Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(107)-257/2023 21.06.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Cavadova Günay İsmayıl qızından ibarət tərkibdə, Atababayev Faiq Gülağa oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı “0.10 ha həyətyanı torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması, çıxarışın və plan-ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 16 yanvar 2023-cü il tarixli 2-1(116)-442/2023 nömrəli qərarından iş üzrə cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Şəki İnzibati Məhkəməsinin (hakim Vüqar Musayev) 16 yanvar 2023-cü il tarixli 2- 1(116)-442/2023 nömrəli qərarı ilə iddia tələbi təmin edilmiş, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 18 saylı Zaqatala Ərazi İdarəsinin üzərinə "0.10 ha həyətyanı torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması, çıxarışın və plan-ölçü sənədinin verilməsi öhdəliyinin qoyulması qərara alınmışdır . Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 18 saylı Zaqatala Ərazi İdarəsi həmin qərardan apellyasiya şikayəti vermişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 iş üzrə iddiaçı ilə üçüncü şəxs arasında razılıq əldə edildiyini və tərəflərindən hazırkı iddiada qeyd edilən tələbinin təmin edildiyini bildirərək, iş üzrə apellyasiya icraatına xitam verilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı iş üzrə üçüncü şəxslə aralarında razılıq əldə edildiyini, cavabdeh orqan tərəfindən hazırkı iddia tələbinin təmin edildiyini və iş üzrə apellyasiya icraatına xitam verilməsinə etiraz etmədiyini bildirdi. Məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq üçüncü şəxslər məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin üzrlü səbəblərdən olması barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası üçüncü şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Apellyasiya şikayəti üzrə iş Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının icraatında olan zaman cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 18 saylı Zaqatala Ərazi İdarəsi məhkəmə kollegiyasına apellyasiya şikayətindən imtina etməsi barədə ərizə göndərərək nəzərə alınmasını və iş üzrə apellyasiya icraatına xitam verilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibаti Prosessuаl Məcəlləsinin: - 88.1-ci mаddəsinə əsasən, şikayət apellyasiya instansiyası məhkəməsinin qərarı qanuni qüvvəyə minənədək geri götürülə bilər. - 88.3-cü mаddəsinə əsasən, şikayətin geri götürülməsi eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən şikayət vermə imkanını istisna edir. - 1.2-ci maddəsinə görə, bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikasının Mülki Prosessuаl Məcəlləsinin: - 369.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxsin apellyasiya şikayətindən imtina etməsi birinci instansiya məhkəməsi qətnaməsinin qanuni qüvvəyə minməsinə səbəb olur. - 369.4-cü maddəsinə görə, şikayətdən imtinanın qəbul edilməsi haqqında məhkəmə qərardad qəbul edir və bu qərardadla apellyasiya şikayətindən imtina etmiş şəxslərə münasibətdə apellyasiya icraatına xitam verir. İş materiallarından görünür ki, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 18 saylı Zaqatala Ərazi İdarəsi apellyasiya şikayətindən imtina barədə ərizəsində qeyd etmişdir ki, mübahisəli torpaq sahəsinə dair müvafiq sənədin hazırlanmasında daşınmaz əmlakın dövlət reyestrində maneə olmuşdur. Həmin maneə halı hüquq sahibi X1 müraciətinə əsasən tərəflərindən aradan qaldırılmış və bununla bağlı müvafiq sənədlər hazırlanmışdır. Belə olan halda, məhkəmə kollegiyası belə qənaətə gəlir ki, cavabdeh orqanın apellyasiya şikayətindən imtina etməsi iş üzrə digər şəxslərin hüquq və maraqlarına toxunmur. Yuxarıda göstərilənlərə əsasən cavabdeh orqanın Şəki İnzibati Məhkəməsinin 16 yanvar 2023-cü il tarixli 2-1(116)-442/2023 nömrəli qərarından verdiyi apellyasiya şikayətindən imtinaya dair ərizəsi qəbul edilməli, Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının apellyasiya şikayətinin mümkünlüyü barədə 17 mart 2023-cü il tarixli 2- 1(107)-257/2023 nömrəli qərardadı ləğv edilməli, iş üzrə apellyasiya icraatına xitam verilməlidir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası qərara aldı: Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 18 saylı Zaqatala Ərazi İdarəsinin Şəki İnzibati Məhkəməsinin 16 yanvar 2023-cü il tarixli 2- 1(116)-442/2023 nömrəli qərarından vеrdiyi apellyasiya şikayətindən imtinaya dаir ərizəsi qəbul еdilsin. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının apellyasiya şikayətinin mümkünlüyü barədə 17 mart 2023-cü il tarixli 2-1(107)-257/2023 nömrəli qərardadı ləğv edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı “0.10 ha həyətyanı torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması, çıxarışın və plan-ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə apellyasiya icraatına xitam verilsin. Qərardaddan onun təqdim edildiyi gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(107)-257/2023
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(107)-257/2023
21.06.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver