Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(107)-257/2020 05.10.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən və məruzəçi), Məlikov Vəzirxan İsgəndər oğlu və Şükürov İmanverdi Həşimxan oğlundan ibarət tərkibdə, Tağıyev Babək Vaqif oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı X5rşı “X3 adına Zaqatala rayon X2 xx.xx.2003-cü il tarixli qərarı ilə verilmiş A № 205648 nömrə ilə uçota alınmış Torpaq sahəsinin Planı və Ölçüsü sənədinin ləğv edilməsinə dair qətnamə çıxarılması” tələbi barədə inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin xx xxx 2020-ci il tarixli, 2-1(116)-411/2020 nömrəli qərardadından iş üzrə İddiaçıtərəfindən verilmiş аpelyаsiyа şikаyətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı X5rşı “X3 adına Zaqatala rayon X2 xx.xx.2003-cü il tarixli qərarı ilə verilmiş A №205648 nömrə ilə uçota alınmış Torpaq sahəsinin Planı və Ölçüsü sənədinin ləğv edilməsinə dair qətnamə çıxarılması” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, o, Zaqatala rayonu Aşağı Çardaxlar kəndində yaşayır. Həyətində iki yaşayış evi vardır. Bunlardan biri hazırda mübahisələndirilən ev, 1962-ci ildə tikilmişdir. Ev köhnə olmaqla hazırda yaşayış üçün yararsızdır. Həmin evdə babası X9 tək yaşamış, ona o baxmışdır. Həyətdə tövlə tikmiş, həyətin kənarını hasara almışdır. Üçüncü şəxs həmin evdən və həyətdən çıxarılmağına dair məhkəmədə iddia qaldırdıqdan sonra ona məlum olmuşdur ki, babası yaşadığı ev və həyətyanı torpaq sahəsi Çıxarış əsasında üçüncü şəxsin mülkiyyətinə verilmişdir. Hansı ki, Fatimat Sofiyeva evləndiyi vaxtdan şəhərdə yaşamış, babası ona şəhərdə ev almışdır. Torpaq islahatı aparılarkən üçüncü şəxs kənddə yaşamamış, şəhərdə qeydiyyatda olmaqla orada yaşayır. Babası 1987-ci ildə vəfat etmişdir, ondan qalan mirası o qəbul edərək otuz ildir ki, idarə edir. Müəyyən olunmuşdur ki, babası 1987-ci ildə vəfat etdiyi halda 1996-ci ildə torpaq islahatı aparılarkən subyekt kimi onun adı siyahıya salınmış və X2 qərarı ilə həmin vaxt sağ olmadığı halda torpaq sahəsi onun adına verilmişdir. Sonradan iş üzrə üçüncü şəxs həmin qanunsuz verilmiş Torpaq sahəsinin planı və Ölçüsü əsasında öz adlarına sənədləşdirmişlər. Belə ki, 1982 ci ildə guya babası X9 vəsiyyətnamə verərək nəyi varsa hamısını ona vəsiyyət etmişdi. Üçüncü şəxsin əri olan mərhumun oğlu X1 adına daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2013-cü il tarixli Çıxarış almışdır. X7 xx.xx.2016-ci il tarixdə vəfat etmiş, bundan sonra isə iş üzrə üçüncü şəxsə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmiş, o, isə həmin şəhadətnamə əsasında mübahisə predmeti olan ev və torpaq sahəsinə dair seriya RX №137832 saylı daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış almışdır. O, bununla bağlı Zaqatala Rayon Məhkəməsində iddia qaldırmışdır. Lakin, mübahisəiəndirilən torpaq sahəsinin Planı və Ölçüsü sənədi AİK-sı tərəfindən verildiyindən, eyni zamanda üçüncü şəxsə mülkiyyət hüququ verən Çıxarışın verilməsinə əsas sözügedən torpaq sahəsinin Planı və Ölçüsü sənədi olduğundan və mübahisəyə baxılması ümumi məhkəmənin səlahiyyətinə aid olmadığından məhkəmənin qərardadı ilə iş üzrə icraata xitam verilmişdir. Cavabdeh etirazında bildirmişdir ki, iddiaçının ərizəsinin icrası ilə bağlı aparılan araşdırma zamanı məlum olmuşdur ki, Zaqatala Rayonu İcra Hakimiyyətinin Aşağı Çardaxlar kənd inzbati ərazi dairəsinin nümayəndəliyi tərəfindən xx xxxxxx 2019-cu il tarixdə verilmiş 48 nömrəli arayışda qeyd olunan fərdi yaşayış evi və həmin evin yerləşdiyi həyətyanı 0,22 ha torpaq sahəsi X1 (iş üzrə 3-cü şəxs X4 əri) adına xx xxxxxx 2013-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışla rəsimləşdirilmişdir. Bundan başqa, kadastr ekspertizası və daşınmaz əmlaka yerində baxış keçirilən zamanı məlum olmuşdur ki, iddiaçının ərizəyə əlavə etdiyi AİK-nın xx xxxxxxxx 2003-cü il tarixli, 110 saylı qərarına əsasən ona və onun ailə üzvlərinin mülkiyyətinə verilmiş və ləğv edilmiş DTXK-si tərəfindən tərtib edilmiş A №205473 saylı “Torpaq sahəsinin planı və ölçüsü” sənədində göstərilən 0,12 ha həyətyanı torpaq sahəsi ilə xx xxxxxx 2013-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışla X1 (iş üzrə 3-cü şəxs X4 əri) adına qeydiyyata alınmış fərdi yaşayış evinin yerləşdiyi torpaq sahasi ilə üst-üstə düşmür. İddiaçı və ailə üzvlərinin mülkiyyətinə verilmiş A № 205473 saylı “Torpaq sahəsinin planı və ölçüsü” sənədində göstərilən 0,12 ha həyətyanı torpaq sahəsi başqa ərazidə yerləşir. Qeyd olunanlara əsasən iddaçının ərizəsinin icra edilməsi tərəfimizdən mümkün olmamış və bu barədə ona xx xxxx 2019-cu il tarixli, **********38 nömrəli məktub ünvanlanmışdır. Bundan sonra, İddiaçı cavabdeh 18 saylı X12 və 3-cü şəxs X6 qarşı “3-cü şəxsin adına tərtib edilmiş 0,22 ha torpaq sahəsinə dair “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin, onun əsasında verilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və digər sənədlərin ləğv edilməsi tələbinə dair” iddia ərizəsi ilə Zaqatala rayon Məhkəməsinə müraciət etmişdir. Zaqatala rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(033)- 724/2019 saylı qərardadı ilə iddia tələbinə dair mülki iş üzrə icraata xitam verilmişdir. Məhkəmə iclasında iddiaçı 2012-ci ildə Zaqatalada zəlzələ olanda mübahisəli torpaq sahəsinin mərhum əmisinə aid olduğunu, 2012-cildən X1 ondan qeyd olunan sahədən çıxçmasını tələb etdiyi, 2013-cü ildən onda çıxarış olmasını, mərhum əmisi ilə torpağın qiymətində razılığa gələ bilmədiklərini, özünün adına 0.12 ha torpaq sahəsi olsa da, əslində qardaşında olduğunu bildirib iddianın təmin olunmasını xahiş etdi. Şəki İnzibati Məhkəməsinin (hakim İlqar Cabbarov) xx xxx 2020-ci il tarixli, 2-1(116)- 411/2020 nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır. İddiaçı həmin qərardaddan apelyasiya şikayəti vermişdir. Apelyasiya şikayətinin dəlilləri Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, mövcud mübahisədə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 38.1-ci maddəsinin tətbiq olunması və inizbati akt olmayan sənədlərə 30 günlük şikayət müddətinin tətbiq olunması yol verilməzdir. Çünki, nə A №205648 nömrə ilə uçota alınmış Torpaq sahəsinin Planı və Ölçüsü sənədi, nə də Zaqatala Rayon X2 xx xxxxxxxx 2003-cü il tarixli 110 nömrəli qərarı inzibati akt deyildir. A №205648 nömrə ilə uçota alınmış Torpaq sahəsinin Planı və Ölçüsü sənədinin inzibati akt olmaması həm onun texniki ölçüləri özündə əks etdirinə sənəd olması, həm də "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 2.1-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2,2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx xxx 2014-cü il tarixli Qərarı ilə təsbit olunmuşdur. İnzibati hüquqi akt bir tərəfdən qeyri-müəyyən hüquq münasibətlərini tənzimləyir, yəni fiziki və hüquqi şəxslərin qeyri-məhdud dairəsi üçün məcburi davranış qaydalarını müəyyən edir, digər tərəfdən isə fərdi hüquqi tənzimləməni həyata keçirir, yəni publik hüquq müstəvisində yaranan konkret məsələləri və mübahisələri həll edir. İnzibati aktın yaratdığı idarəetmə hüquq münasibətlərinin tərkibi iki əsas elementdən ibarətdir. Hüquq münasibətinin subyekti kimi aktı qəbul edən orqan, obyekti kimi isə barəsində akt qəbul edilən şəxs çıxış edir. İnzibati akt səlahiyyətli inzibati orqan tərəfindən birtərəfli qaydada qəbul edilən, ümumi (publik) hüquq sahəsində ictimai maraqlara xidmət edən və icrası vacib olan iradə ifadəsidir. Beləliklə, Zaqatala rayon X2 mübahisələndirilən qərarı inzibati akt olaraq göstərilən tələblərə cavab vermədiyindən məhkəmə iddia ərizəsini icraata qəbul edərək isə mahiyyəti üzrə baxmaqda haqlı olmamışdır. Qeyd edilənlərə əsasən Şəki İnzibati Məhkəməsinin xx xxx 2020 il tarixli, 2-1(116)- 411/2020 qərardadının ləğv edilməsi və işə mahiyyəti üzrə baxılması üçün işin Şəki İnzibati Məhkəməsinə qaytarılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasın çıxış edən İddiaçı apelyasiya şikayətini müdafiə edərək təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin xx xxx 2020-ci il tarixli, 2-1(116)- 411/2020 nömrəli qərardadının ləğv edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında çıxış edən Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı X8 nümayəndəsi Ömərov Rafael Ömər oğlu apelyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq üçüncü şəxs X10 məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası üçüncü şəxs X4 iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin (bundan sonra Azərbаycаn Respublikаsının İPM və ya İPM) 62.3-cü mаddəsi). Əsaslandırma hissəsi Azərbаycаn Respublikаsının İnzibati Prosessual Məcəlləsinin 82-ci mаddəsinə əsаsən, аpelyаsiyа instаnsiyаsı məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə bаxır. Apelyаsiyа instаnsiyаsı məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Həmin Məcəllənin 80-ci mаddəsinə görə, barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Kollegiya ilk olaraq bildirir ki, inzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki hissəyə ayrılır: 1) mümkünlük; 2) əsaslılılq. İşdə mübahisə olunan A №205648 nömrə ilə uçota alınmış Torpaq sahəsinin Planı və Ölçüsü sənədi Zaqatala rayon X2 xx.xx.2003-cü il tarixli qərarı əsasında verilmiş və həmin qərar İPM və “İnzibati icraat haqqında” Qanun qüvvəyə minməzdən əvvəl qəbul edilmişdir. İşdə olan cavabdehin etirazından görünür ki, Zaqatala Rayonu İcra Hakimiyyətinin Aşağı Çardaxlar kənd inzbati ərazi dairəsinin nümayəndəliyi tərəfindən xx xxxxxx 2019-cu il tarixdə verilmiş 48 nömrəli arayışda qeyd olunan fərdi yaşayış evi və həmin evin yerləşdiyi həyətyanı 0,22 ha torpaq sahəsi X1 (iş üzrə 3-cü şəxs X4 əri) adına xx xxxxxx 2013-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışla rəsimləşdirilmişdir. Bundan başqa, kadastr ekspertizası və daşınmaz əmlaka yerində baxış keçirilən zamanı məlum olmuşdur ki, iddiaçının ərizəyə əlavə etdiyi AİK-nın xx xxxxxxxx 2003-cü il tarixli, 110 saylı qərarına əsasən ona və onun ailə üzvlərinin mülkiyyətinə verilmiş və ləğv edilmiş DTXK-si tərəfindən tərtib edilmiş A №205473 saylı “Torpaq sahəsinin planı və ölçüsü” sənədində göstərilən 0,12 ha həyətyanı torpaq sahəsi ilə xx xxxxxx 2013-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışla X1 (iş üzrə 3-cü şəxs X4 əri) adına qeydiyyata alınmış fərdi yaşayış evinin yerləşdiyi torpaq sahasi ilə üst-üstə düşmür. İddiaçı və ailə üzvlərinin mülkiyyətinə verilmiş A № 205473 saylı “Torpaq sahəsinin planı və ölçüsü” sənədində göstərilən 0,12 ha həyətyanı torpaq sahəsi başqa ərazidə yerləşir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi qüvvəyə minənədək, yəni x xxxxxx 2011-ci il tarixədək qəbul edilmiş inzibati aktların mübahisələndirilməsi üçün əvvəlki qanunla müəyyən edilmiş məhkəməyə müraciət etmə müddəti x xxxxxx 2011-ci ilədək ötürülmüşsə, onlar yeni qanuna görə də mübahisələndirilə bilməz. Belə ki, İPM onun qüvvəyə minməsindən əvvəl məhkəmə qaydasında mübahisələndirilməsi imkanı aradan qalxmış hər hansı inzibati akta qarşı yeni hüquqi müdafiə imkanı yaratmır. İddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Hazırkı işdə mübahisə olunan A №205648 nömrə ilə uçota alınmış Torpaq sahəsinin Planı və Ölçüsü sənədi Zaqatala rayon X2 xx.xx.2003-cü il tarixli qərarı əsasında verilmiş və həmin qərar İPM və “İnzibati icraat haqqında” Qanun qüvvəyə minməzdən əvvəl qəbul edilmişdir. Müvafiq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələr üzrə icraatda iddia müddəti MPM-in xx xxxx 2011-ci ilə qədər qüvvədə olmuş 298-ci maddəsi ilə tənzimlənir. İddiaçının öz hüququnun pozulduğunu bilməli olduğu vaxt qüvvədə olan və ümumi (publik) hüquq münasibətlərindən əmələ gələn işlər üzrə icraatı tənzimləyən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin İİ yarımbölməsinin müddəalarının: 296.1-ci maddəsinə əsasən, maraqlı şəxs müvafiq icra hakimiyyəti orqanının və yerli özünüidarə orqanının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarı, hərəkəti (hərəkətsizliyi) ilə əlaqədar mübahisə qaldıra bilər. 298-ci maddə maddəsinə əsasən, Şəxs özünün hüquq və azadlığının pozulduğu barədə ona məlum olan gündən qanunda başqa müddət müəyyən edilməyibsə, 1 ay müddətində ərizə ilə məhkəməyə müraciət etmək hüququna malikdir. İddiaçı torpaq sahəsinin başqa şəxslərin mülkiyyətinə verilməsini ən azından 2003ci ildən bilməli olmuş, lakin həmin vaxtdan 1 ay müddətində ərizə ilə məhkəməyə müraciət etməmişdir. Bundan başqa hələ 2013-cü il tarixində X1 adına çıxarış verilməsindən xəbərdar olmuş, bu halda da xx.xx.2019-cu il tarixində məhkəməyə müraciət etməklə İPMin 38.1-ci maddəsi ilə nəzərdə tutulmuş 30 günlük müddəti ötürmüşdür. Müvafiq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələr üzrə icraatda iddia müddəti MPM-in xx xxxx 2011-ci ilə qədər qüvvədə olmuş 298-ci maddəsi ilə, x xxxxxx 2011-ci ildən isə mübahisələndirmə haqqında iddialar üzrə iddia müddəti İPM-in 38.1-ci maddəsi ilə tənzimlənir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi qüvvəyə minənədək, yəni x xxxxxx 2011-ci il tarixədək qəbul edilmiş inzibati aktların mübahisələndirilməsi üçün əvvəlki qanunla müəyyən edilmiş məhkəməyə müraciət etmə müddəti x xxxxxx 2011-ci ilədək ötürülmüşsə, onlar yeni qanuna görə də mübahisələndirilə bilməz. Belə ki, İPM onun qüvvəyə minməsindən əvvəl məhkəmə qaydasında mübahisələndirilməsi imkanı aradan qalxmış hər hansı inzibati akta qarşı yeni hüquqi müdafiə imkanı yaratmır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2015-ci il tarixli 5 nömrəli qərarıın: - 1.1-ci bəndində qeyd edilir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. - 1.2-ci bəndinə əsasən,iddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olubolmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. - 1.3-cü bəndinə əsasən, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. - 1.4-cü bəndinə əsasən, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. - 2.1-ci bəndinə əsasən, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. - 2.3-cü bəndinə əsasən, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. - 8.5-ci bəndinə əsasən, iddianın mümkün sayılmaması və iddianın mahiyyəti üzrə həll edilməsi iddiaçı üçün fərqli hüquqi nəticələr yaratdığından, məhkəmələr mümkünlük şərtlərinə əməl edilməməsi əsaslarından çıxış edərək iddianı rədd etməkdə haqlı deyildirlər və bu cür hallarda iddia mümkün sayılmamalıdır. - 8.6-cı bəndinə əsasən, iddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar. Əlavə olaraq məhkəmə kollegiyası qeyd edir ki,iddia müddəti ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” xx xxxxxx 2001-ci il tarixli qərarında göstərilmişdir ki, “iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir, birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq, ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Qanunda başqa qayda nəzərdə tutulmayıbsa, bütün tələblər üzrə iddia müddəti şamil edilir. İddia müddətlərinin müəyyən edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradardı” Göründüyü kimi, inzibati məhkəmə icraatı qaydasında qaldırılan iddianın hüquqi cəhətdən yoxlanılması ilk növbədə onun mümkünlüyünün müəyyənləşdirilməsindən, bundan sonra isə iddianın əsaslılığının araşdırılmasından ibarətdir. Hazırkı mübahisənin məhkəmə qaydasında baxılmalı olmaması iddianın əsaslılığının araşdırılmasına imkan vermir. Azərbaycan Respublikası İPM-in 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın mənasından göründüyü kimi, iddia o zaman məhkəmə tərəfindən mümkün sayılır ki, ərizədə inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində iddiaçının hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğu əsaslandırılmış olsun. Həmin normanın tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. Yuxarıda qeyd olunan inzibati işin hallarını, məhkəmə kollegiyası tərəfindən aparılan araşdırmanın nəticələrini nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi iddianı mümkün saymamaqla düzgün nəticəyə gəlmişdir. Ona görə də apelyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməlidir. İPM-nin 87.6-cı mаddəsinə əsаsən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Məhkəmə kollegiyası qeyd edilənlərə əsasən hesab edir ki, apelyasiya şikayətinin dəlilləri əsassızdır, birinci instansiya məhkəməsi iddia tələbini mümkün saymamaqla düzgün nəticəyə gəlmişdir. Ona görə də apelyasiya şikayəti təmin edilməməli, iş üzrə Şəki İnzibati Məhkəməsinin xx xxx 2020-ci il tarixli, 2-1(116)-411/2020 nömrəli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Nəticəvi hissə Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: İddiaçı tərəfindən verilmiş аpelyаsiyа şikаyəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin xx xxx 2020-ci il tarixli, 2-1(116)-411/2020 nömrəli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan onun təqdim edildiyi gündən 10 gün müddətində Şəki Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(107)-257/2020
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(107)-257/2020
05.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver