Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(107)-255/2020 24.07.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məlikov Vəzirxan İsgəndər oğlu (sədrlik edən və məruzəçi), Hüseynov X12 və Əliyev Rafail Əyyub oğlundan ibarət tərkibdə, Quluzadə Rahul Teyyuf oğlunun katibliyi, İddiaçı1 və onun vəkili Vəkil iştirakı ilə, İddiaçılar İddiaçı1, İddiaçı2 Əmiralı qızı, X3 və İddiaçı4 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı X8 (üçüncü şəxslər- Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin 18 saylı X9 İdarəsi, Zaqatala rayonu X10, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4) qarşı “Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 adına işlənmiş A seriyalı 379945 nömrəli torpaq sahəsinin planı və ölçüsünün, onun əsasında tərtib edilmiş xx.xx.2018-ci il tarixli 263042 nömrəli torpaq sahəsinin planı və ölçüsünün həmin sənəd əsasında üçüncü şəxslərin adına verilmiş RX seriyalı ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi və 2 nömrəli fındıqçılıq sovxozunun YAİK-sı tərəfindən xx.xx.1999-cu il tarixdə tərtib edilmiş mülkiyyətlərinə verilmiş 0,48 ha torpaq sahəsinə “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibatiiş üzrə Şəki İnzibati- İqtisadi Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli 2-1(84)-61/2019nömrəli qərardadından iddiaçılar İddiaçı1, İddiaçı2 Əmiralı qızı, X3 və İddiaçı4tərəfindən verilmiş аpelyаsiyа şikаyətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə İddiaçılar İddiaçı1, İddiaçı2 Əmiralı qızı, X5 və İddiaçı4 Nəsrulla oğlunun (bundan sonra iddiaçı və ya İddiaçı1, İddiaçı2, Murad Əliyev və İddiaçı4) cavabdehlər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Cavabdeh1, Azərbaycan Respublikası Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin 18 nömrəli X9 İdarəsi, Zaqatala X10, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 qarşı iddia tələbi ilə məhkəməyə müraciət edərək, “Zaqatala Rayon Aqrar İslahat Komissiyasının xx.xx.2003cü il tarixli 110 saylı qərarının etibarsız hesab edilməsi, həmin qərar əsasında Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Cavabdeh1ndən xx.xx.2018-ci il tarixdə verilmiş RX seriyalı ******* saylı çıxarışın ləğv edilməsi, ailələrinə düşən 0.48 ha torpaq sahəsinin və həmin torpaq sahəsi üzərində əkilmiş 64 ədəd fındıq topasının yerləşdiyi əraziyə dair adlarına torpaq sahəsinin planı və ölşüsü sənədi verilməsi” barədə qərar çıxarılmasını xahiş etmişlər. İddia ərizəsi inzibati mübahisə kimi qeydiyyata alınaraq, məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. xx.xx.2018-ci il tarixində məhkəməyə daxil olmuş ərizələri ilə iddiaçılar Azərbaycan Respublikası Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin 18 nömrəli X9 İdarəsi, Zaqatala X10, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 3cü şəxs kimi göstərmişlər. xx.xx.2019-cu il tarixində iddiaçıların iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsi daxil olmuş və “Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 adına işlənmiş A seriyalı, 379945 nömrəli torpaq sahəsinin planı və ölçüsünün, onun əsasında tərtib edilmiş xx.xx.2018-ci il tarixli 263042 nömrəli torpaq sahəsinin planı və ölçüsünün həmin sənəd əsasında üçüncü şəxslərin adına verilmiş RX seriyalı ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi və 2 nömrəli fındıqçılıq sovxozunun YAİK-sı tərəfindən xx.xx.1999-cu il tarixdə tərtib edilmiş mülkiyyətlərinə verilmiş 0,48 ha torpaq sahəsinə “Torpaq sahəsinin planı və ölçüsü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmənin xx.xx.2019-cu il tarixli qərardadı ilə ərizə icraata qəbul edilmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, xx.xx.1999-cu il tarixdə torpaq islahatı zamanı dörd nəfər ailə üzvünə 2 nömrəli fındıqçılıq sovxozundan 0,48 ha torpaq sahəsi və 64 ədəd fındıq topası xüsusi mülkiyyətlərinə verilmişdir. Həmin torpaq sahəsi yerində göstərilərək iddiaçılara təhkim edilmişdir. Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 həmin torpaq sahəsinə DƏDRX-nin 18 saylı Ərazi İdarəsindən xx.xx.2018-ci il tarixdə RX seriyalı ******* nömrəli çıxarış almışlar. Belə ki, iddiaçılar 1999-cu ildən hal-hazıradək həmin torpaq sahəsini istifadə etməklə ona sahiblik etmişlər. Üçüncü şəxslərin əmlak payı olmadığına görə onlara torpaq sahəsi ayrıla bilməz. Odur ki, iddiaçılar ailələrinə düşən torpağı tələb edirlər. Birinci instansiya məhkəməsinin iclasında izahat verən İddiaçı1 və vəkili X1 iddianın təmin edilməsini xahiş etmşlər. Cavabdeh birinci instansiya məhkəməsinə etiraz göndərərək etirazını onunla əsaslandırmışdır ki, iş üzrə üçüncü şəxslər Cavabdeh2, Cavabdeh3 və Ömərova X2 rayon AİK-nın xx.xx.2003-cü il tarixli 110 nömrəli qərarı ilə Zaqatala rayonu Yuxarı Tala kəndində 0,5009 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinə ləğv edilmiş DTXK-si tərəfindən A seriyalı 379945 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədi tərtib edilmişdir. A seriyalı 379945 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədində qeyd olunan 0,5009 ha (müayinə zamanı faktiki sahə 0,4832 ah olmuşdur) kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində hüquqlar daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2018-ci il tarixli ********** nömrəli çıxarışla rəsmiləşdirilmişdir. Birinci instansiya məhkəməsinin iclasında izahat verən üçüncü şəxs Azərbaycan Respublikası Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin X15 İdarəsinin nümayəndəsi X7 və üçüncü şəxs Cavabdeh2 iddianın rədd edilməsini xahiş etmşlər. İş materiallarında olan xx.xx.2018-ci il tarixli RX seriyalı ******* nömrəli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış”dan görünür ki, Zaqatala rayonu Yuxarı Tala kəndində yerləşən 0,4832 ha torpaq sahəsi ümumi birgə mülkiyyət payı olmaqla Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 adına verilmişdir. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin A seriyalı 379945 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədindən görünür ki, Zaqatala rayonu Yuxarı Tala kəndində yerləşən 5009 kv.m torpaq sahəsi Cavabdeh2 adına Dövlət Torpaq Kadastrı kitabında xx.xx.2011-ci il tarixli 391 nömrə ilə uçota alınmışdır. Birinci instansiya məhkəməsi tərəfindən sorğu verilərək əldə edilmiş, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin xx.xx.2019-cu il tarixli mütəxəssis rəyindən görünür ki, İddiaçı1 Abdulal oğlu, İddiaçı2 Əmiralı qızı, X3, İddiaçı4 ümumi birgə payı seriya RX seriyalı ******* çıxarışla qeydə alınmış 0,8781 ha, A seriyalı 380057 nömrəli “Torpaq sahəsinin plaı və ölçüsü” sənədində qeyd olunmuş 0,0921 ha torpaq sahələri işlənilmişdir. Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 ümumi birgə payına RX seriyalı ******* nömrəli çıxarışda qeydiyyata alınmış 0,4832 ha, A seriyalı 380274 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədində qeyd olunan 0,2217 ha, A seriyalı 264182 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədində qeyd olunan 0,0851 ha, A seriyalı 263897 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədində qeyd olunan 0,0981 ha, A seriyalı 379179 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədində qeyd olunan 0,3575 ha torpaq sahələri işlənilmişdir. İddiaçı1 naturada istifadə etdiyi torpaq sahəsi Cavabdeh2 adına hazırlanmış RX seriyalı ******* nömrəli çıxarışla verilmiş torpaq sahəsi ilə üst-üstə düşür. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin xx.xx.2019-cu il tarixli mütəxəssis rəyindən görünür ki, Cavabdeh2 adına işlənmiş xx.xx.2011-ci il tarixli A seriyalı 379945 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü”ndə göstərilən torpaq sahəsinin sənəd üzrə koordinatları üst-üstə düşür. Şəki İnzibati-İqtisadi Məhkəməsinin (hakim İlqar Cabbarov) xx xxxxxxxx 2019-cu il tarixli 2-1(84)-61/2019 nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır. İddiaçılar İddiaçı1, İddiaçı2 Əmiralı qızı, X3 və İddiaçı4 apelyasiya şikayəti verərək Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli 2-1(84)-61/2019 nömrəli qərardadının ləğv edilməsi və iddia tələbinin mümkün sayılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şəki Аpelyаsiyа Məhkəməsinin İnzibati-İqtisadi kоllegiyаsının xx xxxxxx 2019-cu il tarixli 2-1(107)-613/2019 nömrəli qərardadına əsаsən, iş üzrə Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli 2-1(84)-61/2019 saylı qərardadı dəyişdirilmədən, iddiaçılar İddiaçı1, İddiaçı2 Əmiralı qızı, X3 və İddiaçı4 apelyasiya şikayətinin isə təmin edilmədən sаxlаnması qərara alınmışdır. İddiaçılar İddiaçı1, İddiaçı2 Əmiralı qızı, X3 və İddiaçı4 həmin qərardaddan kаssаsiyа şikаyəti vermişdir. İddiaçılar İddiaçı1, İddiaçı2 Əmiralı qızı, X3 və İddiaçı4 tərəfindən verilmiş kassasiya şikayəti baxılması üçün xx xxxxxx 2019-cu il tarixdə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına göndərilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının hakimi İlqar Hüseynov xx xxxxxx 2020-ci il tarixli qərarı ilə Şəki Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli 2-1(107)-613/2019 saylı qərardadı ləğv edilmiş və təkrar baxılması üçün Şəki Apelyasiya Məhkəməsinə qaytarılmışdır. Apelyasiya şikayətinin dəlilləri İddiaçı1 apelyasiya şikayətində qeyd etmişdir ki, məhkəmə hesab etmişdir ki, müvafiq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələr üzrə icraatda iddia müddəti MPM-in xx xxxx 2011-ci ilə qədər qüvvədə olmuş 298-ci maddəsi ilə, x xxxxxx 2011-ci ildən isə mübahisələndirmə haqqında iddialar üzrə iddia müddəti İPM-in 38.1-ci maddəsi ilə tənzimlənir. Qərardadın bu həssəsinə münasibət bildirərək qeyd etmək istəyirlər ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Habelə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Həmçinin qərardadın ikinci hissəsilə də razılaşmayaraq qeyd edirlər ki, onların həmin torpaq sahəsinə subyektiv hüququ mövcuddur. Belə ki, iş materiallarından da görünür ki, onlar 1999-cu il tarixdən həmin torpaq sahəsindən istifadə etməklə ona sahiblik edirlər. Yeni fındıq ağaclarını satın aldıqdan sonra onlar həmin fındıq bağını öz bağı hesab edərək onun yerləşdiyi torpaq sahəsinində münbitləşdirmiş və qayğısına qalmışdır. Üçüncü şəxs isə bu dövr ərzində həmin bağdan istifadə etməmişdir. Yalnız 2011-ci il tarixdə ona “Torpağın plan və ölüçüsü” hazırlanıb verildikdən sonra o, həmin torpağı öz torpağı kimi qəbul etmiş nəticədə Zaqatala rayon Məhkəməsində müvafiq qaydada iddia qaldırmışdır. Qaldırılmış həmin iddiadan sonra onlar bilmişdir ki, onların sahiblik və istifadə etdikləri torpaq sahəsi üçüncü şəxsin adına işlənmişdir. Habelə qeyd edək ki, islahat zamanı üçüncü şəxsə normaya uyğun olaraq fındıq bağı verilmişdir. Eyni zamanda məhkəmə kollegiyasının nəzərinə çatdırmaq istəyirlər ki, üçüncü şəxsə Aqrar İslahat zamanı 0.5 ha torpaq ahəsi verilsə də (verilmiş bütün torpaqlar nömrələnir, xəritəyə işlənir və sertifikalaşdırılır) cavabdeh orqan onların 1999- cu il tarixdən sahiblik və istifadə etdiyi 0,48 ha torpaq sahəsinin üçüncü şəxsə ayrılmış 0,5 ha torpaq sahəsi olması ilə bağlı açıqlama verə bilmir. Həmçinin üçüncü şəxsin ərizəsindəndə görünür ki, onlara verilməli olan 0,5 ha torpaq sahəsinin 0,48 ha torpaq sahəsi kimi verilməsi ilə razılaşır və 0,2 ha torpaq sahəsini istəmir, lakin bununla bağlı qeyd edirlər ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə əsasən; Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəməyə müraciət etmək hüququndan imtina edilməsi etibarsızdır. Yəni şəxsin həmin zaman 0,2 ha torpaq sahəsindən kəsir olaraq verilməsi AİK-nın qərarı ilə ona ayrılmış 0,5 ha torpaq sahəsinin hələb edə bilməməsi üçün əsas deyildir. Beləliklə göründüyü kimi üçüncü şəxsə 0,5 ha torpaq sahəsi ayrılmış və verilmiş və cavabdeh orqan hansı müvafiq sənəd üzrə üçüncü şəxsə 0,48 ha torpaq sahəsinin palan və ölçüsünü hazırlanması hissəsinə münasibət bildirə bilməmişdir. İşin təkzib olunmaz halı ondan ibarətdir ki, onlar 1999-cu il tarixdən 0,48 ha torpaq sahəsindən istifadə və sahiblik etmişlər. 0,5 ha torpaq sahəsindən deyil. xx xxxx 1996-cı il tarixli “Torpaq islahatı haqqında’’Azərbaycan Respublikasının Qanununun9-cu maddəsində göstərilir ki, vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ baqların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Göründüyü kimi Zaqatala rayon AİK-ı xx xxxxxxxx 2003-cü il,110 saylı qərarı qəbul edilənədək onlar həmin torpaq sahəsindən istifadə etmişlər. Onlara ayrılmış fındıq bağı onlara düşə biləcək normadan az verilməklə aqrar islahat zaman onların istifadəsində olan daşınmaz əmlak dürüsləşmə aparılmadan onların adına işlənmədən və heç kəsin adına işlənmədən qalmışdır. Yalnız üçüncü şəxsə 2011-ci il tarixdə “Torpağın plan və ölçüsü” tərtib edilərkən əsası olmadan istifadə və sahiblikdə olan torpaq üçüncü şəxsin adına işlənmişdir. Yaranmış hüquqi mübahisədə sübyektivliyin heç olmayan hissəsini götürəndə belə onların həmin torpağa marağı mövcuddur. Belə ki, “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanununun 7-ci maddəsinin birinci bəndinə əsasən müvafiq ərazi vahidi daxilində dövlət mülkiyyətində saxlanılan və xüsusi mülkiyyətə verilən torpaqlar çıxılmaqla qalan torpaqlar bələdiyyə mülkiyyətinə verilir. Mübahisə olunan 0,48 ha torpaq sahəsi üçüncü şəxsə AİK-nın xx xxxxxxxx 2003-cü il tarixli, 110 saylı qərarı ilə ayrılmış 0,5 ha tarpaq sahəsi olmadığından bələdiyyə torpağı sayılır. Bələdiyyə torpağı sayılan bilən torpaq sahəsi müvafiq qanunvericiliyə əsasən 1999-cu il tarixdən həmin torpaqdan istifadə edən və həmin torpağın üzərində əmlakı mövcud olmuş şəxs belə onlardır və üstünlük onlardadır. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında İddiaçı1 və onun vəkili Vəkil apelyasiya şikayətinin məzmununa uyğun izahat verərək, apelyasiya şikayətin təmin edilməsini və Şəki İnzibati- İqtisadi Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli 2-1(84)-61/2019nömrəli qərardadının ləğv edilməsi və iddia tələbinin mümkün sayılması barədə qərardad qəbul edilməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq digər tərəflər məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə kollegiyası tərəfləriniştirakları olmadan məhkəmə iclasının keçirilməsini və qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, tərəflərə təqdim edilmiş məhkəmə bildirişlərində iclasa gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının İPM və ya İPM) 62-ci maddəsi). Əsaslandırma hissəsi İddiaçılar İddiaçı1, İddiaçı2 Əmiralı qızı, X3 və İddiaçı4 apelyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərardadının təqdim olunduğu gündən 10 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Apelyasiya şikayəti mümkündür. Birinci instansiya məhkəməsi iddianı mümkün hesab etməyərək göstərmişdir ki, iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayıla bilər. İddiaçılar cavabdehin hansı hərəkəti və ya hərəkətsizliyi nəticəsində onların hansı subyektiv hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandıra bilmirlər. Bu baxımdan cavabdeh tərəfindən iddiaçıların subyektiv hüququ pozulmamışdır. Məhkəmə kollegiyası apelyasiya şikayətini iş materialları ilə birlikdə araşdıraraq, hesab edir ki, şikayət əsaslıdır. Kollegiya ilk olaraq bildirir ki, inzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki hissəyə ayrılır: 1) mümkünlük; 2) əsaslılılq. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olub-olmamasının yoxlanılması çərçivəsində iddiaçının cavabdehə qarşı hər hansı bir maddi-hüquqi tələbinin olub-olmaması yoxlanılır. İddianın əsaslılığının araşdırılması üçün şərt iddianın mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlayır. Mübahisələndirmə haqqında iddianın mümkün sayılması üçün: 1. mübahisə inzibati məhkəmələrin səlahiyyətinə aid olmalı; 2. əlverişsiz inzibati akt olmalı; 3. iddia qanunla nəzərdə tutulmuş müddətdə verilməli; 4. iddiaçının hüquqlarının pozulması əsaslandırılmalıdır (İPM-2.2.1, 32, 35.1). Bununla bağlı olaraq, mübahisələndirmə haqqında iddianın mümkünlüyü məsələsini müzakirə edərkən birinci instansiya məhkəməsi əvvəlcə məhz bu sadalanan şərtlərə əməl olunub-olunmadığını, işin digər hallarını tam yoxlamalı olduğu halda, bunu etməmiş, iddianı mümkün saymamışdır. Azərbaycan Respublikası İPM-in 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın mənasından göründüyü kimi, iddia o zaman məhkəmə tərəfindən mümkün sayılır ki, ərizədə inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində iddiaçının hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğu əsaslandırılmış olsun. Həmin normanın tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx xxxxx 2015-ci il tarixli “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” qərarına əsasən, hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar. İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. Bu zaman məhkəmələr müdafiə edilmək istənilən hüququn təbiətini, həmin subyektiv hüququn tanıdığı imkanları, qanunvericilikdə təsbit edilmiş onun qoruma sferası ilə bağlı hədləri nəzərə almalıdırlar. İddia qaldırmış şəxsin hüquqlarının qorunmasının bilavasitə qanundan irəli gəldiyi hallarda, bir qayda olaraq iddia mümkün sayılmalıdır. Bəzi hallarda qanunvericilik konkret məsələlər üzrə məhz hansı şəxslər dairəsinin müdafiə olunduğunu aydın təsbit edir. Belə tənzimləmənin olmadığı hallarda üçüncü şəxslərin hüquqlarının təminat altına alınıb-alınmadığının aydınlaşdırılması üçün hər bir konkret halın xüsusiyyətlərindən çıxış etməklə qanunvericinin güddüyü məqsəd, ictimai və fərdi maraqların ədalətli balanslaşdırılması və s. meyarlar nəzərə alına bilər. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər. İPM-in 13-cü maddəsinə əsasən, məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli, 2(102)-553/2020 saylı qərarında göstərilir ki, Apelyasiya instansiyası məhkəməsi gəldiyi nəticənin əsası kimi qeyd etmişdir ki, iddianın predmetinə aid olan Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2018-ci il tarixli RX seriyalı ******* nömrəli çıxarış və DƏDRXin 18 saylı X6 tərtib etdiyi xx.xx.2015-ci il tarixli Torpaq sahəsinin planı və ölçüsü sənədləri Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin tərtib etdiyi və Dövlət Torpaq Kadastrı kitabında xx.xx.2011-ci il tarixdə 391 nömrə ilə uçota alınmış A seriyalı 379945 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin əsasında tərtib edilmişdir. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin tərtib etdiyi və Dövlət Torpaq Kadastrı kitabında xx.xx.2011-ci il tarixdə 391 nömrə ilə uçota alınmış A seriyalı 379945 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədi isə Zaqatala Rayon AİK-ın xx xxxxxxxx 2003-cü il tarixli 110 saylı qərarının əsasında verilmişdir. Belə olan halda, Zaqatala Rayon AİK-ın xx xxxxxxxx 2003-cü il tarixli 110 saylı qərarının mübahisələndirilməsi üçün qanunla müəyyən edilən iddia müddəti ötürüldüyündən, həmin qərarın əsasında verilən xx.xx.2011-ci il tarixli A seriyalı 379945 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin, Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2018-ci il tarixli RX seriyalı ******* nömrəli çıxarışın və DƏDRX-in 18 saylı X6 tərtib etdiyi xx.xx.2015-ci il tarixli Torpaq sahəsinin planı və ölçüsü sənədinin mübahisələndirilməsi üçün iddia müddəti də ötürülmüşdür. Bundan başqa, həmin bağın (torpaq sahəsinin) ayrıc aktı, koordinatları (cizgisi) əks edilmiş sxemi (layihəsi) tərtib edilməmişdir. Ona görə də xx.xx.1999-cu il tarixli akt ilə iddiaçılara verilən 0,48 ha torpaq sahəsinin Cavabdeh2 adına Dövlət Torpaq Kadastrı kitabında xx.xx.2011-ci il tarixdə 391 nömrə ilə uçota alınmış A seriyalı 379945 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədində göstərilən torpaq sahəsi olmasını iddiaçıların hansı əsasla və israrla iddia etmələri məhkəmə kollegiyası üçün aydın deyildir. Qeyd olunmalıdır ki, 2 nömrəli fındıqçılıq sovxozunun X17 Komissiyasının xx.xx.1999-cu il tarixli aktı tərtib edildiyi dövrdə Zaqatala rayonunda aqrar islahat aparılmışdır. Lakin həmin aqrar islahat zamanı sözügedən torpaq sahəsi və fındıq bağı iddiaçıların mülkiyyətlərinə verilməmişdir. Mübahisələndirilən “Torpaq sahəsinin planı və ölçüsü” sənədində istinad edilən Zaqatala Rayon AİK-ın 2003-cü il 25 sentyabr tarixli 110 saylı qərarının məzmunundan göründüyü kimi, həmin qərar ümumi xarakter daşımaqla, iddia olunan torpaq sahəsinin bilavasitə üçüncü şəxsə verilməli olduğunu təsbit etmir. Həmçinin həmin qərarda 2 №-li fındıqçılıq sovxozunun YAİK tərəfindən əvvəllər - hazırkı halda, 1999-cu il 5 sentyabr tarixli aktda göstərildiyi kimi, sovxoz işçilərinə əmlak payı kimi bağ sahələrinin (fındıq ağaclarının) verilməsində ifadə olunan hüquqi nəticənin aradan qaldırıldığına dair də birbaşa göstəriş yoxdur. İddiaçılar da məzmun baxımından iddia predmetinə münasibətdə bilavasitə nəticə yaratmayan qərarı deyil, həmin qərara istinadla həyata keçirilən faktiki xarakterli hərəkəti (fəaliyyəti) qanuna zidd hesab etməklə onun nəticələrinin aradan qaldırılmasını iddia edirlər (öhdəliyin icrası haqqında iddia). Aqrar islahat zamanı sözügedən torpaq sahəsinin və fındıq bağının iddiaçıların mülkiyyətlərinə verilmədiyi barədə qənaətə gəldikdə, fındıq bağının iddiaçıya bilavasitə YAİK tərəfindən təhvil verilməsi barədə 1999-cu il 5 sentyabr tarixli aktın YAİK tərəfindən təsdiq edildiyi də nəzərə alındıqda, həmin sənəddə təsdiq edilən fakt (bağ sahəsinin yerində göstərilməklə iddiaçıya təhvil verilməsi) hüquqi əhəmiyyət kəsb edir (bağ/torpaq sahəsinin üçüncü şəxsə təhvil verildiyinə dair belə bir akt müəyyən edilməmişdir – İ cild, iş v.150). Buradan, iddiaçı, 1999-cu il 5 sentyabr tarixdən hesablandıqda, təxminən 20 il sahiblik etdiyi (səlahiyyətli orqan tərəfindən yerində göstərilməklə iddiaçıya təhvil verilən) əmlaka dair əşya hüquqlarının müdafiəsi barədə tələb irəli sürə bilər. Bunun əksi üçün (məsələn, birinci instansiya məhkəməsinin qeyd etdiyi kimi – sahiblik faktının hüquqi əsasının olmaması) məhkəmə səlahiyyətli orqanın (YAİK-in) torpaq sahəsinə dair Dövlət aktının verilməsinədək icra etdiyi, hər hansı şəxs tərəfindən mübahisələndirilməyən yaxud nəticələri hər hansı orqan tərəfindən aradan qaldırılmayan faktiki xarakterli hərəkətin (və ya qərarın) əhəmiyyətsiz (heç bir hüquqi əsasa söykənməyən) olduğunu əsaslandırmalıdır. Hazırkı işdə bu, baş verməmişdir. Məhkəmə kollegiyası, həmçinin nəzərə almışdır ki, 1999-cu il 5 sentyabr tarixli aktla 0,48 ha torpaq sahəsinin deyil, həmin torpaq sahəsində yerləşən fındıq bağının əmlak payı kimi iddiaçıya verildiyinə, lakin fındıq bağının yerləşdiyi torpaq sahəsinin iddiaçıya verilməsinə dair sübutun mövcud olmadığına dair birinci instansiya məhkəməsinin gəldiyi nəticəni apellyasiya instansiyası məhkəməsi haqlı olaraq düzgün hesab etməmiş, həmin aktla 0,48 ha torpaq sahəsində yerləşən 64 ədəd fındıq ağacı olan bağın əmlak payı kimi iddiaçıya təhvil verildiyini qeyd etmişdir. İPM-in 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 12-ci maddəsinin (İşin hallarının araşdırılması prinsipi) müddəalarına əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur (12.1). Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər (12.2). “İşin hallarının araşdırılması” prinsipi iddianın mümkünlüyünə də aiddir. Məhkmə kollegiyası Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli, 2(102)-553/2020 saylı qərarının göstərişlərinə uyğun yeni sübutlar toplayaraq müəyyən etmişdir ki, İddiaçı1 adına 2 nömrəli fındıqçılıq sovxozunun YAİK-sı tərəfindən xx.xx.1999-cu il tarixli aktla 0,48 ha torpaq sahəsi və üzərində 64 ədəd fındıq ağaçı onun mülkiyyətinə verilmişdir. (İşdə olan Zaqatala rayon Dövlət Arxinin xx xxxx 2018-ci il tarixli, 405 saylı arayışı və xx.xx.1999-cu il tarixli akt). Məhkəmə kollegiyası belə bir nəticəyə gəlir ki, mübahisələndirilən sənədlərin verildiyi vaxtda artıq qüvvədə olmuş İPM-də iddia müddəti nəzərədə tutulmamışdır. Habelə İddiaçı1 və digərlərinin iddia qaldırmaq üçün subyek hüququ olmuşdur. Məhkəmə kollegiyası ona görə də hesab edir ki, iddiaçılar İddiaçı1, İddiaçı2 Əmiralı qızı, X3 və İddiaçı4 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı X8 (üçüncü şəxslər- Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin 18 saylı X9 İdarəsi, Zaqatala rayonu X10, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4) qarşı “Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 adına işlənmiş A seriyalı 379945 nömrəli torpaq sahəsinin planı və ölçüsünün, onun əsasında tərtib edilmiş xx.xx.2018-ci il tarixli 263042 nömrəli torpaq sahəsinin planı və ölçüsünün həmin sənəd əsasında üçüncü şəxslərin adına verilmiş RX seriyalı ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi və 2 nömrəli fındıqçılıq sovxozunun YAİK-sı tərəfindən xx.xx.1999cu il tarixdə tərtib edilmiş mülkiyyətlərinə verilmiş 0,48 ha torpaq sahəsinə “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmalıdır. İPM-in 87.7-ci maddəsinə görə, inzibati və iqtisadi işlər mübahisələrə dair işlər üzrə məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə, apelyasiya instansiyası məhkəməsi barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi inzibati və iqtisadi işlər mübahisələrə dair işlər üzrə müvafiq məhkəməyə göndərə bilər. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı mümkün saymamaqda haqlı olmamışdır. Ona görə də birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli və iş mahiyyəti üzrə baxılması üçün Şəki İnzibati Məhkəməsinə qaytarılmalıdır. Apelyasiya şikayəti təmin edilməlidir. Nəticəvi hissə Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 87, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən məhkəmə kollegiyası qərara aldı: İddiaçılar İddiaçı1, İddiaçı2 Əmiralı qızı, X3 və İddiaçı4 tərəfindən verilmiş аpelyаsiyа şikаyəti təmin edilsin. İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli 2-1(84)-61/2019 nömrəli qərardadı ləğv edilsin. İddiaçılar İddiaçı1, İddiaçı2 Əmiralı qızı, X3 və İddiaçı4 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı X8 (üçüncü şəxslər- Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin 18 saylı X9 İdarəsi, Zaqatala rayonu X10, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4) qarşı “Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 adına işlənmiş A seriyalı 379945 nömrəli torpaq sahəsinin planı və ölçüsünün, onun əsasında tərtib edilmiş xx.xx.2018-ci il tarixli 263042 nömrəli torpaq sahəsinin planı və ölçüsünün həmin sənəd əsasında üçüncü şəxslərin adına verilmiş RX seriyalı ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi və 2 nömrəli fındıqçılıq sovxozunun YAİK-sı tərəfindən xx.xx.1999-cu il tarixdə tərtib edilmiş mülkiyyətlərinə verilmiş 0,48 ha torpaq sahəsinə “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılsın. İnzibati iş baxılması üçün Şəki İnzibati Məhkəməsinə qaytarılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2-1(107)-255/2020
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(107)-255/2020
24.07.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver