK-nın Oğuz rayon şöbəsi tərəfindən İddiaçı2 ərizəsinə verilmiş 28.06.2013-cü il tarixli 184 nömrəli cavab məktubundan görünür ki, Oğuz şəhəri "28 may" təsərrüfatı ərazisində torpaq islahatı aparılan zaman Dövlət Yerquruluşu Layihə İnstitutunun mütəxəssisləri tərəfindən vətəndaşların istifadəsində olan həyətyanı və bağ sahələri ölçülmüş, sxematik planı çəkilmiş, siyahı tərtib olunmuşdur. Həmin vaxt İddiaçı2 məxsus yaşayış evi və evə aid torpaq sahəsi məlum olmayan səbəbdən İddiaçı1 adına göstərilmiş və onun adına JN-1605A kod 40501004 nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə" hazırlanmışdır. Bu uyğunsuzluğun aradan qaldırılması üçün həmin şəhadətnamə şöbə tərəfindən DTXK-nə təqdim edilmiş, ilkin sənədlər əsasında İddiaçı2 məxsus ev və evə aid olan torpaq sahəsinə "Torpaq sahəsinin planı və ölçüsü" hazırlanaraq ona təqdim edilmişdir. - Oğuz RİH-in Memarlıq və tikinti şöbəsinin 03.02.2015-ci il tarixli 09 nömrəli arayışından görünür ki, ünvan 7-də yerləşən ona məxsus olan 0,08 ha torpaq sahəsində 1950-ci ildə tikilmiş 3 otaqlı fərdi yaşayış evi vardır. - Oğuz Rayon İcra Hakimiyyəti başçısının Oğuz şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 16.03.2020-ci il tarixli 10-0/34 nömrəli arayışından görünür ki, ünvan 5 ünvanında 1995-2000-ci illərdən halhazıradək İddiaçı1 qeydiyyatdadır və yaşayır. Həmin evin həyətyanı sahəsi tikilialtı ilə birlikdə 0,03 ha təşkil edir. Oğuz şəhəri N.Nərimanov küçəsi ev 13 ünvanında 1995-2000-ci illərdə İddiaçı2 qeydiyyatda olmuşlar. İddiaçı2 ünvan 6 ünvan əvvəllər ev 11 olmuşdur, həyətyanı torpaq sahəsi 0,11 ha təşkil edir. - 04.02.2016-cı ildə DƏDRX-in 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən İddiaçı2 adına tərtib edilmiş texniki pasportdan görünür ki, həmin sənəd ünvan 7 ünvanında yerləşən fərdi yaşayış evi ilə bağlı tərtib edilmiş, sənəddə həyətyanı torpağın sahəsi sənəd üzrə 0,08 ha, zəbt olunmuş 0,053982 ha, cəmi 0,133982 ha göstərilmişdir. - RX seriyalı ******* nömrəli "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış"dan görünür ki, ünvan 7 ünvanında yerləşən 0,08 ha torpaq sahəsinə və fərdi yaşayış evinə İddiaçı2 mülkiyyət hüququ 05.02.2016-cı ildə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. "Torpaq islahatı haqqında" Azərbaycan Respublikası Qanununun 20-ci maddəsində deyilir ki, torpaq islahatını Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyası, Naxçıvan Muxtar Respublikası Aqrar İslahat Komissiyası, rayon və X24 komissiyaları aparır. Aqrar islahat komissiyalarının yaradılması və fəaliyyəti "Sovxoz və kolxozların islahatı haqqında" Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Həmin Qanunun 21-ci maddəsinin üçüncü hissəsində deyilir ki, islahat hər bir kənd təsərrüfatı müəssisəsi üçün torpaq islahatının kompleks yerquruluşu layihələri və şəhər, qəsəbə və kənd yaşayış məntəqələrinin baş planları əsasında aparılır. Həmin Qanunun 21-ci maddəsinin dördüncü hissəsində deyilir ki, qanunvericiliklə nəzərdə tutulan qaydada təsdiq edilmiş yerquruluşu layihələrinə uyğun olaraq yerquruluşu orqanları tərəfindən yerdə (naturada) torpaq sahələrinin sərhədləri ayrılır, torpağa mülkiyyət və ya torpaqdan istifadə hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınması məqsədilə qanunvericiliklə müəyyən edilmiş sənədlər hazırlanır (bu sənədlərin nümunələri müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir) və həmin sənədlər müvafiq şəxslərə verilir. Həmin Qanunun 9-cu maddəsinə görə, vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir Həmin Qanunun 10-cu maddəsinin birinci hissəsinə görə, həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Həmin maddənin dördüncü hissəsinə görə, fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaq ayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin maddənin beşinci hissəsinə görə, torpaq üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında çıxarış vətəndaşların ərizələri və həmin torpaqlardan istifadənin qanuniliyini təsdiq edən sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrini aparan dövlət orqanı tərəfindən verilir. İşdən görünür ki, iddiaçıların atası X2 şəhəri N.Nərimanov küçəsində həyətyanı torpaq sahəsində 1950-ci ildə birinci, 1974-cü ildə isə ikinci fərdi yaşayış evini tikmişdir. Müxtəlif illərdə tərtib edilmiş "Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid pasport"larda həyətyanı torpağın sahəsi 1056 kv.m və 1030 kv.m göstərilmişdir. 1974-cü ildə tikilmiş ev üçün 1982-ci ilin dekabr ayında ayrıca tərtib edilmiş "Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid pasport"da torpağın sahəsi 984 kv.m göstərilmişdir. X12 1950-ci ildə tikilmiş evi 06.10.1982-ci ildə oğlu İddiaçı2 bağışlamış və həmin müqavilədə torpağın sahəsi 600 kv.m qeyd olunmuşdur. X13 vəfat etdikdən sonra 13.10.1986-cı ildə arvadı X5 adına verilmiş "Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə"də evin 600 kv.m torpaq sahəsində yerləşdiyi göstərilmişdir. İddiaçı1 torpaq islahatı zamanı da, hazırda da atasından qalmış 1974-cü ildə tikilən evdə yaşayır. Torpaq islahatı zamanı onun adı Oğuz Rayon Aqrar İslahat Komissiyasının sədri tərəfindən 25.07.2001-ci ildə təsdiq edilmiş "Oğuz şəhərində vətəndaşların xüsusi mülkiyyətinə verilən həyətyanı torpaq sahələrinə aid cədvəl"ə daxil edilərək ona 0,06 ha torpaq sahəsinin verilməsi qeyd edilmiş və həmin 0,06 ha torpaq sahəsi ilə bağlı onun adına JN-1605A kod 40501004 nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə" verilmişdir. İddiaçı2 həmin şəhadətnamənin ləğv olunması barədə iddiasını göstərilən torpaq sahəsinin onun mülkiyyətində olması ilə əsaslandırsa da, həyətyanı torpaq sahəsinin məhz həmin hissəsinin onun mülkiyyətinə verilməsini təsdiq edən heç bir sənəd müəyyən edilmədi. "Oğuz şəhərində vətəndaşların xüsusi mülkiyyətinə verilən həyətyanı torpaq sahələrinə aid cədvəl"də İddiaçı1 adının olmasına baxmayaraq, İddiaçı2 adı həmin sənədə daxil edilməmişdir. Məhkəmə Azərbaycan Respublikası DTXK-nın Oğuz rayon şöbəsinin yuxarıda göstərilən 28.06.2013-cü il tarixli 184 nömrəli məktubunu da İddiaçı2 xeyrinə olan sübut kimi qəbul etmir. Belə ki, həmin məktubda torpaq islahatı zamanı İddiaçı2 məxsus yaşayış evinin və evə aid torpaq sahəsinin məlum olmayan səbəbdən İddiaçı1 adına olan JN- 1605A kod 40501004 nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə"yə daxil edildiyi bildirilsə də, bunu təsdiq edən heç bir sənəd yoxdur. Evin İddiaçı2 bağışlanması barədə müqavilədə bağışlanan evin həyətyanı torpaq sahəsinin 600 kv.m olması göstərilmişdir. İddiaçı1 adına olan JN-1605A kod 40501004 nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə"də göstərilən 600 kv.m torpaq sahəsi ilə topladıqda cəmi 1200 kv.m təşkil edir, halbuki naturada mövcud olan həyətyanı torpaq sahəsinin cəmi bundan artıqdır. İddiaçı2 faktiki istifadə etdiyi torpaq sahəsinin bir hissəsi zəbt olunmuş torpaqdır. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş, İddiaçı2 adının yazıldığı siyahı ilə bağlı məhkəmə qeyd edir ki, əvvəla, həmin siyahı həyətyanı torpaq sahəsi deyil, torpaq payı almaq hüququ olan subyektlərin siyahısıdır. İkincisi isə, həmin siyahıda qaytanlanmış torpaq kitabında onun 0,05 ha torpaq sahəsinin olması əks olunsa da, bu sahənin sxemi, planı yoxdur. Belə olan halda, torpaq islahatı zamanı həmin 0,05 ha torpaq sahəsinin İddiaçı2 və ailə üzvlərinin mülkiyyətinə verildiyini qəbul etsək belə, həmin sahənin məhz İddiaçı1 adına olan JN-1605A kod 40501004 nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə" ilə üst-üstə düşməsini təsdiq edə biləcək heç bir sənəd yoxdur. İddiaçı1 iddia tələbinə gəldikdə isə, məhkəmə qeyd edir ki, Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətindən alınmış 30.11.2020-ci il tarixli mütəxəssis rəyi ilə müəyyən edilir ki, İddiaçı1 adına olan JN-1605A kod 40501004 nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə"də göstərilmiş 600 kv.m torpaq sahəsi və İddiaçı2 adına olan A389718 nömrəli "Torpaq sahəsinin planı və ölçüsü"ndə göstərilmiş 799,27 kv.m torpaq sahəsinin 590 kv.m hissəsi üst-üstə düşür. Məhkəmə hesab edir ki, İddiaçı1 İddiaçı2 adına olan A seriyalı 389718 nömrəli "Torpaq sahəsinin planı və ölçüsü"nün, RX seriyalı ******* nömrəli çıxarışın, texniki pasportun yalnız həmin 590 kv.m hissədə ləğv edilməsini tələb edə bilər, qalan hissədə həmin sənədlərin ləğv edilməsi üçün əsas yoxdur. "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 4.1-ci maddəsinə görə, 2006-cı il iyulun 6-dək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. Həmin Qanunun 8.0.5-ci maddəsinə görə, 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməkdə haqlıdır. Ona görə də Şəki İnzibati Məhkəməsinin 03.03.2021-ci il tarixli, 2-1(116)-53/2021 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalı, iş üzrə İddiaçı2 tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri əsassız olduğu üçün təmin edilməməlidir. Nəticəvi hissə Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: İddiaçı2 tərəfindən verilmiş аpellyаsiyа şikаyəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 03 mart 2021-ci il tarixli, 2-1(116)-53/2021 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan onun təqdim edildiyi gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(107)-253/2021
Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-253/2021
22.07.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver