Məhkəmə qərarları › İş №2-1(107)-254/2020

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(107)-254/2020

13.07.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(107)-254/2020 13.07.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən və məruzəçi), Məlikov Vəzirxan İsgəndər oğlu və Hüseynov Elçin Şirin oğlundan ibarət tərkibdə, Tağıyev Babək Vaqif oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı X5rşı “JN-0554, kod 40610018 saylı “Torpağa mülkiyyət hüququna dair Dövlət akt”ında adı qeyd olunan X2 adının həmin mülkiyyət sənədindən çıxarılmaqla onlara hüquqların dövlət qeydiyyatı haqqında çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin xx xxx 2020-ci il tarixli, 2-1(116)-441/2020 nömrəli qərardadından iş üzrə İddiaçı apelyasiya şikayətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı X5rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “JN0554, kod 40610018 saylı “Torpağa mülkiyyət hüququna dair Dövlət akt”ında adı qeyd olunan X2 adının həmin mülkiyyət sənədindən çıxarılmaqla onlara hüquqların dövlət qeydiyyatı haqqında çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı ərizəsini onunla əsaslandırılmışdır ki, Qəbələ rayonunun Kürd kəndində digər ailə üzvləri ilə birlikdə mülkiyyətində 4.98 ha torpaq sahəsi mövcuddur. Həmin torpaq sahəsi JN 554, Kod 40610018 saylı «Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı» ilə adlarına rəsmiləşdirilmişdir. Dövlət Aktında torpaq sahəsinin mülkiyyətçiləri olaraq onun, X3, X1, X2 və X4 adları qeyd olunmuşdur. Məlum olduğu kimi, dövlət başçısının müvafiq göstərişi ilə Ağdaş rayonun Ləki qəsəbəsində yerləşən dəmir yolu xəttindən Qəbələ rayonu istiqamətində hazırda dəmir yolu xətti çəkilir. Həmin torpaq sahəsi də dəmir yolunun çəkildiyi əraziyə düşür. Lakin bununla belə dəmir yolunun çəkilməsi ilə bağlı dövlətə kompensasiya ödənilməklə keçən torpaq sahəsinə görə qeyd olunan kompensasiyanı ala bilmir. Səbəbi isə torpaq sahəsinin mülkiyyətçilərindən biri olaraq Dövlət Aktında adı qeyd olunan oğlu Rərvin Ələkbərovun vətəndaşlığının itirilməsidir. Pərvin uzun müddətdir ki, Azərbaycan Respublikası ərazisində yaşamır və onun vətəndaşlığı məhkəmə qərarı ilə itirilmişdir. Belə ki, Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti ərizə ilə Bakı şəhəri Binəqədi rayon Məhkəməsinə müraciət edərək Pərvin Ələkbərovun Azərbaycan Respublikası vətəndaşlığını itirməsi barədə qətnamə çıxarılmasanı xahiş etmişdir. Həmin məhkəmənin xx xxxxxx 2017-ci il tarixli 2(001)-16745/2017 saylı qətnaməsi ilə xx xxxx 1988-ci ildə Qəbələ rayonun Kürd kəndində anadan olmuş, Kürd kəndində qeydiyyatda olan X2 Azərbaycan Respublikası vətəndaşlığını itirilmiş hesab edilməsi qət edilmişdir. Qətnamədən aydın olduğu kimi Pərvinin ölkə ərazisindən kənarda dini ekstremist fəaliyyətdə iştirak etməsini müəyyən edən halların mövcudluğu təsdiq olunmaqla bu qərar qəbul olunmuşdur. Şəki İnzibati Məhkəməsinin (hakim İlqar Cabbarov) xx xxx 2020-ci il tarixli 2-1(116)- 441/2020 nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır. İddiaçı həmin qərardaddan apelyasiya şikayəti vermişdir. Apelyasiya şikayətinin dəlilləri Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Qəbələ rayonunun Kürd kəndində digər ailə üzvləri ilə birlikdə mülkiyyətində 4.98 ha torpaq sahəsi mövcuddur. Həmin torpaq sahəsi JN 554, Kod 40610018 saylı «Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı» ilə adlarına rəsmiləşdirilmişdir. Dövlət Aktında torpaq sahəsinin mülkiyyətçiləri olaraq onun, X3, X1, X2 və X4 adları qeyd olunmuşdur. Məlum olduğu kimi, dövlət başçısının müvafiq göstərişi ilə Ağdaş rayonun Ləki qəsəbəsində yerləşən dəmir yolu xəttindən Qəbələ rayonu istiqamətində hazırda dəmir yolu xətti çəkilir. Həmin torpaq sahəsi də dəmir yolunun çəkildiyi əraziyə düşür. Lakin bununla belə dəmir yolunun çəkilməsi ilə bağlı dövlətə kompensasiya ödənilməklə keçən torpaq sahəsinə görə qeyd olunan kompensasiyanı ala bilmir. Səbəbi isə torpaq sahəsinin mülkiyyətçilərindən biri olaraq Dövlət Aktında adı qeyd olunan oğlu Rərvin Ələkbərovun vətəndaşlığının itirilməsidir. Pərvin uzun müddətdir ki, Azərbaycan Respublikası ərazisində yaşamır və onun vətəndaşlığı məhkəmə qərarı ilə itirilmişdir. Belə ki, Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti ərizə ilə Bakı şəhəri Binəqədi rayon Məhkəməsinə müraciət edərək Pərvin Ələkbərovun Azərbaycan Respublikası vətəndaşlığını itirməsi barədə qətnamə çıxarılmasanı xahiş etmişdir. Həmin məhkəmənin xx xxxxxx 2017-ci il tarixli 2(001)-16745/2017 saylı qətnaməsi ilə xx xxxx 1988-ci ildə Qəbələ rayonun Kürd kəndində anadan olmuş, Kürd kəndində qeydiyyatda olan X2 Azərbaycan Respublikası vətəndaşlığını itirilmiş hesab edilməsi qət edilmişdir. Qətnamədən aydın olduğu kimi Pərvinin ölkə ərazisindən kənarda dini ekstremist fəaliyyətdə iştirak etməsini müəyyən edən halların mövcudluğu təsdiq olunmaqla bu qərar qəbul olunmuşdur. Birinci instansiya məhkəməsinin qərarı ilə razı deyildir. Qanunvericiliyin normalarını nəzərə alaraq Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx xxx 2020-ci il tarixli 2-1(116)- 441/2020 nömrəli qərardadının ləğv edilməsini və iddia tələbinin baxılmasının mümkünlüyü barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmişlər. İddiaçı ərizə verərək şikayətini müdafiə etdiyini bildirmiş, işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin (bundan sonra Azərbаycаn Respublikаsının İPM və ya İPM) 62.3-cü mаddəsi). Əsaslandırma hissəsi Azərbаycаn Respublikаsının İnzibati Prosessual Məcəlləsinin 82-ci mаddəsinə əsаsən, аpelyаsiyа instаnsiyаsı məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə bаxır. Apelyаsiyа instаnsiyаsı məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Həmin Məcəllənin 80-ci mаddəsinə görə, barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Kollegiya ilk olaraq bildirir ki, inzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki hissəyə ayrılır: 1) mümkünlük; 2) əsaslılılq. Məhkəmə kollegiyası tərəfindən iş materiallarının tədqiqi zamanı müəyyən edildi ki, iş üzrə iddiaçının hazırki tələblə cavabdeh inzibati orqana müraciət etməsi və sonuncunun bundan imtina etməsi barədə sübutlar iş materiallarına əlavə edilməmişdir. Bu səbəbdən də məhkəmə hesab edir ki, hazırki vəziyyətdə iddianın mümkünlüyünə dair şərtlərə iddiaçı tərəfindən riayət edilmədiyindən, bununla da tərəflər arasında iddia predmeti barədə mübahisə hazırda mövcud olmadığından iddia mümkün sayıla bilməz. Birinci instansiya məhkəməsi tərəfindən iddiaçıya izah olunmuşdur ki, o, müvafiq tələblə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı X7 ərizə ilə müraciət etməli, ərizəsi təmin olunmadığı və ya qanunvericilikdə nəzərdə tutulmuş müddət ərzində cavablandırılmadığı halda məhkəmədə iddia qaldıra bilər. Odur ki, hazırki iddia ilə bağlı iddiaçının hüquq və qanuni mənafelərinin cavabdeh orqan tərəfindən pozulmasını göstərən hallar istisna olunur. Bundan başqa, birinci instansiya məhkəməsi “torpaq sahəsinin planı və ölçüsü” sənədinin etibarsız hesab edilməsi ilə bağlı haqlı olaraq qeyd etmişdir ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. İlk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlanılmalıdır (İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2015- ci il tarixli 05 nömrəli Qərarı). Bununla yanaşı kollegiya onu da qeyd edir ki, İddiaçı birinci instansiya məhkəməsinə təqdim etdiyi iddia ərizəsində JN0554, kod 40610018 saylı “Torpağa mülkiyyət hüququna dair Dövlət akt”ında adı qeyd olunan X2 adının həmin mülkiyyət sənədindən çıxarılmaqla onlara hüquqların dövlət qeydiyyatı haqqında çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etsə də, iddiaçının öz tələbi ilə bağlı cavabdeh orqana rəsmi müraciəti barədə sənəd iş materiallarına əlavə edilməmişdir. Belə ki, işdə olan xx.xx.2019-cu il tarixli cavabdeh inzibati orqanın məktubundan görünür ki, iddiaçı dövlət aktında olan ad səhvinin dəyişdirilməsi ilə bağlı müraciət etmişdir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2015-ci il tarixli 5 nömrəli qərarının: - 1.1-ci bəndində qeyd edilir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. - 1.2-ci bəndinə əsasən, iddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olubolmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. - 1.3-cü bəndinə əsasən, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. - 1.4-cü bəndinə əsasən, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. - 2.1-ci bəndinə əsasən, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. - 2.3-cü bəndinə əsasən, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. - 8.5-ci bəndinə əsasən, iddianın mümkün sayılmaması və iddianın mahiyyəti üzrə həll edilməsi iddiaçı üçün fərqli hüquqi nəticələr yaratdığından, məhkəmələr mümkünlük şərtlərinə əməl edilməməsi əsaslarından çıxış edərək iddianı rədd etməkdə haqlı deyildirlər və bu cür hallarda iddia mümkün sayılmamalıdır. - 8.6-cı bəndinə əsasən, iddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar. Göründüyü kimi, inzibati məhkəmə icraatı qaydasında qaldırılan iddianın hüquqi cəhətdən yoxlanılması ilk növbədə onun mümkünlüyünün müəyyənləşdirilməsindən, bundan sonra isə iddianın əsaslılığının araşdırılmasından ibarətdir. Hazırkı mübahisənin məhkəmə qaydasında baxılmalı olmaması iddianın əsaslılığının araşdırılmasına imkan vermir. Məhkəmə kollegiyası iddiaçıya izah edir ki, İddiaçı birinci instansiya məhkəməsinə təqdim etdiyi iddia ərizəsində JN0554, kod 40610018 saylı “Torpağa mülkiyyət hüququna dair Dövlət akt”ında adı qeyd olunan X2 adının həmin mülkiyyət sənədindən çıxarılmasını xahiş etmişdir. Bu isə artıq X2 torpaq sahəsinin ilə baglı mülkiyyət hüququnun itirilməsi ilə baglı tələbdir. Belə ki,iş materiallarında olan Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarix li 2(001)-16745/2017 nömrəli qətnaməsindən görünür ki, X2 Azərbaycan Respublikasının vətəndaşlığı itirlimiş hesab edilmişdir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin : -48-ci maddəsinin 2-ci bəndinə əsasən Azərbaycan Respublikasının vətəndaşları və hüquqi şəxsləri torpaq sahələrini mülkiyyət, istifadə və icarə hüququnda əldə edə bilərlər. -48-ci maddəsinin 3-cü bəndinə əsasən Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər, xarici hüquqi şəxslər, beynəlxalq birliklər və təşkilatlar, habelə xarici dövlətlər Azərbaycan Respublikasında torpaq sahələrini yalnız icarə hüququ əsasında əldə edə bilərlər. -49-cu maddəsinin 4-cu bəndinə əsasən Xarici hüquqi və fiziki şəxslərə torpaq sahələrinin vərəsəlik, bağışlama və ipoteka əqdləri nəticəsində keçən mülkiyyət hüququ bir il müddətinə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun özgəninkiləşdirilir. Xarici hüquqi və fiziki şəxslər torpaq sahəsi üzərində olan mülkiyyət hüququnu qanunvericiliyə uyğun özgəninkiləşdirmədikdə, müvafiq icra hakimiyyəti orqanı və ya bələdiyyə torpaq sahəsini bu Məcəllədə nəzərdə tutulmuş qaydada məcburi satın alır. Buna görə də məhkəmə kollegiyası qeyd edir ki, İddiaçı ümumi məhkəməyə müraciət edərək X2 torpaq sahəsinin ilə baglı mülkiyyət hüququnun itirilməsi barədəi mülki qaydada mübahisələndirə bilər.. Azərbaycan Respublikası İPM-in 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Yuxarıda qeyd olunan inzibati işin hallarını, məhkəmə kollegiyası tərəfindən aparılan araşdırmanın nəticələrini nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi iddianı mümkün saymamaqla düzgün nəticəyə gəlmişdir. Ona görə də apelyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməlidir. İPM-nin 87.6-cı mаddəsinə əsаsən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Məhkəmə kollegiyası qeyd edilənlərə əsasən hesab edir ki, apelyasiya şikayətinin dəlilləri əsassızdır, birinci instansiya məhkəməsi iddia tələbini mümkün saymamaqla düzgün nəticəyə gəlmişdir. Ona görə də apelyasiya şikayəti təmin edilməməli, iş üzrə Şəki İnzibati Məhkəməsinin xx xxx 2020-ci il tarixli, 2-1(116)-441/2020 nömrəli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Nəticəvi hissə Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: İddiaçı tərəfindən verilmiş аpelyаsiyа şikаyəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin xx xxx 2020-ci il tarixli, 2-1(116)-441/2020 nömrəli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan onun təqdim edildiyi gündən 10 gün müddətində Şəki Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar