Məhkəmə qərarları › İş №2-1(107)-254/2021

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(107)-254/2021

11.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(107)-254/2021 11.06.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məlikov Vəzirxan İsgəndər oğlu (sədrlik edən və məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və Hüseynov Elçin Şirin oğlundan ibarət tərkibdə, Quluzadə Rahul Teyyuf oğlunun katibliyi iştirakı, İddiaçı ASC-nin nümayəndəsi X7 və üçüncü şəxs X6 iştirakı ilə, İddiaçı ASC-nin cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı (üçüncü şəxs: X11) “İsmayıllı şəhəri M.Ə.Sabir küçəsində yerləşən 17A (indiki 75) saylı fərdi yaşayış evinin üzərində İddiaçı ASC-nin mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə iddiaçının “işə mahiyyəti üzrə baxılıb qurtaranadək, fərdi yaşayış evinin özgəninkiləşdirilməsinin qadağan edilməsi”nə dair müvəqqəti xarakterli müdafiə tədbiri barədə tələbinə dаir inzibаti iş üzrə Şəki İnzibati Məhkəməsinin 09 aprel 2021-ci il tarixli, 2-1(116)-382/2021 nömrəli qərardadından üçüncü şəxs X11 tərəfindən verilmiş аpellyаsiyа şikаyətinə dair işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə İddiaçı ASC cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “İsmayıllı şəhəri M.Ə.Sabir küçəsində yerləşən 17A (indiki 75) saylı fərdi yaşayış evinin üzərində İddiaçı ASC-nin mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının birinci instansiya məhkəməsinin dəftərxanasına 19.03.2021-ci il tarixdə daxil olan müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizəsində hazırkı işə mahiyyəti üzrə baxılıb qurtaranadək İsmayıllı şəhəri, M.Ə.Sabir küçəsində yerləşən 17 A saylı fərdi yaşayış evinin özgəninkiləşdirilməsinin qadağan edilməsi barədə qərardad qəbul edilməsi xahiş edilmişdir. İddiaçı ASC ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC-yə ipoteka qoyulmuş X6 mülkiyyətində olan (İsmayıllı rayonu X3 və Mülkiyyət hüquqlarının Qeydiyyat İdarəsi tərəfindən qeydiyyata alınmış 4898 reyestr saylı, inventar № 861 olan Qeydiyyat vəsiqəsinə əsasən) İsmayıllı şəhəri, M.Ə.Sabir küçəsində 17 a nömrəli fərdi yaşayış evinə Şəki yerli iqtisad Məhkəməsinin 1-62/2007 saylı, 06 dekabr 2007-ci il tarixli icra vərəqəsi ilə tutma yönəldilməsi qət edilmişdir. Məhkəmə qərarının icrası ilə əlaqədar əmlak hərraca çıxarılmış və “xxxx” MMC tərəfindən açıq hərrac təşkil olunmuş, lakin əmlak hərracda satılmamışdır. Qanunvericiliyə uyğun olaraq əmlak İddiaçı ASC-yə təklif olunmuş və Sifarişçi İsmayıllı rayon icra və probasiya şöbəsi ilə Tələbkar İddiaçı ASC arasında 07 avqust 2019-cu il tarixli № Y-215/1 saylı “Hərracın nəticələri haqqında yekun protokol” bağlanmış, fərdi yaşayış evi Bank tərəfindən alınmışdır. Bundan sonra Bank tərəfindən hərrac protokolu İsmayıllı İcra və Probasiya Şöbəsi tərəfindən təsdiq edilmişdir. Daha sonra müvafiq prosedura əsasən əmlakın İddiaçı ASC-nin mülkiyyətinə keçirilməsi üçün Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinə müraciət olunarkən, Ərazi İdarəsi tərəfindən 05.10.2020-ci il tarixli məktuba əsasən müraciətimizə imtina verilərək adı çəkilən əmlak üzərində İddiaçı ASC-nin ipoteka yüklüyüyünıin qeydə alınmaması səbəb kimi göstərilmişdir. Halbuki 08 iyun 2005ci il tarixli ipoteka müqaviləsinə əsasən İsmayıllı şəhəri, M.Ə.Sabir küçəsindəki 17 a saylı ev ipoteka ilə təmin edilmişdir. Həmçinin 06.12.2007-ci il tarixli Şəki yerli iqtisadi məhkəməsinin qətnaməsinə əsasən pul tələbi ipoteka qoyulmuş İsmayıllı şəhəri M.Ə.Sabir küçəsində yerləşən 17 A saylı fərdi yaşayış evinə yönəldilmişdir. Birinci instansiya məhkəməsinin məhkəmə iclasında iddiaçının nümayəndəsi ərizənin təmin edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin məhkəmə iclasında cavabdehin nümayəndəsi ərizənin təmin edilməməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin məhkəmə iclasında üçüncü şəxs ərizənin təmin edilməməsini xahiş etmişdir. İş materiallarında olan Seriya RX 149851 nömrəli çıxarışın təsdiqlənmiş surətindən görünür ki, İsmayıllı şəhəri M.Ə.Sabir küçəsində yerləşən 17A (indiki 75) saylı fərdi yaşayış evinin üzərində üçüncü şəxs X6 mülkiyyət hüququ 29.03.2019-cu il tarixində qeydiyyata alınmışdır. İş materiallarında olan 07 avqust 2019-cu il tarixli № Y-215/1 saylı “Hərracın nəticələri haqqında yekun protokol”dan görünür ki, fərdi yaşayış evi iddiaçı Bank tərəfindən alınmışdır. Şəki İnzibati Məhkəməsinin (hakim İlqar Cabbarov) 09 aprel 2021-ci il tarixli, 2- 1(116)-382/2021 nömrəli qərardadı ilə İddiaçı ASC-nin müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizəsi təmin edilməli, İddiaçı ASC-nin cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı (üçüncü şəxs: X11) “İsmayıllı şəhəri M.Ə.Sabir küçəsində yerləşən 17A (indiki 75) saylı fərdi yaşayış evinin üzərində İddiaçı ASC-nin mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair hazırkı işə mahiyyəti üzrə baxılıb qurtaranadək, İsmayıllı şəhəri, M.Ə.Sabir küçəsində yerləşən 17 A (indiki 75) saylı fərdi yaşayış evinin özgəninkiləşdirilməsi tərəflərə və üçüncü şəxslərə qadağan edilməsi qərara alınmışdır. Üçüncü şəxs X4 İnzibati Məhkəməsinin 09 aprel 2021-ci il tarixli, 2-1(116)-382/2021 nömrəli qərardadından apellyasiya şikayəti verərək həmin qərardadın ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Üçüncü şəxs X11 apellyasiya şikayətində qeyd etmişdir ki, İddiaçı ASC cavabdeh DƏDRX-nin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı İsmayıllı şəhəri, M.Ə.Sabir küçəsində yerləşən 17a (indiki 75) saylı fərdi yaşayış evinin üzərində İddiaçı ASC-nin mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və çıxarışın verilməsi öhdəliyinin qoyulması tələbi ilə iddia qaldırmışdır. Həmin iş üzrə Şəki İnzibati Məhkəməsinin 11 mart 2021-ci il tarixli 2- 1(116)-382/2021 saylı qərardadı ilə o, üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. Eyni zamanda iddiaçı birinci instansiya məhkəməsinə müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizə vermişdir. Birinci instansiya məhkəməsi iddiaçının həmin ərizəsinin təmin edilməsi barədə 09 aprel 2021-ci il tarixli 2-1(116)-382/2021 saylı qərardad qəbul etmişdir. Həmin qərardadla onun mülkiyyətində olan, İsmayıllı şəhəri, M.Ə.Sabir küçəsi 75 ünvanda yerləşən fərdi yaşayış evinin özgəninkiləşdirilməsinə qadağa qoyulmuşdur. O, iş üzrə üçüncü şəxs olmaqla və qeyd edilən fərdi yaşayış evi onun mülkiyyəti olmaqla Şəki İnzibati Məhkəməsinin qəbul etdiyi qərardadla razılaşmır və hesab edir ki, qərardad əsassızdır və ləğv edilməlidir. Belə ki, o, X13 və X14 birlikdə onun rəhbərlik etdiyi “Zarat” KFT-nin üzvüləri kimi 24 dekabr 2003-cü il tarixli 21/C nömrəli kredit müqaviləsinə əsasən “Zarat” KFT “Turan” X5 Milli Fondundan cəlb olunmuş vəsait hesabına ********* AZM (40000 manat) məbləğində uzunmüddətli kredit almışlar. Kreditin ödənilməsinin təminatı kimi X1 şəhəri, Q.Əsədov küçəsi ev 50 yerləşən, X2 şəhəri, M.Orucov küçəsində yerləşən 72,0 kv.metr olan qeyri-yaşayış sahəsini ipoteka qoymuşlar. Alınmış ********* AZM kreditin ********* AZM Yunus və qardaşı Namiqə, qalan ********* AZM yəni 20000 manatı ona çatmışdır. Qeyd edilən kreditin ödənilməsinə hər üçümüz üzərinə eyni dərəcədə məsuliyyət götürmüşlər. Kreditin götürülməsində “Zarat” KFT-də qoyunçuluğun inkişaf etdirilməsi olmuşdur. O, kreditin yarısından çox hissəsini ödəmiş və yarıdan az hissəsi ödənilməmiş qalmışdır. Qalan hissəni də imkan daxilində ödəməyə çalışır. Lakin iddiaçı Bank digər cavabdehləri kənarlaşdıraraq ümumi qalıq kredit məndən tələb olunur və yalnız onun tərəfindən ipoteka qoyulmuş fərdi yaşayış evi mübahisələndirilir. Eyni zamanda, onunla iddiaçı Bank arasında bağlanmış ipiteka müqaviləsindən 18 ilə yaxın vaxt keçir, bu müddət ərzində ipoteka predmeti olan fərdi yaşayış evinə dair daşınmaz əmlakın dövlət qeydiyyatına alınmamışdır. Ötən müddət ərzində fərdi yaşayış evində dəyişikliklər aparılaraq əsaslı tikinti işləri icra olunmuşdur. Bununla da X10 sözügedən qərardad qəbul edilərkən işə birtərəfli yanaşılmış, işin halları tam araşdırılmamış, maddi-hüquq normaları bir tərəfli tətbiq edilmişdir. Odur ki, Şəki İnzbati Məhkəməsinin 09 aprel 2021-ci il tarixli, 2-1(116)-382/2021 saylı qərardadını ləğv edilməsi barədə yeni qərardad qəbul edilməsini xahiş edir. İşdə iştirak edən şəxslərin izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxs X11 apellyasiya şikayətinin təmin edilməsini və Şəki İnzibati Məhkəməsinin 09 aprel 2021-ci il tarixli, 2- 1(116)-382/2021 nömrəli qərardadını ləğv edilməsi barədə yeni qərardad qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı ASC-nin nümayəndəsi X7 apellyasiya şikayətinin təmin edilməməsini Şəki İnzibati Məhkəməsinin 09 aprel 2021-ci il tarixli, 2-1(116)-382/2021 nömrəli qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin 62.3-cü mаddəsi). Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin: 40.1-ci maddəsinə əsasən, maraqlı şəxs inzibati aktın icrasının dayandırılması barədə və ya iddianın təmin edilməsinə (iddiaçının hüquqlarının qorunmasına) yönəlmiş digər təminat tədbirlərinin görülməsi barədə məhkəməyə ərizə ilə müraciət edə bilər. 40.2-ci maddəsinə əsasən, ərizə məhkəmədə iddia qaldırılanadək və ya iddia ilə eyni vaxtda, yaxud məhkəmə icraatının gedişində verilə bilər. 40.3-cü maddəsinə əsasən, məhkəmə müvəqqəti xarakterli müdafiə tədbiri qismində cavabdehin üzərinə müəyyən hərəkətləri etmək və ya müəyyən hərəkətləri etməkdən çəkinmək, yaxud müəyyən hərəkətlərə dözmək barədə vəzifə qoya bilər. Qanuni əsaslar olduğu hallarda məhkəmə üçüncü şəxslərin də üzərinə belə vəzifələr qoya bilər. 43.1-ci maddəsinə əsasən, məhkəmə tərəfindən müvəqqəti xarakterli müdafiə barədə qərardadın qəbul edilməsi üçün aşağıdakılar əsas sayılır: 43.1.1. mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin (iddiaçının) hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya xeyli dərəcədə çətinləşəcəyi səbəbindən ilkin təcili tənzimləmənin zəruri olması; 43.1.2. ilkin məhkəmə araşdırması zamanı ərizəçinin maddi tələbinin mövcud olması ehtimalının müəyyən edilməsi. 43.2-ci maddəsinə əsasən, ərizəçi məhkəməyə bu Məcəllənin 43.1-ci maddəsində nəzərdə tutulmuş əsasları yazılı formada, aydın və əsaslandırılmış şəkildə təqdim etməlidir. Sadalanan normaların məzmunundan göründüyü kimi, qanunverici müvəqqəti xarakterli müdafiə tədbiri anlayışı ilə inzibati aktın icrasının dayandırılmasını və iddianın təmin edilməsinə yönəlmiş digər təminat tədbirlərini nəzərdə tutmuşdur. Müvəqqəti xarakterli müdafiə tədbirinin seçilməsində məqsəd gələcəkdə iddianın təmin ediləcəyi təqdirdə çıxarılmış qərarın icrasını çətinləşdirə biləcək və bərpası mümkün olmayan və ya əhəmiyyətli ziyan hesabına mümkün olan nəticələrin qarşısını əvvəlcədən almaqdır. Mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin (iddiaçının) hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya xeyli dərəcədə çətinləşəcəyi səbəbindən ilkin təcili tənzimləmənin zəruri olması müvəqqəti xarakterli müdafiənin tətbiqi üçün əsasdır. İş materialları ilə müəyyən edilir ki, üçüncü şəxs X6 İsmayıllı şəhəri, M.Ə.Sabir küçəsində yerləşən 17 A saylı fərdi yaşayış evi götürülmüş kredit təminatı olaraq ipotekaya qoyulsa da yüklüyüyünü qeydə alınmamışdır. İddiaçı isə həmin fərdi yaşayış evinin Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınmasına dair çıxarış verilməsi barədə iddia qaldırmışdır. Həmin evin yüklüyüyünün qeydə alınmaması isə onun özgəninkiləşdirilməsi imkanı yaradır. Belə bir imkandan istifadə edilməsi isə gələcəkdə təmin edilmiş iddia tələbinə dair qərarın icrasını çətinləşdirə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Məhkəmə kollegiyası qeyd edilənlərə əsasən hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır, birinci instansiya məhkəməsi iddianı mümkün saymamaqla düzgün nəticəyə gəlmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Şəki İnzibati Məhkəməsinin 09 aprel 2021-ci il tarixli, 2-1(116)-382/2021 nömrəli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Nəticəvi hissə Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Üçüncü şəxs X11 tərəfindən verilmiş аpellyаsiyа şikаyəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 09 aprel 2021-ci il tarixli, 2-1(116)-382/2021 nömrəli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan onun təqdim edildiyi gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Məhkəmə qərardadı ondan şikayətin verilmədiyi halda təqdim olunduğu gündən 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar