Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(107)-254/2023 29.03.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən, məruzəçi), Məlikov Vəzirxan İsgəndər oğlu və Cavadova Günay İsmayıl qızından ibarət tərkibdə, Atababayev Faiq Gülağa oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Ekologiya və Təbii Sərvətlər Nazirliyinə qarşı “Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 120/k saylı, xx.xx.2021-ci il tarixli əmrinin ləğv edilməsi, Şahdağ Milli Parkının Qəbələ bölməsi üzrə direktor müavini vəzifəsinə bərpa edilməsi, əmək haqqının ödənilməsi” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 13 oktyabr 2022-ci il tarixli 2-1(116)-1656/2022 nömrəli qərarından İddiaçı tərəfindən verilmiş аpellyаsiyа şikаyəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizəyə аçıq məhkəmə iclаsındа baxaraq müəyyən etdi: Şəki İnzibati Məhkəməsinin (hakim Fəxri Hacızadə) 13 oktyabr 2022-ci il tarixli 2- 1(116)-1656/2022 nömrəli qərarı ilə iddia tələbi təmin edilməmişdir. İddiaçı həmin qərardan аpеllyаsiyа şikаyəti və аpellyаsiyа şikаyəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə vermişdir. İddiaçı ərizəsində qeyd etmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən xx.xx.2022-ci il tarixdə məhkəmə qərarı çıxarılmışdır. Lakin çıxarılmış məhkəmə qərarından onun məlumatı olmamışdır. Belə ki, məhkəmə prosesi gedən zaman ona mütəmadi sms bildiriş gəlmiş, müvafiq gedişlərdən məlumatı olmuşdur. Lakin qərarın çıxarılması ilə bağlı heç bir bildiriş gəlmədiyi üçün qərardan xəbəri olmamışdır. Daha sonra elektron kabinetini yoxladığı zaman qərarın yükləndiyini görmüşüdür. Bu günə kimi də ona qərarın çıxarılması ilə bağlı heç bir bildiriş gəlməmişdir. Nəticədə ondan asılı olmayan səbəblərdən prosessual müddəti ötürmüşdür. Ona görə də Şəki İnzibati Məhkəməsinin 13 oktyabr 2022-ci il tarixli 2-1(116)-1656/2022 nömrəli qərarından apellyasiya şikayəti verilməsi üçün müəyyən edilmiş müddətin buraxılmasının səbəbinin üzrlü hesab edilərək buraxılmış prosessual müddətin bərpa edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası tərəfindən аpellyаsiyа şikаyəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizəyə baxılması 29 mart 2023-cü il tarixə, saat 15:15-ə təyin edilmiş, iddiaçıya bu barədə rəsmi məlumat verilmişdir. İş materiallarından görünür ki, Şəki İnzibati Məhkəməsinin 13 oktyabr 2022-ci il tarixli 2-1(116)-1656/2022 nömrəli qərarı xx.xx.2022-ci il tarixdə iddiaçıya məxsus şəxsi elektron kabinetində yerləşdirilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: Maddə 1.2. Bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 135.5-ci maddəsinə əsasən, bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. 135.6-cı maddəsinə əsasən, “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır. Göründüyü kimi, İddiaçı Şəki İnzibati Məhkəməsinin 13 oktyabr 2022-ci il tarixli 2- 1(116)-1656/2022 nömrəli qərarından xx.xx.2023-cü il tarixdə apellyasiya şikayəti verərək, apellyasiya şikayəti vermək üçün qanunvericiliklə müəyyən edilmiş prosessual müddəti 5 ay ötürmüşdür. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı Şəki İnzibati Məhkəməsinin 13 oktyabr 2022-ci il tarixli 2-1(116)-1656/2022 nömrəli qərarından аpellyаsiyа şikаyəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizənin təmin edilməsini xahiş etdi. Göründüyü kim, İddiaçı tərəfindən Şəki İnzibati Məhkəməsinin 13 oktyabr 2022-ci il tarixli 2-1(116)-1656/2022 nömrəli qərarından аpеllyаsiyа şikаyəti vermək üçün qanunla müəyyən edilmiş prosessual müddət ötürülmüş və bu müddətin üzürlü səbəbdən buraxılması barədə müvafiq sübutlar təqdim edilməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 85.1-ci maddəsinə əsasən, şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. - 22.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə başqa qayda nəzərdə tutulmamışdırsa, müddətin axımı təqdim edilmə anından, təqdim edilmənin bu Məcəllə ilə məcburi hesab olunmadığı hallarda isə, elan edilmə anından başlanır. - 24.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, İddiaçı Şəki İnzibati Məhkəməsinin 13 oktyabr 2022-ci il tarixli 2-1(116)-1656/2022 nömrəli qərarından apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizəsi təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 85 - 94.-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: İddiaçı Şəki İnzibati Məhkəməsinin 13 oktyabr 2022-ci il tarixli 2-1(116)-1656/2022 nömrəli qərarından apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizəsi təmin edilməsin . Qərаrdаddаn rəsmi qаydаdа verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyаsına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(107)-254/2023
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(107)-254/2023
29.03.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver