Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-26/2020 12.05.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən və məruzəçi), Abbasov Gündüz Qasım oğlu və Məlikov Vəzirxan İsgəndər oğlundan ibarət tərkibdə, İslamova Türkay Abdurəhim qızının katibliyi ilə, İddiaçı (bundan sonra iddiaçı və ya İddiaçı) cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Ərazi İdarəsinə (bundan sonra cavabdeh və ya DƏDRX-nin 12 saylı Ərazi İdarəsi) qarşı “Şəki rayon Baş Zəyzid kənd Şəfəq kolxozunun xx.xx.1979-cu il tarixli 09 nömrəli qərarı ilə Şəki rayonu Baş Zəyzid kəndi ərazisindən verilmiş və faktiki istifadəsində olan 0,10 ha həyətyanı torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması öhdəliyinin cavabdeh inzibati orqanın üzərinə qoyulması” tələbi barədə inzibatiiş üzrə Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli 2-1(84)-973/2019 nömrəli qərarından İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə Azərbaycan SSR Nazirlər Sovetinin x xxxx 1979-cu il tarixli 264 nömrəli qərarı ilə ayrılmış həyətyanı torpaq fondunun kolxozçu və işçi quluqçulara siyahı üzrə verilməsinə dair qərarına əsasən, Şəki rayon Baş Zəyzid kənd Şəfəq kolxozunun xx.xx.1979-cu il tarixli 09 nömrəli qərarı ilə iddiaçıya 0,10 ha torpaq sahəsi verilmiş, lakin ayrılmış torpaq sahəsi barədə heç bir sxem, çizgilər və ya təhkim aktı mövcud olmamışdır. Bundan başqa ölkədə aparılan aqrar islahatı zamanı iddiaçı və onun ailə üzvlərinin qanuni istifadələrində 0,14 ha həyətyanı torpaq sahəsi olmasına baxmayaraq Şəki rayon AİK-nın xx.xx.1998-ci il tarixli 49 nömrəli qərarı ilə iddiaçı və onun ailə üzvlərinin birgə mülkiyyətlərinə 0,07 ha və 0,23 ha həyətyanı, 0,78 ha əkin torpaq sahələri verilmiş və adlarına JN seriyalı 390 C nömrəli və 390 F nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamələr, JN seriyalı 773 nömrəli torpağa mülkiyyət hüququna dair Dövlət Aktı hazırlanmışdır. İddiaçı istifadəsində olan 0,10 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, sonuncu xx.xx.2019-cu il tarixli **********37 nömrəli məktubla bildirmişdir ki, 0,23 ha və 0,07 ha torpaq sahələrinə dair hazırlanmış JN seriyalı 390 C və 390 F nömrəli şəhadətnamələr ərazi idarəsinin arxivində mövcud deyildir. Bu səbəbdən hüquqların dövlət qeydiyyatından imtina edilmişdir. Bununla razılaşmayan iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət edərək birinci instansiya məhkəməsinin iclasında verdiyi izahatında bildirmişdir ki, Dövlət X7 01 iyun 515 saylı arayışından görünür ki, Azərbaycan SSRİ Nazirlər Sovetinin xx xxxx 1979cu il 264 saylı qərarı ilə Baş Zəyzid “Səfəq “kolxozunun kolxozçularına işçi və qulluqçularına paylanmaq üçün ayrılmış 12,23 ha torpaq sahəsindən 0,10 ha həyətyanı sahəsi onun istifadəsinə verilmişdir. Həmin torpaq sahəsi naturada ölçülüb veriləndən sonra o, həmin sahədə yaşayış evi tikmiş, torpaq sahəsinin və onun üzərində tikilmiş evin adına qeydiyyata alınaraq çıxarışın verilməsi ilə bağlı DƏDRX-nin 12 saylı Ərazi İdarəsinə müraciət etmiş, lakin sonuncu bundan imtina etmişdir. Bu səbəbdən hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh inzibati orqan xx.xx.2019-cu il tarixli **********38 nömrəli məktubla iddia tələbinə etiraz etmiş və etirazını iddiaçının müraciətindən imtinanın dəlilləri ilə əsaslandırmışdır. Şəki İnzibati-İqtisadi Məhkəməsinin (hakim Rüfət Məcidov) xx xxxxxxx 2019-cu il tarixli 2-1(84)-973/2019 nömrəli qərarı ilə iddia rədd edilmişdir. İddiaçı həmin qərardan apelyasiya şikayəti vermişdir. Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qərardadı iş üzrə mütəxəssis rəyinin verilməsi qərara alınmış, rəyin verilməsi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin mütəxəssislərinə həvalə edilmişdir. X3 İnzibati Kollegiyası tərəfindən Şəki rayonu Baş Zəyzid bələdiyyəsi üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. Apelyasiya şikayətinin dəlilləri İddiaçının apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi qərar qəbul edərkən 1971-ci il yanvarın 1-dən qüvvəyə minmiş Torpaq Məcəlləsinin 23-cü maddəsinə istinad edərək həmin maddənin tələbinə uyğun ona torpaq sahəsi verilməmişdir. Bununla bağlı qeyd etmişdir ki, torpağın sənədlərinin qanuna uyğun verilməməsi onun təqsiri deyildir. Bu torpaq sahəsi ona “Şəfəq” kolxozunun ümumi yığıncağının qərarı ilə ayrılıb verilmiş və verildiyi vaxtdan da istifadə etmişdir. Birinci instansiya məhkəməsinin X2 torpaq islahatı ilə bağlı ona 0,7 ha həyətyanı torpaq sahəsinin verilməsi barədə şəhadətnaməyə və 23 ha torpağa dövlət aktının verilməsi ilə gəldiyi nəticə düzgün deyildir. Belə ki, birinci instansiya məhkəməsi bu sənədlərin ona hansı torpaq ayırma qərarı əsasında verildiyini araşdırmamışdır. Ona 0,7 ha həyətyanı torpaq sahəsinin verilməsi barədə “Şəfəq” kolxozunun heç bir qərarı mövcud deyildir. Mövcud olan bu qərardır, başqa qərar ola bilməz. X8 bu qərar əsasında ona torpağa mülkiyyət hüququnu təsdiq edən sənədləri verməli idi. Məhkəmə tam obyektiv araşdırma aparsa müəyyən edər ki, AİK tərəfindən vətəndaşların xüsusi mülkiyyətinə həyətyanı torpaq sahələri onların qanuni istifadəyə verildiyi ölçüdə verilməlidir. İddiaçı ona 0,10 ha həyətyanı torpaq sahəsinin ayrılması qərarını məhkəməyə təqdim etmiş, cavabdeh də ona 0,10 hatorpaq sahəsinin ayrılması barədə qərarı təqdim etməlidir. AİK torpaq sahəsini ayıran təşkilat deyil, torpağı kolxozun ümumi yığıncağının qərarı ilə ayırıb vermişlər. AİK da bu qərar əsasında ona şəhadətnamə verməli idi. Torpaq Məcəlləsinin tələbinə əsasən kənd yerlərində 0,25 ha qədər həyətyanı torpaq sahələri ayrıla bilirdi. Məhkəmə digər vətəndaşlara da 0,7 ha həyətyanı torpaq sahəsinin kolxoz tərəfindən ayrılıb-ayrılmamasını araşdırmalı idi. Torpaq sahəsi faktiki onun sahibliyindədir, heç kəsin mülkiyyətində deyil, başqasının torpaq sahəsi ilə üst-üstə düşmür. Ona görə də Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli 2-1(84)-973/2019nömrəli qərarının tamamilə ləğv edilərək iddia tələbinin təmin olunması barədə yeni qərar qəbul edilməsinixahiş etmişdir. Tərəflərin izahatları Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən İddiaçı apelyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli 2-1(84)- 973/2019nömrəli qərarının tamamilə ləğv edilərək iddia tələbinin təmin olunması barədə yeni qərar qəbul edilməsinixahiş etdi. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh DƏDRX-nin 12 saylı Ərazi İdarəsi və üçüncü şəxs Şəki rayonu Baş Zəyzid bələdiyyəsi məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin (bundan sonra Azərbаycаn Respublikаsının İPM və ya İPM) 62.3-cü mаddəsi). İş materiallarında olan aşağıda sadalanan sənədlər məhkəmə kollegiyasının araşdırma sının predmetini təşkil etmişdir. Həmin sənədlərin məzmununa istinad olunur. Həmin sənədlərə Dövlət X11 tərəfindən verilmiş xx.xx.2012-ci il tarixli 575 nömrəli arxiv arayışı, JN seriyalı 390 C nömrəli və 390 F nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamələrin surətləri, JN seriyalı 773 nömrəli torpağa mülkiyyət hüququna dair Dövlət Aktının surəti, Şəki rayonu Baş Zəyzid kəndində vətəndaşların xüsusi mülkiyyətinə verilən həyətyanı torpaq sahələrinə aid cədvəldən çıxarışın surəti, cavabdeh inzibati orqanın imtina məktubu, etirazı, mütəxəssis rəyi, Şəki rayonu Baş Zəyzid bələdiyyəsinin xx.xx.2020-ci il tarixli məktubu və digər sənədlər daxildir. Əsaslandırma hissəsi İddiaçı apelyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPMin 85.2 və 85.3-cü maddələri). Apelyasiya şikayəti mümkündür, əsaslıdır, ona görə də apelyasiya şikayəti uğurlu olacaqdır. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır. Məhkəmə kollegiyası tərəfindən iş materiallarının tədqiqi zamanı müəyyən edildi ki, Azərbaycan SSR Nazirlər Sovetinin x xxxx 1979-cu il tarixli 264 nömrəli qərarı ilə ayrılmış həyətyanı torpaq fondunun kolxozçu və işçi quluqçulara siyahı üzrə verilməsinə dair qərarına əsasən, Şəki rayon Baş Zəyzid kənd Şəfəq kolxozunun xx.xx.1979-cu il tarixli 09 nömrəli qərarı ilə iddiaçıya 0,10 ha torpaq sahəsi verilmiş, lakin ayrılmış torpaq sahəsi barədə heç bir sxem, çizgilər və ya təhkim aktı mövcud olmamışdır. Bundan başqa ölkədə aparılan aqrar islahatı zamanı iddiaçı və onun ailə üzvlərinin qanuni istifadələrində 0,14 ha həyətyanı torpaq sahəsi olmasına baxmayaraq Şəki rayon AİK-nın xx.xx.1998-ci il tarixli 49 nömrəli qərarı ilə iddiaçı və onun ailə üzvlərinin birgə mülkiyyətlərinə 0,07 ha və 0,23 ha həyətyanı, 0,78 ha əkin torpaq sahələri verilmiş və adlarına JN seriyalı 390 C nömrəli və 390 F nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamələr, JN seriyalı 773 nömrəli torpağa mülkiyyət hüququna dair Dövlət Aktı hazırlanmışdır. Şəki rayonu Baş Zəyzid bələdiyyəsinin xx.xx.2017-ci il tarixli arayışına əsasən, İddiaçı məxsus 0,10 ha həyətyanı torpaq sahəsi vardır. Şəki rayonu Baş Zəyzid bələdiyyəsinin xx.xx.2019-cu il tarixli 32 nömrəli arayışına əsasən, İddiaçı oğlu X10 2015-2018-ci illərdə yaşadığı mənzilə dair 40 manat əmlak vergisi ödəmişdir. X1 xx.xx.2019-cu il tarixli 1/48 nömrəli arayışına əsasən, X5 xx.xx.2015-ci il tarixdən xx.xx.2019-cu il tarixədək qovşağa telefon xidmətinə görə cəmi 586.31 manat ödəniş etmişdir. Abonentin saldosuna əsasən, X10 2014, 2015, 2016, 2017, 2018, 2019-cu illərdə qazdan istifadəyə görə ödəniş etmişdir. İddiaçı istifadəsində olan 0,10 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, sonuncu xx.xx.2019-cu il tarixli **********37 nömrəli məktubla bildirmişdir ki, 0,23 ha və 0,07 ha torpaq sahələrinə dair hazırlanmış JN seriyalı 390 C və 390 F nömrəli şəhadətnamələr ərazi idarəsinin arxivində mövcud deyildir. Bu səbəbdən hüquqların dövlət qeydiyyatından imtina edilmişdir. Birinci instansiya məhkəməsi iddia tələbini rədd edərkən mövqeyini onunla əsaslandırmışdır ki, kolxozun müvafiq qərarı ilə torpaq sahəsi iddiaçıya verilsə də, torpaq sahəsinin ayrılması proseduru qanunvericiliyin tələbi baxımından tam başa çatdırılmamış, həmin torpaq sahəsinin naturada (yerində) hüdudları müəyyən edilməmiş, müvafiq X9 icraiyyə komitəsi tərəfindən torpaqdan istifadə hüququnu təsdiq edən sənəd verilməmişdir. Məhkəmə kollegiyası iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, iddiaçının apelyasiya şikayəti əsaslıdır. Birinci instansiya məhkəməsi inzibati işin faktiki hallarını tam araşdırmadan iddia tələbini rədd etməklə düzgün nəticəyə gəlməmişdir. Məhkəmə kollegiyası tərəfindən apelyasiya şikayətinə baxılaraq qanuni və obyektiv qərar qəbul edilməsi baxımından kollegiyanın xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə hazırkı iş üzrə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti tərəfindən mütəxəssis rəyinin verilməsi qərara alınmışdır. xx.xx.2020-ci il tarixdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti tərəfindən məhkəmə kollegiyasına daxil olmuş xx.xx.2020-ci il tarixli mütəxəssis rəyinə əsasən, məhkəmə predmeti olan torpaq sahəsi Şəki rayonu Baş Zəyzid bələdiyyəsinə məxsus təsərrüfatın DVJ faylına əsasən yaşayış məntəqəsinin torpaqları daxilində bələdiyyə mülkiyyəti kimi göstərilmiş ərazidə yerləşir. Mübahisələndirilən torpaq sahəsinin döngə nöqtələrinin koordinatları tərtib edilmiş sxemdə göstərilmişdir. X6 Tədqiqat Mərkəzi MMC-nin elektron məlumat bazasında iddiaçının istifadəsində olan 1064 kv.m torpaq sahəsi üzərində başqa şəxslərə məxsus hüquqmüəyyənedici sənədlər mövcud deyildir. Bundan əlavə məhkəmə kollegiyası tərəfindən inzibati iş üzrə cəlb olunmuş 3-cü şəxs qismində Şəki rayonu Baş Zəyzid bələdiyyəsinə sorğu edilmiş və Şəki rayonu Baş Zəyzid bələdiyyəsinin xx.xx.2020-ci il tarixli sorğuya cavab məktubuna əsasən, İddiaçı Şəki rayonu Baş Zəyzid kənd Şəfəq kolxozunun xx.xx.1979-cu il tarixli 09 nömrəli qərarı ilə Şəki rayonu Baş Zəyzid kənd ərazisindən verilmiş faktiki istifadəsində olan 0,10 ha həyətyanı torpaq sahəsinə dair Şəki rayonu Baş Zəyzid bələdiyyəsində hər hansı bir sənəd yoxdur. “Torpaq islahatı haqqında” Qanunun: - 9-cu maddəsində qeyd edilir ki, vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. - 10-cu maddəsində qeyd edilir ki, həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 1997-ci il tarixli, 534 saylı Fərmanı ilə təsdiq edilmiş “Vətəndaşların qanuni istifadəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında” Əsasnamənin 1-ci bəndinə görə vətəndaşların qanuni istifadəsində və ya icarəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqlar əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Qanunverici vətəndaşların qanuni istifadəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların əvəzsiz olaraq onların mülkiyyətinə verilməsi ilə bərabər, həmin torpaqların vətəndaşların mülkiyyətinə onların qanuni istifadəsində olan ölçüdə verilməsini də tənzimləmişdir. Bundan əlavə Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli 2186 nömrəli sərəncamı ilə həmin sərəncamın qüvvəyə mindiyi tarixədək vətəndaşların qanuni mülkiyyətində olan bağ sahələrinin "Torpaq islahatı haqqında" Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə müvafiq olaraq əvəzsiz qaydada onların mülkiyyətinə verilməsinin təmin edilməsi nəzərdə tutulmuşdur. Yuxarıda sadalanan maddi hüquq normaları vətəndaşların qanuni istifadəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların əvəzsiz olaraq onların mülkiyyətinə verilməsi ilə bərabər, həmin torpaqların vətəndaşların mülkiyyətinə onların qanuni istifadəsində olan ölçüdə verilməsini də tənzimləyir. Göründüyü kimi, Azərbaycan SSR Nazirlər Sovetinin x xxxx 1979-cu il tarixli 264 nömrəli qərarı ilə ayrılmış həyətyanı torpaq fondunun kolxozçu və işçi quluqçulara siyahı üzrə verilməsinə dair qərarına əsasən, Şəki rayon Baş Zəyzid kənd Şəfəq kolxozunun xx.xx.1979-cu il tarixli 09 nömrəli qərarı ilə iddiaçıya 0,10 ha həyətyanı torpaq sahəsi verilmiş və həmin torpaq sahəsi bu vaxta kimi onun istifadəsində olmuşdur. Məhkəmə kollegiyası cavabdehin iddiaçıya ünvanladığı xx.xx.2019-cu il tarixli **********37 nömrəli məktubunda göstərilənlərlə, yəni, 0,23 ha və 0,07 ha torpaq sahələrinə dair hazırlanmış JN seriyalı 390 C və 390 F nömrəli şəhadətnamələrin ərazi idarəsinin arxivində mövcud olmamasını əsas gətirərək sözügedən 0,1 ha torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasının mümkünsüzlüyünə dair imtinası ilə razılaşmır. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən, qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol; daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ərarvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı; qanuni qüvvəyə minmiş məhkəmə qərarları; 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; mənziltikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənziltikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə); 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsasdır. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə"nin 3.0.11-ci bəndinə əsasən, hüquqların dövlət qeydiyyatını rəsmiləşdirmək məqsədi ilə dövlət reyestrindən çıxarış vermək; 3.0.17-ci bəndinə əsasən, qanunla müəyyən edilmiş müddətədək daşınmaz əmlak üzərində hüquqların qeydiyyatını aparmış dövlət orqanlarının verdikləri dövlət reyestrində saxlanılmalı olan məlumatları dövlət reyestrinə daxil etmək; 3.0.23-cü bəndinə əsasən, daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı məqsədi ilə torpaq sahəsinin planının və ölçüsünün tərtib edilməsini və verilməsini təmin etmək; 3.0.29-cu bəndinə əsasən, vətəndaşların qanuni istifadəsindəki yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqların onların mülkiyyətinə verilməsini yerquruluşu işləri aparılmaqla və normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada torpaq istifadəçiliyində mövcud olan uyğunsuzluqlar aradan qaldırılmaqla rəsmiləşdirmək xidmətin vəzifələrindəndir. Hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi üçün müəyyən edilmiş hallar “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsində sadalanmışdır və həmin hallar aşağıdakılardan ibarətdir: 15.1.1 – dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2 – hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3 – hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4 – daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5 – daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6 – bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Həmçinin, cavabdeh 0,23 ha və 0,07 ha torpaq sahələrinə dair hazırlanmış JN seriyalı 390 C və 390 F nömrəli şəhadətnamələrin ərazi idarəsinin arxivində mövcud olmamasını əsas gətirərək sözügedən 0,1 ha torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından imtina etsə də, məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan SSR Nazirlər Sovetinin x xxxx 1979-cu il tarixli 264 nömrəli qərarı ilə ayrılmış həyətyanı torpaq fondunun kolxozçu və işçi quluqçulara siyahı üzrə verilməsinə dair qərarına əsasən, Şəki rayon Baş Zəyzid kənd Şəfəq kolxozunun xx.xx.1979-cu il tarixli 09 nömrəli qərarı ilə iddiaçıya 0,10 ha torpaq sahəsi verilən zaman X4 tərəfindən islahat həyata keçirilməmişdir yəni mübahisə predmeti olan torpaq sahəsi iddiaçıya aqrar islahatlardan əvvəl verilmişdir. Göründüyü kimi, qanunvericilikdə hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsasları dəqiq göstərilmişdir. Cavabdehin imtinası üçün əsas olan hallar isə həmin Qanunun 15-ci maddəsində nəzərdə tutulmamışdır. Məhkəmə araşdırması zamanı müəyyən edildiyi kimi, Azərbaycan SSR Nazirlər Sovetinin x xxxx 1979-cu il tarixli 264 nömrəli qərarı ilə ayrılmış həyətyanı torpaq fondunun kolxozçu və işçi quluqçulara siyahı üzrə verilməsinə dair qərarına əsasən, Şəki rayon Baş Zəyzid kənd Şəfəq kolxozunun xx.xx.1979-cu il tarixli 09 nömrəli qərarı ilə iddiaçıya 0,10 ha torpaq sahəsi verilmişdir və Şəki rayonu Baş Zəyzid bələdiyyəsinin xx.xx.2019-cu il tarixli 32 nömrəli arayışına əsasən, İddiaçı oğlu X10 2015-2018-ci illərdə yaşadığı mənzilə dair 40 manat əmlak vergisi ödəmiş, X1 xx.xx.2019-cu il tarixli 1/48 nömrəli arayışına əsasən, X5 xx.xx.2015-ci il tarixdən xx.xx.2019-cu il tarixədək qovşağa telefon xidmətinə görə cəmi 586.31 manat ödəniş etmiş, abonentin saldosuna əsasən, X10 2014, 2015, 2016, 2017, 2018, 2019-cu illərdə qazdan istifadəyə görə ödəniş etmişdir. Həmçinin, mütəxəssis rəyinə əsasən, mübahisə predmeti olan torpaq sahəsi Şəki rayonu Baş Zəyzid bələdiyyəsinə məxsus təsərrüfatın DVJ faylına əsasən yaşayış məntəqəsinin torpaqları daxilində bələdiyyə mülkiyyəti kimi göstərilmiş ərazidə yerləşir. Mübahisələndirilən torpaq sahəsinin döngə nöqtələrinin koordinatları tərtib edilmiş sxemdə göstərilmişdir. X6 Tədqiqat Mərkəzi MMC-nin elektron məlumat bazasında iddiaçının istifadəsində olan 1064 kv.m torpaq sahəsi üzərində başqa şəxslərə məxsus hüquqmüəyyənedici sənədlər mövcud deyildir. Məhkəmə kollegiyası qeyd edir ki, qanunvericiliyin tələbi baxımından mübahisə predmeti olan torpaq sahəsi iddiaçıya qanunla müəyyən edilmiş qaydada ayrıldığından və torpaq sahəsinə dair Azərbaycan SSR Nazirlər Sovetinin x xxxx 1979-cu il tarixli 264 nömrəli qərarı ilə ayrılmış həyətyanı torpaq fondunun kolxozçu və işçi quluqçulara siyahı üzrə verilməsinə dair qərarına əsasən, Şəki rayon Baş Zəyzid kənd Şəfəq kolxozunun xx.xx.1979-cu il tarixli 09 nömrəli qərarı hüquqların dövlət qeydiyyatı üçün əsas hesab edildiyindən iddiaçının həmin torpaq sahəsi üzərində hüquqları dövlət qeydiyyatına alınmalıdır. Belə ki, yuxarıda şərh olunan qanunvericiliyin tələbi baxımından mübahisə predmeti olan torpaq sahəsi ona verildiyi vaxtdan indiyə kimi iddiaçının qanuni istifadəsində və sahibliyində olmuşdur. Bundan başqa kolxozun müvafiq qərarı ilə torpaq sahəsi iddiaçıya verilsə də, torpaq sahəsinin ayrılması prosedurunun qanunvericiliyin tələbi baxımından tam başa çatdırılmaması, həmin torpaq sahəsinin naturada (yerində) hüdudlarının müəyyən edilməməsi, müvafiq X9 icraiyyə komitəsi tərəfindən torpaqdan istifadə hüququnu təsdiq edən sənədin olmaması sonuncunun təqsirindən baş verməmiş və kolxoz tərəfindən iddiaçıya torpaq sahəsinin verilməsi barədə qərar verilmişdir ki, həmin qərar iddiaçının hüquqlarının dövlət qeydiyyatı üçün əsasdır. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, iddiaçının torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasından cavabdehin imtinası əsassız olduğundan və iddiaçı tərəfindən torpaq sahəsi ilə bağlı təqdim edilmiş sənədlər onun hüquqlarının dövlət qeydiyyatı üçün əsas olduğundan iddia təmin edilərək cavabdehin üzərinə iddiaçının tələbi üzrə öhdəlik qoyulmalıdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinə əsasən 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Məhkəmə kollegiyası hesab edir ki, belə olan halda İddiaçı Şəki rayon Baş Zəyzid kənd Şəfəq kolxozunun xx.xx.1979-cu il tarixli 09 nömrəli qərarı ilə Şəki rayonu Baş Zəyzid kəndi ərazisindən verilmiş və faktiki istifadəsində olan 0,10 ha həyətyanı torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından imtina barədə DƏDRX-nin 12 saylı Ərazi İdarəsinin hərəkəti qanunauyğun olmamışdır. Bununla yanaşı məhkəmə kollegiyası onu da qeyd etməyi zəruri hesab edir ki, mütəxəssis rəyinə əsasən, iddiaçının istifadəsində 1064 kv.m torpaq sahəsi olsa da, İddiaçı Şəki rayon Baş Zəyzid kənd Şəfəq kolxozunun xx.xx.1979-cu il tarixli 09 nömrəli qərarı ilə Şəki rayonu Baş Zəyzid kəndi ərazisindən verilmiş, istifadəsində və sahibliyində olan 0,10 ha həyətyanı torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması öhdəliyi qoyulmalıdır. İPM-in 87.6-cı maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi baxılan mübahisə üzrə düzgün nəticəyə gəlməmişdir. Buna görə də birinci instansiya məhkəməsinin qərarı İPM-in 87.6-cı maddəsinə əsasən ləğv edilməli, iddia təmin edilərək cavabdeh DƏDRX-nin 12 saylı Ərazi İdarəsinin üzərinə İddiaçı Şəki rayon Baş Zəyzid kənd Şəfəq kolxozunun xx.xx.1979-cu il tarixli 09 nömrəli qərarı ilə Şəki rayonu Baş Zəyzid kəndi ərazisindən verilmiş və faktiki istifadəsində olan 0,10 ha həyətyanı torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması öhdəliyi qoyulmalıdır. Apelyasiya şikayəti təmin edilməlidir. Nəticəvi hissə Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68, 69, 87.6, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən, məhkəmə kollegiyası qərara aldı: İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilsin. Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli 2-1(84)-973/2019 nömrəli qərarı ləğv edilsin. İnzibati iş üzrə yeni qərar çıxarılsın. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Ərazi İdarəsinə qarşı “Şəki rayon Baş Zəyzid kənd Şəfəq kolxozunun xx.xx.1979-cu il tarixli 09 nömrəli qərarı ilə Şəki rayonu Baş Zəyzid kəndi ərazisindən verilmiş və faktiki istifadəsində olan 0,10 ha həyətyanı torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması öhdəliyinin cavabdeh inzibati orqanın üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilsin. Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Ərazi İdarəsinin üzərinə İddiaçı Şəki rayon Baş Zəyzid kənd Şəfəq kolxozunun xx.xx.1979-cu il tarixli 09 nömrəli qərarı ilə Şəki rayonu Baş Zəyzid kəndi ərazisindən verilmiş və faktiki istifadəsində olan 0,10 ha həyətyanı torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması öhdəliyi qoyulsun (mütəxəssis tərəfindən tərtib edilmiş sxemdə göstərilmiş mübahisələndirilən torpaq sahəsinin döngə nöqtələrinin koordinatları əsasında). İş üzrə məhkəmə kollegiyası tərəfindən təyin edilmiş mütəxəsis rəyinin dəyəri olan 67,20 (altmış yeddi manat 20 qəpik) manat haqqın məbləği İddiaçı tutularaq Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzinin hesabına (VÖEN **********, Kapitalbank ASC-nin Xətai Filialı, Filialın Kodu: 200071 VÖEN (bank) **********, Müxbir hesab: AZ37NABZ********************, Benefisiarın Hesabı: AZ23AİİB********************) ödənilsin. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(107)-26/2020
Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-26/2020
12.05.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver