Məhkəmə qərarları › İş №2-1(107)-254/2024

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-254/2024

30.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-254/2024 30.05.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məlikov Vəzirxan İsgəndər oğlu (sədrlik edən və məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və X10 ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X12 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsin 18 saylı Zaqatala ərazi idarəsinə qarşı “RX seriyalı ******* nömrəli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən mülkiyyətində olan Zaqatala rayonu, Kebeloba kəndində yerləşən 0,04 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair AA 006851 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədində torpaq sahəsinin koordinatları ilə bağlı səhvin aradan qaldırılaraq, torpaq sahəsinin müqavilə əsasında aldığı və “bölgü planında” qeyd olunan yerləşmə vəziyyətinə uyğun sənəd yeni “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin tərtib edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 16 yanvar 2024-cü il tarixli 2-1(116)-124/2024 nömrəli qərarından İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsin 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, RX seriyalı ******* nömrəli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən mülkiyyətində olan Zaqatala rayonu, Kebeloba kəndində yerləşən 0,04 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair AA 006851 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədində torpaq sahəsinin koordinatları ilə bağlı səhvin aradan qaldırılaraq, torpaq sahəsinin müqavilə əsasında aldığı və “bölgü planında” qeyd olunan yerləşmə vəziyyətinə uyğun sənəd yeni “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin tərtib edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. Birinci instansiya məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(116)-3136/2023 nömrəli qərardadı X5 üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir.

3. İşin qısa mahiyyəti ondan ibarətdir ki, İddiaçı xx.xx.2013-cü il tarixli “Daşınmaz əmlakın alqı-satqı müqaviləsi” və bölgü planı əsasında X3 0,04 ha torpaq sahəsini almışdır. RX seriyalı ********** qeydiyyat nömrəli, xx.xx.2013-cü il tarixli Çıxarışa və AA 006851 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədinə əsasən həmin torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququ qeydə alınmışdır.Hazırkı iddia tələbinə əsasən iddiaçının hüquqi marağı AA 006851 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədində torpaq sahəsinin koordinatları ilə bağlı səhvin aradan qaldırılaraq, “bölgü planında” qeyd olunan yerləşmə vəziyyətinə uyğun yeni “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin tərtib edilməsi ilə bağlıdır.İddiaçı həmin tələblə cavabdehə təşkilata müraciət etmiş, xx.xx.2023- cü il tarixli imtina məktubu ilə tələbin icrasından imtina edilmişdir.

4. Cavabdeh orqan iddia tələbinə xx.xx.2023-cü il tarixli etirazında qeyd etmişdir ki, ərizə ilə bağlı araşdırılan araşdırma zamanı məlum olmuşdur ki, ünvan 1ində yerləşən iddiaçının mülkiyyətində olan 0.04 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Zaqatala rayonu, 1 saylı DNK-nun xx.xx.2013-cü il tarixli, 4-Ə-23 saylı alıcı ilə satıcı arasında bağlanmış alqı-satqı müqaviləsi və tərəflər arasında imzalanmış bölgü sxemi əsasında əldə edilmişdir. İddiaçının xx.xx.2013-cü il tarixli, ********** saylı ərizəsi əsasında notarial qaydada əldə etdiyi 0.04 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüquqları **********55 saylı reyestr nömrəsi ilə qeydiyyata alınaraq çıxarışla rəsmiləşdirilmiş və tərəflərin razıliğı ilə tərtib edilmiş bölgü sxeminə uyğun olaraq AA 006851 saylı “Torpaq sahəsinin planı və ölçüsü” sənədi tərtib edilmişdir. Zaqatala rayon Məhkəməsinin icraatında olan mübahisələndirilən torpaq sahəsinin naturada və çıxarışa əsasən yerləşmə vəziyyətini əks etdirən sxemin tərtib edilməsi ilə əlaqədar sorğusu zamanı ərazidə aparılan çöl-ölçmə işləri nəticəsində məlum olmuşdur ki, iddiaçının faktiki istifadə etdiyi torpaq sahəsinin konfiqurasiyası, sənəd üzrə olan torpaq sahəsinin konfiqurasiyasından fərqlidir. Həmçinin sənəd üzrə torpaq sahəsinin 0.04 ha olmasına baxmayaraq, faktiki olaraq iddiaçının istifadəsində 0.0325 ha torpaq sahəsidir.

5. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etmişdir.

6. Birinci instansiya məhkəməsinin iclasında cavabdehin nümayəndəsi etiraz məktubunun məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

7. Şəki İnzibati Məhkəməsinin (hakim Fəxri Hacızadə) 16 yanvar 2024-cü il tarixli, 2- 1(116)-124/2024 nömrəli qərarı ilə iddia tələbi təmin edilməmişdir.

8. İddiaçı apellyasiya şikayəti verərək Şəki İnzibati Məhkəməsinin 16 yanvar 2024-cü il tarixli, 2-1(116)-124/2024 nömrəli qərarının ləğv edilərək iddia tələbinin təmin edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ

9. İddiaçı apellyasiya şikayətini iddia ərizəsinin dəlillərinə uyğun əsaslandırmış, apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 16 yanvar 2024-cü il tarixli, 2-1(116)-124/2024 nömrəli qərarının ləğv edilərək iddia tələbinin təmin edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.

TƏRƏFLƏRİN İZAHATLARİ

10. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 16 yanvar 2024-cü il tarixli, 2-1(116)- 124/2024 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin olunmasına dair qərar qəbul edilməsini xahiş etdi.

11. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X17 apellyasiya şikayətinin təmin edilməməsini, Şəki İnzibati Məhkəməsinin 16 yanvar 2024-cü il tarixli, 2-1(116)-124/2024 nömrəli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

12. Məhkəmə kollegiyasının hazırkı iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq üçüncü şəxs iştirak etməmişdir.

13. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin 62.3-cü mаddəsi).

14. İş materiallarında olan aşağıda sadalanan sənədlər məhkəmə kollegiyasının araşdırmasının predmetini təşkil etmişdir. Həmin sənədlərin məzmununa istinad olunur: - cavabdehin xx.xx.2023-cü il tarixli imtina məktubundan görünür ki, hazırki iddia tələbi ilə məhkəməyə müraciət edilməzdən əvvəl, iddiaçı tərəfindən anoloji tələblə cavabdeh orqana müraciət edilmiş, lakin cavabdeh orqan müraciətin təmin edilməsindən imtina etmişdir. - RX seriyalı ********** qeydiyyat nömrəli, xx.xx.2013-cü il tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın təsdiqlənmiş surətindən görünür ki, ünvan 1i ünvanında yerləşən 0.04 ha torpaq sahəsi İddiaçı mülkiyyətindədir; - AA seriyalı 006851 nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədindən görünür ki, İddiaçı 0.04 ha torpaq sahəsi ayrılmışdır. - xx.xx.2013-cü il tarixli, Daşınmaz əmlakın alqı-satqı müqaviləsinin təsdiq edilmiş surətindən görünür ki, X13 özünə məxsus olan torpaq sahəsini İddiaçı satmışdır. - 16.09.2021-ci il tarixli, Daşınmaz əmlakın alqı-satqı müqaviləsinin təsdiq edilmiş surətindən görünür ki, X2 özünə məxsus olan fərdi yaşayış evini X1. - AR ƏMDK-nin yanında DƏDRX-nin Zaqatala Ərazi İdarəsinin xx.xx.2012-ci il tarixli bölgü planının surət. - AR ƏMDK-nin yanında DƏDRX-nin Zaqatala Ərazi İdarəsinin xx.xx.2021-ci il tarixli bölgü planının surət. - 3621012206 qeydiyyat nömrəli, xx.xx.2021-ci il tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın təsdiqlənmiş surətindən görünür ki, ünvan 1i ünvanında yerləşən 36.35 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evi X4 mülkiyyətindədir; - 170 inventar nömrəli xx.xx.2021-ci il tarixdə tərtib edilmiş “Daşınmaz əmlakın texniki pasport”un təsdiq edilmiş surətindan görünür ki, ünvan 1i ünvanında yerləşən fərdi yaşayış evinin mülkiyyətçisi X2 və X7r. - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 18 saylı Zaqatala Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli 3-21-3-42/2-4463/2023 nömrəli məktubuna əlavə edilmiş Mütəxəssis rəyindən görünür ki, AA seriyalı 006851 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədində qeyd edilmiş 0.04 ha torpaq sahəsinin naturada fiziki sərhədlər daxilində 0.0325 ha olmaqla kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriyasına aid İddiaçı xüsusi mülkiyyətinə qeydiyyat nömrəsi ********** olan çıxarışla rəsmiləşdirilmişdir. Mübahisələndirilən torpaq sahəsinin faktiki istifadəçisi və mülkiyyətçisi İddiaçıdır. Həmin torpaq sahəsinin naturada yerləşmə vəziyyəti, hüquqmüəyyənedici sənədlərdə göstərilən cizgilərə əsasən yerləşmə vəziyyəti, ölçüləri tərtib edilmiş yerquruluşu planında göstərilmişdir. Həmin torpaq sahəsi xx.xx.2012-ci il tarixli Bölgü planı ilə üst-üstə düşür. Bölgü planında göstərilən cizgilər 1:1000 miqyasında göstərilən ölçülərlə uyğundur ancaq planda yazılan məsafələr texniki səhv olaraq başqa ölçülər yazılaraq miqyasda göstərilən ölçülərlə eynilik təşkil etmir.Cizgilər üst-üstə düşür. Bölgü planında göstərilən 1:1000 miqyasında göstərilən ölçülərlə uyğundur ancaq planda yazılan məsafələr texniki səhv olaraq başqa ölçülər yazılaraq miqyasda göstərilən ölçülərlə eynilik təşkil etmir. İddiaçı hazırda AA seriyalı №006851 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədində qeyd edilmiş 0.04 ha torpaq sahəsinin 0.0325 ha hissəsindən naturada istifadə edir. Bölgü planında sənədində qeyd edilmiş 0.04 ha torpaq sahəsinin cizgilərinin 30 kv.m hissəsi X8 tərəfinfən naturada istifadə edilən torpaq sahəsinin hüdudları daxilinə, 10 kv.m hissəsi X9 tərəfindən naturada istifadə edilən torpaq sahəsinin hüdudları daxilinə və qalan 48 kv.m hissəsi isə gediş-gəliş yolu kimi naturada istifadə edilən əraziyə düşür. AA seriyalı №006851 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədində qeyd edilmiş 0.04 ha torpaq sahəsi koordinatlarına əsas həmin torpaq sahəsinin cizgilərinin 30 kv.m hissəsi X8 tərəfinfən naturada istifadə edilən torpaq sahəsinin hüdudları daxilinə10 kv.m hissəsi X9 tərəfindən naturada istifadə edilən torpaq sahəsinin hüdudları daxilinə və qalan 48 kv.m hissəsi isə gediş-gəliş yolu kimi naturada istifadə edilən əraziyə düşür. Mübahisəli torpaq sahəsinin naturada və hüquqmüəyyənedici sənədlərdəki ölçülərə əsasən yerləşmə vəziyyəti tərtib edilmiş yerquruluşu planında göstərilmişdir.

TƏTBİQ EDİLƏN HÜQUQ

15. İnzibati Prosessual Məcəllə: Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.

16. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun: Maddə 1.0.1. Daşınmaz əmlak - üzərində hüquqlar dövlət qeydiyyatına alınmalı olan torpaq sahələri, binalar, qurğular və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) digər əşyalar, yəni təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan obyektlərdir. Maddə 1.0.4. Qeydiyyat orqanı – daşınmaz əmlakın dövlət reyestrini tərtib edən və aparan müvafiq icra hakimiyyəti orqanıdır. Maddə 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Maddə 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Maddə 6.1 Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının, o cümlədən ipotekanın dövlət qeydiyyatına alınması ilə bağlı sənədlərin verilməsi üçün sahəsində aşağıdakı xidmətlərə və hüquqi hərəkətlərə görə dövlət rüsumu ödənilir: (-) 6.1.1.2. daşınmaz əmlaka dair texniki sənədlərin (pasport və plan ölçü) verilməsi. Maddə 7. Daşınmaz əmlakın texniki göstəriciləri və ünvanı 7.1. Daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının qeydiyyatı üçün zəruri olan mərzçəkmə və inventarlaşdırma işlərinin aparılması, habelə müvafiq texniki sənədlərin tərtibi qaydası qanunvericiliklə müəyyən edilir. Maddə 10.1 Hüquqların dövlət qeydiyyatı bu Qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən və ya notarius, yaxud qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər vasitəsilə göndərilən ərizəsi əsasında aparılır. Ərizədə hüquq əldə edən fiziki şəxsin soyadı, adı, atasının adı, ünvanı, şəxsiyyətini təsdiq edən sənəd, hüquqi şəxsin isə tam adı, ünvanı, qeydiyyatı haqqında şəhadətnamə, icra hakimiyyəti orqanının tam adı və ünvanı, xahişin məzmunu və əlavə olunan sənədlər göstərilməlidir. Ərizənin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Maddə 10.2. Qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2. torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakın (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd.

17. “İnzibati icraat haqqında” Qanun: Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Maddə 19.1.İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Maddə 54.1. Kollegial orqanın iclasını bu orqanın rəhbər vəzifəli şəxsi, o olmadıqda isə qanunvericiliyə müvafiq şəkildə iclasın sədri seçilmiş şəxs açır və bağlı elan edir. Maddə 54.2. İclasın sədri iclası cari gündəliyə müvafiq olaraq aparır.

APELLYASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ

18. İddiaçının apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçilərin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Apellyasiya şikayətləri mümkündür, lakin əsaslı deyil, ona görə də apellyasiya şikayətləri uğurlu olmayacaqdır.

19. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir.

20. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada hüquqlarını pozduğunu iddia edə bilər.

21. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı tərəf hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

22. Birinci instansiya məhkəməsi iddianı təmin etməmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

23. Məhkəmə kollegiyası ilk olaraq qeyd edir ki, işin araşdırılması zamanı iddiaçın mülkiyyətinə verilən torpaq sahəsi ilə ilkin alqı-satqı müqaviləsi və bölgü planında qeyd olunan torpaq sahəsinin koordinatları arasında uyğunsuzluq olmadığı müəyyən edilmişdir. Təqdim olunan mütəxəssis rəyinə əsasən iddianın mülkiyyətində olan torpaq sahəsi xx.xx.2012-ci il tarixli “bölgü planı” ilə üst-üstə düşür. Bölgü planında göstərilən cizgilərlə texniki sənəd əsasında miqyas fərqi olmuşdur. Həmçinin, göstərilən ölçülərlə planda yazılan məsafələr texniki səhv olaraq başqa ölçülər yazıldığından miqyasda göstərilən ölçülərlə eynilik təşkil etmir.

24. Araşdırma zamanı iddiaçı tərəfindən mülkiyyətində olan torpaq sahəsindən tam həcmdə istifadə etmədiyi, üzərində qeyd alınmış mülkiyyət hüququ olsa da torpaq sahəsinin bir hissəsindən digər şəxslər tərəfindən istifadə edildiyi müəyyən olunmuşdur. Həmçinin, torpaq sahəsinin 48 kv.m hissəsi isə gediş-gəliş yolu kimi naturada istifadə edilən əraziyə düşür. Göründüyü kimi iddiaçının nail olmaq istədiyi hüquqi nəticəni mülki məhkəmə qaydasında mübahisələndirməlidir.

25. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 4 may tarixli 516 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamənin 3.0.23-cü maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı məqsədi ilə torpaq sahəsinin planının və ölçüsünün tərtib edilməsini və verilməsini təmin etmək Xidmətin vəzifəsidir.

26. “Torpaq sahəsinin planı və ölçüsü”nün təsvirinin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 17 iyun tarixli 553 nömrəli Fərmanına əsasən torpaqlara dair Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti (bundan sonra – Dövlət Xidməti) tərəfindən verilən torpaq sahəsinin planı və ölçüsü (bundan sonra - plan və ölçü) təsvir edilir.

27. Fərman da deyilir ki, plan və ölçü ciddi hesabat sənədidir, onun bir hərfdən ibarət seriyası və altı rəqəmdən ibarət nömrəsi olur. Həmin sənəddə torpaq sahəsinin kadastr göstəriciləri, o cümlədən torpaq sahəsinin qaiməsi (sertifikatı),torpaq sahəsinin döngə nöqtələrinin koordinatları və onlar arasındakı məsafələr,torpaq sahələri üzrə rəqəmli (elektron) kadastr xəritəsindən çıxarış və eyniləşdirməyə imkan verən digər zəruri əlamətlər öz əksini tapır.

28. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının tələbinin təmin olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğu sübut olunmur, cavabdehin imtinasını əsaslı, iddianın təmin olunmasını isə istisna edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilir, cavabdehə səlahiyyət verən normaların dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunur, cavabdehin imtinası qanunvericiliyə zidd olmamış və iddiaçının hüquqlarını pozmamış, imtina mövcud inzibati praktikaya uyğun, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur (“İnzibati icraat haqqında” AR Qanununun 13.2 və 17-ci maddələri).

29. Məhkəmə kollegiyası yuxarıda istinad olunan qanunvericilik normalarını və işin hallarını nəzərə alaraq belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsin 18 saylı Zaqatala ərazi idarəsinə qarşı “RX seriyalı ******* nömrəli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən mülkiyyətində olan Zaqatala rayonu, Kebeloba kəndində yerləşən 0,04 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair AA 006851 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədində torpaq sahəsinin koordinatları ilə bağlı səhvin aradan qaldırılaraq, torpaq sahəsinin müqavilə əsasında aldığı və “bölgü planında” qeyd olunan yerləşmə vəziyyətinə uyğun sənəd yeni “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin tərtib edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiasını təmin etməməkdə düzgün nəticəyə gəlmişdir. Ona görə də birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İddiaçının apellyasiya şikayətinin dəlilləri əsassız olduğu üçün təmin edilməməlidir.

30. Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 87, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən məhkəmə kollegiyası

QƏRАRА АLDİ:

İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 16 yanvar 2024-cü il tarixli, 2-1(116)-124/2024 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarı ondan şikayət verilmədiyi halda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar