Məhkəmə qərarları › İş №2-1(107)-255/2023

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(107)-255/2023

20.04.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(107)-255/2023 20.04.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məlikov Vəzirxan İsgəndər oğlu (sədrlik edən və məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və Cavadova Günay İsmayıl qızından ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi, İddiaçı və cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun və “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsinin yaxşılaşdırılması tədbirləri haqqında” Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarına müvafiq olaraq 265 manat məbləğdə pul kompensasiyası, habelə respublika üzrə orta aylıq əmək haqqının beş mislindən az olmayan miqdarda birdəfəlik müavinətlə təmin olunması” tələbinə dair inzibаti iş üzrə Şəki İnzibati Məhkəməsinin 19 yanvar 2023-cü il tarixli, 2- 1(116)-407/2023 nömrəli qərarından cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən verilmiş şikаyətə аçıq məhkəmə iclаsındа baxaraq müəyyən etdi: İddiaçı cavabdehlər Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə və Azərbaycan Respublikasının Təhsil Nazirliyinə qarşı Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun və “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsinin yaxşılaşdırılması tədbirləri haqqında” Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarına müvafiq olaraq 265 manat məbləğdə pul kompensasiyası, habelə respublika üzrə orta aylıq əmək haqqının beş mislindən az olmayan miqdarda birdəfəlik müavinətlə təmin olunması barədə qərar qəbul olunmasını xahiş etmişdir. Şəki İnzibati Məhkəməsinin 19 yanvar 2023-cü il tarixli, 2-1(116)-407/2023 nömrəli qərarı ilə iddia tələbi təmin edilmişdir. İş üzrə qərardan narazı qalan cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi apellyasiya şikayəti verərək Şəki İnzibati Məhkəməsinin 19 yanvar 2023-cü il tarixli, 2-1(116)-407/2023 nömrəli qərarının ləğv edilərək, iddia tələbinin təmin edilməməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. X4 Məhkəməsində mahiyyəti üzrə baxılan zaman cavabdeh orqanın nümayəndəsi X2 məhkəmə kollegiyasının iclasında vəsatət təqdim edərək verdiyi izahatında bildirdi ki, “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlara, habelə onların arasında olan şəxslərə birdəfəlik müavinət ödənilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərarla İddiaçı 3175 manat məbləğində müavinət ödənilmişdir. Həmçinin 04 aprel 2023-cü il tarixli 4554 nömrəli qərarla İddiaçı 265 manat məbləğində pul ödənilmişdir. Ona görə də iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında İddiaçı ərizə təqdim edərək, cavabdeh orqan tərəfindən verilmiş iş üzrə icraata xitam verilməsinə dair vəsatətin təmin olnmasına etirazının olmadığını bildirmişdir. Cavabdehin nümayəndəsi tərəfindən məhkəmə kollegiyasına təqdim edilmiş “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlara, habelə onların arasında olan şəxslərə birdəfəlik müavinət ödənilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, İddiaçı 3175 manat məbləğində müavinət ödənilmişdir. Eyni zamanda cavabdehin nümayəndəsi tərəfindən məhkəmə kollegiyasına təqdim edilmiş Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sisteminin Sosial Ödənişlər Altsistemindən çıxarışdan görünür ki, 04 aprel 2023-cü il tarixli 4554 nömrəli qərarla İddiaçı 265 manat məbləğində pul ödənilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 67.1. Mübahisə ilə bağlı məhkəmənin yekun qərarı qəbul edilənədək, cavabdeh (inzibati orqan) iddiaçının tələbinin təmin olunduğu yeni inzibati akt qəbul etməyə və ya qanunda nəzərdə tutulmuş başqa tədbir görməyə haqlıdır. Cavabdeh iddiaçının tələbinin təmin olunması ilə bağlı niyyəti barədə məhkəməyə yazılı məlumat verir. Bu məqsədlə inzibati orqan əvvəl məhkəməyə təqdim olunmuş sənədləri geri tələb edə bilər. Maddə 67.2. Sədrlik edən hakim iddiaçının tələbinin təmin olunduğu yeni inzibati aktın qəbul edilməsi və ya qanunda nəzərdə tutulmuş başqa tədbirin görülməsi, habelə bu barədə məhkəməyə müvafiq məlumatın verilməsi üçün cavabdehə müddət təyin edə bilər. Sənədlərin geri qaytarılmasını məqsədəuyğun hesab etmədiyi hallarda, məhkəmə inzibati orqanın bu barədə müraciətini təmin etməyə bilər. Maddə 67.3. Bu Məcəllənin 67.2-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Maddə 82. Apellyаsiyа instаnsiyаsı məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə bаxır. Apellyаsiyа instаnsiyаsı məhkəməsi həmçinin, bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Göründüyü kimi, hazırkı iş üzrə mübahisə “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun və “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsinin yaxşılaşdırılması tədbirləri haqqında” Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarına müvafiq olaraq 265 manat məbləğdə pul kompensasiyası, habelə respublika üzrə orta aylıq əmək haqqının beş mislindən az olmayan miqdarda birdəfəlik müavinətlə təmin edilməsindən ibarət olmuş, “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlara, habelə onların arasında olan şəxslərə birdəfəlik müavinət ödənilməsi haqqında” xx.xx.2022-ci il tarixli və 04 aprel 2023cü il tarixli 4554 nömrəli qərarlarla iddiaçının tələbi təmin olunmuşdur. Məhkəmə kollegiyası cavabdeh tərəfindən təqdim edilən “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlara, habelə onların arasında olan şəxslərə birdəfəlik müavinət ödənilməsi haqqında” xx.xx.2022-ci il tarixli və 04 aprel 2023-cü il tarixli 4554 nömrəli qərarları və işdə olan digər materialları tədqiq edərək, iş üzrə cavabdehin nümayəndəsinin xahişini dinləyərək belə qənаətə gəlir ki, cavabdeh tərəfindən iddiaçının tələbi təmin olunduğundan və işin mahiyyəti üzrə mübahisə artıq mövcud olmadığından iş üzrə icraata xitam verilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessal Məcəlləsinin 67 və 87.6-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun və “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsinin yaxşılaşdırılması tədbirləri haqqında” Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarına müvafiq olaraq 265 manat məbləğdə pul kompensasiyası, habelə respublika üzrə orta aylıq əmək haqqının beş mislindən az olmayan miqdarda birdəfəlik müavinətlə təmin olunması” tələbinə dair 2-1(107)-255/2023 nömrəli inzibati iş üzrə icraata xitam verilsin. Qərardaddan onun təqdim edildiyi gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar