Məhkəmə qərarları › İş №2-1(107)-26/2021

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-26/2021

05.04.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-26/2021 05.04.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən və məruzəçi), Məlikov Vəzirxan İsgəndər oğlu və Şükürov İmanverdi Həşimxan oğlundan ibarət tərkibdə, Kərimli İsmayıl Aslan oğlunun katibliyi ilə, İddiaçılar İddiaçı1, İddiaçı2, X34, X14, X9 və X1 cavabdeh Azərbaycan Respublikası X38 Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsinə qarşı (üçüncü şəxslər X31, X35, X25, X36) “cavabdeh tərəfindən verilmiş ******* nömrəli, xx.xx.2017-ci il tarixli Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışın ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması”tələbinə dair işə məhkəmənin binasında, açıq şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə İddiaçılar İddiaçı1, İddiaçı2, X34, X14, X9 və X4 cavabdeh Azərbaycan Respublikası X38 Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsinə qarşı (maraqlı şəxs X31) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “cavabdeh tərəfindən verilmiş ******* nömrəli, xx.xx.2017-ci il tarixli Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışın etibarsız hesab edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, iddiaçılara ailədə 8 nəfər olmaqla Azərbaycan Respublikasında aparılan Aqrar İslahat nəticəsində JN-0056 nömrəli Dövlət Aktı əsasında verilmiş 3.35 ha pay torpaq sahəsinə X15 adına təmamilə qanunsuz əsaslarla Azərbaycan Respublikası ƏMDK DDRX-nin 12 saylı Şəki Ərazi İdarəsi tərəfindən ******* nömrəli, xx.xx.2017-ci il tarixli daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış verilmişdir. İddiaçıya xx xxxxxxxx 2019-cu il tarixdə yardım məktubu göndərilərək Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən nəzərinə çatdırılmışdır ki, iddia ərizəsi Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 46.1-ci maddəsinin tələblərinə uyğun tərtib edilməmişdir. Belə ki, həmin maddənin tələbinə görə iddia ərizəsində ərizənin verildiyi məhkəmənin adı, iddiaçı və cavabdeh fiziki şəxslərin soyadları, adları, atalarının adları, yaşayış yerləri, inzibati orqanların (hüquqi şəxslərin) adı və hüquqi ünvanları, iddiaçının (ərizəçinin) tələbi göstərilməlidir. Məhkəməyə ünvanladığı ərizə iddia ərizəsi formasında tərtib edilməmiş, habelə iddiaçıların adı, ünvanı göstərilməmiş və X31 maraqlı şəxs kimi qeyd edilmişdir. İddiaçı yardım məktubunda qeyd olunan çatışmazlıqları aradan qaldıraraq məhkəməyə xx xxxxxxxx 2019-cu il tarixli ərizə göndərmiş və X43 qızını üçüncü şəxs qismində qeyd etmişdir. Şəki İnzibati-İqtisadi Məhkəməsi xx.xx.2019-cu il tarixli 2-1(84)-1428/2019 nömrəli qərardadla X35, X25, X26 üçüncü şəxs qismində məhkəmə icraatına cəlb etmişdir. İddiaçı xx xxxxxx 2019-cu il tarixdə məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə göndərərək “cavabdeh tərəfindən verilmiş ******* nömrəli, xx.xx.2017-ci il tarixli Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışın ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. xx.xx.2019cu il tarixli 2-1(84)-1428/2019 nömrəli Qərardadla ərizə icraata qəbul edilmişdir. Cavabdeh orqan iddia tələbinə münasibət bildirərək qeyd etmişdir ki, X39 Məhkəməsinin xx xxxxxxx 2015-ci il tarixli qətnaməsi ilə İddiaçı1 Məmmədəli oğlunun Qax rayonu Qaysarlı Bələdiyyəsinin xx xxxxxxxx 2004-cü il tarixli, 10 saylı qərarının, Qax rayonu Aqrar İslahat Komissiyasının xx xxxxxx 2004-cü il tarixli qərarının ləğv edilməsi iddiası təmin edilməmişdir. İddiaçı1 oğlunun Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxx 2015-ci il tarixli Qətnaməsindən verdiyi apellyasiya şikayəti Şəki Apellyasiya Məhkəməsinin xx xxxxxx 2015-ci il tarixli, 2- 1(107)-331 saylı qərarı ilə təmin edilməmişdir. İddiaçı1 Şəki Apellyasiya Məhkəməsinin xx xxxxxx 2015-ci il tarixli, 2-1(107)-331 saylı qərarından verdiyi kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxx 2016cı il tarixli qərarı ilə təmin edilməmişdir. X12 rayon Aqrar İslahat Komissiyasının 14 dekabr 2004-cü il tarixli, 02 saylı qərarını, Qaysarlı Bələdiyyəsinin xx xxxxxxxx 2004-cü il tarixli, 10 saylı qərarını, bələdiyyə tərəfindən təsdiqlənmiş sxem və məhkəmə qərarlarını təqdim etməklə Qaysarlı kəndində yerləşən və faktiki istifadəsində olan 3.35 ha torpaq sahəsinə hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilməsi üçün ərazi darəsinə müraciət etmiş, xx xxxxxx 2017-ci il tarixdə sözügedən torpaq sahəsinə X15 adına 4 nəfər ailə üzvü ilə birlikdə RX ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Daşınmaz əmlakın dövlət reyestri haqqında “Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinin tələblərinə əsasən hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edildiyindən vətəndaşa aidiyyəti üzrə müraciət etməsi tövsiyyə olunmuşdur. Üçüncü şəxslər iddia tələbinə münasibət bildirərək qeyd etmişlər ki, bu əsassız iddia ərizəsinə əlavə olunmuş sənədlərin siyahısına baxdıqda görünür ki, mübahisələndirilən eyni bir məsələ barəsində 9 (doqquz) məhkəmə qətnaməsi, 3 (üç) ədəd - Ali Məhkəmənin də qərardadı daxil olmaqla, məhkəmə qərardadları, 1 (bir) ədəd DƏX-in imtina məktubu vardır. Artıq 5 (beş) ildir davam edən bu məhkəmə çəkişmələri, ortada olan 12 (on iki) ədəd məhkəmə qərarları və imtina məktubu «iddiaçılar» kimi qarşı tərəfi qane etmirsə, onlar «sakitləşmirlərsə», deməli, cığallıq edirlər. Belə demək mümkünsə, bu 5 (beş) ildə «cığallıq eləmək» sanki onlar üçün vərdişə çevrilib və qarşı tərəf onları qıcıqlandırmağı özlərinin xobbisinə çeviriblər. Bu arada qeyd etmək yerinə düşür ki, 5 (beş) illik məhkəmə çəkişmələrinin labüd və qanuni nəticəsi ortada olduğu halda, «iddiaçıların» vəkili T.C.Şamxalovun onları yenə «darta-darta» dalınca aparması və «iddiaçıların» da onun dalınca getməsi, sadəcə olaraq, acı təəssüf doğurur. Üçüncüsü, Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxx 2015-ci il tarixli, 2-1(84)-673/2015 nömrəli qərardadındakı izahatında hazırkı - artıq «5 (beş) illik iddiaçı» İddiaçı1 özü bildirir ki, pay torpaq sahələri atası Məmmədəli Davudovun razılığı və imzası ilə dəyişdirilmişdir və dəyişdirilmə həmin dövrün tələb etdiyi rəsmiyyət - sənədləşdirmə qaydalarına tam uyğun şəkildə aparılmışdır. Yəni «iddiaçıların» «vəkilinin» uydurduğu «notarial müqaviləyə» heç bir ehtiyac qalmır. Çünki torpaq islahatını notariat kontoru aparmamışdır, islahatı Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyası özünün rayon və rayonlarda yerli aqrar islahat komissiyaları vasitəsilə aparmışdır. Ona görə də, pay torpaqları ilə bağlı istənilən məsələni yerli aqrar islahat komissiyasının, yerli bələdiyyənin və Qax rayon Aqrar İslahat Komissiyasının həll etmək hüququ vardır və onlar tamamilə qanuni olaraq bu hüquqlarını tətbiq ediblər. Özlərini «iddiaçılar» kimi qələmə verən qarşı tərəf (6 (altı) nəfər)-dən, üstəlik də «vəkili», bunlardan biri də olsa dərk eləmirlərmi ki, bütün bu 5 (beş) illik məhkəmə icaatlarının onlar üçün heç bir perspektivi ola bilməz! Digər tərəfdən hazırkı mübahisəyə gətirib çıxaran JN-00xx xxx 40313018 №li «Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı» payçı - mülkiyyətçi kimi X5 adına verilmişdir və hazırda peyda olmuş «iddiaçılar» mülkiyyətçi M.S.Davudovun ailə üzvləri kimi bu aktda qeyd olunmuşlar. Mübahisələndirilən torpaq sahəsi hələ islahatdan əvvəl onların istifadəsində olmuş və indi də onların mülkiyyəti olaraq rəsmiləşdirilmişdir. İslahat zamanı, sadəcə olaraq, texniki səhv üzündən Dövlət Aktları səhv işlənmişdir. Dövlət Aktlarının səhv işlənildiyini bildikdən sonra mülkiyyətçi kimi onun və mülkiyyətçi kimi M.S.Davudovun razılığı ilə Qaysarlı kənd bələdiyyəsinin qərarı olmuş və bu qərar Qax rayon AİK-nın qərarı ilə təsdiq edilmişdir. Bununla da iş bitmişdir. Bundan sonra keçən 10 (on) ildən çox müddət ərzində, mülkiyyətçi M.S.Davudovun sağlığında hazırkı «iddiaçıların» səsləri çıxmamış, kişi öləndən sonra kimlərinsə fitvası ilə küyə düşüb artıq 5 (ildir) ki, cürbəcür mənasız və əsassız iddialarla, öz yanlarında fikirləşirlər ki, guya onları məhkəmə qapılarında süründürürlər. Ancaq anlamırlar ki, indidən sonra da 5 (beş) il çabalasalar da, yenə də tələbləri əsassız və qanunsuz olduğuna görə özləri məhkəmə qapılarında sürünə-sürünə qalacaqlar. Adamlar anlamırlar ki, öz ataları mülkiyyətçi kimi iradəsini ortaya qoyaraq, qarşılıqlı razılıqla pay torpaqlarının səhv işlənmiş aktlarının dəyişdirilməsinə icazə vermiş və bu barədə rəsmi qərarlar verilmişdir. Əgər, onlar bu qərarlardan narazı idilərsə, atalarının sağlığında - on ildən çox müddət ərzində bu narazılıqlarını niyə bildirmirdilər. Birinci instansiya məhkəməsinin iclasında iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında iddiaçının vəkili iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında cavabdehin nümayəndəsi iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında üçüncü şəxs iddianın təmin olunmaması barədə qərar qəbul olunmasını xahiş etmişdir. Şəki İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(116)-130/2020 nömrəli qərarı ilə iddia təmin edilmiş, cavabdeh Azərbaycan Respublikası X38 Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsinin üzərinə RX seriyalı ******* nömrəli, xx.xx.2017-ci il tarixli Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışın ləğv edilməsi öhdəliyi qoyulmuşdur. Həmin qərardan üçüncü şəxslər X31, X35, X25, X36 apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri İş üzrə üçüncü şəxslər apellyasiya şikayətini onunla əsaslandırmışlar ki, birinci instansiya məhkəməsi tərəfindən qəbul olunmuş qərar qanunsuz və əsassızdır. Qeyd etmişdir ki, iş materiallarında olan JN-00xx xxx 40313018 nömrəli “Torpağa mülkiyyət hüququna dair dövlət Aktının” surətindən müəyyən edilir ki, Qax RAİK - nın 1998-ci il 30 iyul tarixli 08 nömrəli qərarı ilə 3.35 ha torpaq sahəsi X5 və ailə üzvlərinin mülkiyyətinə verilmişdir. İşdə olan torpağın mülkiyyət hüququna dair JN seriyalı 0057 nömrəli (kod ********) aktı X31, X36, X25 və X27, Qax rayonun AİK-nin xx xxxx 1998-ci il tarixdə 08 saylı qərarla verilmişdir. İş materiallarında olan Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2-1 (84)-303/2015 nömrəli Qərarı ilə həmin iş üzrə iddiaçı (hazırkı iş üzrə üçüncü şəxs) X15 X33 Komitəsinə qarşı (həmin iş üzrə üçüncü şəxs, hazırkı iş üzrə İddiaçı1) “Torpağa mülkiyyət hüququna dair JN seriyalı 0056 nömrəli (kod ********) və JN seriyalı 0057 nömrəli (kod 4********) Dövlət aktlarının etibarsızlığının tanınması” barədə iddia tələbi təmin edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2-1(107)-246/2015 nömrəli Qərarı ilə həmin iş üzrə üçüncü şəxs (hazırkı iş üzrə iddiaçı) İddiaçı1 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməmiş və Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2- 1(84)- 303/2015 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati- İqtisadi Kollegiyasmmxx.xx.2016-ci il tarixli 2-1 (102)-207/2016 nömrəli qərarı ilə həmin iş üzrə iddiaçı (hazırkı iş üzrə iddiaçı) İddiaçı1 tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilmiş, xx.xx.2015-ci il tarixli 2- 1(107)-246/2015 nömrəli Qərarı ləğv edilmiş və iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2016-cı il tarixi. 2-1(107)-114/2016 nömrəli Qərardadı ilə Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2-1(84)-303/2015 nömrəli Qərarı ləğv edilmiş, həmin iş üzrə iddiaçı (hazırkı iş üzrə üçüncü şəxs) X15 X38 Komitəsinə qarşı (həmin iş üzrə üçüncü şəxs, hazırkı iş üzrə İddiaçı1) “Torpağa mülkiyyət hüququna dair JN seriyalı 0056 nömrəli (kod ********) və JN seriyalı 0057 nömrəli (kod 4********) Dövlət aktlarını" etibarsızlığının tanınması” tələbinə dair iddiası mümkün sayılmamışdır. Qax rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(024)-01 nömrəli Qətnaməsi ilə həmin iş üzrə iddiaçılar İddiaçı1, İddiaçı2, X34, X14, X9 və X1 həmin iş üzrə cavabdehlər X32, X28 və X8 qarşı “cavabdehlərin onların qanuni mülkiyyətində olan 3.35 ha torpaq sahəsindən məcburi qaydada çıxarılması, Qax rayov Aqrar İstehsalat Komissiyasının xx.xx.1998-ci i tarixli 08 nömrəli qərarı ilə 3.35 ha kənd təsərrüfatları məhsulları istehsalı üçün nəzərdə tutulmuş və JN 0056 nömrəli torpağın mülkiyyət hüququna dair dövlət aktı ilə onlara verilmiş pay torpaq sahəsinin naturada ölçülərək onlara təhvil verilməsinə dair” iddia tələbi əssasız olduğundan rədd edilmişdir İddiaçılar İddiaçı1 cavabdeh Qax rayon Qıpcuq Bələdiyyəsinə, Qax rayon İcra Hakimiyyətinə qarşı, Qax rayon Qaysarlı kərd bələdiyyəsinin xx.xx.2004-cü il tarixli 10 saylı iclas qərarının, Qaysarlı kənd sakini X15, X5 razılığı ilə nəzərə alınaraq onlara düşən torpaq paylarını bir biri ilə dəyişdirilməsinə icazə verilməsi hissəsində və Qax rayon AİKnin xx xxxxxx 2004-cü il tarixli qərarının Qaysarlı kənd Bələdiyyəsinin xx xxxxxxxx 2004-cü il tarixli 10 saylı iclas qərarına aid hissəsində ləğv edilməsi tələbinə dair işə məhkəmədə baxılmış xx xxxxxxx 2015-ci il tarixdə Şəki İnzibati Məhkəməsi qərardad qəbul etməklə iddianı mümkün saymamışdır. Bundan sonra Şəki Apellyasiya Məhkəməsi və Azərbaya Respublikası Ali Məhkəməsi həmin qərardadı qüvvədə saxlamışdır. Qeyd etmişdir ki, AR MPM 261.0.2 maddəsində olduğu kimi eyni tərəf arasında, eyni predmet barəsindən və eyni əsaslar üzərində məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı olarsa icraata xitam verilməsi üçün əsasdır. Bu işdə iddia müddətinin ötürülməsi ilə bağlı hər üç instansiya məhkəməsinin qərardadı vardır. Ona görə də Şəki İnzibati Məhkəməsi bu işə artıq qüvvəyə minmiş qərardad olduğu üçün baxa bilməzdir. Tərəflər arasında yəni Məmmədəli Davudovun və Hürü Əfəndiyevanın arasında torpağın dəyişdirilməsinə dair razılıq olmuşdur və bu razılığı dəyişdirmə müqaviləsinin Qax rayon Notariat Konturunda 9 nəfər şahidin iştirakı ilə və onların ərizəsi əsasında müqavilənin təsdiqi öz əksini tapır. Daha dəqiq desək torpağın dəyişdirilməsi müqaviləsi xx xxxxxx 2015-ci il tarixdə Qax rayon X24 Dövlət X3 imza və möhürü ilə təsdiq edilmişdir. Belə bir halda bu müqavilə qanun qüvvəli akt kimi mövcuddur və şəxslərdə dəyişdirmə müqaviləsini təsdiq etmişlər. Azərbaycan Respublikası Mülki Məcəllənin-nin 662.1-ci maddəsində qeyd edilir ki, dəyişdirmə müqaviləsinə görə tərəflərdən hər biri başqa tərəfin mülkiyyətinə bir əşyanın müqavilində digər əşyanı verməyi öhdəsinə götürür. Beləliklə bu müqavilə tərəflərin arasında bağladıqdan sonra tərəflərdən bir Hürü Əfəndiyevanın və qeyriləri həmin torpaq sahəsində kənd təsərrüfatı üçün faydalı olan fındıq bağı salmış və 1998-ci ildən sonra daha dəqqi desək 2004-cü ildən oradan torpağa qulluq və qayğı göstərmişlər ki, həmin bağda Hürü Əfəndiyevaya məxsus 150 topa fındq vardır və onlar hal-hazırda həmin torpaq sahəsini becərirlər. Digər tərəf 2004-cü ildən dəyişdirmə müqaviləsinə əsasən iddiaçılar Məmmədəli Davudov və qeyriləri torpaq sahəsini dəyişdirdikdən sonra həmin torpaq sahəsinə taxıl əkib becərməklə məşğul olmuşdurlar. Əgər iddiaçı tərəfə sual olunur ki, bilə-bilə həmin torpaq sahəsində uzun müddət taxıl əkirdilərsə həmin sahədən gəlir az götürürdülərsə nə üçün vaxtında məhkəməyə müraciət etməmişdir. Görünür ki, İddiaçı1 və qeyriləri bağ sahəsi yetişdirdikdən sonra, həmin bağı ələ keçirmək fikirinə düşmüşlər. Lakin iddiaçı olan bu şəxslər iddianın müddətini ötürmüş, bu barədə qərardad olduğu üçün, Şəki İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı tam əsassızdır və MPM-nin 385, 387-ci maddələrinin tələblərinə riayyət etmədən İPM-nin 33 və 37-ci maddəsinin tələblərinə riayət etmədən qərar qəbul etməməklə 3-cü şəxslərin hüquqlarını pozmuşdur. İşə baxan məhkəmə x xxx 2003-cü il tarixli Qax rayon Qaysarlı Bələdiyyəsinin iclas protokoluna, habelə Qax rayon AİK -in xx.xx.2004- cü il tarixli iclas protokolunun nəzərdən keçirmədən habelə, Qax rayonunun Qıpçaq kəndində xx xxxxx 2014-cü il tarixdə tərtib edilmiş akta hüquqi qiymət vermədən əsasız olaraq AR ƏMDK yanında DƏDRX-nm ******* saylı çıxarışını əsassız və qanunsuz olaraq ləğv etmişdir. Məhkəmə torpaq qanunvericiliyinin, Mülkü qanunvericiliyin, İnzibati Prossesual qanunvericiliyin və Mülki Prossesual qanunvericiliyinin tələblərinə riayyət etmədən qanunsuz və əsassız qərar qəbul etmiş son anda 3-cü şəxslər olan Hürü Əfəndiyevanın və qeyrilərinin konstitusion hüquqlarını kobud sürətdə pozan qərar qəbul etmişdir. Ona görə də adı hallanan məhkəmə qərarının ləğv edilməsi üçün kifayət qədər əsaslar vardır. Yuxarıda qeyd olunanlara əsasən Şəki İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(116)-130/2020 nömrəli qərarını ləğv edib, işə mahiyyəti üzrə baxmaqla yeni qərar qəbul edilməsini xahiş etmişdir. . Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxslər X31, X35, X25, X19 vəkili X20 apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin xx.xx.2020ci il tarixli, 2-1(116)-130/2020 nömrəli qərarını ləğv edib, yeni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin əvvəlki iclasında iştirak etmiş iddiaçılar İddiaçı1, İddiaçı2 Şəki İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(116)-130/2020 nömrəli qərarının dəyişdirilmədən qüvvədə saxlanılması barədə qərar qəbul olunmasını xahiş etmişdir. İş üzrə iddiaçılar, cavabdeh və üçüncü şəxslərə məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iclasda iştirak etməmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişində tərəflər məhkəmə baxışı iclasına gəlmədiyi halda işə baxılması və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişlər (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). Əsaslandırma hissəsi Azərbаycаn Respublikаsının İnzibati Prosessual Məcəlləsinin 82-ci mаddəsinə əsаsən, аpelyаsiyа instаnsiyаsı məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə bаxır. Apelyаsiyа instаnsiyаsı məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İş materiallarında olan və kollegiyanın iclasında olan sübutlardan görünür ki: JN-00xx xxx 40313018 nömrəli “Torpağa mülkiyyət hüququna dair dövlət Aktı”nın surətindən müəyyən edilir ki, Qax RAİK-nın 1998-ci il 30 iyul tarixli 08 nömrəli qərarı ilə 3.35 ha torpaq sahəsi X5 və ailə üzvlərinin mülkiyyətinə verilmişdir. Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2- 1(84)-303/2015 nömrəli Qərarı ilə həmin iş üzrə iddiaçı (hazırkı iş üzrə üçüncü şəxs) X15 X38 Komitəsinə qarşı (həmin iş üzrə üçüncü şəxs, hazırkı iş üzrə İddiaçı1) “Torpağa mülkiyyət hüququna dair JN seriyalı 0056 nömrəli (kod ********) və JN seriyalı 0057 nömrəli (kod 4********) Dövlət aktlarının etibarsızlığının tanınması” barədə iddia tələbi təmin edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2- 1(107)-246/2015 nömrəli Qərarı ilə həmin iş üzrə üçüncü şəxs (hazırkı iş üzrə iddiaçı) İddiaçı1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş və Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2-1(84)-303/2015 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2016-cı il tarixli 2-1(102)-207/2016 nömrəli Qərarı ilə həmin iş üzrə üçüncü şəxs (hazırkı iş üzrə iddiaçı) İddiaçı1 tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilmiş, Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2-1(107)-246/2015 nömrəli Qərarı ləğv edilmiş və iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2- 1(107)-114/2016 nömrəli Qərardadı ilə Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2-1(84)-303/2015 nömrəli Qərarı ləğv edilmiş, həmin iş üzrə iddiaçı (hazırkı iş üzrə üçüncü şəxs) X15 X38 Komitəsinə qarşı (həmin iş üzrə üçüncü şəxs, hazırkı iş üzrə İddiaçı1) “Torpağa mülkiyyət hüququna dair JN seriyalı 0056 nömrəli (kod ********) və JN seriyalı 0057 nömrəli (kod 4********) Dövlət aktlarının etibarsızlığının tanınması” tələbinə dair iddiası mümkün sayılmamışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2016-cı il tarixli 2-1(102)-1060/16 nömrəli Qərarı ilə , həmin iş üzrə iddiaçı (hazırkı iş üzrə üçüncü şəxs) X31 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş və Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2-1(107)-114/2016 nömrəli Qərardadı dəyişdirilmədən saxlanılmışdır. Qax rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(024)-01 nömrəli Qətnaməsi ilə həmin iş üzrə iddiaçılar İddiaçı1, İddiaçı2, X34, X14, X9 və X1 həmin iş üzrə cavabdehlər X32, X28 və X8 qarşı “cavabdehlərin onların qanuni mülkiyyətində olan 3.35 ha torpaq sahəsindən məcburi qaydada çıxarılması, Qax rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 08 nömrəli qərarı ilə 3.35 ha kənd təsərrüfatı məhsulları istehsalı üçün nəzərdə tutulmuş və JN 0056 nömrəli torpağın mülkiyyət hüququna dair dövlət aktı ilə onlara verilmiş pay torpaq sahəsinin naturada ölçülərək onlara təhvil verilməsinə dair” iddia tələbi əsassız olduğundan rədd edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(107)-382/2016 nömrəli Qətnaməsi ilə Qax rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(024)-01 nömrəli Qətnaməsindən həmin iş üzrə iddiaçılar İddiaçı1, İddiaçı2, X34, X14, X9 və X4 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Qax rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(024)-01 nömrəli Qətnaməsi ləğv edilmiş və yeni qətnamə qəbul edilməklə iddia ərizəsi təmin edilmiş, cavabdehlər X32, X28 və X11 JN 0056 nömrəli (kod ********) Torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən iddiaçılar İddiaçı1, İddiaçı2, X34, X14, X9 və X1 qanuni mülkiyyətində olan 3.35 ha torpaq sahəsindən məcburi qaydada çıxarılmışdır. Qax rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 08 nömrəli qərarı ilə kənd təsərrüfatı məhsulları istehsalı üçün nəzərdə tutulmuş və JN 0056 nömrəli (kod ********) Torpağa mülkiyyət hüququna dair dövlət Aktı ilə iddiaçılar İddiaçı1, İddiaçı2, X34, X14, X9 və X2 verilmiş 3.35 ha pay torpaq sahəsi həmin qərarla naturada ölçülərək onlara təhvil verilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2017-ci il tarixli 2(102)-1845/17 nömrəli Qərarı ilə Qax rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(024)-01 nömrəli işi üzrə cavabdeh X6 Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2016-cı il tarixli 2(107)-382/2016 nömrəli Qətnaməsindən verdiyi kassasiya şikayəti təmin edilməmiş, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2016-cı il tarixli 2(107)-382/2016 nömrəli Qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2- 1(84)-866/2016 nömrəli Qərardadı ilə həmin iş üzrə iddiaçı (hazırkı iş üzrə üçüncü şəxs) X15 cavabdeh X38 Komitəsinin 17 saylı Ərazi İdarəsinə qarşı “Davudov Məmmədəli və onun ailə üzvlərinə verilmiş JN seriyalı 0056 nömrəli KOD 40313028 olan xx.xx.1998-ci il tarixli dövlət aktının cizgiləri (cizgi planı) X31 və onun ailə üzvlərinin adına verilmiş JN 0057 nömrəli KOD 40313028 olan xx.xx.1998-ci il tarixli dövlət aktının cizgiləri (cizgi planı) ilə dəyişdirilməsi” tələbinə dair iddiası mümkün sayılmamışdır. Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2-1(84)-673/2015 nömrəli Qərardadı ilə hazırkı iş üzrə İddiaçı1 həmin iş üzrə cavabdehlər Qax rayon Qıpçaq bələdiyyəsinə, Qax rayon İcra Hakimiyyətinə qarşı “Qax rayon Qaysarlı kənd bələdiyyəsinin xx xxxxxxxx 2004-cü il tarixli 10 saylı iclas qərarının, Qaysarlı kənd sakini X15, X5 razılığı nəzərə alınaraq onlara düşən torpaq paylarının bir-biri ilə dəyişdirilməsinə icazə verilməsi hissəsində və Qax rayon Aqrar İslahat Komissiyasının xx xxxxxx 2004-cü il tarixli qərarının, Qaysarlı kənd bələdiyyəsinin xx xxxxxxxx 2004-cü il tarixli 10 saylı iclas qərarına aid hissəsində ləğv edilməsi” tələbinə dair iddiası mümkün sayılmamışdır. Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2015-ci il tarixli 2-1(107)-331/2015 nömrəli Qərardadı ilə Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2-1(84)-673/2015 nömrəli Qərardadından həmin iş üzrə İddiaçı1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2-1(84)-673/2015 nömrəli Qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2016-cı il tarixli 2-1(102)-640/16 nömrəli Qərarı ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2015-ci il tarixli 2-1(107)-331/2015 nömrəli Qərardadından həmin iş üzrə İddiaçı1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Şəki Apellyasiya Məhkəməsinin İnzibati- İqtisadi Kollegiyasının xx.xx.2015-ci il tarixli 2-1(107)-331/2015 nömrəli Qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. RX seriyalı ******* nömrəli, xx.xx.2017-ci il tarixli Çıxarışın təsdiq edilmiş surətindən müəyyən edilir ki, Qax rayonu Qaysarlı kəndində yerləşən 3.35 ha kənd təsərrüfatı təyinatlı torpaqlar X31 və onun ailə üzvlərinin ümumi birgə mülkiyyətindədir. Qax rayon Dövlət Arxivinin xx.xx.2017-ci il tarixli 360 nömrəli arxiv çıxarışının təsdiq edilmiş surətindən müəyyən edilir ki, Qaysarlı kənd sakini X15 ərizəsi nəzərə alınmış, ona Qıpçaq kəndinin Arx arası sahəsindən düşmüş 3.12 ha torpaq payını Qıpçaq kənd sakini X7 Qaysarlı kəndinin “yonca qoruq” adlanan ərazisindən düşmüş 3.35 ha torpaq sahəsi ilə dəyişdirilməyə icazə verilmişdir. Qax rayon Dövlət Arxivinin xx.xx.2017-ci il tarixli 360-9 nömrəli arxiv çıxarışının təsdiq edilmiş surətindən müəyyən edilir ki, Qax rayon Aqrar İslahat Komissiyasının iclasının Qərarına əsasən Qaysarlı bələdiyyəsinin xx xxxxxxxx 2004-cü il tarixli 10 saylı iclasının qərarı təsdiq edilmiş, Qaysarlı kənd sakini X21 Qıpçaq kəndinin Arx arası sahəsində düşən 3.12 ha torpaq payı Qıpçaq kənd sakini X7 Qaysarlı kəndinin “yonca qoruq” adlanan ərazisindən düşmüş 3.35 ha torpaq sahəsi ilə dəyişdirilmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Ərazi İdarəsinin Plan və ölçü sənədinin təsdiq edilmiş surətindən müəyyən edilir ki, Qax rayonu Qaysarlı kəndində yerləşən 3.35 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2-1(84)-673/2015 nömrəli Qərarına əsasən X13 mülkiyyətinə verilmişdir. JN 00xx xxx 40313028 nömrəli “Torpağa mülkiyyət hüququna dair” sənədin təsdiq edilmiş surətindən müəyyən edilir ki, Qax RAİK-nın 1998-ci il 30 iyul tarixli 08 nömrəli Qərarı ilə 3.12 ha torpaq sahəsi hazırkı iş üzrə üçüncü şəxslər X31 və onun ailə üzvlərinin mülkiyyətinə verilmişdir. xx.xx.2015-ci il tarixdə Qax rayon Məhkəməsinin Qərarı ilə təyin edilmiş xx.xx.2015ci il tarixli məhkəmə tikinti-texniki ekspertizasının rəyinin surətindən Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin x xxxxxx 2015-ci il tarixli **********71 saylı məktubu ilə məhkəməyə və mərkəzə ünvanlanmış Kadastrı Yerquruluşu Layihə-Tədqiqat Mərkəzinin 12 saylı Şəki LTİnin tərtib etdiyi mütəxəssis rəyində göstərilənləri nəzərə alaraq Qax rayonu Aqrar İslahat Komissiyasının 1998-ci il iyul tarixli, 08 saylı qərarı ilə 3.35 ha kənd təsərrüfatı təyinatlı məhsulların istehsalı üçün nəzərdə tutulmuş pay torpaq sahəsi JN 0056 nömrəli torpağa mülkiyyət hüququna dair Dövlət Aktı əsasında iddiaçılara verilmiş pay torpaq sahəsinin uzun müddətdir cavabdeh X32 tərəfindən istifadə edildiyi müəyyən edilir. Həmçinin rəydə qeyd olunur ki, mütəxəssis rəyində Qax rayonu AİK-nın 1998-ci il 30 iyul tarixli 08 saylı qərarı ilə 3.35 ha kənd təsərrüfatı təyinatlı məhsulların istehsalı üçün nəzərdə tutulmuş pay torpaq sahəsi JN 0056 nömrəli torpağa mülkiyyət hüququna dair Dövlət Aktı əsasında iddiaçılara verilmiş pay torpaq sahəsinin naturada ölçülərək iddiaçılara təhvil verilməsinin məhkəmənin müvafiq qərarından sonra mümkün olduğu göstərilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, “Azərbaycan Respublikası X38 Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında” Əsasnaməyə əsasən həmin Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq dövlət reyestrində hüquqların dövlət qeydiyyatının dəqiq və vaxtında aparılmasını, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasını təmin etmək (3.0.8-ci bənd), vətəndaşların qanuni istifadəsindəki yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqların onların mülkiyyətinə verilməsini yerquruluşu işləri aparılmaqla və normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada torpaq istifadəçiliyində mövcud olan uyğunsuzluqlar aradan qaldırılmaqla rəsmiləşdirmək xidmətin vəzifəsidir. Bu hallar qeydiyyat zamanı aşkar olunacağı təqdirdə isə xidmət vəzifələrini yerinə yetirməli və hüquqların dövlət qeydiyyatını torpaq sahəsinin faktiki yerləşmə koordinatlarına uyğun aparmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Həmin Qanunun 4.1-ci maddəsinə əsasən qanun qüvvəyə mindiyi günədək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. Həmin Qanunun 8.0.5-ci maddəsinə əsasən qanun qüvvəyə minənədək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri əmlak üzərində hüquqların qeydiyyatı üçün əsasdır. Məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, cavabdeh inzibati orqan mübahisəli çıxarışı verərkən qanunvericiliyin tələblərinə əməl etməmiş, iddiaçıların adına verilmiş JN-00xx xxx 40313018 nömrəli “Torpağa mülkiyyət hüququna dair dövlət Aktı” qüvvədə olduğu halda həmin torpaq sahəsinə dair 3-cü şəxslərin mülkiyyət hüququnu qeydə almışdır. Çıxarışın verilməsinə əsas kimi qəbul etdikləri Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2-1(84)-673/2015 nömrəli qərardadı üzrə hazırki cavabdeh ümumiyyətlə tərəf olmamış, həmin qərardadla onun üzərinə heç bir öhdəlik qoyulmamışdır. Odur ki, məhkəmə kollegiyasının qənaətinə görə, birinci instansiya məhkəməsi düzgün olaraq hesab etmişdir ki, iddia təmin olunmalı, cavabdehin üzərinə çıxarışın ləğv edilməsi öhdəliyi qoyulmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi işin faktiki hallarını tam və hərtərəfli araşdırmış, iddia tələbini təmin etməklə maddi və prossesual hüquq normalarının tətbiqində səhvə yol verməyərək inzibati iş üzrə düzgün nəticəyə gəlmişdir. İPM-in 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməkdə haqlıdır. Ona görə də Şəki İnzibati Məhkəməsinin üçüncü şəxslər X31, X35, X25, X36 tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri əsassız olduğu üçün təmin edilməməlidir. Nəticəvi hissə Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Üçüncü şəxslər X31, X35, X25, X36 tərəfindən verilmiş аpellyаsiyа şikаyəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2-1(116)-130/2020 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan onun təqdim edildiyi gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar